Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ani
Ani (erm: Անի, yun: Ανίον, lat: Abnicum) — Türkiyə Cümhuriyyətinin Şərqində, Anadolunun qədim mədəniyyət mərkəzlərindən biri, şəhərlər şəhəri, yalnız şəhər, min bir kilsəli şəhər kimi tanınmış qədim erməni şəhəri. Bu möhtəşəm şəhərin dövrümüzə yalnız xarabalıqları çatmışdır. 961–1045 ilərdə Erməni Ani çarlığının paytaxtı olub. 1064-cü ildə şəhər səlcuqlu türklərinin əlinə keçib. 1072-ci ildən şəhər Şəddadilərin hakimiyyəti altında olub. 1236-cı ildə şəhər monqollar tərəfindən işğal edilib. 1319-cu ildə zəlzələ zamanı şəhərin xeyli hissəsi dağılıb və tədricən şəhər xarabalığa çevrilib.1878-ci ildə Rusiya ərazini işğal etsə də 1914–1918-ci illərdə türklər ərazini yenidən geri qaytarıblar. Şəhərin adını indi Ermənistan Respublikasında bir rayona veriblər. Akademik Nikolay Marr 1892-ci ildən başlayaraq kiçik fasilələrlə 14 il bu ərazidə arxeoloji qazıntılar aparıb. == Tarixi == Şəhərlə bağlı əfsanədə qeyd edilir ki, bir zaman Ani şəhərində Urum baba adlı bir qoca yaşayırmış.
Lotereya bileti (film, 2015)
Bakı, mən səni sevirəm kinoalmanaxı 2015-ci ildə ekranlaşdırılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə "Mosfilm" kinokonsernində istehsal edilmişdir. Kinoalmanaxa 10 qısametrajlı film daxildir: "Aziya", "Görüş", "Rəssam", "Həyət", "Bəhram Gur", "Lotereya bileti", "Xəzər Atlantidası", "Sevgi haqqında", "Aysel" və "Təsadüf". Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Əsas rolları Aziya Arcenti, Corc Qafarov, İlahə Həsənova, Vyaçeslav Razbeqayev, Tural Vaqifoğlu, Kamran Ağabalayev, Alessandro Bertoluççi, Eyşan Özhim, Cavanşir Hadıyev, Fuad Osmanov, Rasim Cəfər, Solmaz Süleymanlı, Ramil Əzimov, Şəbnur Qayıbova, Günel Məmmədova, Elşən Cəbrayılov, Aqniya Ditkovskite, Vadim Tsallati, Zemfira Sadıqova və Fərhad İsrafilov ifa edirlər. == Məzmun == Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Qısametrajlı filmlər insanlar arasında münasibətləri, onların sevgi və həsrətlərini, şad və qəmli anlarını canlandırır. Bu insanları, münasibətləri, həyatın müxtəlif anlarını birləşdirən baş qəhrəman isə Bakı şəhəridir.
Ani (dəqiqləşdirmə)
Ani
Ani Lorak
Ani Lorak (ukr. Ані Лорак; əsl adı: Karolina Miroslavovna Kuek – ukr. Кароліна Мирославівна Куєк; 27 sentyabr 1978, Kitsman, Çernovitsk, Ukrayna SSR, SSRİ) – Ukrayna estrada müğənnisi, Ukraynanın xalq artisti (2008). == Həyatı == Ani Lorak 27 sentyabr 1978-ci ildə Ukraynanın Çernovitsk vilayətinin Kitsman şəhərində anadan olmuşdur. O, 10 albom, 2 sinql, 1 bioqrafik videofilm və 24 videoklipin sahibidir. Ən böyük uğuru 2008-ci ildə Ukraynanı Avroviziya Mahnı Müsabiqəsində "Shady Lady" mahnısı ilə təmsil edərək qazandığı 2-ci yerdir.Ani Lorak 2009 Avroviziya Uşaq Mahnı Müsabiqəsinin aparıcısı olmuşdur. Türk iş adamı ilə evli olub boşanmışdır və bu evlilikdən bir qızı var. == Ümumi == Ani Lorakın şəkli "Cosmopolitan", "FHM", "Viva" kimi jurnalların üz qabığını bəzəmişdir. Ani Lorak həmçinin "Schwarzkopf & Henkel" kosmetik firmanın siması sayılır. Müğənni xeyirxah işlərlə də məşğul olmağı unutmur.
