is. [
ər. ] Ürəkdə saxlanılan düşmənçilik hissi, kin, küdurət, qərəz, birinə qarşı qəzəb hissi.
…Bəy bir məclisdə danışdı ki, Mirzə Möhsünlə mənim bir ədavətim yoxdur. Qantəmir.
□ Ədavət bəsləmək – kin bəsləmək, kin-küdurət bəsləmək, birisinə qarşı düşməncəsinə hiss bəsləmək.
[İblis:] Hər kəs məni dinlər, fəqət eylər yenə nifrət; Hər kəs mənə qul ikən, bəslər ədavət. H.Cavid.
Naşad əfəndi Mehribana qarşı indi bir kin və ədavət bəsləyirdi. S.Hüseyn.
// Ümumiyyətlə, düşmənçilik, düşmənlik.
Çərxi-sitəmgərin, hərzə talein; Ölüb qurtarmadıq ədavətindən. Q.Zakir.
[Cavad bəy:] Xan, cənabinizə məlum olan ədavətə görə Səməd xanın oğlu Səfiqulu xan böyük cəfakarlıq edir. N.Vəzirov.
□ Ədavət aparmaq – düşmənçilik etmək, düşməncəsinə münasibət bəsləmək.
Xanpəriyə elə gəlirdi ki, kim isə onunla ədavət aparır. Ə.Vəliyev.
Ədavət doğurmaq – ədavətə, düşmənçiliyə səbəb olmaq.
[İblis:] Get, lakin o hörmət və məhəbbət; Bir gün doğurur qanlı ədavət. H.Cavid.
Ədavət etmək – düşməncəsinə münasibət bəsləmək, düşmənçilik etmək, ədavət bəsləmək.
Asudə nəfəs çəkməyə halət edə fəhlə; Yainki hüquq üstə ədavət edə fəhlə. M.Ə.Sabir.
Ədavət qalxmaq (doğmaq, düşmək) – araya düşmənçilik düşmək, bir-biri ilə düşmən olmaq.
[Məhərrəm:] Nə üçün yaxın bir qohumun arasında ədavət qalxsın? C.Cabbarlı.
[Tələbə:] Bir də, heç mən intriqa bilən adam deyiləm.
Görürəm dərnək işlərinə qoşulsam, yoldaşlarımızla aramızda ədavət düşəcək. Qantəmir.
Ədavət salmaq – araya düşmənçilik salmaq, biri-biri ilə salışdırmaq, vuruşdurmaq.
Bir söyləyən yox, ay başıbatmış, nə borcuna; Haqqı nədir, salırsan ədavət, gavur qızı?! M.Ə.Sabir.
Özü də istəyirdi ki, yerli xalqla bizim aramıza ədavət salıb öz hakimiyyətini bərkitsin. M.Rzaquluzadə.