Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Buğurt qalası
Buğurt qalası — Şirvanşahlar dövründə istifadə olunmuş, hazırda xarabalıqları qalan istehkam. == Coğrafi mövqe == Qala Şamaxı şəhərindən 20 km şimal-qərbdə Qəleybuğurt kəndi yaxınlığındakı dağın zirvəsində yerləşir. Qala yerləşən dağı cənubdan Qız qalası və Cəngi dağları, şərqdən Tənə dağı və Alçalı pir meşəsi, şimaldan Ülgüc dağı, qərbdən Qaladərəsi əhatə edir. == Şirvanşahlar dövründə == Nə zaman tikildiyi bilinmir. Qala hələ Monqol işğalları dövründə şirvanşahın sığınacaq yeri olub. Şirvanşah Keyqubad və Kavus dövründə də istifadə olunmuşdur. 1509-cu ildə I Şah İsmayıl Şirvana hücum edəndə Şirvanşah Şeyxşah Buğurt qalasında müdafiə olunmuşdu. 1518-ci ildə Səfəvi qoşunları Əlqas mirzə Səfəvinin başçılığı ilə Şirvana hücum etdi. Buğurt qalasına çəkilən Şahrux və vəkil Hüseyn bəy bir neçə ay Səfəvilərə müqavimət göstərə bildilər. Həmin dövrdə Şirvanşahların xəzinəsi də Buğurt qalasında saxlanırdı.
Buğurt qalası döyüşü
Qəley-Buğurt qalası
Buğurt qalası — Şirvanşahlar dövründə istifadə olunmuş, hazırda xarabalıqları qalan istehkam. == Coğrafi mövqe == Qala Şamaxı şəhərindən 20 km şimal-qərbdə Qəleybuğurt kəndi yaxınlığındakı dağın zirvəsində yerləşir. Qala yerləşən dağı cənubdan Qız qalası və Cəngi dağları, şərqdən Tənə dağı və Alçalı pir meşəsi, şimaldan Ülgüc dağı, qərbdən Qaladərəsi əhatə edir. == Şirvanşahlar dövründə == Nə zaman tikildiyi bilinmir. Qala hələ Monqol işğalları dövründə şirvanşahın sığınacaq yeri olub. Şirvanşah Keyqubad və Kavus dövründə də istifadə olunmuşdur. 1509-cu ildə I Şah İsmayıl Şirvana hücum edəndə Şirvanşah Şeyxşah Buğurt qalasında müdafiə olunmuşdu. 1518-ci ildə Səfəvi qoşunları Əlqas mirzə Səfəvinin başçılığı ilə Şirvana hücum etdi. Buğurt qalasına çəkilən Şahrux və vəkil Hüseyn bəy bir neçə ay Səfəvilərə müqavimət göstərə bildilər. Həmin dövrdə Şirvanşahların xəzinəsi də Buğurt qalasında saxlanırdı.
Buğum
Buğum (node) - hər hansı növ qovuşuq, birləşmə. Lokal şəbəkələrdə: şəbəkənin tərkibinə daxil olan və şəbəkənin başqa qurğularına informasiya ötürə bilən qurğu. Ağacşəkilli verilənlər strukturlarında (bazalarının idarə olunmasında və obyekt-yönlü proqramlaşdırmada istifadə olunan): informasiyanın yerləşdirilməsi strukturunda özündən aşağıda yerləşən bir və ya bir bir neçə buğumla (qız) əlaqəsi olan element. Bəzi müəlliflər “bənd” və “element” anlayışlarını fərqləndirirlər; element, verilənlər tipidir, buğum isə bir və ya bir neçə elementdən və ya başqa yardımçı verilənlər strukturundan (məsələn, göstəricilərdən) ibarət olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Suğur
Marmot (lat. Marmota) və ya suğur — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan cinsi. == Növləri == Marmotun 15 növü var.
Uğur
Uğur — insan həyatında təsadüfi, gözlənilməz və ya hesaba alınmadığı təsadüf nəticəsində meydana gələn müsbət qəbul edilən bir hadisə, sinonimləri: bəxti gətirmə, qismən: şans, xoşbəxtlik. Xüsusilə də təsirlənmiş şəxsiyyətin hərəkətlərindən və ya qərarlarından asılı olmayan hallarda, hansısa bir hadisənin və ya hərəkətin arzuolunan nəticəsini göstərə bilər. Şansı və ya bəxti gətirmək nümunələrini lotereya, rulet və ya digər oyunlarda qazanmaq olar. == Uğur rəmzləri == Uğurla bağlı bir sıra mənəvi və ya fövqəltəbii inanclar var. Bu inanclar bir-birindən geniş şəkildə fərqlənir, lakin əksəriyyət şansın müəyyən ritualları yerinə yetirmək və ya müəyyən şərtlərdən qaçınmaqla mənəvi vasitələrlə təsir edə biləcəyi ilə razılaşır. Şans həm də uğurlu və uğursuz hadisələrin təşkilatçılığına inam ola bilər. Uğur, fərdlər tərəfindən fərqli şəkildə şərh olunan xurafatın bir növüdür. Əksər insanlar üçün uğurlar kimi xarakterizə edilə bilən hadisələr arzuolunan və gözlənilən olduğundan, onun təcəssüm edən bir çox müxtəlif rəmzlər var. Qərb mədəniyyətində dörd yarpaqlı yonca, nal, baca təmizləyən, uğur böcəyi, dovşan pəncəsi və başqaları uğurlar simvolu sayılır. == Müvəffəqiyyətdə uğurun rolu == İnsanın maddi cəhətdən müvəffəqiyyətili olması (sərvətin əldə edilməsi), ilk növbədə, şəraitin uğurlu keçməsi (şans) ilə müəyyən edilir, insanın qabiliyyəti və ya şəxsi keyfiyyətləri bunun üçün daha az əhəmiyyət kəsb edir.
