Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aleksandrit
Aleksandrit — mineral, zümrüdü-yaşıl, tərkibində Cr olan xrizoberil. Qiymətli daş. Özünəməxsus xüsusiyyəti ilə digərlərindən fərqlənir. Belə ki süni işıqda (məsələn lampa işığında) bənövşəyi və ya al-qırmızı, günəş işığında isə yaşıl rəngdə görünür. Kimyəvi formulu Al2BeO4-dür. Sərtliyi 8,5-dir. == Tarixi == Aleksandriti ilk dəfə Sankt-Peterburq Elmlər Akademiyasının müxbir üzvü Niels Nordenskjold kəşf etmişdir. O 17 aprel 1834-cü ildə yaşıl rəngli qəribə bir daş tapdı. Onu başqa minerallarla qarışığı olan zümrüd zənn etdi. Lakin onun sərtliyini ölçərkən sərtliyinin 7.5 yerinə 8.5 olduğunu gördü.
Aleksandri Herkulanu
Aleksandri Herkulanu (28 mart 1810[…], Lissabon – 13 sentyabr 1877[…], Santaren[d]) — Portuqaliya tarixçisi, yazıçı, siyasi xadim. 1844-cü ildən Portuqaliya Elmlər Akademiyasının üzvü olmuşdur. 1831–36-cı illərdə siyasi fəaliyyətlə məşğul olmuş, liberal mövqedən çıxış etmişdir. Ən böyük əsəri olan "Portuqaliya tarixi" (port. Historia de Portugal), 13-cü əsrin ortalarınadək olan dövrü əhatə edir. Herkulanu həmçinin sənədli və antiklerikal ruhlu "Portuqaliyada inkvizisiyanın meydana gəlməsi və bərqərar olması tarixi" (port. Historia da origen e es tabelecimento da İnquisição em Portuqal) əsərinin müəllifidir. Uzun müddət Portuqaliya tarixi sənədlərinin nəşrinə rəhbərlik etmişdir. Siyasi şeirlərin və tarixi romanların müəllifidir. Əsərlərində Portuqaliyanın ictimaisiyasi həyatını, orta əsrlərin məişət və adətlərini təsvir etmişdir.
Vasili Aleksandri
Vasili Aleksandri (mold. Василе Александри, rum. Vasile Alecsandri; 21 iyul (2 avqust) 1821, Bakeu judetsi, Moldova knyazlığı – 22 avqust (3 sentyabr) 1890[…], Mirçeşti[d]) — Moldova və Rumıniya yazıçısı, publisist, folklor toplayıcısı. Vasili Aleksandri 2 avqust 1821-ci ildə Moldova knyazlığında anadan olmuşdur. O, 1848-ci il inqilabında, həmçinin Moldaviya və Valaxiyanın birləşməsi uğrunda mübarizədə fəal iştirak etmişdir. "Yassı karnaval vaxtı", "Kiritsa əyalətdə" (1852) komediyalarında, "Müstəbid voyevoda" (1879), "Ovidi" və s. tarixi dramlarında və hekayələrində feodal-təhkimcilik quruluşu, istibdad, hakim siniflərin həyat tərzini tənqid edir. 1877–1878-ci illər Rusiya–Osmanlı müharibəsi dövründə yazdığı "Bizim döyüşçülərə pyes" silsiləsində xalqın istiqlaliyyət uğrunda mübarizəsini tərənnüm etmişdir. "Doynalar" (1843–1853), "İnci-cicəkləri" (1848–1863) şeir silsilələrinin, tarixi poemaların müəllifidir. Aleksdrinin yaradıcılığı moldav və rumın ədəbiyyatında tənqidi realizmin, ədəbi dilin inkişafına güclü təsir göstərmişdir.
Aleksandr Aleksandrov
Aleksandr Vasilyeviç Aleksandrov (1882-1942) — SSRİ xalq artisti, SSRİ və Rusiya himnlərinin musiqisinin müəllifi. Aleksandr Daniloviç Aleksandrov (1912-1999) — sovet və rus riyaziyyatçısı. Aleksandr Aleksandrov (1990) — Bolqarıstanı və Azərbaycan təmsil edən idmançı.
