Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Debeyki maşası
Debeyki maşası — Manipulyasiya zamanı toxuma zədələnməsinin qarşısını almaq üçün damar əməliyyatlarında istifadə olunan atravmatik toxuma maşası növü. Onlar adətən böyük olurlar (bəzi nümunələrinin uzunluğu 36 sm-ə qədər çata bilir) və bir çox digər toxuma maşalarındakı incə tutucu hissədən fərqli olaraq, bu maşalarda həmin hissə daha qabarıq olur. Maşa Beylor Tibb Kollecində işlədiyi müddətdə bir çox tibbi yeniliklər etmiş Dr. Maykl DeBeyki tərəfindən hazırlanmışdır.
Musa Şübeyri Zəncani
Seyid Musa Şübeyri Zəncani (d. 2.3.1928, Qum, İran) — İranlı ayətullah.
Dübəndi
Dübəndi — Bakı şəhərinin Xəzər rayonunun Zirə qəsəbə inzibati ərazi dairəsində yaşayış sahəsi. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov (indiki Xəzər) rayonunun Zirə qəsəbə inzibati ərazi vahidi tərkibindəki Dübəndi qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == Qəsəbənin keçmiş adı Təkqışlaq olmuşdur. Adını ərazidəki eyniadlı yerdən almışdır. Oykonim tat dilindəki du (iki) və bəndi (sədd, bağlanmış yer, qarşısı alınmış yer) komponentlərindən düzəlib, "iki sədd" deməkdir. == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == Qəsəbə Bakının mərkəzindən 50 km uzaqlıqdadır. == Əhalisi == == İqtisadiyyatı == SOCAR Neft Kəmərləri İdarəsinin struktur vahidi olan Dübəndi Neft Terminalı neft yataqlarından hasil edilən nefti qəbul edir, onu qablaşdıraraq neft emalı zavodlarına, eləcə də Şimal istiqamətində nəql edir. Terminal həmçinin neft və neft məhsullarının tranzit nəqlini də həyata keçirir. Neftin qəbulu, saxlanması və nəqli üzrə fəaliyyət göstərən obyekt, qurğu və avadanlıqların əsaslı təmiri, yenidənqurma işlərinin yerinə yetirilməsi, texnolojı iş rejiminə ciddi riayət edilməklə neftin nəqlinin təmin edilməsi Dübəndi Neft Terminalının fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.
Duşeti
Duşeti (gürc. დუშეთი) — Gürcüstanın Msxeta-Mtianeti diyarında, Duşeti bələdiyyəsində yerləşən kiçik şəhər. Paytaxt Tiflisdən 54 km şimal-şərqdə yerləşir. == Tarixi == Duşeti şəhəri dəniz səviyyəsindən 870 m yüksəklikdə, Böyük Qafqaz dağlarında, kiçik dağ çayı olan Duşetis-Xevi çayının hər iki sahilində yerləşir. Şəhər tarixi Gürcüstanın Pxovi (Pşavi və Xevsureti) tarixi regionundadır. 2014-ci ilin siyahıalmasına görə şəhər əhalisi 6167 nəfərdir. Bu yaşayış məntəqəsi haqqında ilk məlumat 1215-ci ildə gürcü mənbələrində verilib. Araqvi hersoqları bu Duşetidən iqamətgah kimi istifadə etmişlər. 1740-cı illərdə Araqvinin ləğvindən sonra Duşeti Gürcü krallarının əlinə keçmiş, amma əhəmiyyətini itirmişdir. 1801-ci ildə ruslar buranı ələ keçirərək Duşetiyə şəhər statusu vermişlər.
Dübəndi (dəqiqləşdirmə)
Dübəndi — Bakı şəhərinin Əzizbəyov rayonunun ləğv olunmuş qəsəbəsi. Dübəndi (geyim) — ayaq üçün nəzərdə tutulan geyim növü. Ayağı fiziki zədələnmələrdən və soyuqdan qoruyur.
Dübəndi (geyim)
Dübəndi — ayaq üçün nəzərdə tutulan geyim növü. Ayağı fiziki zədələnmələrdən və soyuqdan qoruyur. Dübəndini boğazı nisbətən kiçik olub, ayağı topuğa qədər örtülürdü. Onun boğazlığı qara və tünd qəhvəyi rəngli dəridən tikilir, altına aşılanmış göndən altlıq çəkilir və dabanına nal vurulurdu. Adətən, bu ayaqqabı ayağa geyildikdən sonra onun boğaz hisəsindəki simmetrik qoşa deşiklərdən keçirilən bəzəkli qaytanla üstü bağlanılırdı. Azərbaycanda başmaq, məst, uzunboğaz çəkmə tipli ayaq geyimlərindən istifadə olunmasının qədim tarixi vardır. Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan e.ə. XI-VIII əsrlərə aid edilən gil ayaqabı–qablar XIX əsrdə xalqın istifadəsində olan eyniadlı ayaqqabılara tipoloji oxşarlıq təşkil edir. Bu isə bir daha sübut edir ki, bu ayaqqabı növləri uzun zaman əsaslı dəyişikliyə uğramadan öz mühafizəkarlığını qoruyub saxlamışdır. XIX əsrin sonu XX əsrin əvvəllərindən başlayaraq xalqın geyim dəstinə rus geyimi və ya ayaq geyimlərinin tədriclə daxil olması həm kişi həm də qadın ayaq geyimi olan qaloşun kütləvi istehsal çarıq, patava, dolaq, çust, başmaq, məst və s.
