GILL

n 1. qəlsəmə; 2. saqqal (xoruzda); 3. buxaq;

◊ to be / to look rosy about the ~s sağlam olmaq / görünmək; to be white about the ~s qorxmaq, hürkmək; to grease the ~s doyunca yemək

GILDER
GILT
OBASTAN VİKİ
Erigeron gilliesii
Erigeron gilliesii (lat. Erigeron gilliesii) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Eucalyptus gillii
Eucalyptus gillii (lat. Eucalyptus gillii) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Fragaria gillmanii
Meşə çiyələyi (lat. Fragaria vesca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. Çiyələyin məlum olan 20 növündən bir növü – meşə çiyələyi Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır və ehtiyatı çoxdur. Meşə çiyələyi mayın axırı, iyunun əvvəllərindən başlayaraq bütün yayı çiçəkləyir. Çiçəkləri ağ rəngli olub ətirlidir. Meyvələri iyunavqustda yetişir. Meyvələri ətirli, şirin, meyxoş olub, forması yumurtavari və uzun konusvaridir. Rəngi qırmızı, ağ, bəzən bənövşəyi olur. Çiyələk xırda meyvəciklərin birləşməsindən əmələ gəlib, hər meyvəciyin üzərində qeyri-həqiqi xırda sarı toxum yerləşir. Meşə çiyələyinin tərkibində 6% şəkər (fruktoza və qlükoza), 1,5% üzvi turşu (alma, limon), 1,5% azotlu maddə, 0,4% aşılayıcı maddə, 1,3% pektinli maddə, 20-50 mq% C vitamini, 3,5 mq% karotin, dəmir və kalium duzları, efir yağları vardır.
Gillem Anqlada-Eskude
Gillem Anqlada-Eskude (isp. Guillem Anglada-Escudé; 1979, Terrassa, Kataloniya) — İspaniya astronomu. Onun 2016-cı ildə rəhbərlik etdiyi bir astronom qrupu Yerə ən yaxın potensial yaşamaq üçün uyğun planet olan "Proxima Centauri b"nin varlığını təsdiqləmişdir. Anqlada-Eskude "Time" jurnalına görə, 2017-ci ilin 100 ən nüfuzlu insanından biri və "Nature" jurnalına görə, 2016-cı ilin ən əhəmiyyətli 10 alimdən biri seçilmişdir. O, hal-hazırda İspaniyanın Kosmos Elmləri İnstitutunda elmi işçidir. == Publikasiyaları == Anglada-Escudé, Guillem; Amado, Pedro J.; Barnes, John; və b. "A terrestrial planet candidate in a temperate orbit around Proxima Centauri". Nature. 536 (7617). 2016: 437–440.
Gillermo Cordan
Gillermo Paçeko
Gillermo Paçeko (d. 23 dekabr 1954) — Perulu keçmiş üzgüçü. Gillermo Paçeko Perunu 1972-ci ildə XX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Gillermo Paçeko birinci dəfə Olimpiya Oyunlarına 1972-ci ildə qatıldı. O, Münhendə baş tutan XX Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 17:36.36 saniyəlik nəticəsi ilə öz cığırında 7-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Gillette
Gillette — Procter & Gamble şirkətinə daxil olan kişilər üçün şəxsi qayğı məhsulları istehsalı ilə məşğul olan şirkət. Gillete əsasən üzqırxan istehsalı və satışı ilə məşhurlaşmışdır. Mərkəzi mənzil gərargahı Amerika Birləşmiş Ştatlarının Massaçusets şatının Boston şəhərində yerləşən Gillete şirkətinin əsası 1901-ci ildə amerika ixtiraçısı Kinq Kemp Jillet tərəfindən qoyulmuşdur. Gillete 2005-ci ildə Procter & Gamble şirkətinin tərkibinə daxil olmuşdur. == Tarixi == Gillete markasının əsasını 1901-ci ildə amerika ixtiraçısı Kinq Kemp Jillet tərəfindən qoyulmuşdur. Kinq Kemp Jillet həyatı boyu ixtira etmək həvəsində olmuşdu. İxtiraya qədərki müddətdə müxtəlif firmalarda satıcı işləyən 40 yaşlı Jillet günlərin birində üzünü qırxarkən bu işi daha təhlükəsiz etmək üçün sıxılmış laylar arasında qalan və kütləşdikdə dəyişilə bilən ülgüclərdən ibarət üzqırxan alət düzəltmək fikrinə gəlir. 6 il sonra özünə şərik tapan Jillet ixtirasını reallaşdırmaq üçün çalışır, həmin ildə The Gillette Company adlı şirkətinin əsasını qoyur. O, 1904-cü ilin 15 noyabr tarixində öz ixtirasını patentləşdirir. Alətin əsas özəlliyi əvvəlkilərdən fərqli olaraq daha təhlükəsiz olması idi.
