Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mirəli Alosmanov
Mirəli Alosmanov (Alosmanov Mirəli Seyfəddin oğlu; 4 may 1939, Ağsu – 3 noyabr 2022, Padarqışlaq, Ağsu rayonu) — Texnika elmləri doktoru. Professor Mirəli Alosmanov 1939-cu ildə Ağsu rayonunda anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir. Sumqayıt superfosfat zavodunda texnik, mühəndis, növbə rəisi, texnoloq və sex rəisi vəzifələrində işləmişdir. 1970-ci ildə Leninqrad Texnologiya İnstitutunun aspiranturasına daxil olmuş, 1974-cü dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi adı almışdır. 1990-cı ildə Moskva şəhəri Mendeleyev adına Texnologiya İnstitutunun Mərkəzləşdirilmiş Elmi Şurasında"Zaqafqaziya təbii-mineral birləşmələr sənayesinin əsasında fosforlu gübrə texnologiyası və prosesin fiziki-kimyəvi əlaqəsi"mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru adı almışdır. 1968-ci ildən Azərbaycan Neft Akademiyasında assistent, dosent, professor, institututun nəzdindəki elmi-tədqiqat akademiyasının direktor müavini işləmişdir. Ümumi kimya texnologiyası sahəsində 527 səhifəlik kitabı rus dilindən tərcümə edilmişdir. Neft, kimya və üzvi sintez istehsalı proseslərindən alınmış, buxarlandırılmamış aşağıqatılıqlı sulfat turşusu əsasında monokalsifosfatın alınması Zaqafqaziya təbii birləşmələri və müxtəlif sənaye tullantılarını tətbiq etməklə fosforlu gübrələrin istehsalı texnologiyasının fiziki-kimyəvi əsaslarının öyrənilməsi Faydalı qazıntıların əlavəsi ilə metallurgiya sənayesi tullantılarının əsasında gübrə və meliorantın alınması və istehsalata tətbiqinin öyrənilməsi Neft quyularının qazılmasından alınan və üzvi kompleks tullantıların modifikasiyaedici birləşmələrlə zərərsizləşdirilərək istifadə texnologiyasının işlənməsi və istehsalata tətbiqinin öyrənilməsi Təbii-mineral, müxtəlif sənaye və məişət tullantıları əsasında üzvi-mineral kompleks gübrə, meliorant və bitkimühafizəedici birləşmələrin alınma texnologiyasının işlənməsi və proseslərin fiziki-kimyəvi əsaslarının qanunauyğunluqlarının öyrənilməsi. 2005-ci ildə Böyük Britaniyanın Cambridge Universitetində 100-dən çox alimdən biri kimi tanınıb.
Losman (roman)
Losman (roman) — Ceyms Fenimor Kuperin dəniz mövzusunda olan ilk romanı. Meşə dünyası kimi, dəniz aləminə də yaxından bələd olan, gəncliyinin bir neçə ilini fırtınalı dənizlərdə keçirən Kuperin "Losman" romanında da dramatik səhnələr, dənizçilərin ağır həyatı və dənizin rəngarəng görüntüləri təsvir edilmişdir. Bu əsər də obrazların təbiiliyi və reallığı ilə diqqəti cəlb edir. "Losman" romanında bəhs olunan məhəbbət tarixçəsinin başlıca iştirakçıları "Ariel" gəmisinin gənc kapitanı Dik Barnsteybl və leytnant Qriffitdir. Romanın baş qəhrəmanı isə həyatı sirlərlə dolu olan Losman Qreydir. Günlərin birində o, İngiltərənin sərhədlərində dara düşmüş bir Amerika freqatını xilas edir və o vaxtdan etibarilə bütün amerikan dənizçilərinə rəhbərlik etməyə başlayır. Freqatın kapitanından başqa bu adamın kim olduğunu heç kəs bilmir. Yazıçının müasirləri Losman Qreyin məşhur dənizçi Con Pol Consun prototipi olduğunu çox asanlıqla müəyyən etmişdilər. Belə ki, həmin dövürdə ingilislərə qarşı bir sıra çox uğurlu hərbi əməliyyat keçirən bu amerikalı dənizçinin şöhrəti hər tərəfə yayılmışdı. Bu romanın qəhrəmanları təbiət qüvvələri — tufanlar, fırtınalar və insanlarla ölüm-dirim mübarizəsi aparırlar, hərçənd ki, bu mübarizə onlara baha başa gəlir — düşmən topunun mərmisi kapitanın həyatına son qoyur, bir çox igid dənizçilər həlak olur, ancaq Barnsteybl və Qriffit öz nişanlıları ilə sağ-salamat vətənə qayıdırlar.
