Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ah...! (albom)
Ah...! – Azərbaycan müğənnisi Aygün Kazımovanın studiya albomu. Alboma 11 mahnı daxildir. == Hazırlanması == Albomdakı bütün mahnıların bəstəsi Cavanşir Quliyevə aiddir. Albomdakı İtkin gəlin mahnısı, İtkin gəlin serialının saundtrektidir. Albomdakı Tənha qadın mahnısı Birinci Qarabağ müharibəsində həyat yoldaşlarını itirmiş qadınlara həsr olunmuşdur. Albomdakı Son gecə mahnısı Cənubi Azərbaycanlı şair Piruz Dilənçinin Son görüş adlı şeirinə bəstələnmişdir. Son görüş adlı şeir şairini şəxsi həyatı haqqındadır. Albomdakı Ot kökü üstə bitər adlı mahnı, 1999-cu ildə lentə alınan və ssenarisi Vaqif Səmədoğluna məxsus olan, Yaşıl eynəkli adam-2 filmində səsləndirilmişdir.
AH-1 Kobra
AH-1 Kobra Vertolyotu (AH-1 Cobra)- Amerika Birləşmiş Ştatları tərəfindən istehsal edilən, hərbi döyüş vertolyotu. Tədricən AH-64 Apaçi vertolyotu ilə əvəz edilməkdədir. Bell Textron Helicopter şirkəti tərəfindən istehsal olunur. AH-1 uzun müddət ABŞ ordusunun əsas hücum helikopteri olub, lakin sonradan AH-64 Apaçi ilə əvəz olunub. Lakin modernizasiya olunmuş variantları müxtəlif ölkələrin ordularında istifadə olunmaqdadır. Bell AH-1 SuperCobra ikimotorlu versiyası ABŞ dəniz piyadaları korpusunun əsas hücum helikopterlərindən biri olaraq qalmaqdadır. Ordu xidmətindən çıxarılan AH-1 helikopterləri meşə yanğınlarına qarşı mübarizədə istifadə olunmağa yönəldilib. == Lahiyələndirmə == AH-1 helikopterinin layihələndirilməsi dünyada ən çox istehsal olunmuş helikopterlərdən olan UH-1 Iroquois ilə yaxından bağlıdır. UH-1 hava süvarisi nəzəriyyəsini reallaşdırmağa imkan vermişdi, belə ki yeni taktika ABŞ qüvvələrinin geniş ərazidə çox yüksək dərəcədə mobil olmasını tələb edirdi. Əvvəlkindən fərqli olaraq onlar eyni yerdə dayanıb uzun müddətli döyüş aparmır, mövqe qorumaqla məşğul olmurdular.
AH-64 Apache
AH-64 Apaçi helikopteri (AH-64 Apache) — Amerika Birləşmiş Ştatları tərəfindən istehsal edilən, 2 nəfər ekipaja malik, zirehli hərbi döyüş vertolyotu. Amerika ordusunun əsas helikopteridir. AH-1 Kobra vertolyotunun xələfi hesab edilir. Bell şirkəti tərəfindən istehsal olunmuşdur. İlk uçuşunu 1979-cu ildə edib, 1984-cü ildən etibarən orduda istifadə olunur. Orduya qəbul olunandan sonra bir çox əməliyyatlarda istifadə olunub. Başlıca modelləri AH-64A və AH-64D Longbow hesab olunur. Helikopterin istehsal olunmasında əsas məqsəd ABŞ ordusunda olan AH-1 Kobra helikopterlərini əvəz etməsidir. İlk prototip olan YAH-64 ilk uçuşunu 30 sentyabr 1975-ci ildə həyata keçirmişdir. Helikopter 1986-cı ilin aprelində ABŞ ordusunda xidmətə başlamışdır.
AH-64 Apaçi
AH-64 Apaçi helikopteri (AH-64 Apache) — Amerika Birləşmiş Ştatları tərəfindən istehsal edilən, 2 nəfər ekipaja malik, zirehli hərbi döyüş vertolyotu. Amerika ordusunun əsas helikopteridir. AH-1 Kobra vertolyotunun xələfi hesab edilir. Bell şirkəti tərəfindən istehsal olunmuşdur. İlk uçuşunu 1979-cu ildə edib, 1984-cü ildən etibarən orduda istifadə olunur. Orduya qəbul olunandan sonra bir çox əməliyyatlarda istifadə olunub. Başlıca modelləri AH-64A və AH-64D Longbow hesab olunur. Helikopterin istehsal olunmasında əsas məqsəd ABŞ ordusunda olan AH-1 Kobra helikopterlərini əvəz etməsidir. İlk prototip olan YAH-64 ilk uçuşunu 30 sentyabr 1975-ci ildə həyata keçirmişdir. Helikopter 1986-cı ilin aprelində ABŞ ordusunda xidmətə başlamışdır.
Ah, Vətən (mahnı)
Ah, vətən — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri Almas İldırıma, musiqisi isə Cavanşir Quliyevə məxsusdur. Mahnı vətənpərvərlik mövzusundadır. Aygün Kazımova 1996-cı ildə İstabulda keçirilən ilk "Türkivyon" mahnı müsabiqəsində çıxış etmişdir. 42 ölkə arasında keçirilən müsabiqədə, Aygün Kazımova üçüncü yeri tutmuşdur.
Ah Jae-Hyung
Ah Jae-Hyung (8 yanvar 1965) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Ah Jae-Hyung Cənubi Koreyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə bürünc medala sahibi olub.
Ah W Noss
Nensi Ajram "Ah W Noss" (Ərəbcə: آه ونص) albomunu 2004-cü il 12 apreldə çıxartdı. Albomun adının mənası ayrı-ayrılıqda "Hə və yarısı" sözləri olsa da, mahnının bütövlükdə adı "Yəqin ki" deməkdir. Bu albom, 2003-cü ildə çıxmış "Ya Salam" albomunun davamı olan layihə idi. 2003-cü ildə bu albom Nensi Ajramı Ərəb musiqisinin zirvəsinə qaldırmışdı. "Ah W Noss" albomunun mahnıları 2003–2004-cü illərdə yazılıb. Janrı — Ərəb popu. İstehsalçı şirkət — Megastar / Relax-In. Prodüser — Jiji Lamara. Aparıcı sinql "Ah W Noss" bir neçə həftə birinciliyə təsir edərək, əsas musiqi kanallarında efirə verildi. 2004-cü ilin yayında yeni sinqlının əsasında Nensi böyük dünya turuna başladı.
