QARIŞDIRMAQ

f.
1. Bir şeyi başqa şeyə qatıb, bir-birindən ayrılmayacaq, yaxud çətin ayrılacaq hala salmaq. Una qənd qarışdırmaq. Çaxırı su ilə qarışdırmaq. Qumu əhənglə qarışdırmaq.
// İki və ya çox şeyi bir-birinə qatıb birləşdirmək.
…Karvan oğlanları ocaq qalayır, yol torbalarındakı duz qarışdırılmış arpa unundan xəmir yoğurub dəyirmi kündələri ocaqların qızmar külünə basdırır, ala çiy bişmiş bu kündələri ağızlarını pörşələyərək isti-isti yeyir, … orda-burda taya vurduqları yüklərin yanında yerə sərilib yatırdılar. Ə.Məmmədxanlı.

2. Bir şeyi çömçə, qaşıq və s. ilə dairəvi şəkildə çevirmək, bulamaq, qurdalamaq. Dovğanı qarışdırmaq. Südü qarışdır, daşmasın. Stəkanı qarışdırmaq (stəkandakı çayı qarışdıraraq içindəki şəkəri əritmək).
3. məc. Fitnə-fəsad salmaq, təfriqə salmaq, qarışıqlıq salmaq. [Hacı Səməd ağa:] …O kitab yazanın heç biri nə bəydir, nə rəiyyət. Avara-avara adamlardır.
Ancaq aralıq qarışdırırlar. Ə.Haqverdiyev.

// məc. Pozmaq, xarab etmək.
Əgər xəbər alsan molla Səfini; Oğru dürüst qarışdırıb kefini. Q.Zakir.

4. Qayda və səliqəni pozmaq, nizamsız bir hala salmaq, qarmaqarışıq etmək. Stolun üstündəki kağızları kim qarışdırıb? Uşaqlar bütün şeyləri qarışdırıblar.
5. Dolaşıq salmaq, qarışıq salmaq, səhvən bir-birinə oxşatmaq. İki qardaş bir-birinə o qədər oxşayır ki, adam qarışdırır. İki məfhumu bir-birinə qarışdırmaq.
6. Bir işin iştirakçısı etməyə çalışmaq. Xahiş edirəm, bu cəncəl işə məni qarışdırmayasınız.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QARIŞDIRMAQ qarışdırmaq bax qatmaq 2
  • QARIŞDIRMAQ pozmaq
  • QARIŞDIRMAQ qurdalamaq — bulamaq — çevirmək
  • QARIŞDIRMAQ oxşatmaq

Antonimlər (əks mənalı sözlər)

  • QARIŞDIRMAQ QARIŞDIRMAQ – AYIRMAQ Ana, südlü yaymanı cılxaca süddən bişirim, yoxsa su da qarışdırım? (Ə.Haqverdiyev); Mən səndən ayrılmazdım, ayırdı yağı məni (Ba
QARIŞDIRMA
QARIŞIQ

Digər lüğətlərdə

...лоша́дный на бровя́х несмышлёночек продешеви́ть труси́ха чароде́йский визи́говый выста́ивание нести́сь шири́ночка apologetic Deccan hemp dynamometer foot-key go-slow last hurrah legislative council Plough Monday psychoneuroses rootless rosewater sister-cities swart толстосум увлажнять