Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bulanıq
Bulanıq (türk. Bulanık) — Muş ilinin ilçəsi.
Bulanıq məntiq
Qeyri-səlis məntiq, həmçinin bax bulanıq məntiq və ya qeyri-səlis çoxluq nəzəriyyəsi — dəyişənlərin həqiqət dəyərinin 0 və 1 arasında istənilən həqiqi ədəd ola biləcəyi çoxqiymətli məntiq forması. Qismən həqiqət anlayışını idarə etmək üçün istifadə olunur. Burada həqiqət dəyəri tamamilə doğru və tamamilə yalan arasında dəyişə bilər. Bunun əksinə olaraq, Bul məntiqində dəyişənlərin həqiqət dəyərləri yalnız 0 və ya 1 tam ədədlər ola bilər. Qeyri-səlis məntiq termini 1965-ci ildə Azərbaycan riyaziyyatçısı Lütfi Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsi təklifi ilə təqdim edilmişdir. Qeyri-səlis məntiq 1920-ci illərdən, xüsusilə Lukaseviç və Tarski tərəfindən sonsuz qiymətli məntiq kimi öyrənilmişdir.Qeyri-səlis məntiq insanların qeyri-dəqiq və rəqəmi olmayan məlumatlara əsaslanaraq qərarlar qəbul etməsinin müşahidəsinə əsaslanır. Qeyri-səlis modellər və ya qeyri-səlis çoxluqlar qeyri-müəyyənliyi və qeyri-dəqiq məlumatı təmsil edən riyazi vasitələrdir. Bu modellər qeyri-müəyyən olan məlumatları tanımaq, təmsil etmək, manipulyasiya etmək, şərh etmək və istifadə etmək qabiliyyətinə malikdir.Qeyri-səlis məntiq idarəetmə nəzəriyyəsindən süni intellektə qədər bir çox sahəyə tətbiq edilmişdir. == Ümumi baxış == Klassik məntiq yalnız doğru və ya yalan olan nəticələr çıxarmağa icazə verir. Bununla belə, dəyişkən cavablı hökmlər də var.
Balıq
Balıqlar (lat. Pisces) – Orqanizminin bütün mərhələsində qəlsəmə ilə tənəffüs etmək xüsusiyyətinə malik olan çənəağızlı onurğalı su heyvan qruplarının sinifüstü. Balıqların əksəriyyəti bütün ömrü boyu qəlsəmələrlə, az qismi isə həm də atmosfer havası ilə tənəffüs edir. Bəzi növlərdə əlavə tənəffüs orqanları inkişaf etmişdir. Balıqlarda hərəkətli çənələr, tək və cüt üzgəclər əmələ gəlmişdir. Tək üzgəclərə bel, quyruq və anal üzgəcləri, cüt üzgəclərə isə döş və qarın üzgəcləri aiddir. Başın üstündə öndə bir cüt qoxu dəliyi yerləşir. Dərinin üzəri, adətən, pulcuqlarla örtülü olur. Bədən forması çox müxtəlifdir. == Təsnifatı == Sümüklü balıqlar sinfi Şüaüzgəcli balıqlar (Actinopterygii) yarımsinfi Qanoid balıqlar (Ganoidomorpha) infrasinfi Sümüklü balıqlar (Teleostei) infrasinfi Xoanlar (Sarcopterygii) yarımsinfi İkitənəffüslülər (Dipnoi) dəstəüstü Pəncəüzgəclilər (Crossopterygii) dəstəüstü Qığırdaqlı balıqlar sinfi Yastıqəlsəməlilər (Elasmobranchii) Bütövbaşkimilər (Holocephali) Akantodlar sinfi (nəsli kəsilib) Plakodermalar sinfi (nəsli kəsilib) Antiarchi yarımsinfi Arthrodira yarımsinfi Petalichthyda yarımsinfi Phyllolepida yarımsinfi Ptyctodontida yarımsinfi Rhenanida yarımsinfitənəffüs sistemi su ilə qan damarları arasındakı xarici tənəffüs, qan ilə toxumalar arasındakı daxili tənəffüs olmaqla 2 hissədən ibarətdir.
