Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Asilə
Asilə və ya Asiləh (ərəb. أصيلة‎) — Mərakeşin Atlantik okeanı sahillərində yerləşən şəhər. Tanca-Tetuan-Əl-Hüseyma inzibati ərazi vahidində yerləşir. == Tarixi == Müasir şəhərin yerində ilk yaşayış məskənləri eramızdan əvvəl 1500-cü ildə Finikiyanın koloniyası kimi mövcud olmuşdur. Roma imperiyası dövründə isə burada Karfagenin Zilis şəhəri yerləşirdi. Şəhər Mərakeşdə hökm sürən müxtəlif müsəlman sülalələrin hakimiyyəti altında olmuşdur. 1471-ci il avqustun 24-də şəhər portuqallar tərəfindən ələ keçirildi. Portuqallar tərəfindən şəhər ətrafında qala inşa edildi və bir neçə il ərzində şəhər əhəmiyyətli ticarət mərkəzlərindən birinə çevrildi. Vasko Mouzinyo de Kevedonun (1611) "Afrikalı Afonso" adlı epik poemasında şəhərin Portuqaliya kralı V Afonso tərəfindən fəth edilməsi tərənnüm edilmişdir.
Asif
Asif — Azərbaycanlı kişi adı. Asif Manafov — Asif Mirili — Asif Mehraliyev — Asif İmaməliyev — Asif İsaoğlu — Asif Məmmədov Asif Məmmədov (kimyaçı) — Kimyaçı, kimya elmləri doktoru, professor.
Arifə Xanım
Arifə Xanım — Osmanlı Dövləti Türk Divan Ədəbiyyatı şairidir. Doğulduğu tarix və məkan bilinmir. XVI əsrdə yaşadığı haqqında məlumat vardır. Osmanlı Dövlətində divan ədəbiyyatı şairlərindən olduğu deyilir. Şeirlərinin məcmuasından ibarət bir divanı olduğu haqda məlumat olsa da, hələ də tapılmamışdır. Arifə xanımdan sadecə iki misradan ibarət bir şeir nümunəsi qalmışdır. Ölüm tarixi və harada öldüyü bilinmir. Arifə Xanımdan bir şeir nümunəsi Niyyət-i əzm ü əməl səbir ü səbat Bəşəri məqsədinə nail edər.
Asilə şəhəri
Asilə və ya Asiləh (ərəb. أصيلة‎) — Mərakeşin Atlantik okeanı sahillərində yerləşən şəhər. Tanca-Tetuan-Əl-Hüseyma inzibati ərazi vahidində yerləşir. == Tarixi == Müasir şəhərin yerində ilk yaşayış məskənləri eramızdan əvvəl 1500-cü ildə Finikiyanın koloniyası kimi mövcud olmuşdur. Roma imperiyası dövründə isə burada Karfagenin Zilis şəhəri yerləşirdi. Şəhər Mərakeşdə hökm sürən müxtəlif müsəlman sülalələrin hakimiyyəti altında olmuşdur. 1471-ci il avqustun 24-də şəhər portuqallar tərəfindən ələ keçirildi. Portuqallar tərəfindən şəhər ətrafında qala inşa edildi və bir neçə il ərzində şəhər əhəmiyyətli ticarət mərkəzlərindən birinə çevrildi. Vasko Mouzinyo de Kevedonun (1611) "Afrikalı Afonso" adlı epik poemasında şəhərin Portuqaliya kralı V Afonso tərəfindən fəth edilməsi tərənnüm edilmişdir.