Ani Yudhoyono
Ani Yudhoyono (Kristiani Herrouati; 6 iyul 1952, Cokyakarta – 1 iyun 2019) — İndoneziya Respublikasının keçmiş prezidenti Susilo Bambanq Yudhoyononun xanımı və 2004-cü ildən 2014-cü ilədək İndoneziyanın birinci xanımıdır. == Ailə və təhsil == Kristiani Herrouati 6 iyul 1952-ci ildə Cokyakarta şəhərində general-leytenant Sarvo Edi Vibovo və Hj. Sri Sunarti Hadiyah ailəsində anadan olmuşdur. 1973-cü ildə İndoneziyanın Xristian Universitetində tibb tələbəsi oldu, lakin üçüncü ildə Cənubi Koreyada səfir vəzifəsinə təyin olunmuş atasını izləməkdən imtina etdi. Daha sonra 1976-cı ildə Susilo Bambanq Yudhoyonoyla evləndi. Anni Terbuka Universitetində təhsilini davam etdirdi və 1998-ci ildə Siyasət elmləri üzrə bakalavr dərəcəsi aldı. == Karyera == Onun siyasi fəaliyyəti 2004-cü ildə Demokratik Partiyanın sədr müavini vəzifəsinə təyin olunması aiddir. İndoneziya Respublikasının Prezidenti seçkisi uğrunda ərinin seçilməsi üçün kampaniya təşkil etdi. Ərinin prezidentliyə seçilməsi ərəfəsi uşaqlar üçün oxumaq üçün kitablarla dolu olan polio immunizasiya kampaniyaları və Mobil Pintar (Smart Cars) təşkil olundu. Zəlzələ və sunami Aceh və Niyasi vurduqda yardım səyləri etdi.
Ani atəşgahı
Ani atəşgahı — Türkiyə Cümhuriyyətində, Qars ilinin Ani şəhər xarabalığında olan qədim atəşgah. Abidə Birinci Dünya Müharibəsindən qısa müddət sonra, 1909 - cu ildə Anidə arxeoloji qazıntılar aparan tanınmış qafqazşünas və şərqşünas alim, akademik N. Y. Marr tərəfindən aşkarlanmışdır. Lakin bu qazıntılardan sonra abidəyə diqqət yetirilməmiş, abidə Aninin xəritələrinə salınmamışdır. Qalıntıların e.ə. I - IV əsrlərə aid bir atəşpərəstlik məbədinə aid olduğu gümün edilir. Digər tərəfdən qalıqların erkən xristianlıq dönəminə aid bir açıq hava şəhidliyi olması ehtimalı da var. Lakin qədim Ermənistan ərazisində bir çox yeraltı şəhidliklərin olması faktı məlum olsa da açıq hava şəhidliyi örnəyi məlum deyil. Təyinatı hər nə olursa olsun böyük ehtimalla Aninin ən qədim abidələrindən biridir və əgər həqiqətən də abidədirsə o zaman bu tikili şəhərdə, xristianlıqdan əvvəlki dövrə aid olan yeganə abidədir. Onu da qeyd edək ki, tarixin sonrakı dövründə dörd sütunlu abidənin sütunlarının arası hörülərək kilsə kimi istifadə olunmuşdur. 1998 - 1999 - cu illərdə atəşgahın ərazisində Ani qazıntılarının rəhbəri professor Beyhan Karamağaralı tərəfindən yenidən arxeoloji qazıntılara başlanılıb.
Ani kafedralı
Ani kafedralı (həmçinin Müqəddəs Bakirə kafedralı (erm: Սուրբ Աստուածածին Եկեղեցի), Müqəddəs Ana kilsəsi (erm: Մայր Եկեղեցի) — Türkiyə Cümhuriyyətinin Qars ilində, Ani şəhər xarabalığında olan qədim erməni kafedralı və erməni memarlığının şah əsərlərindən biri. Müxtəlif tarixi qaynaqların verdiyi məlumata görə kafedralın tikintisi 989-cu ildə kral II Smbatın (977-989) dövründə başlamış, qısa fasilədən sonra II Smbatın varisi kral Qagik Baqratinin hakimiyyəti dövründə onun arvadı, Qafqaz Albaniyasının Sünik vilayətinin hakimi Vasaqın qızı kraliça Katranidenin əmri ilə tikinti davam etdirilmiş və 1100-cü ildə tamamlanmışdır. Bu haqqda kafedralın Cənub divarındakı kitabədə deyilir: "Erməni təqviminin 450-ci ilində (miladi 1001-ci il) ...Tanrı və ermənilərin ruhani lideri katolikos tərəfindən şərəfləndirilmiş Sarkis, erməni və gürcülərin şahənşahı Qagikin şanlı hökmdarlığı zamanında mən, Sünik kralı Vasaqın qızı, ermənilərin kraliçası Katranide özümü Allahın lütfünə əmanət edərək ərim şahənşah Qagikin əmri ilə ulu Smbatın təməlini qoyduğu bu kafedralı inşa etdirdim..." Ani şəhərinin Cənub tərəfində yerləşən kafedral şəhərin ən iri və mühüm memarlıq abidəsidir. Kafedral orta əsrlərin ən məşhur erməni memarı Trdatın əsəridir. 1064 -cü ildə şəhərin türklər tərəfindən mühasirə edilməsi zamanı kafedral xüsusi simvolik əhəmiyyət daşıyıb. Belə ki, şəhər ələ keçirildikdən sonra Kafedralın üstündəki xaç çıxarılıb və Ani kafedralı Fəthiyyə Camisi adı ilə cami kimi istifadə olunmağa başlayıb. Kafedral 1124 - cü ildə təkrarən xristianların istifadəsinə geri verilib və kitabələr binanın XIII əsrin əvvəllərində bərpa olunmasından bəhs edirlər. 1319 - cu ildə baş verən zəlzələ kafedralın qübbəsinin çökməsi ilə nəticələnmişdir və bu da binanın dini məqsədlə istifadə edilməsinə son verilməsi ilə nəticələnmişdir. == Memarlıq xüsusiyyətləri == Bazilika planın sahib olmasına baxmayaraq planlaşdırmada uzunluğun az olması diqqəti cəlb edir. Binanın uzunluğu eni və hündürlüyü ilə müqayisədə olduqca qısadır.