Suda adası
Suda adası (yun. Σούδα)- Krit adasının şimal-qərbində Suda buxtasının sahilində yerləşən Yunanıstana məxsusdur. == Tarixi == Mühüm strateji mövqeyə məxsus olan bu ada Suda buxtası sahillərində yerləşir. XVI əsrdə venesiyalılar burada adada qala inşa etmişdilər. 1669-cu ildə Krit adası Osmanlı İmperiyası tərəfindən işğal edildikdən sonra, 1715-ci ilə kimi 46 il ərzində ada venesiyalılar adada hökmranlıq etmişdirlər. Bu üç qala Venesiyanın mühüm ticarət yollarını qoruyurdu.Həmçinin türklərlə yeni bir müharibə üçün strateji əsaslar kimi xidmət edirdi. == Müasir vəziyyəti == Hal-hazırda Suda körfəzinin suları mövcud NATO bazasıdır. Bu adaya turistlərin daxil olması belə qadağan edilmişdir. XVI əsrin Venesiya qalasının qalıqları adada saxlanılır.
Ağ balıq
Ağ balıq (lat. Huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Balıq xalçaları
Balıq xalçaları — Qarabağ xalçaçılıq məktəbinə aid olan xovlu xalça. == Ümumi məlumat == Çox geniş yayılmış Qarabağ tipli bu xalçalar ölkəmizin şimal hissələrində "Balıq" adını almışdır, Cənubi Azərbaycanda isə bu xalçalara "Moxi"" ("Maxi-balıq") deyilir. "Balıq" xalçalarının Qarabağın bütün xalçaçılıq müəssisələrində toxunmasına baxmayaraq, onun əsas istehsal edildiyi yer – onun mərkəzi Bərdə şəhəri olmuşdur, XVIII əsrin II yarısından isə bu xalçalar Şuşada da istehsal olunmağa başladı. XIX əsrin II yarısından Şuşa şəhərində istehsal olunan xalçaların təxminən 35%-i "Balıq" tipinə aid idi. Keçən əsrin 70 – 80-ci illərindən kimyəvi boyaq maddələrinin meydana çıxması ilə əlaqədar bu xalçaların istehsalı tənəzzül etdi. Bunun əsas səbəbi açıq bazarlar, fərdi satış, yeni xalçaçı dükanlarının yaranması, həmçinin xalçaların topdan satışının onların pərakəndə satışı ilə eyni səviyyədə inkişaf etməsi idi. Bu dövrdə İranın, Azərbaycanın ən böyük müəssisələrində "Maxi" ("Balıq") xalçaları və xüsusilə də, çoxlu sayda yüksək kateqoriyalı uzunsov xalçalar istehsal olunurdu. "Əraq", "Bicar", "Müstofi" kimi məşhur xalçalar "Balığ"ın təsvirləri əsasında toxunurdu. == Bədii analiz == Əvvəlcə xalçanın adına və onun lüğəti mənasına diqqət edilməlidir. Yalnız yerli usta və xalçaçılar deyil, həm də yerli və xarici incəsənətşünaslar bu xalça növünü "Balıq" adlandırırlar.
