Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kara Bono
Kara Bono (ing. Cara Buono; 1 mart 1974 və ya 1 mart 1971, Bronks, Nyu-York ştatı) — amerikalı aktrisa. Əsasən Qəribə şeylər (2016-cı ildən) serialı və Halk (2003) filmi ilə tanınır. == Həyatı və təhsili == Bono 1 mart 1974-cü ildə Nyu-York şəhərinin Bronks bölgəsində italyan ailədə dünyaya gəlmişdir. İki qardaşı və bir bacısı var.Bono Forelle Laquardiya tam orta məktəbində təhsilini almışdır. Daha sonra isə Kolumbiya Universitetində ingilis dilində siyasət ixtisasında bakalavr təhsili almışdır. Bakalavr diplomunu üç ildə əldə etmişdir. == Karyerası == Bono ilk aktrisalıq təcrübəsini 12 yaşında "Kabus ev" tamaşasında yaşamışdır.Bono film karyerasına Etan Hok və Ceremi Ayrons ilə brilikdə "Su ölkəsi" filmində başlamışdır. Yer aldığı digər filmlərin siyahısında "Növbəti dayanacaq möcüzələr ölkəsi" (1998),"Çatni popkorn" (1999), "İki Nina" (1999) və "Xoşbəxt qəzalar" (2000) yer alır. 1999-cu ildə "Qəlbimin dərinliklərində" adlı telefilmdə gənc qız Cerri Kammins rolunda kiçik səhnədə yer almışdır.
Pro bono
Pro bono publico (lat. ictimaiyyətin xeyrinə; cəmiyyətin faydalanması üçün) — könüllü və ödənişsiz həyata keçirilən peşə fəaliyyəti. Bu latın ifadəsi hüquqda "pulsuz hüquqi yardım"ı ifadə etmək üçün tətbiq olunur. Könüllü fəaliyyətdən fərqli olaraq, pro bono peşəkar şəxslər tərəfindən, maddi vəziyyəti imkan vermədiyinə görə onların xidmətlərindən istifadə edə bilməyən insanlara xidmət göstərilməsini nəzərdə tutur. Birləşmiş Krallıqda istifadə edilən pro bono publico ifadəsi həm də səhmlərdən gələn gəlirlərdən çox "ictimai rifah" naminə mövcud olan Milli Səhiyyə Xidməti kimi iri təşkilatların və müxtəlif QHT-lərin təşəbbüsünü ifadə etmək üçün istifadə edilir. Açıq-aşkar başqa cür müəyyən edilmədiyi təqdirdə Vikipediyada istifadəçilərin redaktə fəaliyyəti pro bono hesab olunur. == Hüquq məsləhətçisi == Pro bono hüquqşünaslar fərdlərə və ya bir qrup şəxslərə hüquqi məsələ üzrə dövlət orqanlarına ərizə və ya şikayətlər verməklə kömək edə bilərlər. Nadir hallarda hakimlər uduzmuş tərəfin digər tərəfə pro bono hüquqşünasın xidmətlərinə görə kompensasiya ödəməsini müəyyən edə bilər. === Cənubi Koreya === Cənubi Koreyada vəkillərdən hər il ən az 30 saat (yerli vəkil bürolarında bu müddət 20 saatadək azaldıla bilər) pro bono fəaliyyət göstərmələri tələb olunur. Bu tələbi əsaslı surətdə yerinə yetirməyənlər bunun əvəzində hər saat üçün 20,000–30,000 ₩ (17-26 ABŞ dolları) ödəyə bilərlər.
