Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cıdır
Cıdır - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən yeniyetmələr və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Cıdır oyunu Novruz bayramı və digər el şənliklərində təşkil edilimiş atçılıq oyunlarından biri. Cıdır xalq oyunun Azərbaycanda yayılması "Kitabi-Dədə Qorqud" boylarından Nizami Gəncəvinin "Xosrov və Şirin" pomasından və klassik ədəbiyyatımızın digər nümunələrindən də bəllidir. == Oyunun qaydaları == Cıdırın keçirildiyi meydan, gün və şərtlə əvvəlcədən müəyyən edilir. Adlı- sanlı, tanınmış cavanlar bu oyun- yarışa xüsusi hazırlıq görür, təlim almış atlarını cıdıra hazırlayırlar. Cıdır iştirakçılarından kim meydanı birinci qət edərsə, o yarışın qalibi sayılır və adət üzrə ona xonça təqdim olunur. Qalib çıxmış atın isə alnına bir yumurta vurub sındırır, boynuna qırmızı rəngli kəlağayı və ya parça bağlanılır. Cıdırın digər iştirakçılarına da müəyyən hədiyyələr verilir. Cıdır əyləncələrini – onun başlanmasını və qurtarmasını zurnaçılar dəstəsi müşayət edir. Cıdır özünə- məxsus musiqi nömrəsi olur.
Cıdır düzü
Cıdır düzü — Şuşa şəhəri yaxınlığında yerləşən, tarixən cıdır yarışlarının keçirildiyi və Qarabağ xanlığı dövründən yerli türk əhalinin Novruz bayramını, bir çox yarışları keçirdiyi ərazi. == Cıdır düzündə keçirilən yarışlar və ədəbi məclislər == Cıdır düzü ("yarış meydanı") qədim Şuşanın əsas aktiv istirahət yeri idi. Xanın həyətinin ayrıca zorxanası olmasına baxmayaraq, şuşalıların əksəriyyəti, xüsusən də gənclər hava yaxşı olanda Cıdır düzündə görüşməyə üstünlük verirdilər. Meydançanın adının özü ona işarə edir ki, burada insanlar əvvəllər yarış və covqan oyunları, eləcə də qaçış oyunları keçirirdilər. Yeri gəlmişkən, yarışlar təkcə atlarda deyil, dəvələrdə də təşkil olunurdu. At həvəskarı olan İbrahimxəlil xanın hakimiyyəti dövründə yarışlar onun malikanəsində və Cıdır düzündə keçirilirdi. Qaliblərə qarşı comərdcəsinə davranış sərgiləyib, dəyərli hədiyyələr verilirdi. Gənclər at belində yarışmaya daha böyük maraq göstərirdilər. "Baharbəndi" adlı oyunu ən məşhur oyunlardan idi. Atlı, atını sürərkən calpağını, silahını, xəncərini, qılıncını, çuxasını götürüb xüsusi yerə qoyurdu.
Cıdır meydanı
Cıdır meydanı, və ya ippodrom (yun. ἱππόδρομος) — at yarışları və araba yarışları üçün qədim yunan stadionu. == Tarixi == Yunan ippodromu Roma sirkinə bənzər idi.
Cıdır oyunu
Cıdır - Azərbaycanda əsasən yaz və payız fəsillərində uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlardan biridir. == Oyunun qaydaları == Oyunda üçdən artıq adam iştirak edir. Hər oyunçunun papağı, xüsusi hazırlanmış 1m 40sm uzunluğunda dəyənəyi olmalıdır. Oyunu keçirmək üçün dəyirmi dirək, ağac kötüyü, saplı balta və düz yer seçirlər. Oyunçular əvvəl bir-bir əllərindəki dəyənəyi dirəyə və ya balta sapına vurub sürüşdürərək uzağa atmağa çalışırlar. Dəyənəyi ən geridə qalan oyunçu papağını dirəyin üstünə qoyur və ya balta sapından asır. Ən uzağa düşən dəyənəyin qaldığı yerdə bir cızıq çəkilir və həmin cızıqdan oyunçular dəyənəklərini papağa atırlar. Əvvəlcə papaq sahibi dəyənəyi atır. Əgər oyunçu öz papağını vurarsa, papağını geriyə götürür və oyun əvvəlki qayda ilə yenidən başlanır. Başqa oyunçular papağı vura bilməyəndə oyundan çıxırlar.
Cin
Cin (ərəb. جن‎) İbrahim dinlər və müasir və ya qədim dinlər və inanclarda mövcud olan ruhani mifaloji varlıqdır. Müxtəlif inanclarda müxtəlif formalarda göstərilir. Cin İslamda gözlə görünməyən və fərqli formalara sahib olan varlıq kimi göstərilir. Bəzilərinə görə isə cinlər insanlara cinsi əlaqədə ola bilər və insanlara təsir edə bilərlər. Quranda cinlərin Allah tərəfindən "tüstüsüz od"dan yaradıldığı yazılır. Qədim Roma və Qədim Yunanıstan inanclarında cinlər yarı tanrı və ya başqa bir formada olan ruhlar olaraq düşünülmüşdür. İnanclara görə cinlər insanlardan üstündür. Cinlər Qızıl Əsrdə ölən və yaşayan insanları qoruyan ruhlar idi. Amma indiki dövrdə qəhrəmancasına ölən insan da öldükdən sonra cin ola bilər.
Çıldır
Çıldır — Türkiyənin Ərdəhan ilinin ilçələrindən biri.
Ala (cin)
Ala (cin) — Ala və ya hala Bolqar, Makedoniya və Serb folklorundan mifoloji qadın məxluq. Ala pis hava cinləri hesab olunur, onların əsas məqsədi dolu yağan fırtına buludlarını tarlalara, üzüm bağlarına və ya bağlara yönəltmək və məhsulu məhv etmək və ya qarət etmək və ələ keçirməkdir. Həddindən artıq qarınqulu, ala xüsusilə uşaqları yeməyi sevir, lakin onların acgözlükləri Yerlə məhdudlaşmır. Bəzən belə hesab olunur ki, onlar Günəşi və ya Ayı yeməyə çalışıblar, tutulmalara səbəb olublar və əgər onlar uğur qazansalar, bu, dünyanın sonu demək olacaq. İnsanlar bir ala ilə qarşılaşdıqda, onların ruhi və ya fiziki sağlamlığı, hətta həyatları təhlükə altında olsa da, onlara hörmət və güvənlə yanaşdıqda, onların lütfünü qazanmaq olar. Bir ala ilə yaxşı münasibətdə olmaq çox faydalıdır, çünki ən çox sevdiklərini zənginləşdirir və çətin anlarda canlarını qurtarır. Alanın zahiri görünüşü folklorda müxtəlif şəkildə təsvir olunur. Nəhəng bir məxluq, nəhəng ağızlı insan və ya ilana bənzər canavar, dişi əjdaha və ya qarğa kimi görünə bilər. Həmçinin, ala müxtəlif insan və ya heyvan formalarını ala bilər və hətta bir insanın bədənini ələ keçirə bilər. İnsana bənzəyən ala ilə bağlı xalq nağıllarında ala şəxsiyyəti rus Baba Yaqanın şəxsiyyətinə bənzəyir.
Çin çon
Çinçon və ya Çin çon (ing. Ching Chong) Çin əhalisinə qarşı işlənən alçaldırıcı ad. Çinliləri ələ salmaq, ağız əymək və ya çin dilini imitasiya eləmək üçün işlənə bilər. Biraq çox hallarda bu söz ilə ancaq çinlilər yox, başqa Şərqi Asiya millətləri də rastlaşır (koreyalılar, yaponlar, taylar və s.). İctimai xadimlərin çoxusu bu termini irqçilik ilə əlaqələndirir. Tələffüzü: Çinçon sözündəki "Ç" hərfi "ts" və "ç" aralığında olan bir səs ilə təsvir eləmək olar; "n" hərfi qalın "n" səsini daşıyır (çin-latın transkripsiyasında "NG" qalın "n", "N" isə incə "n" səsini bildirir).
Can Can
Can Can (erm. Ջան Ջան) — 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edən İnqa və Anuş Arşakyanın oxuduğu mahnıdır. 12 may 2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin I yarımfinalında 99 xalla 5-ci yer tutmuşdur və finala çıxmışdır. Finalda isə doqquzuncu nömrə altında yarışdı və 92 xal toplayaraq 10-cu oldu. Müsabiqədə səslənən erməni mahnısına bir müddət sonra Azərbaycan ictimaiyyəti etiraz etdi.