Aleksandr Aleksandrov (avarçəkən)
Aleksandr Aleksandrov (9 aprel 1990, Sofiya) — Bolqarıstanı və Azərbaycanı təmsil edən idmançı. == Karyerası == Aleksandr Aleksandrov 2007-ci ildə Polşanın Poznan şəhərində baş tutan Avropa Çempionatında fərdi turnirdə bürünc medalın sahibi oldu. 2010-cu ildə Azərbaycan Kanoe Federasiyası Aleksandr Aleksandrovu Azərbaycan yığmasının heyətinə cəlb elədi. Aleksandr Aleksandrov 2012-ci ildə Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Aleksandr Aleksandrov bu idman növü üzrə Azərbaycan Olimpiya Oyunlarında təmsil edən birinci idmançı olaraq tarixə düşdü. Fərdi turnirdə çıxış edən Aleksandr Aleksandrov olimpiada da iyulun 28-də mübarizə apardı. Təsnifat mərhələsinin C qrupunda çıxış edən Aleksandr Aleksandrov 6:48.80 dəqiqə nəticə göstərdi. Bu nəticələrə əsasən Aleksandr Aleksandrov altı idmançı sırasında üçüncü pillənin sahibi oldu və dörddəbir final mərhələsinə adladı. İyulun 31-də bu mərhələnin B qrupunda çıxış edən Aleksandr Aleksandrov 6:56.36 dəqiqə nəticə göstərdi və qrupu altı idmançı sırasında üçüncü pillədə başa vurdu. Bu nəticələrə əsasən Aleksandr Aleksandrov yarım-final mərhələsinə adladı.
Aleksandr Aleksandrov (bəstəkar)
Aleksandr Vasilyeviç Aleksandrov (1 (13) aprel 1883, Plaxino[d], Ryazan quberniyası[d], Rusiya imperiyası – 8 iyul 1946[…], Berlin, Sovet işğalı zonası[d]) — Rusiya–sovet bəstəkarı və xor dirijoru. O, SSRİ xalq artisti (1937), SSRİ Dövlət mükafatı laureatı (1942, 1946) olmuşdur. Aleksandrov SSRİ və Rusiya himnlərinin musiqisinin müəllifidir. == Həyatı == Aleksandr Vasilyeviç Aleksandrov 13 aprel 1883-cü ildə Rusiya imperiyasının Ryazan quberniyasında anadan olmuşdur. Aleksandrov 1939-cu ildən Sov.İKP üzvüdür. O, sənətşünaslıq doktoru (1940), general-mayor (1943) olmuşdur. Aleksandrov "Müqəddəs hərbə" (1941) mahnısı ümumxalq şöhrəti qazanmışdır. Onun yaradıcılığı üçün axıcılıq, epik vüsət və s. xarakterikdir. Mahnılarında rus klassik musiqi ənənələrini davam etdirmişdir.
Aleksandr Aleksandrov (riyaziyyatçı)
Aleksandr Daniloviç Aleksandrov (rus. Алекса́ндр Дани́лович Алекса́ндров; 22 iyul (4 avqust) 1912, Volın[d], Ryazan quberniyası[d] – 27 iyul 1999[…], Sankt-Peterburq[…]) — SSRİ və Rusiya riyaziyyatçısı, fiziki, filosofu, alpinisti, akademik. == Həyatı == Aleksandr Daniloviç Aleksandrov 4 avqust 1912-ci ildə anadan olmuşdur. O, 1951-ci ildən Sov.İKP üzvü olmuşdur. Aleksandrov 1952–1964-cü illərdə Leninqrad Universitetinin rektoru olmuşdur. Onun tədqiqatları həndəsəyə aiddir. Aleksandrovun fiqurların metrik xassələrini öyrənmək üçün kəşf etdiyi üsullar həndəsənin tədqiqat sahəsini genişləndirmişdir. Onun nisbilik nəzəriyyəsi və fəlsəfənin əsaslarına dair tədqiqatları da var. Aleksandrov 1964-cü ildən SSRİ EA akademiyasının üzvü olmuşdur. O, 1949-cu ildə alpinizm üzrə SSRİ idman ustası olmuşdur.