Talisman
Talisman və ya bəzən maskot (fr. mascotte — «uğur gətirən insan, heyvan və ya əşya») — hər hansı tanınan insanabənzər personaj, kollektivi təcəssüm etdirir: məktəb, idman komandası, icma, hərbi hissə, hadisə və ya brend. İdman dünyasında, maskot kommersiya üçün də istifadə olunur.
Alisma
Baqəvər (lat. Alisma) — baqəvərçiçəklilər sırasının baqəvərkimilər fəsiləsinə aid bitki cinsi.
Loğman
Loğman peyğəmbər Qurani Kərimdə adı keçən 30 peyğəmbərdən biridir.Loğman Peyğəmbər həkim muşdur.Yəni təbabətlə məşğul olmuşdur.O yüksək biliyə malik idi.Loğman adının mənası ərəbcə "həkim-təbib" deməkdir.
Alman
Almanlar (Almanca: die Deutschen) — qədim germanlardan əmələ gələn xalq, Almaniya, Avstriya, İsveçrə və Lixtenşteynin əsas əhalisi. Ümumi sayları təxminən 140 milyondur. Bundan başqa Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Braziliyada, Qazaxıstanda və s. ölkələrdə yaşayan və almanca danışmayan əhali də etnik baxımıdan alman sayılır. Bir etnos kimi almanlar bugünkü Almaniya, Avstriya və qonşu ərazilərdə formalaşıblar. Almanların əcdadı olan german tayfaları e.ə. V əsrdə Skandinaviyadan enib eramızın I əsrinə qədər bu əraziləri ələ almışdılar və burada keltlərlə, slavyanlarla və Ural tayfaları ilə qarışmışdılar. Halbuki "Deutsche" (alman) adı etnik mənada ilk dəfə XV əsrdə Müqəddəs Roma imperiyası dövründə işlənmişdir. İmperiyanın dağılmasından və 1870-ci ildə kiçik alman hersoqluqlarının birləşib vahid Almaniya dövlətinin yaranmasından sonra almanlar tamamilə formalaşmış xalqa çevrilirlər. Orta əsrlərdən başlayaraq ta XX əsrin ortalarınadək almanlar fəal mühacirət proseslərinə cəlb olunmuşdular.
Alosa
Alosa (lat. Alosa) — siyənəkkimilər dəstəsinin siyənəklər fəsiləsinə aid balıq cinsi. Üst çənəsi çənəarası sümüklərdə kəsiklidir. Qarnının orta xətti boyunca kil pulcuqları uzanır.Quyruq üzgəcinin əsası yaxınlığında bir cüt uzanmış pulcuq vardır. Anal üzgəcin son süaları uzanmışdır. Fəqərələrinin sayı 43-49-dur.Bədənin hər iki tərəfində, qəlsəmə qapaqlarının gerisində tünd rəngli xal vardır. Bəzən bu xalların gerisində bir neçə xallardan əmələ gələn iri xallar da olur. Xəzər dənizində siyənəklərin 6 növü və bir çox yarımnövü, Azərbaycanın ərazi sularında isə 5 növü yaşayır. Alozalara şişqarın siyənəklərin 20-ədək növü daxildir. Uzunluğu 18 sm- dən 100 sm-ədək olur.