Ani körpüsü
Ani körpüsü (və ya İpək Yolu körpüsü) — Türkiyə Cümhuriyyətinin Qars ilinin Ani şəhər xarabalığında, Arpaçayın üstündə, Türkiyə-Ermənistan sərhəddində olan tarixi abidə. Körpünün yarısı Türkiyə Cümhuriyyəti ərazisində, yarısı isə Ermənistan Respublikası ərazisindədir. Bəzi mütəxəssislər abidəni X–XI əsrlərə aidb edirlər, bu isə körpünün erməni Baqratilər (əslində Baqratilər sülaləsi yəhudi mənşəli sülalə olmuşdur) xanədanının hakimiyyəti dövründə inşa edilməsi anlamına gəlir, lakin ətraf ərazidən tapılmış bir kitabə burada XIII–XIV əsrlərdə inşaat işlərini aparılmasından xəbər verir. Körpü tək aşırımlı olmuşdur və həmin aşırım da çökmüşdür. Körpüdən dövrümüzə iki dayaq hissə — ayaqlar qalmışdır ki, onların da biri Türkiyə, digəri isə Ermənistan ərazisindədir.
Ani mesajlaşma
Ani mesajlaşma ( ing. instant messaging (= IM) ~ ru. мгновенный обмен сообщениями ~ tr. anlık mesajlaşma) – İnternet üzərindən real vaxt rejimli mətn ötürməsini təklif edən onlayn söhbətin tipidir. qısa mətn məlumatının şəbəkənin başqa istifadəçilərinə proqram təminatı vasitəsilə ani olaraq göndərilməsi; AOL Instant Messenger, Windows Live Messenger, ICQ, yaxud UNIX sistemində talk komandası belə proqramlardandır. Kompüterlərlə yanaşı, ani məlumatlar veb-səhifələrdən və mobil telefonlardan da göndərilə bilər. ShazzleChat məxfi, sürətli, zənglər və mesajlar üçün istifadəsi asan bir tətbiqdir. Göndərdiyiniz hər bir mesaj sizin və adresat arasında qalır. Video və səsli zəngləri iki nəfər arasında p2p Shazzle texnologiyası ilə təmin edilmiş təhlükəsizdir bir tətbiqdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ani qalası
Ani qalası — Türkiyə Cümhuriyyətinin Qars ilində, qədim Ani şəhərini əhatə edən qala divarları. Təxminən X–XIV əsrlərdə inşa edilmiş qala divarları bir neçə hissədən ibarətdir. Onlardan İçqala adlandırılan hissə daha mürəkkəb memarlıq quruluşuna malikdir və içində çoxlu mülki tiklililərin qalıqları var. == İçqala == İçqala Ani şəhərinin Cənub hissəsində, hündür təpənin üstündə yerləşir. Qala ərazidə yerləşən Baqrati hökmdarlarının və onlardan sonra Aniyə hakimlik etmiş digər xanədan nümayəndələrinin saraylarını müdafiə etmək məqsədi ilə inşa edilmişdir. Qalanın Şimal — Qərb küncündə böyük ehtimal ki, kənardan gətirilən qara bazalt daşlarla inşa edilmiş bir bürc var. Bürcün inşa edildiyi daşların ortasında dairəvi oyuqlar vardır. Bu isə qədim inşa texnikasını yansıdan bir özəllikdir. Belə ki, erkən orta əsrlər memarlığında rast gəlinən bir texnikaya görə daşların ortası dairəvi şəkildə oyulur və inşa prosesində həmin oyuqlardan axıdılan qurğuşunla daşların daha möhkəm birləşdirilməsi təmin edilirdi, lakin bürcün inşası zamanı bu texnika tətbiq edilməmişdir. Sadəcə olaraq istifadə edilən daşlar həmin texnikanı həyata keçirmək üçün yonulçuşdur.
Ani (Qars)
Ani — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 427 nəfərdir (2022).