Aleksandriya
İsgəndəriyyə və ya Aleksandriya (yun. Αλεξάνδρεια) — Misirin Aralıq dənizi hövzəsində, Nil çayının deltasında yerləşən şəhərdir. 3,87 milyon əhalisi olan bu şəhər Qahirədən sonra Şimali Afrikada ikinci ən böyük şəhər sayılır. == Tarixi == Arxeoloji qazıntıların nəticələrinə əsasən insanlar İsgəndəriyyə ərazisində artıq e.ə. 2700 və 2200-cü illər arasında məskunlaşmışlar. İkinci axın e.ə. 1000 ilə 800 arasında baş verir. Yunan şəhəri İsgəndəriyyənin təməli e.ə.331-ci ildə Makedoniyalı İsgəndər tərəfindən qoyulur. Ancaq onun özü bu şəhəri görə bilmir. İsgəndərin hücumları zamanı başqa dövlətlərdə (İran və Hindistan) bu adda şəhərlərin yaradılmasına baxmayaraq Misirdəki şəhər ən əzəmətlisi olmuşdur.
Aleksandrov
Aleksandrov — Rusiya Federasiyasının Vladimir vilayətində şəhər. Radio və araq-likör zavodları, toxuculuq, tikiş fabrikləri, ət kombinatı və s. var. Aleksandrov XIV əsrdən məlumdur. 1564–1572 illərlə çar İvan Qroznının iqamətgahı olmuşdur. Aleksandrovun memarlıq abidələrindən Troitsa (1513), Pokrov (XVI əsrin ortaları), Uspeniye (XVI əsrin birinci rübü) və s. kilsələr mühafizə olunmuşdur. XVII əsrdə car malikanəsinin yerində Uspeniye monastırı salınmış, qala divarları (1670–1680) tikilmişdir. Aleksandrovda həmcinin, ölkəşünaslıq muzeyi var. == İstinadlar == == Əlavə ədəbiyyat == Александров // Города России: энциклопедия (50000 nüs.).
Aleksandru
Aleksandru — ad. Aleksandru Maksim — Qaziantep FK-dən icarə əsasında Super Liqada çıxış edən Beşiktaş klubunda Aleksandru Averesku — Rumıniya hərbçisi, dövlət və siyasi xadimi.
Aleksandr
Aleksandr — Dünyada daha çox işlədilən ad. I Aleksandr (1777–1825) — Romanovlar sülaləsinin üzvü, Rusiya imperiyasının imperatoru. II Aleksandr — Romanovlar sülaləsinin üzvü, Rusiya imperiyasının XII imperatoru. III Aleksandr — Romanovlar sülaləsinin üzvü, Rusiya imperiyasının imperatoru. VII Aleksandr — Roma papası Aleksandr Puşkin — dahi rus şairi, dramaturq və nasiri Aleksandr Rıbak — müğənni, aktyor və skripka ifaçısı. Aleksandr Popov — rejissor, ssenari müəllifi, aktyor, rejissor assistenti Aleksandr Makovski — Aktyor. Rejissor köməkçisi. Rejissor. Bədii rəhbər. Ssenari müəllifi.
II Aleksandrın islahatları
"Böyük islahatlar" — o vaxta qədər Rusiya tarixində analoqu olmayan 1860 və 1870-ci illərdə imperator II Aleksandrın dövründə Rusiya imperiyasında həyata keçirilmiş islahatlar: Təhkimçilik hüququnun ləğvi (1861) Maliyyə islahatı (1863) Ali məktəb islahatı (1863) Zemstvo islahatı (1864) Məhkəmə islahatı (1864) Senzura islahatı (1865) Şəhər özünüidarəçiliyi islahatı (1870) Orta məktəb təhsili islahatı (1871) Hərbi islahat (1874) Bu yeni tədbirlər uzun müddət davam edən bir sıra sosial-iqtisadi problemləri həll etdi, Rusiyada kapitalizmin inkişafı yolunu təmizlədi, vətəndaş cəmiyyətinin və qanunun aliliyinin sərhədlərini genişləndirdi. Lakin bu yeniliklər sona qədər aparılmadı. II Aleksandrın hakimiyyətinin sonunda mühafizəkarların təsiri altında bəzi islahatlar (məhkəmə, zemstvo) məhdud həyata keçirildi. Xələfi III Aleksandrın başlatdığı əks-islahatlar kəndli islahatlarının və şəhər özünüidarəetmə islahatlarının müddəalarına da təsir etdi. == Maariflənmiş bürokratlar == İslahatların hazırlanmasında və həyata keçirilməsində əsas fəal qüvvə 1830-1840-cı illərdə formalaşmağa başlayan yüksək vəzifəli məmurların kiçik bir zümrəsi idi. Qərb tarixşünaslığında bu zümrə "maariflənmiş bürokratlar" adlanır. 1960-cı illərdən sonra isə rus tarixşünaslığında "liberal bürokratlar" termini geniş istifadə olunur. Müasirləri onları "qırmızılar", "mütərəqqilər", "demokratik məmurlar" adlandırırdılar və "reaksionerlər" və "təhkimçilər"ə qarşı qoyurdular. "Liberal bürokratlar"ı təhkimçiliyin ləğv edilməsi, məhkəmənin, yerli idarəetmənin və həyatın digər sahələrinin yenilənməsinin zəruriliyi birləşdirirdi. “Liberal bürokratlar” yenilənmənin əsas aparıcı qüvvəsi kimi imperatorun qeyri-məhdud hakimiyyətini görürdülər.