Bonobo
Bonobo (lat. Pan paniscus) — nəsli kəsilməkdə olan Pan cinsini təşkil edən iki növ meymundan biri. Cırtdan şimpanze adı ilə də bilinir. Pan cinsinin digər növü adi şimpanzedən (Pan troglodytes) boy və çəkidə balaca olur. Çəkisi 43 kq (erkəkdə) - 33 kq (dişidə) aralığında olur. Bonobo Belçikada, Tervuren muzeyində tapılan və şimpanzeyə aid olduğu düşünülən kəllə sümüyü üzərində ABŞ anatomisti Harold Kulic tərəfindən 1928-ci ildə kəşf edilmişdir. Ancaq onları qruplara bölən və elmi sənəd formasında təqdim edən alman Ernst Şvars olub. Bonobolar əsasən Konqo Respublikası ərazində 500.000 km2 ərazidə yayılıblar. Sayları 10 000-ə yaxındır. == Sosial davranışları == Bonobo meymunlarında adi şimpanzenin davranışının xüsusiyyətləri yoxdur.
Can Bonomo
Can Bonomo (16 may 1987; İzmir, Türkiyə) — yəhudi əsilli türk müğənni. Musiqi həyatına, səkkiz yaşında, gitara çalmaqla başladı. Orta məktəb illəri boyunca və daha sonra getdiyi İstanbulda bunu davam etdirdi. Bilgi Universitetində kino-televiziya bölümündə oxudu. Səs istehsalı stajı üçün getdiyi Radio Klas və Number 1 FM-ə sonra radio aparıcılığı üçün müraciət etdi və qəbul edildi. Bundan sonra "Can Bonomo Show" adlı proqramını təqdim etməyə başladı. Bir müddət sonra Radio N101-ə keçərək proqramına burada davam etdi. MTV Türkiyədən gələn təklifi qəbul edərək "Rock'n Dark Express" adlı televiziya proqramını təqdim etməyə başladı. Universitet tapşırığı üçün hazırladığı "Hoppala" adlı qısa filmi daha sonra Facebook-a yüklədi və film internetdə paylaşılaraq xeyli maraq yaratdı. Serial layihəsi üzərində işləyən Səray Sevər, filmi izlədikdən sonra Can Bonomonu tapıb görüşməyə dəvət etdi.
Beno
Beno (fr. Beynost) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Miribel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01043. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 4475 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 2849 nəfər arasında (15-64 yaş) 2141 nəfər İqtisadi fəal, 708 hərəkətsiz (fəaliyyət göstərici 75.1%, 1999-cu ildə 70.1%) olmuşdur. Fəal 2141 sakindən 2016 nəfər (1067 kişi və 949 qadın), 125 nəfər işsizdir (67 kişi və 58 qadın). Fəal olmayan 708 nəfər arasında 293 nəfər şagird və ya tələbə, 252 nəfər pensiyaçı, 163 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Bonn
Bonn — Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin cənubunda, Reyn çayının hər iki sahilində yerləşən şəhər. Bonn, 2000 illik tarixi ilə Almaniyanın ən qədim yaşayış yerləri arasındadır. Köln kralları, 18-ci yüzillik sonuna qədər Bonnu mərkəz olarak istifadə edərkən; Lüdviq van Bethoven, 1770-ci ildə, Bonnda dünyaya gəldi. Şəhərdə yerləşən Ren Fredrix Vilhelm Universiteti, XIX əsrdən etibarən Almaniyanın öndə gələn elmi mərkəzləri arasında sayıldı. 1990-cu ildə Şərqi və Qərbi Almaniyanın birləşməsiylə Berlin, Almaniyanın paytaxtı olmuş, Bonnun da 1990-cı ilə qədər "Hökumət mərkəzi" olmasına qərar verilmişdir.
Bonqo
Bonqo (lat. Tragelaphus eurycerus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin meşə antilopu cinsinə aid heyvan növü.
Boro
Boro (ing. borough /ˈbʌrə/ , /ˈbɜroʊ, ˈbʌroʊ/ — əsasən ingilisdilli ölkələrdə inzibati-ərazi vahidləri. Boro Kanada, Böyük Britaniya, ABŞ, Avstraliya və İrlandiyada vardır. Müxtəlif ölkələrdə müxtəlif ərazi vahidlərini nəzərdə tuta bilər. Təntənəli qraflıq sayılan Böyük London şəhəri 32 borodan ibarətdir.
