Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çalxan kəndi
Çalxan kənd yaşayış yeri — Kəngərli rayonunun Kəngərli kəndi yaxınlığında yaşayış yeri. Qala təbii cəhətdən əlverişli mövqedə,hündür təpənin üzərindədir. О, planda dördünc formada olub, 0.7 hektar sahəni əhatə edir. Qala divarları bir cərgə iri daşlardan hörülmüşdür. Divarların qalmış hissəsinin hündürlüyü 0.5-1.2 metr, qalınlığı 1 metrdir. Qala divarları kontrforslarla möhkəmləndirilmişdir. Qala tikinti texnikasına görə Oğlanqala, Qazançıqala və Çalxanqala ilə oxşardır. Çalxan yaşayış yeri eradan əvvəl 1-ci minilliyə aiddir. Tədqiqatçıların fikrincə, buradan Tunc dövrü üçün xarakterik olan boyalı qablar tapılmışdır.
Balxaş
Balxaş gölü (köhnə Türkcə: Terinğ köl; qaz. Balqaş Köli) Cənub-şərq Asiyada Balxaş-Alakul çökəkliyində yerləşən göl. Cəmi su hövzəsi 413,000 km²dir. Qazaxıstan sərhədləri içərisində olan, maksimum uzunluq 605 km, maksimum genişlik isə şərqdə 74 km, qərbdə 19 kmdir. Sahə 16.996 km²dir. Ən dərin nöqtəsi 25,6 metr ikən ortalama dərinlik 5,8 metrdir. Cəmi sahillərinin uzunluğu 2.385 kmdir. Dənizdən yüksəkliyi 341,4 metrdir. Balxaş gölü iki hissəyə ayrılır. Qərb hissəsi dayaz və enli, sahilləri çox parçalanmışdır.
Calğan
Aşağı Calğan
Qalxan
Qalxan – ox, qılınc və başqa silahlardan qorunmaq üçün bir savaş vasitəsidir. Ən köhnə qalxanlar ağacdan düzəlirdi, lakin daha sonra dəmir, polad və başqa materiallardan da istifadə edilirdi. Müasir zamanda gülləkeçirməz şüşədən düzələn qalxanlara da rast gəlmək olar. Qalxanlar qədim zamanlarda meydana çıxmış, lakin son orta əsrlərdə zirehlərin təkmilləşdirilməsi və qılıncoynatmaların inkişafı səbəbindən onların əhəmiyyəti azalmışdır. Odlu silahların yayılması ilə qalxanlar tədricən döyüş əhəmiyyətini itirmişdir. Lakin sonrakı dövrdə Avropa ölkələrində dekorativ qalxanların istehsalına başlanılmışdır. (Bunlar orta əsr qalxanlarının bənzəri idi, lakin praktiki istifadə üçün nəzərdə tutulmamışdı - əsasən aristokratların qalalarında və saraylarında otaqların bəzədilməsinə xidmət edirdi). Birinci Dünya Müharibəsi zamanı, mövqe savaşı şəraitində, piyadaları qorumaq üçün yenidən metal qalxanlar geniş yayılmışdır. Son zamanlar hüquq-mühafizə orqanlarının xüsusi birləşmələrində küçə asayişi, kiçik hücum hərəkətləri və s. bərpa edilərkən qalxanlardan istifadə olunur.
Xalxal
Xalxal xanlığı — mərkəzi Xalxal şəhəri olmaqla Azərbaycan xanlıqlarından biri. Xalxal şəhristanı — İranda, Cənubi Azərbaycanın Ərdəbil ostanında bölgə. Xalxal (Ərdəbil) — İranın Ərdəbil ostanının şəhərlərindən biri, Xalxal şəhristanının paytaxtı. Xalxal (Babək) — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonunda kənd. Xalxal (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd. Xalxal (Lala) — Qafqaz Albaniyasının qərbində yerləşən tarixi şəhər. Xalxal (Mərənd) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. Aşağı Xalxal (Çaldıran) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Xalxal (Çaldıran) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd.
Ayxax
Ayxax (alm. Aichach‎) — Almaniyada, Bavariya federal torpağında şəhər, rayon mərkəzi.