Osman
Osman — Şərqdə daha çox işlədilən ərəb mənşəli kişi adı. Osman ibn Əffan — Üçüncü Raşidi xəlifə. Osman Batur — Şərqi Türkistanda fəaliyyət göstərmiş inqilabçı. Osman Durmuş — siyasətçi, həkim. Osman Yağmurdərəli — Türkiyənin məşhur aktyoru və rejissoru, siyasətçi. Osman Zəncani — çilingər və qələmdan ustası Osman ibn Səid Əmri — İmam Mehdinin xüsusi nümayəndəsi. Osman Nuri Topbaş — Osman Vəlizadə — Qafqaz müsəlmanlarının II Müftisi. I Osman — Osmanlı dövlətinin qurucusu və ilk hökmdarı. II Osman — 1618-1622-ci illərdə Osmanlı sultan I Əhmədin oğludur. III Osman — 1754-1757-ci illərdə Osmanlı sultanı.
Adam Laksman
Adam Erikoviç Laksman (rus. Адам Эрикович Лаксман; 1766 – 1806) – fin əsilli Rusiya leytenantı. 1792–93-cü illərdə Rusiyanın Yaponiya ekspedisiyasına başçılıq etmişdir. Təbiətşünas atası Erik Laksman tərəfindən təşkil olunan və İmperatriça II Yekaterina tərəfindən göndərilən Yaponiya ekspedisiyasının məqsədi qəzaya uğramış yapon dənizçiləri Yaponiyaya qaytarmaq kimi göstərilmişdi. Lakin əsl məqsəd Yaponiya haqqında informasiya toplamaq və ticarət əlaqələri qurmağın mümkünlüyünü yoxlamaq idi. Həmin dövrdə Yaponiyanın izolyasiya şəraitində olmasına baxmayaraq, Adam Laksman və başçılıq etdiyi "Ekaterina" gəmisinin heyəti 9 oktyabr 1792-ci ildə Hokkaydonun Nemuro limanında qonaqpərvərliklə qarşılanmış, qışı burada keçirmişdirlər. Laksman 1793-cü ilin iyulunda Hakodate şəhərinə doğru yelkən açmış, buradan quru yolu ilə Matsumae şəhərinə çataraq Tokuqava şoqunluğu tərəfindən göndərilmiş İşikava Şoqen və Murakami Dayqaku ilə görüşmüşdür. Onlar Laksmanın paytaxta gəlməsinin qarşısını almaqla vəzifləndirilmişdilər. Yaponiya rəsmilər qəzaya uğramış yapon dənizçiləri qəbul etmiş və ruslarla hədiyyə mübadiləsi aparmışdırlar. Lakin Laksmanın etimadnaməsini və məktublarını özünə qaytarmış, ticarətlə bağlı müzakirə aparmaqdan imtina etmişdirlər.
Alassan Uattara
Alassan Draman Uattara (fr. Alassane Dramane Ouattara; 1 yanvar 1942[…], Dimbokro[d]) — 2010-cu ildən etibarən Kot-d'İvuar Respublikasının Prezidenti olan siyasətçi. Uattara 1 yanvar 1942-ci ildə Fransa Qərbi Afrikasının Dimbokro şəhərində anadan olmuşdur. O, Vattara İmperiyası olaraq da bilinən Konq İmperiyasının bir hissəsi olan Burkina-Fasonun müsəlman xalqlardan gəlir. Uattara müsəlmandır və Dyula xalqının üzvüdür. 1965-ci ildə Pensilvaniyada yerləşən Filadelfiya Drekael Texnologiya İnstitutunda elmi bakalavr dərəcəsi aldı. Uattara daha sonra 1967-ci ildə iqtisadiyyat üzrə magistr, 1972-ci iildə isə Pensilvaniya Universitetində iqtisad elmləri namizədi olmuşdur. Uattaranın amerikalı Barbara Jan-Devis ilə ilk evliliyindən Devid Draman Uattara və Fanta Katrin Uattara adlı iki övladı var. 1991-ci ildə yəhudi əsilli fransız katolik iş adamı Dominik Nuvian ilə evləndi. Onların toyu Parisin 16-cı dairəsinin bələdiyyə binasında keçirilib.