Ko (buxur)
Yapon buxuru (香, ko) – Yaponiyada istifadə olunan ənənəvi buxur. Meditasiya, dini mərasim, aromaterapiya və ya xoş qoxu kimi məqsədlər üçün istifadə olunur. Yapon buxuru ilə məşğul olmaq sənəti kodo adlanır. == Tarixi == Buxur Yaponiyaya Çin vasitəsilə gəlmişdir. Yaponiyada buxur yandırılmasından bəhs edən ən qədim mənbə "Nihon Şoki" xronikasıdır. Buxur ilk dəfə 595-ci ildə İmperatriça Suiko və Şahzadə Şotokunun dövründə istifadə olunmuşdur. Şotoku buddizmin Yaponiyadakı təbliğatçısı idi və buxur buddizmdə geniş istifadə olunurdu. Onun da təsiri altında buxur qısa müddətdən sonra populyarlaşmış və evlərdə də istifadə olunmağa başlanmışdır. Xüsusilə, saray əyanları buxur yandırmağı sevirdilər. Müxtəlif istehsalçılar öz buxurlarını hazırlamağa başlamış və yapon buxurunu yaratmışdırlar.Buxur yandırmaq praktikası Heyan dövrünün saray həyatını əks etdirən "Gencinin hekayəsi" romanında təsvir edilmişdir.
Oğuzhan Uğur
Oğuzhan Uğur (1984, Ankara) — Türkiyə musiqiçisi, prodüseri, ssenaristi, karikaturaçısı və yutuberi.
Uğur Dündar
Uğur Dündar — Türkiyə jurnalisti, xəbər aparıcısı. == Həyatı == Dündar 1 yanvar 1943-cü ildə İstanbulda doğuldu. Lisey təhsilini Vəfa Liseyində tamamladı. Ardından İstanbul Universiteti İqtisad Fakültəsi Jurnalistika İnstitutundan məzun oldu. 1993-cü ildə Yasəmən Baradan ilə evləndi və 3 uşağı oldu. 1970-ci ildə TRT tərəfindən açılan bir imtahanı qazandı və televiziya prodüseri olaraq işə başladı. və Rəsmi Qəzet yazıçısı oldu. Eyni il içində İngiltərədə BBCin "Televiziyada istehsal-Rəhbərlik" kursuna qatıldı. Türkiyəyə döndükdən sonra TRT-də prodüser, rejissor və aparıcı olaraq dəyişik televiziya proqramlarına imza atdı. Bu günə qədər saysız proqrama imza atan Uğur Dündar xəbər proqramı Arenanın ümumi rejissorluğunu etdi.
Uğur Pamuk
Uğur Pamuk (azərb. Uğur Pamuk‎; 26 iyun 1989, Bilefeld, Almaniya) — Türkiyənin Manisaspor klubunun hücumçusu. == Karyerası == Uğur Pamuk 1989-cu ildə Almaniyada türk ailəsində anadan olub. Uğur Pamuk Arminiya klubunun yetirməsidir. 2007-ci ildə bu komanda ilə rəsmi müqavilə bağlayıb. Gələn il Tus Dornberg klubuna transfer olunub. 2012-ci ildə Uğur Pamuk Sumqayıt klubuna keçib və 1 il ərzində 28 oyun keçirərək 2 qol vurub. 2013-cü ilin yanvar ayında Uğur Pamuk Xəzər-Lənkəran klubuna keçib. == Milli komanda == 2012-ci ildə Uğur Pamuk Azərbaycan milli futbol komandasının heyətində 1 oyun keçirib.
Uğur Pəkdaş
Uğur Pəkdaş (türk. Uğur Pektaş; 16 aprel 1979, İstanbul) — Türkiyə aktyoru.