Brno
Brno (çex dili: Brno, almanca: Brünn) — Çex Respublikasının ikinci böyük şəhəri. Svitava və Svratka çaylarının birləşdiyi yerdə yerləşir. Cənubi Moraviya diyarının inzibati mərkəzi, keçmiş Böyük Moraviya dövlətinin paytaxtı olub. == Tarix == Brno şəhərinin adı ilk dəfə XI əsrdə rast gəlinir. Şəhərin adının yaranması ilə başğlı bir neçə mülahizə vardır. Birincisinə görə "Brno" sözü - "brniti" - müdafiə, ikinci mənbəyə görə - "təpə", üçüncü mənbəyə görə isə - bu dəyişdirilmiş kelt sözüdür ("Eburodunon" sözündən). 1243-cü ildə Brno azad şəhər statusunu aldı, XIII əsrdə isə Morav krallığının mərkəzi oldu. 1454-cü ildə kral Ladislav Poqrobek şəhərdə yaşayan bütün yəhudiləri qovur. Habsburqlar sülaləsinin Çexiyada hökmdarlığı zamanı, Brno bütün Moraviyanın mədəniyyət mərkəzi hesab edilirdi. Otuz illik müharibə zamanı şəhər iki dəfə İsveç ordusu tərəfindən işğal edilir.
Bonq
Bonq — tütün çəkmək üçün cihazdır . Bir qayda olaraq, bu, çətənə yandırmaq üçün konus formalı bölməsi olan, qismən su ilə doldurulmuş kiçik bir qabdır. Bong-dan istifadə edərkən, tənəffüs edilmiş tüstü sudan keçir və bununla da soyudulur. Çətənə çəkənlər arasında bonqlar populyarlıq təşkil edir. Bonq istifadə edərkən daha çox tetrahidrokannabinolun bonq çəkənin ağciyərlərinə daxil olmasını təmin edir. Eyni zamanda ağciyərlərə qatran və digər zərərli maddələrin qəbulu da artır.ABŞ-ın əksər ştatlarının qanunvericiliyi bonqları narkotik vasitələrdən istifadə üçün istifadə olunan cihazlar hesab edir, ona görə də onların saxlanması və satışı qadağandır. == Tarixi == Afrikada, Efiopiya mağaralarında aparılan qazıntılar zamanı alimlər 11–14-cü əsrlərə aid tütün boruları tapıblar. Mağaradan müxtəlif otların qalıqları tapıldı və nəzəriyyələrə görə, bu borular bonqun inkişaf tarixinin başlanğıcıdır.
Bon
Bon Jovi
Al Bano
Al Bano(Al Bano Karrizi) 20 may 1943) — məşhur İtalyan müğənnisi, aktyor və şərabçı. == Həyatı == Al Bano Karrizi 1943-cü ildə İtaliyada Puglia bölgəsinin Brindisi vilayətində çox kasıb italyan ailəsində doğulub. Anası evdar qadın Atası əkinçilik və maldarlıqla məşğul olurdu. Anası İolanda Ottino ona Albano adını verdi, çünki o, doğulduğu zaman, atası Carmelo Karrisi II Dünya müharibəsi dövründə Royal İtaliya Ordusu üçün Albaniya ilə döyüşürdü. Sonralar müğənni öz adından utanaraq onu iki hissəyə ayırır və Al Bano Karrizi olur. Albanonun digər qardaşı isə tanınmış pop musiqiçisi Franko Karrisdi. Al Bano müğənnilik fəaliyyətinə qədər ofisiant, aşpaz, koveyerdə fəhlə kimi işləyib. Al Bano ilk mahnısını 12 yaşında yazır, 16 yaşında isə müğənnilik karyerası üçün Milana gəlirO, 1965-ci ildə Adriano Çelentanonun təşkil etdiyi konkursda iştirak edənədək ofisiant, aşpaz, koveyerdə fəhlə kimi işləyir.1966-cı ildə müğənni olaraq, Delle Rose-de və televiziyada yayımlanan musiqi festivalında çıxış edir,1968-ci ildə "Pensando a te" qrupu ilə birlikdə İtalyan mahnısı olan "L'Estate" Disko musiqisi ilə birciliyi qazanır. O, "La siepe" və "Nel sole" kimi bir sıra böyük hitləri qeyd etdi. "Nel sole" 1967-ci ildə üç ay azadlıq dövründə İtaliyada 600 min nüsxə satdı və nəticədə 1 milyondan çox nüsxə və 1968-ci ilin iyulunda qızıl diskə layiq görülmüşdür.
