Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əhməd şah Dürrani
Əhməd şah (Abdali) Dürrani (d. 1722, Multan, Pəncab - ö. 1773, Toba Məruf, Əfqanıstan) — Dürranilər sülaləsinin ilk şahı. Sadozay soyundan, Abdali elinin rəisi Məhəmmədzaman xanın oğludur. 1737-ci ildə dustaq edilərək İrana, Nadir şah Qırxlı-Avşarın yanına göndərildi. Qısa müddətdə şahın güvənini qazanaraq 1745-ci ildə Mazandaran valisi oldu. 1747-ci ildə Əhməd şah, Avşar hökmdarı Nadir şahın öldürülməsindən sonra soydaşlarından, (Puştunlardan) təşkil olunan yerli güclərə dayanaraq Əfqanıstana yürüdü. Qəndəhara gedərək Hacı Camal liderliyindəki Barakzayi, Şah Vəli xan liderliyindəki Bamizayi və Cahan xan liderliyindəki Popalzayi kimi bütün Puştun qəbilələrini toplayaraq, Loya Cirgə olaraq bilinən Böyük Məclisi təşkil etdi və Əfqanıstan şahı seçildi. Ayrıca Dürr-i Dürran (İnciler İncisi) unvanını aldı. Kabil və dolaylarını ele keçirdikdən sonra 1747-1769-cu illər arasında Hindistana doqquz səfər etdi.
Dürranilər imperiyası
Dürranilər imperiyası, Dürranilər əmirliyi və ya Dürrani(Dürranilər) Şahlığı — müasir Əfqanıstan, Pakistan, Şimal-Şərqi İran və Qərbi Hindistanın ərazilərində yerləşən tarixi dövlət. 1747-ci ildə Qəndəharda Əhməd şah Dürrani tərəfindən əsası qoyulmuşdur. Əhməd şah Dürrani Nadir şah Əfşarın sərkərdəsi olmuşdur. Dürranilər imperiyası 1747-ci ildə yaranmış, 1823-cü ildə süquta uğramışdır.Dövlət ərazisində əfqanlar,pakistanlılar, farslar, Güney Azərbaycanlılar, hindlilər və vəziristanlılar(puştular) yaşayırdılar. Dövlətdə iki rəsmi dil : puştu və fars dilləri var idi. Dövlətin bayrağında yaşıl - ağ - yaşıl rənglər var idi. Dövlət dini islam idi.
Dürranilər sülaləsi
Dürranilər sülaləsi (puşt. دراني) — müasir Əfqanıstan, Pakistan, şimalı-şərqi İran və qərbi Hindistanın ərazilərdə yerləşən tarixi dövləti (1747-1822) idarə edən xanədan. 1747-ci ildə Qəndəharda Əhməd şah Dürrani tərəfdən əsası qoyulmuşdu. O, Nadir şah Qırxlı-Avşarın sərkərdəsi idi. Qonşu dövlətlərlə apardığı mübarizə nəticəsində Dürranilər dövlətinin sərhəddi xeyli genişlənir. Amudəryanın sol sahilində yaşayanlarla yanaşı Sistan, Xorasan, Sind, Bəlucistan, Kəşmir və Pəncab bölgələrində yaşayanlar da daxil edilir.
Dürank
Dürank (fr. Durenque, oks. Durenca) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Rekista kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12092. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 110 km şimal-şərqdə, Rodezdən isə 27 km cənubda yerləşir. 2008-ci ildə əhalinin sayı 552 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 322 nəfər (15-64 yaş) arasında 247 nəfər iqtisadi cəhətdən fəal, 75 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76,7%, 1999-cu ildə bu 72.5%).
Düranü
Düranü (fr. Duranus) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Turret-Levans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Levens kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 16,10 km², əhalisi — 156 nəfərdir (2006) artım tendensiyası ilə: 170 nəfər (2012), əhalinin sıxlığı 10,6 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 185 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 170 nəfər.