Balıq xalçası
Balıq xalçaları — Qarabağ xalçaçılıq məktəbinə aid olan xovlu xalça. == Ümumi məlumat == Çox geniş yayılmış Qarabağ tipli bu xalçalar ölkəmizin şimal hissələrində "Balıq" adını almışdır, Cənubi Azərbaycanda isə bu xalçalara "Moxi"" ("Maxi-balıq") deyilir. "Balıq" xalçalarının Qarabağın bütün xalçaçılıq müəssisələrində toxunmasına baxmayaraq, onun əsas istehsal edildiyi yer – onun mərkəzi Bərdə şəhəri olmuşdur, XVIII əsrin II yarısından isə bu xalçalar Şuşada da istehsal olunmağa başladı. XIX əsrin II yarısından Şuşa şəhərində istehsal olunan xalçaların təxminən 35%-i "Balıq" tipinə aid idi. Keçən əsrin 70 – 80-ci illərindən kimyəvi boyaq maddələrinin meydana çıxması ilə əlaqədar bu xalçaların istehsalı tənəzzül etdi. Bunun əsas səbəbi açıq bazarlar, fərdi satış, yeni xalçaçı dükanlarının yaranması, həmçinin xalçaların topdan satışının onların pərakəndə satışı ilə eyni səviyyədə inkişaf etməsi idi. Bu dövrdə İranın, Azərbaycanın ən böyük müəssisələrində "Maxi" ("Balıq") xalçaları və xüsusilə də, çoxlu sayda yüksək kateqoriyalı uzunsov xalçalar istehsal olunurdu. "Əraq", "Bicar", "Müstofi" kimi məşhur xalçalar "Balığ"ın təsvirləri əsasında toxunurdu. == Bədii analiz == Əvvəlcə xalçanın adına və onun lüğəti mənasına diqqət edilməlidir. Yalnız yerli usta və xalçaçılar deyil, həm də yerli və xarici incəsənətşünaslar bu xalça növünü "Balıq" adlandırırlar.
Balıq xəstəlikləri
Başqa canlılar kimi balıqlar da müxtəlif xəstəliklərə tutula bilirlər. Təbii su hövzələrində yaşayan balıqlar arasında təsadüf edilə bilən xəstəliklərin mənfi təsiri kəskin hiss olunmasa da, süni balıqartırma və göl (əmtəə) balıqçılıq təsərrüfatlarında bu təsir özünü kəskin surətdə göstərir. Belə ki, xəstəliklərə tutulan balıqlar böyümədən qalır, cinsiyyət üzvlərinin fəaliyyəti pozulur, ətinin keyfiyyəti pisləşir və yararsız hala düşür, bəzi hallarda isə onlar kütləvi qırılırlar. Odur ki, əmtəə (göl) balıqçılıq təsərrüfatlarının səmərəli təşkili və inkişaf etdirilməsi üçün ən vacib məsələlərdən biri də balıqlar arasında geniş yayılmış xəstəliklərin əlamətlərini, onların törəmə səbəblərini, xəstəlik törədicilərinin bioloji xüsusiyyətlərini bilmək, bu xəstəliklərə qarşı vaxtında səmərəli mübarizə tədbirləri həyata keçirməkdən ibarətdir. Azərbaycanda balıq xəstəliklərinin öyrənilməsilə Respublika Elmlər Akademiyası Zoologiya İnstitutunun və Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq İnstitutunun mütəxəssisləri məşğul olurlar. Adətən balıqlar arasında müşahidə olunan xəstəlikləri 2 qrupa bölürlər: 1. infeksion xəstəliklər və 2. invazion xəstəliklər. İnfeksion xəstəlikləri ibtidai birhüceyrəli orqanizmlər (viruslar, bakteriyalar, göbələklər, xırda yosunlar), invazion xəstəlikləri isə müxtəlif parazitlər törədirlər. az.m.wikipedia.org <ref> == İnfeksion xəstəliklər == '''Qırmızı ləkə''' xəstəliyi.
Balıq yağı
Balıq yağı — qida məhsulu Balıq yağı dünyada gənclik məlhəmi hesab edilir. Kaliforniya ştatının Amerikan Universitetindəki alimlər balıq yağının tərkibində Omeqa 3 olduğunu aydınlaşdırmış və bunun da insan orqanizminin gec qocalmasına səbəb olduğunu bildirmişdir. Tədqiqatlarda həkimlər də yer almışdır və onlar da insanın qan sistemində bu tərkibin əhəmiyyətli rolunu tibbi sahədən açıqlamağı bacarmışdır. Omeqa 3 xromosomlara da öz təsirini göstərir. Nəticədə insanın həyatı əhəmiyyətində rol oynayan şəbəkələrin müddəti çoxalır və orqanizmdə qocalma prosesi olduqca ləng gedir. Məhz buna görə də alimlər həftəlik qida rasionunda balığın rolunun mühüm olduğunu bildirmiş və xörəklərin tərkibində balıq ətinin istifadəsinin vacibliyini ortaya qoymuşdur. Balıqdan hazırlanan qidaların tərkibində Omeqa 3-ün olması hər bir orqanizm üçün xüsusi əhəmiyyətə malikdir. Balıq növlərinə görə siz qızılbalıq, sardina (Siyənəklər fəsiləsindən xırda balıq), skumbriya və ala balığa üstünlük verin. Həmçinin bu yağın tərkibi təxminən yunan qozu, toxumlu qabaq və soya bitkisində də vardır. Məhz bu qidaların insanın daha uzun yaşamasına yardım edir.
