Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aslan bacanaq
Aslan Bacanaq filmi rejissor Zəki Alasya tərəfindən 1977-ci ildə ekranlaşdırılmışdır. Komediya, macəra, döyüş, musiqili film "Ərmanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Zəki Alasya, Mətin Ağpınar, Gölgən Bəngü, Cavad Qurtuluş, Pərran Qutman ifa edirlər. == Məzmun == Məhəlləyə təzə köçən avtobus sürücüsü Səlim, yaşadığı yerin qoçusu Həlimin bacısını sevməyə başlayır. Bunun fonunda hadisələr maraqlı şəkildə cərəyan edir. == Film haqqında == Film aktyor, rejissor Zəki Alasyanın quruluşçu rejissor kimi filmdə ilk işidir.
Aslan Bacanaq (film, 1977)
Bakanas
Bakanas (adın mənşəyi məlum deyil) — İli çayının qədim deltası, bu deltada quru bir qol. İlinin bir neçə quru qolu olduğundan, ümumiyyətlə çoxluqda - bakanalarda istifadə olunur. Qədim delta, müasir mərkəzdən 340 km məsafədə, regional mərkəz Bakanasın keçmiş şimalında başlamış və Sarıesik-Atıra və Bestas səhralarının ərazisinin yarısına qədərini işğal etmişdir. Eyni zamanda Şet-Bakanas qolu Balxaş gölünün şərq hissəsinə axdı. == Haqqında == Digər böyük quru kanallar — Ortabakanas, Narınbakanas və bir zamanlar ən böyük Janatas - səhra bölgəsində bərəkətli suvarılan bir fan konusu yaratdı ki, bu da orta əsrlər əkinçilik mədəniyyətinin mərkəzinə çevrildi, burada Tuqay meşələrində ov etmək və İli çayının sularında balıq ovu və Balxaş gölü də mühüm rol oynadı. IX—XIII əsrlərdə qədim deltada bir-birindən 40-45 km məsafədə yerləşən bir neçə şəhər inkişaf etdi. İli çayının köhnə yatağındakı Böyük İpək Yolunun ən şimal və ən böyük qədim şəhərlərindən biri də işıqlandırılmış Karamerqen idi. "Qara ovçu" monqol istilasından sonra deltada suvarılan əkinçilik bərbad vəziyyətə düşdü. . Vaxt keçdikcə çayın intensiv allyuvial fəaliyyəti səbəbindən köhnə şimal deltası həddindən artıq böyüdü və cazibə qüvvəsinin təsiri altında çayın suları şərqə doğru aşağıya doğru irəlilədi. Bu prosesdə seysmik dəyişikliklərin də müəyyən rol oynadığı mümkündür.
Bananal
Bananal (port. Ilha do Bananal) — çay yatağında yerləşən ada olaraq Araquaya çayının yatağında yerləşir. Adanın sahəsi 19 162 km²-dir. Ada 300 km uzunluğa, 160 km enə malikdir. Dünyada çay yatağında yerləşən ən böyük adadır (Marajo adası Amazon çayının deltasında yerləşsədə bir sahili Atlantik okeanın suları ilə yuyulur). Bananal adası inzibati cəhətdən Braziliyanın Tokantins ştatına daxildir. Adadan qərbdə Matu-Qrasu ştatı vardır. Adanın cənubu 1973-cü ildə hindu əraziləri qəbul edilmişdir (Terra Indígena Parque do Araguaia). Adanın şimalı isə Araquaya milli parkı yaradılmışdır. Ada çayın digər sahili ilə heç bir körpü vastəsi ilə birləşmir.
