Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bəlağət
Bəlağət (ərəbcədən tərcümədə səlis, gözəl danışıq, natiqlik məharəti) — zəngin, gözəl, obrazlı, canlı, səlis danışıq qabiliyyəti, natiqlik istedadı və ya natiqlik sənətindən bəhs edən elm. Orta əsrlər ərəb filoloqlarının (əl-Cahiz, İbn əl-Mütəzz, əs-Səkkaki və başqaları) yaratdığı bəlağət elmi, əslində, nitqin gözəlliyi və səlisliyi haqqında üslubiyyat nəzəriyyəsi olub, üç bölməni əhatə edir: elm əl-məani, elm əl-bəyan, elm əl-bədi. Birinci bölmə nitqin qrammatika və məntiq qanunları baxımından düzgün qurulmasından bəhs edir. "Bəyan" elmi fikrin gözəl və aydın ifadə edilməsini və bu məqsədlə təşbeh, istiarə və kinayə kimi bədii təsvir vasitələrindən istifadə üsullarını öyrədir. "Bədi" istilahı altında isə bədii nitqin istər məzmun, istərsə də forma baxımından gözəlliyi üçün məcazi mənada işlənən söz və ifadələrin, həmçinin səs tərkibi etibarilə yaxın olan sözlərin bacarıqla seçilib, yerli-yerində işlədilməsi nəzərdə tutulurdu. Bəlağət elmi bütün bölmələri ilə birlikdə ilk dəfə əs-Səkkakinin "Miftəh ül-ülum" adlı ensiklopedik əsərində əsaslı şərh edilmiş və sistem halına salınmışdır. Azərbaycan alimləri Xətib Təbrizi, Şərəfəddin Həsən Rami Təbrizi, Vahid Təbrizi və başqaları bəlağət elmindən bəhs etmişlər. == Həmçinin bax == Ritorika Ritorik fiqurlar == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Sədaqət
Sədaqət — qadın adı Sədaqət Maarif — aktrisa. Sədaqət Vəliyeva — Azərbaycan Respublikası Milli Məclisinin depuatatı Sədaqət Zülfüqarova — aktrisa.
Bəraət
Bəraət sözü müxtəlif mənalara gəlir, ən çox işlənən mənası isə xas olan “günahlarımıza görə bəraət qazanmaq”, “istiğfar olunmaq”, “bağışlanmaq” kimi qəbul edilir.
Ədalət
Ədalət — mücərrəd mənalı sözlərdəndir. İnsanlar arasında mübahisəli məsələlərdə düzgün, qərəzsiz qərar verənlər ədalətli adlanırlar. Əxlaqi-hüquqi, həmçinin sosial-siyasi şüur kateqoriyası. Ədalət "Ədl" sözündən olub, ərəb dilində bərabərlik və insaflı mənalarını daşıyır. Gündəlik həyatımızda ədalət və zülmkarlığa aid çoxlu nümunələrlə rastlaşırıq. Məsələn, imtahanda qiyməti 3 olan şagirdə yersiz yerə 5 vermək, həmçinin cinayətkarı azad edib günahsızı zindana salmaq və s… buna misal ola bilər. == Ümumi məlumat == Ədalət anlayışı cəmiyyətdə ayrı-ayrı fərdlərin (sosial qrupların) praktiki rolu ilə onların sosial mövqeyi, hüquq və təəhhüdləri, əməl və əcri, əmək və mükafatlandırılması, cinayət və cəzası, insanın xidmətləri və bunların cəmiyyət tərəfindən qəbul edilməsi arasında uyğunluq tələbini ifadə edir. Bu nisbətin pozulması ədalətsizlik kimi qiymətləndirilir. Ədalət şəxsiyyət, cəmiyyət və dövlətin, həmçinin hüquqi münasibətlərdə iştirak edənlərin maraqları arasındakı tarazlığı müəyyənləşdirir, bərabərlik və azadlıq ideyalarını əks etdirir. İctimai şüur tarixində Ədalətin ilk anlamı ibtidai-icma quruluşu normalarına, ümumi qəbul olunmuş qaydalara danışıqsız riayət edilməsinin qəbulu ilə bağlı idi.