VII Aleksandrın məzarı
VII Aleksandrın məzarı (it. Sepolcro di Alessandro VII) — Covanni Lorenso Bernini tərəfindən dizayn və qismən icra edilmiş qəbirüstü xatirə abidəsidir. Abidə Vatikandakı Müqəddəs Pyotr bazilikasının cənub qanadında yerləşir. Abidə Papa VII Aleksandrın özü tərəfindən sifariş edilmişdir. Lakin, abidənin quraşdırılmasına 1671-ci ilə kimi başlanılmamış və o, 1678-ci ildə, Papanın ölümündən on bir il sonra tamamlanmışdır. Bu əsər həyatının son dövrlərində 81 yaşlı Berninin aldığı ən böyük sifariş idi. Heykəlin tamamlanmasından sonra 1680-ci ildə ustad sənətkar vəfat etmişdir. Pontifikliyinin əvvəllərində Aleksandr başa düşür ki, xatirəsini ölümsüzləşdirmək üçün monumental məzarüstü abidəyə ehtiyacı var; xələfləri kimi, o da abidənin hazırlanmasını məşhur sənətkar Berniniyə həvalə edir. Papanın gündəliyində abidə ilk dəfə 9 avqust 1656-cı ildə qeyd edilir. Papann ölümündən sonra abidənin icrası və xərclərinin ödənilməsinə onun qardaşı oğlu Kardinal Flavio Kici nəzarət edir.
Aleksandar Aleksandrov
Aleksandr Aleksandrov (9 aprel 1990, Sofiya) — Bolqarıstanı və Azərbaycanı təmsil edən idmançı. == Karyerası == Aleksandr Aleksandrov 2007-ci ildə Polşanın Poznan şəhərində baş tutan Avropa Çempionatında fərdi turnirdə bürünc medalın sahibi oldu. 2010-cu ildə Azərbaycan Kanoe Federasiyası Aleksandr Aleksandrovu Azərbaycan yığmasının heyətinə cəlb elədi. Aleksandr Aleksandrov 2012-ci ildə Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Aleksandr Aleksandrov bu idman növü üzrə Azərbaycan Olimpiya Oyunlarında təmsil edən birinci idmançı olaraq tarixə düşdü. Fərdi turnirdə çıxış edən Aleksandr Aleksandrov olimpiada da iyulun 28-də mübarizə apardı. Təsnifat mərhələsinin C qrupunda çıxış edən Aleksandr Aleksandrov 6:48.80 dəqiqə nəticə göstərdi. Bu nəticələrə əsasən Aleksandr Aleksandrov altı idmançı sırasında üçüncü pillənin sahibi oldu və dörddəbir final mərhələsinə adladı. İyulun 31-də bu mərhələnin B qrupunda çıxış edən Aleksandr Aleksandrov 6:56.36 dəqiqə nəticə göstərdi və qrupu altı idmançı sırasında üçüncü pillədə başa vurdu. Bu nəticələrə əsasən Aleksandr Aleksandrov yarım-final mərhələsinə adladı.