Windir
Windir — Norveçli, artıq fəaliyyətini dayandırmış bir black metal qrupudur. Skandinaviya dastanlarının və şimal mifologiyasının təsirində qalıb, albomlarındaki mahnı sözlərini və folklorik melodiyalarını buna əsasən yaratmışlardır. 1995-ci ildə Det Gamle Riket adı ilə ilk demolarını çıxartmış, sonra isə ilk albomları olan Sóknardalr işıq üzü görmüşdür. Uğur gətirən bu alboun ardından qrup, Windir Triadını ortaya çıxarmışlardır. bu albomlar xronoloji sıraya görə : Arntor (1999), 1184 (2001), Likferd (2003)dür. Qrup, solistləri Valfar'ın 17 yanvar 2004'də donaraq ölməsinin ardından öz fəaliyyətini dayandırmışdır.
Cin (müğənni)
Ceyhun Zeynalov (19 sentyabr 1980, Bakı) — Cin adı ilə tanınan azərbaycanlı musiqiçi. == Həyatı == Ceyhun Zeynalov 19 sentyabr 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1994-97-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışdır. === Musiqi karyerası === 2000-ci ildən musiqi karyerasına başlayan Ceyhun Zeynalov ilk vaxtlar reperlik və aranjimanla məşğul olmuşdur. Yaşıl gözlər mahnısı ilə reqqi üslubuna keçid etmişdir. Bu üslubda ikinci mahnısı olan Buludlar ona əsas məşhurluq gətirmişdir. Buludlar Azərbaycanla bərabər, Türkiyədə də böyük populyarlıq qazanmışdır.
Çandır qalası
Çandır qalası — (türk. Çandır Kalesi) Mersin elində böyük qaladır. Qala, Mersinin mərkəzi bölgələrindən biri olan Toroslar kəndində və 37 ° 01′K 34 ° 37′E-də yerləşir. Mersinə 40 kilometr məsafədədir və Ayvagediyi qəsəbəsinin şərqindəki bir dağın üstündədir. Eyni adlı kənd qəsrin cənubundadır. 474-491-ci illər arasında hökm sürən və müxtəlif münaqişələrlə üzləşməli olan Şərqi Roma imperatoru Zeno, 475-ci ildə paytaxtdan qaçaraq müvəqqəti olaraq adlı bir qalada gizləndi. Bu qalanın Çandır qalası olduğu düşünülür. Çox strateji bir nöqtədə qurulan qala sonrakı əsrlərdə istifadə edilmiş və XII-XIV əsrlər arasında Kilikiya Erməni Krallığının ən əhəmiyyətli qalalarından birinə çevrilmişdir. Qalanın əhəmiyyəti, şərqdə Orta Anadolu və Namruna gedən yolları idarə edən mövqeyindən irəli gəlirdi. Qala daha sonra müvafiq olaraq Karamanidlər, Məmlüklər və Osmanlılar tərəfindən fəth edildi.
Çıldır döyüşü
Çıldır döyüşü (farsca:نبرد چلدر; türkcə: Çıldır Muharebesi) — Səfəvi-Osmanlı müharibəsinin (1578–1590) gedişində baş vermiş ilk döyüş. 1578-ci ilin 8 və ya 9 avqust günündə Çıldır gölünün yaxınlığındakı düzdə baş vermişdir. Osmanlı tarixçisi və yürüşün iştirakçısı İbrahim Rəhimizadə bu döyüşü müharibənin ilk döyüşü, İbrahim Peçevi isə "Çıldır düzündəki böyük döyüş" deyə adlandırmışdır. Osmanlı imperiyası bu döyüşdə Səfəvi ordusu üzərində qələbə qazanmış və beləliklə onlar üçün Gürcüstana gedən yollar açılmışdır. Osmanlı imperiyası ilə Səfəvi imperiyası arasındakı sərhəd 1555-ci ildə imzalanmış Amasya sülhü ilə təmzimlənirdi. 1576-cı ildə I Təhmasibin ölümündən sonra Səfəvi imperiyası daxilində taxt uğrunda mübarizə kəskinləşdi. Onun varisləri olan Heydər Mirzə ilə İsmayıl Mirzə arasındakı mübarizə nəticəsində İsmayıl qalib gələrək şah oldu. İki il sonra III Murad (1574–1589) Qafqaza müdaxilə edib orada öz hakimiyyətini qurmaq üçün ideal zamanın yetişdiyi qərarına gəldi. Baş vəzir Sokollu Mehmed Paşa yürüşə qarşı olsa da, onun təsir dairəsi artıq çox daralmışdı. III Murad Səfəvilərlə müharibəyə ciddi hazırlıq görmüşdü.
Çıldır gölü
Çıldır gölü — Araz hövzəsinin ən böyük gölü. Şərqi Anadoluda 1959 m yüksəklikdə yerləşir və Qərbi Arpa çayın mənbəyini təşkil edir. Sahəsi 123 kvadrat kilometrdir.Kısır və Akbaba dağları arasında vulkan mənşəli çuxurda yerləşən gölün uzunluğu 18,3 kilometr, maksimal eni isə 16,2 kilometrdir. Əsasən qar suları, bulaqlar, kiçik çaylarla qidalanan Çıldır gölünün orta dərinliyi 30 metrə,ən dərin yeri 130 metrə, həcmi isə təxminən 1,2 kub kilometrə çatır. Çıldır hövzəsinin illik orta temperaturu təxminən 3,5 dərəcədir.
Çıldır əyaləti
Çıldır əyaləti — veya Çıldır Beylerbeyliği (Osmanlıca: ایالت چلدر , "Eyalet-i Çıldır") Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda inzibati ərazi vahidi. Adı Çıldır gölüündəndir. 1574 ci ildə Çıldır əyalətinin bölgüsü. 1. Ahısqa sancağı 2. Axalkələk sancağı 3. Çıldır sancağı 4. Posho sancağı 5. Bedre sancağı 6. Penek sancağı 7.
Çih Çin-Şui
Çih Çin-Şui (2 aprel 1963) — Çin Taybeyini təmsil edən stolüstü tennisçi. Çih Çin-Şui Çin Taybeyini 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 13-cü pillənin sahibi olub.
Çin cır limon
Çin cır limonu
CIA
Mərkəzi Kəşfiyyat İdarəsi (ing. Central Intelligence Agency) — ABŞ hökumətinə tabe olan kəşfiyyat orqanıdır. İdarənin əməkdaşlarının sayı gizlin saxlansa da, onların təxminən 21 575 nəfər olduğu təxmin edilir. İdarə 1947-ci il sentyabrın 18-də qurulub. Daxili təhlükəsizlik xidməti olan Federal Təhqiqat Bürosundan fərqli olaraq Mərkəzi Kəşfiyyat İdarəsi hüquq mühafizə funksiyasına malik deyil və əsasən xarici kəşfiyyata yönəlmişdir, lakin daxili kəşfiyyat və əks-kəşfiyyatın bəzi elementləri ilə. Xarici kəşfiyyat sahəsində ixtisaslaşan yeganə ABŞ hökumət təşkilatı olmasa da, elektron kəşfiyyatı həyata keçirən Milli Təhlükəsizlik Agentliyi də var. Bundan əlavə, CIA, Prezidentin göstərişi ilə gizli əməliyyatları qanuni şəkildə həyata keçirmək və nəzarət etmək səlahiyyətinə sahib olan yeganə orqandır. CIA xarici siyasət təsirini Xüsusi Hadisələr Bölməsi kimi taktiki bölmələri vasitəsilə həyata keçirir. CIA, Milli Kəşfiyyat Direktorunun rəhbərlik etdiyi ABŞ Kəşfiyyat Birliyinin bir hissəsidir.
CNN
CNN və ya Cable News Network (CNN) — 1 iyun 1980-ci ildə Atlantada Ted Törner tərəfindən qurulmuş ilk xəbər kanalı. Telekanal 24 saat xəbər yeniliyi üzərində qurulur. CNN-nin mütəmadi olaraq dünyanın 212 ölkəsində 1.5 milyarddan çox insan izləyir. Müxtəlif dillərdə kanalları, 12 veb saytı, 2 radiosu və bütün dünyaya yayılmış xəbər qrupu ilə ən məşhur xəbər qaynaqlarından biri sayılır. 1995-ci ildə açılan cnn.com isə ilk böyük ölçülü xəbər saytıdır. CNN-nin bütün dünyada tanınan bir kanal halına gəlməsi 1991-ci ildəki ilk Körfəz müharibəsi zamanı Bağdaddan döyüşü canlı olaraq yayımlanması oldu. bu etdikləri yayımlar televiziya xəbərçiliyində yeni bir dövr başlatdı. Daima böyüyən CNN-nin qurucusu Ted Törner ən əhəmiyyətli media patronlarından biri, bağlı olduğu holdinq Time Warner isə ən böyük media şirkətlərindən biridir. Avqust 2010-cu il tarixə olan məlumata görə CNN-i ABŞ-də 150 milyon insan izləyir.