Ah Çibek Arığ
Ah Çibek Arığ — Xakaslara aid qədim türk dastanı. Dastanın meydana çıxmasının içərisində keçən qəzi qavramlar və ifadələrdən yola çıxaraq Afanasyev mədəniyyəti ilə əlaqələndirilərək e.ə. IV minilliyə qədər getdiyi düşünülməkdədir. == Haqqında == Ah Xan ölkəsində altı başlı ağ qayadan doğulan Ah Çibek Arığ fövqəladə formada atı ilə birlikdə qayadan çıxmışdır. Heybətli görünüşə malik olan qəhrəman ox və yayda məharətli olmuşdur. Ah Xanı öldürüb, ölkəsini yağmalayan Ay Molat ilə qarşı-qarşıya gələn Ah Çibek Arığ düşmənini iki dəfə öldürməsinə rəğmən dirildirilərək qarşısına dikilməsindən sonra onunla güləşmiş vı nəhayət onu öldürmüşdür. Müxtəlif ölkələrdə müxtəlif döyüşlərə qatılan Ah Çibek Arığ son olaraq Ay Molatı öldürdükdən sonra onun yerinə yeni hakim qoymuş, nəsihətlər vermiş və yurduna geri dönmüşdür.Edilən müayinələr nəticəsində ümumiyyətlə qəhrəmanlıq dastanlarında fövqəladə doğulma, adı, fiziki xüsusiyyətləri, at, döyüş geyimləri və avadanlıqları, macəraya girən və macəraya girən adətlərin Huban Arığ dastanında da olduğunu söyləmək olar. Məqalədə xüsusi diqqət tələb edən xüsusiyyətlər, dastanda olan və əsrlər boyu mifoloji infrastrukturu sayəsində özlərini qorumağı bacaran, sehrli əşyalara sahib olmaq, yeraltı getmək, forma dəyişmək, hava hadisələrinə müdaxilə etmək, ölüləri diriltmək və xəstəni təmin etmək üçün fövqəladə varlıqların köməyidir. sehr). Bütün bu xüsusiyyətlər ilk dövr şamanlarının xüsusiyyətləridir və tam nizamlı bir döyüşçü, yaxşı bir lider və dünya nizamını təmin etməkdə qabaqcıl bir qəhrəman olan Huban Arığ, araşdırmada ən dəyərli olan Sibir Türk dastanlarının qəhrəmanları arasındadır.
Co Bo-Ah
Co Bo-Ah (kor. 조보아; 22 avqust 1991, Tecon[d]) — Cənubi Koreyalı aktrisa, model və radio aparıcısıdır. Karyerası 2011-ci ildə başlanıb. "Sus və Çal!", "Sevgi hərarəti" koreya teleseriallarında çəkilmişdir. == Həyatı == Co Bo-Ah Cənubi Koreyanın Tecon şəhərində anadan olmuşdur. Sonqyonqvan Universitetini bitirmişdir. == Bəzi çəkildiyi seriallar == Sus və Çal!
Ah, ədalət! (film, 1997)
Ah, ədalət! qısametrajlı televiziya tamaşası rejissor Mirzə Əliyev tərəfindən 1997-ci ildə ekranlaşdırılmışdır. Teletamaşa Azərbaycan televiziyasında istehsal edilmişdir. Televiziya tamaşası azərbaycanlı şair, yazıçı, dramaturq, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin həyatını əks etdirir. Teletamaşada rolları Nazir Rüstəmov, Azad Şükürov, Məleykə Məmmədova, Əfqan Soltanov, Kazım Abdullayev, Rafiq İbrahimov və Elman Təvəkküloğlu ifa edirlər. == Məzmun == Televiziya tamaşası azərbaycanlı şair, yazıçı, dramaturq, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin (Nazir Rüstəmov) həyatını əks etdirir. Teletamaşada ziyalıların ona qarşı çıxışları, onun yaradıcılığını əsassız tənqid etmələri, digərlərinin isə cidd-cəhdlə onun tərəfini tutmaları, Cavidin haqsız yerə həbsi, həbsdə Mişkinaz (Məleykə Məmmədova) xanımla son görüşü, uzun illər sonra Cavidin nəşinin Azərbaycana gətirilməsi lirik şəkildə tərənnüm olunur. == Filmin üzərində işləyənlər == Əsər müəllifi: Nafilə Abuzərli Rejissor: Mirzə Əliyev Operator: Abbasağa İmanov Rəssam: Rəfael Əlizadə == Rollarda == Nazir Rüstəmov — Hüseyn CavidAzad Şükürov — Cavidin tərəfdarı Məleykə Məmmədova — Mişkinaz CavidƏfqan Soltanov — Cavidin tərəfdarıKazım Abdullayev — Cavidə qarşı çıxanRafiq İbrahimov — Cavidə qarşı çıxan Elman Təvəkküloğlu — Cavidə qarşı çıxan == Film haqqında == Televiziya tamaşası Nafilə Abuzərlinin "Cavid" poeması əsasında ekranlaşdırılıb.
Bell AH-1Z Viper
Bell AH-1Z Viper, H-1 yüksəltmə proqramı çərçivəsində Birləşmiş Ştatların Dəniz Piyadaları üçün hazırlanmış Bell AH-1 SuperCobranın üzərində qurulmuş Amerika mənşəli cüt mühərrikli hücum helikopteridir. AH-1Z dörd bıçaqlı, rulmansız, kompozit əsas rotor sisteminə, qaldırılmış sürətlər qutusuna və yeni hədəf nişan sisteminə malikdir. İstehsal edən Bell Huey ailəsinin ən son üzvlərindən biri olan AH-1Z, variant məktubunun hərbi fonetik əlifbası tələffüzünə əsaslanaraq “Zulu Cobra” olaraq da adlandırılır. == İnkişaf == === İnkişaf etdirilmiş model === AH-1Z-nin görünüşü əsasən Bell 412-dən dörd bıçaqlı əsas rotor sistemi ilə təchiz olunmuş AH-1S olan Bell 249-a əsaslanır. Bu vertolyot Bellin Cobra II dizaynını 1980-ci ildə Farnborough Airshowda göstərdi. Cobra II, Hellfire döyüş raketləri, yeni hədəfləmə sistemi və təkmilləşdirilmiş mühərriklərlə təchiz ediləcəkdi. Sonrakı Cobra 2000 təklifinə General Electric T700 mühərrikləri və dörd bıçaqlı rotor daxil edildi. Bu dizayn ABŞ Dəniz Qüvvələrinin diqqətini cəlb etdi, lakin büdcə yetərli olmadı. 1993-cü ildə Bell İngiltərənin yeni hücum helikopteri proqramı üçün AH-1W əsaslı bir versiya təklif etdi. Törəmə CobraVenom müasir bir rəqəmsal kokpit təqdim edirdi və TOW, Hellfire və ya Brimstone raketlərini daşıya bilirdi.
Bell AH-1 SuperCobra
Kobra helikopterləri — Amerika Birləşmiş Ştatlarının istehsalı olan bir hücum helikopteridir. Çox saylı istehsalı və ixracı ilə diqqət cəlb etmişdir. Hələ də, Kobra helikopterlərinin inkişaf etdirilmiş versiyası olan Super Kobralar bəzi ölkələrin silahlı qüvvələri tərəfindən istifadə olunur. Kobra helikopterlərinin ən inkişaf etdirilmiş modeli Super Kobra helikopter (Bell AH-1W) modelinin ABŞ dəniz piyadaları korpusu üçün daha da təkmilləşdirilmiş olan versiyasının üzərində işlərin davam etdirilməsi haqqında müəyyən məlumatlar mövcuddur. Bu modelə də AH-1Z Viper Cobra adı verilmişdir. == Xüsusiyyətləri == Super Kobraların yüksüz ağırlıqları 4670 kiloqram olub yüklü ağırlıqları təxminən 6690 kiloqramdır. 16 metr 26 sm-lik bir uzunluğa malikdirlər. Qanadlarının açıq formada eni təxmini olaraq 13,40 metrdir. Hündürlüyü 5,5 metr civarındadır. Bütün təkmilləşdirilmiş hücum helikopterlərində olduğu kimi bir pilot və bir pilot köməkçisi (silah işlərinə baxır) olmaqla ekipajı iki nəfərdən ibarətdir.