Bayanay
Jamanak
Jamanak — 1908-ci ildən etibarən gündəlik nəşr olunan qəzet. Qəzet İstanbul şəhərində nəşr edilir və bu şəhərdə yaşayan ermənilərin, öz dillərində gündəlik xəbər əldə etməsi məqsədilə nəşr edilməyə başlanılmışdır. 1908-ci ilin 28 oktyabr tarixində ilk sayı çap olunan qəzet bir əsrdir ki, fasiləsiz nəşr edilir. Qəzetin ilk baş redaktoru Sarkis və Misak Kaçuryan qardaşları olmuşdur. Osmanlı ermənilərindən olan qardaşlar İstanbul şəhərində ermənilərin gündəlik xəbər əldə etmək məqsədilə qəzet açmaq qərarına gəlmişdirlər. İstanbulda yaşayan bir neçə varlı erməni tacirin maddi yardımı ilə qəzet üçün lazım olan avadanlıqlar qısa zamanda alınmışdır. İlk nəşr olunduğu illərdə qəzet 15 min tirajla çap olunmuşdur. 1930-cu ildə qəzetin tirajı 3 minə, 2009-cu ildən isə 2 minə endirilmişdir. Tirajın azalmasının səbəbi qəzetin son illər yaşadığı maddi problemlər olmuşdur. Qəzet hal-hazırda İstanbulun Qurtuluş səmtində fəaliyyət göstərir.
Barana
Noyemberyan, Barana — Ermənistanda şəhər, Noyemberyan rayonunun mərkəzi. Ayrum dəmiryolu stansiyasından 20 kilometr aralıdadır. Barana — Yelizavetpol (Gəncə) quberniyasının Qazax-Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd və Barana rayonunun mərkəzi. Qaraqoyunlu Dərəsinin şimalını əhatə edən Barana mahalının adı Baranlı sülaləsi ilə bağlıdır. Baranlı sülaləsi Qaraqoyunlular dövlətinin baniləri Qara Mansurun oğlu Bayram Xoca, Qara Yusif (Qaraqoyunlular) və Sultanqulu bəy Baranlı (Qütbşahlar dövlətinin banisi) kimi nümayəndələri ilə tanınır. == Toponimi == Rayonun Barana adı tarixi mənbələrdə kənd və mahal adı kimi qeyd olunur. V. V. Radlovun fikrincə "barana" türk sözüdür və rus dilindəki "baran" sözü də qədim türklərin dilindən keçmişdir. Barana isə qoyunlu yer anlamındadır. Azərbaycan tarixçiləri isə bu toponimi Ağqoyunlu və Qaraqoyunlu tayfaları ilə bağlayır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.
Banak
Banak — (ing. Bannack) — Amerika Birləşmiş Ştatlarının Montana ştatında yerləşən kabus şəhər. Şəhərin əsası 1862-ci ildə Erasmus Darvin Levet tərəfindən qoyulmuşdur. 1864-cü ildə şəhər ətrafında, qızılın kəşf edilməsi, qızıl həyəcanına səbəb olmuşdur. Şəhərdə üç otel, üç çörək dükanı, üç dəmir emalatxanası, iki bərbərxana və iki ət dükkanı vardı. XIX əsrin ortalarından sonra Montana ştatının ən önəmli şəhərlərindən olan Banakda, bir restoran və üç salonda fəaliyyət göstərirdi. Ətraf ərazilərdə qızıl ehtiyatlarının tükənməsindən sonra, şəhərdə əhalinin sayı sürətlə azalmağa başlamışdır. 1970-ci ildə şəhər tamamilə boşalmış və milli qoruq ərazisi elan edilmişdir.
Bacabac (Heris)
Bacabac (fars. باجاباج‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 342 nəfər yaşayır (67 ailə).
Bacalan dili
Bacəlan dili (Bacəlani), — İran və İraqda danışılan dildir.Şimal qərb iran dillərinin Zaza-Gorani qrupuna aiddir.
Jamanak (qəzet)
Jamanak — 1908-ci ildən etibarən gündəlik nəşr olunan qəzet. Qəzet İstanbul şəhərində nəşr edilir və bu şəhərdə yaşayan ermənilərin, öz dillərində gündəlik xəbər əldə etməsi məqsədilə nəşr edilməyə başlanılmışdır. 1908-ci ilin 28 oktyabr tarixində ilk sayı çap olunan qəzet bir əsrdir ki, fasiləsiz nəşr edilir. Qəzetin ilk baş redaktoru Sarkis və Misak Kaçuryan qardaşları olmuşdur. Osmanlı ermənilərindən olan qardaşlar İstanbul şəhərində ermənilərin gündəlik xəbər əldə etmək məqsədilə qəzet açmaq qərarına gəlmişdirlər. İstanbulda yaşayan bir neçə varlı erməni tacirin maddi yardımı ilə qəzet üçün lazım olan avadanlıqlar qısa zamanda alınmışdır. İlk nəşr olunduğu illərdə qəzet 15 min tirajla çap olunmuşdur. 1930-cu ildə qəzetin tirajı 3 minə, 2009-cu ildən isə 2 minə endirilmişdir. Tirajın azalmasının səbəbi qəzetin son illər yaşadığı maddi problemlər olmuşdur. Qəzet hal-hazırda İstanbulun Qurtuluş səmtində fəaliyyət göstərir.
