BƏYƏNMƏK

f.
1. Zövqünə, ruhuna, təbiətinə uyğun gəldiyi üçün bir şeyi xoşlamaq; yaxşı bilib qəbul etmək, təqdir etmək; ürəyinə yatmaq. Bu parçanın rəngini bəyənmədim. Onun əsərini çox bəyəndilər.
[Molla Qasım] …Güllücə kəndini bəyənib seçmişdi. S.S.Axundov.
Bəyəndiyi qızlar [Məmmədbağıra] gəlməyirdi. S.Hüseyn.
Xəlil onun sözlərini bəyənib güldü və qadına tərəf baxdı. M.Hüseyn.

2. Məqbul, yaxşı, düzgün hesab etmək, tərifə layiq görmək, bir şey haqqında yaxşı fikirdə olmaq. Onun sözlərini hamı bəyəndi. İclas irəli sürülən təklifləri bəyəndi.
3. Saymaq. O heç kəsi bəyənmir.
◊ Özünü bəyənən – başqasını saymayan, bəyənməyən; mütəkəbbir, lovğa, özü haqqında böyük fikirdə olan.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BƏYƏNMƏK BƏYƏNMƏK [Cahandar ağa] bu işə bir tərəfdən sevinir, oğlunun öz atasına belə boyun əymədiyini, kişi kimi sözünün üstündə durduğunu bəyənirdi (İ
  • BƏYƏNMƏK xoşlamaq
BƏYƏNMƏ
BƏYƏNMƏZLİK

Digər lüğətlərdə