TUTMAQ

f.
1. Əli və ya əlləri ilə bir şeydən yapışmaq. Məhəccərdən tutmaq. Divardan tutmaq.
– Hacı Rəsul, Bəndalının zərbəsindən yıxılmamaq üçün qapıdan bərk tutdu. Mir Cəlal.
Poçtalyon, Xoşqədəm nənənin qolundan tutub onu maşına tərəf çəkdi. S.Qədirzadə.

// Hər hansı bir vəziyyətdə əlində saxlamaq.
Gah çəkic vurdu əlim, gah da qələm tutdu əlim. S.Rüstəm.
[Oğlan] indi tüfəngi rahat tuta bilirdi. M.Rzaquluzadə.

2. Hədəfə dəymək, toxunmaq. Şillə onu tutdu.
– İkram başını cəld yana əydiyinə görə birinci yumruq onun çiynini tutdu. Ə.Əbülhəsən.
Fatı yerdən daş götürüb itə atdı, lakin daş ala köpəyi tutmadı. Ə.Abasov.

3. Diri-diri ələ keçirmək, ovlamaq. Ceyran tutmaq. Balıq tutmaq.
– On səkkiz yaşında Bəşir çıxır çinar ağacına dolaşa tutsun, quşu cibinə qoyandan sonra ağacdan yıxılır, qılçası sınır. C.Məmmədquluzadə.
Mən gedib göyərçini tutdum. M.Rzaquluzadə.

// Həbs etmək, ələ keçirmək, yaxalamaq. Oğrunu tutdular.
– Pristav Əliağa bəy Cavanşirov Nəbini tutub qazamata göndərir. Qaçaq Nəbi”.

4. Bir şeyin tutumunu, həcmini, yerləşdirmə qabiliyyətini bildirir. Çamadan paltarları tutdu. Səbət 5 kiloqram meyvə tutur. Stəkan 20 qram tutur.
– Meydan izdihamı tutmurdu. Ə.Abasov.

5. İşğal etmək, zorla bir yeri almaq, ələ keçirmək, bir yerə daxil olmaq.
Gün əyilən zaman [döyüşçülər] yeni bir kəndi tutdular. Ə.Vəliyev.

6. Sirayət etmək, yoluxmaq, xəstələnmək. Qrip tutmaq.
– Məlumdur ki, çiçək naxoşluğunu o uşaqlar tutur ki, onlara çiçək döyülməyibdir. C.Məmmədquluzadə.

7. Göyərmək, bitmək. Tinglərin bir hissəsi tutmadı. Şitillərin hamısı tutdu. – [Kərəm:] Qərənfillər tutmaz imiş; Gül tikansız bitməz imiş. “Əsli və Kərəm”.
// Başqa bitki ilə bitişmək, calanmaq. Qələm tutdu. Calaqların bir hissəsi tutmadı.
8. Qapmaq, dişləmək.
[Yazgül:] Deyəsən, yamandəymiş Bobik zəncirini qırıb, gedib istirahət evinin qızlarını tutub. Ə.Məmmədxanlı.
[Fatı:] Məni o azar dəymiş it tutdu, bala! Ə.Abasov.

9. Qapamaq, örtmək, əli və ya başqa bir şeylə görünməz etmək. Ağzını tutmaq.
– Əntiqə “Oğru gəlib! Evimizə oğru gəlib!” – deyə ikiəlli gözlərini tutub, hönkür-hönkür ağlayırdı. Mir Cəlal.
Ümid əlini ağzına tutub, xəlvətcə əsnəyir, gözlərini ovuşdururdu. B.Bayramov.

10. Yaxşı göstərmək, uyğun gəlmək, yaraşmaq. Bu paltar onu yaxşı tutur.
[Yunis xalasına:] Yaqut sənə demirdi ki, bu şapka məni tutmur? Ə.Məmmədxanlı.

11. Bir iş görmək istəyənə mane olmaq, əlqol açmağa qoymamaq.
[Mərcan bəy:] Ay camaat, məni tutmayın, bu kişini öldürəcəyəm. Ü.Hacıbəyov.