Əfqan
Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2012 – ci ilin əvvəlinə ölkə əhalisinin cəmi sayının 25,500,100 (2011 – ci ilin əvvəlinə 24,485,600) nəfər olduğu ehtimal edilir . Ölkə əhalisinin milli tərkibini təşkil edən etnik qruplar : puştunlar, taciklər, həzaralar, özbəklər, türkmənlər, aymaqlar, bəluclar, qızılbaşlar, nuristanlılar, paşayilər və sairədir. == Etnik tərkib == Böyük Sovet Ensiklopediyasının II nəşri, III cildinin (1950-ci ildə çap edilib), 494-cü səhifəsində yazılıb: == Əfqanıstan Türkləri == Əfqanıstanda indiyə qədər bütün ölkəni əhatə edən və nəticələri şübhə doğurmayan siyahıya alma aparılmadığından onun əhalisinin etnik tərkibi haqqında dəqiq məlumatlar yoxdur , bütün rəqəmlər müxtəlif mənbələrin qeyri-rəsmi təxmininə əsaslanır . Pan-İranizm ideyasını bəyənən və ona felən dəstək verən Avropanın "müstəqil sosial təşkilatları" İranda olduğu kimi Əfqanıstanda da Türk kökənli əhalinin sayını öz rəsmi məlumatlarında süni şəkildə azaldırlar . Əksər qərb mənbələrinə əsasən Əfqanıstanda Türk kökənli xalqlar ölkə əhalisinin təxminən 12%-ni təşkil edirlər (özbəklər-9% , türkmənlər-3%) . Ancaq Əfqanıstandakı Türk mənşəli etnik qrupların (əsasən Özbək və Türkmən) liderlərinin iddialarına əsasən həzaralar və çahar aymaqlar daxil edilmədən bütün Türk əsilli xalqlar Əfqanıstan əhalisi içində təxminən 35%-lik paya sahibdirlər (19% – özbəklər, 13% – türkmənlər , 3% – qızılbaşlar , qırğızlar , tatarlar , qaraqalpaqlar , qazaxlar) . Əfqanıstanda Türk toplumunu özbəklər , türkmənlər , qızılbaşlar , qırğızlar , qaraqalpaqlar , qazaxlar , tatarlar əmələ gətirirlər . Özbəklər – Əfqanıstanda puştun və taciklərdən sonra üçüncü ən böyük etnik qrupdurlar . sayları 4,000,000 nəfərdən çoxdur . Türkmənlər – sayları 900,000 nəfərdən çoxdur (bəzi təxminlərə görə 3,000,000 nəfərdir) .
Çoban Əfqan
Çoban Əfqan (Ələkbər Namazov, 1866–1924) — Azərbaycan aşığı. == Həyatı == Ələkbər Namazov 1866-cı ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində anadan olmuşdur.Çox yoxsul həyat keçirən Çoban Əfqan kiçik yaşlarından varlıların mal-qoyununu otarmış, onlara muzdurluq eləmişdir. Çoban Əfqan 1924-cü ildə vəfat edib. == Yaradıcılığı == Şübhəsiz Qazax və Tovuz mahalının məclisləri, el şənlikləri, tanınmış ustad aşıqların – Şəmkirli Hüseynin, Ələsgərin, Bozalqanlı Hüseynin, Şikəstə Qəhrəmanın dərin məzmunlu şeirləri, ustadnamələri Çoban Əfqanın qəlbinə yol tapmış, könüldən keçən duyğuları söyləməyə sövq etmişdir. Fitri istedadı olan Çoban Əfqan dadlı-duzlu şeirləri ilə məzmunlu, yeni ruhlu şeirləri geniş yayılmışdır. Bu qəbil şeirlərindən o, həyatın çox ağır məqamlarını, özünün keçdiyi çətin, dözülməz muzdurluq həyatını, ehtiyac içərisində yaşadığı anları yeni-yeni bədii ifadələrlə qələmə almışdır. Çoban Əfqanın ikinci qism şeirləri ənənəvi məhəbbət lirikasıdır. Bu qəbil şeirlərində də şair özgün yeni ifadə formaları tapır. Həm də o, Kərəm və Məcnun yanğısından daha çox qarşılıqlı real həyat sevgisini təsvir və tərənnüm edir… == Mənbə == Azərbaycan aşıqları və el şairləri II, Bakı, 1984, s. 98-108.
