Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Absorber
Absorber ( ing. absorber, lat. absorbere – udmaq ) — qazı və ya qaz qarışığını maye absorbentdə həll etməklə tərkib hissələrinə ayırmaq üçün işlədilən aparat. Absorbere skrubber də deyilir. Absorber iç tərəfdən şəbəkəli arakəsmələrlə bir neçə hissəyə bölünmüş metal və ya saxsı kalonnadan ibarətdir. Kalonnaya aşağıdan qaz qarışığı buraxılır, yuxarıdan isə maye çilənir.Qazla mayenin toxunma səthini artırmaq üçün kolonnanın arakəsmələrikirəmid halqalar,xırda koks parçaları və s. ilə doldurulur. Kolonnaya daxil olan qaz kiçik axınlara ayrılıb maye təbəqələrindən keçir, beləliklə,qaz qarışığının udula bilən kompanentlərinin ən çox udulması təmin edilir. Absorbsiya prosesində çoxlu istilik əmələ gələrsə,temperaturun yüksəlməməsi üçün absorberdə soyuducu qoyulur. Sənayenin müxtəlif sahələrində mayeləri qazla doydurmaq, qazları zərərli qatışıqlardan təmizləmək , qaz və ya buxar qarışıqlarını öz kompanentlərinə ayırmaq və s.
Absorbsiya
Absorbsiya (latinca tərcümədən udma deməkdir) — müəyyən qazın mayedə (absorment) həll olunmasıdır. Absorbsiya-qazın həll olunmasından, sürəti isə mayedə və qaz qarışığındaki qaz konsentrasiyalarının fərqi ilə təyin edilir. Qazın konsentrasiyası mayedə qaz qarışığına nisbətən yüksəkdirsə, qaz mayedən ixrac olur (desorbsiya). == Tətbiqi == Absorbsiya qazların ayrılmasında tətbiq edilir və başqa sənaye proseslərində (bəzi turşuların alınması və s.) istifadə olunur. Maye absorbentin bütün həcmi ilə məhluldan maddənin sorulması (ekstraksiya), qaz qarışığından isə ərintilərlə alınması (okklyuziya) – Absorbsiya analoji proseslərdir. Çox vaxt Absorbsiya zamanı kimyəvi birləşmələr əmələ gəlir (xemosorbsiya) və ya səthdə maddə udulması (adsorbsiya) baş verir. Texnikada Absorbsiya adətən, qaz qarışığından lazımi komponentləri ayırmaq üçün tətbiq edilir. Mühüm sənaye proseslərindən bir çoxu, məs., nitrat, xlorid və sulfat turşularının istehsalı, sənaye qazlarının zərərli qatışıqlardan təmizlənməsi, qaz qarışığından qaz benzininin, krekinq və piroliz qazlarının çıxarılması Absorbsiyaya əsaslanır. Proses əsas aparatı absorber olan xüsusi Absorbsiya qurğularında aparılır. Absorbsiya hava və qazların təmizlənməsində (məs.
Absorbsiya xərcləri
Absorbsiya xərcləri (ümumi məsrəflərin mənimsənilməsi üsulu, ing. absorption costing) — maya dəyərinin tam bölüşdürülməsi ilə hazır məhsul və ehtiyatların maya dəyərinin uçotu metodu və maya dəyərinin hesablanması sistemi. == Tərifi == İngilis professoru Kolin Druri udma maya dəyərini tam xərclərin bölüşdürülməsi ilə məsrəf hesablama sistemi kimi müəyyən edir. Bütün istehsal məsrəfləri istehsal olunmuş məhsullara aid edilir və satılmamış məhsulların ehtiyatları onların istehsalının ümumi maya dəyəri ilə qiymətləndirilir. Qeyri-istehsal məsrəfləri məhsullara aid edilmir, lakin birbaşa dövrün maliyyə nəticəsi ilə bağlıdır və ehtiyatların qiymətləndirilməsindən kənarlaşdırılır. == Tənqidi == Birbaşa maya dəyərinin tətbiqi məhsulların qiymətini yalnız dəyişən məsrəflər əsasında müəyyənləşdirərkən qərar qəbul etməyə imkan vermir, çünki bu halda marjinal gəlirin ümumi səviyyəsi müəssisənin sabit xərclərini ödəməyə bilər. Bununla belə, udma maya dəyəri metodu ilə belə, bütün xərclər bölüşdürüldükdə, qaimə xərclərin faktiki paylanma dərəcəsi ilə təxmin etmək çox vaxt mümkün deyil (faktiki satış həcmi çox vaxt planlaşdırılan göstəricilərdən aşağı olur). Top menecerlərin məhsulların qiymətini təyin edərkən öz sabit məsrəf səviyyəsinə məhəl qoymamaq meyli məsrəf uçotu sistemindən kənarda baş verir. İstehsalın maya dəyərini hesablamaq üçün udma maya dəyəri metodundan istifadə müəssisəyə, öz məhsullarının satışında açıq-aşkar mövsümilik olduqda, azalma (ehtiyatların yığılması dövründə) və artan mənfəət zamanı itkiləri qeyd etməyə imkan vermir. artım zamanı (aktiv satış zamanı) birbaşa maya dəyərinin hesablanması metodunda olduğu kimi (bütün sabit xərclər dövr ərzində silindikdə və balansda yalnız dəyişən xərclər qeydə alındıqda).