Ani qəsri
Ani qəsri və ya Kamsarakan qəsri — Ani şəhər xarabalıqlarının cənub qurtaracağında, hündür təpə üzərində yerləşən qəsr. Ani qəsrinin qala divarları qədim şəhər divarlarının ən qədim hissəsi olmaqla, VII əsrdə Şirak və Arşakunik ərazilərini idarə edən Kamsarakan sülaləsi tərəfindən qoyulmuşdur. Ani qəsri ərazisində 1907–1908-ci illərdə akademik N. Marr tərəfindən arxeoloji qazıntı işləri aparılmışdır. == Tarixi və tədqiqi == Qəsrin inşası VII əsrə — Kamsarakan sülaləsinin hakimiyyəti dövrünə aid edilsə də , arxeoloji qazıntılar zamanı, XIII əsrə qədər onun dəfələrlə bərpa edildiyi aşkara çıxarılmışdır. Məsələn, akademik N. Marr, qəsrin giriş qapısının Şəddadilər dövründə (1072–1199) inşa edildiyini və daha qədim olan qəsr divarlarına birləşdirildiyini yazır. Arxeoloji tədqiqatlar zamanı, Şəddadilər dövrünə aid qəsr qapısı altında, ilkin yer səthindən yuxarıda qəsrə su ötürən gil borular aşkara çıxarılmışdır. Qəsrin təbii su təchizatı olmadığına görə, bu borular vasitəsilə 11 kilometr aralıda yerləşən bulaqdan xüsusi olaraq çəkilmiş boru xətti vasitəsilə qəsrə su çatdırılırdı. K. Basmacıyan 1904-cü ildə nəşr edilmiş "Ani xatirələri" (fr. Souvenir d'Ani) adlı broşurda qəsr yerində 1903-cü ildə aşkarlanmış yunan dilli kitabə haqqında xəbər verir. 1907-ci ildə qəsr ərazisində qazıntılar zamanı, N. Marr da yunan dilli kitabənin aşkar olunması haqqında məlumat verir və onu qısa müddətli Bizans idarəçiliyi dövrünə aid edir.
Ani Zəfər tağı
Zəfər tağı — Türkiyənin Qars ilində, Horomos monastırından Ani şəhər xarabalığına gedən yolun üstündə qədim abidə. Abidə aşırma kəmərlə bir-birinə birləşdirilmiş iki hündür, düzbucaqlı qüllədən ibarət olmuşdur. Hər iki qüllənin üstündə bir ədəd kiçik, qübbəli şapel var imiş. Şapelə və kəmərüstü keçidə olan giriş, qüllənin aşağısındakı kiçik qapıdan olmuşdur. Qüllələrdən birinin üstündə 1102-ci il tarixli kitabə olmuşdur ki, bu da abidənin Baqrationilər xanədanı dövründə inşa edildiyini göstərir. Abidənin dövrümüzə yalnız xarabalıqları çatmışdır.
Fatma xanım Ani
Fatma xanım Ani (XVII əsr, Konstantinopol – 1710, Yenişehir[d], Bursa vilayəti) — XVII–XVIII əsrlərdə yaşamış Azərbaycan şairəsi. == Həyatı == Əsl adı Fatma xanım təxllüsü isə Anidir. Təbrizli Xacə Sədəddin Hüseyncanın qızıdır. Süleyman Müstəkimzadə “Mecelletü’n-Nisâb fi’n-Nisbi ve’l-Künâ ve’l-Elkâb” adlı əsərində atasının adının Həsən olduğunu yazır və bildirir ki, bu adı şairənin öz xətti ilə yazdığı bir qeyddə görmüşdür. İstanbulda doğulub böyümüş və təhsil görmüşdür. Qadınlar arasında savadlı olmasına görə “Xacə-i Zənan” yəni xanımların müəllimi ləqəbi ilə tanınırmış. Səlim Əfəndi “Təzkirətüş-Şüəra” əsərində Fatma xanımın İsazadə Mehmed Əziz Əfəndi adlı bir qohumundan xəttatlıq dərsləri aldığını və bu sənəti icra etdiyini yazır. Onun Əmir Ağazadə Seyid Mehmed Əfəndi adında oğlu olduğu bizə məlumdur. Oğlu Yenişəhər Fənərdə qadılıq edərkən oğlunun yanında yaşadığını bildirir. Hicri 1122-ci ilin Məhərrəm ayında yəni miladi 1710-cu ildə Yenişəhərdə vəfat etmiş və Fənərdə dəfn edilmişdir.