Aleksandriya (Peterhof)
Aleksandriya (rus. Александрия) — Peterburqun ətrafında yerləşən Peterhof şəhərinin saray-park ansamblıdır. Bura 1830-cu ildən - 1917-ci ilə qədər Rusiya imperatorlarının iqamətgahlarından biri idi (İmperator Əlahəzrətinin yay sarayı). == Tarix == === XVIII əsr === Aleksandriyanın yerləşdiyi torpaq sahəsi I Pyotrdan bağ evləri üçün torpaq əldə etmiş dörd mülkiyyətçiyə məxsus idi. Tarixi məlumatlara əsasən, bu sahələr katib Aleksandr Yakovlevə, qvardiya-leytenantı Danila Çevkinə, general-feldseyxmayster Yakob Brüs və Pyotr Moşkova məxsus idi. Sahiblər 1725-ci ilə qədər dəyişmişdir. Bəzi məlumatlara görə, 1725-1726-cı illərdə bu torpaqlar Aleksandr Daniloviç Menşikov əldə etmiş və burada Monkuraj (Mənim cəsarətim) adlı sarayın tikintisinə başlamışdır. Buna baxmayaraq, sarayın tikinti işləri tamamlanmamışdı. Pyotrun ən yaxın favoritinin rüsvayçılığından sonra, həmin bu torpaqlar onun siyasi əleyhdarları olan knyaz Dolqorukilərə sövq edilmişdir. Yeni sahiblər ərazinin abadlaşdırılmasından az maraqlanırdılar və bu səbəbdən də xalq arasında buralar "Dolqorukovun boş əraziləri" adlandırılmışdır.
Aleksandriya FK
Oleksandriya FK — Oleksandriya şəhərini təmsil edən, Ukraynanın peşəkər futbol klubudur. Klub oyunlarını Oleksandriya şəhərindəki Nika stadionunda oynayır.
Aleksandriya Villasenor
Aleksandriya Villasenor (18 may 2005, Davis[d], Kaliforniya) — Nyu-Yorkdan olan amerikalı ətraf mühit fəalı. Gələcək üçün cümə hərəkatının və ətraf mühit fəalı Qreta Tunberqin davamçısı. Villasenor US Youth Climate Strike həmtəsisçisi və Earth Uprising-in qurucusudur. == Bioqrafiya == Villasenor Kaliforniyanın Davis şəhərində anadan olub. Ailəsi 2018-ci ildə Şimali Kaliforniyadan Nyu-Yorka köçür. Villasenorun həyatda məqsədi Birləşmiş Millətlər Təşkilatının strukturunda işləməkdir. == Fəaliyyəti == Villasenorun iqlim dəyişikliyinə qarşı mübarizəsi 2018-ci ilin noyabrında Kaliforniyada ailə tətili zamanı tətil düşərgəsində yanğından tüstü buluduna tutulduğu zaman başlayır. Aleksandriya astma xəstəsidir, ona görə də fiziki cəhətdən çox əziyyət çəkir. Bundan sonra o, ciddi yanğına səbəb olan iqlim dəyişikliyini və temperaturun yüksəlməsini araşdırmağa başlayır. Aleksandriyanın anası Kristin Hoq iqlim dəyişikliyi və cəmiyyəti öyrənmək üçün Kolumbiya Universitetinin magistr proqramına daxil olub.
Aleksandros Mavrokordatos
Aleksandros Mavrokordatos (yun. Ἀλέξανδρος Μαυροκορδάτος; 1636 və ya 1641, Konstantinopol – 1709 və ya 23 dekabr 1709, Konstantinopol) — yunan mənşəli Mavrokordatos ailəsinin üzvü, Bolonya Universitetinin tibb üzrə fəlsəfə doktoru, 1673-cü ildə Sultan IV Mehmedin draqomanı. Osmanlı-Müqəddəs İttifaq müharibəsi zamanı Habsburq monarxiyası ilə danışıqlarda yaxından iştirak etmişdir. Mavrokordatos Karlovitsa müqaviləsinin (1699) layihəsini hazırlamışdır. Dövlət katibi kimi fəaliyyət göstərmiş və Müqəddəs Roma İmperiyasında İmperiya kontu (alm. Reichsgraf‎) titulunu qazanmışdır. Körpülü Hacı Hüseyn Paşa və Rami Mehmed Paşa ilə birlikdə II Mustafanın məhkəməsində ali səlahiyyətlərə malik olan Aleksandros Osmanlı İmperiyasındakı xristianların vəziyyətini yaxşılaşdırmaq üçün çox işlər görmüşdür. 1703-cü ildə vəzifəsindən uzaqlaşdırılsa da, sonradan Sultan III Əhməd tərəfindən yenidən məhkəməyə çağırılmışdır. Aleksandros Mavrokordatos həm də tarix, qrammatika mövzusunda bir sıra əsərlərin müəllifidir. 1689-cu ildə Leopoldina Elmlər Akademiyasının üzvlüyünə qəbul edilmişdir.