Bolsman beyni
Bolsman beyni, xaosda təsadüfi dalğalanmaların yaratdığı bir şüurun bir fərziyyəsidir. Bu fərziyyə, kainatın təsadüfi dalğalanma nəticəsində yüksəldiyini iddia edən fizik Lüdviq Bolsmanın adını daşıyır. Bolsman kainatın istilik dalğalanmasından yaranıb-yarana bilməyəcəyi məsələsini gündəmə gətirdi. Bolsman beyni konsepsiyası "niyə biz kainatda belə geniş təşkilatlanmanı və nizamlılığı müşahidə edirik?" sualına cavab axtarmaq üçün doğuldu. Termodinamikanın ikinci qanununda deyilir ki, qapalı kainatda ümumi entropiya heç vaxt azalmayacaqdır. Kainatı sabit və tənzimlənməmiş yüksək bir entropiya kimi düşünə bilərik. Niyə müşahidə olunan entropiya bu qədər aşağıdır? Bolsman iddia edir ki, biz və müşahidə etdiyimiz aşağı entropiyalı dünyamız yüksək entropiya aləminin təsadüfi dəyişiklikləridir. Tarazlığa yaxın olsa da, entropiya səviyyəsində təsadüfi dəyişikliklər olacaq. Ən çox görülən dəyişikliklər nisbətən kiçik olacaq və nizama çox az təsir edəcəkdir.
Bolsman sabiti
Boltsman sabiti ( k B {\displaystyle k_{\mathrm {B} }} və ya k {\displaystyle k} ) - fundemental fiziki sabitlərdən biri olub, enerji ilə temperatur arasında əlaqə yaradır. Boltsman sabiti R {\displaystyle R} universal qaz sabitinin N A {\displaystyle N_{\mathrm {A} }} Avoqadro sabitinə olan nisbətinə bərabərdir: k B = R N A . {\displaystyle k_{\mathrm {B} }={\frac {R}{N_{\mathrm {A} }}}.} Bu sabitin adı, onun əsas rol oynadığı statistik fizikaya böyük töhfə verən Avstriya fiziki Lüdviq Bolsmanın şərəfinə qoyulmuşdur. Boltsman sabiti, entropiyada olduğu kimi, enerjinin temperatura nisbətinə bərabər olan ölçüyə malikdirr ( [ k B ] = C K ) {\displaystyle \left(\left[k_{\mathrm {B} }\right]={\frac {\mathrm {C} }{\mathrm {K} }}\right)} . BS-də Bollstman sabitininin təcrübi qiyməti aşağıdakı kimidir: k B = 1 . 380 648 52 ( 79 ) × 10 − 23 C K {\displaystyle k_{\mathrm {B} }=1{.}380\,648\,52(79)\times 10^{-23}{\frac {\mathrm {C} }{\mathrm {K} }}} . Dairəvi mötərizələrdəki ədəd kəmiyyətin qiymətinin axırıncı rəqəmlərdəki standart xətasını göstərir. k B {\displaystyle k_{\mathrm {B} }} Boltsman sabiti makroskopik və mikroskopik fizika arasında körpüdür. Makroskopik ideal qaz qanununda deyilir ki, ideal qaz üçün p {\displaystyle p} təzyiqi ilə V {\displaystyle V} həcminin hasili ν {\displaystyle \nu } maddə miqdarının T {\displaystyle T} mütləq temperatura olan hasili ilə mütənasibdir: p V = ν R T , {\displaystyle pV=\nu {RT},} burada R {\displaystyle R} qaz sabitidir( R = 8.3144598 ( 48 ) {\displaystyle R=8.3144598(48)\,} C⋅K−1⋅mol−1). Bu qanunda ν = N N A {\displaystyle \nu ={\frac {N}{N_{\mathrm {A} }}}} və R = k N A {\displaystyle R=kN_{\mathrm {A} }} ifadələrindən istifadə etməklə Boltsman sabitinin daxil olduğu ideal qaz qanunun şəkilini aşağıdakı kimi yazmaq olar: p V = N k T , {\displaystyle pV=NkT,} burada N {\displaystyle N} qazdakı molekulların sayı, N A {\displaystyle N_{\mathrm {A} }} isə Avoqadro sabitidir.