Xilaskar kilsəsi (Ani)
Xilaskar kilsəsi – (və ya Surp Amenaprkıtch) Türkiyə Cümhuriyyətinin Qars ilində, Ani şəhər xarabalığında qədim erməni kilsəsi. Bu abidənin inşası 1035-ci ildə tamamlanıb. Kilsənin divarlarındakı yazılar təkcə kilsənin yox, eləcə də ermənilərin tarixini öyrənmək baxımından qiymətli mənbələrdir. Kilsənin kitabələrindən birində deyilir: "480-ci ildə (miladi təqvimlə 1035) mən Ablğarib mərzban Konstantinopolda Bizans imperatoru Mikaelə Şahənşah Smbatın adından bir təklif etdim və böyük zəhmət və xərc bahasına ondan Müqəddəs Xaçın bir parçasını ala bildim və qayıtdığımda bu məbədi inşa etdirdim…" Kitabədə daha sonra şahzadə Ablğarib Pahlavuninin bu məbədi məhz Müqəddəs Xaçın bir hissəsini qorumaq və saxlamaq üçün inşa etdirdiyi bildirilir. O, bu müqəddəs əmanəti Konstantinopola səfəri zamanı əldə edir və kilsəyə verərək burada qorunmasını, İsanın (ə.s.) zühuruna kimi isə hər gecə bu kilsədə gecə ayinlərinin təşkil olunmasını əmr edir. Başqa bir yazıda isə qonaqların dincəlməsi üçün iki jamatunun da əlavə edildiyi 1193-cü il tarixində olmuş bərpadan bəhs edilir. Həmçinin 1291-ci ildə giriş qapısının üstünə zəng qülləsinin əlavə edildiyi də yazılmışdır. Bütün bu əlavələr fasaddakı bəzi beton izləri xaric tamamilə məhv olmuş və onlardan dövrümüzə bir şey çatmamışdır. Başqa bir kitabə isə 1342-ci ildə şahzadə Vahram Zakaridin memar Vasilə kilsənin qübbəsinin təmir edilməsini əmr etməsindən bəhs edilir. Kilsənin uçmamış digər hissəsi isə 1989-cu ildə baş vermiş bir zəlzələdən sonra ciddi xəsarətlər alıb və uçmaq təhlükəsi var.
Ani-i Süfla (Germi)
Ani-i Süfla (fars. اني سفلي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 550 nəfər yaşayır (104 ailə).
Ani-i Vusta (Germi)
Ani-i Vusta (fars. اني وسطي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 696 nəfər yaşayır (114 ailə).
Ani-i Ülya (Germi)
Ani-i Ülya (fars. اني عليا‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,164 nəfər yaşayır (195 ailə).
Ani zərbə (film, 1983)
Ani zərbə (ing. Sudden Impact) filmi rejissor Klint İstvud tərəfindən 1983-cü ildə ekranlaşdırılmışdır. Məşhur "Çirkin Harri"nin yeni macəralarıdır. Detektiv Harri Kallahan bu dəfə müəmmalı qətl işini araşdırır. Filmdə əsas rolları Klint İstvud, Sondra Lok, Pet Hinql, Bredford Dillman, Pol Dreyk və Odri Ninen ifa edirlər. == Məzmun == Detektiv Harri Kallahan müəmmalı qətl işini araşdırır. Onun bu araşdırması San-Fransisko merinin ürəyincə deyil. Harri qətlin qurbanlarından birinin izilə San-Paulo şəhərinə gəlir. O, burada seriyalı qatil Cennifer Spenserin izinə düşür. Bu qadın onu və kiçik bacısını vaxtilə zorlayan kişiləri öldürür.
AMİ
Azərbaycan Müəllimlər İnstitutu — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş ali təhsil müəssisəsi. == Tarixi == 1929-cu ildən pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması sahəsində ali təhsili mütəxəssis hazırlığı ilə fəaliyyətə başlayan indiki AMİ hal-hazırda müxtəlif istiqamətlər, bakalavr, magistratura, aspirantura və dissertantura, ixtisasartırma və yenidənhazırlanma təhsil istiqamətləri üzrə kadr hazırlığı mərkəzinə çevrilmişdir. Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə məktəbəqədər tərbiyə müəssisələri və məktəblərin ibtidai sinifləri üçün pedaqoji kadrlar hazırlamaq, habelə müəllimlərin ixtisaslarının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun bazasında yaradılmışdır. Azərbaycan Müəllimlər İnstitutu 26 noyabr 2015-ci ildə ləğv edilərək Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşib. == Filialları == === Ağcabədi filialı === 13 iyun 2000-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialı, Bakı Mədəni-Maarif Texnikumunun Ağcabədi şöbəsi və Ağdaş Pedaqoji Texnikumunun Ağcabədi şöbəsinin bazasında yaradılmışdır. 26 noyabr 2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialına çevrilmişdir. === Cəlilabad filialı === 13 iyun 2000-ci il tarixində ilə Cəlilabad Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır. 26 noyabr 2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialına çevrilmişdir. === Gəncə filialı === 13 iyun 2000-ci il tarixində Gəncə Zona Müəllimləri Təkmilləşdirmə İnstitutunun və Gəncə şəhəri təsərrüfat hesablı Məişət Kollecinin bazasında yaradılmışdır. 2000-ci il tarixli 13 iyun tarixində Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırılmışdır.
ANN
Anime News Network (azərb. Anime xəbər şəbəkəsi‎) və ya ANN — Şimali Amerika, Avstraliya, Cənub-Şərqi Asiya və Yaponiyada anime, manqa, video oyunları, Yapon populyar musiqisi və digər əlaqəli mədəniyyətlərin statusu haqqında məlumat verən xəbər saytı. Vebsaytda icmallar və digər redaksiya məzmunu, oxucuların cari problemləri və hadisələri müzakirə edə biləcəyi forumlar, yapon və ingilis dillərində heyət haqqında məlumat, tematik musiqi, hadisələrin xülasəsi və istifadəçi reytinqləri ilə anime və manqa ensiklopediyası var.