Abqora
Abqora – Kal üzümdən alınmış üzüm meyvəsinin şirəsi, qorasuy == Hazırlanma qaydası == Abqora hazırlamaq üçün kal üzüm salxımlarını toplayır, onları təmizləyir, yuyur, taxta və ya yaxşı qalaylanmış mis qaba doldurur və toxmaqla əzib suyunu sıxırlar. Sonra bu suyun narıngözlü ələkdən, yaxud tənzifdən süzüb şüşə qaba doldururlar. Kal üzümün suyu bulanıq olduğundan onu durulmaq üçün bir müddət qabda saxlayır, tam durulandan sonra butulkalara doldurur, ağzını bərk-bərk bağlayırlar. == Saxlama qaydası == Qora suyu butulkaya ağzına qədər doldurulmalıdır. Əks təqdirdə yarımçıq doldurulmuş butulkada qalmış hava mayeni acıdır, qora suyu öz keyfiyyətini itirir. Ağzına qədər qora suyu ilə doldurulmuş və ağzı bərkidilmiş butulkaları günəş işığı düşən yerə düzür və 40 gün butulkalar günəş işığı altında saxlanılır. Bu müddət ərzində butulkalardakı su öz şəffaflığını itirir, xına rəngi alır. Deməli, abqora hazırdır. Bundan sonra abqora dolu şüşələri günəş qarşısından götürüb sərin yerdə, divar şkaflarında və taxçalarda saxlayırlar. == İstifadə qaydası == Səbzi qovurma, yarpaq dolması və digər yağlı xörəkləri daha da ləzzətli etməkdən ötrü hər kəsin zövqündən asılı olaraq müəyyən miqdar abqora əlavə edilir.
Absurd
Absurd — gündəlik həyatda vərdiş edilən və düzgün təfəkkür tərzinin əsasını təşkil edən məntiqin qaydalarının əksinə çıxan, onlara əhəmiyyət verməyən məfhum. Absurd və absurdluq təfəkkürdə və reallıqda mövcuddur. İnsan bəzən real həyatda müşahidə etdiyi hər hansı bir hadisəni, yaxud bir şeyi məntiqi cəhətdən izah etməkdə çətinlik çəkir və bu ona absurd – qeyri məntiqi kimi görünür.
Abort
Abort (lat. abortus), həmçinin uşaqsalma — embrionun və ya fetusun çıxarılması ilə hamiləliyin dayandırılması. Hamiləliyin heç bir tibbi müdaxilə olmadan öz-özünə yarıda sonlanması düşük və ya spontan abort adlanır, bu hamiləliklərin təxminən 30-40%-də baş verir. Qadınların əksəriyyəti planlaşdırılmamış hamiləliyi bitirmək üçün abort edirlər. Abort etdirməyi seçməyin başqa səbəbləri də var, buna daxildir: sağlamlıq problemləri, uşaq böyütmək üçün imkanın olmaması, məişət zorakılığı, gənc yaş, təhsil və karyera planları, zorlama və ya insest əlaqəsi nəticəsində həmilə qalmaq. Abort düzgün aparıldığı zaman tibbdə ən etibarlı prosedurlardan biridir. Abort üçün müasir metodlar — dərman və ya cərrahi əməliyyat sayılır. == İstinadlar == == Xarici keçidlər == ICMA. "ICMA - Laws on Abortion - Azerbaijan". Chișinău, Moldova: International Consortium for Medical Abortion (ICMA). 2013.
