ƏDAT
ƏDD
OBASTAN VİKİ
Əli ədavətçiliyi
Əli ədavətçiliyi və ya Nasibilik — Müaviyə və Əli dönəmindəki savaşlarından başlayıb, Əlinin öldürülməsindən sonra daha da şiddətli olub. Əli ibn Əbu Talibə söyüş iftira və səbb Bəni Üməyyəli Müaviyə çağından başlanıb Ömər bin Əbdüləziz çağınadək ardısı oldu taki, o, bu işin qadağan olmasına əmr edincə. İbni Əbilhədid Nəhcül-bəlağə şərhi kitabında şiələrin beşinci imamı Baqirdən hədis qondarma və şiələrin oldürülməsinə görə belə deyir: Biz Qureyşlilər əlindən nə zülmlər və ədavətlər çəkmişik! bizim istəyən və şiələrimiz camaatın içində nələr ki çəkməyiblər!… camaatı bizdən incitmək üçün necə şəhərlərdə bizim demədiyimiz və etmədiyimiz sözləri bizə bağladılar. onların ən şiddətlisi Həsən bin Əlidən sonraidi. bizim şiələrimizi hər şəhərdə tapdılar öldürüb şiə olmaqları üçün əl və qolların kəsdilər. hər kimsəki bizi sevmək və istəməyə məşhuridi həbsə salınıb mal mülkü talan olub evi başına uçurulurdu. İbn Əbilhədidin yazdığına görə Muaviyə quruluq və yoxsulluq zamanından sonra işçilərinin birinə bir məktub yazaraq dedi: "sənin o, kəslərə ki, Əbu Turabın fəzilət, yaxşılıq və tərifini deyələr heç çeşid məsuliyyətin yoxdur." ondan sonra natiqlər Əli və Əhli-Beytinə söyüş, yalan və iftira etməyə başladılar… O, zamanın ən yazıq camaatı kufəlilərdilər niyə ki Əlinin şiələri orada çox idilər. Müaviyə Ubeydullah ibn Ziyadı oraya hakim edib Bəsrənidə ona tapşırdı. O, şiələri güdüb axtarırdı, onları tanıyırdı niyə ki Əli xilafəti zamanında onun tərəfdaşlarından idi.

Digər lüğətlərdə