ANS
ANS (Azerbaijan News Service) – Azərbaycanda ilk özəl və ilk xəbər televiziya kanalı idi. Telekanalın təsisçiləri Vahid və Seyfulla Mustafayev qardaşlarıdır. == Tarixi == Azərbaycanın müstəqillik əldə etdiyi ilk zamanlarda əhaliyə ölkədə baş verən ictimai-siyasi hadisələr haqqında məlumat verən ilk müstəqil televiziya şirkəti kimi ANS 90-cı illərin əvvəllərində əhali arasında geniş nüfuza malik olmuşdur. İlk dəfə 1991-ci ilin 26 noyabr tarixində "Xəbərçi" verilişi ilə efirə çıxmışdı. Azərbaycan Dövlət Televiziyasının binasında götürdükləri kiçik bir otağı studiyaya çevirərək 1992-ci il martın 2-dən etibarən öz proqram ideyalarını həyata keçirməyə başladılar. ANS-ə ən çox məşhurluq gətirən Qarabağ müharibəsi zamanı cəbhə xəttindən apardıqları çəkilişlər və Çingiz Mustafayevin Xocalı soyqırımından 1 gün sonra çəkdiyi tarixi kadrlar olmuşdur. 1992-ci ildə Xəbərçi verilişinin bəzi buraxılışlarında ermənilərin baş verənlərdən doğru xəbərləri olsun deyə erməni dilində sujetlər yayımlanırdı. Bu məsələ bəzi partiyalar tərəfindən etirazla qarşılanmışdı. Artıq həmin il ANS-in efirində reklamlar yayımlanırdı. O ildə televiziyanın fəaliyyəti bir müddət dayandı.
ANT
Ant
APİ
Azərbaycan Dövlət Pedaqoji Universiteti və ya qısaca ADPU — pedaqoji kadrların hazırlığı ilə məşğul olan dövlət ali təhsil müəssisəsi. == Tarixi == Azərbaycan Pedaqoji İnstitutu Azərbaycan SSR Xalq Komissarları Sovetinin (XKS) sədri Nəriman Nərimanovun imzaladığı 1921-ci il 26 avqust tarixli dekret əsasında 6 nəfər tələbə ilə alitəhsilli müəllim kadrları hazırlamaq üçün təsis edilib. Onun ilk buraxılışı 1923–1924-cü tədris ilində olmuşdur. İlk dövrlərdə Ali Pedaqoji Kişi və Ali Pedaqoji Qadın İnstitutları kimi fəaliyyətə başlasa da, Azərbaycan Pedaqoji İnstitutu XX əsrin 90-cı illərində Azərbaycan Dövlət Pedaqoji Universiteti adını alıb. 1927–1929-cu illər və 1941–1943-cü illərdə fəaliyyəti dayandırılmış, Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) ilə birləşdirilmişdir. Abdulla Şaiqin təşəbbüsü ilə yaradılan ilk anadilli məşhur "Nümunə Məktəbi" də ADPU-nun nəzdində fəaliyyət göstərib. Məktəbin direktoru Qafur Əfəndizadə (Qantəmir) idi. 1991-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu ali məktəbə universitet statusu verilmişdir. İnstitutun ilk direktoru Odessa Universitetinin məzunu Fətulla bəy Rzabəyli, direktor müavini Tiflis Müəllimlər İnstitutunun məzunu Həbib bəy Mahmudbəyov olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, ölkə prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) ADPU-ya qoşulması və onun filiallarının da ADPU-nun strukturuna daxil olması nəticəsində ADPU ölkədə pedaqoji kadr hazırlığı ilə məşğul olan vahid ixtisaslaşmış ali təhsil müəssisəsinə çevrilmişdir.
AYİ
Avropa Yayım İttifaqı (AYİ) (ing. European Broadcasting Union; EBU, fr. Union Européenne de Radio-télévision; UER).12 fevral 1950-ci ildə qurulmuşdur. Azərbaycan 2007-ci ildən bəri iştirak edir.
Adi
Adi - daima rast gəlinən, sistemə salınmış, insanlarda təəccüb doğurmayan, təkrarlanan, ənənələri olan, nadir halda dəyişilən, rastlaşanda maraq doğurmayan, heç nə ilə seçilməyən hal, vəziyyət, insan, situasiya və s. == Həmçinin bax == Fəlsəfə Filologiya Qeyri-adi == Ədəbiyyat == С.И.Ожегов. Словарь русского языка. Москва, изд. "Русский язык", стр.377.