Banana Pi
Banana Pi — Müxtəlif əməliyyat sistemləri ilə işləyə bilən (Android 4.2, Android 4.4, Lubuntu, Raspbian, Debian, Fedora, Arch Linux, Gentoo, openSUSE, Berryboot, FreeBSD, OpenWrt, Slackware, Tiny Core Linux) bir-lövhəli kompüterdir. Banana Pi «Lemaker» (Çin) şirkəti tərəfindən ümumtəhsil müəssisələrində STEM (elmi, texnologiyanı, mühəndisliyi və riyaziyyatı (ing. science, technology, engineering and mathematics)) təbliğ etmək məqsədiylə yaradılıb. == Banana Pi M1 == == Banana Pi M2 == == Banana Pi M3 == == Banana Pi M64 == == Digər modellər == == İstifadə imkanı olan əməliyyat sistemləri == Banana Pi üçün Debian (Linux kernel 3.4.105 & mainline; 2015-01-16) Banana Pi üçün Raspbian (Linux kernel 3.4.103; 2014-12-26) Banana Pi üçün Skratç (Boot to Scratch directly) (Linux kernel 3.4.90) Banana Pi üçün Lubuntu (Linux kernel 3.4.103; 2014-12-26) Banana Pi üçün openSUSE (openSUSE v1412; Linux kernel 3.4.103; 2014-12-26) Banana Pi üçün ArchLinux (Linux kernel 3.4.103; 2014-12-26) Bananian Linux (Debian əsasında; Linux kernel 3.4.104+; 2015-01-11) Banana Pi üçün Android 4.2.2 & 4.4 (Linux kernel 3.4.39+) Banana Pi üçün Fedora (Linux kernel 3.4.103; 2014-12-26) Banana Pi üçün Kali Linux (Linux kernel 3.4.103; 2014-12-26) == GitHubda mənbə kodu == Bananapi-dev LeMaker Github BananaPI SDK == Raspberry Pi ilə müqayisə == Hərçənd ki, Banana Pi-nin Raspberry Pi ilə oxşar cəhətləri olsa da, bir-biri ilə əlaqəsi olmasan tamami ilə ayrı-ayrı sistemlərdir . «Linux user & Developer» jurnalı onu birbaşa klon oldugunu saymasada, bir çox oxşar cəhətləri olduğunu yazıb , linux.com isə onun daha üstün cəhətli klon olduğunu bildirir . Lövhədə detalların yerləşməsində cüzi fərqlər olsa da, lövhələrin ölçüləri eynidir. Bundan əlavə, bir çox aksesuarları da Raspberry Pi ilə uyğun deyil. == Ədəbiyyat == Daniel Blair. Learning Banana Pi. Packt Publishing.
Barana rayonu
Barana rayonu, Noyemberyan rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası), Dağ Borçalının Loru mahalında rayon. 1937-ci il 31 dekabrda yaradılıb. Mərkəzi Noyemberyan (İncəsu, Barana) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 187 km-dir. Qərbi Azərbaycan - Qaraqoyunlu Dərəsinin şimalını əhatə edən Barana mahalının adı Baranlı sülaləsi ilə bağlıdır. Baranlı sülaləsi Qaraqoyunlular dövlətinin baniləri Qara Mansurun oğlu Bayram Xoca, Qara Yusif (Qaraqoyunlular) və Sultanqulu bəy Baranlı (Qütbşahlar dövlətinin banisi) kimi nümayəndələri ilə tanınır. Rayonun Barana adı tarixi mənbələrdə kənd və mahal adı kimi qeyd olunur. V.V.Radlovun fikrincə "barana" türk sözüdür və rus dilindəki "baran" sözü də qədim türklərin dilindən keçmişdir. Barana isə qoyunlu yer anlamındadır. Azərbaycan tarixçiləri isə bu toponimi Ağqoyunlu və Qaraqoyunlu tayfaları ilə bağlayır.