Dürdanə Araslı
Dürdanə Araslı (9 iyun 1939, Bakı)— fizika-riyaziyyat elmləri doktoru, professor. Araslı Dürdanə Həmid qızı 1939-cu il iyunun 9-da Bakı şəhərində doğulmuşdur. O, 1956-cı ildə orta məktəbi qızıl medalla, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1961-ci ildən Elmlər Akademiyasının Fizika İnstitutunda elmi fəaliyyətə başlamış və hazırda İnstitutun baş elmi işçisidir. Moskva Dövlət Nadir Metallar İnstitutunda məqsədli aspiranturada oxumuş, 1967-ci ildə namizədlik, 1987-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. D. H. Araslının tədqiqatları mikro və optoelektronika sahəsində geniş tətbiq olunan perspektivli yarımkeçirici materiallarda köçürmə hadisələrinin öyrənilməsi istiqamətindədir. O, əsasən bərk cisimlər fizikasının əsas məsələlərindən biri olan istilik keçiriciliyinin tədqiqi, onlarda fonon-fonon, fonon — elektron qarşılıqlı təsiri, həmçinin fononların kristaldakı qeyri bircinsliliklərdən səpilməsi məsələlərinin aydınlaşdırılması problemi ilə məşğul olur. Araslı D. H. İnstitutda fəaliyyət göstərən dissertasiya şurasının elmi katibidir. Yüksək dərəcədə legirlənmiş klassik yarımkeçiricilərdə — germanium və silisiumda kinetik effektlərin kompleks tədqiqi ilə məşğul olmuş və müxtəlif növ aşqarların istiliyin köçürmə hadisələrində yaratdığı xüsusiyyətləri müəyyənləşdirmişdir. III–V və II–VI birləşmələri, onların əsasında alınan bərk məhlullarda və evtektikalarda istilikkeçiricilik məsələlərini hərtərəfli və dərindən tədqiq etmişdir.
Dürdanə Balakişiyeva
Dürdanə Balakişiyeva (d. 7 iyun 1976, Bakı) — Eksperimental astrofizika sahəsində gənc alim, Florida Universitetinin azərbaycanlı professoru. Dürdanə Balakişiyeva 1976-cı il iyunun 7-də Bakıda anadan olub. Bakıda 189 nömrəli tam orta məktəbin ingilis təmayüllü xüsusi sinfində təhsil alıb. Orta məktəbdə oxuyarkən kollecdə tibb kursunu keçməklə yanaşı, tennis üzrə çempionatın qalibi olub. D. Balakişiyeva 15 yaşında orta məktəbi əla qiymətlərlə bitirib. Daha sonra ali təhsilini Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində davam etdirib. Fizika ixtisası üzrə İtaliyanın Triest şəhərindəki əsası pakistanlı nəzəri fizik, Nobel mükafatı laureatı Əbdüs Salam tərəfindən qoyulmuş Beynəlxalq Nəzəri Fizika Mərkəzinin (ICTP) təqaüdünü qazanıb. Yüksək enerji fizikası üzrə magistr diplomu alıb. Alim 2001-ci ildə Nyu-Yorkdakı Syrakus Universitetində (ing.
Bürhani-Həqiqət
Bürhani-həqiqət (az-əbcəd. برهان حقیقت‎) — İrəvanda Azərbaycan dilində çap olunan ədəbi, ictimai-siyasi jurnal. Jurnal əsasən maarifçi-realist ədəbiyyatın mövqeyini müdafiə edirdi. 1917-ci il yanvarın 1-dən iyunun 29-dək İrəvanda Azərbaycan dilində çap olunmuşdur. Cəmi 9 nömrəsi çap olunmuşdur. Müdir və mühərriri Əli Hacı Zeynalabdinzadə (Rəhimov), naşiri Həsən Mirzəzadə (Əliyev) idi. Jurnal bir tərəfdən elm və maarifə çağırır, digər tərəfdən isə dini ehkamları müdafiə edirdi. "Bürhani-həqiqət" jurnalının İrəvan şəhərindəki "Luys" mətbəəsində ilk nömrəsi 1 yanvar 1917-ci ildə, sonuncu nömrəsi isə elə həmin ilin 29 iyununda çapdan buraxılmışdır. Sərlövhə altında "Etiraf, tərəqqi, etimad... hələlik ayda iki dəfə nəşr olunan ədəbi, siyasi, tarixi, elmi və fənni məcmuəsidir".