Əfqan Abdurahmanov
Əfqan Ağasəf oğlu Abdurahmanov (25 may 1976, Bakı – 10 oktyabr 2020, Qlobus yüksəkliyi, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Əfqan Abdurahmanov 1976-cı il mayın 25-də Bakı şəhərində anadan olub. 1982–1993-cü illərdə Binəqədi rayonunda Vahid Əzizov adına 30 nömrəli tam orta mətəbdə təhsil alıb. 1995–1997-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olduqdan sonra, 1997–2001-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2001–2002-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində təcrübədə olduqdan sonra isə 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı. == Hərbi xidməti == === Aprel döyüşləri === Əfqan Abdurahmanov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər istiqamətlərində başlanan döyüşlərdə savaşıb. === İkinci Qarabağ müharibəsi === Azərbaycan ordusunun polkovnik-leytenantı olan Əfqan Abdurahmanov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əfqan Abdurahmanov oktyabrın 10-da Suqovuşan yaxınlığında Qlobus yüksəkliyi uğrunda gedən döyüşlər zamanı şəhid olub. Şəhid polkovnik Qəbələ rayonunun Əmirvan kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Abdurahmanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Abdurahmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Abdurahmanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Əfqan Abdurəhmanov
Əfqan Ağasəf oğlu Abdurahmanov (25 may 1976, Bakı – 10 oktyabr 2020, Qlobus yüksəkliyi, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Əfqan Abdurahmanov 1976-cı il mayın 25-də Bakı şəhərində anadan olub. 1982–1993-cü illərdə Binəqədi rayonunda Vahid Əzizov adına 30 nömrəli tam orta mətəbdə təhsil alıb. 1995–1997-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olduqdan sonra, 1997–2001-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2001–2002-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində təcrübədə olduqdan sonra isə 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı. == Hərbi xidməti == === Aprel döyüşləri === Əfqan Abdurahmanov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər istiqamətlərində başlanan döyüşlərdə savaşıb. === İkinci Qarabağ müharibəsi === Azərbaycan ordusunun polkovnik-leytenantı olan Əfqan Abdurahmanov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əfqan Abdurahmanov oktyabrın 10-da Suqovuşan yaxınlığında Qlobus yüksəkliyi uğrunda gedən döyüşlər zamanı şəhid olub. Şəhid polkovnik Qəbələ rayonunun Əmirvan kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Abdurahmanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Abdurahmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Abdurahmanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Əfqan Aslanov
Əfqan Aslanov (18 aprel 1959, Ağcabədi rayonu) — azərbaycanlı riyaziyyatçı,[mənbə göstərin]alim, Amerika Tətbiqi və Hesablama Riyaziyyatı jurnalının redaksiya heyətinin üzvü. == Həyatı == Əfqan Əkbər oğlu Aslanov 18 aprel 1959-cu ildə Ağcabədi rayonunun Taynaq kəndində doğulub. == Təhsili == O, orta təhsilini Taynaq kənd orta məktəbində aldıqdan sonra indiki Gəncə Dövlət Universitetinin riyaziyyat ixtisasına qəbul olmuş və 1978-ci ildə yüksək qiymətlərlə bitirmişdir. Əfqan Aslanov 1987-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda funksional analiz üzrə dissertasiya müdafiə edərək "riyaziyyat elmləri namizədi" alimlik dərəcəsini almışdır. == Elmi-pedaqoji fəaliyyəti == Əfqan Aslanov 1989-1993-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, 1993-1995-ci illərdə baş müəllim işləmişdir. Həmçinin 1992-2001-ci illərdə Xəzər Universitetində dosent,sonra professor vəzifələrini tutmuşdur. O, 2009-cu ildə Türkiyə Cümhuriyyətində dosent elmi adını almışdır.2014-cu ildə Beykent Universitetində professor vəzifəsinə təyin olmuşdur. Hazırda Bilgi Universitetinin riyaziyyat bölümündə çalışır. == Elmi əsərləri == === Beynəlxalq jurnallarda nəşr olunan məqalələri === A Aslanov, H Isaev, "On the Theory of two Parameter Spectral Problems (English Translation)", American Mathematics Society (Translation of Doklady Akademii Nauk), 225-227 (1985) SCI A Aslanov, M Almamedov, "On the constructive description of the spectral measure of a three parameter spectral problem", Doklady Akademii Nauk (ISSN: 0869-5652), , Moscow, 780-782 (1986) SCI A Aslanov, H Isaev, "On the Tensor Determinants associated with multi-parameter spectral Problems", Izvestiya: Mathematics (ISSN: 1064-5632), Moskow, (1987) SCI A Aslanov, "Positivity Results for operators and multi-parameter definiteness conditions", Ulyanovsk, 19 (1990) A Aslanov, H. Isahanly, "A multi-dimensional complex analytical view on the multiparameter spectrum and the construction of the spectral measure (english)", Khazar Math Journal, ISSN 1028-7647, 3-65 (1998) A Aslanov, "About the existence of the minimum and maximum of two positive operators", International Congress MASSEE 2003, Bulgaria, (2003) A Aslanov, "Definiteness Conditions in the Multiparameter Spectral Theory", WSEAS Transactions on Mathematics, 717-721 (2004) A Aslanov, "The Existence and Uniqueness Theorem from a new Viewpoint", WSEAS Transactions on Mathematics , 575-578 (2004) A Aslanov, Existence of the minimum and maximum of two positive operators", Mathematika Balkanika, 19, 255-266 (2005) A Aslanov, A New Approach to the Singularity, International Conf on Engineering and Mathematics, 155-159 (2006) A Aslanov, Determination of convergence intervals of the series solutions of EmdenFowler equations using polytropes and isothermal spheres, Physics Letters A, 372,3555- 3561, (2008) SCI A Aslanov, A generalization of Lane-Emden equation, International Journal of Computer Mathematics, 85(11) (2008), 1709-1725. SCI A Aslanov, I. Abu-AlShaikh, Further developments to decomposition methods for solving IVPs, Mathematical and Computer Modelling, 48 (2008), 700-711.
Əfqan Axundov
Əfqan Hüseyn oğlu Axundov (16 fevral 2000; Salyan, Azərbaycan — 16 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əfqan Axundov 16 fevral 2000-ci ildə Salyan şəhərində anadan olmuşdur. 2006-2015-ci illərdə Salyan şəhər 1 saylı humanitar məktəbdə təhsil almışdır. 2015-2019-cu illərdə Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kollecində təhsilini başa vurmuşdur. Subay idi. == Hərbi xidməti == Əfqan Axundov 2019-cu ildə kolleci bitirərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə yollanmışdır. O, Tərtər rayonunda, Azərbaycan-Ermənistan təmas xəttində yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Əfqan Axundov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əfqan Axundov 16 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Əfqan Bayramov
Əfqan Bayramov (14 oktyabr 1983, Kirov) — Azərbaycanlı ağır atletdir. Azərbaycanı 2008 və 2012-ci illərdə Yay Olimpiya Oyunlarında təmsil etmişdir. == Həyatı == Əfqan Şahin oğlu Bayramov 14 oktyabr 1983-cü ildə Bakı şəhəri Yeni Suraxanı kəndində anadan olmuşdur. == Karyerası == Əfqan Bayramovun ən böyük uğuru 2012-ci ilə təsadüf edir. O həmin il Avropa Çempionu olmuşdur. Əfqan Bayramov 2008-ci ildə Yay Olimpiya Oyunlarında iştirak etdi və 7-ci yeri tutdu. 2012 Yay Olimpiya Oyunlarındada iştirak etsə də, Əfqan Bayramov zədə səbəbi ilə çıxışını bitirməmişdir. Əfqan Bayramov 2013-cü ildə İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanmışdır.
Əfqan Hüseynov
Əfqan Hüseynov (24 fevral 1963, Bakı – 1 noyabr 1992, Qubadlı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mayor Əfqan Qaraxan oğlu Hüseynov 24 fevral 1963-cü ildə Bakı şəhərində keçmiş "Tələbələr" indiki"Çobanzadə "küçəsi 46 saylı evdə fəhlə ailəsində anadan olmuşdur. 1970-ci ildə 109 saylı orta məktəbə getmiş, 1980-cı ildə C.Naxçıvanski adına hərbi təmaüllü orta internat məktəbində təhsilini başa vurmuş, sonra Bakı Ümumqoşun Komandirləri Məktəbinə qəbul olmuş və taqım komandirinin müavini təyin edilmişdir. 1984-cü il tarixdə SSRİ Müdafiə Nazirinin əmrinə əsasən leytenant hərbi rütbəsi verilmişdir. 11 oktyabr 1985-ci ildən 25 iyun 1987-ci ilə kimi Əfqanıstan Demokratik Respubllikasında gedən döyüşlərdə fəal iştirak etmiş və ağır yaralanmışdır. Onun döyüş xidməti yüksək qiymətləndirilmiş, "Qırmızı ulduz" ordeni ilə təltif edilmişdir. 1986-cı ildə ona baş leytenant rütbəsi verilmişdir. 1988-ci ildə SSRİ-nin hərbi Silahlı Qüvvələrinin yaranmasının 70 illiyi ilə əlaqədar olaraq Hüseynov Əfaqan Qaraxan oğlu "SSRİ Hərbi Silahlı Qüvvələrinin yaranmasının 70 illik "medalı ilə təltif edilmişdir. O, 1988-ci ildə C.Naxçıvanski adına Bakı hərbi təmayülli məktəbə tərbiyəçi bölük komandiri təyin edilmiş və növbəti kapitan hərbi rütbəsini almışdır. Yüksək dərəcəli biliyə malik bir zabit olduğu nəzərə alınaraq Hüseynov Əfqan Qaraxan oğlu 2 dekabr 1991-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 1-ci şöbəsində döyüş hazırlığı üzrə baş zabit vəzifəsinə təyin edilmişdir.