Ancelo Buono
Ancelo Entoni Buono (5 oktyabr 1934, Nyu-York, Roçester – 21 sentyabr 2002, Kaliforniya, Kalipatriya) – qohumu Kennet Biançi ilə birlikdə “Hillside Stranglers” kimi tanınan və Kaliforniya, Los-Ancelesdə 1977-ci ilin oktyabr və 1978-ci ilin fevral ayları arasında 10 gənc qadını öldürməkdə günahkar bilinən amerikalı seriyalı qatil, oğru, təcavüzkar. == Uşaqlıq və gənclik illəri == Ancelo Buono San-Buonodan olan birinci nəsil italyan mühacir kimi 5 oktyabr 1934-cü ildə Nyu-York, Roçesterdə anadan olub. Buono aliment ödəməməkdən tutmuş, avtomaşın oğurluğu, təcavüz, zorlamaya qədər geniş cinayət tarixinə sahibdir. 1975-ci ildə Buono 41 yaşında olanda qohumu Kennet Biançi ilə əlaqə saxladı. Buono Biançini virtual dustaq kimi saxladığı iki qadının fahişəliyində ona qoşulmasına inandırdı. == Cinayətlər == 1977-ci ilin oktyabrında Buono və Biançi Kaliforniya, Los-Ancelesdə səyahət edərkən Buononun maşınında saxta nişanlardan istifadə edərək qadınları gizli polis olduqlarına inandırıb öldürməyə başladılar. Onlar daha sonra qurbanları polis maşını olduğunu iddia etdikləri Buononun avtomobilinə mindirdilər və işgəncə verərək öldürmək üçün Buononun evinə apardılar. Qızlar və qadınlar 12 və 28 yaş aralığında idilər. Qurbanlar: Yolanda Vaşinqton, 19 yaş – 17 oktyabr 1977-ci il Cudit Linn Miller, 15 yaş – 31 oktyabr 1977-ci il Lissa Kastin, 21 yaş – 6 noyabr 1977-ci il Ceyn Kinq, 28 yaş – 10 noyabr 1977-ci il Dolores Sepeda, 12 yaş – 13 noyabr 1977-ci il Sonya Conson, 14 yaş – 13 noyabr 1977-ci il Kristina Vekler, 20 yaş – 20 noyabr 1977-ci il Loren Vaqner, 18 yaş – 29 noyabr 1977-ci il Kimbereli Martin, 17 yaş – 9 dekabr, 1977-ci il Sindi Li Hadslet, 20 yaş – 16 fevral 1978-ci ilBuono və Biançi qurbanlarını boğaraq öldürməzdən əvvəl təcavüz edirdilər. Onlar ölümcül inyeksiya, elektrik vurması və karbonmonoksit zəhərlənməsi kimi digər öldürmə üsullarını sınaqdan keçirirdilər.