Dübəndi FK
"Dübəndi" — Naxçıvan Muxtar Respublikasının futbol klubu. Naxçıvan Muxtar Respublikasının futbol çempionatında iştirak edir.
Gül Dueti
Gül dueti (fr. Duo des fleurs) – Leo Delibin 1883-cü ildə yazdığı "Lakme" operasının ən məşhur hissələrindən biri. Bu duet operanın birinci pərdəsində Lakme və onun xidmətçisi Mallika tərəfindən ifa edilir və opera musiqisinin ən tanınmış duetlərindən biri kimi qəbul edilir. Duet sopranolar üçün yazılmış harmonik və lirik bir parça olaraq, Delibin melodik zövqünü və təbiət təsvirini nümayiş etdirir. Mahnının başlanğıcında Lakme və Mallika arasında dialoq, təbiətin gözəlliyini tərənnüm edən yumşaq və axıcı melodiyalarla səslənir. Mahnının mətni əsasən çiçəklərin gözəlliyini və göl kənarında keçirdikləri sakit anları təsvir edir.
Yezid ibn Subeyt əl-Əbdi əl-Bəsri
Yezid ibn Subeyt əl-Əbdi əl-Bəsri (ərəb. یزید بن ثبیط ثبیط البدی البصری‎) — Kərbəla döyüşündə şəhid olan Hüseyn ibn Əli səhabələrindən biri. Yezid ibn Subeyt Bəsrədəki Əbdülqeys qəbiləsindən idi. Hüseyn ibn Əlinin insanları ona köməyə çağıran məktubu Bəsrəyə çatdıqda, Yezid Hüseynin karvanına qoşulmaq qərarına gəldi. O, bunu bir sıra Bəsrə şiəsinin toplaşdığı Mariya binti Munqidin evində keçirilən görüşdə bildirdi. Onun on oğlu var idi, lakin onlardan yalnız ikisi, Abdullah və Ubeydullah Kərbəla döyüşündə iştirak etdilər. Əmir ibn Müslim əl-Əbdi və qulu Səlim, Seyf ibn Malik əl-Əbdi və Ədhəm ibn Ümeyyə əl-Əbdi də ona qoşuldular. Onlar Məkkə yaxınlığındakı Əbtədə Hüseynin karvanını qarşıladılar və orada öz çadırlarını qurdular. Hüseyn ibn Əli Yezid ibn Tubeytin gəlişini eşidəndə onu qarşılamaq üçün Yezidin çadırına getdi, lakin Yezid Hüseyni görməyə getdi. Hüseyn Yezidin çadırında qaldı və onun qayıtmasını gözlədi.
Yezid ibn Tubeyt əl-Əbdi əl-Bəsri
Yezid ibn Subeyt əl-Əbdi əl-Bəsri (ərəb. یزید بن ثبیط ثبیط البدی البصری‎) — Kərbəla döyüşündə şəhid olan Hüseyn ibn Əli səhabələrindən biri. Yezid ibn Subeyt Bəsrədəki Əbdülqeys qəbiləsindən idi. Hüseyn ibn Əlinin insanları ona köməyə çağıran məktubu Bəsrəyə çatdıqda, Yezid Hüseynin karvanına qoşulmaq qərarına gəldi. O, bunu bir sıra Bəsrə şiəsinin toplaşdığı Mariya binti Munqidin evində keçirilən görüşdə bildirdi. Onun on oğlu var idi, lakin onlardan yalnız ikisi, Abdullah və Ubeydullah Kərbəla döyüşündə iştirak etdilər. Əmir ibn Müslim əl-Əbdi və qulu Səlim, Seyf ibn Malik əl-Əbdi və Ədhəm ibn Ümeyyə əl-Əbdi də ona qoşuldular. Onlar Məkkə yaxınlığındakı Əbtədə Hüseynin karvanını qarşıladılar və orada öz çadırlarını qurdular. Hüseyn ibn Əli Yezid ibn Tubeytin gəlişini eşidəndə onu qarşılamaq üçün Yezidin çadırına getdi, lakin Yezid Hüseyni görməyə getdi. Hüseyn Yezidin çadırında qaldı və onun qayıtmasını gözlədi.