Absurd teatrı
Absurd teatrı – XX əsr 50–60-cı illərinin avanqard dramaturgiyası və teatrına xas keyfiyyətlərin məcmusu. "Absurdizmin" daha dolğun prinsipləri rumın-fransız dramaturqu Ejen İoneskonun "Daz müğənni qadın" (La cantatrice chauve, 1950) və irland yazıçısı Semyuel Bekketin "Qodonun İntizarında" (Waiting for Godot, 1952) dramlarında öz əksini tapmışdır. == Tarixi == Termini ilk dəfə 1962-ci ildə ingilis tənqidçisi M. Esslin işlətmişdir. Absurd teatrının fəlsəfi-estetik əsasını Qərbi Avropa fəsəsfi fikrinin irrasionalist cərəyanları – J.P. Sartr və A. Kamyunun ekzistensializmi, Z. Freydin psixoanalizi, həmçinin A. Jarri, A. Arto və başqaalrının dramaturgiyası və nəzəri işləri təşkil edirdi (S. Bekket, E. İonesko, F. Arrabal, J. Votye, J. Jene, J. Şeade, R. de Obaldia, J. Tardye və b.-nın pyesləri, habelə onların tamaşaları). Əsər (eləcə də tamaşa) müəlliflərinin fikrincə, real həyatda subyekt və obyekt bir-birilə əks mövqedə dayanır. Tarixdə baş verən hər şey üçün insan məsuliyyət daşıyır. İnsan yalnız "sərhəd situasiyasında", yəni ölüm qarşısında dayandıqda özünü ekzistesiya kimi dərk edir. Odur ki, Absurd teatrının qəhrəmanları ölüm, iztirab, qorxu, günah, mübarizə zəminində təsvir olunur. Nəticədə şəxsiyyət (bədii obraz) transsendensiya ilə yarışa girmək imkanı əldə edir. əsl həqiqət bu zaman dərk olunur.
Abxorə (Qəzvin)
Abxorə - İranın Qəzvin ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Buyin bölgəsinin Dəştabi kəndistanında, Buyin qəsəbəsindən 42 km şimal-qərbdədir.
Asoru dili
Asoru dili və ya Yeni Asoru Arami dili Sami dil ailəsinə mənsubdur. Təxminən 220 min insan tərəfindən danışılmaqdadır və Asoru xalqının İranın Qərbi Azərbaycan ostanında, Türkiyənin Hakkari əyalətində, İraqda, Suriyada ,Ermənistanda və Gürcüstanda danışdığı dildir.
Aysor soyqırımı
Aysor soyqırımı, Aysor qırğınları və ya — aysorlar arasında adətən Səyfo (arami. ܣܝܦܐ, süry. ܩܛܠܥܡܐ ܣܘܪܝܝܐ və ya süry. ܣܝܦܐ) — Birinci Dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan aysorların sistematik şəkildə məhv edilməsi. Türkiyə Respublikası hadisələri sadəcə aysor-türk qarşıdurması kimi dəyərləndirməkdə və dövlət göstərişinin olmadığını irəli sürsə də bu gün dünyanın bəzi ölkələri soyqırımın varlığı qəbul ediblər.
