Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Andrey Alşan
Andrey Alşan (rus. Андре́й Альша́н; 18 mart 1960) — Sovet qılıncoynadanı, Olimpiya oyunlarının gümüş mükafatçısı, altıqat dünya çempionu. SSRİ-nin Əməkdar İdman Ustası, "Şərəf nişanı" ordeni laureatı. == Karyerası == Andrey Alşan Seulda keçirilən XXIV Yay Olimpiya Oyunlarında Sablya ilə komanda yarışında Sergey Mindirqasov, Mixail Burtsev, Georgi Poqosov və Sergey Koryajkin ilə birlikdə gümüş medala sahib olub. Sablya ilə fərdi yarışda isə 9-cu olub. Sablya ilə komanda yarışında altıqat dünya və ikiqat SSRİ çempionudur. "Drujba-84" yarışlarının çempionu və gümüş mükafatçısıdır. 1994-cü ildən 2004-cü ilədək qılıncoynatma üzrə İtaliya milli yığmasının məşqçisi olub. 2004-cü ildən 2010-cu ilədək qılıncoynatma üzrə Rusiyanın qadınlardan ibarət yığmasına rəhbərlik edib. Beynəlxalq dərəcəli hakimdir.
Alaşan
Alaşan — Mərkəzi Asiya ərazisində (Çin), Qobi səhrasının bir hissəsini təşkil edir ("Alaşan Qobisi"). Səhra cənub-qərbdən Nanşan dağları, şimaldan Çin, Monqolustan sərhədi, cənub-şərqdən Xuanxe çayı əhatələnir. Burada Badln-Caran, Holalis, Tenqer və Ulanpuxo adlı qumlu massivlər yerləşir. Səhra ərazisində dünyanın ən hürndur barxanı yerləşir (39°53′09″ şm. e. 102°26′52″ ş. u.). Barxanın hündürlüyü 405 metr təşkil edir.
Alban
Albanlar (alb. Shqiptarët) və ya Arnaudlar ― Albaniyanın əsas əhalisi, həmçinin Adriatik dənizi sahillərində, Balkan yarımadasında yaşayan Avropanın ən qədim xalqlarından biri. Ümumi sayları 9 milyon nəfərdir. Təxminən 70%-i müsəlmanlardır. Müsəlmanların əksəriyyəti sünni, azı isə bəktaşidir. Qalan hissəsi katolik və paroslav xristianlarıdır. Ənvər Xocanın dövründə Albaniyada ateizm təbliğ edilirdi. Kommunist hökmranlığın mirası olaraq, müsəlman və ya xristian olan albanların əksəriyyəti dindar deyil və əhəmiyyətli bir qismi dinsizdir. == Tarixi == Albanların əcdadları Avropanın ən qədim avtoxton xalqı olan illiriya tayfaları, xüsusən dardanlar hesab edilir. Albanlar haqqında ilk tarixi qeydlər XI əsrə aiddir.
Aldan
Aldan çayı — Rusiyada çay. Aldan (şəhər) Rusiyada şəhər.
Alişan
Alişan (19 iyun 1976, İstanbul) — Türkiyə müğənnisi Məşhur türkiyəli Zaza müğənni Alişan əsgər getməmək üçün maraqlı üsuldan istifadə edib. Sənətçi hərbi xidmətdən yayınmaq üçün futbolçu olmaq qərarına gəlib. Belə ki, 2008-ci ildə qəbul olunan qanuna əsasən 3 liqada çıxış edən peşəkar futbolçulara 38 yaşına qədər hərbi xidmətdən möhlət hüququ verir. Bu qanundan yararlanmaq istəyən 33 yaşlı Alişan 2-ci liqa təmsilçisi "Tepecikspor"la müqavilə imzalayıb. Özü də müğənni klubdan transfer haqqı almaq əvəzinə, özü transfer haqqı ödəyib. yəni müqaviləni pul qarşılığında imzalayıb. Lakin o, arxada qalan 14 tur ərzində bir dəfə də olsun "Tepecikspor"un formasını geyinməyib. Alişanın 33 yaşında olmasına baxmayaraq hərbi xidmətə getməməsi Türkiyədə böyük narazılıqlarla qarşılanıb. Hətta 2009-cu ildə "Facebook"da "Alişan əsgərliyə getsin" adlı kampaniya da başlayıb. İlk dəfə iki il öncə hərbi xidmətdən yayınmaqda Təqsirlənәn müğənni 2008-ci ildə dəyişdirilən hərbi qanundan yararlanmaq qərarına gəlib.