Balıq-əsgərlər
Balıq şorbası
Balıq şorbası – Azərbaycan və Türkiyədə balıqdan hazırlanan şorba növü. == Tarixi == Balıq şorbası reseptinə ilk dəfə 1844-cü ildə Mehmed Kamil tərəfindən yazılmış "Aşbazların sığınacağı" kitabında rast gəlinmişdir. == Hazırlanması == Balıq şorbasının tərkibi balıq, limon qabığı, duz, istiot, limon suyu, zeytun yağı, soğan, pomidor, kartof, balıq suyu, cəfəri, kəklikotu, çörək kimi inqredientlərdən ibarətdir.Balıq şorbası hazırlanarkən balıq qaba yerləşdirilir və üzərində limon qabığı, duz, istiot, limon suyu, zeytun yağı əlavə olunur. Soğan, pomidor, kartof, balıq suyu qazanda bişirilir və bir müddət sonra balıq da qazana qoyulur. Cəfəri və kəklikotu kimi göyərtilər də şorbaya əlavə oluna bilər. Balığın qılcıqlarından ayrılması üçün 15-20 dəqiqə bişirilir.
Balıq südü
Balıq südü - ərzaqdır. İlk dəfə Çilidə peyda olubdu. Onu suya töküb həll edib içmək olar. == İstehsalı == Balıq südünü Santiyaqoda balıq sənayesində istehsal olunur. Onlar zavodda balıq südününü toz variantda istehsal edirlər. Məhsul balıq iyi vermir. Çilidə deyillər ki, balıq südünü iri buynuzlu mal-qaranın qidalanmasında istifadə etmək olar. Buna görə 1970-ci ildən başlayaraq Çilidə bu sahədə yeni dövr başlayır. Həmçinin dondurma və pendir istehsalında istifadə edilir.
Balıq anodontu
Balıq anodontu (lat. Anodonta piscinalis) — Anodonta cinsinə aid növ. Şirinsulu göl və çaylarda yayılır. == Xariçi görünüşü == Çanağları iri, oval, dairəvi və zəif şişkin olub, nazik divarlıdır. Çanaqları müxtəlif rəngə çalır. Təpəciyi az şişkin və dairəvidir. Çanağın üzərində zəif dalğalı qırışları olur. Çanağın uzunluğu 109, hündürlüyü 65, şişkinliyi 37 mm-ə qədər olur. Növ çox dəyişkənlidir. Dəyişkənlik həm ölçüsündə, həm də çanağın qalınlığında hiss olunur.
Balıq ehtiyatları
Balıq ehtiyatları — su hövzələrində məskunlaşan, istifadə olunan və ya istifadə oluna bilən balıq növlərinin, digər su heyvanları və bitkilərinin mütləq kütləsi.Ayrı-ayrı dəniz növlərinin ehtiyatları bir-biri ilə əlaqəli və kompensasiya yolları ilə "yüksələ və düşə" bilər. Məsələn, 1960-cı illərdə Atlantik okeanında mavi marlin şüaüzgəclisinin ovunda azalma müşahidə olunmuşdur. Bunun əvəzinə, yelkəntikən balıqların ovunda artım müşahidə olunmuşdur. Daha sonra 1970-ci illərin sonundan 1980-ci illərin sonlarına qədər yelkəntikən balıqların ovunda azalma yaşanmış, qılınc balıqlarının ovunda artım baş vermişdir. Nəticədə, marlinin ümumi ovlanma səviyyəsi kifayət qədər sabit qalmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Begg GA, Friedland KD and Pearce JB (1999) "Stock identification and its role in stock assessment and fisheries management: an overview." Fisheries Research, 43:1–8. Booke HE (1999) "The stock concept revisited: perspectives on its history in fisheries" Fisheries Research, 43 (1–3): 9–11. DOI:10.1016/S0165-7836(99)00063-6 Cadrin SX, Friedland KD and Waldman JR (2004) Stock Identification Methods : Applications in Fishery Science.