Uğur İsmayılzadə
Uğur Hidayət oğlu İsmayılzadə (18 iyul 1995; Yevlax rayonu, Azərbaycan — 16 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Uğur İsmayılzadə 1995-ci il iyulun 18-də Yevlax rayonunun Qaramanlı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Uğur İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Uğur İsmayılzadə oktyabrın 16-da Ağdərə ərazisində Ağaçuq adlandırılan ərazidə şəhid olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Uğur Şahin
Uğur Şahin (19 sentyabr 1965, İskəndərun, Hatay ili) — xərçəng tədqiqatlarında ixtisaslaşmış türk əsilli alman immunoloq. Biotexnologiya şirkəti olan "BioNTech"in qurucusu və icraçı direktoru. 2006-cı ildən Mayns Universitetinin III Tibb Klinikasında Eksperimental Onkologiya üzrə professor, 2008-ci ildən bəri həyat yoldaşı Özləm Türeci ilə birlikdə qurduğu şirkət olan BioNTech SE-nin İdarə Heyətinin sədridir. Şahin COVID-19 peyvəndinin qabaqcıl istehsalçılarından biri sayılır. == Həyatı və təhsili == Uğur Şahin 19 sentyabr 1965-ci ildə Hatayın İskəndərun şəhərində Ələvi ailəsində anadan olub. Dörd yaşında anası ilə birlikdə Almaniyanın Köln şəhərinə Ford Motor Şirkətində çalışan atasının yanına köçür. Orta təhsilini başa vurduqdan sonra Köln Universitetinin tibb fakültəsində tibb təhsili aldı və 1992-ci ildə məzun oldu. Doktorluq dərəcəsini 1993-cü ildə "şiş hüceyrələrində immunoterapiya" mövzusunda araşdırmalarına görə həmin universitetdə Maykl Freundşunun rəhbərliyi ilə almışdır. 2000-2001-ci illər arasında Şahin, 1996-cı il Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları Rolf Tsinkernagel və Hans Henqartner ilə birlikdə Sürix Universiteti Xəstəxanasında laboratoriyada müxtəlif araşdırmalarda iştirak etdi. == Təhsili == Şahin hələ 20 yaşında tələbə ikən laboratoriyada işləməyə başladı.
Uğur FK
Uğur FK və ya rəsmi adı ilə Uğur Futbol Klubu. 2020-ci il 7 Dekabr tarixində Azərbaycanın Mingəçevir şəhərində yaradılan uşaq futbol klubudur. Hazırda AFFA bayrağı altında keçirilən U liqalarında iştirak edir. == Tarixi == Mingəçevir şəhərində futbolçu olaraq fəaliyyət göstərən Şəhruz Mustafayev, karyerasını bitirdikdən sonra futbol klubu qurmaq qrərında gəldiyini açıqlayır. 2010–2020 illər arasında Qəbələ Futbol Akamediyasında məşqçi kimi fəaliyyət göstərən Şəhruz Mustafayev, özünə məxsus klubun qurulmasını istədiyini dilə gətirir. 2020-ci ilə Mingəçevir şəhərində bu istəyini reallaşdıraraq klubu rəsmən təsis etmişdir. 2021/2022-ci mövsümlərindən artıq rəsmi yarışlarda iştirak etməyə başladı. Hazırda uşaq futbolunda Uğur klubunun adını görmək mümkündür. U11,U12, liqalarında fəaliyyət göstərir.
Uğur Mumcu
Uğur Mumcu (türk. Uğur Mumcu) — türk jurnalisti. == Bioqrafiya == Ailədə dörd uşağın üçüncüsü olmuşdur. Ankarada məktəbi, sonra 1965-ci ildə Ankara Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1965-1969-cu illərdə öz ixtisası üzrə çalışıb. Sonra 1972-ci ilə qədər Ankara Universitetində çalışıb. 1971-ci ildə Türkiyədə dövlət çevrilişindən sonra Mumcu həbs edilib. Həbsxanada ona işgəncə verilib. Mumcu daha sonra iddia edir ki, ona işgəncə verən adamlar ona deyiblər: “Biz əks-partizanlarıq. Hətta respublika prezidenti də bizə heç nə edə bilməz”.
Uğur Uçar
Uğur Uçar (d. 5 aprel 1987, Bakırköy) — türk futbolçudur . O , 2.liqa komandalarından olan "Pendikspor"da çıxış edir. == Futbol karyerası == === Klub komanda karyerası === "Qalatasaray"ın infrastrukturunda yetişən və 2004-cü ildən A komandasında oynamaq şansı qazanan futbolçulardan biri olan Uğur Uçar müdafiənin sağ cinahında çalışır və 2006–07 mövsümündə Erik Gerets dövründə "Kayserispor" a icarəyə verilmişdir. Karl-Heinz Feldkampla yenidən Qalatasaray'a dönən Uğur 2007–08 mövsümündə müdafiədə əvəzolunmaz oldu. Üç ildir ümidli millidə də çıxış edən Uğur, qarlı hava səbəbindən təxirə salınması tələb edilən Konyaspor matçında Batista ilə toqquşaraq diz qapağını sındırıb. 1 ilə yaxın zədələnən Uğur Uçar 5 fevral 2009-cu ildə fizioterapevtlərin müşayiəti ilə məşqə qatılıb. 21 fevral 2009-cu ildə komanda ilə işləməyə başlayıb. Uğur Uçarın meydana qayıdışı 2008–09 mövsümünün son matçı olan Sivasspor matçında oldu. 23 iyun 2010-cu ildə onun "Qalatasaray" dan "Ankaragücü" yə 1,3 milyon TL qarşılığında transfer edildiyi açıqlandı.