Alkan
Alkanlar (Doymuş karbohidrogenlər və ya Parafinlər) — yalnız karbon (C) və hidrogen (H) elementlərindən təşkil olunmuş və CnH2n+2 formuluna cavab verən doymuş karbohidrogenlərdir. Məsələn bir karbonu olan metanın formulu CH4 Alkanlardan bir hidrogen çıxarılması ilə əldə edilən grupa alkil grupu (radikal qrup) deyilir ve 'R' ilə göstərilir. Məsələn metandan bir hidrogen çıxarılırsa metil (CH3), etandan bir hidrogen çıxarılırsa etil (C2H5) əldə edilir. Bu molekullar daha bir rabitə yaradaraq karbohidrogen zəncirinə bağlanır. CnH2n+2 kimi yazılır. Alkanların şaxələnməsi üçün, formuldakı n ədədi 3-dən böyük (n>3), halqalı (tsiklo) halında ola bilməsi üçünsə 2-dən böyük olmalıdır (n>2). == Alkanlarda izomerlik == Üç karbondan artıq karbonu olan alkanlarda izomerilik xüsusiyyəti vardır. Ən sadə izomer, şaxələnməmiş olan normal (n-) izomerdir. Bu izomer şaxələnərək çox saylı izomerlər yarada bilər. Karbonun sayı artdıqca şaxələnmə növü və sayı artdığından izomer sayı da artar.
Allan
Allan — ad. Allan Fakir — Pakistanın xalq mahnılarının ifaçısı. Allan Lalin — Honduras futbolçusu Allan Kanningem — Böyük Britaniya botaniki.
Alman
Almanlar (Almanca: die Deutschen) — qədim germanlardan əmələ gələn xalq, Almaniya, Avstriya, İsveçrə və Lixtenşteynin əsas əhalisi. Ümumi sayları təxminən 140 milyondur. Bundan başqa Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Braziliyada, Qazaxıstanda və s. ölkələrdə yaşayan və almanca danışmayan əhali də etnik baxımıdan alman sayılır. == Tarix == Bir etnos kimi almanlar bugünkü Almaniya, Avstriya və qonşu ərazilərdə formalaşıblar. Almanların əcdadı olan german tayfaları e.ə. V əsrdə Skandinaviyadan enib eramızın I əsrinə qədər bu əraziləri ələ almışdılar və burada keltlərlə, slavyanlarla və Ural tayfaları ilə qarışmışdılar. Halbuki "Deutsche" (alman) adı etnik mənada ilk dəfə XV əsrdə Müqəddəs Roma imperiyası dövründə işlənmişdir. İmperiyanın dağılmasından və 1870-ci ildə kiçik alman hersoqluqlarının birləşib vahid Almaniya dövlətinin yaranmasından sonra almanlar tamamilə formalaşmış xalqa çevrilirlər. Orta əsrlərdən başlayaraq ta XX əsrin ortalarınadək almanlar fəal mühacirət proseslərinə cəlb olunmuşdular.
Alpan
Alpan — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Tarixi == Alpan kəndi Quba rayonunda yerləşir. Alpan Azərbaycanın ən qədim kəndlərindən biri hesab olunur. Tarixçilərə görə Alpan adının mənşəyi qədim Albaniyanın adı ilə bağlıdır. Kənddə 2000-də artıq ev var. Həmçinin Alpanda qədim qəbirstanlıqlar, XVI əsrə aid Subaba türbəsi və Qalacıq kimi tarixi abidələr var. Kəndin əhalisi etnik olaraq əsasən türk mənşəlidir. Kəndin qədimdən bu günümüzə qədər gələn özünəməxsus adət-ənənələri var. Novruz bayramı ərəfəsində son çərşənbə axşamı ("Şamqoyulan" günü) kənd əhalisi tərəfindən özünəməxsus qaydada – pirləri ziyarət edərək, yaxınlarının qəbirləri yanında şam yandırmaqla, xüsusən də gənclərin pirlərdəki ələm ağaclarına ələm bağlaması, onların ətrafında 7 dəfə dövrə vurmaqla murad tutmaları şəklində qeyd olunur.