Filipp Halsman
Filipp Halsman (latış. Filips Halsmans‎, alm. Philipp Halsmann‎; 2 may 1906 – 25 iyun 1979) — ABŞ portret fotoqrafı. Onun "Tullanış" adlı seriya fotoları foto sənətinin klassikası hesab olunur.. Bu seriyada 200-dən çox məşhur şəxsin tullanış edərkən çəkilmiş fotoları yer alır.. O vaxtilə Rusiya imperiyasının bir hissəsi olmuş Latviyanın Riqa şəhərində anadan olmuş və Nyu-York da dünyasını dəyişmişdir. Halsman 1906-cı ildə yəhudi cütlüyü – dantist Marduk (Maks) Halsman və gimnaziya məktəbinin direktoru İta Qrintuxun ailəsində dünyaya göz açmışdır. O, Drezdendə elektrik mühəndisliyi üzrə təhsil almışdır. 1928-ci ilin sentyabrında Avstriyanın antisemitizmin sərt olduğu dağlıq Tirol bölgəsinə piyada turizmi zamanı 22 yaşlı Halsman atasının ölümündə günahlandırılmışdır. Şahidlərin dəlillərinə əsasən, o 4il müddətinə həbsxanaya məhkum edilmişdir.
Laksman dirçəyi
Laksman dirçəyi (lat. Ajuga laxmannii) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü.
Lüdviq Bolsman
Lüdviq Bolsman (alm. Ludwig Eduard Boltzmann‎) (20.2.1844-5.9.1906) — Avstriyalı fizik. Bolsman (Ludwig Eduard Boltzmann) 1844-cü ildə Vyanada anadan olub. Gimnaziyanı bitirdikdən sonra Vyana universitetinə daxil olur və fizika elminə ürəkdən vurulur. Onun müəllimlərindən biri məşhur fizik Y.Stefan olub. Tələbə olarkən öz müəllimləri Y.Loşmidt və Y.Stefanla dostluq etmişdir. Şüalanmaya aid Stefanın elmi işini ölümündən sonra Bolsman davam etdirib. L.Bolsman 1876-cı ildə yenidən Qrats universitetinə qayıdır və 1889-cu ilə kimi orada işləyir. Bu vaxtlar o, statistik fizikaya aid bir sıra görkəmli işlərini yazır. O, geniş diapazonlu alim olub, fizikanın demək olar ki, bütün sahələrinə və riyaziyyatın bəzi sahələrinə aid mühüm işlərin müəllifidir.
Əliosman Qədimbəyli
Əliosman Qədimbəyli (azərb. Əliosman Elbəniz oğlu Qədimbəyli‎; d. 1984, Şəki) — Neyrocərrah, Tibb Elmləri Doktoru. 1984-cü ildə Şəki şəhərində doğulmuşdur. Şəki şəhər 2 saylı orta məktəbi bitirmişdir. İxtisası Neyrocərrahdır. Baş beyin, onurğa sütunu və periferik sinirlər üzrə cərrahi əməliyyatları icra etməkdədir. Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakultəsini 2006-cı ildə bitirmişdir. Bundan sonra ixtisasının təkmilləşməsi üçün Türkiyədə Ege Universitetində təhsil alaraq müasir neyrocərrahiyyənin ən son nəaliyyətlərini əldə etmişdir. Türkiyədə ixtisasını təkmilləşdirib tamamladıqdan sonra Avropanın bəzi ölkələrində Almaniyada, Praqada müxtəlif kurslarda iştirak etmişdir.