Aleksandrov pasajı
Aleksandrov pasajı — Kazanda yerləşən şəhər əhəmiyyətli tarixi abidə. Rusiyada olan bir neçə pasajdan biri. 1880-1883-cü illərdə tacir Aleksandr Aleksandrovun sifarişi ilə tikilib. == Haqqında == Kazan şəhərində pasaj tikmək məqsədilə tacir Aleksandr Aleksandrov 1880-ci ilin yanvar ayında müsabiqə elan edir. Müsabiqədə Peterburq İncəsənət Akademiyasının məzunları 22 yaşlı Vladimir Suslov və Nikolay Pozdeyevin layihəsi qalib gəlir. Qalib gəldiklərinə görə məzunlar 500 rubl mükafat da əldə edirlər. Müsabiqənin qalibləri Peterburqu tərk edə bilmədikləri üçün binanın tikintisi peterburqlu memar Henri Ruşa tapşırılır. Bina Ruş tərəfindən 1880-1883-cü illərdə tikilib. Bina özündə modern və neobarokko üslublarını cəmləşdirib. Aleksandr Aleksandrov dünyasını dəyişdikdən sonra bina onun bacısı Olqa Geynsə miras qalır.
Anatoli Aleksandrov
Anatoli Aleksandrov (fizik) — SSRİ və Rusiya fiziki.
Nana Aleksandriya
Nana Aleksandriya (gürc. ნანა გიორგის ასული ალექსანდრია, Nana Giorgis asuli Aleksandria; 13 oktyabr 1949, Poti) — Sovet və Gürcüstan şahmatçı, qrosmeyster (1976). SSRİ-nin əməkdar idman ustası (1971). Nana Aleksandriya 1949-cu ildə Poti şəhərində anadan olmuşdur, jurnalistika ixtisasını bitirmişdir. 1963-cü ildə SSRİ çempionatında debüt etmişdir, 1964-cü ildə Gürcüstan SSR çempionu oldu. Üçqat SSRİ çempionu (1966, 1968, 1969) olmuşdur. Dəfələrlə SSRİ yığma komandasında dünya olimpiadalarının (1969-1980) qalibi olmuşdur. 1967-1990-cı illərdə dünya çempionatı yarışlarında iştirak etmişdir. Dünya çempionatının final görüşlərində iki dəfə iştirak etmişdir, ancaq 1975-ci ildə Nona Qaprindaşvili (+3 =1 -8), 1981-ci ildə isə Maya Çiburdanidzeyə (+4 = 8 -4, Çiburdanidze dünya çempionu titulunu qorudu) məğıub olmuşdur. 20-dən çox beynəlxalq turnirin qalibi.
Pavel Aleksandrov
Pavel Sergeyeviç Aleksandrov (25 aprel (7 may) 1896, Noqinsk, Rusiya imperiyası – 16 noyabr 1982[…], Moskva) — SSRİ riyaziyyatçısı; topologiya üzrə elmi məktəbin yaradıcısı; çoxluqlar nəzəriyyəsi və funksiyalar nəzəriyyəsi sahələrində də çalışmışdır. Pavel Aleksandrov 7 may 1896-cı ildə Moskvada doğulub. 16 noyabr 1982-ci ildə Moskvada vəfat edib. Pavel Sergeyeviç Aleksandrov universitetdə oxuduğu illərdə bir çox araşdırmalar etmişdir. Həm funksiya , həm də çoxluqlara dair usaqlar üçün Riyaziyyat ensiklopediya tərtib etmişdir . Onun nəzəriyyəsi o dövrün alimləri üçün çox bəyənilmişdir . Rusiyanın , Amerika Birləşmiş ştatlarının Elmlər akademiyasının üzvlüyünü daşımışdır. Sovet riyaziyyatçısı , həmçinin professor , elmlər doktorudur.