Gilli səhra
Gillikdağ
Gillikdağ — Neolit dövrünə aid ilkin yaşayış məntəqəsi Azərbaycanın Göygöl rayonunun cənubunda yerləşir. Hündürlüyü 772 m. == Tarixi == 1930-cu ildə alman əsilli arxeoloq Yakob Qummel Gəncəçayın hövzəsində neolit və tunc dövrünə aid qalıqlar aşkarlayır. Bu tapıntılar Göygöl şəhəri diyarşunaslıq muzeyinə verilmişdir. 1955-ci il növbəti ekspedisiya təşkil edilir. Bu zaman neolit, brünc, ermək dəmir və həm də erkən orta əsrlərə aid materiallar aşkar edilmişdir. Bu arxeoloji materiallara 18 daş alət, 45 daş fraqmenti və 9 daş lövhəsi daxildir. == İstinadlar == == Xarici keçidlər == Археологический материал, выявленный во время раскопок Якоба Гуммеля и хранящийся в Национальном Музее Истории Азербайджана.
Gillisqualus
Karxarin (lat. Carcharhinus) — heyvanlar aləminin xordalılar tipinin qığırdaqlı balıqlar sinfinin karxarinkimilər dəstəsinin karxarinlər fəsiləsinə aid heyvan cinsi.
Holli Gillibrand
Holli Gillibrand — Şotlandiya ətraf mühit fəalı. 13 yaşından başlayaraq iqlimə görə məktəb tətilinin bir hissəsi olaraq hər cümə günü bir saat məktəbi buraxır. O, "Şotlandiyanın gələcəyi üçün cümə günləri" hərəkatının təşkilatçısı olur. 2019-cu ildə Glasgow Time jurnalına görə o, ilin gənc Şotlandiyalısı seçilir. O, həmçinin BBC-nin “Qadın saatı”nda 30 ilhamverici qadından biri seçilir və həmçinin şouda müsahibə verir. O, həmçinin Lochaber Times üçün yazılar yazır. 2020-ci ilin avqustunda o, vəhşi təbiət cinayətlərini dayandırmaq üçün milli kampaniyada Kris Pekhemı dəstəkləyir. Həmin ilin noyabrında o və digər gənc fəallar Alok Şarma ilə danışıq aparmışlar. O, təbiətə daha çox ərazi qaytarmağı hədəfləyən Heal Rewildin xeyriyyə təşkilatında gənc məsləhətçi kimi çalışır.
Karen Gillan
Karen Şeyla Qillan (ing. Karen Sheila Gillan; 28 noyabr 1987, İnverness, Şotlandiya) — şotland aktrisa və model. == Həyatı == Karen İnverness, Şotlandiyada anadan oldu və böyüdü. Qardaşı və bacısı olmayan Qillanın atası Reymond Con Qillan və anası Marie Qillan (evlilikdən əvvəlki soyadı: Peterson) Kinmiliesdə yaşayır. 7 yaşında pianinoda ifa etməyi öyrənən aktrisa, gənc yaşda aktrisalığı sevməyə başladı və bəzi gənclik teatr qruplarında yer aldı. On altı yaşında karyerasını davam etdirmək üçün Edinburqa köçdü. Buradakı Telford kollecində HNC Aktyorluq kursunu bitirdi. On səkkiz yaşı tamam olanda İtaliya Conti Teatr Sənətləri Akademiyası adlı dram məktəbində oxumaq üçün Londona köçdü və buradan Ədəbiyyat fakultəsi diplomunu alaraq məzun oldu. == Karyerası == İtaliya Conti-də təhsil həyatında davam edərkən moddelik agentliyində işə götürüldü və 2007 London Moda Həftəsində modellik etdu. == Şəxsi həyatı == 2011-ci ildə Fashion Targets Breast Cancer (FTBC)-in kompaniyasında yer aldı.
Megaclinium gilletii
Bulbophyllum imbricatum (lat. Bulbophyllum imbricatum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum imbricatum növü Tropik Afrika üçün endemik növdür. == Sinonim == Bulbophyllum congolense (De Wild.) De Wild. Bulbophyllum gilletii (De Wild.) De Wild. Bulbophyllum kamerunense Schltr. Bulbophyllum laurentianum Kraenzl. ex De Wild. & T.Durand Bulbophyllum ledermannii (Kraenzl.) De Wild. Bulbophyllum linderi Summerh.