Seyran Səxavət
Xanlarov Seyran Əsgər oğlu — yazıçı, şair, nasir, tərcüməçi, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Seyran Səxavət 1946-cı il martın 23-də Füzuli rayonunun (keçmiş Qarabulax rayonu) Yağlıvənd kəndində anadan olmuşdur. Həmin kənddə orta məktəbi bitirdikdən sonra Natəvan adına Füzuli şəhər məktəbində direktorun köməkçisi vəzifəsində işləmişdir (1962-1964). Sonra ADU-nun şərqşünaslıq fakültəsində təhsil almışdır (1964-1970). Sovet Ordusu sıralarında əsgəri xidmət zamanı SSRİ Müdafiə Nazirliyində tərcüməçi olmuşdur (1970-1972). "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında xüsusi müxbir, ədəbi işçi kimi çalışmış, sonra iki il İranda tərcüməçi işləmişdir (1974-1976). Yenidən Bakıda "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərmişdir (1976-1981). Sonra "Ulduz" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri işləmişdir (1981-1991). Bədii yaradıcılığa 1962-ci ildən dövri mətbuatda çap etdirdiyi şeir, hekayə və publisist yazıları ilə başlamışdır. Həmin vaxtdan mərkəzi və respublika mətbuatı səhifələrində müntəzəm çıxış edir.
Sədaqət Cabbari
Sədaqət Cabbari — Müasir xəttat və qrafik dizayneri. Tehran universitetinin gözəl sənətlər fakültəsindən incəsənət tədqiqatı sahəsində təhsil alıb.
Sədaqət Hüseynova
Sədaqət Kərimova
Sədaqət Qayınbəy qızı Kərimova (ləzg. Керимова Седакъет Къайинбеган руш; 30 may 1953, Qalacıq, Qusar rayonu) — ləzgi şairi, yazıçısı, bəstəkarı, rejissoru. == Həyatı == Sədaqət Kərimova 1953-cü ilin martın 30-da Qusarda anadan olmuşdur. 1969-cu ildə Qusar şəhər 1 saylı orta məktəbini bitirmişdir. Hələ məktəb illərindən respublikanın bir sıra qəzet və jurnallarında şeir, hekayə və məqalələrlə çıxış etməyə başlamışdır. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olan S. Kərimova tələbəlik illərinin ilk günlərindən "Azərbaycan gəncləri" qəzetinin ştatdankənar müxbiri kimi əxlaq mövzusunda yazdığı silsilə məqalələri ilə tanınmışdır. Universiteti bitirdikdən sonra Azərbaycan KP MK-nın "Sovet kəndi" qəzetində 17 il fasiləsiz çalışmışdır. Sonralar "Azərbaycan" qəzetində şöbə müdiri, "Günay" qəzetində baş redaktorun müavini kimi fəaliyyət göstərmişdir. S. Kərimova 1997-ci ildən üç dildə çıxan "Samur" qəzetinin baş redaktorudur. Həmin qəzeti öz vəsaiti ilə nəşr edir.
Sədaqət Maarif
Sədaqət Maarif — aktrisa. == Həyatı == Sədaqət Maarif 1961-ci ildə anadan olub.1982-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirmişdir. Yaradıcılığa Mərdəkan Xalq Teatrında rejissor kimi fəaliyyətə başlamışdır. Mərdəkan Xalq Teatrında quruluşçu rejissor kimi çalışan S. Maarif M. F. Axunzadə "Lənkəran xanının vəziri", C. Məmmədquluzadə "Ölülər", Xalq nağılı "Məlikməmməd" və digər tamaşalarında aktrisa kimi fəaliyyət göstərmişdir. Bir neçə ölkələrin teatr festivallarında qastrol səfərlərində olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Televiziyasında ilk Kulinariya verlişinin aparıcısı olmuşdur. Həmin illərdə Dövlət Televiziyasında yayımlanan ilk teleserial "Heyat eşqi" serialında aktrisa kimi fəaliyyət göstərmişdir. "Ordan-burdan" verlişinin daimi aktrisası kimi səhnəciklərdə çıxışlar etmişdir. Həmin illərdə Televizyada yayımlanan aktyor v ə rejissorlara həsr olunmuş bir neçə verlişlərin müəllifi və aparıcı çalışmışdır. S. Maarif 2002-ci ildən Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasında aktyor sənəti müəllimi kimi fəaliyyət göstərir.