Asif Abdullayev
Asif Abışov
Asif Asiman
Asif Asiman (tam adı: Asif Məhəmmədəli oğlu Quliyev; 23 yanvar 1955, Disər, Ordubad rayonu) — şair, yazıçı, publisist; Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == 23 yanvar 1955-ci ildə Ordubad rayonunun Disər (indiki Başkənd) kəndində müəllim ailəsində anadan olmuşdur. Orta təhsilini Əvəz Sadıq adına Vənənd kənd orta məktəbində 1972-ci ildə başa vurmuş, elə həmin ildə də Bakı Politexnik Texnikumunun "Gündüz Mexanika şöbəsi"nə daxil olmuşdur. Oradan da birbaşa Ukrayna SSR-in Vinitsa vilayətinə hərbi xidmətə yola düşmüşdür. Hərbi xidməti 1975-ci ildə başa vurduqdan sonra Bakıya qayıtmış və təhsilini davam etdirmişdir. 1977-ci ilin may ayında gənc mütəxəssis kimi Sumqayıtda yerləşən Azərboru zavoduna təyinatla göndərilmişdir. İstehsalatdan ayrılmadan 1987, 1988, 1989-cu illərdə Azərbaycan Jurnalistika Sənətkarlığı İnstitutunda təhsil almışdır. 1986-1994-cü illərdə 49 nömrəli (indiki 4 nömrəli) Texniki Peşə Liseyində istehsalat təlimi ustası işləmişdir. 1994-cü ildən bu günədək Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbdə əmək təlimi müəllimi kimi çalışmaqdadır. Eyni zamanda "Yeganə yol" və "Məslək" qəzetlərinin xüsusi müxbiridir.
Asif Ata
Əfəndiyev Asif Qasım oğlu (Asif Ata — İnam Ata; 25 sentyabr 1935, Çaykənd – 6 iyun 1997, Bakı) — filosof, Mütləqə İnam dünyabaxışının, təliminin yaradıcısı, ruhaniyyatçı. == Həyatı == Asif Ata (İnam Ata) 1935-ci il sentyabrın 25-də Qərbi Azərbaycanın Çəmbərək (Krasnoselsk) rayonunun Çaykənd kəndində, müəllim ailəsində anadan olmuşdur. Əslən Qaraqoyunlu soyundandır. Babaları ruhanı olmuşlar. İlk təhsilini doğulduğu kənddə almış, orta təhsilini Gəncə şəhərində davam etdirmiş, 1951-ci ildə Ağstafa şəhərində başa vurmuşdur. Mətbuatda ilk dəfə 1952-ci ildə "Azərbaycan pioneri" jurnalında dərc olunan "Məktəb xatirələri" şeiri ilə çıxış etmişdir. 1952–1957-ci illərdə Moskvadakı M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda oxuyub. Təhsil illərində müstəqil olaraq dünya tarixini, ədəbiyyatını, fəlsəfəsini, dinlərini, musiqisini, incəsənət tarixini – bir sözlə, özünəcən insanlığın yaradıb ortaya qoyduğu bütün dəyərli bilikləri mənimsəyib. M. F. Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda, Dillər Universitetində, Bakı Musiqi Akademiyasında, Bakı Dövlət Universitetində Qərb ədəbiyyatı, rus ədəbiyyatı, estetika, fəlsəfə, incəsənət tarixi fənlərindən mühazirələr oxuyub. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda baş elmi işçi vəzifəsində işləmişdir (1969–1975.
Asif Ataşov
Asif Azayev
Asif Azərelli
Asif Azərelli (19 iyul 1946, Uğurbəyli, Bərdə rayonu – 4 sentyabr 2022) — əməkdar rəssam. Ən çox qəbul edilən Dədə Qorqud obrazının yardıcısı kimi tanınır. == Həyatı == Asif Hüseyn oğlu Rzayev (Asif Azərelli) 19 iyul 1946-cı ildə Azərbaycanın Qarabağ bölgəsində Bərdə rayonunun Uğurbəyli kəndində anadan olmuşdur. 1970-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1976-cı ildə keçmiş SSRİ-nin Azərbaycan Rəssamlar İttifaqının mükafatına layiq görülmüşdür. 1980-ci ildə Tbilisidə Rəssamlıq Akademiyasını bitirmişdir. 1980-ci ildə SSRİ Rəssamlar İttifaqına qəbul olunmuşdur. 1983–1984-cü illərdə YUNESKO tərəfindən təşkil olunmuş beynəlxalq sərginin iştirakçısı olmuşdur. Azərbaycan Rəssamlıq Akademiyasında dosent kimi çalışırdı. Onun işləri Fransa, Almaniya, İran, Ukrayna, Rusiya, Türkiyə və Özbəkistanda keçirilmiş sərgilərdə nümayiş etdirilmişdir.