Alvan
Alvan və ya Buquz/Buğuz — Xocavənd rayonunun Avdur kəndi ərazisində qala adı. Başqa adı olan Buquz / Buğuz XIX əsrdə Gürcüstanda (indi Kaxeti mxaresinin Axmeta munisipalitetində) Alvani-Samebo və Albani Kvemo, Batum əyalətinin Artvin dairəsində Alvanqala, Alvanikam, Alazan çayının aşağı axarında Alvan düzü və s. adlarla mənşəcə eynidir. XI–XII əsr rus mənbələrində Alban ölkəsinin adı Alvanya kimidir. Gürcüstanda Kvemo Alvani və Zemo Alvani (Axmeta rayonu) kənd adları ilə mənşəçə eynidir. 1006-cı ilə aid mənbədə Zəngəzurda Alvançay (ermənicə yazılışda Ağuanget) adı (Həkəriçayın qədim adı) da bu sıraya aiddir.
Alzan
Alzan (fr. Alzen) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. La-Bastid-de-Seru kantonuna daxildir. Kommunanın dairəsi — Fua. INSEE kodu — 09009. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 146 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 128 yaş arasında (15-64 yaş arasında) 96 nəfər iqtisadi cəhətdən, 32 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.0%, 1999-cu ildə 75.8%). Fəal olan 96 nəfərdən 75 nəfər (38 kişi və 37 qadın), 21 nəfər işsiz (11 kişi və 10 qadın) idi. 32 hərəkətsiz 14 nəfər arasında şagird və ya şagird, 8 nəfər təqaüdçü, 10 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Alışan
Alışan (lat. Dictamnus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinə aid bitki cinsi. Latınca "Dictamnus" adlanır. Lüğəti mənası Dikte — Krit dağlarının birinin adı, Thamnos isə "kol" deməkdir. Qaratikan kolları arasında bitən bu bitkinin yayın qızmar günlərində öz-özünə alışıb yandığı haqqında rəvayətlər gəzir. Elə buna görə də bitkiyə xalq arasında "alışdım-yandım" da deyirlər. "Alışdım-yandım" quraqlığadavamlı olmaqdan ötrü öz ətrafında efir yağı ilə zəngin atmosfer yaradır. Kibriti yandırıb bu bitkiyə yaxın tutduqda o ani olaraq alovlanır. Bu bitkinin tərkibində diktamin alkalloidi, saponin və 0,5%-ə qədər efir yağı vardır. Çində sarılıq, öd kisəsi iltihabı xəstəliklərinin müalicəsində, qaşların tökülməsində və keçəlləşmənin qarşısının alınmasında istifadə edilir.
Anşan
Anşan – Çinin şimal-şərqində, Lyaonin əyalətində şəhər. == Ümumi məlumat == Əhalisi 1,2 mln., aqlomerasiyada – 3,44 mln. (2005). Şərqi Mancuriya dağlarının ətəklərində, Anşan çayı sahilindədir. Nəqliyyat qovşağı. 1911-ci ilədək kiçik kənd olmuş Anşan yaxınlığındakı dəmir filizi yatağının istismarı ilə əlaqədar olaraq böyümüş və şəhər statusu almışdır. Mühüm ağır sənaye mərkəzlərindəndir. Ölkənin ən iri metallurgiya kombinatı Anşandadır. Maşınqayırma, kimya, sement, neft emalı sənayesi müəssisələri var.
Alan
Alan — ad. Bu adı olan tanınmış şəxslər Alan Corc Lafley — Procter & Gamble şirkətinin indiki rəhbəri. Alan Arkin — amerika kinoaktyoru."Oskar" mükafatına layiq görülüb. Alan Türinq — ingilis riyaziyyatçısı, məntiqçi və kriptoqrafı. Yaşayış məntəqələri Alan (Kürdüstan) — Alan (Sərab) — Alaniya — Müasir Rusiya federasiyası ərazisində yerləşən qədim vilayətlərdən birinin adı.
Aşan
Aşan (Marağa) — İranda kənd. Aşan — Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Aşandağ — Xocavənd rayonu ərazisində dağ.