Can
Can — bəzən psixika termininin sinonimi kimi işlədilən termin. Fəlsəfə tarixində bu anlayışla insanın idealizimdə xüsusi qeyri-maddi substansiya ilə eyniləşdirilən daxili aləminə baxış ifadə olunmuşdur. İbtidai insanların təsəvvüründə Can nə isə maddi bir şey hesab edilmişdir (qan, nəfəs və s.). Dində can dedikdə bədəndən asılı olmadan "o dünyada" müstəqil mövcud olan nə isə qeyri-cismani, ölməz, qeyri-maddi qüvvə başa düşülür. İdealist fəlsəfədə Can şüurun bu və ya digər ünsürü ilə eyniləşdirilir. Platonda bu əbədi ideyalar, Hegeldə ruhun materiya ilə əlaqəsində ən aşağı hissi təzahürüdür (hiss edən və fəal Can.). Dualist təlimlərdə Can nə isə əzəli və bədənlə birlikdə mövcud olan bir şey kimi başa düşülür (Dekart, Spenser, Vundt, Cems). XIX əsrə qədərki materializimdə (Demokrit, metafizik materizlizm) Can törəmə, iknci bədəndən asılı hesab edilmişdir. Lakin burada psixi fəaliyyət olmaq etibarilə Can adi mexaniki və yaxud fiziki-kimyəvi, proseslərə müncər edilirdi. Çox vaxt ayrı-ayrı materialist filosoflar aləmin ümumiliklə Canlılığına ehtimal etmişlər (Hilozoizm).
Con
Con (ing. John) — ingilis kişi adı. Con Qarner — Amerika Birləşmiş Ştatlarının 32-ci vitse-prezidenti. Con Kelhun — Amerika Birləşmiş Ştatlarının 7-ci vitse-prezidenti. Con Adams — Amerika Birləşmiş Ştatlarının 1-ci vitse-prezidenti və 2-ci prezidenti Con Tayler — Amerika Birləşmiş Ştatlarının 10-cu prezidenti və 10-cu vitse-prezidenti Con Adeyr — liderlik və liderlik qabiliyyətinin inkişafı sahəsində dünyanın ən nüfuzlu alimlərindən biri Con Edqar Quver — ABŞ dövlət xadimi, ABŞ-nin Federal Təhqiqat Bürosuna yarım əsr ərzində rəhbərlik edib Con Fante — italyan əsilli amerikan yazıçı və ssenarist Con Nyumen — ingilis müğənni. Con Sina — amerikan profesional güləşçi, bodibilder, reper və aktyor. Con Tinni Makkatçen — ABŞ qəzet siyasi karikaturisti, onu "amerika karikaturistlərinin dekanı" adlandırırdılar. Con Vilyam Dreper — Amerika kimyaçısı və fizioloqu. Con Lindli — İngiltərə botaniki. Con Eduard Qrey — Britaniya zooloqu.
VIN
Nəqliyyat vasitəsinin identifikasiya nömrəsi - (ing. Vehicle identification number, qısaca VIN) — nəqliyyat vasitəsinin 17 simvoldan ibarət olan unikal kodudur. Kodda istehsalçı və nəqliyyat vasitəsinin xarakteristikaları haqqında informasiya və buraxılış ili göstərilmişdir. Kod strukturu ISO 3779-1983 və ISO 3780 standartlarına əsaslandırılmışdır. İdentifikasiya olunmuş nömrələr kuzovda və ya şassidə xüsusi olaraq nömrəli lövhəciklərdə göstərilmişdir. VIN-də latın əlifbasının simvollarından və ərəb rəqəmlərindən istifadə etməyə icazə verilmişdir : 0 1 2 3 4 5 6 7 8 9 A B C D E F G H J K L M N P R S T U V W X Y Z I, O, Q hərflərindən istifadə qadağandır, çünki onlar 1, 0 rəqəmlərinin şəkli formasına oxşardır. VIN 3 hissədən ibarətdir: WMI (World Manufacturers Identification) — ümumdünya istehsalçı indeksi VDS (Vehicle Description Section)— təsviri hissə VIS (Vehicle Identification Section) — fərqləndirici hissə ISO 3779:2009 FMVSS 115, Part 565 VIN entry in the National Transportation Library FAQ Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine Hal-hazırda skan edilmə və VIN tanınması imkanı mövcuddur. Bu proses xüsusi skanerlərin köməyi ilə, həm də iOS və Android platformalarına yüklənən xüsusi proqramların köməyi ilə, fotokameradan istifadə edərək mümkündür. Skan edilmə nəticəsində alınmış kod avtomobil haqqında ətraflı informasiyanın axtarışı üçün internet resurslarından istifadə edir.
CDN
Məzmun çatdırılma şəbəkəsi (ing. Content delivery network; CDN) — coğrafi olaraq paylanmış proksi serverlər şəbəkəsi və onların data mərkəzləri. Məqsəd xidməti son istifadəçilərə nisbətən məkan baxımından çatdırmaqla yüksək əlçatanlıq və performans təmin etməkdir. CDN-lər 1990-cı illərin sonlarında İnternetin insanlar və müəssisələr üçün iş baxımından kritik bir mühitə çevrilməyə başladığı vaxtda İnternetin performans boğazlarını (bottleneck) yüngülləşdirmək üçün bir vasitə kimi meydana çıxdı. O vaxtdan bəri CDN-lər veb-obyektlər (mətn, qrafika və skriptlər), yüklənə bilən obyektlər (media faylları, proqram təminatı, sənədlər), proqramlar (e-ticarət, portallar), canlı yayım və sosial media saytları da daxil olmaqla bu gün İnternet məzmununun böyük bir hissəsinə xidmət etmək üçün böyüdü. CDN-lər internet ekosistemində bir təbəqədir. Media şirkətləri və e-ticarətçilər kimi məzmun sahibləri məzmunlarını son istifadəçilərinə çatdırmaq üçün CDN operatorlarına pul ödəyirlər. Öz növbəsində CDN də öz serverlərini məlumat mərkəzlərində yerləşdirmək üçün İnternet xidmət provayderlərinə (ISP), daşıyıcılara və şəbəkə operatorlarına pul ödəyir. CDN müxtəlif məzmun çatdırılması xidmətlərini əhatə edən ümumi termindir: video striminqi, proqram yükləmələri, veb və mobil məzmunun sürətləndirilməsi, lisenziyalı/idarə olunan CDN, şəffaf keş və CDN performansını ölçmək üçün xidmətlər, yük balansı, çoxlu CDN keçidi, analitika və bulud kəşfiyyatı. CDN satıcıları təhlükəsizlik, DDoS qorunması və veb tətbiqi qoruyucu divarları (WAF) və WAN optimizasiyası kimi digər sənaye sahələrinə keçə bilər.
Elton Con
Elton Con (ing. Sir Elton Hercules John və ya doğum adıyla ing. Reginald Kenneth Dwight; 25 mart 1947[…]) — ingilis pop/rok müğənnisi, bəstəkar, pianoçu. Dünyanın ən məşhur musiqiçilərindən biri olan Elton Conun XX əsrin 70-ci illərindən bu günə qədər bütün dünyada 450 milyondan çox albomu satılıb. Onun sinqllarının nüsxələri 190 milyondan artıq nüsxəylə yayılıb. Eltonun Şahzadə Diananın xatirəsinə yenidən yazdığı hit mahnısı "Candle in the Wind" hələ də ABŞ və Britaniya çartları tarixində ən çox satılmış mahnı olaraq qalmağa davam edir. Con bu günə kimi, musiqidəki uğurlarına görə 5 dəfə Qremmi mükafatına, o cümlədən, "Yaşayan Əfsanə" mükafatına layiq görülüb. Kinolar üçün yazdığı mahnılar sayəsində namizəd olduğu üç Oskarın birini qazanıb. Rolling Stone jurnalının 2004-cü ildə hazırladığı siyahıda Elton, musiqidə ən çox iz qoymuş 50 sənətkardan biri seçildi. Geniş xeyriyyə fəaliyyəti olan Conun həm musiqidəki, həm də xeyriyyə sahəsindəki fəaliyyətlərinə görə, 1998-ci ildə Kraliça ikinci Elizabeth ona cəngavərlik titulu verdi.