Özkan Uğur
Raif Özkan Uğur (17 oktyabr 1953, İstanbul – 8 iyul 2023, İstanbul) — Türkiyə musiqiçisi, kino və televiziya aktyoru, MFÖ qrupunun üzvü. == İlk İlləri == Özkan Uğurun atası Hurşit Uğur "Şehir Hatları" şirkətində baş mühəndis işləyirdi. Ailənin 5-ci övladı olan Uğur Reşat Nuri Güntekin İbtidai məktəbində oxuyarkən mandolinlə tanış olub. Fənərbaxça Liseyində oxuyarkən onun musiqi sevgisi üstünlük təşkil edir. Əvvəlcə "Atomiklər" adlı özfəaliyyət qrupu yaradıb, dövrün məşhur mahnılarını şərh ediblər. == Musiqi Həyatı == Musiqi karyerasına 1970-ci ildə bir çox məşhur adın da zaman-zaman qatıldığı Şerif Yüzbaşıoğlu Orkestrində başlayıb. 1971-ci ildə "Kızıltoprakda" tanış olduğu Mazhar Alanson və Fuat Güner və ilk qrupu "Kaygısızlar" ilə peşəkar bas gitara çalmağa başlayıb. O zaman Sadık Kuyaş da qrupda bas ifaçısı idi. Bir müddət birlikdə oynadıqdan sonra Kuyaş qrupdan ayrıldı və Uğur qrupun yeganə basçısı oldu. "Kaygısızlar" dağıldıqdan sonra 1972-ci ildə Barış Mançonun ona yoldaşlıq etmək üçün qurduğu "Kurtalan Ekspres" rok qrupunun ilk komandasında yer alıb və Ankara Dedemanda ilk konsertində iştirak edib.
Uğur Yücəl
Uğur Yücəl (türk. Uğur Yücel; 26 may 1957, İstanbul) — Türkiyəli aktyor, rejissor, ssenarist və prodüser. Teatr Konservatoriyasının İstanbul filialını bitirib. İstanbulda yaşayır və Derya Alabora ilə evlidir. == Həyatı == Uğur Yücəl 1957-ci ildə İstanbulda anadan olub. İstanbul Bələdiyyə Konservatoriyasının Teatr fakültəsini bitirib. 1975-1984-cü illərdə Kenter Teatrında, Tef Kabare Teatrında, Dormen Teatrında və Şan Musiqi Salonunda müxtəlif tamaşalarda oynayıb. "Selamsız Bandosu" və "Muhsin bəy" (1987) filmlərində oynadığı rollarla böyük rəğbət qazanıb. 90-cı illərin əvvəllərində siyasətçi imitasiyaları və stand-up şouları ilə adından söz etdirib. Sezən Aksu və Müjdə Ar ilə ayrı-ayrı səhnə şouları da təşkil edib.
Budur (musiqi albomu)
Budur - Türk müğənni Atiyənin üçüncü studiya albomu. == Albom haqqında == Albomda olan musiqilərin əksəriyyətinin söz və musiqiləri şəxsən Atiye tərəfindən yazılmışdır. Albomda 10 musiqi yer alır. Albomdan olan ilk sinql albomla eyni adı daşıyan Budur (mahnı) sinqlıdır. Musiqisi Houssam Habib-ə, sözləri isə İsra Gülümser-ə aiddir. Alboma aid olan bütün promo şəkillər Nihat Odabaşı tərəfindən çəkilib. Budur sinqlı ttnet.com saytında gün ərzində 50 min dəfədən artıq dinlənərəq rekord səviyyəsinə çatmışdır. Atiye albomundakı tək bir musiqinin bu qədər dinlənilməsinin onun üçün fəxr olduğunu deyib. İskender Paydaş, Ozan Çolakoğlu və Volga Tamöz ilə işləyən musiqiçiyə albomundakı Güzelim mahnısında Sultana, Yoksun mahnısında isə DJ Geveze yoldaşlıq edib. Batum Türküsü və sözlərinin yarısı ərəbcə yarısı türkcə olan Hali Hali Hal adlı iki anonim əsərin də yer aldığı albomda, Budur (mahnı) mahnısının Suat Ateşdağlı tərəfindən remiksi də var.
MKE Uğur 44
Türkiyənin ilk yerli təlim təyyarəsi olan MKE Uğur 44, 1954-cü ildə Maşınqayırma və Kimya Sənayesi Müəssisəsi tərəfindən istehsal olunmağa başlanmışdır. Onun istehsal məqsədi Türkiyə Hərbi Hava Qüvvələri üçün hərbi pilotlar hazırlayan Türkiyə Hərbi Hava Qüvvələri Akademiyasının uçuş məktəbində hərbi təlim təyyarəsi kimi xidmət etmək idi. Bu çərçivədə 1955-1957-ci illərdə kütləvi istehsala başlanılmış və bu müddət ərzində cəmi 57 təyyarə istehsal edilmişdir. İlk missiya uçuşunu 1955-ci ildə edən MKE Uğur 44 təyyarəsi 1962-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrində son missiya uçuşunu həyata keçirmişdir. Lakin 1969-cu ilə qədər Türk Hava Təşkilatının tərkibində uçuşlarını davam etdirmişdir.