Ensizyarpaq alışan
Freya Allan
Freya Allan (tam adı: ing. Freya Allan; 6 sentyabr 2001, Oksfordşir[d], Cənub-Şərqi İngiltərə[d]) — İngiltərə aktrisası. Netflixdə yayımlanan Cadugər teleserialındakı Sintra şahzadəsi Sirilla roluna görə tanınır. == Həyatı == Freya Allan Oksfordşirdə anadan olub. Oksfordda Hedinqton Məktəbində təhsil alıb. Bakingemşirdə Bekonsfilddə Milli Film və Televiziya Məktəbində təhsilini davam etdirib. Burada təhsil aldığı dövrdə Mavi quş (ing. Bluebird) və Milad ağacı (ing. The Christmas Tree) qısa filmlərində rol almışdır. Freya Allan Bornmut İncəsənət Universitetində təhsil alarkən Kapitan Firs (ing.
Gevond Alişan
Gevond Alişan (erm. Հայր Ղեւոնդ Ալիշան; 6 (18) iyul 1820, Konstantinopol, Osmanlı imperiyası – 9 noyabr 1901, San-Ladzaro-deli-Armeni[d], İtaliya krallığı), həmçinin Leonsio Alişan (it. Leonzio Alishan) və ya Leons Alişan (fr. Léonce Alichan) — erməni əsilli katolik keşişi, tarixçi və şairi. 1885-ci ildə Parisdəki Erməni Tələbələr Fondu Gevond Alişandan Ermənistanı təmsil edəcək bayraq hazırlamağı xahiş etmişdir. Onun tərtib etdiyi ilk bayraq formaca müasir Ermənistan bayrağına bənzəsə də, üzərindəki rənglər fərqli idi. O, daha sonra hazırladığı başqa bir bayraqğı Fransa bayrağından ilhamlanaraq tərtib etmişdir. Bu bayraqdakı rənglər qırmızı, yaşıl və mavi idi. Bunların Nuhun yerə enərkən ardıcıl olaraq gördüyü üç rəng olduğuna inanılır. İngilis yazıçısı Con Raskin "ona həmişə bir növ müqəddəs kimi baxdı"ğını qeyd etmiş, "uzun illər dostu" olduğunu əlavə etmişdir.
Monte Alban
Monte Alban (isp. Monte Albán) — Meksikanın cənub-şərqində, Oaxaka ştatında Kolumba qədərki dövrə aid böyük yaşayış məntəqəsidir. Oaxaka vadisinin mərkəzi hissəsindən keçən alçaq dağ silsiləsində yerləşir. İndiki ştatın paytaxtı Oaxaka şəhəri Monte Albandan təxminən 9 km şərqdə yerləşir. Monte Albanın ictimai mərasim mərkəzi dəniz səviyyəsindən təxminən 1940 m hündürlükdə (dərənin dibindən 400 metr) süni şəkildə düzləşdirilmiş təpənin üstündə yerləşir. Bu mərkəzdən əlavə, bütün silsilə və onun təpələri boyunca, yüzlərlə süni terras və bəndlərlə əhatə olunmuş onlarla tikili var. Şimalda Atzompa və El-Qalo təpələrindəki yaxın xarabalıqlar da bu qədim şəhərin bir hissəsi hesab olunur. Monte Alban Mezoamerikanın ən ilk şəhəridir və demək olar ki, min il ərzində Sapotek sivilizasiyasının ictimai-siyasi və iqtisadi mərkəzi kimi mühüm rol oynamışdır. Monte Alban Orta Klassik dövrün sonlarına doğru təxminən e.ə. 500-cü ildə qurulmuşdur.
Nikolas Allan
Nikolas Allan (ing. Nicholas Allan; 11 dekabr 1956) — İngilis uşaq yazıçısı və illüstratorudur. İngiltərənin Brayton şəhərində doğulub böyüyən Nikolas Allan 1970–1975-ci illərdə Brayton Kollecində oxuyub. Slayd İncəsənət Məktəbində təhsilini davam elətdirmiş və Şərqi İngiltərə Universitetindən Yaradıcı Yazı Sənəti üzrə magistr dərəcəsini almışdır. İlk kitabını "Böyük Pəri" 1989-cu ildə nəşr etdi və o vaxtdan bəri uşaqlar üçün bir çox kitab yazmağa başladı, o cümlədən "Sehrli tualet", "Şeytan Teddi", "Kraliçanın Pantalonları". " Hilltop Xəstəxanası mükafat qazanan bir teleseriala uyğunlaşdırılmışdır. Onun digər kitabları arasında "Qapını sındırmaq üçün tam bələdçi" romanı da mövcuddur. Boş vaxtlarında Nikolas vaxtının çox hissəsini Londonda deyil, Braytonda keçirir.