Azərbaycanda abort
Azərbaycanda abort tələb əsasında hamiləliyin 12 həftəsinə qədər, xüsusi hallarda isə 12-28 həftə arasında qanunidir. Azərbaycanın hazırkı abort qanunu Azərbaycan Sovet İttifaqının tərkibində (Azərbaycan Sovet Sosialist Respublikası kimi) 1955-ci ildə qəbul edilmiş abort haqqında Sovet İttifaqının qanununa əsaslanır və Azərbaycan 1991-ci ildə müstəqil olduqdan sonra heç bir dəyişiklik edilməmişdir. 1965-1987-ci illər arasında abort nisbəti çox yüksək idi (20 ilə 28% arasında). Müstəqillik əldə etdikdən sonra abort nisbəti demək olar ki, iki dəfə azalıb və 2000-ci ildən sonra nisbətən sabitləşib (12-14%). 2014-cü ildə Azərbaycanda hamiləliklərin 13,8%-i abortla başa çatıb ki, bu da 2005-ci ildə qeydə alınan ən aşağı göstəricidən (12,1%) bir qədər yüksəlib. == Tarixi == Bütün keçmiş SSRİ- də olduğu kimi, 1992-ci ilə qədər Azərbaycan Sovet Sosialist Respublikası kimi tanınan Azərbaycanda da keçmiş Sovet Sosialist Respublikaları İttifaqının abort qanunvericiliyi və qaydaları əsas idi. Nəticə etibarı ilə Azərbaycanda abort praktikası bütün keçmiş SSRİ-də olduğu kimi idi. Aşağıda verilən təsvir Azərbaycanın müstəqillikdən əvvəlki vəziyyətinə aiddir. Müstəqillik əldə etdikdən sonra abort haqqında qanunda heç bir dəyişiklik edilməyib. Sovet İttifaqının 27 iyun 1936-cı il tarixli fərmanı həyat üçün təhlükə, sağlamlığa ciddi təhlükə və ya valideynlərdən miras qala biləcək ciddi xəstəliyin mövcudluğu istisna olmaqla, abortların aparılmasını qadağan etdi.
Selektiv abort
Selektiv abort — körpənin arzulanan cinsinə əsaslanaraq hamiləliyin dayandırılması təcrübəsi. Xüsusilə Şərqi və Cənubi Asiyanın bəzi bölgələri, həmçinin Qafqaz, Qərbi Balkan və Şimali Amerika kimi oğlan uşaqlarının qız uşaqlarından daha çox qiymətləndirildiyi yerlərdə qadın döllərinin selektiv abortuna daha çox rast gəlinir. Üçüncü Milli Ailə və Sağlamlıq Sorğusunun nəticələrinə əsasən, əgər hər iki valideyn, ana və ata və ya sadəcə ata oğlan uşağına üstünlük verirsə, selektiv abort daha çox olur. Yalnız ananın oğlan uşağına üstünlük verdiyi hallarda bu çox güman ki, laqeydlik ilə nəticələnə bilər ki, bu zaman uşağın körpəlikdən sonra sağ qalma ehtimalı olmayacaq. Selektiv abort ilk dəfə 1975-ci ildə sənədləşdirilib və 1980-ci illərin sonunda Cənubi Koreya və Çində, eyni zamanda və ya bir qədər sonra Hindistanda adi hala çevrilib. Selektiv abort cinsi nisbətinə təsir göstərir. Müəyyən bir yaş qrupunda olan kişilərin qadınların nisbəti dünyada ən çox əhalisi olan iki ölkə olan Çin və Hindistanda balanssızdır. Selektiv abortla bağlı araşdırmalar və hesabatlar əsasən statistik xarakter daşıyır; onlara görə doğum-cins nisbəti — doğulan oğlan və qızların ümumi nisbəti — regional əhali üçün cinsdən asılı olaraq abortların göstəricisidir. Bu fərziyyə bəzi alimlər tərəfindən şübhə altına alınmışdır. Tədqiqatçılar Hindistanda hər il təqribən 50.000–100.000 qızın abort edildiyini, bunun da cinsi nisbətə əhəmiyyətli dərəcədə təsir etdiyini bildirmişdir.
Aysor vətəni
Aysor vətəni və ya Assuriya (klass. süry. ܐܬܘܪ və ya klass. süry. ܒܝܬ ܢܗܪ̈ܝܢ) — aborigen aysor xalqının sivilizasiyasının inkişaf etdiyi və Yuxarı Mesopotamiyada yerləşən vətəni. Aysorların vətənini təşkil edən ərazi, Mesopotamiyanın qalan hissəsi kimi, hazırda indiki İraq, Türkiyə, İran və Suriya arasında bölünür. İranda yerləşən Urmu düzü Mesopotamiya regionundan kənarda aysor vətəninin yeganə hissəsini təşkil edir. İrandakı aysorların əksəriyyəti hazırda paytaxt Tehranda yaşayır. Aysorlar Şimali Mesopotamiyanın şərq sərhədindəki Aşşur şəhərində müstəqil sivilizasiyanı inkişaf etdirmiş akkadlılar və şumerlərin nəslindən olan aborigen mesopotamiyalılardır. Aysorların vətənini əhatə edən ərazi mərkəzdən Dəclə çayı ilə bölünürdü.