Sətirlər (Turan Uğur)
Sətirlər — Dünya və Azərbaycan ədəbiyyatının poetik nümunələrilə ömürlərə sətir-sətir yazılacaq "Sətirlər" verilişi AzTV-nin "Mədəniyyət" kanalında hər həftənin 4-cü günü saat 21:15 də yayımlanır. İlk buraxılışı 2019-cu ilin aprelin 1 də efirə gedən proqram məşhur İspan şairi Federiko Qarsia Lorkaya həsr olunmuşdu. Proqramın ssenari müəllifi "Mədəniyyət" kanalının "Buraxılış və əlaqələndirmə şöbəsinin" redaktoru, gənc şair Turan Uğurdur.(İsmayılzadə Turan Asif oğlu) Verilişin aparıcısı: Xalq artisti, füsunkar aktrisamız, Mehriban Zəkidir. Verilişin redaktoru: Yazıçı, jurnalist Azər Qismətdir. Verilişin quruluşçu rejissoru: Bəhram Yaqublu, quruluşçu operatoru Müşfiq Qasımovdur. Baş redaktor: Əməkdar jurnalist, Flora Xəlilzadədir. Verilişdə Mikayıl Müşfiq, Rəsul Rza, Nigar Rəfibəyli, Məmməd Araz, İsmayıl Şıxlı, Nüsrət Kəsəmənli, Camal Yusifzadə, habelə Lorka, Yesenin, Hüqo, Düma, Mopassan kimi ədiblərin həyat və yaradıcılıqlarına yer ayrılıb.
Bulqur
Bulqur — Buğda yarması ilə hazırlanan Anadolu yeməyidir. Taxıl yemək qrupuna aiddir. Bulqur mühüm və ekonomik karbonhidrat yağıdır. == Hazırlanması == Bulqurun əsas inqridenti olan buğda, yeməyin ən mühüm əlamətidir. Çünki buğdanın tərkibində kəpək, çinqo, maqnezium, xrom, selenium var. B12-dən başqa bütün B vitamini maddələridə vardır. == Xüsusiyyəti == Bulqur insanın qanında olan yağları məhv edir. Karbonhidrat dəyəri yüksək, proteyn dəyəri azdır. Bulqurda olan B1 vitamini, sinir və həzm sistemində böyük rol oynayır. Uşaq və hamilə qadınlar üçün çox faydalı qidadır.
Uğur üçün su tökmək
Uğur üçün su tökmək — Azərbaycan, Bolqarıstan, Ermənistan, İran, İraq, Serbiya, Şimali Makedoniya, Türkiyə və digər yaxın ölkələrdə xalq adəti. Xalq inancına görə, səfərə və ya bir işə gedən adamın arxasınca su tökmək xeyir gətirir. Bu, səfərin və ya işin xoşbəxtcəsinə sonlanması üçün edilir. Bu adət məktəbə, imtahana, iş müsahibəsinə, orduya və s. yerlərə gedəndə də edilir.Balkan yarımadası ölkələrinin etnologiyasında belə hesab edilir ki, tökülən və ya axan su mobilliyi və hərəkətin rahatlığını simvolizə edir. Buna səbəb onun dayanmaması və ya ilişib qalmamasıdır. Beləliklə, suyun tökülməsi kiminsə başladığı işin baş tutması üçün edilir ki, o da tökülən su kimi rəvan getsin. Bəzi ərazilərdə su töküləndə belə deyilir: "O, su kimi təmiz və aydın getsin".
Buqut abidəsi
Buqut yazısı — Monqolustan Xalq Respublikası sərhədləri daxilində Buqut dağı yaxınlığındakı bir ovada ucaldılmış, I Göytürk xaqanlığı dövrünə aid dikli daş.Bilinən qədim türk bengi daşlarındandır. 572-580-ci illər arasında keçən tarix hadisələrdən bəhs edildiyi bioqrafik və didaktik əsərdir.Adını Arhanqay Aymaq elinin Bayn Tsaqaan Gol (Müqəddəs Bəyaz göl) bölgəsindəki Buqut dağından almışdır. Bu dağın təxminən 10 km şərqindəki geniş ovada inşa edilmişdir. Birinci Göytürk xaqanlığı dövrünə aid xatirə məzar külliyyəsindəki əsərlərdəndir. Abidə tısbağa formalı daş üzərində oturdulmuşdur.Abidənni yeri 1956-cı ildə monqol elm xadimi Ts. Dorjsüren tərəfindən aşkarlanmışdır. Buqut abidəsi və bu abidəyə aid tısbağa formalı daş bu gün Çeçerleq muzeyinin baxçasındakı açıq sahədə nümayiş etdirilir. == İçindəkilər == I Göytürk xaqanlığı dövrünə aid abidənin üç üzündə Soqd hərfləri ilə yazılmış soqdca mətni, bir üzündə isə brahmi hərfləri ilə yazılmış sanskritçə mətn əks olunmuşdur. Mətnlərdə 572-580-ci illərdə baş vermis tarixi hadisələrdən bəhs edilməkdədir. Sözü gedən tarixi hadisələrə daxildir: “Türk/Bilgə/Xaqanı Nivarın Mahan Tiginin ölümündən sonra bir bengü daşın dikilməsini buyurması”, “Mahan Tigin və Muhan Xaqanın ortaq hökmdarlıqları”, “Mahan Tiginin taxta çıxışı”, “Mahan Tigin ilə Ttapar Xaqanın ortaq hökmdarlıqları”.