Megaclinium gillianum
Bulbophyllum imbricatum (lat. Bulbophyllum imbricatum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum imbricatum növü Tropik Afrika üçün endemik növdür. == Sinonim == Bulbophyllum congolense (De Wild.) De Wild. Bulbophyllum gilletii (De Wild.) De Wild. Bulbophyllum kamerunense Schltr. Bulbophyllum laurentianum Kraenzl. ex De Wild. & T.Durand Bulbophyllum ledermannii (Kraenzl.) De Wild. Bulbophyllum linderi Summerh.
Nikolas Gillen
Nikolas Gillen (d.1902, Kuba-v.1989) — İspaniya Vətəndaş Müharibəsinin iştirakçısı, “Lenin Sülh Mükafatı” laureatı, Kuba Yazıçılar Birliyinin sədri. Nikolas Gillen 1902-ci ildə Kubada dünyaya gəlib. Gənclik illərindən başlayaraq mətbuatda müxtəlif şeirləri ilə çıxış edib. 1937-ci il İspaniya Vətəndaş Müharibəsinin iştirakçılarındadır. Altı il doğma vətənindən sürgün olunub və yalnız Kuba İnqilabı uğurla başa çatdıqdan sonra vətəninə qayıda bilib. Şeirlərində kapitalizmin ədalətsizliklərini göstərən, irqçiliyi pisləyən, yaradıcılığının ana xəttini “ağlar-qaralar” mövzusu təşkil edən şairin damarlarından həm afrikalı, həm də avropalı qanı axırdı. O, “Lenin Sülh Mükafatı” və bir neçə nüfuzlu ödüllərin sahibi olub, Kuba Yazıçılar Birliyinin sədri kimi yüksək vəzifədə çalışıb. Nikolas Gillen 1989-cu ildə uzun sürən xəstəlikdən vəfat edib.
Odadavamlı gillər
Odadavamlı gillər - odadavamlı materiallar (kərpic, tigel, tökmə qumlarının sementi və keramika) istehsalında işlənən və odadavamlılığı 1580 °C-də yüksək olan suda islanmayan plastik gillər. Odadavamlı gillər tərkibində kaolinit, montmorillonit, illit, bəzilərində isə diaspor və başqa minerallar üstünlük təşkil edir. Gillərin odadavamlılığı onların tərkibində illit və başqa qarışıqlaylı mineralların miqdarının artması ilə azalır və əksinə, kaolinitin miqdarı artdıqca yüksəlir. Gillər Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Paliqorskit gilləri
Palıqorskit (Mg,Al)2 [(OH)|Si4O10] · 4 H2O — rombik və ya monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Ca - palıqorskit ( ~8,3% CaO), ferripalıqorskit ( ~6% Fe2O3), ferropalıqorskit (~4% FeO), pilolit – palıqorskitin Al2O3-lə kasıb növ müxtəlifliyi. Rəng – müxtəlif çalarlı ağ, ferripalıqorskitin – yaşıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – tutqun, ipəyi, mum; Şəffaflıq – yarımşəffaf, qeyri-şəffaf; Sıxlıq – 2,1-2,5; Sərtlik – 2,5; Kövrəkdir; Lifləri əyilgəndir, lakin elastik deyil; Ayrılma – yoxdur; Sınıqlar – düz, qeyri-hamarlifli, qabıqvarı; Başqa xassələr – olduqca məsaməlidir, suda asan üzür; yüksək adsorbsiya qabiliyyəti və ağardıcı xassəsi ilə səciyyələnir; Morfologiya – Mineral aqreqatları: dolaşıqlifli, gil - və keçəyəbənzər, gizlikristallik «dağ dərisi və probkası», «dağ ağacı və əti» və başqa müxtəlif adlar almış dəriyəoxşar, təbəqə - və vərəqvari və s. kütlələr. Palıqorskitin əsas yığınları ekzogen mənşəlidir. Maqnezial süxurların aşınması zamanı əmələ gəlir və autigen mineral kimi müxtəlif çökmə süxurlarda müşahidə edilir. Serpentinitlərin aşınma qabığında rast gəlir, habelə gillərdə, mergellərdə, əhəngdaşlarında və səhra torpaqlarında və b. qeyd edilir. Bəzən hidrotermal yolla meydana çıxır, puskürmə süxurlarda və bəzi filiz yataqlarında damarlar əmələ gətirir.