Aysor üsyanı
Aysor üsyanı (türk. Nasturi Ayaklanması) — 1924-cü ildə aysorların Hakkaridə Türkiyə hökumətinə qarşı qaldırdığı üsyan. 1924-cü ilin iyulunda başladı və elə həmin il sentyabrın 28-də başa çatmışdır. Bu, yeni yaranmış Türkiyə Cümhuriyyətində ilk üsyan idi. Üsyan başa çatdıqdan sonra 8000 assuriyalı İraqa sürgün edilmişdir. 3–4 sentyabr 1924-cü ildə aysor icmasının növbəti uğursuz üsyanı baş vermişdi. == Döyüş == Məlik İsmayıla xəbər göndərilən bir elçi Türkiyə ordusu və onların kürd müttəfiqlərinin Hakkari və Lev regionlarını işğal etdikləri üçün onları məhv etmək üçün gözlədiklərini söyləmişdir. Bir neçə aysor kəşfiyyatçı İstanbula gedib elçinin dediklərini təsdiqləmiş, Türkiyə və kürdlərin böyük qoşunlarını görmüşdülər. Səhər tezdən döyüşlər başlamış və Türkiyə qüvvələri aysorları top və pulemyotlardan tutmuşdular. Aysorlar xeyli sayda və silahsız idilər, Britaniyanın tək atəşli tüfənglərdən istifadə edirdilər.
Aysor Demokratik Partiyası
Aysor Demokratik Partiyası (klass. süry. ܓܒܐ ܐܬܘܪܝܐ ܕܝܡܘܩܪܛܝܐ, ərəb. الحزب الآشوري الديمقراطي‎) — Suriyada fəal olan, ənənəvi olaraq Xabur vadisinin aysorlarının maraqlarını təmsil edən siyasi partiya. Suriyada demokratiyanın sülh yolu ilə həyata keçirilməsini hədəfləməsinə baxmayaraq, partiya 1990-cı illərdən bəri ümumiyyətlə BƏƏS hökumətinin tərəfində olmuş və onunla əməkdaşlıq etmişdir. Suriyada vətəndaş müharibəsi zamanı Aysor Demokratik Partiyası Xabur Mühafizəçiləri və Natturə ilə sıx əlaqədə olmuşdur. == İdeologiyası == Aysor Demokratik Partiyası rəsmi olaraq tərəfkeşliyi rədd edir və Suriyada demokratiyanın sülh yolu ilə həyata keçirilməsini dəstəkləyir. İdeoloji cəhətdən sosial-demokratdır. Buna baxmayaraq, partiya 1990-cı illərdən bəri ümumiyyətlə BƏƏS hökumətinin tərəfində olmuş, onunla əməkdaşlıq edib və vətəndaş müharibəsində hökumətyönlü milisləri dəstəkləmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Hourani, Rashid; Hanna, Asaad.
Aysor Sosialist Partiyası
Aysor Sosialist Partiyası (süry. Gaba Shawtapaya Atouraya) və ya Zaqafqaziya Aysor Sosialist Partiyası — əsasən assuriyalılardan ibarət siyasi partiya. == Tarixi == 1917-ci ilin fevralında Rusiyada Fevral inqilabının başlanmasından sonra Firidun Aturaya, Rabi Bencamin Bet Arsanis və Baba Bet Fərhad tərəfindən Urmiya şəhərində təsis edilmişdir. Həmin ilin aprelində Urmiya, Mosul, Tur-Abdin, Nisibin və Cəzirə ərazilərində özünüidarənin təşkilinə çağıran Aturaya tərəfindən "Birləşmiş Azad Assuriyanın Urmiya Bəyannaməsi" nəşr olunmuşdur. 2002-ci ildə "İraqın şimalında bir sıra fəhlələrin birləşməsi" nəticəsində yenidən fəaliyyətə başlamış, partiyanın saytında onun siyasi istiqaməti və əsas niyyətinin dəqiq tərifi yer almışdır: "ASP sosialist partiyasıdır və demokratik oriyentasiyası vardır, məqsədi tamamilə aysorların üçün nəzərdə tutulmuş müstəqil Aysor Xalq Respublikası yaratmaqdır".