Buddleja acosma
Buddleja crispa (lat. Buddleja crispa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin buddleya cinsinə aid bitki növü. Buddleja acosma Marquand Buddleja agathosma Diels Buddleja agathosma var. glandulifera Marquand Buddleja caryopteridifolia W. W. Sm. Buddleja caryopteridifolia var. eremophila (W. W. Sm.) Marquand Buddleja caryopteridifolia var. lanuginosa Marquand Buddleja crispa var. farreri (Balf. f. et W. W. Sm.) Hand.
Callista anosma
Dendrobium anosmum (lat. Dendrobium anosmum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. Callista anosma (Lindl.) Kuntze Dendrobium superbum Rchb.f. Callista scortechinii (Hook.f.) Kuntze Dendrobium anosmum var. dearei (Rolfe) Ames & Quisumb. Dendrobium anosmum var. huttonii (Rchb.f.) Ames & Quisumb. Dendrobium dayanum B.S.Williams Dendrobium leucorhodum Schltr. Dendrobium macranthum Hook. Dendrobium macrophyllum Lindl.
Loğman (Hurand)
Loğman (fars. لقمان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 147 nəfər yaşayır (34 ailə).
Loğman Kərimov
Loğman Seyfulla oğlu Kərimov (11 yanvar 1959, Bakı) — aktyor, teatr rejissoru, ssenari müəllifi. Loğman Kərimov 11 yanvar 1959-cu il Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışan L. Kərimov 30-a yaxın maraqlı surətlər yaratmışdır. Onun "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Qəzəlxan" filmində yaratdığı Əliağa Vahid obrazı geniş tamaşaçı kütləsi tərəfindən yüksək qiymətləndirilmişdir. Loğman Kərimov 1998-ci ildən doğma teatrda rejissor kimi fəaliyyətə başlamış və bu müddət ərzində Elçinin "Mahmud və Məryəm" (bu tamaşa 1999-cu ilin ən uğurlu tamaşası elan edilmişdir), "Ölüm hökmü", S. S. Axundovun "Qaraca qız", Ə. Dəmirçizadənin "Dədəm Qorqud", A. Babayevin "Olmuş əhvalat", M. Marinyenin "Lotereya" əsərlərinə uğurlu səhnə həlli vermişdir. L. Kərimov teatrın rus bölməsində "Əlibaba və 40 quldur", "Al çiçək", "Göyçək Fatma" tamaşalarını hazırlamışdır. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru vəzifəsində çalışıb. Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru vəzifəsində çalışır. L. Kərimov 2006-cı ildə əməkdar artist fəxri adına, 2002-ci ildən isə Azərbaycan Respublikası Prezidentinin mükafatçısıdır.
Loğman Surəsi
31-ci surə
Loğman xan
Loğman xan — Elxanilər dövlətinin hökmdarlığına olan son iddiaçı. Əvvəlcə Əmir Vəliyə, daha sonra Əmir Teymura tabe olmuşdur. Yerinə oğlu Pir Məhəmməd keçmişdir.
Qosman Japarov
Qosman Japarov - Qazaxıstanın Azərbaycandakı diasporunun görkəmli nümayəndəsi Japarov 1 sentyabr 1923-cü ildə Semipalatinsk vilayətində anadan olub. O, 3 yaşında atasını itirib. Repressiya illərində isə anası Stalinin düşərgələrində ölüb. Böyük Vətən Müharibəsi başlayanda Qosman cəbhəyə yollanıb. Japarov snayper olub. Müharibə başa çatdıqdan sonra onu Qızıl Ordu sıralarında saxlayıblar və gələcək hərbi xidməti Azərbaycanda keçib. 1951-ci ildə Daxili İşlər Nazirliyi sisteminə keçən Japarov cinayət-axtarış şöbəsində müxtəlif vəzifələrdə çalışıb. Polkovnik rütbəsini alan qazaxıstanlı xadim 1970-ci ildə SSRİ partiya orqanlarının mühafizə bölməsinə rəhbərlik edib. Başqa sözlə, həmin vaxt Azərbaycan SSR kommunist partiyasının I katibi işləyən Heydər Əliyevin əsas cangüdəni olub. Azərbaycanda "Osman paşa" kimi də məşhur olan Japarov bu adı məşhur türk generalının şərəfinə Heydər Əliyevdən alıb.