12. Müəyyən şərtlərlə bir işə qəbul etmək, götürmək.
[Hacı Mehdi:] Birini qovub, ayrısını tutursan, o, əzzəlkindən pis çıxır. Ə.Haqverdiyev.
[Ağca] dünyagörmüş xanımların məsləhətilə bir dayə tutub, uşağı ona tapşırdı. Mir Cəlal.

13. məc. Kirələmək, kirayə etmək, icarə etmək, pul verərək müvəqqəti istifadə etmək. Taksi tutmaq. Mehmanxanada nömrə tutmaq.
[Qız dedi:] Bir münasib mənzil tut, yığışaq ora. (Nağıl).

14. məc. Uyğun gəlmək, bir gəlmək, düz gəlmək. Atlı ilə piyadanın yoldaşlığı tutmaz. ( Ata. sözü ).
Deyirsən, mənimki tutar səninlə; Gəl birgə əbədi bir həyat quraq. S.Rüstəm.

15. məc. Toxunmaq, bərk təsir etmək. Söz onu bərk tutdu.
– Hümmətyarla Mədədin söhbəti Xanpərini bərk tutmuşdu. Ə.Vəliyev.

16. Tutmamaq şəklində – nəticə verməmək, müvəffəqiyyətsizliyə uğramaq, baş tutmamaq.
[Vaqif:] İbrahim xan qardaşı Mehralı bəyin dul arvadına evlənmək istədi, tutmadı. Çəmənzəminli.

17.
…tutmuş şəklində – …başlamış,
…başlayaraq mənasında işlədilir.
Krasnovodskdan tutmuş ta Daşkəndə kimi hər yerdə bu qəsəbənin cavan tacirlərinə rast gəlmək mümkündür. Ə.Əbülhəsən.

18. Bir sıra isimlərdən sonra gələrək, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: yükünü tutmaq, acığı tutmaq, yer tutmaq və s.
◊ Tutdu qatıq, tutmadı ayran – nəticəsindən asılı olmayaraq edilən təşəbbüs haqqında.
Tutduğunu buraxmamaq – öz dediyindən əl çəkməmək, inad etmək, istədiyini, dediyini etmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TUTMAQ 1. TUTMAQ [Pəricahan xanım:] Ordu başında durubdur, əcdadının yurdunu da tutmaq istəyir (S.S.Axundov); FƏTH ETMƏK (zorla, silah gücünə tutmaq) Kimon:
  • TUTMAQ yaxalamaq
  • TUTMAQ yapışmaq
  • TUTMAQ qanmaq — qarmalamaq
  • TUTMAQ yoluxmaq — xəstələnmək
  • TUTMAQ durmaq — dayanmaq — yatmaq
  • TUTMAQ ovlamaq
  • TUTMAQ icarələmək — kirələmək
  • TUTMAQ saxlamaq — yubatmaq — ləngitmək — gecikdirmək

Omonimlər

  • TUTMAQ TUTMAQ I f. Saxlamaq, yapışmaq. Tutdu nəbzin təbib onun dərhal; “Nə demişsən?” – deyə edincə sual (M

Antonimlər (əks mənalı sözlər)

  • TUTMAQ TUTMAQ – BURAXMAQ Quzğun cumdu, ovunu elə göydəcə tutdu (S.Qədirzadə); Quşu əlindən buraxdı (S.S.Axundov)

Etimologiya

  • TUTMAQ Qədim mənalarından biri “yanmaq” kimi açıqlanıb (Tutuşdu qəm oduna şad gördüyün könlüm...). Tutuşmaq elə “odlanmaq” deməkdir, mənbələrdə tuta sözü var
TUTMA
TUTMALI

Digər lüğətlərdə

-нк-(и) жи́ла кома́ндно-бюрократи́ческий накре́ниваться отягчи́тельный преужа́сно пролювиа́льный разруба́ть реакти́в рукоблу́дничать гнуша́ться недосяга́емость отшпандо́ривать скопи́ровать кухня Barbadian bibelot cosmo- jail delivery overpitched singsong глициния описательство приваливать удила