Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rafiq Bəyverdiyev
Bilverdi (Əhər)
Bilverdi - İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Heris bölgəsinin Bedustan kəndistanında, Heris qəsəbəsindən 20,5 km qərbdədir.
Səmiha Ayverdi
Səmiha Ayverdi (25 noyabr 1905 – 22 mart 1993) — türkiyəli yazıçı, mütəfəkkir, mütəsəvvif. XX əsr türk ədəbiyyatında öz dəsti-xətti ilə seçilən Səmiha Ayverdi (Samiha Ayverdi) 25 noyabr 1905-ci ildə İstanbulda Şahzadəbaşı bölgəsində soylu bir ailədə anadan olmuşdur. Anası Meliha xanım, atası isə polkovnik İsmayıl Hakkı bəydir. Səmiha xanımın qardaşı Əkrəm Haqqı bəy türk mədəniyyətinin, sənət tarixinin inkişafında, memarlıq sahəsində misilsiz xidməti olan önəmli şəxsiyyətlərdən biri olmuşdur. Səmiha xanımın soykökü məşhur Ramazanoğullarına qədər gedib çıxır. Babası Zərdəbiyik Həsən bəy Girit üsyanında şəhid olmuşdur. Bir yaşından yetim qalan İsmayıl Haqqı bəy atasının yolu ilə gedərək hərbçi kimi fəaliyyətə başlamış, Balkan və I Dünya müharibəsində qəhrəmanlıq göstərərək vuruşmuş, qazi olmuşdur. Səmiha xanımın ana tərəfdən nəsil şəcərəsi Bektaşi dərvişi Gül Babaya dayanır. Gül Baba (ölüm tarixi 1541) XVI əsrdə yaşamış, Sultan Süleyman Qanuninin Budin fəthində iştirak edərək, şəhid olmuşdur. Gül Babanın təkkəsi və məzarı hazırda Budapeştdə muzey kimi qorunub saxlanılır.
Bəykəndi
Bəykəndi (Qəzvin) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. Bəykəndi (Həştrud) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Bəykəndi (Çaldıran) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. Bəykəndi (Nəzərkəhrizi dehistanı) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd.
Keyvəndi
Keyvəndi — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 216 nəfərdir ki onunda 100 nəfəri kişi, 116 nəfəri qadındır. === Şəhidləri === 1. Füzuli Yusif oğlu Hüseynov 1971-11.09.1992 2.
Bəykəndi (Həştrud)
Bəykəndi (fars. بيك كندي‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 593 nəfər yaşayır (133 ailə).
Bəykəndi (Qəzvin)
Bəykəndi (fars. بک‌کندی‎, az.-əski. بَی‌کَندی‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Coğrafiya == Bəykəndi, Qaqazan mahalının böyük və önəmli yaşayış yerlərindən sayılaraq, Qəzvindən 42 kilometr qərbdə və Qəzvin- Rəşt yolunun yaxınlığında yerləşir. Kəndin ən yüksək nöqtəsi buradan quzeydə yerləşən 1,903 metr ucalığı olan Muradtəpə zirvəsidir. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 1.446 nəfər yaşayır (362 ailə). 2016-cı ildə kənd əhalisinin sayı 714 nəfər və 242 nəfərə azalıb. === Milli tərkibi === Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar. == İqtisadiyyat == Kəndlilərin gəliri əkinçilik, bağçılıq və maldarlıqdan əldə edilir. Üzüm və Buğda Bəykəndinin əsas məhsullarıdır.
Bəykəndi (Çaldıran)
Bəykəndi (fars. بيگ كندي‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Görməli yerlər == Kənd yaxınlığında yerləşən istilik yaxud Kərimxan dərəsi adlanan çökəkliyin içində 50 metr yüksəkliyi olan bir şəlalə yerləşir. Yerlilər onu Yeddi Qazan adlandırır. Yeddi Qazan şəlaləsi axdığı qayaları dələrək, yeddi çökəklik (çuxur) əmələ gətirib ki kəndliləri bu çuxurları, qazana bənzədirlər. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 470 nəfər yaşayır (96 ailə).
Keyvəndi bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Pnevmakok peyvəndi
Yaxınlaşdırma peyvəndi
Yaxınlaşdırma peyvəndi və ya ablaktirovka (rus. аблактиро́вка; əsli lat. ablacto) — bağçılıqda peyvənd üsullarından biri. Bu, yaxınlıqda böyüyən bitkilərin tumurcuqlarının (alma, armud, üzüm) birləşməsidir. Tam birləşdikdən sonra, kök ana bitkidən ayrılır.