Pyer Buger
Pyer Buyer — fransız alimi, fotometriyanın banilərindən biri, Paris Elmlər Akademiyasını üzvü (1731). == Fəaliyyəti == Vanndakı yezuit məktəbində tərbiyə almışdır. 1735–43-cü illərdə Yerin formasını müəyyən etmək məqsədilə Peruda dərəcə ölçüləri aparan ekspedisiyanın elmi rəhbəri olmuşdur. Tədqiqatları fiziki optikaya, astronomiyaya, geodeziyaya, hidroqrafiyaya, gəmi nəzəriyyəsinə həsr olunmuşdur. “İşığın miqdarı” anlayışını və fotometriyanın digər anlayışlarını irəli sürmüş, fotometrik cihazları təsvir etmiş, işığın parlaqlığının ölçülməsi üsullarını işləyib hazırlamışdır. 1729-cuildə işıq dəstəsi intensivliyinin mühitdə zəifləməsi qanununu müəyyən etmişdir (Buger-Lambert-Ber qanunu). Gəmiçilik işinin inkişafında böyük rol oynamış“Gəmi haqqında traktat” (1746) və “Şturman sənətinin nəzəriyyə və praktikasını əhatə edən naviqasiyaya dair yeni əsər”in (1753) müəllifidir. == Tanınması == Marsda A krateri onun şərəfinə adlandırılmışdır. Həmçinin A ay krateri və bir asteroid də onun adınadır.
Azğur
Azğur (gürc. აწყური Atskuri) — Gürcüstannın Samtsxe-Cavaxeti bölgəsinin Axaltsixe bələdiyyəsində kənd. == Toponimkası == Keçmişdə Axısqa türklərinin yaşayış məntəqələrindən idi. Görkəmli ictimai xadim Ömər Faiq Nemanzadənin doğulduğu kənddir. Budaqov və Qeybullayevin fikrincə, toponim Səlcuqi oğuzlarının Yazqur tayfasının adını əks etdirir. == Kənddə doğulanlar == Ömər Faiq Nemanzadə Məmmədzəki Dursunzadə Məmmədəmin Şeyxzadə Şəfiqə Əfəndizadə Fuad Əfəndiyev valideynləri Gürcüstanın Axıska bölgəsinin Azğur kəndindən olmuşdur.
Babur
Qazi Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) (14 fevral 1483 — 26 dekabr 1530) — Böyük Moğol İmperiyasının qurucusu və ilk hökmdarıdır. Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Xətti Babur deyilən yazı sistemini təkmilləşdirən Babur eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur. == Soyu və ailəsi == Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi.Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş monqol boyu idi. Monqolların gizli tarixi (rus. Монголын Нууц Товчоо) adlı əsərə görə barlaslar boruciginlərlə bir soydan gəlir.
Bakur
Bakur — qədi türk dillərində bək "knyaz" "qəbilə başçısı" və ur (uru) "oğlan uşağı", bütünlükdə "Bəy – oğul" mənasında. Erməni tədqiqatçıları bu Bakur adını yəhudilərdə Bəkor "ilkin", "ilk doğulan" (ərəblərdə Bəkir) adı hesab edir və onun Qafqaz Albaniyasına xristian dini ilə gətirildiyini yazırlar. Bu səhvdir. III əsrdə şimaldan Gürcüstana gəlmiş türkdilli çinlilərin başçısının adı Çin-Bakur (çin sözü türkcə "qüvvətli" deməkdir, məsələn, Çin-Timur və b.) idi. Eranın ilk əsrlərində nəinki şimalda yaşayan türk xalqları, heç Zaqafqaziya xalqları xristian deyildilər. Qədim türkcə bakur həm də "böyük" mənasındadır, bəlkə də Bakur məhz "adsanca böyük" deməkdir.
Batur
Batur — türk, altay və monqol mifologiyasında, monqol/moğol mənşəli bator/baatar Türkcə "bat" sözünün kökündən gəlir, monqolcada olduğu kimi başqa Türk dillərində də dəyişik formaları var, əfsanələrdə, nağıllarda ümumi olaraq qəhrəman mənasında istifadə edilən söz. Batır, Bağatur, Bogatur, Bagatır, Batar, Bağatar, Bahadır olaraq da deyilir. Vuruşçu, igid adam. Monqolustanın Paytaxtı Ulan-Bator (Ulağan Bağatur)un adının mənası "Qırmızı Qəhrəman" deməkdir. Bu ad hər nə qədər sosialist dövlət tərəfindən qoyulmuş olsa da, monqol tarixi ilə də əlaqəlidir. Qəhrəmanlıq anlayışı bəşəriyyətin və insan olmağın ortaq nəticələrindən biridir. == Etimologiya == Türkcə (Bat/Mat) kökündən törəmişdir. Yıxmaq mənası vardır. Böke köküylə də əlaqəlidir. Böke, daim qazanan deməkdir.
