is. [
fars. ]
1. Diqqət, fikir.
…Bir iskamyada oturan oğlanın huşunun yarısı müəllimdə olanda, yarısı da yanındakı qızda olacaq… C.Məmmədquluzadə.
[Dərviş:] Huşum və bədənim ləmsləşdi, pozğunlaşdı, özümü duymaz oldum… A.Divanbəyoğlu.
□ Huşa getmək – fikrə getmək, fikrə dalmaq, xəyala dalmaq.
Mən səni düşünərək getdiyim zaman huşa; Bəlkə də sən girirsən əlbəyaxa vuruşa? Ə.Cəmil.
Huşu dağılmaq – fikrini cəmləşdirə bilməmək, fikri dağılmaq.
Huşundan çıxmaq – yadından çıxmaq, unutmaq.
2. Mürgü, yarıyuxulu hal.
□ Huş aparmaq, huşa getmək – mürgüləmək.
– [Sayalı və Durna] xəstəxanadan içəri girən zaman Xasay huşa getmişdi. Ə.Vəliyev.
Kamal da yerinə uzanmış, amma yatmamışdı.
Arabir onu huş aparırdı. M.Rzaquluzadə.
◊ Huşa getmək – bax
huşunu itirmək. [Vəzir:] [Oğlanın] … xörəyinin içinə bihuşdarı tökün.
Huşa gedən kimi götürüb tolazlayın bir dərənin içinə. (Nağıl).
Huşa gəlmək – ayılmaq, huşu özünə gəlmək, özünə gəlmək.
Reyhan huşa gəlib, özünü divlərin yanında gördü. (Nağıl).
[Münəvvər:] Ana, sən insaf elə, qoy mən o qədər bu evdə qalım ki, babam huşa gəlsin. M.S.Ordubadi.
Huşa gətirmək – ayıltmaq, özünə gətirmək.
Qaraçılar xeyli çalışdıqdan sonra hər ikisini [Yasəmən ilə Qaraca qızı] huşa gətirdilər. S.S.Axundov.
Adamlar oğlanı örtülü maşınların birinin içinə aparıb, huşa gətirməyə başladılar. Ə.Sadıq.
Huşdan getmək – bax
huşunu itirmək.
Axırda Dəmirçioğlu huşdan gedib yıxıldı. “Koroğlu”.
Huşu başına gəlmək – bax
huşa gəlmək.
Gülsəhərin huşu yavaş-yavaş başına gəlir, adamları tanımağa başlayırdı. Ə.Vəliyev.
Huşu baş(ın)dan çıxmaq (uçmaq) – bax
huşunu itirmək. Şahzadə Mütalibin huşu başından uçdu.
Bir vaxt gözün açıb gördü, lələ köçüb, yurdu boş, qızlardan əsər yoxdu… (Nağıl).
[Bəhram] duruxdu, sanki huşu başından çıxdı. Ə.Vəliyev.
Huşunu aparmaq – heyran etmək, məftun etmək, valeh etmək.
Əziziyəm bağ sinə; Səyyad keçər dağ sinə; Baxdım, huşum apardı; Mərmər buxaq, ağ sinə. (Bayatı).
Huşunu başına yığmaq – fikrini cəmləşdirmək, düşünmək, fikirləşmək, götür-qoy eləmək.
Mən məəttəl qalmışdım və heç macal eləmədim ki, huşumu başıma yığam… C.Məmmədquluzadə.
Huşunu itirmək – bihuş olmaq, özündən getmək, huşdan getmək, bayılmaq, qəşş etmək.
[Nəbi:] Yazığın üz-gözü, hər yeri qandır; Huşunu itirib, halı yamandır. S.Rüstəm.