Sorb dilləri
Sorb dilləri (y.sorb Serbsce, a.sorb Serbski) — Hind-Avropa dillərinin Qərbi Slavyan filialı altında təsnif edilirlər. Almaniya şərq ində yerləşən Lusatiya regionunda Slavyan azlıqı olan Sorbların anadilidir. Tarixən kimi tanınan Vend dili (Wendish) və ya Lusatiya dili (Lusatian) kimi də tanınır. polyak, Kaşub, Çex və Slovak dillərinə sıx bağlıdır. İki ədəbi dili var: Yuxarı sorbca (y.sorb hornjoserbsce), ki Saksoniyada 40,000 nəfər tərəfindən danışılır və Aşağı sorbca (a.sorb dolnoserbski) Brandenburqda 10,000 nəfər tərəfindən danışılır. Bu iki dil danışılan ərazi Lusatiya kimi tanınır (Łužica,Yuxarı sorbcada Łužyca Aşağı sorbcada, və ya Lausitz Almancada).
Sorb himni
Sorbların himni (y.sorb Rjana Łužica, a.sorb Rědna Łužyca) — Sorb milli himni. 24 avqust 1827-ci ildə o vaxtkı 23 yaşlı sorb ilahiyyatçı tələbəsi, sonralar Sorb milli dirçəlişinin ən mühüm nümayəndələrindən birinə çevriləcək Handrij Zejler əl ilə yazdığı şeir “Serbska Nowina” qəzetində dərc olunmuşdu. Bu şeir altı bənddən ibarət idi və ilk dəfə eyni ildə Korla Benjamin Hatas (1806-1839) tərəfindən musiqiyə yazılmışdır. 1844-cü ildən sonra iki sənət adamı - şair Handrij Zejler və bəstəkar Korla Avqust Kotsor arasında ömürlərinin sonuna qədər davam edəcək dostluq başladı. Korla Avqust 1845-ci ildə Handrij Zejler mətninə yeni bir melodiya bəstələdi. Yeni yaradılmış mahnı ilk dəfə 1845-ci il oktyabrın 17-də Bautzendə Kozorun təşkil etdiyi ilk Sorb mahnı festivalında səsləndirilib və oxunub. Melodiya ilə bu şeirin populyarlığı o qədər sürətlə artmağa başladı ki, sonradan Sorb himni səviyyəsinə yüksəldi, lakin bu gün də iki versiyada (orijinal şeirin başlanğıcı və sonu) ifa olunur.
Sorb muzeyi
Sorb muzeyi (alm. Sorbisches Museum‎, y.sorb Serbski muzej) — Ortenburg 3-də Bautzendə yerləşən Sorb mədəniyyəti muzeyi. 19-cu əsrin əvvəllərindən başlayaraq Avropada ümumi milliləşmə meyllərinin gedişində Sorb milli hərəkatının meydana çıxmasını da qeyd etmək olar. Bautzendə yaradılmış “Maćica Serbska” elmi-mədəni cəmiyyəti təkcə kitab nəşr etmirdi, həm də folklor və tarixi araşdırmalar aparırdı. Hələ 1856-cı ildə məqsəd nə vaxtsa Sorb muzeyinin tikilməsi proqramında qarşıya qoyulmuşdu. Eksponatlar 1896-cı ildə Drezdendə Sakson əl işləri və tətbiqi sənət sərgisi üçün bir araya gətirildi və buna görə də sorblar artıq orada "Vendişen Dorf" adlanan ərazidə bir növ muzey təqdim edildi. 1904-cü ildə Bautzendəki Lauengrabendə Vendish Evi açılanda, eyni zamanda üçüncü mərtəbədə Sorb Muzeyi açıldı. 1937-ci ildə Milli Sosialistlər tərəfindən Vendish House-un bağlanması Sorb sərgisinin də sonu demək idi. Sorb tarixi və folkloru muzeyi 1957-ci ildə gənc GDR-də Hoyersverdada tərəfindən yaradılmışdır. Keçmiş Vend Muzeyindən eksponatların tədricən geri qaytarılmasının bir hissəsi olaraq Sorb Muzeyi yenidən Bautzenə köçürüldü.
