HAÇA-KÜÇƏ

Kibaşlı, üstüörtülü. (“Koroğlu” dastanının lüğəti)

Kürdoğlunun elə uşaqlıqdan belə bir xasiyyəti var idi ki, hər şeyin düzünü sevərdi. Haça-küçə ilə arası olmazdı. (“Koroğlunun Dərbənd səfəi”)

HAÇA
HAXLAMAQ
OBASTAN VİKİ
Küçə
Küçə — yol infrastrukturunun bir hissəsi. Bir qayda olaraq kənarında xüsusi sıra sayına malik binalar olur. == Küçələrin təsnifatı == Küçələr təyinatına görə təsnifatlanırlar . === Şəhər küçələri === Şəhər əhəmiyyətli magistral küçələr; Rayon əhəmiyyətli magistral küçələr; yerli əhəmiyyətli küçələr: Kvartallar arası küçələr; Kvartal daxili küçələr; Yaşayış küçəsi; Tramvay-piyada küçəsi; Piyada küçəsi. === Qəsəbə və kənd küçələri === Əsas küçələr; yaşayış küçələri; keçidlər. == Maraqlı faktlar == Yaponiyada küçələrin adları olmur. San-Fransiskoda bir küçə hərlənərək özü - özünü kəsir.
Küçə fahişəliyi
Küçə fahişəliyi — seks işinin bir növü. Seks işçisi küçə künclərində gözləyərkən və ya küçə ilə gəzərkən müştərilərini ictimai yerlərdən və ya küçələrdən cəlb edir. Seksual hərəkət aktı müştərinin avtomobilində və ya yaxınlıqdakı küçədə, fahişənin evində və ya kirayə götürülmüş motel otağında da baş verə bilər.
Küçə fotoqrafiyası
Küçə fotoqrafiyası (ing. street photography) — ictimai yerdə — yəni küçədə, parkda, çimərlikdə və s. çəkilən fotoqrafiya janrıdır. == Tarixi == Küçə fotoqrafiyası sənədli fotoqrafiyadan yaranmaqla özündə bədiilik elementlərini əks etdirir. Küçə fotoqrafiyasıın tarixi XIX və XX əsrlərin kəsişməsində yaşamış və sənədli, bədii və digər foto janrlarında işləyən fotoqrafların yaradıcılığından başlayır. Küçə fotoqrafiyasının müstəqil janr kimi inkişafı isə "Magnum" foto agentliyinin və küçə fotoqrafiyasının əsas prinsiplərindən olan olan "həlledici məqam" (decisive moment) ideyasının əsasını qoymuş fransız fotoqrafı Henri Cartier-Bressonun adı ilə bağlıdır. Bu janrın fəlsəfəsi və estetikası jurnalist paradiqması olan "dürüst fotoqrafiya" (straight photography) üzərində qurulub və fotoqraf tərəfindən ətrafda baş verənləri heç bir müdaxilə olmadan (məsələn: montaj, qurulma səhnə və s.) olduğu kimi əks etdirməkdir. İctimai yerlərdə baş verənləri hər hansı bir müdaxilə olmadan əks etdirən fotoları küçə fotoqrfiyası janrına aid etmək olar. == Xarici keçid == Как фотографировать людей на улице iN-PUBLiC.com Сборник часто задаваемых вопросов о праве на фотосъемку Arxivləşdirilib 2013-10-29 at the Wayback Machine == Mənbə == The Sidewalk Never Ends: Street Photography Since the 1970’s (2001). Вершовский Антон.
Küçə sənəti
Küçə sənəti (ing. Street art) — ictimai sahələrdə yaradılan və məzmun olaraq sənət ətrafının xaricində yer alan təsviri incəsənət növüdür. Küçə sənətinin indiki vaxtda bir çox fərqli tətbiqi vardır.
Küçə yeməyi
Küçə yeməyi — küçədə, bazarda, yarmarkada və ya digər ictimai yerdə hazır yemək və ya içki satışı. Qida tez-tez portativ qida kabinəsi, ərzaq səbəti və ya yemək maşınında satılır və dərhal istehlak üçün nəzərdə tutulur. 2007-ci ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının verdiyi məlumata görə, hər gün 2,5 milyard insan küçə yeməyi yeyir.