Asif Ağayev
Asif Əzizağa oğlu Ağayev (1961, Ulacalı, Sabirabad rayonu) — Beyləqan Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Şamaxı Rayon İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == Ağayev Asif 1961-ci ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olmuşdur. 1988-ci ildə V. V. Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunu inşaatçı-mühəndis ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1979-cu ildə Sabirabad kolxozlararası tikinti idarəsində fəhlə kimi başlamışdır. Sonralar "ŞelfLayihəTikinti" İstehsalat Birliyinin 1 saylı Tikinti Quraşdırma İdarəsində usta, Azərbaycan Qaçqınlar Komitəsinin Sabirabad rayon 4 saylı SMD-də mühəndis, iş icraçısı, "ŞelfLayihəTikinti" İstehsalat Birliyinin 1 saylı Tikinti Quraşdırma İdarəsində Plan, iqtisad və əmək haqqı şöbəsinin mühəndisi, "XəzərDənizNeftQazİnşaat" Tresti SMD-də iş icraçısı, sahə rəisi, "XəzərDənizNeftQazİnşaat" Tresti 2 saylı İTQ İdarəsində sahə rəisi, baş mühəndis, "Terminal" MMC-nin direktoru, ARDNŞ-nin "AzərNeftYağ" Neft emalı zavodunda direktorun əsaslı tikinti üzrə müavini, ARDNŞ-nin "AzəriQaz" İstehsalat Birliyində baş direktorun əsaslı tikinti üzrə müavini, ARDNŞ-nin Xəzər Dəniz Neft Donammasında ümumi məsələlər üzrə rəis müavini, ARDNŞ-nin "Neft Kəmərləri" İdarəsində tikinti və təmir üzrə rəis müavini, 2013–2018-ci illərdə isə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2024-cü il tarixli Sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. YAP-ın üzvüdür. Evlidir, 2 övladı var.
Asif Bəkirli
Asif Cahangirov
Asif Baxış oğlu Cahangirov (5 iyun 1948, Xankəndi şəhəri) — Azərbaycan Respublikasının Əməkdar müəllimi (2000) == Həyatı == Asif Cahangirov 5 iyun 1948-ci ildə Xankəndi şəhərində anadan olmuşdur. Milliyyətcə azərbaycanlıdır. Əslən qarabağlıdır. Bəy silkindəndir. Cahangirbəyovlar şəcərəsinin məlum olan tarixi təxminən XVIII əsrin 20–30-cu illərindən başlayır. Atası, Cahangirov Baxış İsmayıl bəy oğlu (1913–1989) Dağlıq Qarabağ Muxtar Vilayətinin (kecmiş Yelizavetpol quberniyası Şuşa mahalının) Tuğ kənində anadan olmuşdur. Uzun illər Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, təhsil sistemində müxtəlif rəhbər vəzifələrdə çalışmış, o cümlədən Dağlıq Qarabağ Muxtar Vilayətinin maarif şöbəsi müdirinin müavini olmuşdur. Fin və Böyük Vətən müharibələrinin iştirakçısı, II dərəcəli müharibə əlili idi. Anası, Cahangirova (Əfəndiyeva) Rəna İdris qızı (1922–1994), Füzuli (keçmiş Karyagin) rayonunun Saracıq kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsi dövründə hərbi hospitalda tibb baçısı işləmiş, ailə qurduqdan sonra evdar qadın olmuşdur.