Balıq göl
Balıq Gölü Şərqi Anadolu regionunda, Aras Dağlarında yerləşən Türkiyənin ən yüksək göllərindən biridir. Ağrı ilində yerləşən və sahəsi 30 km² olan bu göl vulkan mənşəli göllərə aid edilir. Dəniz səviyyəsindən yüksəkliyi 2241 m, ən derin yeri isə 37 m-dir. Gölün yaxınlığındakı kəndlərin əsas su mənbəyidir. Dağ suları ilə qidalanır. Gölün ətrafında qartal, dovşan, şahin, kəklik, tülkü, canavar, bildirçin kimi heyvanlar yaşayır. Ağrı ilindən 60 km, Daşlıçay ilçəsindən isə 26 km uzaqlıqdadır. Bu ərazilər üçün sərt iqlim xarakterikdir. Qış uzun, yaz və yay isə qısa müddət davam edir. Burada 5 ay balıqçılıq buzlar qırılaraq həyata keçirilir.
Balıq kababı
== Tərkibi == Balıq əti (Nərə balığı) – 347q. Bitki yağı ( ya xama – 10q) – 5q. Baş soğan – 240q. Göy soğan – 32q. Pomidor – 100q. Limon – 1/5 ədəd . Narşərab – 5q. Sumaq – 1q. İstiot – 0,1q. Duz – zövqə görə.
Balıq pitomniki
Balıq pitomniki — balıqların süni yetişdirilməsi üçün pitomnik. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Balıq qızartması
Balıq sənayesi
Balıq sənayesi — təbiətdə yetişən balıqların tutulub emal edilməsi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Balıq təsərrüfatı
Balıq təsərrüfatı — balıqları yetişdirib artıran, sonra isə onlardan tutub istifadə edən təsərrüfat. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Bölgə (balıq)
Ağ balıq (lat. Huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Can-balıq
Can-balıq və ya Canbalıq – Qaşqarlı Mahmud Divan-I Lüğətit Türkdə bir uyğur şəhəri deyə tərif etdiyi və çəkdiyi xəritədə Uyğur elindəki Beşbalıqın sağ tərəfində işarələdiyi tarixi şəhər. == Haqqında == Bəzi araşdırmaçılara görə, Can-balıq hal-hazırkı Çində Sintzsyan Uyğur Muxtar Bölgəsinin şimal-şərqində, Sancı Hui Muxtar Bölgəsinə bağlı Manas nahiyyəsidir və ya Djambalıkdır.
Daban balıq
Daban balıqları (lat. Carassius) — Volqa, Ural və Terek çaylarının deltasında yaşayan şirinsu balıqlarıdır. Daban balıqları Azərbaycanın su hövzələrində ilk dəfə 1980-cı ildən görünməyə başlamışdır. Buraya onlar Orta Asiyanın əmtəə balıqçılıq təsərrüfatlarından bitki ilə qidalanan balıq körpələrini gətirərkən təsadüfən onların arasında gətirilmiş və qısa müddətdə yerli şəraitə uyğynlaşaraq bütün Kürətrafı su hövzələrində geniş yayılmışdır.Hal-hazırda Azərbaycan sularında daban balıqlarının 2 növü yaşayır: qızılı daban balığı və gümüşü daban balığı.