Sorb İnstitutu
Sorb İnstitutu (y.sorb Serbski institut, alm. Sorbisches Institut‎, ) — Almaniyanın Bautzen şəhərində yerləşən elmi müəssisədi. Sorb dillərinin tədqiqi və tarixi, mədəniyyəti və sosial həyatı ilə bağlı araşdırmalarla məşğuldur. İnstitut 1992-ci ildə yaradılmışdır. 1951-ci il mayın 1-də sorbiyalı professor Pavol Novotnının təşəbbüsü ilə Bautzendə yaradılmış Sorb Etnologiyası İnstitutunun bazasında yaradılmışdı. 1 avqust 1952-ci ildə Sorb Etnologiyası İnstitutu Almaniya Akademiyasının (1972-ci ildən - ADR Elmlər Akademiyası) tərkibinə daxil olmuşdu. Sorb İnstitutunun rəhbərliyi Bautzendə yerləşir. Elmi müəssisənin filialı Kottbusda yerləşir. Ştat cədvəli 15 elmi işçi və 11 elmi, texniki və inzibati heyətdən ibarətdir. Sorb İnstitutunun əməkdaşları Almaniyada və xaricdə müxtəlif ali təhsil müəssisələrində dərs deyirlər.
Sorb Şahini
Sorb Şahini (y.sorb Serbski Sokoł) — Sorbların idman assosiasiyası. Əsas diqqət kütləvi idmanın təbliğinə yönəlib. Kooperativ üzvləri ilə yanaşı, birliyə çoxsaylı fiziki şəxslər də daxildir. 1993-cü ildə yaradılan Sorb idman federasiyası Veymar Respublikası dövründə mövcud olan Sorb Şahinlərinin ənənələrinə əsaslanır. Bu gün assosiasiya müxtəlif komanda idman növləri üzrə idman festivalları və turnirlər təşkil edir və beynəlxalq Şahin görüşlərində iştirakını təşkil edir. Sorb Şahini 1920-ci ildə Bautzendə sorb ictimai xadimlər Herman Şlez, Marko Smoler və Yan Skala tərəfindən təsis edilmişdir. Assosiasiyanın məqsədi milli kimliyin möhkəmlənməsinə töhfə vermək üçün sorb uşaqları, yeniyetmələri və böyükləri idmanla tanış etmək idi. Hələ 1920-ci illərdə Sorb Şahin fəalları Çexoslovakiyada və Yuqoslaviyada keçirilən panslavist Şahin yığıncaqlarında iştirak edirdilər. 1930-cu ildə Sorb Şahini dini əsaslarla iki şərti hissəyə - katolik və lüteran qollarına bölündü. Təşkilat 1933-cü ilə qədər fəaliyyət göstərib və o, nasistlər tərəfindən ləğv edilib.
Sorb əlifbası
Sorb əlifbası əsas Latın əlifbasına əsaslanır, lakin onu çex və polyak əlifbalarına bənzədən kəskin və hacek diakritiklərini ehtiva edir. Əlifba Sorb dillərində istifadə olunur, baxmayaraq ki, bəzi hərflər yalnız iki dildən birində (Yuxarı Sorb və Aşağı Sorb) var. Əvvəlki versiyada Aşağı Sorb əlifbasına palatallaşdırılmış samitləri təmsil etmək üçün b́, ḿ, ṕ və ẃ hərfləri daxil edilmişdir. İndi bunun əvəzinə bj, mj, pj və wj diqrafları istifadə olunur. ch diqrafı əlifba sırası ilə h hərfindən sonra gəlir.
On üç aysor ata
On üç aysor ata (gürc. ასურელი მამები) — VI əsrin ortalarında Suriyadan Gürcüstana gələn pravoslav kilsəsinin müqəddəsləri, gürcü monastırlığının baniləri. Müqəddəs ənənəyə görə, onlar Simeon Stolpnikin tələbələri idilər. Zedazenili İoann və onun 12 şagirdi Kartliyə gələrək Zedazeni dağında məskunlaşmışdır. Onlar sonralar ölkənin müxtəlif regionlarına getmiş və ilk monastırların qurucuları olmuşdular. Kartliyə gəldikləri zaman aysor atalar xalq tərəfindən, şəxsən çar VI Farsman və katolikos-arxiyepiskop Yevlavi tərəfindən qarşılanmışdır. Müqəddəslərin həyatları haqqında ətraflı rəvayətlər indiki dövrə qədər qorunub-saxlanılmışdır. (gürc.) Памятники древнегрузинской агиографической литературы. — Кн. 3 / Под руководством и редакцией И. В. Абуладзе.