Asif Hacılı
Asif Abbas oğlu Hacıyev (3 aprel 1960, Marneuli) — filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin rektoru (2014–2016), ədəbiyyatşünas, folklorşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Asif Abbas oğlu Hacıyev 3 aprel 1960-cı ildə Gürcüstan SSR-nin Borçalı mahalının Sarvan şəhərində, Nayvəlilər ocağında anadan olub. 1977-ci ildə Bakı şəhər 246 saylı orta məktəbini, 1982-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1982–1986-cı illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə taqım komandiri işləyib, Bakı şəhər Xətai rayon gənc müəllimlər şurasının sədri olub. 1986-cı ildən Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda müəllim kimi fəaliyyətə başlayıb. Gənc alimlər şurasının, Tələbə Elmi Cəmiyyətinin sədri olub. Tərcümə kafedrasında müəllim, Rus ədəbiyyatı tarixi kafedrasında müəllim, baş müəllim, dosent işləyib. 1992-ci ildən 2016-cı ilə qədər Ədəbiyyat nəzəriyyəsi kafedrasında çalışıb, kafedranın professoru olub. Ədəbiyyatşünaslığa giriş, ədəbiyyat nəzəriyyəsi, rus ədəbi tənqidi tarixi, poetika, ədəbiyyatşünasliğın tarixi və metodologiyası fənlərindən mühazirələr və xüsusi seminarlar aparır. 1987-ci ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib.
Asif Hacıyev
== Siyahı ==
Asif Hüseynov
Asif Hüseynov (25 aprel 1981, Qalaqayın, Sabirabad rayonu) — Şabran Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Hüseynov Asif Həbib oğlu 25 aprel 1981-ci ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olmuşdur. Azərbaycan Texniki Universitetini iqtisadçı, Bakı Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirmişdir. Əmək fəaliyyətinə başladığı dövrdən ARDNŞın Heydər Əliyev adına Neft Emalı Zavodunda və ARDNŞ-ın Sosial İnkişaf İdarəsində müxtəlif vəzifələrdə çalışmış, 2015-ci ilin oktyabr ayının 12-dək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin rəis müavini olmuşdur. 2015–2019-cu illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2019-cu il tarixli Sərəncamı ilə Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. İqtisad üzrə fəlsəfə doktorudur. Ailəlidir, üç övladı var.
Asif Həsənov
Həsənov Asif Pənah oğlu (1934, Ağamalıoğlu, Goranboy rayonu) — texnika elmləri doktoru, professor. == Həyatı == Həsənov Asif Pənah oğlu 1934-cü ildə Azərbaycan Respublikasının Qasım İsmayılov rayonunun Ağamalıoğlu kəndində anadan olmuşdur. 1956-cı ildə "Neftvı qaz yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirərək, 1972-ci ilə qədər "Əzizbəyovneft" NQÇİ-də neft və qaz hasilatı üzrə operatordan istehsalat-texniki şöbənin rəisinə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1966-cı ildə "Dərinlik nasosunun sürtünmədən yeyilməsi ilə neft yataqları məhsulunun tərkibi arasındakı əlaqənin öyrənilməsi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-ci ildən bu günə qədər Həsənov A.P. AzİNM AŞ-da "Təmir üçün quyu texnikası" şöbəsinin rəhbəri vəzifəsində işləyir. 1993-cü ildə "Quyu-təmiri texnikasının neft sənayesində işlənilməsi və tətbiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Elmi fəaliyyəti == Həsənov A.P. neft və qaz yataqlarının işlənilməsi və istismarı sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: quyu təmiri texnikasının yaradılması və təkmilləşdirilməsi sahəsində elmi-tətbiqi məsələlərin həlli və bu bazada prinsipial cəhətdən yeni elmi-texniki yanaşmaların işlənilməsi; neft və qaz quyularının təmirinin əsas proseslərinin laboratoriya şəraitində fiziki modelləşdirilməsi ilə nəzəri və təcrübi tədqiqatları kompleksi üçün metodologiya; quyu metalkəsici qurğusunun gövdəsində temperaturun həcmi paylanması prosesinin tədqiqi. Həsənov A.P. 150-dən artıq elmi məqalənin, 9 monoqrafiyanın müəllifidir. İxtiralara görə 24 müəlliflik şahədatnaməsi alıb.
