1. İçi doğranmış sarımsaq, bibər, göyərti və s. ilə doldurulub sirkəyə qoyulan badımcan, bibər, göy pomidor.
// top. Duza və ya sirkəyə qoyulan xiyar, badımcan, pomidor, bibər və s.
2. Turş dad vermək üçün yeməyə salınan, qatılan alça qurusu, lavaşana, albuxara və s. Ətə turşu qatmaq. Bozbaşa turşu salmaq.
3. kim. Adətən turş dadan hər hansı bir kimyəvi birləşmə. Sulfat turşusu. Turşu oksidi. Yağ turşusu.
4. xüs. Bir şeyin tərkibində turşunun dərəcəsi. Mədədə turşunun artması. Torpaqda turşunun miqdarını təyin etmək.
◊ Turş sular – tərkibində karbon turşusu olan müalicə (mədən) suları.