Absorbsiya
Absorbsiya (latinca tərcümədən udma deməkdir) — müəyyən qazın mayedə (absorment) həll olunmasıdır. Absorbsiya-qazın həll olunmasından, sürəti isə mayedə və qaz qarışığındaki qaz konsentrasiyalarının fərqi ilə təyin edilir. Qazın konsentrasiyası mayedə qaz qarışığına nisbətən yüksəkdirsə, qaz mayedən ixrac olur (desorbsiya).
== Tətbiqi ==
Absorbsiya qazların ayrılmasında tətbiq edilir və başqa sənaye proseslərində (bəzi turşuların alınması və s.) istifadə olunur. Maye absorbentin bütün həcmi ilə məhluldan maddənin sorulması (ekstraksiya), qaz qarışığından isə ərintilərlə alınması (okklyuziya) – Absorbsiya analoji proseslərdir. Çox vaxt Absorbsiya zamanı kimyəvi birləşmələr əmələ gəlir (xemosorbsiya) və ya səthdə maddə udulması (adsorbsiya) baş verir. Texnikada Absorbsiya adətən, qaz qarışığından lazımi komponentləri ayırmaq üçün tətbiq edilir. Mühüm sənaye proseslərindən bir çoxu, məs., nitrat, xlorid və sulfat turşularının istehsalı, sənaye qazlarının zərərli qatışıqlardan təmizlənməsi, qaz qarışığından qaz benzininin, krekinq və piroliz qazlarının çıxarılması Absorbsiyaya əsaslanır. Proses əsas aparatı absorber olan xüsusi Absorbsiya qurğularında aparılır. Absorbsiya hava və qazların təmizlənməsində (məs.