Əfqan Həmzəyev
Əfqan Bəhman oğlu Həmzəyev (2002, Borsunlu, Goranboy rayonu – 14 oktyabr 2021, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid. == Həyatı == Əfqan Həmzəyev 28 avqust 2002-ci ildə Goranboy rayonunun Borsunlu kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Hərbi xidmətə yola düşüb. == Hərbi xidməti == Əfqam Həmzəyev 14 oktyabr 2021-ci ildə saat 18:15 radələrində Rusiya Sülhmərlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı dəstələrinin snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub. Onun nəşi 15 oktyabr 2021-ci ildə doğulduğu boya başa çatdığı Goranboy rayonunun Borsunlu kəndində dəfn olunub. Dəfndə döyüş yoldaşları rayon icra nümayəndələri iştirak edib. Qeyd edək ki, Əfqan Həmzəyev düz bir il idi ki, hərbi xidmətdə idi və evin tək oğlu olub.Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-cü il tarixli Sərəncamına əsasən Əfqan Həmzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Əfqan Nağıyev
Əfqan Vəli oğlu Nağıyev (1 oktyabr 1966, Ağdaş, Astraxanbazar rayonu) — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini, General-leytenant, İkinci Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Əfqan Nağıyev 1966-cı il oktyabrın 1-i Cəlilabad rayonunda anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Vəli oğlu Nağıyev "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Vəli oğlu Nağıyev "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əfqan Vəli oğlu Nağıyev "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əfqan Nuriyev
Əfqan Rövşən oğlu Nuriyev (11 aprel 1997, Sarıqamış, Samux, Azərbaycan — 3 noyabr 2020, Laçın, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əfqan Nuriyev 11 aprel 1997-ci ildə Samux rayonu Sarıqamış kəndində anadan olub. 2019-cu ildə əsgərliyə çağırılıb, Beyləqan rayonunda xidmət edib. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əfqan Nuriyev Qubadlı və Laçın döyüşlərində savaşıb. 3 noyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə artilleriya atəşi nəticəsində şəhid olub. Əfqan Nuriyev Samuxda torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Nuriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Nuriyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Nuriyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Nuriyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Əfqan Nəsirov
Əfqan Ramil oğlu Nəsirov (29 mart 2001, Zabrat, Azərbaycan — 14 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əfqan Nəsirov 2001-ci il martın 29-da Sabunçu rayonu, Zabrat 2 qəsəbəsində anadan olub. 2007-2018 illərdə 71 saylı orta məktəbdə oxuyub. 2019-cu ildə əsgərliyə çağırılıb, Beyləqan rayonunda xidmət edib. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əfqan Nəsirov Füzulinin azad edilməsində savaşıb. Oktyabrın 12-si Füzulidə şəhidlik zirvəsinə ucalıb. Əfqan Nəsirov Zabratda torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Nəsirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Əfqan Nəsirov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əfqan Nəsirov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Əfqan Qorçuyev
Əfqan Xanış oğlu Qorçuyev (20 aprel 1970, Güləbird, Laçın rayonu – 10 fevral 1994, Füzuli rayonu) - Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Əfqan Qorçuyev 1970-ci il aprelin 20-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1977-1978-ci illərdə Güləbird kənd orta məktəbində təhsil alıb. Əfqan əla müvəffəqiyyətinə və nümunəvi davranışına görə 1 sentyabr 1980-ci ildə Respublika Təhsil Nazirliyinin 18 nömrəli tərifnaməsi ilə təltif edilib. 1988-1990-cı illərdə hərbi xidmətdə olub. 1990-cı ildə ordudan tərxis olunduqdan sonra Laçın rayonuna qayıdıb, rayondakı RTS-də sürücü işləyib. 1994-cü il yanvarın 1-də Laçın Rayon Polis Şöbəsində işə düzəlib. Füzuli rayonu ərazisində gedən döyüşlədə iştirak edir. Horadiz kəndi ətrafındagedən döyüşlərdə igidliklə vuruşub. Əfqanın qardaşı Qorçuyev Həbib Xanış oğlu 1990-1993-cü illərdə erməni təcavüzkarları ilə gedən döyüşlərdə iştirak edib.
Əfqan Soltanov
Əfqan Soltan oğlu Soltanov (1957, Mingəçevir) — Azərbaycanlı aktyor. == Həyatı == 1957–ci ildə Mingəçevir şəhərində fəhlə ailəsində anadan olub. Mehdi Hüseynzadə adına 3 saylı şəhər orta məktəbini bitirib. 1975–ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsinə daxil olaraq orada təhsilini davam etdirib. İnstitutda ilk dəfə "Zəng edin və gəlin" tamaşasında həkim rolunu oynayıb. 1979–cu ildə institutu müvəffəqiyyətlə bitirdikdən sonra onu təyinatla Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrına göndəriblər. Qeybulla Rəsulovun "Əlvida Hindistan" əsərində Ramo obrazını yaradıb. Sonralar C.Cabbarlının "Solğun çiçəklər"ində Bəhram, M.İbrahimovun "Kəndçi qızı" və "Don Juan" əsərlərində Vahid və Don Juan, İ.Əfəndiyevin "Unuda bilmirəm" pyesində Kamran, A.Şaiqin "Eloğlu"sunda Eloğlu və başqa rollarda çıxış etmişdir. 1993–cü ildə Bakı Bələdiyyə Teatrında fəaliyyətə başlayan Əfqan "Tomris" əsərində Arxalan rolu ilə ilk dəfə səhnəyə çıxır. Az sonra Əfqan Soltanov Süleyman Rəşidinin "Mənim Ərdəbilim" komediyasında Kərim, N.Nərimanovun "Nadir şah" faciəsində Xan, C.Cabbarlının "Dönüş"ündə Əli Muxtar, A.Məmmədovun "Dəli Domrul"unda Əzrayıl, R.İçərişəhərlinin "Vətənə igidlər gərəkdir" əsərində Sarkis, C.Məmmədquluzadənin "Ölülər"ində Hacı Baxşəli və başqa rollarda teatr rəhbərliyinin və tamaşaçıların böyük rəğbətini qazanır.