Aki
Aki (yapon dilində 安芸国 Aki no Kuni) və yaxud Qeysyu (yap.芸州) — Yaponiyanın Honşu adasının qərbində yerləşən tarixi vilayət. Müasir dövrdə Hiroşima prefekturasının qərb hissəsini təşkil edir. Öncəki dövrlər vilayətin adı başqa iyeroqliflərlə 阿岐 yazılırdı. Müasir - 安芸 iyeroqliflərin qəbulu VII əsrdə baş vermişdir. Heyan dövrünün sonundan etibarən, Aki vilayətinin şöhrətini artıran amil, İsukusima məbədinin yerləşməsi olmuşdur. Məşhur sərkərdə Tayra no Kiyomori bu məbədə yeni binalar və dini mətn əlyazmaları hədiyyə etmişdir. İsukusima məbədi limana malik idi və vacib strateji əhəmiyyətli yer hesab olunurdu. Senqoku dönəmində Akidə Mori klanı hakim idi. 1555-ci ildə Mori Motonari İsukusima döyüşündə Sue Xaratukanı məğlub edərək, Honşu adasının bütün qərb hissəsini tamamilə əlinə keçirmişdir. Totoyami Xideyesinin öz oğlu üçün təyin etdiyi beş qəyyumdan biri olan Mori Terimoto, Sekiqahara döyüşündən öncə, İsida Misunarinin tərəfinə keçmiş və bununla da torpaqlarından çoxunu, o cümlədən də Aki vilayətini itirmişdir.
Ana
Ana — uşağın bioloji valideyni və ya bu rolu sosial daşıyan qadın. Doğma anadan başqa ögey ana da ola bilər. Qadın doğduğu uşağın süd anası sayılır. Reproduktiv tibbin inkişafı ilə əlaqədar olaraq bioloji ananı genetik və surroqat olaraq iki qrupa bölürlər. Burada bioloji ana dedikdə yumurtalığındakı hüceyrələrdən uşaq formalaşan ana başa düşülür. Surroqat ana isə yalnız bətnində uşağı gəzdirən və doğan qadındır. Həmçinin Ana haqqında çoxlu əsərlər və şeirlər var.Bunlara misal olaraq Cəfər Cabbarlının "Ana" şeirini demək olar.Burada C.Cabbarlı balaca ikən itirdiyi anasına olan məhəbbətindən bəhs edilir. Həmçinin şeirin 2-ci və 3-cü bəndində Rusiyaya qarşı olan nifrətdən də bəhs edilir.
Ana!
Ana! (ing. Mother!) — Darren Aronofskinin rejissorluğu və ssenaristliyini etdiyi 2017-ci il ABŞ istehsalı filmidir. Baş rollarda Cennifer Lourens, Xaviyer Bardem, Ed Harris və Mişel Pfayfer iştirak edir. Psixoloji-qorxu janrında olan filmin əsas süjet xətti sakit və durğun həyat sürən qadın və ərinin evinin gözlənilməz qonaqlar tərəfindən basqını üzərinə qurulub. Ana! filmi ilk dəfə 5 sentyabr 2017-ci ildə 74-cü Venesiya Film Festivalında nümayiş etdirildi. Film həmçinin festivalın əsas mükafatı olan "Qızıl Şir" uğrunda müsabiqədə iştirak edib. Büdcəsi 30 milyon $ olan film bütün dünyada 44,5 milyon $ gəlir əldə edib. Film tənqidçilər tərəfindən birmənalı olaraq qarşılanmayıb.
Ayı Ana
Latreya
Latreya (lat. lathraea) — ağac köklərində parazitlik edən bitki. Latreyanın yarpağı olmur. Fındıq, söyüd, qarağac ağaclarının kökündə parazitlik edir. Üstü qılafla örtülmüşdür. Rəngi qırmızıdır.
Adi eynəkli ayı
Adi eynəkli ayı (lat. Tremarctos ornatus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin eynəkli ayı cinsinə aid heyvan növü. Gözlərinin ətrafında olan ağ sarı halqalara görə belə adlandırırlar. == Təsviri == Bu yırtıcı orta ölçülərə sahib bir ayı növüdür: bədəninin uzunluğu 150—180 sm, quyruğu 7—10 sm, çəkisi 70 (dişilər) — 140 (erkəklər) kq. Xəzi kömür-qara və ya boz-qara olur. Göz ətrafında ağ və sarı halqa olur. Bu halqalar boğazdakı digər halqa ilə birləşir. Bəzi fərdlərdə isə ümumiyyətlə ləkələr yoxdur. Sifətləri digər ayılara nisbətdə olduqca qısadır Orta ömür müddəti 21 ildir. == Yayılma ərazisi == Bu canlılar Cənubi Amerika ərazisində ayıkimilər fəsiləsinə daxil olan yaşayan yenganə növdür.