Ayoz Bobo
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Bakı bonu
Bakı bonları (bon-pul nişanları, alıcılıq və ödəmə vasıtəsı kimi istifadə olunanan qısamüddətli borc öhdəliyidir) — ilk dəfə 1918-ci il fevralın 5-də Zaqafqaziya Komissarlığı tərəfindən, sonra isə müstəqil Cənubi Qafqaz respublikası arasında razılaşma əsasında buraxılmışdır. 1918-ci ilin yazında Bakı şəhər özünüidarə orqanı və şəhər təsərrüfatı şurasında da bonlar buraxılmışdır. == Sonrakı inkişafı == Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yeni bonlar buraxılması haqqında Gürcüstan və Ermənistanla apardığı danışıqlar, irəli sürülən şərtlər Azərbaycan üçün sərfəli olmadığından, uğursuzluqla nəticələndi. Bununla əlaqədar, 1918-ci il 18 iyulda Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin sədri Fətəli xan Xoyski İstanbuldakı Azərbaycan nümayəndə heyətinə Türkiyədə Azərbaycan bonlarının hazırlanmasını sifariş etməyi tapşırdı. Türkiyədəki danışıqları nəticəsində kredit biletləri buraxmaq qərara alındı. Türkiyə Dəniz Nazirliyinin mətbəəsi bonların çapını öz üzərinə götürdü. 1918-ci il 22 sentyabrda respublikada pul dövriyyəsi məsələsi həll olunana qədər 10, 25 və 50 manatlıq Bakı şəhər pul nişanlarının buraxılması qərara alındı həmin pul nişanlarının buraxılması dövriyyədən çıxarılması qaydaları müəyyən olunarkən, Bakı şəhər özünüidarə orqanının və keçmiş şəhər təsərrüfatı şurasının dövriyyədəki pul nişanları ilə əlaqədar qəbul etdiyi qaydalar əsas götürüldü. 1918-ci il 9 oktyabrda Hökumət respublikada dövriyyədə olan pul nişanları üçün vahid məzənnə müəyyən etdi. 1919-cu il 27 yanvarda Gürcüstanla birgə Cənubi Qafqaz nümunəli 40 milyon bon buraxılması qərara alındı (respublikaların hərəsi 20 milyon bon almalı idi). 1919-cu il 30 martda Cümhuriyyət Hökuməti mövcud pul nişanlarından əlavə, 100 manatlıq pul əskinaslarının yeni seriyasının buraxılmasına icazə verildi.
Bodo dili
Bodo (Devnaqari:बोडो) Çin-tibet dillərinin Barik dilləri bölümünün Bariş dilləri bölməsinə aid olan bir dildir və Hindistanın şimali-şərqində və Nepalda Bodolar tərəfindən danışılır.Hindistanın Assam əyalətinin dillərindən biri və Hindistanda xüsusi bir konstitusiya statusu verilən 22 planlanan dillərindən biridir.
Boko Haram
Boko Haram (əsl adı: Camaat’u Əhlus-Sünnə lid-Da’va vəl Cihad) - Nigeriyanın radikal islam sektası. 2002-ci ildə Nigeriyanın şimalında Məhəmməd Yusif adlı şəxs tərəfindən yaradılıb. Əsas məqsədi bütün Nigeriya ərazisində şəriətin tətbiqi və qərb həyat tərzinin silinməsidir. 2014-cü ilin may ayında BMT Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatları siyahısına salınıb. == Təşkilatın məqsədi == Boko Haram müsəlmanların qərb cəmiyyətinə bənzər istənilən siyasi və ictimai fəaliyyətini "haram" sayaraq, qadağan edir. Boko Haram Nigeriya dövlətinin imansızlar tərəfindən idarə edildiyini hesab edir. Qrupun rəsmi adı "Cama'atu Əhlis Sünnə Liddə'əvəti vəl-Cihad" ərəbcə "Peyğəmbərin təlimini və cihadı təbliğ etməyə əqidəli olanlar" deməkdir. Qruplaşmanın yerləşdiyi ölkənin şimal-şərqində yerləşən Maiduguri şəhərinin sakinləri bu təşkilatı daha qısa adla - Boko Haram deyərək çağırırlar. Hausa dillindən bu ad "Qərb təhsili haramdır" kimi tərcümə edilir. Əvvəlcə "boko" saxta demək idi, amma Qərb təhsili mənasını daşımağa başladı.