Əfqan Səfərov
Əfqan Nadir oğlu Səfərov (8 mart 1997; Həsənsu, Ağstafa rayonu — 26 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əfqan Səfərov 1997-ci il martın 8-də Ağstafa rayonunun Həsənsu kəndində anadan olub. 2003–2014-cü illərdə A. Mustafayev adına Həsənsu kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Əfqan Səfərov 2017–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əfqan Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Əfqan Səfərov oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Həsənsu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Səfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Səfərov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Səfərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əfqan Türkistanı
Əfqan Türküstanı, həmçinin Cənubi Türküstan və ya Çar-vilayət — XIX əsrin ikinci yarısında Əfqan dövlətinin bir vilayətini təşkil edən Murqab çayından Hindukuş dağlarına qədər olan ərazi Əfqan Türkistanı adlandırılmağa başlandı. Əfqanıstanın şimalında, Türkmənistan, Özbəkistan və Tacikistanla sərhəd bölgə. XIX əsrdə Əfqanıstanda mərkəzi Məzari-Şərifdə olan Türküstan vilayəti vardı. Vilayət Əfqanıstan əmiri Əbdürrəhman xanın tərəfindən ləğv edildi. Onun yerində müasir Bəlx, Künduz, Cövzcan, Səri-Pul və Fəryab vilayətləri yaradıldı. == Coğrafiyası == Tarixi mənbələrdə Əfqanıstan Türküstanı, Kokça çayının Amudərya ilə birləşməsindən şimal-şərqdən, cənub-qərbə Herat əyalətinə qədər olan uzunluğu təxminən 500 mil (800 km) olan ərazi daxil edilir. Əfqanıstanın şimal sərhədi olan Hindukuşa qədər 114 mil (183 km) də Cənubi Türküstan ərazisi sayılır. Beləliklə, bu əraziyə təxminən 57.000 kvadrat mil (150.000 km2) və ya müasir Əfqanıstan ərazisinin təxminən 2/9 hissəsi daxil edilir. Cənubi Türküstana keçmiş Özbək xanlıqlarının əraziləri də daxildir: Çar vilayəti Akçı xanlığı Andxoy xanlığı Sarı-pul xanlığı Şibirxan xanlığı Bədəxşan xanlığı Bəlx xanlığı Qurzivan xanlığı Darzab xanlığı Künduz xanlığı Meymen xanlığı Hulum xanlığı == Etnik tərkibi == Cənubi Türküstanın əhalisinin əsas hissəsini özbəklər və türkmənlər təşkil edir. 2018-ci il məlumatlarına görə Əfqanıstan ərazisində 3,843,000 min özbək,1,1 milyon türkmən vardır.
Əfqan Türküstanı
Əfqan Türküstanı, həmçinin Cənubi Türküstan və ya Çar-vilayət — XIX əsrin ikinci yarısında Əfqan dövlətinin bir vilayətini təşkil edən Murqab çayından Hindukuş dağlarına qədər olan ərazi Əfqan Türkistanı adlandırılmağa başlandı. Əfqanıstanın şimalında, Türkmənistan, Özbəkistan və Tacikistanla sərhəd bölgə. XIX əsrdə Əfqanıstanda mərkəzi Məzari-Şərifdə olan Türküstan vilayəti vardı. Vilayət Əfqanıstan əmiri Əbdürrəhman xanın tərəfindən ləğv edildi. Onun yerində müasir Bəlx, Künduz, Cövzcan, Səri-Pul və Fəryab vilayətləri yaradıldı. == Coğrafiyası == Tarixi mənbələrdə Əfqanıstan Türküstanı, Kokça çayının Amudərya ilə birləşməsindən şimal-şərqdən, cənub-qərbə Herat əyalətinə qədər olan uzunluğu təxminən 500 mil (800 km) olan ərazi daxil edilir. Əfqanıstanın şimal sərhədi olan Hindukuşa qədər 114 mil (183 km) də Cənubi Türküstan ərazisi sayılır. Beləliklə, bu əraziyə təxminən 57.000 kvadrat mil (150.000 km2) və ya müasir Əfqanıstan ərazisinin təxminən 2/9 hissəsi daxil edilir. Cənubi Türküstana keçmiş Özbək xanlıqlarının əraziləri də daxildir: Çar vilayəti Akçı xanlığı Andxoy xanlığı Sarı-pul xanlığı Şibirxan xanlığı Bədəxşan xanlığı Bəlx xanlığı Qurzivan xanlığı Darzab xanlığı Künduz xanlığı Meymen xanlığı Hulum xanlığı == Etnik tərkibi == Cənubi Türküstanın əhalisinin əsas hissəsini özbəklər və türkmənlər təşkil edir. 2018-ci il məlumatlarına görə Əfqanıstan ərazisində 3,843,000 min özbək,1,1 milyon türkmən vardır.
Əfqan Yəhyayev
Əfqan Hacıağa oğlu Yəhyayev — 1-ci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əfqan Hacıağa oğlu Yəhyayev 30 oktyabr 1972-ci ildə Xaçmaz rayonu Çiləgir (Xaçmaz) kəndində anadan olub.Ailədə 5 qardaş və 1 bacı ümumlikdə 6 uşaq olmuşdular.Ailədə yaşca ən böyük uşaq Əfqan olmuşdur.1-ci sinifdən 8-ci sinifə kimi Çiləgir kənd məktəbində,9 və 10-cu sinifləri Nərəcan kənd orta məktəbində təhsil almışdır.1991-ci il fevral ayında 1-ci Qarabağ müharibəsinə könüllü olaraq qatılmışdır.7 oktyabr 1992-ci ildə Xocəvənd rayonu Kuropatkino kəndi uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. == Təltifləri == 5 dekabr 2011-ci ildə Əfqan Yəhyayevin şəhid olduğu ərazidə Xocavənd Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə xatirə kompleksi yaradılıb. Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarına əsasən Xaçmaz rayon Çiləgir kənd tam orta məktəbinə Əfqan Yəhyayevin adı verilib.
Əfqan dağsiçanı
Əfqan dağsiçanı (lat. Calomyscus mystax) — gəmiricilər dəstəsinin Kəsəyən dağ siçancıqları fəsiləsinə (lat. Calomyscidae) aid növdür. 1925-ci ildə məşhur sovet zooloqu və ekololoqu Daniel Nikolayeviç Kaşkarov (1878-1941) tərəfindən aşkar edilmişdir. == Yayılması == Əsasən Cənub-Şərqi Türkmənistan, Şimali İran və Azərbaycanın cənub ərazilərində yayılmışdır. == Mənbə == Tsytsulina, K. 2008.
Əfqan küləyi
Əfqan küləyi – Amu – Dərya çayının yuxarı axarı boyunca cənub – qərb istiqamətində əsən çox tozlu, yerli küləkdir..