Qızıl küçə
Qızıl küçə və ya Zlata uliçka (çex. Zlatá ulička - rəsmi adı Daliborkadakı Qızıl küçə çex. Zlatá ulička u Daliborky) — Praqa qəsrinin ərazisində, şimal qala divarlarının və köhnə burqqraf binasının arasında yerləşir. XVI əsrin sonunda inşa olunmuş kiçik yaşayış evlərində sadə vətəndaşlar düz İkinci dünya müharibəsinə kimi yaşayırdı. Bu mənzərəli küçə gözəl rəngli fasadları, alçaq və rəngarəng damları və demək olar ki, oyuncaqlara bənzəyən pəncərə və qapıları olan kiçik səliqəli evlərdən ibarətdir. Bu küçə olduqca dardır, onun uzunluğu 200 metrdir. Küçə XVI əsrin ikinci yarısında yaranmışdır. O vaxtlar bu yerlərdə şəhər ox atanları, zərgərlər və sadə qulluqçular məskunlaşmağa başlamışdı. Hazırda isə burada dəbli mağazalar yerləşir və bura baş çəkən ziyarətçilərə çox yaddaqalan əşyalar, hədiyyələr, zərgərlik məmulatları və ya mükəmməl kitabları təklif edir. Keçmişdə, bu küçə Zlatnitska (çex.
Küçə yeməkləri
Küçə yeməyi — küçədə, bazarda, yarmarkada və ya digər ictimai yerdə hazır yemək və ya içki satışı. Qida tez-tez portativ qida kabinəsi, ərzaq səbəti və ya yemək maşınında satılır və dərhal istehlak üçün nəzərdə tutulur. 2007-ci ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının verdiyi məlumata görə, hər gün 2,5 milyard insan küçə yeməyi yeyir.
Bizim Küçə (1961)
Bizim küçə tammetrajlı bədii filmi rejissor Əlisəttar Atakişiyev tərəfindən 1961-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Lirik-psixoloji dramda müharibədə itkin düşmüş bir qızın-Saranın acı taleyindən bəhs olunur. Əsas rolları Rimma Məmmədova, Ətayə Əliyeva, Ağadadaş Qurbanov, Gündüz Abbasov və Giuli Çoxonelidze ifa edirlər. == Məzmun == Lirik-psixoloji dramda müharibədə itkin düşmüş bir qızın-Saranın (Rimma Məmmədova) acı taleyindən, qürbətdə başına gələn macəralardan, uzun axtarışlardan sonra xoş bir təsadüf nəticəsində anasına (Ətayə Əliyeva) qovuşmasından bəhs olunur. == Rollarda == Rimma Məmmədova — Sara Ətayə Əliyeva — Bəyim Ağadadaş Qurbanov — Bəhram Gündüz Abbasov — Rasim Giuli Çoxonelidze — Fuad Sona Aslanova — Aşxen Nikolay Barmin — Barışev Nikolay Volkov — Lars Dmitri Orlov — Kurts Yuri Averin — Park Lev Qruber — Lem Osman Həqqi — Musa Nodar Şaşıqoğlu — Mehdi Hüseynzadə Səfurə İbrahimova — Asya Mixail Şveytser — Rus zabiti == Filmi səsləndirənlər == Müxlis Cənizadə — Rasim (Gündüz Abbasov) (titrlərdə yoxdur) Əli Zeynalov — Fuad (Giuli Çoxonelidze) (titrlərdə yoxdur) Hökümə Qurbanova — Sara (Rimma Məmmədova) (titrlərdə yoxdur) Kamil Qubuşov — Bəhram (Ağadadaş Qurbanov) (titrlərdə yoxdur) Hökümə Qasımova — Aşxen (Sona Aslanova) (titrlərdə yoxdur) Yusif Vəliyev — Lars (Nikolay Volkov) (titrlərdə yoxdur) Ağasadıq Gəraybəyli — Kurts (Dmitri Orlov) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Park (Yuri Averin) (titrlərdə yoxdur) Bahadur Əliyev — Musa (Osman Həqqi) (titrlərdə yoxdur) Əzizağa Qasımov — Ofisiant (Qafar Həqqi) (titrlərdə yoxdur) Məmmədrza Şeyxzamanov — Rus zabiti (Mixail Şveytser) (titrlərdə yoxdur) Barat Şəkinskaya — Asya (Səfurə İbrahimova) (titrlərdə yoxdur) Əlizaman Qasımov — Mehdi Hüseynzadə (Nodar Şaşıqoğlu) (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр.