Poinciana gilliesii
Erythrostemon gilliesii (lat. Erythrostemon gilliesii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin erythrostemon cinsinə aid bitki növü. Cənubi Amerika, Suriya, Fələstin və Kiçik Asiya, Aralıq dənizi sahillərinin şərq və qərbində dəniz səthindən 400-1600 m yüksəklikdə, daşlı-qayalı, kirəcli yamaclarda, çılpaq qumluqlarda, çox zaman həmişəyaşıl ağaclardan ibarət meşələrində bitən ağac və ya kol bitkisidir. Hündürlüyü 6-10 m-ə çatır. Mühit amillərindən asılı olaraq yarpaqlarını tökən və ya həmişəyaşıl koldur, qabığı açıq boz, tikansızdır. Yarpaqları qalın, üstdən tünd yaşıl, mürəkkəb, tək və ya cütlələkvari, 12-18 ədəd yarpaqcıqdan ibarət, uzunluğu 6-8 sm, eni 3-4 sm-dir. Yarpaq altlıqları yumurtavari, üçkünclü və qısadır. Çiçəkləri boz rəngli, budaqların üzərində yerləşir. Erkəkciyi 10, dişiciyi oturan, 10-12 sm uzunluğunda qırmızı, aşağıdan enlənmiş, açıq qırmızı, ikiyuvalı tozluqlara malikdir. Kasacığı 1,5-2,5 sm uzunluqda neştərvaridir.
Portulaca oleracea f. gillesii
Dirrik pərpərəni (lat. Portulaca oleracea) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pərpərənkimilər fəsiləsinin pərpərən cinsinə aid bitki növü. Azərbaycan mətbəxində dirrik pərpərəni geniş istifadə olunur. Kükü və adi qayğanaqla və marinad halında yeyilir. Hələ SSRİ çağında marinadlaşdırılmış halda başqa respublikalara, ayrı-ayrı ölkələrə ixrac olunurdu.
Sakit okean gillemotu
Sakit okean gillemotu — auk ailəsindən (Alcidae) orta ölçülü dəniz quşu. O, Cepphus cinsinin əlaqəli növlərinə, xüsusilə də bir qədər böyük olan adi gillemota (Cepphus gylle) bənzəyir. Yetkin nümunələrdə qanadlarında ağ yamaq olan qara lələk var. Qaranlıq gağa olduqca nazik, pəncələri isə qırmızıdır. Qışda lələklərin yuxarı hissəsi boz rəngli bir rəng əldə edir, aşağı hissəsi isə ağ olur. Göyərçin gillemotları sürətli qaça bilər, həmçinin demək olar ki, dik vəziyyətdə dayana bilər. Sakit okean gillemotları Sakit okeanın şimalındakı qayalı adalarda kiçik koloniyalarda çoxalır. Onların diapazonu Kamçatkadan Şimali Amerikaya qədər uzanır, burada Alyaskadan Kaliforniyaya qədər bütün sahil boyunca tapıla bilər. Göyərçin gillemotları qışda Alyaskadan cənubdakı buzsuz ərazilərə köç edir. Kaliforniya quşları şimaldan Britaniya Kolumbiyası ərazisinə köç edir.
Salvia gilliesii
Senecio gilliesianus
Senecio gilliesianus (lat. Senecio gilliesianus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Senecio gilliesii
Senecio gilliesii (lat. Senecio gilliesii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Seseli gilliesii
Adi cirəgülü (lat. Pimpinella anisum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cirəgülü cinsinə aid bitki növü. Adi cirəgülünün vətəninin Aralıq dənizi sahilləri və ya Yaxın Şərq olduğunu hesab edilsə də hələ də, onun vətəni dəqiq məlum deyil. Bəzi müəlliflər (Dekandol, Kalestani) isə bu bitkinin yabanı əcdadının Anisum creticum olduğunu hesab edirlər. Anisum odoratum Raf. Anisum officinale DC. Anisum officinarum Moench Anisum vulgare Gaertn. Apium anisum (L.) Crantz Carum anisum (L.) Baill. Ptychotis vargasiana DC. Selinum anisum (L.) E.H.L. Krause Seseli gilliesii Hook. & Arn. Sison anisum (L.) Spreng.
Elizabeth Gillies
Elizabet Qillis (ing. Elizabeth Gillies; 26 iyul 1993) — Amerikalı aktrisa və müğənni. == Bioqrafiya == Elizabet Egan Qillis ABŞ-ın Nyu-Cersi ştatının Hayvorth şəhərində anadan olub. Hayvorth Dövlət Liseyini bitirib. Onun 1996-cı il təvəllüdlü bir kiçik qardaşı var. Qillisin aktyorluq karyerası 12 yaşında yerli kastinq çağırışlarına getməklə başlayıb. Tez bir zamanda Virgin Mobile kimi şirkətlərin reklamlarında görünür. Elizabet Qillis ilk televiziya rolu The Black Donnellys'in üç epizodunda təkrarlanan bir personaj olur. Daha sonra Elizabet “The Stand” filmində Şelbi Ueksler adlı bir personajın rolunu oynayır. 2009-cu ildə Elizabet Viktoriya serialında Jade West rolunu oynamağa başlayır.