Calaq
Calaq — bir bitkinin qələmini və ya tumurcuğunu başqa bitkiyə calamaq. Calaqdan şaxtaya, xəstəliyə və zərərvericilərə qarşı davamlı sortlar artırmaq, meyvəvermni tezləşdirmək, dekorativ bitkiləri çoxaltmaq məqsədilə istifadə edilir. Meyvəçilikdə və dekorativ bağçılıq göuuuz və qılım namaz istifadə olunur. Hal-hazırda calaq olunandan 1 il keçdikdən sonra ağac çərtilir Azərbaycanda çiling ən çox cır gilas ağaclarına vurulur lakin həvəskar təsərüfatçılar vişnə ağacınada gilas çilingi vurur çünki vişnə daha quvvətli ağacdı.Lakin gilas çilingi qalınlaşsa belə vişnə qalınlaşmır.Bunun üçün gilas çilingi vurulan yerdən vişnənin gövdəsinin aşağısına qədər çərtilir .Bir çox bitkiçilər bu işlə məşqul olur və vişnənin qabığının 3-4 yerdən çərtilməsi vacibdir çünki vişnə ağacının qabığı çox qalındırvə əgər 1 yerdən çərtilərsə bu zaman vişnə ağacı qalınlaşmır əksinə dahada zəifləyir ama 3 -4yerdən çərtilməsi vişnənin leykoplasistlərini güclənməsinə gətrib çıxarır.Bu zaman vişnə ağacındakı xromosomlar güclü olduğundan şirənin ifrazının qarşısını alır və ağac şirə verərək qurumur.Azərbaycan Respublikası Kənd təsərüfatı. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Calea
Kaleya (lat. Calea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonim == Aschenbornia S.Schauer Brasilia G.M.Barroso Geissopappus Benth. Mocinna Lag.
Cılxa
Cılxa xan — türk və altay mifologiyasında uşaq tanrısı. Uşaq doğulduğunda taleyini təyin edər. Doğumu edən qadını da qoruyur. Uşağı olmayan qadınlar tərəfindən ondan uşaq istənilər. Yakutlarınn mifoloji inanclarında, xeyirxah və "Ayıhı"lardan olan bir ruhdur. İnanışa görə "Cılka Xan", uşaq doğulduğunda onun qədərini təyin edər. Mifoloji mətnlərdə, onun və həyat yoldaşının göylərdə yaşadığı deyilər. Dəğum ruhu uşaq vermədiyi zaman, Yakutlar uşağı bu dəfə "Cılka Xan" dan diləyərlər. Canını "Cılka Xan"ın verdiyi uşağın gələcəyi yaxşı olar və bu uşaq, hər hansı bir xəstəlikdən və ya qəzadan ötəri ölməz. Hevyanların tələf olduğu və ya quraqlıq vaxtlarda, yenə "Cılka Xana yalvarılıp dua edilər.
Malax
Aşağı Malax — Azərbaycan Respublikasının Qax rayonunun Qaşqaçay inzibati ərazi vahidində kənd. == Tarixi == Qaşqaçay çayının sahilindədir. Keçmışdə bu zonada Malax adlı üç kənd mövcud idi. Onlar yaxınlıqlarındakı kəndlərin adları ilə Ləkit Malax, Baş Malax və Aşağı Malax adlanırdı. XI əsrə aid mənbədə Şəki zonasında Maluq qalasının adı çəkilir. Toponimikada Malax kəndinin adının Maluq qalasının adından götürülməsi ehtimalı var. Tədqiqatçıların məlumatına görə, bu kənd Dağıstanın Zeyxur kəndindən çıxmış saxurlar tərəfindən salınmışdır. Təxminən XVI əsrin ortalarında saxurlar bu zonaya köçüb gəlmiş və Malax kəndinin əsasını qoymuşlar.[mənbə göstərin] Ərazidəki Malaxlar adlı dağın olması bu toponimin etnotoponim olmasından xəbər verir. Qafqaz dillərində malax/malux "az, bir az, bir hissə" mənasını bildirir. Oykonim "Aşağıda yerləşən Malax kəndi" deməkdir.
Dəllər (Xalxal)
Dəllər — Ərdəbil ostanının Xalxal şəhristanının Xalxal mərkəzi bəxşinə bağlı kənd.
Emilia fallax
Emilia fallax (lat. Emilia fallax) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Senecio fallax Mattf.
Hieracioides fallax
Kivi (Xalxal)
Kivi (fars. كيوي‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 190 nəfər yaşayır (54 ailə).
Mahmudabad (Xalxal)
Mahmudabad (fars. محموداباد‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 92 nəfər yaşayır (20 ailə).
Mavi qalxan
Beynəlxalq Mavi Qalxan Komitəsi və ya qısaca Mavi Qalxan (ing. The Blue Shield, daha əvvəl; International Committee of the Blue Shield, abreviatur; ICBS) — silahlı münaqişələr zamanı mədəni irs və dəyərləri qorumaq məqsədilə 1996-cı ildə yaradılmış beynəlxalq təşkilat. Mədəniyyət sərvətlərinin "Qırmızı Xaçı" olaraq qəbul edilən komitənin simvolu silahlı qarşıdurma vəziyyətlərində mühafizəsi tələb olunan binaların işarələnməsi üçün istifadə edilən Mavi Qalxandır. 1954-cü ildə Haaqada imzalanmış "Silahlı münaqişə vəziyyətlərində mədəni irsin mühafizəsi" konvensiyasının 2-ci Protokoluna uyğun olaraq yaradılmışdır. Qərargahı Haaqadadır.