Buger-Lambert-Ber qanunu
Buger-Lambert-Ber qanunu — uducu mühitdən keçərkən monoxromatik işıq dəstəsinin intensivliyinin zəifləməsini müəyyən edir (çox vaxt Buger qanunu adlanır). == Haqqında == I0 intensivlikli işıq dəstəsi l qalınlıqlı uducu maddə təbəqəsindən (layından) keçərkən ''I=I0 exp(–kλl)' intensivliyinə qədər azalır; burada kλ– müxtəlif dalğa uzunluğu üçün müxtəlif olan udulma əmsalıdır. 1729-cu ildə Pyer Bugerin eksperimentlə müəyyən etdiyi bu qanunu 1760-cı ildə İ. H. Lambert sadə fərziyyələrlə nəzəri cəhətdən əsaslandırmışdır: z qalınlıqlı maddə təbəqəsindən keçərkən işığın intensivliyinin nisbi dəyişməsi dI/I= – kλ z tənliyi ilə müəyyən olunur. Bu tənliyin həlli Buger-Lambert-Ber qanunu adlanır. == Fiziki mahiyyəti == Qanunun fiziki mahiyyəti udulmanın (fotonitkisinin) maddədən keçən işığın intensivliyindən asılı olmamasıdır, lakin işığın çox böyük intensivliklərində qanun pozula bilər və bu halda 'kλ intensivlikdən asılı olur. 1852-ci ildə alman alimi A. Ber bu qanunu uducu olmayan həlledicilərdəki işıquducu maddə məhlulları üçün ümumiləşdirmişdir. == Məhlullarda tətbiqi == Məhlullar üçün udulma əmsalı kλ=χλC şəklində yazıla bilər; burada C – həllolunmuş maddənin konsentrasiyası, χλ – uducu maddə molekulunun λ dalğa uzunluqlu işıqla qarşılıqlı təsirini xarakterizə edən yeganə konsentrasiyalı məhlulun udulma əmsalıdır və konsentrasiyadan asılı deyildir. Ber düsturu vasitəsilə udulmanı ölçməklə kimyəvi analizi mürəkkəb olan maddələrin konsentrasiyasını tez təyin etmək olur, lakin uducu maddənin konsentrasiyası kifayət qədər böyük olduqda bu düsturdan kənara çıxmalar müşahidə edilir.
Boyur
Boyur — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Boyur kəndi dağətəyi ərazidədir. Toponim qədim türk sözü olan və "dağ döŞü", "dağ yamacı" mənalarını bildirən bair sözünun yerli tələffüz formasıdır. Ərazini relyef cəhətdən təsvir edir.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Buduq
Buduq — Azərbaycan Respublikasının Quba rayonunun eyni adlı inzibati ərazi vahidində kənd və həmin ərazi vahidinin mərkəzi. Şahdağ xalqlarının nümayəndələrindən biri olan buduqluların tarixi, mərkəzi iqamətgahı. Quba xanlığı dövründə Buduq mahalının, Çar Rusiyası dövründə Buduq sahəsinin, SSRİ dövründə Buduq kənd sovetliyinin, hazırda Buduq bələdiyyəsinin mərkəzi (1999-cu ildən). Şimaldan-Karlac, Suxtəkələ, Tülər, Əlik və Xəngah Şərqdən-Söhüb Cənubdan-Rük Qərbdən Zeyid və Yergüc kəndləri ilə həmsərhəddir == Tarixi == Qədim tarixə məskənlərin bolluğu ilə seçilən Qubanın topanimakasına nəzər salsaq burada neçə-neçə yüzillər bundan əvvəl xatırlanan yeradlarının bolluqunu görərik. Buduq belə məskənlərdən biridir. Qubanin 64;km cənubi-qərbində, Qaraçayın sol sahillində 2 km aralı, Böyük-Qafqazın yan siisiləsinin yamacında yerləşən Buduq kəndi buduqluların yaşayış məskəni olmuş və indi də əsas yaşayış yerləri olaraq qalmaqdadır. Buduq yastanında Gülxana(Güləxana)karst maqarasının və eləcə də Qaraçayın sağ sahilində Əmbərə dağında insan əli ilə yonulmuş Qaşa mağarasının olması həmin ərazidə ibtidai insanların yaşadığından soraq verir. Meşəsiz dağll yamacda yerləşən Buduqun stareşi əhəmiyəti də böyükdür. Buduq kəndində buduq dilində danışan, buduqlular yaşayır. Buduq etnik qrupu, tarixi və etnoqrafik tərəfdən çox az araşdırılıb.
Bunud
Bunud — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin adı keçən əsrə aid olan bir mənbədə Bunut formasında göstərilmişdir. XIX əsrin ikinci yarısında Vəndam kəndindən əmələ gəlmiş dörd kiçik məntəqədən biri-Buntdan söhbət gedir. Görünür Bunt məntəqəsi yaranmazdan əvvəl Bunut yer adı olub. Naməlum toponimlərdən sayılır və ümumiyyətlə mənası bəlli olmayan bu toponimlər Qafqaz mənşəli adlardır ki, zaman keçdikcə təhrif olunub, ya da Azərbaycan dilinin təsiri altında fonetik dəyişikliyə uğrayıb. Ancaq xalq yaddaşına əsaslansaq hər bir yurd yerinin yaranışı ilə bağlı fərziyyələr səslənir. Bu kəndin də qədim olduğu söylənilir. Hazırda 900 nəfər əhalidən ibarətdir. Əhali heyvandarlıqla məşğul olur, tərəvəz yetişdirir, taxıl sahələri, sarı buğda zəmilərinə xüsusi qulluq edirlər. Elektron ATS-i var.