Sem Altman
Sem Altman (ing. Sam Altman; 22 aprel 1985, Çikaqo) — Amerikalı sahibkar və investor. 2019-cu ildən OpenAI-nin baş icraçı direktorudur 2014-2019-cu illərdə Y Combinator-un prezidenti vəzifələrində çalışıb. Altman yəhudidir və Missuri ştatının Sent-Luis şəhərində böyüyüb. Anası dermatoloqdur. Səkkiz yaşında ilk kompüterini, Apple Macintosh-u alıb. Altmanın "uşaqlıq kumiri" Stiv Cobs idi. O, Missuri ştatının Ladue şəhərindəki Con Berrouz adına özəl məktəbdə oxuyub. 2005-ci ildə Stenford Universitetində bir il kompüter elmləri üzrə təhsil aldıqdan sonra bakalavr dərəcəsi almadan təhsilini yarımçıq qoyub. 2005-ci ildə, 19 yaşında olan Altman, Loopt adlı sosial şəbəkə mobil tətbiqini yaradıb.
Alisma andrieuxii
Aquarius subalatus (lat. Aquarius subalatus) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin baqəvərkimilər fəsiləsinin aquarius cinsinə aid bitki növü. Alisma subalatum Mart. ex Schult.f. Echinodorus subalatus (Mart. ex Schult.f.) Griseb. Sagittaria palifolia var. subalata (Mart.
Alışqan
Alışqan — kibritin ixtirasından əvvəl icad olunmuş alov yaradan polad alətdir. Bu, köhnə çaxmaqdaşlı silahlarda qayaya vuraraq qığılcım yaradaraq barıt vurmaq üçün istifadə olunan alət idi. Alışqanı alovlandırarkən qığılcımları alovlandırmaq üçün ağac gövdələrindən çıxarılan və qurudulmuş, asanlıqla alovlanan maddələrdən istifadə edilmişdir. Göyərtə, sol əlin baş barmağı və şəhadət barmağı arasında sıxılaraq daşın üstünə qoyulur. Sağ əlində tutulan alışqan daşa dəyəndə yaranan qığılcımla alovlandı. Daha sonra isə pambıq iplik fitillərindən istifadə olunmağa başladı. Çaxmaq daş, və ya fitil dərisindən hazırlanmış ağzı büzməli torbada saxlanılırdı. Hal-hazırda alışqan əsasən siqaret yandırmaq üçün istifadə olunur. Bundan əlavə, butan tipli alovlanma üçün istifadə olunan alətlərə alışqan da deyilir. Əvvəlcə benzin, sonra qaz alışqanları əvəzinə maqnit alışqanlarının istifadəsi adi hala çevrildi.
Alaşan
Alaşan — Mərkəzi Asiya ərazisində (Çin), Qobi səhrasının bir hissəsini təşkil edir ("Alaşan Qobisi"). Səhra cənub-qərbdən Nanşan dağları, şimaldan Çin, Monqolustan sərhədi, cənub-şərqdən Xuanxe çayı əhatələnir. Burada Badln-Caran, Holalis, Tenqer və Ulanpuxo adlı qumlu massivlər yerləşir. Səhra ərazisində dünyanın ən hürndur barxanı yerləşir (39°53′09″ şm. e. 102°26′52″ ş. u.). Barxanın hündürlüyü 405 metr təşkil edir.
