Balıq xalçaları

Balıq xalçalarıQarabağ xalçaçılıq məktəbinə aid olan xovlu xalça.

Xalça
Balıq xalçaları
Toxunması haqqında məlumatlar
Üslubu Qarabağ xalçaçılıq məktəbi[1]

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Çox geniş yayılmış Qarabağ tipli bu xalçalar ölkəmizin şimal hissələrində "Balıq" adını almışdır, Cənubi Azərbaycanda isə bu xalçalara "Moxi"" ("Maxi-balıq") deyilir. "Balıq" xalçalarının Qarabağın bütün xalçaçılıq müəssisələrində toxunmasına baxmayaraq, onun əsas istehsal edildiyi yer – onun mərkəzi Bərdə şəhəri olmuşdur, XVIII əsrin II yarısından isə bu xalçalar Şuşada da istehsal olunmağa başladı. XIX əsrin II yarısından Şuşa şəhərində istehsal olunan xalçaların təxminən 35%-i "Balıq" tipinə aid idi. Keçən əsrin 70 – 80-ci illərindən kimyəvi boyaq maddələrinin meydana çıxması ilə əlaqədar bu xalçaların istehsalı tənəzzül etdi. Bunun əsas səbəbi açıq bazarlar, fərdi satış, yeni xalçaçı dükanlarının yaranması, həmçinin xalçaların topdan satışının onların pərakəndə satışı ilə eyni səviyyədə inkişaf etməsi idi. Bu dövrdə İranın, Azərbaycanın ən böyük müəssisələrində "Maxi" ("Balıq") xalçaları və xüsusilə də, çoxlu sayda yüksək kateqoriyalı uzunsov xalçalar istehsal olunurdu. "Əraq", "Bicar", "Müstofi" kimi məşhur xalçalar "Balığ"ın təsvirləri əsasında toxunurdu.

Əvvəlcə xalçanın adına və onun lüğəti mənasına diqqət edilməlidir. Yalnız yerli usta və xalçaçılar deyil, həm də yerli və xarici incəsənətşünaslar bu xalça növünü "Balıq" adlandırırlar. Təəssüf hissi ilə qeyd edilməlidir ki, şərq və qafqaz xalçalarını araşdıran incəsənətşünaslar bu xalçaların məhz nəyə görə "Balıq" adını aldığını izah edə bilmirlər və bunun üzərindən sükutla keçirlər. Bu məsələyə aydınlıq gətirmək üçün, hər şeydən əvvəl, "Balıq" xalçasının mənşəyi və bədii quruluşu aydınlaşdırılmalıdır. Xalça sərbəst quruluşa malik deyil, o, "Əfşan" xalçalarının kompozisiyası əsasında qurulur. "Əfşan" xalçalarının kompozisiyası böyük məsafəli rapport spirallarından ibarətdir. "Balığ"ın kompozisiyası, əsasən bu prinsipə əsaslanır, lakin onun spiralları kiçik məsafəli rapportlarda yerləşir.

Fərz etmək olar ki, xalçanın adı Urmiya qəzasında (Cənubi Azərbaycanın indiki Rezayya şəhəri) yerləşən Balıq qəsəbəsinin adı ilə əlaqədardır.

Texniki xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

"Balıq xalçaları", bir qayda olaraq, böyük və uzunsov ölçüdə toxunur. XIX əsrdə Qarabağda, xüsusilə Şuşa və Bərdə şəhərlərində toxunan xalılar — gəbə dəstləri indiyədək çox məşhurdur.

"Balıq xalçaları"da bir kvadrat desimetrdə ilmələrin sıxlığı 30x30 ilmədən 40x40 ilməyə qədər yerləşir. Bir kvadrat metrdə isə 90 min ilmədən 160 min ilməyə təsadüf edilir.

"Balıq xalçaları"nda xovun hündürlüyü 7–9 mm-dir[2].

  1. rstml Karabakh Carpets – Designs and Patterns (ing.). 2010.
  2. "Balıq xalçaları". 2011-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]