BUXARİ
BUXURDAN
OBASTAN VİKİ
Ko (buxur)
Yapon buxuru (香, ko) – Yaponiyada istifadə olunan ənənəvi buxur. Meditasiya, dini mərasim, aromaterapiya və ya xoş qoxu kimi məqsədlər üçün istifadə olunur. Yapon buxuru ilə məşğul olmaq sənəti kodo adlanır. == Tarixi == Buxur Yaponiyaya Çin vasitəsilə gəlmişdir. Yaponiyada buxur yandırılmasından bəhs edən ən qədim mənbə "Nihon Şoki" xronikasıdır. Buxur ilk dəfə 595-ci ildə İmperatriça Suiko və Şahzadə Şotokunun dövründə istifadə olunmuşdur. Şotoku buddizmin Yaponiyadakı təbliğatçısı idi və buxur buddizmdə geniş istifadə olunurdu. Onun da təsiri altında buxur qısa müddətdən sonra populyarlaşmış və evlərdə də istifadə olunmağa başlanmışdır. Xüsusilə, saray əyanları buxur yandırmağı sevirdilər. Müxtəlif istehsalçılar öz buxurlarını hazırlamağa başlamış və yapon buxurunu yaratmışdırlar.Buxur yandırmaq praktikası Heyan dövrünün saray həyatını əks etdirən "Gencinin hekayəsi" romanında təsvir edilmişdir.
Ağımtıl buxurkolu
Ağımtıl buxurkolu (lat. Cistus albidus) — buxurkolukimilər fəsiləsinin buxurkolu cinsinə aid biki növü. == Təbii yayılması == Aralıq dənizi ölkələrində rast gəlinir. == Botaniki təsviri == Uzunsov və ya oval-lansetvarı,bozumtul-ağ,möhkəm tükcüklərlə örtülmüş koldur.Çəhrayı,5 ləçəkli,iri çiçəkləri budaqların uclarında kiçik qruplara yığılmışdır.Maydan iyuna qədər çiçəkləyir.Çiçəkləri çoxləçəkli olmayan qızılgülə bənzəyir,ləçəklərin bünövrəsində çox vaxt qırmızı və ya bənövşəyi xallar olur.Çiçəkləri uzunömürlü deyil,səhər onların kağıza bənzər ləçəkləri açılır,axşam tökülür,solmuş çiçəklərin yerinə iyunun əvvlindən avqustun ortalarınadək yeni qönçələr əmələ gətirir. == Ekologiyası == Buxurkolu əlverişli olmayan şəraitdə qeyri münbit,qumlu və əhəngli torpaqda,dəniz sahilində bitir.Kölgə və şaxtalar ona pis təsir göstərir. == Azərbaycanda yayılması == Abşeronda park və bağçalarda,bəzi özəl həyətyanı sahələrdə rast gəlinir. == İstifadəsi == Bitki aromoterapiyada,içkilərin,qənnadı məmulatlarının hazırlanmasında,ekstraktı qankəsici kimi,saçların bərkidilməsində,dəri xəstəliklərində istifadə edilir. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Buxurkolu
Buxurkolu (lat. Cistus) - buxurkolukimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Buxurkolu:The Plant List saytında takson barədə məlumat.
Buxurkolukimilər
Buxurkolukimilər (lat. Cistaceae) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Krım buxurkolu
Krım buxurkolu == Təbii yayılması == Krımda, Cənubi Qafqazın qərbində, Şərqi Aralıq dənizi sahillərində təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 0,5-1 m-ə çatan kiçik koldur. Yarpaqlarının uzunluğu 1-5 sm, eni 1-2 sm olub, qırışlı, uzunsov-yumurtavari, boz-yaşıl rəngli və üzbəüz düzülüşlüdür. Çiçəklərinin diametri 4,5-5 sm, çəhrayı rənglidir. Krım buxurkolunun yarpaqlarında və cavan zoğlarında aromatik qatran (buxur adlanan) ifraz edən vəziciklər vardır. Kasayarpaqları 5, bəzən 3 ədəd olub hamısı eynidir və ya 2 üstdə yerləşənlər daxildə olanlardan fərqlənir; ləçəkləri 5 ədəd, qırmızı, çəhrayı və ya ağ, bünövrəsi sarıdır; erkəkcikləri çoxdur, hamısı meyvə verəndir; dişicik ağzı böyük, başcıqlı, oturaq və ya sütuncaqda yerləşir. Meyvəsi 8 mm uzunluğunda, 5 laya açılan, tüklü və oval qutucuqdur. May-iyun aylarında çiçəkləyir, meyvələri iyul-avqustda yetişir. Toxumla çoxaldılır. == Ekologiyası == Torpağa az tələbkardır, qeyri-münbit torpaqlarda da inkişaf edir.
Yapon buxuru
Yapon buxuru (香, ko) – Yaponiyada istifadə olunan ənənəvi buxur. Meditasiya, dini mərasim, aromaterapiya və ya xoş qoxu kimi məqsədlər üçün istifadə olunur. Yapon buxuru ilə məşğul olmaq sənəti kodo adlanır. == Tarixi == Buxur Yaponiyaya Çin vasitəsilə gəlmişdir. Yaponiyada buxur yandırılmasından bəhs edən ən qədim mənbə "Nihon Şoki" xronikasıdır. Buxur ilk dəfə 595-ci ildə İmperatriça Suiko və Şahzadə Şotokunun dövründə istifadə olunmuşdur. Şotoku buddizmin Yaponiyadakı təbliğatçısı idi və buxur buddizmdə geniş istifadə olunurdu. Onun da təsiri altında buxur qısa müddətdən sonra populyarlaşmış və evlərdə də istifadə olunmağa başlanmışdır. Xüsusilə, saray əyanları buxur yandırmağı sevirdilər. Müxtəlif istehsalçılar öz buxurlarını hazırlamağa başlamış və yapon buxurunu yaratmışdırlar.Buxur yandırmaq praktikası Heyan dövrünün saray həyatını əks etdirən "Gencinin hekayəsi" romanında təsvir edilmişdir.

Digər lüğətlərdə

избира́тель канто́н намола́чивание связи́ст сма́нивание вариа́бельность ветерина́рный вы́хвалить коловоро́т ли́ственничник не я буду, если не отделять овец от ко́злищ разбаза́риться расстана́вливаться тагаш торки constant galenical judgeship water-bus витютень касательство ковровщик материал провялить