Məzrayə (Xalxal)
Məzrayə (fars. مزرعه‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 283 nəfər yaşayır (63 ailə).
Nüvədi (Xalxal)
Nüvədi (fars. نوده‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 136 nəfər yaşayır (51 ailə).
Otto Vallax
Otto Vallax (alm. Otto Wallach‎; 27 mart 1847, Köniqsberq — 26 fevral 1931, Göttingen) — alman kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1910). Köniqsberqdə (indiki Kalininqrad, Rusiya) (1847-1931) anadan olmuş, alman üzvi kimyaçısı Vallax Otto 1869-cu ildə Gettingen Universitetini bitirmişdir. 1870- ci ildə Boan Universitetində işləmişdir. 1876- cı ildə professor elmi adı almışdır. Kimyanın və kimya texnologiyasının inkişafı sahəsindəki nailiyyətlərinə, eyni zamanda alitsiklik birləşmələrin sintezi və tədqiqi üzrə həyata keçirdiyi kompleks işlərinə görə 1910- cu ildə alimə Nobel mükafatı verilmişdir. Otto Vallax 26 fevral 1931-ci ildə vəfat edib.
Panicum fallax
Digitaria sanguinalis (lat. Digitaria sanguinalis) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin barmaqotu cinsinə aid bitki növü. Asperella digitaria Lam. Cynodon praecox (Walter) Roem. & Schult. Dactilon sanguinale (L.) Vill. Digitaria aegyptiaca Willd. Digitaria aegyptiaca subsp. caucasica (Henrard) Tzvelev Digitaria australis Willd. ex Trin.
Çalxan kənd yaşayış yeri
Çalxan kənd yaşayış yeri — Kəngərli rayonunun Kəngərli kəndi yaxınlığında yaşayış yeri. Qala təbii cəhətdən əlverişli mövqedə,hündür təpənin üzərindədir. О, planda dördünc formada olub, 0.7 hektar sahəni əhatə edir. Qala divarları bir cərgə iri daşlardan hörülmüşdür. Divarların qalmış hissəsinin hündürlüyü 0.5-1.2 metr, qalınlığı 1 metrdir. Qala divarları kontrforslarla möhkəmləndirilmişdir. Qala tikinti texnikasına görə Oğlanqala, Qazançıqala və Çalxanqala ilə oxşardır. Çalxan yaşayış yeri eradan əvvəl 1-ci minilliyə aiddir. Tədqiqatçıların fikrincə, buradan Tunc dövrü üçün xarakterik olan boyalı qablar tapılmışdır.
Patiriella calcar
Patiriella calcar (lat. Patiriella calcar) — patiriella cinsinə aid heyvan növü.
Phleum fallax
Çəmən pişikquyruğu (lat. Phleum pratense) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin pişikquyruğu cinsinə aid bitki növü. Achnodonton bulbosum (Gouan) J.Woods Phleum alpinum subsp. trabutii Litard. & Maire Phleum bertolonii subsp. trabutii (Litard. & Maire) Kerguélen Phleum brachystachyum (Salis) Gamisans, A.T.Romero & C.Morales Phleum bulbosum Gouan Phleum deckeri Roem. ex Trin. Phleum fallax Janka Phleum maximum Pryor [Invalid] Phleum microstachyum Ruiz ex Nyman Phleum microstachyum Ruiz Phleum nodosum L. Phleum nodosum var. pratense (L.) St.-Amans Phleum parnassicum Boiss.
Qalxan (bürc)
Qalxan (lat. Scutum) — göyün şimal yarımkürəsində bürc.
Qalxan aorta
Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979 Atlas of Human Cardiac Anatomy - Endoscopic views of beating hearts - Cardiac anatomy Р. Д. Синельников.
Saltax körpüsü
Saltax körpüsü- Culfa rayonu ərazisində Saltax kəndinin şərqində,Əlincəçay üzərindədir. Uzunluğu 60 metrdir.1998-ci ildə Saltax körpüsünün əsaslı surətdə bərpası və yenidən qurulması nəticəsində Saltax,Kırna, Kal,Şurud kəndlərinin rayon mərkəzi ilə əlaqədar təmin edilmişdir.