Buruq
Buruq — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Ərazisi 5 km² (504 ha), əhalisi 368 nəfər (2016). Etnik tərkibi: 85 % azərbaycanlı və qarışıq, 15 % talış. Adının mənası qədim talış dilində "isti yer", "güney" deməkdir. Kənddə Alihəmdəm, Qulamlı, Məcidli, Dadi, Bağırlı, Ağayarlı-Ruhullahlı və Cəfərli tayfaları yaşayır.Ağayarlı tayfasının qədim İran-Parfiya sülaləsi Mehranilər>dən gəldiyi güman olunur. Kənddə tayfa münasibətləri daim gərgin olmuşdur == Tarixi == Buruq kəndi XVIII əsrdən mövcud olsa da, onun ərazisində Paleolit və Tunc dövrü məskənləri aşkar edilmişdir.Belə ki, Gilgil, Xortaxaran, Haləsər, Kalannığıl, Sığəsər, Bicar və Loçığ kimi qədim yaşayış məskənlərinin tarixi min illərlə ölçülür. Kənd ərazisindəki toponimlərin əksəriyyəti talış dilindədir.[mənbə göstərin] == Coğrafiyası == Talışın orta dağlıq hissəsində yerləşən Buruq kəndi əsasən Neogen çöküntülərindən ibarət yamaclarda yerləşir. Ən hündür nöqtəsi Qızqotəpə 957 m-dir.Ərazisinin 15 %-i qiymətli Hirkan meşələri ilə örtülüdür. İqlimi mülayim-isti, rütubətlidir (600–800 mm). Çay şəbəkəsi sıxdır.
Burğu
thumb|right|100px|Polad burğusu: Təpə bucağı 118°, Tilin mailliyi 27° Burğulama — metalların və süni materialların deşilməsində tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün tətbiq olunan alətə burğu deyilir. Burğu çevrəvi deşiklərin tam materialda açılması üçün tətbiq olunur. Burğulama prosesində kəsmə iki hərəkətin cəmi nəticəsində yaranır: fırlanma - burğu və hissə, hər ikisi fırlanır, uzununa hərəkət - oxboyu veriş.Burğulama həm də artıq açılmış deşiklərin böyüdülməsi üçün də tətbiq olunur. Konstruksiyasına görə aşağıdakı növləri vardır: spiralvari, lələkli, dərinlik burğuları, mərkəzləyici, burğulama başlıqları, üzükformalı.Ən geniş yayılmış növü spiralvari burğudur. O müxtəlif həndəsi formalı deşiklərin hazırlanması üçün tətbiq olunur. Adətən tezkəsən alət poladından və ya da bərk xəlitədən hazırlanır. Burğuların ölçüləri normativləşdirilib. Onlar tətbiq sahələrindən asılı olaraq müxtəlif dəqiqliyə malik olurlar. Spiralvari burğuların tilləri konus formasında olur.
Avqur
Avqur (lat. augur; an avis – quş) — Qədim Romada keşiş və məmur. O, quşların uçuşu, ötməsi və ya qar-qar etməsi ilə gələcəyi proqnozlaşdırırdı – auspisiya ilə məşğul olurdu. == Tarixi == Qədim Romada açıq falçılıq yalnız avqurlar kollecinin üzvlərinə icazə verilirdi. O, birinci Roma çarı Romul tərəfindən himayə üçün təsis edilmişdir. Kahinlərin tutduqları vəzifə ömürlük idi. Əvvəlcə onların sayı 3 ilə məhdudlaşdı. Yuli Sezar onların sayını 16-ya çatdırmışdır. Onlara işarələr əsasında məmurlara və hərbi xadimlərə məsləhət vermək vəzifəsi qoyulmuşdu. Heç bir hərbi müəssisə və ya islahat avqurlara ilkin müraciət olmadan tamamlanmırdı.
Azqur
Azğur (gürc. აწყური Atskuri) — Gürcüstannın Samtsxe-Cavaxeti bölgəsinin Axaltsixe bələdiyyəsində kənd. == Toponimkası == Keçmişdə Axısqa türklərinin yaşayış məntəqələrindən idi. Görkəmli ictimai xadim Ömər Faiq Nemanzadənin doğulduğu kənddir. Budaqov və Qeybullayevin fikrincə, toponim Səlcuqi oğuzlarının Yazqur tayfasının adını əks etdirir. == Kənddə doğulanlar == Ömər Faiq Nemanzadə Məmmədzəki Dursunzadə Məmmədəmin Şeyxzadə Şəfiqə Əfəndizadə Fuad Əfəndiyev valideynləri Gürcüstanın Axıska bölgəsinin Azğur kəndindən olmuşdur.