"Qəhrəman Ana" fəxri adı
Qəhrəman Ana — SSRİ-də çoxuşaqlı analara verilən fəxri ad. Ad və eyniadlı orden SSRİ Ali Soveti Rəyasət Heyətinin 8 iyul 1944-cü il tarixli qərarı ilə təsis edilib. Azərbaycanda çoxuşaqlı analara keçmiş SSRİ dövründə daha çox rast gəlinib. Amma sovetlər ölkəsində, o cümlədən Azərbaycanda hansısa qadının 18 övlad dünyaya gətirdiyi barədə heç yerdə məlumat getməyib. Bununla belə, sovet hökuməti 10 və daha çox uşaq doğub böyüdən qadınların sosial qayğısını ittifaq dağılan günədək diqqət mərkəzində saxlayıb. Belə qadınlar həm də "Qəhrəman ana", "Şöhrət", "Analıq şöhrəti", "Analıq şərəfi" ordenləri, "Arxa cəbhədə fədakar əməyə görə", "Rəşadətli əməyə görə" kimi orden və medallarla fərqləndirilib. Pensiya təminatı zamanı məhz bu insanlara böyük güzəştlər olunub. Sovet hökumətinin müxtəlif orden və medalları, o cümlədən "Qəhrəman Ana" ilə təltif etdiyi qadınlardan Azərbaycanda indi də yaşayan var. Amma onların nə hansısa sosial güzəştləri qüvvədədir, nə də dəqiq sayı bilinir. Azərbaycanda "Qəhrəman ana"ların sayı barədə sonuncu statistik hesablama 2005-ci ildə aparılıb.
Qəhrəman Ana fəxri adı
Qəhrəman Ana — SSRİ-də çoxuşaqlı analara verilən fəxri ad. Ad və eyniadlı orden SSRİ Ali Soveti Rəyasət Heyətinin 8 iyul 1944-cü il tarixli qərarı ilə təsis edilib. Azərbaycanda çoxuşaqlı analara keçmiş SSRİ dövründə daha çox rast gəlinib. Amma sovetlər ölkəsində, o cümlədən Azərbaycanda hansısa qadının 18 övlad dünyaya gətirdiyi barədə heç yerdə məlumat getməyib. Bununla belə, sovet hökuməti 10 və daha çox uşaq doğub böyüdən qadınların sosial qayğısını ittifaq dağılan günədək diqqət mərkəzində saxlayıb. Belə qadınlar həm də "Qəhrəman ana", "Şöhrət", "Analıq şöhrəti", "Analıq şərəfi" ordenləri, "Arxa cəbhədə fədakar əməyə görə", "Rəşadətli əməyə görə" kimi orden və medallarla fərqləndirilib. Pensiya təminatı zamanı məhz bu insanlara böyük güzəştlər olunub. Sovet hökumətinin müxtəlif orden və medalları, o cümlədən "Qəhrəman Ana" ilə təltif etdiyi qadınlardan Azərbaycanda indi də yaşayan var. Amma onların nə hansısa sosial güzəştləri qüvvədədir, nə də dəqiq sayı bilinir. Azərbaycanda "Qəhrəman ana"ların sayı barədə sonuncu statistik hesablama 2005-ci ildə aparılıb.
Pulcuqlu latreya
Hündürlüyü 30 sm-ə qədər olan çoxillik bitkidir. Kökümsovu çox vaxt çox uzundur, budaqlanmış və ağımtıl rənglidir, lətli pulcuqlarla çox əhatə olunmuşdur. Yerüstü hissəsi nisbətən pulcuqlarla az örtülmüşdür. Çiçəkləri birtərəfli salxımşəkilli çiçək qrupunda, inkişaf etməmiş xırda yarpaq qoltuğunda, qısa saplaq üzərində toplanmışdır. Tacın uzunluğu 14–17 mm olub, borucuğabənzərdir, adətən solğun-bənövşəyi və ya ağımtıl-çəhrayı rənglidir, çılpaqdır; üst dodaq bütövdür; alt dodaq üçbölümlü, qısa, küt dilimləri vardır. Qutucuq şarşəkillidir, kasacığa bərabərdir. Aprel-May May-İyun Samur-Şabran oval., Xəzəryanı, BQ (Quba), Qobustan, Kür- Araz oval., KQ şimal, Lənk.dağ. Ovalıqdan aşağı, nadir hallarda orta dağ qurşağına qədər. Meşələrdə və kolluqlarda rast gəlinir; Corylus L. və Alnus L. cinslərinin növləri üzərində parazitlik edir.
Həqiqətin Anı (1984)
Payızın 17 anı
Film 2006-cı il noyabr ayının 24-dən dekabrın 11-ə qədər bağlanan ANS televiziyasının 17 gününü əks etdirir. 17 gün bağlı qalan ANS televiziyası filmdə bağlanma səbəblərinə toxunmur, sadəcə olaraq o günləri bir daha xatırlayır.
Abı
Abı (q.yun. Ἄβαι) — Qədim Yunanıstanda, Fokidada şəhər. Bu, Apollon ibadətgahı ilə məşhur idi. Əhəməni padşahı Kserksin öz ölkələrini xarabalığa çevirməsindən sonra şəhərin sakinləri abantlar təqribən Evbeyaya köçmüşdülər. Həmin vaxtdan ada Abantida adlandırılmağa başlamışdır. Məbəd yenidən qurulmuş, lakin sonra Beotiya yunanları tərəfindən dağıdılmışdır. Hər halda, şəhər məhv olmamışdır. Abı Roma hökmranlığı dövründə muxtariyyət hüquqlarını almışdır. İmperator Adrianın əmri ilə məbəd bərpa edilmişdir.