Salxab Məmmədov
Səlhab (Salxab) İsa oğlu Məmmədov (4 yanvar 1943, Nuxa) — Azərbaycan rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini, professor, Azərbaycan Respublikasının xalq rəssamı (2006). Məmmədov Səlhab İsa oğlu 1943-cü ildə Şəki şəhərində anadan olmuşdur. 1962–1968-ci illərdə Tbilisi Dövlət Rəssamlıq Akademiyasında təshil almışdır. Səlhab Məmmədovun yaradıcılığı Azərbaycan incəsənətinin 1970-ci illərdə formalaşmışdır. Rəssamın saxsı və metalda işlənən relyef kompozisiyalarından "Xoş gəlmisiniz!" (1969, Panno "İnturist" binasının ön tərəfindədir), "İnturist" binasının interyeri üçün hazırlanmış "Şərq motivləri" silsiləsi, metalda işlənmiş "Şərq melodiyası", "İçəri şəhər", "Qarabağ melodiyaları" kimi pannolar, "Bakı-Neft şəhəri" mövzusunda bir sıra rəsmlər və vitraj, "Naxçıvan" mehmanxanasının parlaq vitrajları, Qobustana həsr edilmiş 16 kompozisiya, "İçəri şəhər" dekorativ ləyən formasında plastik metal kompozisiya, Almaniyanın Vuppertal şəhərində özəl kolleksiyada saxlanılan "Dostluq" relyefi, Azadlıq rəmzi" və digər əsərləri misal çəkmək olar. Almaniyanın Berlin şəhərində ucaldılmış "Xocalı" abidəsinin, Roma şəhərindəki "Villa Borghese" parkında ucaldılmış Nizami Gəncəvinin, Polşanın Qniezno şəhərində ucaldılmış "Dostluq" abidəsinin həmmüəlifidir. Səlhab Məmmədov "Təsviri incəsənətdə rəsm", "Rəsm sənəti" kimi maraqlı elmi əsərlərin müəllifidir. Rəssam 1970-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü, 1982–1988-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, 1993-cü ildən Azərbaycan Rəssamlar İttifaqının katibi olmuşdur. Səlhab Məmmədov 1989–1993-cü illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində müəllim, 1993–1999-cu illərdə Dövlət İncəsənət Universitetinin dosenti, 1999-cu ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Professoru, 2004-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərir. S.Məmmədov dəfələrlə Azərbaycanda, Moskva, Peterburq şəhərləri kimi Rusiyanın mərkəzlərində və bəzi xarici ölkələrdə açılan bədii sərgilərin təşkilatçısı olmuş, baş rəssam və dizayner vəzifələrinin icrası üçün dəvət olunmuşdur.
Çaldaş
Çaldaş (Gədəbəy)
Çalma
Çalma və ya türban – Şimali Afrika, Ərəbistan yarımadası, Hindistan və Asiyanın bəzi digər bölgələrində geniş yayılmış kişi baş örtüyü. Onun hazırlanması üçün 6-8 metr parça lazımdır. Bəzi növlərinin hazırlanması üçün 20 metrədək parçadan istifadə edilir. Adətən, fəs, yaxud araqçının üstündən dolayırdılar. Tipik İran geyimi olan türban hələ e.ə. 6—5 əsrlərdə Midiyada geniş yayılmışdı. Çalmanı başa bağlanmış yaylıq, fəs və ya araxçına sarıyırlar. Bəzi regionlarda çalma başda xüsusi sancaqlarla bərkidilir.
Çatax
Çatax (Borçalı)
Çaxay
Çaxay - türk və altay mifologiyasında ildırım tanrısı. Çakay (Çakkay) və ya Şakay (Şakkay) olaraq da bilinir. Şimşəklər və ildırımlar çaktırır. Yayına qoyub atdığı oxlar ildırımlardır. Yerdəki pis ruhları izlər və onların saxlandığı ağacların üzərinə atəşini göndərir. İldırım düşən ağacdan bir parça alınıb saxlansa evə pis ruhların girməsi maneə törədilər. Bəzi Türk birlikləri İldırım ilahına süd ya da ayranı saçı (cansız qurban) olaraq verərlər. Süd ildırım atəşini söndürebilen və uzaq tuta bilən tək şeydir. İldırımın düşdüyü yer, artıq Çaxay Xana aiddir və oranı kimsə mülk edinmez. Monqollar şimşək və ildırım'dan qorxarkən türklər bundan sevinc duyurlar.
Orta Çalğan
Orta Çalğan — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Yenikənd kənd Sovetinin Orta Çalğan kəndi Məşrif kənd Sovetinin tərkibinə verilmişdir. Yaşayış məntəqəsi eyniadlı digər kəndlərdən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. Kənd Baş Qafqaz silsilə­sinin ətəyində, dəniz səviyyəsindən 522 metr yüksəklikdə yerləşir. Əhalisinin sayı 54 nəfərdir.