Alişan
Alişan (19 iyun 1976, İstanbul) — Türkiyə müğənnisi Məşhur türkiyəli Zaza müğənni Alişan əsgər getməmək üçün maraqlı üsuldan istifadə edib. Sənətçi hərbi xidmətdən yayınmaq üçün futbolçu olmaq qərarına gəlib. Belə ki, 2008-ci ildə qəbul olunan qanuna əsasən 3 liqada çıxış edən peşəkar futbolçulara 38 yaşına qədər hərbi xidmətdən möhlət hüququ verir. Bu qanundan yararlanmaq istəyən 33 yaşlı Alişan 2-ci liqa təmsilçisi "Tepecikspor"la müqavilə imzalayıb. Özü də müğənni klubdan transfer haqqı almaq əvəzinə, özü transfer haqqı ödəyib. yəni müqaviləni pul qarşılığında imzalayıb. Lakin o, arxada qalan 14 tur ərzində bir dəfə də olsun "Tepecikspor"un formasını geyinməyib. Alişanın 33 yaşında olmasına baxmayaraq hərbi xidmətə getməməsi Türkiyədə böyük narazılıqlarla qarşılanıb. Hətta 2009-cu ildə "Facebook"da "Alişan əsgərliyə getsin" adlı kampaniya da başlayıb. İlk dəfə iki il öncə hərbi xidmətdən yayınmaqda Təqsirlənәn müğənni 2008-ci ildə dəyişdirilən hərbi qanundan yararlanmaq qərarına gəlib.
Alışan
Alışan (lat. Dictamnus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinə aid bitki cinsi. Latınca "Dictamnus" adlanır. Lüğəti mənası Dikte — Krit dağlarının birinin adı, Thamnos isə "kol" deməkdir. Qaratikan kolları arasında bitən bu bitkinin yayın qızmar günlərində öz-özünə alışıb yandığı haqqında rəvayətlər gəzir. Elə buna görə də bitkiyə xalq arasında "alışdım-yandım" da deyirlər. "Alışdım-yandım" quraqlığadavamlı olmaqdan ötrü öz ətrafında efir yağı ilə zəngin atmosfer yaradır. Kibriti yandırıb bu bitkiyə yaxın tutduqda o ani olaraq alovlanır. Bu bitkinin tərkibində diktamin alkalloidi, saponin və 0,5%-ə qədər efir yağı vardır. Çində sarılıq, öd kisəsi iltihabı xəstəliklərinin müalicəsində, qaşların tökülməsində və keçəlləşmənin qarşısının alınmasında istifadə edilir.
Laoşan
Laoşan Şanyü (çin: 老上單于, E.ə. 174 – E.ə. 160) — hunların üçüncü şanyüsü. Mete xaqanın oğlu. Anadan olarkən ona Çiçu adını qoymuşdular (稽粥). Laoşan adının mənbəyi məlum deyil. Hulsevə görə bu Hun dilindəki bir sözün tərcüməsi yaxud sözün bənzədilməsi ola bilər. Çin dilində Laoşan "qoca və üstün" mənasına gəlir. Hun dilində olan adının Kökxan olduğu düşünülür. Onun hakimiyyəti dövründə Hunlar Çinə böyük yürüş başlatdılar.
Loşan
Lövşan — İranın Gilan ostanında yerləşən şəhər. Lövşan əhalisinin əksəriyyətini lurlar, azərbaycanlılar və ləklər təşkil edir.
Ağ alışan
Ağ alışan (lat. Dictamnus albus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin alışan cinsinə aid bitki növü. Dictamnus albus var. bucharicus N.A.Winter Dictamnus albus subsp. caucasicus (Fisch. & C.A.Mey.) N.A.Winter Dictamnus albus subsp. dasycarpus (Turcz.) N.A.Winter Dictamnus albus var. dasycarpus (Turcz.) T.N.Liou & Y.H.Chang Dictamnus albus subsp. dasycarpus (Turcz.) Kitag. Dictamnus albus subsp.