Rəşid Behbudov (küçə)
14-cü küçə (Manhetten)
14-cü küçə (ing. 14th Street) — Nyu-York şəhərinin Manhetten borosunda yerləşən əsas küçələrdən biri. O, Manhettenin Vest Sayd hissəsinin On Birinci prospekti ilə Manhettenin İst Sayd hissəsinin C prospektinin arasından keçir. O, bir neçə rayonlar arasındakı sərhədi təşkil edir və bəzən Aşağı Manhetten ilə Midtaun Manhetten arasındakı sərhəd kimi qəbul edilir. Brodvey tərəfdə 14-cü küçə Yunion skver meydanının cənub sərhədini təşkil edir. O, həmçinin Qrinviç Villic, Alfabet Siti və İst Villic rayonlarının şimal sərhədini və Çelsi, Fletayron və Qramersi rayonlarının cənub sərhədini təşkil edir. Üçüncü prospektdən qərbdə 14-cü küçə Manhettenin qərb şəbəkə sisteminin cənub ucunu ehtiva edir. 14-cü küçənin şimal hissəsində küçələr ədədi ardıcıllıqla təqib olunan mükəmməl şəbəkə ərsəyə gətirir. Nyu-York şəhəri tarixinin əvvəlində, 14-cü küçə prestijli bir yer sayılırdı. Ancaq şəhər şimala doğru böyüdükcə o, cazibəsi və statusunu itirdi və müasir günümüzdə əsasən alış-veriş küçəsi olaraq bölgələrə ayrılıb.
23-cü küçə (Manhetten)
23-cü küçə (ing. 23rd Street) — Nyu-York şəhəri Manhetten borosunun Midtaun rayonunda yerləşən ikitərəfli küçə; adanın şərqindən qərbinə keçən əsas magistral yollarından biri. Küçə qərbdən On Birinci prospektdən başlayaraq, şərqdə FDR magistralına qədər davam edir. Küçə 1811-ci ildə Manhettenin hərtərəfli inkişaf planının qəbulundan sonra yarandı. Burada Beşinci Prospekt və Çelsi kimi mehmanxanalar və bir çox teatrlar tikilmişdir. Flatiron Building, Metropolitan Life Tower və 2013-cü ildə inşa edilən One Madison kimi tarixi göydələnlər bu küçədə yerləşir. == Yerləşməsi == Boronun digər nömrəli küçələri kimi, 23-cü küçə də Beşinci prospekt tərəfdən qərb və şərq hissələrə bölünür. Hər ikisi Fletayron rayonunun bir hissəsi olan Medison meydanından başlayır. Qərbi 23-cü küçə Altıncı prospektdən başlayaraq, Çelsi rayonundan keçir. Küçənin şərq tərəfindən, yəni Leksinqton prospektindən başlayaraq küçə boyunca şimaldan Kips Bey və cənubdan Qramersi və Piter Kuper Villic rayonlarının sərhədləri keçir.
34-cü küçə (Manhetten)
34-cü küçə (ing. 34th Street) ― Nyu-York şəhəri Manhetten borosunun mərkəzi Midtaun hissəsində yerləşən iki tərəfli küçə; adanı şərqdən qərbə keçən əsas magistral yollardan biri. Küçə qərbdən Vest Sayd Hayveydən şərqdəki FDR magistralına qədər uzanır. Küçə, qərbdəki Nyu-Cersi ştatı ilə şərqdəki Kuins arasında birləşdirici nəqliyyat arteriyası kimi xidmət edir, oradan o, Nyu-Cersiyə aparan Linkoln tunelinə və Lonq-Aylendə istiqamətlənən Kuins — Midtaun tunelinə keçir. Küçə Midtaunun cənub sərhədi sayılır.:839 34-cü küçədə Empayr Steyt Bildinq, Meysis Herald Skver və Ceykob Ceyvits Konqres Mərkəzi daxil olmaqla bir neçə görkəmli bina yerləşir. Pensilvaniya stansiyası kimi digər obyektlər 34-cü küçədən bir məhəllədə yerləşirlər. Küçədə M34 / M34A avtobus xətləri ilə fəaliyyət göstərir və həmçinin bir neçə metro stansiyası var. == Tarixi == Küçə 1811-ci il baş planına uyğun olaraq düzəldilib. Ona əsasən, şərqdən qərbə uzanan 15 küçəsi 30 metr enində, qalanları isə 18 metr olmalı idi. 2010-cu ilin aprel ayında Nyu-York Şəhər Nəqliyyat Departamenti 34-cü küçədə ekspres avtobusun fəaliyyətə buraxılmasını təklif etdi.