Alman mediatizasiyası
Alman mediatizasiyası (alm. deutsche Mediatisierung‎) — 1802–1814-cü illərdə Almaniyada və ətraf bölgədə çoxlu sayda Müqəddəs Roma imperiyası mülklərinin kütləvi mediatizasiyası və dünyəviləşdirilməsi yolu ilə baş verən əsas yenidənqurma layihəsi. Müqəddəs Roma imperiyasının əksər teokratik knyazlıqları, azad imperiya şəhərləri, dünyəvi knyazlıqlar və digər kiçik özünü idarə edən qurumları müstəqil statuslarını itirərək, qalan dövlətlərin tərkibinə daxil oldular. Mediatizasiya prosesinin sonunda alman dövlətlərinin sayı təxminən 300-dən cəmi 39-a endirildi. Alman dövlətlərinin kütləvi mediatizasiyası və dünyəviləşdirilməsi almanların təşəbbüsü ilə deyildi. İnqilabçı Fransa və Napoleonun amansız hərbi və diplomatik təzyiqinə məruz qalaraq başlanan bu proses 1945-ci ilə qədər Almaniya tarixində əmlak və ərazilərin ən geniş şəkildə yenidən bölüşdürülməsini təşkil etdi.
Altan Aksoy
Altan Aksoy (d. 5 fevral 1976, Rizə) — Türkiyənin keçmiş milli futbolçusudur. Futbol oynadığı son komanda 2010–11 mövsümündə 1. liqa komandalarından olan Giresunspordu. == Futbol karyerası == === Klub komanda karyerası === === İlk illər === Göztepe infrastrukturunda futbola başlayan Altan 17 yaşındakı təsirli oyunu ilə 92–93 mövsümünün ikinci yarısında A komandasında yer aldı. Göztəpə üçün ilk rəsmi matç 2 may 1993-cü ildə Sakaryaspor ilə 1-ci matçda oynanıldı . O , liqa matçında meydana çıxdı. Daha 1,5 mövsüm Göztəpədə oynayan Altan digər klubların diqqətini çəkdi və 94–95 mövsümünün ikinci yarısında "İstanbulspor" a keçdi. 1,5 mövsüm "İstanbulspor"da çıxış edən Altan 96–97 mövsümünün əvvəlində türk futbolsevərlərin onu tanıyacağı " Adanaspor" a transfer olub. === Adanaspor illəri === O, "Adanaspor"da 6 mövsüm, 183 liqa və 10 Türkiyə Kubokunda çıxış edib.
Altan Öymən
Məhməd Altan Öymən (20 iyun 1932, İstanbul) — Türkiyə jurnalisti, yazıçısı və siyasətçisi. == Həyatı == Öymən 20 iyun 1932-ci ildə anadan olmuşdur. Orta təhsilini Ankaradakı Atatürk Liseyində başa vurmuşdur. Ankara Universitetinin Politologiya fakültəsini bitirmişdir. Jurnalistlik fəaliyyətinə artıq 1950-ci ildə 18 yaşında başlamış və uzun müddət "Ulus", "Axşam", "Cümhuriyyət" və "Milliyyət" kimi böyük qəzetlərdə müxbir, köşə yazarı və baş redaktor vəzifələrində çalışmışdır. 1960-cı illərdə Altan Öymen Almaniya Federativ Respublikasının Bonn şəhərində mətbuat attaşesi vəzifəsində çalışmışdır. Öymən partiya rəhbərliyi dövründə yarımçıq qoyduğu jurnalistlik karyerasına yenidən başlamış və "Radikal" qəzetindəki köşə yazısında siyasi mövzularda məqalələr yazmışdır. 1980–1990-cı illərdə jurnalistikasına görə bir neçə dəfə mükafatlandırılmışdır. == Əsərləri == Mobilya Dosyası (The Furniture File), um:ag Press (1997), with Uğur Mumcu, 300p., ISBN 975-8084-28-3 Bir Dönem Bir Çocuk (One Era One Child), Doğan Press (2002), 606 p., ISBN 975-293-040-9 Değişim Yılları (The Transition Times), Doğan Press (2004), 670 p., ISBN 975-293-255-X Öfkeli Yıllar (The Angry Years), Doğan Press (2009) 608 pg., ISBN 978-605-111-401-9 ...