Əfqan mücahidləri
Əfqan mücahidləri (ərəb. مجاهد‎ mujāhid, mujahiddin) — 1979–1992-ci illərdə ƏDR və Əfqanıstanda vətəndaş müharibəsi zamanı vahid üsyançı qüvvəyə çevrilmiş islam ideologiyasına əsaslanan qeyri-nizami silahlı dəstələrin üzvləri. 1979-cu ildən bəri Sovet ordusunun mövcudluğuna və Babrək Karmal və Nəcibulla hökumətlərinə qarşı silahlı mübarizə aparmaq məqsədi ilə yerli əhalidən toplanmışdır. 1990-cı illərin ortalarında müharibə bitdikdən sonra əfqan mücahidlərinin bir hissəsi Taliban, digərləri isə Şimali Alyansın birləşmələrinə qoşuldu. "Mücahid" sözü — ərəb mənşəli ("Mücahid", cəm forması "Mücahiddun"), hərfi mənada "iman uğrunda döyüşçü" deməkdir, eyni zamanda cihad və ya üsyan iştirakçısının adıdır. Sovet Ordusu və əfqan hökuməti onları düşmənlər (dəri دشمان — dušman, душмон, puştu دښمان — duxman,dušman) və qiyamçılar, əfqanlar isə sovet əsgərlərini şuravi (dəri شوروی — šuravî, шӯравӣ — "sovet") adlandırmışlar. Düşmənlər yerli əhali ilə eyni ənənəvi əfqan geyimlərini (köynəklər, qara gödəkçələr, çalma və ya pakol) geyinirdilər. == İdeologiya və strategiyaları == Mücahidlərin məfkurəsinin əsas xətti və siyasi platformasın əsas prinsipin elan edilməsi idi: "Vətənini — Əfqanıstanı və imanını — müqəddəs İslamı kafirlərdən qorumaq hər bir əfqanın borcudur". Bütün mömin müsəlmanların müqəddəs İslam bayrağı altında birləşməsi: "… Allahın adı ilə hər bir mömin müsəlmanın vəzifəsi müqəddəs müharibə — Cihaddır, bunun üçün kafirlər öldürülməlidir, yalnız bu zaman o cənnət qapılarına girə bilər". Mücahidlərin ruhani və siyasi liderləri silahlı dəstələrin sıralarında və yerli əhali arasında siyasi təbliğat və təşviqat işlərinə xüsusi diqqət yetirirdilər.
Əfran İsmayılov
Əfran Amit oğlu İsmayılov (8 oktyabr 1988, Bakı, Azərbaycan SSR) — azərbaycanlı futbolçu. == Həyatı == Əfran İsmayılov Bakı şəhərində anadan olub. 10 yaşında futbolla məşğul olmağa başlayıb. Futbolun sirlərinə Rövşən Qasımovun rəhbərliyi altında yiyələnib. == Karyerası == 2006-cı ildə "Qarabağ" klubunda olan seçimlərə qatılıb. Türk məşqçilərin rəhbərlik etdiyi seçimlərdə özünü yaxşı tərəfdən göstərən futbolçu Qarabağ klubuna qəbul olunub. Bir il əvəzedici komandada çıxış etdikdən sonra, 2007-ci ildə əsas komandaya cəlb olunub. 2008-ci ildə icarə əsasında Turan Tovuza keçib. Tovuz klubunda oyun təcrübəsi qazanan Əfran İsmayılov bir ildən sonra yenidən "Qarabağ"a qayıdıb. 2012-2013 mövsümünün sonunda Qarabağdan ayrılıb və "Bakı" ilə iki illik müqavilə bağlayıb..
Əfsan Salıyev
Əfsan İlkin oğlu Salıyev (24 iyun 2002, İkinci Nügədi, Quba rayonu – 3 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — İkinci Qarabağ Müharibəsi şəhidi. == Həyatı == Əfsan Salıyev 24 iyun 2002-ci ildə Quba rayonu İkinci Nügədi kəndində doğulub. İlk təhsilini İkinci Nügədi kənd 3 saylı tam orta məktəbdə alıb, daha sonralar Quba şəhər Texniki Təmayüllü liseyin məzunu olub. Sumqayıt Dövlət Texniki Kollecdə orta ixtisas təhsilini alaraq Tərtərə, hərbi xidmətə yollanıb. == Hərbi xidməti == İkinci Qarabağ Müharibəsində fəal iştirak edib, Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. == Təltifləri == Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021, 17:10 Sərəncamı ilə (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) ilə təltif edilmişdir.
Əfşan Hüseynov
Əfşan Əbülfəz oğlu Hüseynov (16 mart 1996; Əsrik Cırdaxan , Tovuz rayonu — 26 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Əfşan Hüseynov 1996-cı il martın 16-da Tovuz rayonunun Əsrik Cırdaxan kəndində dünyaya göz açıb. 2002–2013-cü illərdə Əsrik Cırdaxan kənd tam orta məktəbində, 2013–2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb. == Hərbi xidməti == Əfşan Hüseynov 2017-ci ildə "leytenant" hərbi rütbəsi altında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb. Xidməti dövründə "baş leytenant" hərbi rütbəsinə yüksəlib. Əfşan Hüseynov "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib. === İkinci Qarabağ müharibəsindəki iştirakı === Azərbaycan Ordusunun baş leytenantı olan Əfşan Hüseynov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Hadrutun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə savaşıb. Ermənistan Ordusunun bir neçə postunu və texnikasını ələ keçirib. Əfşan Hüseynov oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı Alxanlı kəndi istiqamətində şəhid olub. Tovuz rayonunun Əsrik Cırdaxan kəndində dəfn edilib.
Əfşan Qədimbəyova
Əfşan Qədimbəyova — Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun rektoru, Azərbaycan SSR Ali Soveti sədrinin müavini və məktəbəqədər-ibtidai təhsil üzrə mütəxəsis. == Həyatı == 1915-ci ildə İrəvan quberniyasının İrəvan şəhərində anadan olmuşdur. Atası Ələkbər bəy Qədimbəyov Mirzə Qədim İrəvaninin soyundan gələnlərin daşıdığı Qədimbəyov ailəsindən olmuşdur. === Təhsili === Əfşan Qədimbəyova 1929-cu ildə İrəvan Pedaqoji Texnikumunu bitirmiş və 1931-1935-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Pedaqoji Universiteti) pedaqoji fakültəsində təhsilini davam etdirmişdir. Buradakı təhsilini də bitirdikdən sonra Moskvada yerləşən Pedaqoji İnstitutun aspirantura pilləsində də təhsil almış və Bakıya dönmüşdür. == Fəaliyyəti == Moskvadan təhsilini tamamlayıb Bakıya döndükdən sonra 1942-ci ildən Azərbaycan Gənclər İttifaqının üçüncü katibi kimi çalışmış və bu vəzifədə dörd il fəaliyyət göstərmişdir.Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin partiya komitəsinin katibi, Azərbaycan KP MK-da şöbə müdirinin müavini vəzifələrində fəaliyyət göstərən Ə. Qədimbəyova, 1949-1956-cı illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun rektoru kimi çalışmışdır. Daha sonra isə Azərbaycan SSR Ali Soveti sədrinin birinci müavini kimi fəaliyyət göstərmişdir. Bundan başqa o, dəfələrlə Azərbaycan SSSR Ali Sovetinə üzv seçilmişdir.1965-ci ildə "1920-1941-ci illərdə Azərbaycanda məktəbəqədər tərbiyənin inkişafı mövzusunda" namizədlik dissertasiyası müdafiə etmişdir. 1968-ci ildən 1978-ci ilə qədər Azərbaycan Pedaqoji İnstitutunda kafedra müdiri vəzifəsində çalışmış, 1980-ci ildə həyatını dəyişmişdir. == İstinadlar == == Mənbə == H. Əhmədov.