Suda-quruda yaşayanlar
Suda-quruda yaşayanlar (lat. Amphibia) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. Bura tritonlar, salamandralar, qurbağalar və ayaqsızların və s. daxildir. Suda-quruda yaşayanlar sinfinə daxil olan növlərin sayı bəzi hesablamalara görə 6700 (bəzi hesablamalara görə 4500) Bu sinfin nümayəndələri sürfə halında suda yaşayan və qələsəmələrlə, böyüdükdən sonra isə, adətən, ağciyər (və dəri) ilə nəfəs alan, su mühitini tərk edə bilən, lakin həmişə yüksək rütubətə ehtiyacı olan onurğalılardır. Bu sinfə daxil olan heyvanlar həm suda, həm də quruda yaşayırlar. Dəridə selik vəziləri vardır. Kəllə onurğa sütununa iki çıxıntı ilə hərəkətli birləşmişdir. Qabırğalar döş sümüyünə çatmır. Kürüləmə, kürünün mayalanması və inkişafı suda keçir.
Suda yaşayanlar ölkəsində
Suda yaşayanlar ölkəsində və ya orijinal adı ilə Kappa (河童) – Rünoske Akutaqava tərəfindən 1927-ci ildə yazılmış novella. Əsər kappalar ölkəsinə düşdüyünü iddia edən və ordakı həyatını danışan psixiatrik pasientdən bəhs edir. Tənqidçilərin bir qismi bu əsəri Tayşo Yaponiyasının kəskin satirakası hesab etdiyi halda, bir qismi Akutaqavanın şəxsi əzablarını əks etdirdiyini düşünür. == Məzmun == Adı verilməyən 23 nömrəli pasient kappalar ölkəsinə düşməsini və orda yaşadıqlarını nəql edir. O, Hotakadake dağlarında olarkən bir kappa ilə rastlaşır və onu təqib edərkən səhvən bir dəlikdən onların ölkəsinə düşüb huşunu itirir. Tezliklə o, kappalarla birlikdə yaşayaraq onların dilini və mədəniyyətini öyrənir, orada çoxlu dost qazanır. Lakin kappalarda bir çox şeyin insanlardan fərqləndiyini görür. Məsələn, kappa doğulmazdan qabaq ondan doğulub-doğulmamaq istədiyi barədə sual verilir. Və ya dişi kappalar erkək kappaların dalınca düşüb onları tutmağa çalışır.Pasient kappaların dünyasındakı bir çox şeydən şok olduğunu da danışır. Məsələn, işsiz qalan kappalar öldürülür və ətləri digər kappalara servis edilir.
Tutaq (Duzluca)
Tutaq — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır.
Bulanlıq (Miyanə)
Bulanlıq (fars. بولانليق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 456 nəfər yaşayır (84 ailə). == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Mərkəzi bölgəsinin Kələboz kəndistanında, Miyanə şəhərindən 27 km cənubdadır.
Buda
Buda (mac. Buda) - Macarıstan krallığının mərkəzi olmuş tarixi şəhər. Budin şəhərinin yerləşdiyi tarixi yer Budapeşt şəhərindən keçən Dunay çayının cənub tərəfi hesab olunur. Osmanlı imperiyası və Macarıstan krallığı arasında 1526-cı ildə baş vermiş Mohaç döyüşü nəticəsində şəhər Osmanlı imperiyasının nəzarəti altına keçmişdir.
CUDA
CUDA (ing. Compute Unified Device Architecture — Birləşmiş Cihaz Arxitekturasının Hesablanması) — Nvidia tərəfindən yaradılmış, qrafika emalı üçün paralel hesablama arxitekturasıdır. CUDA, Nvidia GPU-larında hesablama mühərrikidir. GPU-da proqram yazmaq üçün proqramlaşdırma dili kimi C dilinin Nvidia tərəfindən xüsusi olaraq CUDA üçün hazırladığı (genişləndirdiyi) versiyadan istifadə olunur.
Quda
Quda pendiri və ya Xavda pendiri (nid. Goudse kaas) — inək südündən istehsal olunan Niderland pendiridir. Bu sarı pendir salatlarda, tortlarda və s. istifadə olunur. Adını Niderlandın Quda şəhərindən almışdır; amma adı tam qorunulmayıb. Ancaq, Avropa Komissiyası "Quda Hollandiya" adının qorunmalı olduğunu təsdiq etmişdir.
