Aleksandr Aleksandrov (9 aprel 1990, Sofiya) — Bolqarıstanı və Azərbaycanı təmsil edən idmançı.[1]
Aleksandr Aleksandrov | ||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||
Tam adı | Aleksandr Aleksandrov | |||||||||||||||||||
Vətəndaşlığı |
Bolqarıstan → Azərbaycan |
|||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||
Doğum yeri | Sofiya, Bolqarıstan | |||||||||||||||||||
Boyu | 190 sm. | |||||||||||||||||||
İdman növü | Akademik avarçəkmə | |||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Aleksandr Aleksandrov 2007-ci ildə Polşanın Poznan şəhərində baş tutan Avropa Çempionatında fərdi turnirdə bürünc medalın sahibi oldu.
2010-cu ildə Azərbaycan Kanoe Federasiyası Aleksandr Aleksandrovu Azərbaycan yığmasının heyətinə cəlb elədi.[1] Aleksandr Aleksandrov 2012-ci ildə Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi.[1] Aleksandr Aleksandrov bu idman növü üzrə Azərbaycan Olimpiya Oyunlarında təmsil edən birinci idmançı olaraq tarixə düşdü. Fərdi turnirdə çıxış edən Aleksandr Aleksandrov olimpiada da iyulun 28-də mübarizə apardı.[2] Təsnifat mərhələsinin C qrupunda çıxış edən Aleksandr Aleksandrov 6:48.80 dəqiqə nəticə göstərdi.[2] Bu nəticələrə əsasən Aleksandr Aleksandrov altı idmançı sırasında üçüncü pillənin sahibi oldu və dörddəbir final mərhələsinə adladı.[2] İyulun 31-də bu mərhələnin B qrupunda çıxış edən Aleksandr Aleksandrov 6:56.36 dəqiqə nəticə göstərdi və qrupu altı idmançı sırasında üçüncü pillədə başa vurdu.[2] Bu nəticələrə əsasən Aleksandr Aleksandrov yarım-final mərhələsinə adladı.[2] Bu mərhələ avqustun 1-də baş tutdu.[2] Yarım-final mərhələsinin B qrupunda çıxış edən Aleksandr Aleksandrov 7:20.80 dəqiqə nəticə göstərdi.[2] Bu nəticələrə əsasən Aleksandr Aleksandrov altı idmançı sırasında üçüncü pillənin sahibi oldu və olimpiadanın final mərhələsinə vəsiqə qazandı.[2] Avqustun 2-də baş tutan final mərhələsində altı idmançı mübarizə apardı.[2] 7:08.42 dəqiqə nəticə göstərən Aleksandr Aleksandrov London Olimpiadasını dördüncü pillədə başa vurdu.[2]
Olimpiadadan sonra Aleksandr Aleksandrov Azərbaycan Kanoe Federasiyası tərəfindən Bolqarıstandan cəlb edilən digər idmançı Boris Yotovla duet oldu.[1] Aleksandr Aleksandrov və Boris Yotov dueti 2014-cü ilin mayında Serbiyanın Belqrad şəhərində baş tutan Avropa Çempionatını gümüş medalla başa vurdu.
2015-ci ilin sentyabrında Fransada baş tutan Dünya Çempionatının nəticələrinə əsasən isə Aleksandr Aleksandrov və Boris Yotov dueti olimpiya lisenziyasına sahib oldu.
Aleksandr Aleksandrov və Boris Yotov dueti 2016-cı ilin avqustunda Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi.[1] Aleksandr Aleksandrov və Boris Yotov dueti avqustun 6-da mübarizə apardı.[3] Təsnifat mərhələsinin A qrupunda çıxış edən Aleksandr Aleksandrov və Boris Yotov dueti 6:40.52 dəqiqə nəticə göstərdi.[3] Bu nəticələrə əsasən Aleksandr Aleksandrov və Boris Yotov dueti beş idmançı sırasında sadəcə Yeni Zelandiya nümayəndələrindən geri qaldı olimpiadanın yarım-final mərhələsinə adladı.[3] Bu mərhələ avqustun 8-də baş tutdu.[3] Yarım-final mərhələsinin B qrupunda çıxış edən Aleksandr Aleksandrov və Boris Yotov dueti uğursuz çıxış elədi və 6:36.48 dəqiqə nəticə göstərdi.[3] Bu nəticələrə əsasən Aleksandr Aleksandrov və Boris Yotov dueti altı idmançı sırasında sonuncu — altıncı pillənin sahibi oldu və olimpiadanın final mərhələsinə vəsiqə qazana bilmədi.[3] Avqustun 11-də baş tutan təsəlliverici B finalında isə 7:24.02 dəqiqə nəticə göstərən Aleksandr Aleksandrov və Boris Yotov dueti Rio-de-Janeyro Olimpiadasını 12-ci pillədə başa vurdu.[3]