Emre Can
Emre Can (türk. Emre Can; 12 yanvar 1994, Frankfurt-Mayn, Hessen) — əslən türk olan, Almaniya futbolçusu. Hal-Hazırda Borussia Dortunda oynayır.
Gentli Con
Gentli Con (ing. John of Gaunt; 24 iyun 1340, Gent – 3 fevral 1399) — İngiltərə kralı III Eduardın və xanımı Enolu Filipanın həyatda qalan üçüncü oğlu. Orta əsrlər dövrünə xas ənənəyə görə, o da doğulduğu Gent şəhərinin adını ləqəb olaraq aldı. Monarx ailəsinə mənsub olması, strateji evlilikləri və atasının ona bəxş etdiyi mülklərlə Gentli Con dönəminin ən varlı adamlarından biri idi və həm atası III Eduardın, həm də qardaşı oğlu II Riçardın səltənətində nüfuz sahibi oldu. İlk Lankaster hersoqu olaraq, üzvləri onun ölümündən sonra İngiltərə taxtına çıxacaq Lankaster sülaləsinin banisidir. Gentli Conun hərbi fəaliyyəti Yüzillik müharibə çərçivəsində Fransa və İspaniya ilə gedən döyüşlərdə başladı. O, ikinci evliliyi vasitəsilə Kastiliya taxt-tacına haqq iddia etdi və bir müddət özünü Kastiliya kralı olaraq elan etdi. Böyük qardaşı və atasının rəsmi varisi olan Qara şahzadə Eduardın səhhətinin pisləşməsinin ardından Gentli Con dövlət idarəsində mühüm vəzifələri öz üzərinə aldı və İngiltərənin güclü siyasi fiqurlarından biri halına gəldi. Ancaq hərbi çətinliklər və siyasi uyuşmazlıqlar Gentli Conla parlament və saray əyanları arasında siyasi mübarizəyə səbəb oldu. Gentli Con, II Riçard səltənətinin ilk illərində və sonrakı siyasi çəkişmə dönəmində İngiltərə hakimiyyətindəki ən güclü simalardan biri oldu.
Həsən Can
Həsən Can (v. 27 fevral 1567, Bursa) — Dövlət xadimi. Şeyxülislam Xoca Sadəttin Əfəndinin atası, Şeyxülislam Mehmed Əsad və Mehmed Çələbinin babası, Şeyxülislam Əbu Səid Mehmed Əfəndinin ulu babasıdır. == Həyatı == Doğum tarixi bilinməsə də, ailəsi əslən İsfahandandır. Atası Hafiz Mehmed Əfəndi vaxtilə Ağqoyunlu sarayının müftüsü olmuş, Şah İsmayılın dəvəti ilə ailəsiylə birlikdə Təbrizə köç etmişdir. Çaldıran müharibəsinin ardından Təbrizə daxil olan I Səlimin özüylə İstanbula apardığı alim və sənətkarlardan biri oldu. Həsən Can da bu əsnada atasıyla birlikdə İstanbula gəlmiş, bu səbəbdən doğum yerinin Təbriz olduğuna inanılır. Atası Hafiz Mehmed Əfəndi saray hafizi olaraq seçilmiş, Həsən Can isə I Səlimin xüsusi xidmətinə alınmış və onun ən yaxın dostuna çevrilmişdir. Yavuz Sultan Səlimin vəfatına qədər yanında olan Həsən Can bir çox siyasi hadisələrə şahid olmuş, sultanın ən yaxın sirdaşına çevrilmişdir. I Səlimin vəfatının ardından çıxan siyasi ixtişaşların yatırılmasında önəmli rol oynadı.
I Con
I Con (dan. Hans af Danmark; 2 fevral 1455, Olborq – 20 fevral 1513[…], Olborq) — Danimarka, Norveç və İsveçi özündə birləşdirən Kalmar birliyinin kralı. 1482-1513-cü illərdə qardaşı Fridrixlə birlikdə Şlezviq-Holşteyn hersoqu ünvanını daşıdı. 1477-ci ildə Saksoniyalı Kristina ilə nişanlandı və cütlüyün toy mərasimi 6 sentyabr 1478-ci ildə baş tutdu. Cütlüyün bu nigahdan 6 övladı doğulsa da, bunlardan ikisi uşaq yaşda öldü. Hans (1479-1480) Ernst (1480-1480) II Kristian Yakob (1484-1566) Yelizaveta (24 iyun 1485 - 10 iyun 1555) Fransisk (15 iyul 1497 - 1 aprel 1511) == Mənbə == Arup, Erik (1902–1904). "Den finansielle side af erhvervelsen af hertugdømmerne 1460–1487". Historisk Tidsskrift (in Danish). Copenhagen: Den danske historiske Forening. 4 (7): 317–388, 399–489 Carstens, W. (1931).
Kazım Can
Polat Can
Polat Can (Əhməd Məhəmməd), 1980-ci ildə Kobanidə (Suriya) anadan olub, Suriyadan olan kürd siyasi fəaldır. Can, Xalq Müdafiə Birliklərinin (YPG) qurucularından və əsas komandirlərindən biridir və təşkilatın rəsmi sözçüsü kimi fəaliyyət göstərir. O, həmçinin Suriya Demokratik Qüvvələrinin koalisiya komandiri vəzifəsini də icra edir. O, həm də jurnalist və yazıçıdır, kürd, ərəb və türk dillərində ədəbi əsərin müəllifidir.
Sibel Can
Sibel Cangüre (d. 1 avqust 1970, İstanbul, Türkiyə) — qısaca Sibel Can kimi tanınan Türkiyə müğənnisi. Karyerasına rəqqasəliklə başlayan Sibel, hazırda aktrisa, müğənni və aparıcıdır. Sibel Can 1 avqust, 1970-ci ildə Yuqoslaviya qaçqını boşnak (müsəlman serb) əsilli Engin Cangüre və Bursa Mudanyalı çingənə (qaraçı) kökənli Əminə Gül Sezərin uşaqları olaraq Türkiyənin Fatih vilayətində dünyaya gəlib. Əsl adı Sibel Cangüre olan sənətçinin atası bir çox məşhur solistə yoldaşlıq edən bir kaman sənətçisi idi. 13 yaşında gələn təkliflə Vianada oriental olaraq səhnəyə çıxmağa başlayan Sibel Can atası ilə bərabər Türkiyədə və xaricdə etdiyi turlarda həm oriental rəqqasəlik, həm də solistlik edib. Galata Qülləsi və Astorya kimi klublarda səhnə olan sənətçi, Nükhet Durunun Fəxrəddin Arslana tövsiyəsilə Maksim Kazinosunda çıxmaya başlamış və hələ 17 yaşı varkən solist olmuşdur. Sibel Canın yaşının az olması səbəbilə kazinonun bağlanmasıyla Arslanın köməklikləriylə məhkəmədə yaşını 6 yaş artırmışdır. Maksim kazinosunda Muazzez Abacı, Nəşə Qaraböcək və Əməl Sayın kimi məşhur şəxslərlə çalışmışdır. Nükhet Duru tərəfindən aşkarlanan Maksim kazinosunun oriental rəqqasəsi oldu.
Con Kallahan
Con Kevin Kallahan (23 dekabr 1953, Bruklin, Nyu-York ştatı – 28 mart 2020, Ranço-Miraj[d], Kaliforniya)- Amerikalı aktyor. Ən çox televiziyada yayımlanan Edmund Qrey obrazını canlandırdığı "All My Children" filmi ilə tanınır. == İlk illəri == Callahan 23 dekabr 1953-cü ildə Bruklin, Nyu-Yorkda anadan olmuşdur. Berklidə Kaliforniya Universitetində hüquq təhsili almışdır. == Kariyerası == Onun yer aldığı aşina istehsallar arasında, 1984-1985-ci illərdə Leo Russell obrazını canlandırdığı "General Hospital" serialı, 1986-1988-ci illərdə Erik Stavros rolunu oynadığı "Falcon Crest" tam zamanlı serialı, 1989-1991-ci illərdə Kreyq Hant rolunu oynadığı "Santa Barbara" serialı və 1992-2005-ci illərdə Edmund Qrey obrazını canlandırdığı "All My Children" serialları sayıla bilər. Callahan həmçinin 1997-ci ildə Esta TerBlanche ilə birlikdə rol aldığı "Spin City" komediya serialında, "My Life is a Soap Opera" və 2008-2010-cu illərdə "Days of Our Lives" filmlərində Edmund rolunu oynamışdır. Callahan və onun aktrisa həyat yoldaşı Eva LaRue, 1995 real vaxt televiziya istehsalı; 1997-ci ildə "Weddings of a Lifetime" ilə "Miss America Gözəllik müsabiqəsi"ni təqdim etdi. 1990-cı ildə Callahan "To Tell the Truth" televiziya şousunun remeykində görkəmli natiq kimi göründü. == Şəxsi həyatı və ölümü == Callahan ilk evliliyini 1982-ci ildə Linda Frimanla edib və 1994-cü ildə boşanıb. Onun bu evlilikdən iki oğlu var.