Soda
Soda: Kalsium soda, paltar ağartma sodası — natrium karbonat Na2CO3. Kristallik soda — Kiristallohidrat kalsiumlu sodanın ümumi adı: Natrit — Na2CO3*10H2O. termonatrit — Na2CO3*H2O. İçməli soda, ərzaq sodası — Natrium-hidrokarbonat - NaHCO3.
Sudan
Sudan (ərəb. السودان; ing. Sudan) və ya rəsmi adı ilə Sudan Respublikası (ərəb. جمهوریة السودان; ing. Republic of the Sudan) — Şimali Afrikada dövlət. Sudan şimaldan Misir, şimal-qərbdən Liviya, qərbdən Çad, cənub-qərbdən Mərkəzi Afrika Respublikası, cənubdan Cənubi Sudan, cənub-şərqdən Efiopiya, şərqdən Eritreya ilə həmsərhəddir. Şimal-şərqdən isə Qırmızı dənizlə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Xartum, ümumi sahəsi 1,886,068 kvadrat kilometr, əhalisinin sayı 41 milyon nəfərdən çoxdur. Sudan 2011-ci ildə Cənubi Sudan ondan ayrılmasına qədər Afrika qitəsinin və ərəb dünyasının ən böyük ölkəsi olmuşdur. == Tarixi == Sudan 1956-cı il yanvarın 1-də müstəqilliyini elan edib.
Sudja
Sudja — Rusiya Federasiyasında yerləşən şəhər Kursk vilayətinə daxildir
Sula
Sümsükquşu (lat. Sula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin sümsükquşular fəsiləsinə aid heyvan cinsi.
Suma
Suma — Azərbaycan Respublikasının Ağdam rayonunun Güllücə kənd inzibati ərazi dairəsində kənd.Suma kəndi 1994-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Suma kəndi rayon mərkəzindən 21 km. şimal-şərqdə, Qarabağ düzündə yerləşir; Ağdam rayonunun Güllücə və Tağıbəyli kəndləriylə qonşudur. Suma kəndi 16 aprel 1994-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. == Mədəniyyəti == İşğala qədərki dövrdə Suma kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi və müxtəlif ticarət-iaşə obyektləri var idi. Güllücə və Suma kəndlərinin arasında müqəddəs yer – Güllücə ocağı adlı ziyarətgah mövcuddur. Güllücə, Suma, Tağıbəyli, eləcə də Ağdamın digər kəndlərindən adamlar gəlib Güllücə ocağını ziyarət edirdilər. İşğal altında olan bütün yaşayış məntəqələri kimi, Suma kəndini də ermənilər dağıdıb xarabalığa çeviriblər. == Əhalisi == İşğala qədər (16 aprel 1994-cü il) Suma kəndində 1286 nəfər əhali yaşayırdı.
Suva
Suva (ing. Suva) — Fici dövlətinin paytaxt şəhəridir.
Suza
Suza — İranın Hörmüzgan ostanının Qeşm şəhristanının Şahab bəxşində sahilyanı şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,480 nəfər və 878 ailədən ibarət idi.
USDA
ABŞ Kənd Təsərrüfatı Nazirliyi (ing. United States Department of Agriculture, qısaca - USDA) — ABŞ hökumətinin icraedici departamenti. Əsası 1889-cu ildə qoyulub. Büdcəsi 94 milyard dollar (2006), əməkdaşlarının sayı 106 min nəfərdir (2007).