Allan Kormak
Allan Maklaud Kormak (ing. Allan McLeod Cormack; 23 fevral 1924[…], Yohannesburq, Transvaal[d], Cənubi Afrika İttifaqı – 7 may 1998[…]) — Cənubi Afrikalı və amerikalı fizik, " kompüter tomoqrafiyasının inkişafına görə" 1979-cu ildə fiziologiya və ya tibb üzrə Nobel Mükafatı laureatı (Godfrey Hounsfield ilə birlikdə). ABŞ Milli Elmlər Akademiyasının üzvü (1983).
Alman milliyətçiliyi
Alman milliyətçiliyi (alm. Deutscher Nationalismus‎) — almanların və almanosferin vahid milli dövlətdə birliyini təşviq edən ideoloji anlayış. Alman milliyətçiliyi almanların bir millət və bir xalq olaraq vətənpərvərliyini və milli kimliyini önə çəkir. Alman milliyətçiliyinin ən erkən mənşəyi pangermanizmin yüksəlməyə başladığı Napoleon müharibələri dövründə romantik milliyətçiliyin meydana çıxması ilə əlaqələndirilir. Alman milli dövləti ideyası Napoleon Bonapartın rəhbərliyi altında Fransanın alman ərazilərini işğal etməsinə cavab olaraq mühüm siyasi qüvvəyə çevrilməyə başladı. XIX əsrdə almanlar alman milli dövlətinin Avstriya imperiyasını istisna edən "Kiçik Almaniya"dan, yoxsa Avstriya imperiyasını və ya onun almandilli hissəsini əhatə edən "Böyük Almaniyadan" ibarət olub-olmaması ilə bağlı alman məsələsini müzakirə etmişdilər. Prussiya kansleri Otto fon Bismarkın başçılıq etdiyi fraksiya Kiçik Almaniya yaratmağa müvəffəq olmuşdur. Aqressiv alman milliyətçiliyi və ərazi genişlənməsi hər iki dünya müharibəsinə səbəb olan əsas amil idi. Birinci Dünya müharibəsindən əvvəl Almaniya Britaniya və Fransaya rəqib olmaq ümidi ilə müstəmləkə imperiyası qurmuşdu. 1930-cu illərdə nasistlər hakimiyyətə gələrək Böyük German Reyxini yaratmağa çalışırdılar.
Aslan
Şir (lat. Panthera leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu təqribən 210 sm-ə, quyruğu 110 sm-ə, kütləsi 280 kq-a yaxın olur. Pəncəsi iri caynaqlı, tükü qısa, sarımtıl-qonurdur. Quyruğunun ucu qotaz kimidir. Başqa pişikkimilərdən fərqli olaraq, cinsiyyət dimorfizmi yaxşı nəzərə çarpır. Erkəyinin boynunda, başının bir hissəsində, sinəsində və gövdəsinin ön tərəfində açıq-sarı, qara yalı olur. Dişi və cavan şirlərin isə yalı olmur. Çox güclü və cəlddir. Antilop, zebr, zürafə, maral, sürünənlər və s.
Ulsan
Ulsan (kor. 울산 광역시) — Koreya yarımadasının cənub-şərqində yerləşən şəhər-metropolis. Cənubi Koreyada əhalisinin sayına görə, ən böyük yeddinci metropolisdir. Cənubdan Busan, şimaldan Qyonqju şəhərləri ilə qonşudur. Ulsan sənaye rayonunun mərkəzi olan Ulsan şəhəri Cənubi Koreyanın əsas sənaye mərkəzlərindən biri hesab olunur. 1962-ci ildə şəhər, 1997-ci ildə şəhər-metropolis statusu almışdır. Ən böyük avtomobil istehsalçısı şirkəti olan Hyundai Motor Comapany, Hyundai Heavy İndustries tərəfindən idarə olunan dünyanın ən böyük tərsanəsi və SK Energy-yə aid dünyanın ən böyük ikinci neftayırma zavodu da burada yerləşir.