Sədaqət Məmmədova
Sədaqət Maarif — aktrisa. == Həyatı == Sədaqət Maarif 1961-ci ildə anadan olub.1982-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirmişdir. Yaradıcılığa Mərdəkan Xalq Teatrında rejissor kimi fəaliyyətə başlamışdır. Mərdəkan Xalq Teatrında quruluşçu rejissor kimi çalışan S. Maarif M. F. Axunzadə "Lənkəran xanının vəziri", C. Məmmədquluzadə "Ölülər", Xalq nağılı "Məlikməmməd" və digər tamaşalarında aktrisa kimi fəaliyyət göstərmişdir. Bir neçə ölkələrin teatr festivallarında qastrol səfərlərində olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Televiziyasında ilk Kulinariya verlişinin aparıcısı olmuşdur. Həmin illərdə Dövlət Televiziyasında yayımlanan ilk teleserial "Heyat eşqi" serialında aktrisa kimi fəaliyyət göstərmişdir. "Ordan-burdan" verlişinin daimi aktrisası kimi səhnəciklərdə çıxışlar etmişdir. Həmin illərdə Televizyada yayımlanan aktyor v ə rejissorlara həsr olunmuş bir neçə verlişlərin müəllifi və aparıcı çalışmışdır. S. Maarif 2002-ci ildən Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasında aktyor sənəti müəllimi kimi fəaliyyət göstərir.
Sədaqət Nuriyeva
Sədaqət Məmmədağa qızı Nuriyeva — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2018). == Həyatı == 1988-ci ildə M.Əliyev adına ADİİ-nin "dram və kino aktyoru" fakültəsinə qəbul olunub, 1992-ci ildə həmin fakültəni bitirib. 1992-ci ildən Sumqayıt teatrında işləyir. 1996-cı ildən ATXİ-nın üzvüdür. Ailəlidir, iki övladı var. Sumqayıt teatrında 25 rol oynayıb. Onlardan:S.S.Axundov "Tamahkar" – Gülzar, A.Həsənoğlu "Yanmış evin nağılı" – Həlimə, F.Kərimzadə "Şah İsmayıl" – Taclıbəyim, Ş.Qəribli "Gəlin açıq danışaq" – telefonçu qız, katibə,şalvarlı qız, Ş.Qəribli "Sehrli açar" – Vüqar, F.Məmmədov "Anasının gül balası" -Eldar, R.Səməndər "Dərs"-Sevda, M.F.Axundov "Müsyö Jordan və Dərviş Məstəli şah" – Gülçöhrə, Şərəfnisə, İ.Məlikzadə "Subaylarınızdan görəsiniz" – Qəndab, Çiçək, A.Kamyu "Ağlasığmaz faciə" – Marta, A.Babayev "Kim nə deyər bizdə olan qeyrətə" – Jalə, C.Məmmədquluzadə "Danabaşlar" -Şərəf, M.Haqverdiyev " Fədakarlıq" – Gulya, İ.Məlikzadə " Gəl qohum olaq" – Minayə, Ə.Qiyas "Cəhənnəm ekspresi"- Sarışın və s. == Mükafatları == 16 oktyabr 2018-ci ildə isə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Sədaqət Qəhrəmanova
Qəhrəmanova Sədaqət Məmmədyar qızı — Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini. == Həyatı == 1 mart 1949-cu ildə Azərbaycan Respublikasının Şəmkir rayonunda anadan olmuşdur.1966-cı ildə Əli-Bayramlı şəhər 2 saylı orta məktəbi bitirmişdir 1968–1971-ci illərdə Bakı Axşam Neft Texnikumunun Əli-Bayramlı filialını bitirib, iqtisadçı peşəsinə yiyələnmişdir. 1973–1977-ci illərdə Bakı Ali Partiya məktəbində təhsil almışdır. Ailəlidir, 4 övladı var. == Əmək fəaliyyəti == Əli-Bayramlı şəhər 1 saylı məktəbdə pioner baş dəstə rəhbəri kimi əmək fəaliyyətinə başlamışdır. 1967–1970-ci illərdə Əli-Bayramlı şəhər Partiya Komitəsində texniki katibə 1970–1973-cü illərdə şəhər XDS icraiyyə komitəsində ümumi şöbənin müdiri 1973-cü ilin fevral ayından sentyabr ayınadək Əli-Bayramlı şəhər Partiya Komitəsində təlimatçı 1977–1978-ci illərdə şəhər Partiya komitəsində təlimatçı və şəhər Qarışıqmallar ticarət idarəsində rəis vəzifəsində işləmişdir. 1978-ci ilin dekabr ayında Əli-Bayramlı şəhər Partiya komitəsinin ideoloji məsələlər üzrə katibi seçilmişdir. 1983-cü ilin dekabr ayında şəhər Xalq Nəzarət Komitəsinin sədri təyin olunmuşdur. 1991-ci ilin iyun ayında Əli-Bayramlı şəhər Xalq Deputatları Sovetinin sədri seçilmişdir. 1995-ci ilin sentyabr ayında Əli-Bayramlı şəhər icra hakimiyyəti başçısı təyin olunmuşdur.