İraqda aysor muxtariyyəti təklifləri
İraqda aysor muxtariyyəti təklifləri — XX əsrin əvvəllərindən İraqın şimalında süryanidilli müasir aysorlar üçün muxtar ərazi və ya müstəqil dövlətin yaradılması üçün irəli sürülən bir sıra təkliflər. == Tarixi təkliflər == Birləşmiş Azad Assuriyanın Urmiya Bəyannaməsi, 1917. Millətlər Liqası aysorlar üçün məskunlaşma təklifi, 1935. Birləşmiş Millətlər Aysor Milli Petisiyası, 1945. Bet-Nəhrin Demokratik Partiyası Assuriya muxtariyyəti iddiası.
Sorb Gimnaziyası Bautzen
Sorb Gimnaziyası Bautzen (y.sorb Serbski gymnazij Budyšin , alm. Sorbisches Gymnasium Bautzen‎) — Almaniyanın Bautzen şəhərində Fridrix List Ştrase üzərində yerləşən orta təhsil müəssisəsidi. Almaniyada tədrisin tamamilə Yuxarı Sorb dilində aparıldığı yeganə orta məktəbdi. Sorb Gimnaziyasının əsası 1947-ci il sentyabrın 1-də Bautzen şəhərində qoyulub. Əvvəlcə Sorb Gimnaziyası İkinci Dünya Müharibəsi zamanı ciddi zədələnmiş Katolik Ali Pedaqoji Məktəbində yerləşirdi. 1937-ci ildə Pedaqoji Məktəb bağlandıqdan sonra həmin binada Gömrük Məktəbi yerləşdi. Müharibə illərində bina hərbi hospital olub. Sorb gimnaziyası yarandığı ilk dövrdən internat məktəbi xarakteri daşıyırdı və ucqar kəndlərindən şagirdləri qəbul edirdi. Binada həmçinin Sorb Müəllimləri Təkmilləşdirmə İnstitutu yerləşirdi. 1960-cı ildən Sorb Gimnaziyasının filialı 60-a yaxın oğlanın yaşadığı Radibora malikanəsində yerləşirdi.
Afşord (Heris)
Afşord (fars. افشرد‎) və ya Əfşar — İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 527 nəfər yaşayır (104 ailə).
Abşar (Həftkel)
Abşar (fars. ابشار‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 18 ailədə 81 nəfəri kişilər və 62 nəfəri qadınlar olmaqla cəmi 143 nəfərdir.
Yuxarı sorb dili
Yuxarı sorb dili(y.sorb Hornjoserbšćina) — Almaniyanın Saksoniya regionunun bu gün tərkib hissəsi olan tarixi Yuxarı Lusatiya vilayətində sorblar tərəfindən danışılan bir azlıq dili. Aşağı sorb, çex, polyak, slovak və kaşub dilləri ilə birlikdə Qərbi slavyan dil ailəsini formalaşdırır.
Aşağı Sorb gimnaziyası
Aşağı Sorb gimnaziyası (a.sorb Dolnoserbski gymnazium Chóśebuz, alm. Niedersorbisches Gymnasium Cottbus‎) — Almaniyanın Kottbus şəhərində yerləşən orta təhsil müəssisəsinin adıdı. Almaniyada tədrisin tamamilə Aşağı sorb dilində aparıldığı yeganə orta məktəbdi. == Tarixi == Aşağı Sorb Gimnaziyasının əsası 1952-ci il sentyabrın 1-də Kottbus şəhərində qoyulub. Sorb ictimai xadimi Frido Metçkanın təşəbbüsü ilə yaradılmışdır. Əvvəlcə "Serbska wuša šula" (Sorb Liseyi) adlanırdı. Gimnaziyada təhsilin birinci ilində 76 şagird oxumuş və Yuxarı Sorbiyadan olan 8 müəllim dərs demişdir. İlk buraxılışı 1954-cü ildə olub. 1959-cu ildə məktəbin bazasında Sorb Genişləndirilmiş Orta Məktəbi yaradılmışdır. 2015-ci ilin aprel ayına olan məlumata görə, 5-12-ci siniflərdə 500-ə yaxın orta məktəb şagirdi qeydiyyatdan keçmişdi.