Bolo Yen
Yan Sze (ing. Bolo Yeung, kantonca:楊斯; 3 iyul 1946) — Çin və ABŞ aktyoru, döyüş ustasıdır. == Həyatı == Bolo Yen 3 iyul 1946-cı ildə Çin Xalq Respublikasının Quandun əyalətinin inzibati mərkəzi olan Quançjouda doğulmuşdur. 10 yaşı tamam olduqdan sonra bir çox çin vətəndaşları kimi kunq-fu sənəti lə məşğul olmağa başlayır. Döyüş sənətləri ilə bərabər Bolo Yen bodibildinqlə məşğul olur və bir müddət keçdikdən sonra 1970-ci ildə "Cənab Honq Konq" yarışmasının qalibi olur. Həmin ildən başlayaraq "Shaw Brothers Studio" kompaniyasının istehsal etdiyi filmlərdə pis obraz rolları alaraq, çəkilməyə başlayır. Bolo Yen bu studiyanı 1971-ci ildə tərk edir. "Winston" markalı siqaretin reklamında Bolo Yen Brüs Li ilə tanış olur və Brüs Li onu Əjdahanın çıxışı filmində dəvət edir. 1974-cü ildə Türkiyə-Honkonq əməkdaşlığı sayəsində çəkilən və Cüneyt Arkının rol aldığı "Karateçilər İstanbulda" filmində Mister Yanq rolunu ifa edir. Ona ilk populyarlıq isə 1988-ci ildə Frenk Dyuksun həyatından bəhs edən döyüş filmi janrında çəkilən Qanlı idman filmində "Çonq Li" rolu gətirir.
Boni M
Boney M (Boni Em) – AFR-də 1975-1986-cı illərdə mövcud olmuş disko qrupdur. Qrupun adı Avstraliya detektiv serialının adından götürülmüşdür. Almaniyanın "Boney M" disko qrupu 1975-ci ildə musiqi produseri Frenk Farian tərəfindən yaradılıb. == Musiqi karyerası == 1974-cü ildə Frank Farian yeni disko üslubu üzərində eksperiment apararaq "Faby Do You Wanna Bump ?" mahnısını yazır. O zamanlar məşhur avstraliya detektiv serialı qəhrəmanının adından istifadə edərək "Boney M" adı altında auditoriaya təqdim edir. Gözlənilməz uğur və televiziya şouları, konsert programlarına dəvətlər onu tez bir zamanda Karib qrupu qurmağa vadar edir. Kollektivə Maizie Williams, Sheila Bonnick, Natali və rəqqas Mayk daxil olurlar. Lakin bu müvəqqəti variant idi. 1976-cı ildə qrupa Karib adalarından migrantlar, Yamaykalı vokalçı Liz Mitçel və Marsiya Barret, Montserrat adasından rəqqasə Meyzi Vilyams və Aruba adasından rəqqas Bobbi Farrel qatılırlar. Fariandan başqa studiada musiqinin əsas hissələrini Liz Mitçel və Marsiya Barret də ifa etməyə başladılar.
Bonn Universiteti
Bonn Universiteti (tam adı: Fridrix-Vilhelm adına Bonn Universiteti; alm. Rheinische Friedrich-Wilhelms-Universität Bonn‎ — Almaniyanın ən aparıcı universitetlərindən biri. 1818-ci ildə fəaliyyətə başlayan Bonn Universiteti hazırda bir çox sahələrdə bakalavr, magistr və PhD (doktorluq) pillələri üzrə proqramlar təklif edir. Kitabxanada 2 milyondan çox kitab saxlanılır. Universitetin 525 professoru və 31.000-dən çox tələbəsi var. Universiteti bitirən və ya Universitetdə çalışan məşhur insanlardan 7 Nobel Laureatı, 2 Field Medalist, 11 Gottfried Wilhelm Leibniz Prize qalibi, Karl Marks, Friedrich Nietzsche and Joseph Schumpeter qeyd edilməlidir.
Bonn kafedralı
Bonn kafedralı (alm.Das Bonner Münster) — Almaniyanın Bonn şəhərində yerləşən kafedral. == Haqqında == Kafedral XI-XIII əsrlərdə tikilmişdir və Almaniyanın ən qədim kafedrallarından biridir. Bir zamanlar Köln Arxiyepiskopunun kafedralı olsa da, indi papalığa bağlı bazilikadır. Kafedral Bonn şəhərinin simvolu sayılır. Bonn kafedralı 1583–1589 və 1689-cu illərdə zərər gördü, 1883–1889-cu illərdə isə təmirdən keçdi. 1934-cü ildə və İkinci dünya müharibəsindən sonra kafedralda yenidənqurma işləri keçirilmişdir.