Con Qrişem
Con Krasinski
Con Börk Krasinski (ing. John Burke Krasinski; 20 oktyabr 1979, Nyuton[d], Massaçusets) — amerikalı aktyor və kinorejissor. Con "Ofis" serialında Cim Halpert rolu ilə məşhurlaşıb. O, serialın doqquz mövsüm boyu prodüseri və ara-sıra rejissoru olub. Con Krasinski Braun Universitetində və Milli Teatr İnstitutunda teatr sənəti üzrə təhsil alıb. O, çoxsaylı mükafatlara layiq görülüb, dörd "Emmi" mükafatına namizəd olub və iki "Ekran Aktyorları Gildiyası" mükafatı qazanıb. O, 2018-ci ildə Time jurnalı tərəfindən dünyanın ən nüfuzlu 100 insanlarından biri seçilib. Krasinskinin 2018-ci ildə yazıb, rejissorluq edib və rol aldığı "Sakit yer" filmi tənqidçilər və tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib. O, həmin il Amazon Prime Video-nun "Jack Ryan" adlı triller serialında baş rolu oynamış, həm də layihənin prodüserliyi ilə də məşğul olmuşdur. Con 2018-ci ildə Sunday Night Productions kino şirkətinin əsasın qoymuşdur.
Lin Çih-lyan
Çon Yu-bin
Jeon Yeo-been (kor. 전여빈; 26 iyul 1989) Cənubi Koreyalı aktrisadır. Çon, 22-ci Busan Beynəlxalq Film Festivalında "İlin Aktrisası" mükafatını və 2017 Seul Müstəqil Film Festivalında "Müstəqil Ulduz" mükafatını qazandıran "Ölümümdən Sonra" (2018) (ing. After My Death) filmindəki performansı ilə məşhurlaşdı. Çonun karyerası Vincenzo (2021) televiziya serialında və cinayət janrında olan "Gecə Cənnətdə" (2021) (kor. Night at Paradise) filmində çəkildikdən sonra yüksəlməyə davam edir. Çon aktrisalığı Donduk Qadın Universitetində "Broadcast Entertainment"-də oxuyarkən öyrənib. Aktrisa və rejissor Mun So-ri Seul Beynəlxalq Qadın Filmləri Festivalının treylerində onu gördükdən və "Ən yaxşı rejissor" qısametrajlı filmində rol almaq üçün onunla əlaqə saxladıqdan sonra 5 il sonra aktyorluğa başladı. 2015-ci ildə Çon dram janrında olan "Xain" (kor. The Treacherous) filmində debüt etdi.
Lin Çen-Hao
Lin Çen-Hao (26 oktyabr 1997) — Çin Taybeyini təmsil edən cüdoçu. == Karyerası == 2021-ci ildə Yaponiyada baş tutan olimpiadanı yeddinci pillədə başa vurub. 2024-cü ildə Çin Taybeyini Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunlarında təmsil edib. 1/8 final mərhələsində Qazaxıstan nümayəndəsi Abiba Abucaqınovaya məğlub olaraq olimpiadanı 9-cu pillədə başa vurub.
Hind-Çin
Hind-Çin — Asiyanın Cənub-Şərqində yerləşən yarımada. Sahəsi 2 mln km² - dir. Yarımadanın ən böyük çayları: Mekonq, İravadi, Saluin, Menam-Çao-Praya. Yarımadada 7 ölkə: Banqladeş, Vyetnam, Kamboca, Laos, Malayziya, Myanma və Tailand vardır. == Etimologiya == Yarımadanın adı avropalıların (fransızların) bura verdiyi addan qaynaqlanır. Belə ki, avropalılar yarımadada həm Çinə, həm də Hindistana aid xüsusiyyətləri birlikdə görürdülər. == İqlimi == Yarımadanın iqlimi subekvatorial musson iqlimidir, yalnız Malakka yarımadasında iqlim ekvatorialdır. Yarımadanın düzənlik hissəsində temperatur ilboyu 20 dərəcədən aşağı düşmür, yazda və yayda temperatur 28-30 dərəcəyə çatır. Dağlarda temperatur 15 dərəcə və daha aşağı düşür. == Təbii sərvətləri == Malakka yarımadasında böyük həcmdə qiymətli metallar olan qalay və volframın ehtiyatları vardır.
Li Çin
Li Çinq (7 mart 1975, Honkonq) — Honq Konqu təmsil edən stolüstü tennisçi. == Karyerası == Li Çinq Honq Konqu 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, cüt turnirdə isə gümüş medalın sahibi olub. Daha sonra Li Çinq Honq Konqu 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, Komanda turnirində isə 5-ci pillənin sahibi olub.
Çin xenomelesi
Çin xenomelesi (lat. Chaenomeles sinensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin xenomeles cinsinə aid bitki növü. Yabanı halda Çində və Yaponiyada bitir. Vətəni Çindir. Hündürlüyü 1-6 m olan yarımhəmişəyaşıl kol və ya kiçik ağacdır. Zoğları tikanlı və ya tikansızdır. Yarpaqları növbəli, dişli, kəsiyində oyuqlu, saplaqları 2 sm-dək uzunluqdadır. Yalançı zoğları tökülür. Çiçəkləri iri, diametri 3-4,5 sm, tək və ya 2-6 ədəd qısa salxımlara yığılmışdır. Çox vaxt yarpaqlar əmələ gələnədək açılır.
Haciye Cindi
Haciye Cindi Cauari (kürd. Һ’әщие Щнди/Heciyê Cindî, erm. Հաջիե Ջնդի, rus. Аджиэ Джинди Джауари; 18 mart 1908 – 1 may 1990) — kürd əsilli SSRİ yazıçısı. O, kürd və erməni dillərində yazıb-yaratmışdır. == Həyatı == Haciye Cindi Cauari 1908-ci ildə Rusiya imperiyasında, Yamançayır (indiki Türkiyə) kəndində anadan olmuşdur. O, uşaq yaşlarında yetim qalmış və Aleksandropoldakı uşaq evində tərbiyə almışdır. Cindi 1929-cu ildə Pedaqoji Texnikumu bitirmiş, İrəvan Pedaqoji İnstitutuna daxil olmuş və 1933-cü ildə oradan məzun olmuşdur. O, 1930-cu ildən "Riya Təzə" qəzetində, o cümlədən radioda işləmişdir. Cindi 1934-cü ildə SSRİ Yazıçılarının I qurultayında Ermənistan SSR-dən nümayəndə olmuşdur.
Cindar Hüseyn Əfəndi
Cindar Qarabaşzadə Hüseyn Əfəndi (Safranbolu, Karabük ili – 1648) — Osmanlı sultanı I İbrahimi təsiri altına alaraq dövlət işlərinə təsir edən padşah lələsi və Anadolu başqazısıdır. == Həyatı == Safranboluda dünyaya gəlmişdir. Babası bölgənin tanınmış müəzzinlərindən olan Şeyx Qarabaş İbrahim Əfəndi, atası isə Şeyx Mehmed Çələbidir. İlk təhsilini atasından alan Hüseyn Əfəndi atasından dini təhsillə yanaşı, sehr və cadugərlik dərsləri də almışdır. Ardından İstanbula gələrək təhsilini Süleymaniyyə mədrəsəsində davam etdi. Bu əsnada ətrafında "nəfəsli güclü" olaraq məşhurlaşdı və etdikləri duaların qəbul olduğu şayələri yayıldı. Bir müddət dolanışığını bu yolla təmin edən Hüseyn Əfəndinin sehr-cadu işlərilə məşğul olması onun müəllimləri və digər müdərrislərin narazılığına səbəb oldu, hətta bu səbəbdən mədrəsədən məzun ola bilmədi. Ancaq bu məsələdəki şöhrəti saraya qədər yayılmış və beləliklə həyatı dəyişmişdir. O illərdə psixoloji narahatlıqları olan I İbrahimin müalicəsi üçün dönəmin validə sultanı Kösəm Sultan tərəfindən saraya dəvət edilən Hüseyn Əfəndi təsirli dualarıyla daha da məşhurlaşdı. Padşahın böyük rəğbətini qazanan və bu əsnada şərəfinə Mahmud Paşa məscidi yaxınlığında bir saray inşa etdirilən Hüseyn Əfəndi dövrün şeyxülislamı Zəkəriyazadə Yəhya Əfəndinin etirazlarına baxmayaraq I İbrahimin əmriylə əvvəlcə Sahn-ı Səman mədrəsələrində (iyun 1642), daha sonra isə Süleymaniyyə mədrəsəsində müdərris təyin olundu.