Bürhani-Tərəqqi
Bürhani-Tərəqqi — 1906–1911-ci illərdə Həştərxanda müəyyən fasilələrlə nəşr olunan, daha çox dini məqalələr çap edən qəzet. İlk nömrəsi 1906-cı il iyunun 8-də çıxmışdır. Naşiri və redaktoru Mustafa Lütfi İsmayılov Şirvanski idi. Qəzetdə yerli müəlliflərlə yanaşı N. Nərimanov da iştirak etmiş, "Elmi və fənni" mövzularda bir sıra məqalələr ("Tibb və islam" və b.) dərc etdirmişdir. Qəzetdə M.Ə. Sabir, M. Hadi və başqaları da öz əsərlərini çap etdirmişlər. 1907-ci ilin iyun ayının axırlarında qəzetin nəşri dayandırılmışdır. Təxminən bey ay sonra 1907-ci il 18 noyabrda qəzetin növbəti nömrəsi buraxılmışdır.
Süryani dili
Süryani dili və ya Suriya dili (ܠܫܢܐ ܣܘܪܝܝܐ leššānā sūryāyā) – Mesopotamiya və Şərqi Ərəbistanda tarixən danışılan, Orta Arami dilinin bir dialekti. I əsrdən öncə əlifbası yox idi lakin 5 əsr boyu danışıq dili olmuşdur. IV-VIII əsrlər arasında Yaxın Şərqin əsas dili olmuşdur. Süryani əlifbası ilə yazılır. Süryani dili şərq xristianlığının qorunmasında əsas faktor olmuş, kilsə dili halına gəlmişdir. Süryani Pravoslav Kilsəsi, Assuriya Şərq Kilsəsi, Nestorian Şərq Kilsəsi, Kəldani Katolik Kilsəsi, Müqəddəs Foma xristianları və Assuriya Əllincilər Kilsəsinin kilsə dilidir. İlk dəfə Assuriya və Akkad imperiyaları bölgəsində yayılmış və Assuriya kilsəsi sayəsində indiki halına gəlib çıxmışdır. Məhz xristianlıq sayəsində Hindistanın Kerala bölgəsinə, Orta Asiyaya və Yaxın Şərqə yayılmışdır. Böyük Britaniyada, Adrian divarında Romalı assuriya əsilli əsgərlərin Süryani dilində yazdığı yazılar tapılmışdır. Süryani dilinin inkişafı mərhələləri: Qədim Arami dili - Assuriya, Aşşur, Hatra, Adiabena, Osroena kimi dövlətlərin dili olmuşdur.
Solmaz Daryani
Solmaz Daryani (1989, İran) — Birləşmiş Krallıq və İranda fəaliyyət göstərən, İran azərbaycanlısı olan fotoqraf və viziul incəsənət ustası. Onun işi xüsusilə iqlim təhlükəsizliyi, iqlim dəyişikliyi, su böhranı, Yaxın əv Orta Şərqdə insan şəxsiyyəti və ətraf mühit mövzularını əhatə etməsi ilə fərqlənir. Daryani, "Qadın Fotoqraflar" və "Diversify Photo" təşkilatlarının üzvüdür. Fotoqrafiya və yazıçılıq sahəsində Urmiya gölünün qurudulması məsələsindən çox bəhs etmiş, bu barədə yazdığı kitab "FotoEvidence Fondu" tərəfindən çap edilmişdir. Onun işləri beynəlxalq jurnallar və qəzetlər, o cümlədən: "National Geographic", "L'OBS Magazine", "Foreign Policy", "Polka" və "Zenith" tərəfindən nəşr edilmişdir. 2016-cı ildə o, Sabii azlığının dini icmasına və onların cənub-qərbdə, Əhvazdakı müsəlman icması ilə qarşılıqlı əlaqəyə diqqət yetirməklə din və ətraf mühitin kəsişməsini sənədləşdirən layihə olan "Din haqqında" adlı layihənı həyata keçirmişdir. Onun bu layihəsi "Magnum Foundation Photography in Collaboration" qrantını almışdı. Daryani Tehranda İslami Azad Universitetində kompüter elmləri üzrə təhsil almış, proqram təminatı mühəndisliyi ixitsası üzrə magistr dərəcəsi yiyələnmişdir. O aviasiya fotoqrafiyasına olan marağına görə 2012-ci ildən həvəskar fotoqraf kimi fəaliyyətinə başlamışdır. Solmaz Dəryani 2014-cü ildən bəri Yaxın Şərqin ən böyük ekoloji fəlakətlərindən biri olan Urmiya gölünün quruması və onun ətraf mühitə vurduğu zərərlər, həmçinin bəşəriyyətə təsirini vurğulayan əsərlər yaratmağa başlayıb.