Xuda
Tanrı — Bir çox dinlərdə (xüsusilə monoteist dinlərdə) Ali Qüvvə və yaradıcı olaraq qəbul edilən varlıq. == Anlam == Fövqəlbəşər və insanlar üzərində suverenliyi olan varlıq. Yaradıcı, ilah. Müxtəlif türk birliklərində Tənri, Tənqri Tanqrı, Tənqəre, Tanqara, Teneqere, Tinqir şəklində istifadə olunur. Monqollar Tənqir ve ya Tenqər deyirlər. Ulu Tanrı, Xan Tenqri kimi ifadələr tez-tez keçər. Bəzi türk boylarında qoruyucu ruhlar üçün də istifadə edilər; Su Teyrisi, Yer Teyrisi kimi. Əslində kainatın hər yanındakı bu ruhlar bir bütündür və bir-birinə bağlıdır. Tanrıçılıq sistemli bir quruluşa sahib olaraq bütün ictimai həyata işləmişdir. Türklər tanrıların adlarının sonuna Toyun və ya Bator sifətlərini gətirərkən, monqollar daha çox Saqan (Saqağan) "ağ", Ulan (Ulağan) "qırmızı" sifətini istifadə edərlər.
Baliğ
Baliğ (ərəbcə بالغ və ya بُلوغ‎)) — yetişmiş, həddi-buluğa çatmış. İslamda baliğ yetişmiş və həddi buluğa çatmış oğlan və ya qıza deyilir. Bir müsəlmanın baliğ olması (yəni həddi-buluğa çatması) o demədir ki, artıq gördüyü hər bir haram iş müqabilində ona günah yazılır, bir şərtlə ki, dəli olmasın….
Balacıq (Xoy)
Balacıq (fars. بلجوك‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Quymaq
Yatmaq
Yuxu — beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji proses. Bu proses məməlilərə, quşlara, balıqlara və bəzi başqa heyvanlara, həmçinin bəzi həşəratlara (məsələn, drozofillərə) məxsus prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır. == Yuxunun fiziologiyası == Yuxuda anabolizm proseslərinin səviyyəsi artır, katabolizm isə enir. Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkad ritmi adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, "bioloji saatlar" vasitəsi ilə həyata keçirilir. == Yuxu elmi izahı == Bu haqda alimlərin bir çox fikirləri vardır. Bəziləri hesab edirlər ki, yuxu zamanı beyindəki qanın bir çox hissəsi bədənin müxtəlif yerlərinə axır.
Qotur bulağı (Şuşa)
Qotur bulağı — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri. == Ümumi məlumat == Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir.Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir.Qotur bulağı Şuşa həbsxanasından aşağıda Daşaltı çayının kənarında yerləşir. Qotur bulağı sal bir qayanı yararaq dörd metr hündürlükdən əlvan çınqıllığın içinə tökülür, gümüş cığır kimi qıvrıla-qıvrıla axıb gedən bulaqdır. Yay aylarında Şuşaya istirahətə gələn insanlar bulağın suyundan içir,yaxınlığındakı bağın tut ağacları altında zərif kaşan xalçaları salır, məxmər döşəkçələr, ipək yastıqlar, mütəkkələr düzüb istirahət edirdilər. == Tarixi == Bulağın suyu ilin 6 ayında gəlir, 6 ayında isə quruyurdu. İlin bütün fəsillərində soyuq və duru olan bulağın suyunun müalicəvi əhəmiyyəti var. Tərkibi minerallarla zəngin olan Qotur bulağın suyu bədəndəki qoturu, dəmrovu, ləkələri müxtəlif yaraları sağaldır, duzlaşmanı aradan qaldırır. Tərkibində çoxlu təbii minerallar var. Qotur xəstəliyinin dərmanı olduğuna görə ona bu ad verilib.
Şor bulaq (Şuşa)
Şor bulaq — Şuşa şəhərində məşhur bulaqlardan və tarixi yerlərdən biri. Bulaq 1854-cü ildə tikilmişdir. Bulağın suyu bir qədər şor olduğu üçün belə adlandırılmışdır. == Ümumi məlumat == Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır.Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir.Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir. == Tarixi == Şor bulağı hazırda Şuşanın Axundov küçəsində yerləşir. Bulaq Bulaq 1854-cü ildə Şuşanın varlı bir şəxsi olan Rəsibala Zəkəriyyə tərəfindən çəkilibdir.