Çıldır döyüşü (1578)
Çıldır döyüşü (farsca:نبرد چلدر; türkcə: Çıldır Muharebesi) — Səfəvi-Osmanlı müharibəsinin (1578–1590) gedişində baş vermiş ilk döyüş. 1578-ci ilin 8 və ya 9 avqust günündə Çıldır gölünün yaxınlığındakı düzdə baş vermişdir. Osmanlı tarixçisi və yürüşün iştirakçısı İbrahim Rəhimizadə bu döyüşü müharibənin ilk döyüşü, İbrahim Peçevi isə "Çıldır düzündəki böyük döyüş" deyə adlandırmışdır. Osmanlı imperiyası bu döyüşdə Səfəvi ordusu üzərində qələbə qazanmış və beləliklə onlar üçün Gürcüstana gedən yollar açılmışdır. Osmanlı imperiyası ilə Səfəvi imperiyası arasındakı sərhəd 1555-ci ildə imzalanmış Amasya sülhü ilə təmzimlənirdi. 1576-cı ildə I Təhmasibin ölümündən sonra Səfəvi imperiyası daxilində taxt uğrunda mübarizə kəskinləşdi. Onun varisləri olan Heydər Mirzə ilə İsmayıl Mirzə arasındakı mübarizə nəticəsində İsmayıl qalib gələrək şah oldu. İki il sonra III Murad (1574–1589) Qafqaza müdaxilə edib orada öz hakimiyyətini qurmaq üçün ideal zamanın yetişdiyi qərarına gəldi. Baş vəzir Sokollu Mehmed Paşa yürüşə qarşı olsa da, onun təsir dairəsi artıq çox daralmışdı. III Murad Səfəvilərlə müharibəyə ciddi hazırlıq görmüşdü.
Candar
Candar, Candari — Gürcüstan Respublikasının Kvemo Kartli mahalının Qardabani bələdiyyəsi ərazisində azərbaycanlıların yaşadığı kənd. Marneulidən 3 kilometr şimalda, dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir. Candar kəndi Marneuli aqlomerasiyasına daxildir. Əhalisi 3118 nəfərdir (2002); əsasən əkinçiliklə məşğuldur. Kənddə Azərbaycan dilində məktəb 1922-ci ildən fəaliyyət göstərir. == Tanınmış şəxsləri == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. V cild. Bakı, 2014. səh.185.
Canqır
Canqır (fars. جانقور‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. Kəndin ətrafı bağlarla əhatə olunub. Kənddə Pəhləvilər dövründə Rza şah üçün iqamətgah da inşa olunmuşdur. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 916 nəfər yaşayır (223 ailə). Kənd əhalisi Azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Cılfır
Cılfır — Azərbaycan Respublikasının Qubadlı rayonunun Göyərcik kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunub. == Toponimikası == Cılfır kəndi Bərgüşad silsiləsinin yamacındadır. Yaşayış məntəqəsi XIX əsrin sonlarında Göyərcik kəndindən köçmüş ailələr tərəfindən Cılfır meşəsi adlanan ərazidə salınmışdır. Kənd həmin meşənin adını daşıyır. Azərbaycan dilinin dialektlərində cılfır "cəngəllik, kol-koslu yer" deməkdir. == Coğrafiyası və iqlimi == Cılfır kəndi Bərgüşad silsiləsinin yamaclarında yerləşir. == Mənbə == Akif Muradverdiyev. Zəngəzur.
Dandır
Təndir — istilənmək üçün istifadə edilən bir növ manqal. Yerə çuxur qazılaraq edilən xüsusi bir sobaya da dandır deyilir. Təndirdə manqal kömürü, odun kimi yanacaqlar istifadə edilər. Ümumiyyətlə burada çörək bişirilər və ət qızardılar. == Təndirqoyma == Təndir üçün lazım olan sarı torpaq qəzil, saman, at qılı və s. qarışdırılıb əlavə olunandan sonra yaxşı-yaxşı hasil edilir, sonra təndirin badı (divarı) qoyulurdu. Təndirin dairəsi yuxarıya getdikcə kiçilir, badın qalınlığı, hamarlığı təndirqoyanın ustalığından asılı idi. Təndir qoyulub başa çatandan sonra o, yaxşı qurumalı idi. Təndirin çatlamaması, ovulmaması üçün onu üstüörtülü yerdə, çox vaxt sal daşların üstünə qoyurdular. Beləliklə, təndir nəmdən, yağışdan qorunurdu.
Fındıq
Fındıq (lat. Corylus) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Məlum 15 növündən 7 növü daha çox yayılmışdır. Fındıq özünün yüngül, ətirli və dadlılığına görə yeyinti sənayesində geniş istifadə olunur. Axır 20 ildə dünyada fındıqdan istifadə 2 dəfə artmışdır. Fındıq – tam və xırda, qızardılmış və qovurulmuş halda – konfetlərin, şokoladın, şirniyyatların, tortların, piroqların, bişintilərin hazırlanmasında istifadə olunur. == Tərkibi == Fındıq zülalla, mürəkkəb karbohidratlarla, hüceyrəli və doymamış yağlarla zəngindir; tərkibində isə xolesterin yoxdur. Fındığın səhhətə xeyrinin əsas səbəbi tərkibində çox miqdarda xeyirli və doymamış yağların olmasıdır. Fındıq ləpəsinin tərkibində olan yağın 96%-i insan üçün xeyirli olan doymamış turşulardan – olein və linol turşularından təşkil olunmuşdur. == Əhəmiyyəti == Fındıq insan üçün enerji mənbəyidir – 100 q.
Zındıq
Zındıq (ərəbcə: الزنديق, farsca زنديک‎) — İslamda və orta əsr islam mədəniyyəti və ədəbiyyatında, monoteist olmayan dinlərin üzvlərini, əsasən manixeiləri (maniləri) və zərdüştları, tanrıya və axirətə inanmayan, islam inancına zidd çıxan kafir insanları adlandırmaq üçün istifadə olunan termin.
Iğdır
İğdır – İğdır ilinin inzibati mərkəzi olan şəhər və dörd ilçəsindən biri. İğdır Türkiyənin əkinçilik və heyvandarlıq baxımından əhəmiyyətli şəhərlərindən biridir. İlçənin ərazisi 1431.17 km²–dir. 2011-ci ilə olan rəsmi təxminə əsasən ilçənin 127.609 nəfər əhalisi var . Onun 81.162 nəfəri (41.561 nəfər kişi, 39.601 nəfər qadın) ilçənin və eyni zamanda ilinin inzibati mərkəzi olan İğdır şəhərində, 46.447 nəfəri (24.238 nəfər kişi, 22.209 nəfər qadın) isə ilçənin kəndlərində yaşayır . İlçənin bələdiyyələrinin sayı dörddür - İğdır şəhər bələdiyyəsi və 3 kənd bələdiyyəsi : Xəlfəli, Xoşxəbər, Mələkli . Kənd bələdiyyələri eyniadlı kəndlərin ərazisini və əhalisini əhatə edir. İğdır şəhəri : şəhərdə əhalinin yarıdan çoxunu azərbaycanlılar təşkil edir. Qalan əhalinin çox hissəsi kürdlərdən və az bir qismi Axısqa türklərindən ibarətdir. 2004-cü ilə olan rəsmi məlumata əsasən İğdır şəhərində 717 nəfər (371 nəfər kişi, 346 nəfər qadın) Axısqa türkü yaşamaqdadır.
Xıdır
Xızır — türk, İslam və Yaxın Şərq inanclarında adı çəkilən şəxs. Bəzi mənbələrdə "Xıdır" olaraq da adlandırılmışdır. Çətin anlarda insanların köməyinə çatan, başqalarının cildinə girə bilən, fövqəladə xüsusiyyətlərə malik bir insan, zaman-zaman peyğəmbər kimi də təsvir olunur. Quran-ı Kərimdə adı birbaşa keçməsə də, bir sıra alimlər tərəfindən Kəhf surəsində təsvir olunan şəxsin Xızır olduğu iddia olunmuşdur.