Pnevmokok peyvəndi
Pnevmokok peyvəndi (və ya vaksini) Streptococcus sətəlcəm bakteriyasına qarşı peyvənddir. Bu peyvəndin istifadəsi bəzi sətəlcəm, meningit və sepsis hallarının qarşısını ala bilər. İki növ pnevmakokk peyvəndi var: eyni kökdən törəmiş və polisaxarid. Əzələ daxilinə və ya dərinin altına iynə ilə vurulur. Ümumdünya Səhiyyə Təşkilatı uşaqlara, AIDS/QİÇS xəstələrinə eyni kökdən törəmiş peyvəndin istifadəsini tövsiyə edir. Tövsiyə olunan üç və ya dörd doz ağır pnevmakokk xəstəliyinin qarşısının alınmasında 71 ilə 93% arasında təsirlidir. Polisaxarid peyvəndlərin sağlam yetkinl insanlara təsirli olsa da, iki yaşdan kiçik, xüsusən də zəif immunitetə malik uşaqlara təsiri yoxdur. Bu peyvəndlər ümumiyyətlə təhlükəsizdir. Eyni kökdən törəmiş peyvənd körpələrin təxminən 10%-də iynədən sonra qızdırma, yuxu dəyişikliyi və ya iynənin yerində qızartı əmələ gətirir. Kəskin allergiya nadir hallarda olur.
Qızılca peyvəndi
Qızılca peyvəndi qızılcaya yoluxmaqdan qoruyur. Bir dozadan sonra immuniteti formalaşmayanların demək olar ki, hamısı ikinci dozadan sonra immunitet yaradır. Bir cəmiyyətdə peyvənd nisbəti 92%-dən çox olduqda, qızılca epidemiyaları adətən artıq baş vermir; Ancaq peyvənd nisbəti azalarsa, bu təkrarlana bilər. Peyvəndin effektivliyi uzun illər davam edir. Zamanla daha az təsirli olub-olmadığı aydın deyil. Peyvənd həmçinin qızılcaya məruz qaldıqdan sonra bir neçə gün ərzində verilərsə, qızılcadan qoruya bilər. Peyvənd ümumiyyətlə QİÇS-ə yoluxmuş insanlar üçün belə təhlükəsizdir. Uşaqların əksəriyyətində heç bir yan təsir müşahidə olunmur; qızdırma, səpgi, inyeksiya yerində ağrı və oynaqların sərtliyi kimi baş verənlər isə adətən yüngül və qısamüddətli olur. Anafilaksiya hər milyon dozada təxminən 3,5–10 halda qeydə alınmışdır. Guillain Barre sindromu, autizm və iltihablı bağırsaq xəstəliyinin dərəcələri qızılca peyvəndi ilə artmır.
Beverli-Hillz
Beverli-Hillz (ing. Beverly Hills) — ABŞ-nin Kaliforniya ștatında șəhər.
Beverli Alitt
Beverli Alitt (ing. Beverly Gail Allitt ; doğ. 4 oktyabr 1968) — dörd uşağı öldürmək, digər üç uşağı öldürməyə cəhd etməkdə və daha altı nəfərə ağır bədən xəsarəti yetirməkdə ittiham olunan ingilis seriyalı uşaq qatili. == Həyatı == 1991-ci ildə 23 yaşlı Beverli Alitt pediatriya şöbəsində tibb bacısı kimi çalışmağa başlayır. İki ay ərzində o, dörd uşağı qətlə yetirir və daha doqquz körpəni öldürməyə cəhd edir, lakin xoşbəxtlikdən onlar sağ qalmağa müvəffəq olurlar. Erkən yaşlarında Beverlidə "Münhauzen sindromu" müşahidə edilirdi. Bu psixi pozğunluğun əsas göstəricisi xəstənin süni yolla ətrafı özünə diqqət göstərməyə təşviq etməkdir. Ən nəhayətdə Alitt 1993-cü ildə mühakimə olunur və ömürlük həbs cəzası alır. Lakin B. Alitt son ana qədər öz günahını boynuna almır.
Beverli Hills
Beverli-Hillz (ing. Beverly Hills) — ABŞ-nin Kaliforniya ștatında șəhər.
Beverli Ramos
Beverli Ramos (24 avqust 1987, San Xuan, Puerto-Riko) — Puerto-Rikonu təmsil edən marafonçu. Beverli Ramos Puerto-Rikonu 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Beverli Ramos birinci dəfə Olimpiadaya 2012-ci ildə qatıldı. O, Londonda baş tutan Olimpiya Oyunlarında 3000 metr məsafəyə maneələrlə qaçış yarışlarında qüvvəsini sınadı və təsnifat mərləhəsini 9 dəqiqə 55.26 saniyəyə qət edərək 12-ci yeri tutdu. Beverli Ramos növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 43 dəqiqə 52 saniyəyə qət edərək 157 marafonçu sırasında 71-ci yeri tutdu.