Əlvida, Bafana
Əlvida, Bafana (ing. Goodbye Bafana) — Nelson Mandelanın həbsxana həyatından bəhs edən 2007-ci ilin dram filmidir. Film Mandelanın həbsxana şefi olan Ceyms Qreqorinin "Əlvida Bafana: Nelson Mandela, mənim dustağım, mənim dostum" adlı kitabı əsasında ekranlaşdırılmışdır. Filmin çəkilişləri 2006-cı ilin ortalarında Cənubi Afrikada aparılmışdır. Filmin rejissoru danimarkalı Bil Oqast, Nelson Mandela rolunun ifaçısı Denis Heysbert, Ceyms Qreqori rolunun ifaçısı isə Cozef Faynesdir. Film siyasi xadim Nelson Mandelanın 20 illik həbsxana həyatını və buradakı həbsxana şefi Ceyms Qreqori ilə dostluq münasibətlərini əks etdirir.
Əlvida, Bafana (film, 2007)
Əlvida, Bafana (ing. Goodbye Bafana) — Nelson Mandelanın həbsxana həyatından bəhs edən 2007-ci ilin dram filmidir. Film Mandelanın həbsxana şefi olan Ceyms Qreqorinin "Əlvida Bafana: Nelson Mandela, mənim dustağım, mənim dostum" adlı kitabı əsasında ekranlaşdırılmışdır. Filmin çəkilişləri 2006-cı ilin ortalarında Cənubi Afrikada aparılmışdır. Filmin rejissoru danimarkalı Bil Oqast, Nelson Mandela rolunun ifaçısı Denis Heysbert, Ceyms Qreqori rolunun ifaçısı isə Cozef Faynesdir. Film siyasi xadim Nelson Mandelanın 20 illik həbsxana həyatını və buradakı həbsxana şefi Ceyms Qreqori ilə dostluq münasibətlərini əks etdirir.
Baçanlı (Sulduz)
Baçanlı (fars. چنلو‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 21 nəfər yaşayır (4 ailə).
Kaçanik icması
Kaçanik (serb. Качаник) — Kosovoda icma, Uroşevats dairəsinə daxildir. Əhatə etdiyi sahə 294 km². İcmanın inzibati mərkəzi Kaçanik şəhəridir. Obiliç icması 30 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 7,0 km²-dır.
Yanoş Baçanyi
Yanoş Baçanyi (mac. Batsányi János; 9 may 1763, Tapolça[d] – 12 may 1845[…], Lins, Ens[d]) — macar şair. 1875-ci ildə ilk əsəri olan "Macarların valoru" adlı vətənpərvər ruhda yazılmış poemasını nəşr etdirdi. Həmin ildə Macarıstanın Koşitse şəhərinin xəzinəsində katib kimi işləməyə başladı və burada digər iki macar patriotu ilə birlikdə 1792-ci ildə hökumət tərəfindən fəaliyyəti dayandırılan Magyar Museum qəzetini redaktə elədilər. Növbəti ildə onu katib işindən kənarlaşdırdılar və 1794-cü ildə İqnaç Martinoviçin sui-qəsdində iştirak etdiyi üçün Kufştayn qalasında yerləşən dövlət həbsxanasına saldılar; burada iki il qaldı. Həbsdən azad edildikdən sonra Magyar Minerva ədəbi qəzetinin səhmlərinin bir hissəsini əldə etdikdən sonra Vyanaya getdi və orada bir bankda vəzifəyə sahib oldu. Qabriel Baumberq ilə ailə həyatı qurdu. Dörd il sonra Napoleonun Macarıstana ünvanladığı müraciətnaməni tərcümə etdi və bu anti-Habsburq hərəkətinin nəticəsi olaraq Parisə sığınmaq məcburiyyətində qaldı. Napoleonun hakimiyyətdən uzaqlaşdırılmasından sonra onu avstraliyalılara təslim etdilər. Onların icazəsi ilə şəhəri heç vaxt tərk etməmək şərti ilə Linz şəhərində məskunlaşdı.
Baçata (rəqs)
Baçata — Dominikan Respublikasında yaranan, bütün dünyada məşhurlaşan və sevilən rəqs.