Əfqan qalası
Ordubad şəhərində orta əsrlər zamanı şəhərin həyatında mühüm rol oynamış bir qala vardır. Şəhərin qərb tərəfində, Dübəndiçayın sağ sahilində yerləşən qala əhali arasında "Əfqan qalası" adı ilə tanınır. Çox da yüksək olmayan təpə üzərində yerləşən qala şərq tərəfdən sıldırım qayalarla məhdudlaşır. Digər tərəflərdə müdafiə məqsədi ilə iri qaya parçalarından hörülmüş müdafiə divarı vardır. Divarın hörgüsündə bərkidici kimi əhəng məhlulundan istifadə edilmişdir. Qala divarının aşınma nəticəsində dağılmasına baxmayaraq bəzi yerlərdə 5 metr hündürlükdə salamat qalmışdır.Qalanın daxilində vaxtilə inşa olunmuş tikintilər tamamilə dağılmış vəziyyətdədir. Bəzi qisimlərdə dördkünc formalı binaların qalıqlarını izləmək mümkündür. Araşdırmalar zamanı qalanın ərazisində son orta əsrlər dövrünə aid şirli və şirsiz keramika məmulatı toplanmışdır. Əldə olunan yerüstü arxeoloji materiallara və qala divarının tikinti texnikasına əsasən Əfqan qalasını XIV-XIX əsrlərə aid etmək olar.
Əfqan qızı
Şərbət Güla (puşt. شربت ګله, tərcümədə "Şirin su, şərbət" deməkdir. 1972, Nəngərhar) — Əfqanıstanlı qadın, 1972-ci ildə doğulub, başqa bir soyadı Bibidir — Şərbət Bibi. Fotosu çəkilən vaxt Sovet İttifaqı Əfqanıstana hücum etdiyinə görə Pakistana qaçıb, qaçqın kimi ora sığınıbmış. Yaşıl gözlü, qırmızı yaylıqlı, düz kameraya baxan gənc qız Qərbdə çoxlu şərhlərə səbəb olub, ictimaiyyət bu fotoya böyük maraq göstərib. Fotonu bir çox cəhətlərinə görə, Leonardo da Vincinin "Mona Liza"sına bənzədirlər və "Birinci Dünyanın Üçüncü Dünyalı Mona Lizası" adlandırırlar. Bu foto günümüzdə Şərq ölkəsində yaşayan, Qərbdə mərhəmət doğuran qaçqın qızların simasına çevrilib. Foto "Əfqan qızı" adıyla 1985-ci ilin iyun ayında National Geographic jurnalının üz qabığında çıxıb. == Fotonun tarixçəsi == Stiv Makkurinin bir çox məşhur fotoları mövcuddur. Stiv öz fotoları ilə dünyada yetərincə tanınmışdır, ancaq ona ən böyük şöhrəti məhz Şərbət Gülanın fotosu bəxş etdi.
Əfqan salatı
Əfqan salatı — Əfqan mətbəxinə məxsusdur. Salatın əsas tərkib hissəsi (inqrediyentlər): xırda doğranmış pomidor, xiyar, soğan, yerkökü, keşniş toxumu, nanə və limon şirəsindən ibarətdir. Duz və istiot da əlavə edilə bilər (ağız dadına görə). Əlavə inqrediyent kimi bəzən şirin bibər, cəfəri, turp, göyərti və s. də istifadə edilir.
Əfqan Əsgərov
Əfqan Hacıağa oğlu Əsgərov (23 sentyabr 1929, Qarabağlı, Salyan rayonu – 13 fevral 2022, Bakı) — Azərbaycan yazıçısı, jurnalist, dramaturq. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). Təfəkkür Universitetinin jurnalistika professoru. == Həyatı == Əfqan Hacıağa oğlu Əsgərov 23 sentyabr 1929-cu ildə Şirvanın Qarabağlılar (indiki Salyan rayonunun Qarabağlı kəndi) kəndində anadan olub. Ağır müharibə illərində orta təhsil almaq imkanından məhrum olmuş, cəmi üç sinif oxusa da ona 8-ci sinfi bitirmək haqqında şəhadətnamə verilmiş və o bir qohumunun məsləhəti ilə tibb texnikumuna daxil olaraq feldşer ixtisasına yiyələnmişdir. Uşaqlıqdan şeir yazmağa böyük həvəsi olan Əfqan Əsgərov Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, lakin rektor Abdulla Qarayevin köməyi ilə jurnalistika şöbəsində oxuyub. 1953-cü ildə universiteti bitirdikdən sonra mətbuatda çalışan Ə.Əsgərov jurnalist kimi ilk dəfə "Azərbaycan gəncləri" qəzetində fəaliyyətə başlayıb. Qəzetin səhifələrində bir-birinin ardınca publisistik yazıları, oçerkləri, felyeton və hekayələri, hətta "Poçtalyon" kino-ssenarisi çap edilib. Əfqan Əsgərov eyni zamanda bu qəzetdə elan olunan gənclik mövzusunda səhnə əsəri müsabiqəsində iştirak edərək üçüncü mükafata layiq görülüb. Bundan sonra o, daha bir səhnə əsəri yazıb.
Al-əlvan qızılxallı
Al-əlvan qızılxallı, Mikija ,Poladbaş qızılxallı? (lat. Oncorhynchus mykiss) — Qızılbalıqkimilər dəstəsindən balıq növü. Göy qurşağı qızılbalığı və ya Polad baş (Oncorhynchus mykiss), 1882-ci ildə Şimal Amerikadan Avropaya gətirilmiş olan bir alabalıq növü. Balıq istehsalı üçün Avropalı alabalıq növlərindən çox daha uyğundur (25 dərəcə su istiliyi belə problemi olmaz) və ləzzətli və az sümüklü ətindən ötəri yemək balığı olaraq çox sevilər. Göy qurşağı qızılbalığı 80 sm uzunluğa və 10 kq ağırlığa vara bilər. Qaranlıq bir mənzərənin qarşısında dayansa yan tərəfindəki qırmızı xətti ilə gözə dəyər, amma işıqlıq bir mənzərənin qarşısında haradasa heç görülməz. Dərə qızılbalığına çox bənzər amma qırmızı nöqtələri onunkindən daha diqqətə çarpandır, başı daha qısadır və çənəsinin alt qisimi daha önə çıxıntılıdır. == Həyat tərzi == Polad başlar balaykən sürü olaraq yaşayarlar. Ancaq 3 kilo ağırlığa vardıqlarından sonra tək başlarına, özlərinə aid olaraq mənimsədikləri bir alan/sahə içərisində ovlanmağa başlarlar.
Ha*Ash
Ha*Ash — Pop country üslubunda mahnılar ifa edən Luizianalı musiqi qrupu.