Adi fındıq
Adi fındıq (lat. Corylus avellana) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. == Təbii yayılması == Amerikada, Kanadada, Kiçik Asiyada, Avropada təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3-9 m-ə çatan, sıx çətirli, çox gövdəli ağac və ya koldur, çətiri yumurtavari, sıxbudaqlıdır. Gövdəsinin qabığı açıq-boz, cavan zoğları açıq-qəhvəyi rəngdədir. Tumurcuqları yumurtavari, qırmızımtıl-qonur rənglidir, kənarlarında dəyirmi pulcuqları vardır. Yarpaqları 6-12 sm uzunluqda, 5-9 sm enində, dəyirmi, yumurtavari-dəyirmi və ya oval formadadır, dib hissəsi bir qədər qeyri-bərabər ürəkvaridir, təpə hissəsi kəskin surətdə mişardişlidir, yuxarı hissəsində 5-6 iri dilimvari diş vardır, üst tərəfi tünd-yaşıl, bulanıq, alt tərəfi açıqdır; cavan yarpaqlarının üzəri seyrək tüklüdür, sonralar üst tərəfi çılpaqlaşır, alt yan damarları 8-10 cütdür. Yarpaq saplaqlarının uzunluğu 10-20 mm-dir. Çiçəkləri müxtəlifcinslidir. Erkəkcik sırğaları 2-5 sm uzunluqdadır, 3-5-i bir yerə toplanmışdır.
Ağacvari fındıq
Ağacvari fındıq (lat. Corylus colurna) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. == Təbii yayılması == Rusiya, Gürcüstan, İran, Kiçik Asiya və Balkan ölkələrində təbii arealı vardır. Azərbaycanda Lənkəran (İşхan çayı hövzəsində), Zaqatala rayonlarında və Qarabağda (Xoros çayı hövzəsi) dəniz səviyyəsindən 1200–1400 m yüksəkliklərdə yayılmışdır. Qarışıq meşələrdə karbonatlı torpaqlarda rast gəlinir. == Botaniki təsviri == Təbiətdə 15–25 m hündürlüyə çatan düz gövdəli bitki növüdür. Gövdəsinin qabığı açıq-boz, cavan zoğları açıq-qəhvəyi rəngdədir. Birillik zoğları seyrək tükcüklüdür. Şaxələrində altyarpaqlar qısa, ellipsvarı, iki cür mişardişlidir.
Fındıq uzunburunu
Fındıq uzunburunu (lat. Curculio nucum) — buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin uzunburun böcəklər fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Fındıq uzunburun böcəyinin başı xortum şəklində irəliyə doğru uzanmışdır. Bu xortum dişi fərdlərdə bədəndəndə uzundur. Böcək qara rəngdədir, sarımtıl pulcuqlarla örtülmüşdür. Xortum və ayaqları qırmızımtıl-qonurdur. Bığcıqları xortumun düz ortasında yerləşmişdir. Yumurtası ellipsvaridir, təzə qoyulan vaxt ağ rəngdə olur, sonra qonurlaşır. Sürfəsi ayaqsızdır, sarılımtıldır, baş və döş buğumları qırmızı olur. axırıncı yaşda uzunluğu 10–15 mm olur, pupu ağ rənglidir, xortumu yaxşı seçilir.
Lök-Candar
Lökcandar, Dağ Candar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Ququti kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd Lök dağlarının şimal ətəyində, rayon mərkəzi Başkeçid şəhərindən 32 km cənub-şərqdə yerləşir. Lökcandar kəndi Gürcüstanın Ermənistanla sərhədində yerləşir. Dəniz səviyyəsindən 2000 m hündürlükdə olan Lök dağının ətəyində, Bolnisi rayonunun inzibati sərhədi ilə kəsişmədədir. Cənub-şərq tərəfindən Ermənistanla dövlət sərhədi mövcuddur. Dörd tərəfdən meşə ərazisi ilə əhatə olunmuşdur. Ətrafının meşə və dağlıqla əhatə oluması, müəyyən çətinliklər yaradır ki, bu da yolla bağlıdır. Hər iki tərəfdən çayların axması da qış və yay daşqınları zamanı böyük çətinliklər yaradır. Kəndin qərb istiqamətində Qamışlı kəndi yerləşir və bu kəndlə məsafə 4 km olmasına baxmayaraq avtomobil yolu istifadəyə yararsız vəziyyətdədir.Cənub-Qərbdə isə Lök- Candar kəndini ətraf aləmlə birləşdirən, çətin keçilən avtomobil yolu vardır.
Müxtəlifyarpaq fındıq
Müxtəlifyarpaq fındıq (lat. Corylus heterophylla) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. Yaponiya, Koreya, Mərkəzi və Şimal-Şərqi Çində, Keçmiş SSRİ-nin ərazisində, Şərqi Sibirdə, Uzaq Şərqdə yayılmışdır. Hündürlüyü 3 m-ə çatan ağac və koldur.Cavan budaqları tükcüklüdür. Yarpaqların uzunluğu 6-8 sm, eni 5-7 sm, yumurtavari, bünövrəsi ürəkşəkilli, üçqanadlı, kənarları qeyri-bərabər dişli, üstü çılpaq, alt tərəfi damarcıqlardan tükcüklüdür. Saplaqların uzunluğu 3 sm-ə qədər tükcüklüdür. Meyvələri budaqların uclarında 23 ədəd, uzunluğu 3 sm-ə qədər olan saplaqlarda yerləşir. Meyvənin qını qozanı tamamilə örtən ikiyarpaqlı və tükcüklüdür. Qının yarpaqları uzunluğunun 1/3-1/6 hissəsinə, təxminən bərabər üçkünc hissələrə bölünmüşdür. Yarpaqlarının bünövrəsində saplaqlı vəziciklər yerləşir.
Yaman Candar
Teymur Şəmsəddin Yaman Candar (v. 1309) — Candaroğulları bəyliyinin qurucusu və ilk bəyi. Oğuz türklərinin Qayı qolundan törəmişdir, Şəmsəddin Yaman Candar Alp Arslan Yaman Candar Məhmed bəyin oğlu idi. Anadolu Səlcuqluları arasındakı taxt mübarizəsinə qatılan Şəmsəddin Yaman Candar bəyə 1292-ci ildə Hülaki hökmdarı Keyxatu xan tərəfindən Əflani və ətraf bölgələri iqta olaraq verilmiş, bu tarix Candaroğlu bəyliyinin əsasının qoyulması olaraq qəbul edilmişdir. Bəyliyin qurucusu olan və ona adını verən Yaman Candar bəyin hansı türkmən boyuna mənsub olduğu bilinmir. Daşıdığı Candar ünvanı səbəbilə Səlcuqlu sarayında xidmət etdiyi anlaşılan Şəmsəddin Yaman Candar bəy, hakimiyyəti boyunca Hülakilərin tabeliyində qalmış, ancaq bəyliyin hüdudlarını genişləndirmədən 1309-cu ildə vəfat etmişdir. Yerinə isə oğlu Süleyman bəy keçmişdir.
İrimeyvəli fındıq
İri fındıq (lat. Corylus maxima) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. Tərkibində 70 % piyli yağ, 9, 6 % şəkər, dəmir duzu, B1 vitamini, qabığında isə boyayıcı və aşı maddələri vardır. Fındıq ləpəsindən sidik yolunda daş əmələ gəldikdə ağrıkəsici vasitə kimi istifadə olunur. Revmatizm xəstəliyinin müalicəsində, həmçinin orqanizm qüvvətdən düşdükdə və ya ümumi zəiflik yarandıqda fındığı bala qatıb yemək faydalıdır. Omeqa 3 qaynağı olduğu üçün ürəyin və damarların dostudur, təzyiqi salır, şəkər xəstələrində ürək xəstəliyi riskini azaldır. E vitamini ilə zəngin olan fındıq tez yaşlanmağın qarşısını alır, yaraların tez sağalmasına kömək edir, prostat xərçəngindən qoruyur. Fındıqda olan B5 vitamini stresi ardan qaldırmağa yardım edir, immuniteti gücləndirir. Tərkibindəki B9 vitamini isə damar sərtliyi, infarkt, iflic riskini azaldır, qırmızı qan hüceyrələrini yaradır. Fındıq borla zəngin olduğundan sümükləri gücləndirir.
İri fındıq
İri fındıq (lat. Corylus maxima) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. Tərkibində 70 % piyli yağ, 9, 6 % şəkər, dəmir duzu, B1 vitamini, qabığında isə boyayıcı və aşı maddələri vardır. Fındıq ləpəsindən sidik yolunda daş əmələ gəldikdə ağrıkəsici vasitə kimi istifadə olunur. Revmatizm xəstəliyinin müalicəsində, həmçinin orqanizm qüvvətdən düşdükdə və ya ümumi zəiflik yarandıqda fındığı bala qatıb yemək faydalıdır. Omeqa 3 qaynağı olduğu üçün ürəyin və damarların dostudur, təzyiqi salır, şəkər xəstələrində ürək xəstəliyi riskini azaldır. E vitamini ilə zəngin olan fındıq tez yaşlanmağın qarşısını alır, yaraların tez sağalmasına kömək edir, prostat xərçəngindən qoruyur. Fındıqda olan B5 vitamini stresi ardan qaldırmağa yardım edir, immuniteti gücləndirir. Tərkibindəki B9 vitamini isə damar sərtliyi, infarkt, iflic riskini azaldır, qırmızı qan hüceyrələrini yaradır. Fındıq borla zəngin olduğundan sümükləri gücləndirir.