Bizim küçə (film, 1961)
Bizim küçə tammetrajlı bədii filmi rejissor Əlisəttar Atakişiyev tərəfindən 1961-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Lirik-psixoloji dramda müharibədə itkin düşmüş bir qızın-Saranın acı taleyindən bəhs olunur. Əsas rolları Rimma Məmmədova, Ətayə Əliyeva, Ağadadaş Qurbanov, Gündüz Abbasov və Giuli Çoxonelidze ifa edirlər. == Məzmun == Lirik-psixoloji dramda müharibədə itkin düşmüş bir qızın-Saranın (Rimma Məmmədova) acı taleyindən, qürbətdə başına gələn macəralardan, uzun axtarışlardan sonra xoş bir təsadüf nəticəsində anasına (Ətayə Əliyeva) qovuşmasından bəhs olunur. == Rollarda == Rimma Məmmədova — Sara Ətayə Əliyeva — Bəyim Ağadadaş Qurbanov — Bəhram Gündüz Abbasov — Rasim Giuli Çoxonelidze — Fuad Sona Aslanova — Aşxen Nikolay Barmin — Barışev Nikolay Volkov — Lars Dmitri Orlov — Kurts Yuri Averin — Park Lev Qruber — Lem Osman Həqqi — Musa Nodar Şaşıqoğlu — Mehdi Hüseynzadə Səfurə İbrahimova — Asya Mixail Şveytser — Rus zabiti == Filmi səsləndirənlər == Müxlis Cənizadə — Rasim (Gündüz Abbasov) (titrlərdə yoxdur) Əli Zeynalov — Fuad (Giuli Çoxonelidze) (titrlərdə yoxdur) Hökümə Qurbanova — Sara (Rimma Məmmədova) (titrlərdə yoxdur) Kamil Qubuşov — Bəhram (Ağadadaş Qurbanov) (titrlərdə yoxdur) Hökümə Qasımova — Aşxen (Sona Aslanova) (titrlərdə yoxdur) Yusif Vəliyev — Lars (Nikolay Volkov) (titrlərdə yoxdur) Ağasadıq Gəraybəyli — Kurts (Dmitri Orlov) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Park (Yuri Averin) (titrlərdə yoxdur) Bahadur Əliyev — Musa (Osman Həqqi) (titrlərdə yoxdur) Əzizağa Qasımov — Ofisiant (Qafar Həqqi) (titrlərdə yoxdur) Məmmədrza Şeyxzamanov — Rus zabiti (Mixail Şveytser) (titrlərdə yoxdur) Barat Şəkinskaya — Asya (Səfurə İbrahimova) (titrlərdə yoxdur) Əlizaman Qasımov — Mehdi Hüseynzadə (Nodar Şaşıqoğlu) (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр.
Cənubi Koreyada küçə yeməkləri
Cənubi Koreyada küçə yeməkləri — Cənubi Koreya küçə yeməkləri ilə məşhurdur. Bununla Yaponiyadan çox fərqlənir. Yaponiyada küçədə satıcılarla qarşılaşmaq çox çətindir amma Koreyada sırf küçədə satıcılardan alınıb yeyilən yeyəcəklər vardır. Üç tip küçə yeməkləri satan yerlər vardır. Birincisi, çadır şəklində yerlərdir. Burada eyni zamanda axşamlar içki içmək istəyənlərin də məkanıdır. İkincisi, səyyar maşınlarında satanlar. Üçüncüsü isə milli market və ya restoranlardır. Cənubi Koreyada insanlar küçə yeməklərinə çox böyük maraq göstərirlər. Əslində Coson krallığı dövründə kralların yedikləri doqboqqi və sunde kimi yeməklər hal-hazırda Koreya küçələrində daha ucuz əldə edib yemək mümkündür.
Küçə döyüşçüsü (film, 1994)
Küçə döyüşçüsü (ing. Street Fighter) — 1994-cü ildə Stiven E. de Suza tərəfindən çəkilən filmdir. Bu film Street Fighter 2 video oyunu əsasında hazırlanmışdır.
Yaşıl küçə (film, 2005)
Yaşıl küçə İngiltərədə baş verən futbol xuliqanizmi ilə əlaqədar 2005-ci il filmi. Rejissoru Leksi Aleksandr olan filmin baş rollarında Eliya Vud və Çarli Hunam iştirak edir. Film Avstraliya, Amerika Birləşmiş Ştatları və Cənubi Afrikada, həmçinin Azərbaycanda "Yaşıl Küçə Xuliqanları" kimi adlandırılır. Digər ölkələrdə isə "Futbol Xuliqanları" və ya sadəcə "Xuliqanlar" kimi adlandırılır. Filmin mövzusu bir oğlanın Harvard Universitetindən qovulması ilə başlayır. O, daha sonra İngiltərəyə, bacısının yanına gəlir və kürəkəninin qardaşı ilə tanış olduqdan sonra özünü futbol xuliqanizminin içində görür.