Qriqori Aleksandrov
Qriqori Aleksandrov (10 (23) yanvar 1903, Yekaterinburq, Perm quberniyası[d] – 16 dekabr 1983, Moskva) — Kinorejissor, ssenarist, bədii rəhbər, SSRİ xalq artisti (1948). Sosialist Əməyi Qəhrəmanı (1973). SSRİ Dövlət mükafatı laureatı (1941, 1950). 1921-ci ildən teatr aktyoru kimi fəaliyyətə başlamışdır. 1924-cü ildən kinoda çalışmışdır. "Potyomkin" Zirehli Gəmisi (1925), "Oktyabr" (1927), "Köhnə və Yeni" (1929) filmlərində aktyor, rejissor assistenti, axırıncı iki filmdə, həmçinin ssenari müəlliflərindən biri olmuşdur. Q.Aleksandrov "Şən Uşaqlar" (1934), "Sirk" (1936), "Volqa-Volqa" (1938), "İşıqlı Yol" (1940), "Bahar" (1947) kinokomediyalarının, "Bir ailə" (1943; Rza Təhmasib və Mikayıl Mikayılovla birlikdə), "Elbada Görüş" (1949), "Bəstəkar Qlinka" (1952), "Rus Hədiyyəsi" (1960) və s. filmlərin rejissorudur. 1942-43-cü illərdə "Bakı kinostudiyası"nda çalışmışdır. 3 dəfə Lenin ordeni və başqa ordenlərlə təltif edilmişdir.
Troada Aleksandriya
Troada Aleksandriya (yunanca: Αλεξάνδρεια Τρωάς); Türkiyənin qərb sahilinin şimalına yaxın, Bozcaadanın cənubunda olan Antik Yunan şəhəridir. Çanaqqala vilayətinin Ezine bölgəsində Dalyan kəndinin cənub-şərqində yerləşir. Qədim şəhər təxminən 400 hektar (4 km²) ərazini əhatə edir. Bu gün qalan binalardan bəzilərinə Termlər, Odeon, qədim yunan teatrı, gimnaziya kompleksi və yeni kəşf edilmiş stadion daxildir. Şəhərin köhnə divarları hələ də görünə biləcək vəziyyətdədir. Strabonun sözlərinə görə, bu bölgə əvvəlcə Siqeya adlanırdı, E.ə 306-cı ildə Böyük İsgəndərin komandirlərindən biri olan I Antigonus Monophtalmos keçmişdə çox nüfuzlu bir şəhər olan Neandreya da daxil olmaqla beş yaşayış məntəqəsinin sakinlərini Siqeriyaya yerləşdirərək şəhəri genişləndirib yenidən qurdu. E.ə 301-ci ildə Lisimaxos tərəfindən Makedoniyalı İskəndərin xatirəsinə şəhərin adı "Troada Aleksandriya" olaraq dəyişdirildi. (Böyük Plini adın Antigoniadan Aleksandriaya dəyişdirildiyini yazıb). Şimal-qərb Anadolunun əsas limanı olan şəhər Roma dövründə xeyli inkişaf etmiş və bu gün tapılan qalıqlar bölgənin tarixdəki əhəmiyyətini sübut edir. Qızıl dövrdə şəhərin 100.000-ə yaxın bir əhaliyə çatdığı düşünülür.
Aleksandriya (dəqiqləşdirmə)
Aleksandriya — İsgəndəriyyə şəhərinin digər adı. Aleksandriya (şəhər, Ukrayna) — Ukraynanın Kirovoqrad vilayətində şəhər. Aleksandriya (Peterhof) — Peterburqun ətrafında yerləşən Peterhof şəhərinin saray-park ansamblı.
Kuin-Aleksandra
Kuin-Aleksandra (ing. Queen Alexandra Range) — Transantarktika dağları sisteminə malik olan silsilə. Silsilənin buzlaq qatı üzərinə çıxan hissələri pikləri xartırladır. Silsilənin uzunluğu 200 km-dir. Ən hündür zirvəsi Kerkpatrik dağıdır (4528 m). Silsilə ilk dəfə 1908-ci ildə təşkil olunan Ernest Şekltonun rəhbərlik etdiyi ekspedisiya zamanı aşkarlanmışdır. Silsilə İngiltərə kraliçası Aleksandranın şərəfinə adlandırılmışdır.