Asif Kələntərli
Asif Süleyman oğlu Kələntərli (1954, Naxçıvan) — Naxçıvan Muxtar Respublikası Dövlət Mətbuat Komitəsinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I çağırış deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini. == Həyatı == Asif Süleyman oğlu Kələntərli 1954-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. Orta təhsilini Naxçıvan şəhər Cəlil Məmmədquluzadə adına 2 nömrəli orta məktəbində almışdır. Orta təhsilini bitirdikdən sonra Suraxanı Neft Mədənlərində operator işləmişdir. Daha sonra hərbi xidmətdə olmuş Asif Kələntərli Naxçıvan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə qəbul olaraq ali təhsilini 1978-ci ildə tamamlamışdır. O, ali təhsilini tamamladıqdan sonra Naxçıvan MSSR Mədəniyyət Nazirliyində metodist, elmi işçi, inspektor, 1987-ci ildən 1991-ci ilin sentyabr ayınadək Naxçıvan Məktəblilər Sarayının direktor müavini vəzifəsində çalışmışdır. == Siyasi fəaliyyəti == Asif Kələntərli rəhbərliyində 1970-ci illərdə Naxçıvan Muxtar Respublikasında İbrahim İbrahimli, Arif Rəhimli, Asəf Quliyev və daha bir neçə şəxs tərəfindən gizli fəaliyyət göstərmiş "Azadlıq" adlı təşkilat təsis edilmişdir. Asif Kələntərli Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur. Asif Kələntərli 1990-cı ildə Naxçıvan MSSR Ali Sovetinə keçirilmiş seçkilərdə 14 nömrəli Naxçıvan şəhər 28 may seçki dairəsi üzrə Azərbaycan Xalq Cəbhəsi üzvü olaraq deputat seçilmişdir. Heydər Əliyevin Azərbaycan Xalq Cəbhəsi üzvü deputatlardan da dəstək alaraq Naxçıvan Ali Məclisinin sədri seçilməsindən sonra Heydər Əliyevin də dəstəyi ilə bu hadisədən sonra Asif Kələntərli Ali Məclis sədrinin müavini seçilmişdir.
Asif Kərimov
Fred Asif
Asif Məhərrəmov və ya Fred Asif (tam adı: Asif Yusif oğlu Məhərrəmov; 26 iyul 1952, Ağdam – 1 iyul 1994, Yalta, Krım Muxtar Respublikası) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == === Erkən illəri === Asif Yusif oğlu Məhərrəmov 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. On bir uşağı olan böyük bir ailənin ilki idi. Uşaqlığı yoxsulluq içində keçib. Uşaqlıqdan boks və futbolla məşğul olub. 1969-cu ildə Ağdam şəhər 1 saylı orta məktəbi bitirmiş, Ağdam Dəzgahqayırma Zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1971-ci il 31 oktyabr ayında Ağdam kinoteatrında davada iştirakına görə, onu həbs edirlər. Asifə iki il iş kəsilir, və o, onun səkkiz ayını həbsxanada yatır. Asifin qardaşı Ədalət Məhərrəmov xatırlayır: 1976-cı ildə Asif qız qaçırıb və onunla qısa ömür sürəndən sonra qəfil avtomobil qəzasına tuş gəlir. Təsadüf nəticəsində "Təcili yardım" maşınını vurulmasına görə, ona 4,5 il iş veriblər.