Sədaqət Ulduz
Sədaqət Fəyaz qızı Quluyeva (Sədaqət Ulduz; 24 aprel 1974, Sumqayıt) — Azərbaycan müğənnisi; == Həyatı == Sədaqət Ulduz 24 aprel 1974-cü ildə Sumqayıt şəhərində anadan olub. Orta məktəblə yanaşı musiqi məktəbinin qarmon sinfindən də məzun olmuşdur. Eyni zamanda musiqi, fortepiano və saz dərsləri də almışdır. Soltan Hacıbəyov adına Musiqi Texnikumunu bitirmişdir. 1995-ci ildən etibarən "Unison" qrupu ilə addımlar atmağa başlamışdır. Daha sonra peşəkar səhnədə performans sərgiləməklə televiziya proqramlarında da çıxışlar etmişdir. O, yeni kliplər çəkmiş, mahnılar oxumuş və bunlarla yanaşı Space TV-nin "Onda Başladıq" adlı televiziya proqramının aparıcısı kimi də fəaliyyət göstərmişdir. Sədaqət Ulduz əvvəllər Azərbaycan Dövlət Muğam Teatrında solist kimi fəaliyyət göstərmişdir. Hal-hazırda Azərbaycan Dövlət Televiziyasında solist kimi fəaliyyət göstərir. == Mükafatları == Altı yaşında Moskvada keçirilən Ümumittifaq festivalın mükafatını almışdır.
Sədaqət Verdiyeva
Sədaqət Mirzə qızı Verdiyeva (14 mart 1928, Füzuli, Samux rayonu) — pambıqçı. Sosialist Əməyi Qəhrəmanı (1948). == Həyatı == Sədaqət Mirzə qızı Verdiyeva 14 mart 1928-ci ildə keçmiş Xanlar rayonunun Füzuli kəndində anadan olub. 1947-ci ildə "Qırmızı Oktyabr" kolxozunda yüksək əmək göstəricilərinə nail olmuşdur. İttifaq əhəmiyyətli fərdi pensiyaçıdır. == Haqqında yazılanlar == Mir Cəlal. Qəhrəman qız: [Sosialist Əməyi Qəhrəmanı, komsomolçu Sədaqət Verdiyeva haqqında] //Pioner.- 1948.- No 10.- S.10–11.
Sədaqət Vəliyeva
Sədaqət Vəliyeva (23 dekabr 1954, Naxçıvan) — Azərbaycan Respublikası Milli Məclisinin depuatatı, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri. == Həyatı == Vəliyeva Sədaqət Süleyman qızı 1954-cü il dekabrın 23-də Naxçıvan şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub, 1978-ci ildə institutu bitirib. Əmək fəaliyyətinə döş qəfəsi cərrahiyyəsi xəstəxanasında tibb bacısı işləyərək başlayıb. 1980-ci ildən isə Suraxanı 6 saylı Vərəm Xəstəxanasında həkim-ftiziatr işləməyə başlayıb. 1984-cü ildə isə 6 saylı Vərəm Xəstəxanasında baş həkimi 1985-ci ilədək əvəzləyib. 1985-ci ildən 1995-ci ilədək Suraxanı rayonu 6 saylı Vərəm Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 1995–1996-cı illərdə Suraxanı rayon Səhiyyə şöbəsinin müdiri işləyib. 1997–2002-ci illərdə yenidən Suraxanı rayonu 6 saylı Vərəm Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 2002-ci ildən 2006-cı ilədək Sabunçu rayon Səhiyyə şöbəsinə rəhbərlik edib.