Nothofagus alessandri
Nothofagus alessandri (lat. Nothofagus alessandri) — fıstıqçiçəklilər fəsiləsinin notofaqus cinsinə aid bitki növü.
III Aleksandrın Bakıya səfəri
III Aleksandrın Bakıya səfəri — Rusiya imperiyasının imperatoru III Aleksandr Aleksandroviçin, imperatriça Mariya Fyodorovnanın və onların uşaqlarını Nikolay Aleksandroviçin və Georgi Aleksandroviçin Bakıya səfəri 8-9 oktyabr 1888-ci ildə olmuşdur.. Bu, Rusiya monarxlarının Bakıya ilk və yeganə səfəri olmuşdu. İmperator və onun ailəsinin Bakıya səfəri zamanı Bakı şəhəri artıq 29 il idi ki, Bakı quberniyasının inzibati mərkəzi idi və əhalisinin sayına görə Qafqazda ikinci yeri tuturdu. 1888-ci ildə Bakı şəhərində 80 min nəfərə yaxın adam yaşayırdı . Şəhərdə əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edirdilər. 1886-ci ildə Bakının gəliri 327 min manata çatırdı, gəlirin əsas hissəsi (təxminən 90 min manat) yükdaşımaların payına düşürdü. == 8 oktyabr 1888-ci il == Imperatorun qatarı Bakı şəhərinə şənbə günü gündüz saast 12-də gəldi. Qubernatorun evinin üstündə xüsusi formalı bayraq asılmış, gəmilərdən yaylım atəşləri açılmışdır. Dəmiryol stansiyasına gedən yol bayraqlar və bitkilərlə bəzədilmişdir. Yol boyu bütün şalbanlar Lənkərandan gətirilmiş yaşıl sarmaşıqlarla örtülmüşdür .
II Aleksandrın məhkəmə islahatı
II Aleksandrın məhkəmə islahatı — 1860-cı illərdə imperator II Aleksandrın həyata keçirdiyi islahatlardan biri. == Zəmin == Rusiya imperiyasında iqtisadi inkişafın və 50-ci illərin sonu – 60-cı illərin əvvəllərindəki şəraitin təsiri altında öz obyektiv sosial-iqtisadi məzmununa görə burjua xarakterli məhkəmə islahatına başlamağa məcbur oldu. 1864-cü il noyabrın 20-də II Aleksandr hakim senata fərman imzaladı. Bu fərmana ―1864-cü il 20 noyabr məhkəmə nizamnamələri adı altında birləşdirilmiş məhkəmə təsisatları, cinayət məcəlləsi, mülki məcəllə və andçı hakimlər tərəfindən qoyulan cəzalar haqqında nizamnamə əlavə edilmişdi. Məhkəmə islahatı silki məhkəmələri bütün silklər üçün ümumi olan məhkəmələrlə əvəz etdi, andlılar məhkəməsi, vəkillər korpusu yaratdı, məhkəmə instansiyaların sayını azaltdı. Bu islahat formal olaraq məhkəmə quruculuğu və məhkəmə icrası, məhkəmə hakimiyyətinin qanunverici və icraedici hakimiyyətlərdən ayrılması, məhkəmə prosesinin aşkarlığı, hakimlərin müstəqilliyi və onların bütün işləri öz daxili inamlarına müvafiq surətdə həll etmək hüququ, cinayət işlərinin əskəriyyətinin andlı iclasçılarının iştirakı ilə baxılması və s. burjua-demokratik prinsiplərini bəyan etdi. 1864-cü il məhkəmə islahatı məlum dərəcədə müsbət əhəmiyyətə malik idi. Bununla bərabər, hakim təbəqə tərəfindən, mütləqiyyət quruluşu şəraitində keçirilmiş bu islahat da yarımçıq idi. Onun qeyri-ardıcıllığı, ilk növbədə, dövlət cinayətlərinin andlılar məhkəməsinin ixtiyarından alınmasında təzahür etdi.