Hatice Aslan
Xədicə Aslan (20 fevral 1962, Sivas) — Türkiyə aktrisası. == Həyatı == Hatice Aslan 20 fevral 1962-ci ildə Sivasda doğulmuşdur. Uşaqlığı Sivasdakı Qazı Burhanəddin məhəlləsində keçmişdir. 9 uşağın altıncısıdır. Sivas liseyində oxuyub. Atası Xəlifə Aslan dövlət dəmir yollarında işləyirdi, əslən Malatyanın Kuluncak qəzasına bağlı Darılı (Çörmü) kəndindəndir. Anası Rəhmə Aslan isə Sivasın Hambal kəndindəndir. 1979–1983-cü illərdə Ankara Dövlət Konservatoriyasında təhsil alıb. Konservatoriyasından məzun olduğu il Dövlət teatrına daxil olub. 1986-cı ildə İzmir dövlət teatrına köçürülüb.
I Aslan
I Məhəmməd Aslan paşa — 1659-cu ildə paşa olmuşdur. Çox qəddar olduğu üçün xalqın narazılığına səbəb olan paşa 1677-ci ildə (yaxud 1680) edam edilmişdir.
Knyaz Aslan
Aslan Knyaz İlyas oğlu (25 dekabr 1960, Hamamlı, Dmanisi rayonu) — Azərbaycan şairi, publisisti, alimi. Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. == Həyatı == Knyaz İlyas oğlu Aslan 1960-cı il dekabrın 25-də Gürcüstan Respublikası Başkeçid rayonunun Hamamlı kəndində anadan olub. 1968–1979-cu illərdə Hamamlı kənd orta məktəbində təhsil alıb. Orta məktəbi Qızıl medalla bitirib. 1979–1981-ci illərdə Hamamlı kənd orta məktəbində katib-kargüzar vəzifəsində işləyib. 1981–1983-cü illərdə Bakı Mədəni-Maarif Texnikumunda (indiki Bakı Humanitar Kollecində), 1983–1988-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində, 1985–1987-ci illərdə Bakı Dövlət Universitetinin İctimai peşələr fakültəsinin jurnalistika bölməsində, 1987–1989-cu illərdə Azərbaycan Jurnalistlər Birliyi nəzdində Jurnalist Sənətkarlığı İnstitutunda, 1994–1998-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb və bu təhsil müəssisələrini fərqlənmə diplomu ilə bitirib. 1990–1993-cü illərdə Bakı Dövlət Universitetinin aspiranturasında təhsil alib. 1992–1995-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi sistemində "Azərbaycan Ordusu" qəzetinin müxbiri, Məxsusi müxbirlər şöbəsinin redaktoru və "Hərbi Nəşriyyat"ın redaktoru işləyib. Ermənistan-Azərbaycan müharibəsi zamanı döyüş tapşırıqlarını yerinə yetirmək üçün dəfələrlə ön cəbhə xəttinə göndərilib, operativ hərbi informasiyalar hazırlayıb.
Məmməd Aslan
Aslanov Məmməd Muxtar oğlu (24 dekabr 1939, Laçın, Kəlbəcər rayonu – 23 sentyabr 2015, Zaqatala) — Azərbaycan şairi, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981-ci il), Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi. Məmməd Aslan 1939-cu il dekabrın 24-də Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olmuşdur. Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməmişdir. Lakin bunlar kiçik yaşlı oğlunda şeirə-sənətə tükənməz həvəs oyatmışdır. Kəlbəcər qəsəbəsində (indi şəhərdir) orta məktəbi bitirdikdən sonra APİ-nin filologiya fakültəsində təhsil almışdır (1957-1962). Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllim kimi başlamışdır. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı "Yenilik" qəzeti redaksiyasında məsul katib işləmişdir. 1970-ci ilin axırlarında Bakıya köçmüş, burada "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədabiyyat və incəsənət" qəzeti redaksiyalarında çalışmış, "Yazıçı" nəşriyyatında böyük redaktor olmuşdur. Azərbaycan Dövlət Teleşirkətinin, "Ekran-Efir" qəzetinin baş redaktoru olmuşdur. Bədii yaradıcılığa 1960-cı ildə "Azərbaycan müəllimi" qəzetində çıxan ilk şeirilə başlamışdır.