Çində din
ÇXR konstitusiyası Çinin hər bir vətəndaşı üçün din azadlığına zəmanət verir. Ölkədə dini işlər üçün xüsusi komitə fəaliyyət göstərir. Hökumət dini fəaliyyətə maneə olmamaqla etiqad azadlığını təmin edir. Çində kilsə və məbədlərin hüquqları qorunur və ateistlərin ictimai yerlərdə təbliğatı qadağandır. Bundan başqa, dövlət din xadimlərinə ölkənin siyasi həyatında iştirak etməyə icazə verir. Onların xalq toplantılarında təmsil olunmaq və siyasi məsləhət şuralarında dövlət işlərinin bütün səviyyələrinin müzakirəsində iştirak etmək hüquqları vardır. Çin və Şanxay ictimai elmlər akademiyalarında buddizm, islam və xristianlıq bölmələri olmaqla dünyəvi dinləri tədqiq edən institutlar fəaliyyət göstərir. Bundan başqa, İslam teoloji institutu, Nankin birləşmiş teoloji seminariyası, Çin buddizmi institutu mövcuddur. Bu gün Çində 100 milyondan çox dindar yaşayır və onlar öz dini mərasimlərini sayı 85 mini ötən məbəd, məscid və başqa yerlərdə həyata keçirir. 3 mindən çox dini yönümlü təşkilat təsis edilib.
Osman Çingiz Çandar
Osman Çingiz Çandar (1948, Ankara) — jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Osman Çingiz Çandar 1948-ci ildə Ankarada anadan olub. Ankara Universiteti Siyasi Elmlər Bölməsindən məzun olub. 1970-1971-ci illərdə ODTÜ İnzibati Elmlər Bölməsində beynəlxalq əlaqələr üzrə assistent vəzifəsində çalışıb. 1971-1973-cü illərdə Suriya və Livanda yaşayıb. FƏTH üzvü olub. 1976-2016-cı illərdə jurnalist olaraq çalışıb. Kitabları çap edilib, məqalələri dərc olunub. 1999-2000-ci illərdə Vaşinqtonda mütəxəssis olaraq çalışıb. İstanbul Bilgi Universitetində və İstanbul Kültür Universitetində müasir Yaxın Şərq tarixi və Yaxın Şərq siyasəti fənlərini tədris edib.
Çin cırlimonu
Çin cırlimonu (lat. Schisandra chinensis) — bitkilər aləminin avstrobeyliyaçiçəklilər dəstəsinin cırlimonkimilər fəsiləsinin cır limon cinsinə aid bitki növü. Rusiyanın Uzaq Şərqindən Çinin şimalı və Yaponiyanın mərkəzi hissələrinə qədər yayılmışdır. Hündürlüyü 8 m-ə qədər olub, sarmaşan bitkidir. Şar formada, qırmızı rəngli, ikitoxumlu giləmeyvəyə malikdir. Toxumları sarı rəngdədir. Bitki iyun ayından başlayaraq çiçək açır, meyvələri sentyabr-oktyabrda yetişir. Yabanı halda Mancuriyanın iriyarpaq meşələrində, xüsusən meşələrin qalın yerlərində və çay kənarlarında geniş yayılmışdır. Bitkinin meyvələrindən həm təzə dərilmiş, həm də qurudulmuş halda istifadə edilir. Qurudulmuş meyvələri tünd qırmızı rəngdə olub, turş dada malikdir.
Çin loropetalumu
Çin loropetalumu (lat. Loropetalum chinense) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin hamamelidkimilər fəsiləsinin loropetalum cinsinə aid bitki növü. Şimali Amerikada, Qərbi və Şərqi Asiyada bitir. XIX əsrin ortalarında bu bitki Britaniya botaniki Robert Broun tərəfindən təsvir edilmişdir və loropetalum adlandırılmışdır. İngiltərəyə loropetalumu XIX əsrin axırlarında məşhur Viktorian gətirmiş və Chinese fringe flower (Çin qayışləçəyi) adlandırmışdır. Hündürlüyü 60 sm-dək olan, əyilmiş budaqlı, nadir, gözəl çiçəkləyən ekzot, həmişəyaşıl, möhkəm, yumru koldur. Onun enli çiçək qrupları qayış və ya lentlərin bağlamasına bənzəyir. Loropetalumun yarpaqları oval və ya yumurtavari, uzunluğu 2,5–6 sm, açıq yaşıl rənglidir. Çiçəkləri hörümçəkşəkilli, qayışşəkilli, ətirli, al-qırmızı, çəhrayı, ağ rəngdə olub, 3–6 ədəd sıx qalxanlara yığılır, erkən yazda budaqları tamamilə örtür. Sonradan yaşıl yarpaqları açılır və çiçəkləmə bütün yay ərzində davam edir.
Çin ərkəvanı
Çin ərkəvanı (lat. Cercis chinensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin ərkəvan cinsinə aid bitki növü. Mərkəzi Çində geniş yayılmışdır. Hündürlüyü 15 m olan, yarpağını tökən ağac və ya koldur. Düz budaqlı gövdəsi sıx çətirlidir. Yarpaqları yumru, diametri 6-12 sm, çılpaq, parlaq, dəricikli, alt tərəfi göyümtüldür. Yumru, yaşıl yarpaqları payızda saralır. Mayda çiçəkləyir, çiçəkləri yarpaqları açılanadək budaqları örtür. Çiçəkləməsi adi ərgəvana nisbətən daha bol və parlaqdır. 5-8 ədəd çəhrayı, al-qırmızı çiçəkləri dəstələrdə yerləşir, uzunluğu 1,5-1,8 sm-dir.
Cin mikrorayonda
Cin mikrorayonda – 1985-ci ildə buraxılmış Azərbaycan filmi. == Məzmun == Filmdəki hadisələr müasir şəhərlərdən birində baş verir. Nəşriyyat korrektoru Rüstəm Ağayev (Ötkəm İsgəndərov) içərisində cin yerləşdirilmiş qədim çıraq tapır. İstedadlı, lakin zəif xarakterli Rüstəm üçün bu çıraq göydəndüşmə olur. Cinin köməkliyi ilə gəncin işləri yoluna düşür: onun pyesi çapa hazırlanır, sevdiyi qız — Maya (Nataliya Tağıyeva) ona ərə getməyə razılıq verir, mənzilində çarhovuz peyda olur. Lakin Rüstəm hər şeyə özü nail olmaq istəyir. Cin öz "sahibini" atıb gedərkən ona bir sirr açır: insan öz gücünə inanmalı, möcüzə yaratmaq üçün onda güclü istək olmalıdır. Filmdə rəmzi məna daşıyan cin obrazının müasir məkana daxil olması, müasir adamlarla ünsiyyətə girməsi bütünlüklə şərti xarakter daşıyır. Filmin izlədiyi ideya, aşıladığı fikir də məhz bu şərtilik fonunda çatdırırlır. Əlif Lam öz sahibinin yarımçıq işlərini tamamlamağa girişir, hər şeyi Rüstəm üçün əlverişli bir istiqamətə yönəldir.
Çin güləbətini
Çin güləbətini (lat. Pulsatilla chinensis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin güləbətin cinsinə aid bitki növü.
Çin təqvimi
Çin təqvimi yaranması miladdan öncə 3000-ci illərə təsadüf edir ve bu dövr ərzində 31 Haysay təqvimi ötüb və bu təqvim Çinin yaranması e.ə 221-ci ildə Və Sin Sülaləsinin hakimiyyəti illərindən başlayaraq hesablanır. Çin əhalisinin 10%-i bu təqvimdən istifadə edir və əsasəm Çinin cənub-qərb və cənub bölgələrində bu təqvimdən istifadə edirlər.
Elza Cin
Sapfira Nikol Hauell (ing. Sapphire Nicole Howell; 1 sentyabr 1996[…], Nors-Kanton[d], Ohayo, ABŞ), səhnə adı ilə Elza Cin (ing. Elsa Jean) — ABŞ fotomodeli və pornoqrafik aktrisası.