Asif Sayadov
Asif Məhəmmədhənifə oğlu Sayadov (1 iyun 1977, İlisu, Qax rayonu) — Şərq döyüş növləri üzrə Respublikanın Əməkdar məşqçisi, Azərbaycan Vin Çun döyüş sənəti Federasiyasının prezidenti, Vinq Çun döyüş sənətinin ölkəmizdəki yaradıcısı, Beynəlxalq Samuel Kvok Vinq Çun assosiasiyasının (SMKMAA) və həmçinin Dünya Vinq Çun Birliyinin (WWCU) Azərbaycanda rəsmi nümayəndəsi, 5 qat dünya çempionu, 2023-cü ildən etibarən Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının prezidentidir. == Həyatı == Asif Sayadov 1977-ci ildə Qax rayonunun İlisu kəndində doğulmuşdur. Orta təhsilini VII sinfə qədər Nizami adına İlisu kənd orta məktəbində və sonrakı illəri Qax rayon Olimpiya idman məktəbində (sərbəst güləş növü üzrə) davam etdirmiş. 1999-cu ildə isə Bakı Biznes Universitetinin iqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsini bitirmişdir. 2002–2003-cü illərdə hərbi xidməti başa vurduqdan sonra 2014-cü ildə ikinci ali məktəbi — Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir. Ailəlidir, 2 övladı var. == Karyerası == Hələ uşaq yaşlarından idmanın karate, boks, sambo, sərbəst güləş və kikboksinq növləri ilə məşğul olmuş və tələbəlik illəri dövründən (1995–1996) başlayaraq Azərbaycan Kunq Fu federasiyasında təlim məşqlərinə başlamışdır. 2000-ci ildən etibarən beynəlxalq yarışlarda ölkəmizi həm peşəkar idmançı kimi həm də məşqçi kimi təmsil etmişdir. Asif Sayadovun onlarla tələbəsi Avropa və dünya çempionatlarının qalibləri, mükafatçıları olmuşdur. Onun rəhbərliyi altında 2004-2008-2009-2012-2015–2019-cu illərdə yetirmələri müxtəlif Avropa və dünya çempionatlarında böyük uğurlar qazanıblar.
Asif Manafov
Asif Abbas oğlu Manafov — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru, baş elmi işçi. == Həyatı == Asif Abbas oğlu Manafov 1959-cu ildə Oğuz şəhərində anadan olub.Orta təhsilini 1976-cı ildə Oğuz şəhər 2 №-li orta məktəbində başa vuraraq, 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) Biologiya fakultəsinə daxil olub.Universiteti bitirdikdən sonra 1982 təyinatla Zoologiya institutuna göndərilib. 1982-1985-ci illərdə Zoologiya institutunun “Su heyvanları parazitləri“ laboratoriyasinda baş laborant vəzifəsində çalışıb.Daha sonra 1985-ci ildə həmin laboratoriyada müsabiqə yolu ilə kiçik elmi işçi, 1992-ci ildə böyük elmi işçi, 2013-cü ildə isə baş elmi işçi və laboratoriya müdiri vəzifələrinə seçilib. O, 2014-cü ildən institutun “Parazitologiya” şöbəsinə də rəhbərlik etmişdir. A.Manafov 1990-cı ildə “Şimali Azərbaycanda Melanopsis cinsindən olan mollyuskların partenit və serkariləri” mövzusunda namizədlik, 2012-ci ildə isə «Azərbaycanın su hövzələrində Melanopsis praemorsa (L.) mollyusklarının trematod faunası (morfologiya, biologiya, ekologiya)” adlı doktorluq dissertasiyalarını müdafiə edərək müvafiq elmi dərəcələri almışdır. O 70-dən artıq elmi əsərin, o cümlədən bir monoqrafiyanın müəllifidir. A.A.Manafov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının biologiya və aqrar elmlər üzrə Ekspert şurasının üzvüdür. O həmçinin, Qafqaz Universitetinin Beynəlxalq “Qafqaz” jurnalının redaksiya heyətinin, “AMEA Zoologiya institutunun əsərləri”nin və “Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri”nin redaksiya heyətlərinin üzvüdür. == Elmi fəaliyyəti == Elmi fəaliyyətə 1982-ci ildə AMEA Zoologiya İnstitutunda baş laborant vəzifəsilə başlayan