Sədaqət Zülfüqarova
Sədaqət Şamil qızı Zülfüqarova (10 iyul 1924 – 27 dekabr 1986) — aktrisa. == Həyatı == Teatr və kino aktrisası Sədaqət Zülfüqarova 30-a qədər filmdə əsasən epizodik rollarda çəkilmişdir.
Sədaqət Əliyeva
Sədaqət Əliyeva (d. 10 oktyabr 1963, Bakı, Azərbaycan SSR) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2013), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və yaradıcılıq işləri üzrə prorektoru, dosent, "Mədəniyyət dünyası" və "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Əsərləri" adlı məcmuələrin redaktoru. == Həyatı == Sədaqət Ağasəfər qızı Əliyeva 10 oktyabr 1963-cü ildə Bakı şəhərində dünyaya göz açmışdır. Ailəlidir. İki övladı var. == Təhsili == Bakı şəhər 190 saylı orta məktəbdə (1971–1981) təhsil alıb. 1985-ci ildə M. Ə. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 2006-cı ildə "6219.01 — Kulturologiya və onun ümumi məsələləri" ixtisas şifrində Kulturologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə, 2011-ci ildə isə ADMİU-da "dosent" elmi adına layiq görülmüşdür. 2012-ci ildə ADMİU-nun doktoranturasına daxil olmuşdur; "Mədəniyyətdə qadın problemi: tədqiqatların istiqaməti və problematikası" mövzusunda elmi araşdırma üzərində çalışır. == Elmi və pedaqoji fəaliyyəti == 1985-ci ildən gənc mütəxəssis kimi M. Ə. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində) Mədəni-maarif işi kafedrasında baş laborant, saathesabı müəllim kimi iş fəaliyyətinə başlayıb.
Səxavət Abbasov
Səxavət Baxışov
Səxavət Mamed oğlu Baxışov (3 aprel 1979, Tüntül, Qutqaşen rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Haqqında == 3 aprel 1979-cu ildə Qəbələ rayonu Tüntül kəndində anadan olmuşdur.1994-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur və 1997-ci ildə oranı bitirərək, elə həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2001-ci ildə Hərbi məktəbi "Tankçı" ixtasısı üzrə bitirmişdir. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Səxavət Baxışova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Səxavət Hacıyev
Hacıyev Səxavət Əbi oğlu (d.01.12.1966-v.25.01.1993) — == Həyatı == Hacıyev Səxavət Əbi oğlu (01.12.1966–25.01.1993) Lerik rayonunun Rvarud kəndində anadan olmuşdur. 1974–1984-cü illərdə Rvarud kənd orta məktəbində oxumuşdur. 1984-cü ildə Bakı Politexnik Texnukumuna daxil olmuşdur.1984-cü ilin noyabrından 1986-cı ilin noyabrına qədər Həqiqi Hərbi xidmətdə olmuşdur. Səxavət hərbi xidmətdən sonra texnikumda oxudu və 1989-cu ildə oranı bitirmişdir. == Səxavət Zirvəsinin döyüş yolları == Erməni dığaları Moskvanın köməyi ilə Azərbaycan torpaqlarında yeni-yeni qəddarlıqlar törədirlər. Xocalı faciəsi bunların ən dəhşətlisi idi. Səxavət heç cür özünə yer tapa bilmirdi. O, 1992-ci ilin fevralın sonuncu günundə Bakıda Hərbi Qərargaha yollandı və könüllü olaraq Qarabağa getdi. Səxavətin ilk döyüş yeri qədim və əzəmətli Şüşa şəhəri oldu. Cəsur igid burda neçə-neçə döyüşdə fərqləndi, döyüş dostlarını mübarizəyə ruhlandırdı.