Bonn şəhəri
Bonn — Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin cənubunda, Reyn çayının hər iki sahilində yerləşən şəhər. Bonn, 2000 illik tarixi ilə Almaniyanın ən qədim yaşayış yerləri arasındadır. Köln kralları, 18-ci yüzillik sonuna qədər Bonnu mərkəz olarak istifadə edərkən; Lüdviq van Bethoven, 1770-ci ildə, Bonnda dünyaya gəldi. Şəhərdə yerləşən Ren Fredrix Vilhelm Universiteti, XIX əsrdən etibarən Almaniyanın öndə gələn elmi mərkəzləri arasında sayıldı. 1990-cu ildə Şərqi və Qərbi Almaniyanın birləşməsiylə Berlin, Almaniyanın paytaxtı olmuş, Bonnun da 1990-cı ilə qədər "Hökumət mərkəzi" olmasına qərar verilmişdir.
Borno ştatı
Borno ştatı (ing. Borno State) — Nigeriyanın Şimal-şərq geosiyasi zonasında ştat. == Adı == Ştatın adı Berberlərin evi mənasını daşıyır. Keçmişdə o Bornu adını daşıyırdı. Bu ad Bornu İmperiyasından qalıb.
Boso yarımadası
Boso yarımadası (yap. 房総半島) Honşu adasının şərqində yerləşən yarımada. Yarımada ərazisinin böyük hissəsində Tiba prefekturası yerləşir. Tokio körfəzini Yapon dənizindən ayırır. Yarımadanın sahəsi 5034 km²-dir. Ən hündür nöqtəsi Ataqo dağıdır (408.2 m).Şimal-qərbində Tiba şəhəri yerləşir. Yarımadada yerləşən Kisaracu şəhəri Kavasaki ilə 14 km uzunluğa malik körpü-tunellə birləşir. Yarımadanın şimal-şərqində Suika-Tsukuba Milli parı yerləşir.
Ceyms Bond
Ceyms Bond, həmçinin Agent 007 — Yan Fleminqin kitabları əsasında çəkilmiş çoxsaylı filmlərdə uydurma ingilis casusu və qəhrəmanı. Fleminq bu personajı 1952-ci ildə yaratmış və ona aid çoxlu əsərlər yazmışdır. Bu personajın ekranlaşdırılmasına əsasən onun ölümündən sonra, 1964-cü ildən etibarən başlamışlar. Daha sonralar Ceyms Bond macəralarını Kinqsli Amis, Con Piarson, Con Qardner, Reymond Benson və Çarli Hiqson yazmışlar. Əvvəllər bu personaj kitablara əsasən tanınırdısa hal-hazırda onu əsasən filmlərdən tanıyırlar. Ceyms Bond rolunda rəsmi filmlərdə indiyədək 6 aktyor oynamışdır: Şon Konneri (1962–1967; 1971) Corc Leyzenbi (1969) Rocer Mur (1973–1985) Timoti Dalton (1987–1989) Pirs Brosnan (1995–2002) Deniel Kreyq (2006-) == Ceyms Bond haqqında filmlər == == Xarici keçidlər == Ceyms Bond əslində kim idi?
Giyom Boni
Giyom Boni (ing. Guillaume Boni; 1530, Sen-Flur[d] – 1594) — intibah dövründə yaşamış Fransa bəstəkarı. Bonni 1565-ci ildən ölümünə qədər Sent-Etyen kafedralında xormeyster olmuşdur. Antuan de Bertran kimi o da Overn şəhərində anadan olmuş və Tuluzada fəaliyyət göstərmişdir. == Əsərlər == Psalmi Davidici novis concentibus sex vocibus modulati cum oratione Regia 12.
Kazuhisa Kono
Kazuhisa Kono (d. 30 dekabr 1950) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.