Asif Abbas oğlu Manafov 2013-cü ildən institutun “Su heyvanları parazitləri” laboratoriyasının, 2014-cü ildən isə həm də “Parazitologiya” şöbəsinin müdiri işləmişdir.Zoologiya institutunda çalışdığı illərdə o, insan və kənd təsərrüfatı heyvanları, balıq və quşların parazitar xəstəliklərinin tədqiqi ilə əlaqədar olan elmi-tədqiqat mövzularının icraçılarından biri, daha sonra rəhbəri olmuş, respublika ərazisində yaşayan şirinsu mollyusklarının trematod faunasının kompleks zooparazitoloji tədqiqi, akvakultura şəraitində yetişdirilən balıq növlərinin, xüsusilə nərə balıqlarının parazitar xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi istiqamətində ixtisaslaşmışdır.A.Manafov respublikanın şirinsu hövzələrində məskunlaşan mollyuskların insan və heyvan trematodlarının yayılmasında rolunu müəyyən edərək, bu parazitlərin müxtəlif inkişaf mərhələlərinin (serkari, metaserkari, adoleskari, sporosista, redi) mikromorfoloji quruluşunun tədqiqi əsasında elm üçün yeni olan 30-dan artıq trematod növünün ilk təsvirini vermuişdir.A.Manafov tərəfindən Lesitodendridlər kompleksinə daxil olan trematodların filogenezində virqulanın əmələ gəlmə və formalaşma yolu müəyyən edilərək, təsnifatda aparıcı əhəmiyyətə malik olan bu orqanın trematodların taksonomik təyinatındakı yeri və roluna yenidən baxılmasının vacib olduğu göstərilmişdir. Hetotaksiyanın (sensillərin topoqrafiq tədqiqinin) trematodların təsnifatında mühüm əhəmiyyətə malik olduğu orijinal faktlarla sübut edilərək göstərilmişdir ki, bu strukturun tədqiqinin nəticələri ancaq differensasiyaedici əlamət kimi deyil, həm də etibarlı inteqrasiyaedici (morfoloji cəhətdən uzaq görünən növlərin filogenetik cəhətdən yaxın qohumluğunu göstərən )əlamət kimi istifadə edilə bilər.
Asif Mirili
Asif Mirili (10 dekabr 1991, Bakı, Azərbaycan) — azərbaycanlı futbolçu. == Həyatı == Asif Mirili Bakıda anadan olub. Uşaq yaşlarından karate ilə məşğul olub. 2000-ci ildə UGFM-də İsmayıl Əliyevin rəhbərlik etdiyi futbol komandasına yazılıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alır. 2003–2004-cü illərdə Təhsil klubunda çıxış edib. Türkiyənin DÇ-2002-də bürünc medal qazanmasından sonra isə Asifin bu idman növünə olan marağı daha da artıb. Bundan sonra İnterin aşağı yaş qrupuna cəlb olunan dayaq yarımmüdafiəçisi ötən mövsümə kimi əvəzedici heyətdə kapitan sarğısını daşıyıb. 18 yaşında əsas komandaya cəlb olunub və həmin il debüt edib. O, həm də U-21 yığmamızın üzvüdür.
Asif Mədədov
Afife Jalə
Afife Jalə (türk. Afife Jale 1902, Kadıköy, İstanbul ili – 24 iyul 1941, İstanbul) — Türkiyədəki ilk müsəlman teatr aktrisası olaraq bilinən türk teatr aktrisası. == Bioqrafiyası == Afife Jalə 1902-ci ildə İstanbulda Hidayət bəy və Methiye xanımın ailəsində anadan olmuşdur. Ondan başqa ailədə bir qızı Behiye xanım və bir oğlu Salah bəy də vardı. == Karyerası == Afife qızlar üçün nəzərdə tutulan İstanbul Sənaye Məktəbində oxuyur. Ancaq onun arzusu aktrisa olmaq olur. O dövrdə Osmanlı İmperiyasında Türk Müsəlman qadınları Daxili İşlər Nazirliyinin əmri ilə səhnədə oynaya bilməzdilər. Aktrisalar yalnız yunan, erməni və ya yəhudi əsilli qeyri-müsəlman qadınlar ola bilərdi. Afifenin atası qızının teatr karyerasına qarşı idi. Atasına itaətsizlik edən Afife valideynlərinin evindən qaçır və yeni qurulan Darülbedayi konservatoriyasında stajor işçisi olaraq çalışır.