Hünkar bəyəndi
Hünkar bəyəndi və ya sadəcə Bəyəndi ― Tarixən Osmanlı saray mətbəxinə aid, hazırda Türkiyə Respublikasında geniş istehlak olunan yeməklərdən biri. Hisə verilmiş və ədviyalı badımcanla hazırlanıb, qızardılır, sonra əzilir, süd, əridilmiş yağ və qovurulmuş unla qarışdırılır. Yekunda üzərinə quzu əti qoyulub yeyilir. == Tərkibi == Yemək doğranmış qırmızı ət, rəndələnmiş pendir, süd, un, soğan, badımcan, pomidor, yağ, duz, limon kimi inqredientlərdən ibarətdir. == Hazırlanması == Badımcanlar közlənib qabığından ayırd edilir, bir müddət limonlu, unlu su içində saxlanılır. Ətləri aşağı odda bişirilir, ardınca yağ əlavə edilib soğan və pomidor ilə birgə qovrulur. Bəyəndi hazırlamaq üçün yağ və un birlikdə qovrulur, içərisinə süd əlavə olunur. Sonra suda gözləyən badımcanları çəngəllə əzilib əlavə edilir, və rəndələnmiş pendir də əlavə edilərək bişirilir. Əldə olunan bəyəndinin üzərinə ətləri qoyularaq servis edilir.
Naxçıvan bəyləri
Naxçıvan bəyləri—Azərbaycanın Naxçıvan bölgəsinə mənsub zadəganlar:
Qarabağ bəyləri
Qarabağ bəyləri — Azərbaycanın Qarabağ bölgəsinə mənsub zadəganlar:
Qazax bəyləri
Qazax bəyləri—Azərbaycanın Qazax bölgəsinə mənsub zadəganlar:
Şirvan bəyləri
Şirvan bəyləri — Azərbaycanın Şirvan bölgəsinə mənsub zadəganlar:
Şəki bəyləri
Şəki bəyləri—Azərbaycanın Şəki bölgəsinə mənsub zadəganlar: Rus məmurlarının 1860-cı ildə tərtib etdiyi, professor Ədalət Tahirzadənin Azərbaycan Respublikası Tarix Arxivindən üzə çıxardığı Şəki şəhərinin müsəlman məmur və bəylərinin 82 səhifəlik siyahə olmuşdur.
Ceyms Eyveri
Ceyms Eyveri (27 noyabr 1945 – 31 dekabr 2013[…], Los-Anceles, Kaliforniya) — ssenarist, televiziya aktyoru, şair, kino prodüseri. == Həyatı == 27 noyabr 1945-ci ildə doğulub. 31 dekabr 2013-cü ildə vəfat edib.
Kem Eyveri
Kameron Eyveri (ing. Cameron Avery, 23 aprel 1988, Frimantl[d], Qərbi Avstraliya) — avstraliyalı musiqiçi, müğənni və bəstəkar. Pond qrupunun üzvü və Tame Impala ilə əməkdaşlığı ilə tanınır. Həmçinin o, The Growl qrupunun solistidir. == Həyatı == Şərqi Frimantlda anadan olan Eyveri, bir neçə illik Pertin şimalına köçdü; valideynləri ayrılana qədər 6 yaşına kimi Brum şəhərində yaşadı. 7 yaşında müvəqqəti olaraq Komoda məskunlaşdı və Collier İbtidai Məktəbində oxudu. O, heç vaxt məktəbə uyğun gəlmədiyini və "xordan başqa heç bir şeydə yaxşı olmadığını" dedi. Eyveri daha sonra anası və qardaşı Eliott ilə birlikdə Liminqdəki nənəsinin evində yaşamağa davam etdi. Erkən yaşlarından Avstraliyanın peşəkar futbolçusu olmağa və AFL-də West Coast Eagles komandasında oynamağa can atırdı. Eyveri on altı yaşında gitara çalmağa, on yeddi yaşında isə mahnı yazmağa başladı; uşaq ikən arabir piano çalırdı.
Məhəmməd əl-Əbivərdi
Əbülmüzəffər Məhəmməd ibn Əhməd bin Məhəmməd bin İshaq əl-Əbivərdi (?-1114) — İslam alimi, şair. O, Əbivərd şəhərində anadan olmuşdu. Təhsilini Əbdülqahir Cürcaninin yanında almışdı. Məhəmməd əl-Əbivərdi 1114-cü ildə İsfahan şəhərində vəfat edib.