Səxavət Həsənov
Səxavət Məhərrəmov
Səxavət Məhərrəmov (5 dekabr 1973, Qaraçanta, Amasiya rayonu – 27 iyun 1992, Kiçik Qarabəy, Ağdərə rayonu[d]) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 5 dekabr 1973-cü ildə Qərbi Azərbaycanın Şörəyel mahalında Amasiya rayonunun Qaraçanta kəndində anadan olmuşdur. 1988-ci illərdə erməni faşistləri Azərbaycanlıları buradan deportasiya edərkən Səxavət Məhərrəmovun ailəsi 11 dekarda 1988-ci ildə Gümrü-Dilican-Qazax yolu erməni seperatçı quldur dəstələri tərəfindən Dövlət səviyyəsində Azəri Türklərinin kecidinə bağlandigından,Qar-Axan dag silsiləsinin,Qar-Axac dağ aşırımını keçərək Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndinə köç etmiş, 21 dekabr 1988-ci ildə isə daha münasib, Gürcüstanın Caqareco rayonunun Düzəyrəm kəndinə pənah aparmışlar. Səxavət Məhərrəmov Düzəyrəm kənd orta məktəbində 6 ay təhsilini davam etdirmişdir.1989-cu ilin iyun ayının 22-də ailəsi ilə birlikdə Qaradağ rayonunun Lökbatan qəsəbəsində daimi məskunlaşmışlar. Səxavət 1991-ci ildə burada 106 saylı məktəbi bitirir. Milli Azadlıq Hərəkatının fəal üzvlərindən biri olur. O, şer yazardı, musiqiyə, şerə həvəsi sonsuz idi. == Döyüşlərdə iştirakı == 1992-ci il 27 iyun Ağdərənin Kiçik Qarabəy (keçmiş Möhrətağ) kəndi uğrunda qanlı döyüşlər gedirdi onlarla erməni yarqlısı məhv edildikdən sonra bölmə geri dönərkən meşədə mühasirəyə düşür, Səxavət 19 yaşında canından əziz tutduğu vətən uğrunda qəhrəmancasına həlak oldu. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Məhərrəmov Səxavət Ələmdar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Səxavət Məmmədov
Səxavət Əmirxan oğlu Məmmədov (23 oktyabr 1953, Gülablı, Ağdam rayonu – 30 sentyabr 1991, Qaradağ rayonu) — Azərbaycan xanəndəsi. == Həyatı == Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur. Səxavətin də səsi "Segah"a yatımlı idi, ruhu "Segah"a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz "Segah" ladındadır. "Ay Bəri Bax", "Uca Dağlar", "Yar Bizə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül" "Sona Bülbüllər" və s. 1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənir. 1976-cı ildə "Hümayun" xalq ansmblının solisti olur. 1983–88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edir. Yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır. “Qarabağ” instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yarandı.
Səxavət Nur
Nurullayev Səxavət Xudabaxış oğlu (25 yanvar 1979, Quba) — radio və televiziya aparıcısı, aktyor. == Həyatı == Səxavət Nur (Səxavət Nurullayev) 25 yanvar 1979-cu ildə Qubada anadan olub.1996-cı ildə Bakıda 109 saylı orta məktəbi bitirib. 2000-ci ildə Təfəkkür universitetinin Hüquq fakültəsindən məzun olub. 1999-cu ildə Burç fm radiosunda dj fəaliyətinə başlayıb. 2001-ci ildə STV (indiki Xəzər TV) telekanalında ilk dəfə teleaparıcılığa başlayıb. Bir müddət "Kokteyl" musiqili-əyləncəli verilişin aparıcısı olub. 2003-cü ildə Lider TV-də yayımlanan "Teletime" intellektual-əyləncəli verilişinə dəvət olunub və 2007-ci ilin may ayına qədər Burç FM-də radioaparıcılıqla yanaşı, "Teletime"-ın aparıcısı olub. 2007-2009-cu illərdə AzTV-nin "Səhər" verilişinin, eləcə də 2007-ci ildə AzTV-də yayımlanan "Muğam Televiziya Müsabiqəsi"-nin aparıcısı olub. Bir sıra kütləvi tədbirlərin və bayramların aparıcılığını edib. 2009-cu ildə Bakıda keçirilən "Beynəlxalq muğam Festivalı"-nın aparıcılarından biri olub.
Səxavət Quliyev