Aşide Bengü
Aşide Bengü və ya Aşide Benqü ( d.? – ö. 5 dekabr, 681) – Göytürk dövlətinin dağılmasından sonra göytürklərin 50 illik müstəqillik üsyanının təhrik edicisi olan göytürk əsilzadəsi. Çin qaynaqlarında adı Venfu olaraq keçir. == Həyatı == Türk əsilzadəsi olduğu bilinən Bengü haqqında dəqiq məlumatlar yoxdur. Çin qaynaqlarına görə, Bengü 679-cu ildə Sanyu canişinliyi himayəsində çalışan üst səviyyəli türk idarəçi olmuşdur. Onunla birlikdı, Aşide Fenzi adında başqa türk general da olmuşdur. Bengü və Fenzi Tanq sülaləsinin gücsüz anını gözləmiş və gözlədikləri an gəldiyində Aşina Nişufunu xaqan edərək Tanqa qarşı üsyan qaldırmışdırlar. Lakin, 680-ci ildə Pei Xinqcian komandanlığındakı Çin ordusu Nişufuyu məğlub etdi. Bengü Çin ordusundan qaçmağı bacardı, lakin Nişufu Çin təərfindən cəzalandırımaqdan qorxan ordusu tərəfindən qətlə yetirildi.
Aşide sülaləsi
Aşide sülaləsi — Göytürk xaqanlığında aparıcı sülalələrdən biri. Damğası — . Təkcə anası Aşide sülaləsindən olan uşaqlar taxta çıxa bilərdi. == Tarixdəki əsas nümayəndələri == Tonyukuk (çin. 阿史德元珍) — Qapağan xaqanın, Bilgə xaqanın və İlteriş xaqanın məsləhətçisi, sərkərdəsi, Yollıq xaqanın babası. Aşide Venfu (çin. 阿史德溫傅) — Aşina Nişufunun üsyanına kömək edən sərkərdə. Daha sonralar Aşina Funianın üsyanına qoşulmuşdur. Lakin 681-ci ildə sonuncu tərəfindən tutularaq imperatora təslim edilmişdir. Aşide Fenqçi (çin.
Asif, Vasif, Ağasif
Asif, Vasif, Ağasif tammetrajlı bədii filmi rejissor Rasim İsmayılov tərəfindən 1983-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Filmdə əsas rolları Emil Pənahov, Ramin Aslanov, Hökümə Cəlilova, Məmməd Məmmədov, Şükufə Yusupova və Leyla Bədirbəyli ifa edirlər. == Məzmun == Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Ata (Məmməd Məmmədov) vaxtının çoxunu iş yerində keçirdiyindən övladlarının tərbiyəsini ana (Şükufə Yusifova) öz öhdəsinə götürmüşdür. O, oğlanlarını dəbdə olan "tərbiyə üsulları" ilə böyütmək fikrindədir. Ana xüsusi cədvəl tərtib edir: uşaqlar musiqi və idmanla məşğul olmalı, xarici dil, süfrə arxasında, böyüklərin yanında davranmaq qaydalarını öyrənməlidirlər.
Asif, Vasif, Ağasif (film, 1983)
Asif, Vasif, Ağasif tammetrajlı bədii filmi rejissor Rasim İsmayılov tərəfindən 1983-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Filmdə əsas rolları Emil Pənahov, Ramin Aslanov, Hökümə Cəlilova, Məmməd Məmmədov, Şükufə Yusupova və Leyla Bədirbəyli ifa edirlər. == Məzmun == Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Ata (Məmməd Məmmədov) vaxtının çoxunu iş yerində keçirdiyindən övladlarının tərbiyəsini ana (Şükufə Yusifova) öz öhdəsinə götürmüşdür. O, oğlanlarını dəbdə olan "tərbiyə üsulları" ilə böyütmək fikrindədir. Ana xüsusi cədvəl tərtib edir: uşaqlar musiqi və idmanla məşğul olmalı, xarici dil, süfrə arxasında, böyüklərin yanında davranmaq qaydalarını öyrənməlidirlər.