Dürand xətti
Dürand xətti (ing. Durand Line, puşt. د ډیورنډ کرښه) — Cənubi-Mərkəzi Asiyada Əfqanıstan ilə Pakistan arasında beynəlxalq 2670 kilometrlik (1,660 mil) sərhəd. Böyük Britaniyanın Britaniya Hindistanını genişləndirməyə çalışdığı üç ingilis-əfqan müharibəsi nəticəsində meydana gəlmişdir. Bu xətt Əfqan Əmiri Əbdürrəhman xan və Hindistan Müstəmləkə İdarəsinin katibi Ser Mortimer Dürand arasında 1893-cü ildə aparılan danışıqlar nəticəsində yaranmışdır. Əfqanıstan hökuməti onu sərhəd kimi tanımaqdan imtina edir. XIX əsrin ortalarında Çar Rusiyasının Mərkəzi Asiyanı ələ keçirməsindən sonra Britaniya İmperiyası üçün həyəcan təbili çalınırdı. Britaniya əsas müstəmləkəsi olan Hindistana Çar Rusiyanın yaxınlaşmasını ciddi təhlükə olaraq görürdü. Hindistanı qorumaq üçün Əfqanıstan ideal bufer zona idi. Əfqanıstanın dağlarından zəngin Hindistan ovası yüksəkdən görünürdü və ona görə də buranın çox böyük strateji əhəmiyyəti var idi.
Dərani (Xudafərin)
Dərani (fars. داراني‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 295 nəfər yaşayır (66 ailə).
Molla Gürani
Molla Gürani (28 avqust 1406, Ergani, Diyarbəkir ili – 1488, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. Makrîzî, Dürerü’l-ʿuḳūdi’l-ferîde fî terâcimi’l-aʿyâni’l-müfîde (nşr. Adnân Dervîş – Muhammed el-Mısrî), Dımaşk 1995, I, 363–365. Bikāî, ʿUnvânü’z-zamân bi-terâcimi’ş-şüyûḫ ve’l-aḳrân, Köprülü Ktp., nr. 1119, vr. 6b-7b. Sehâvî, eḍ-Ḍavʾü’l-lâmiʿ, I, 241–243. Süyûtî, Naẓmü’l-ʿiḳyân (nşr. Philip K. Hitti), Beyrut 1927, s. 38–40.
Sara Errani
Sara Errani (d. 1987, İtaliya) — tenisçi. Sara Errani 2012-ci ilin oktyabr ayında dünya reytinqində 6-cı yerə çıxması karyerasında zirvədir və yeni mövsümə də həmin nəticə ilə yollandı. Digər tərəfdən, təkcə fərdi deyil, qoşa yarışlarda da nailiyyətlər əldə etdi. Cütlərin “Böyük dəbilqə” turnirinin Fransa və ABŞ mərhələlərində qalib gəlməklə dünya sıralamasında birinci yerə çıxdı. Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, №49(49), 08.12.2012. səh.14.
Uill Dürant
Vill Dürant(5 noyabr 1885 – 7 noyabr 1981)—Amerika yazıçısı, tarixçisi, filosofu. Vill Dürant (1885–1981) Massaçusetsdə anadan olmuşdur. Valideynləri onu din xadimi olmaq üçün hazırlayırdılar. Onun müəllimələri rahibələr idilər. Vill dini elə bir həvəslə öyrənirdi ki, heç kəs onun ruhani olacağına şübhə etmirdi. 1900-cü ildə o, müqəddəs Pyotr Akademiyasına daxil oldu. Amma Burada Dürant fəlsəfəyə üstünlük verdi. 1917-ci ildə fəlsəfə doktoru adını almaqdan ötrü ilk kitabını yazdı Bu kitab Fəlsəfə və Sosial Problem adlanırdı. O, elmi dərəcəni aldıqdan sonra Kolumbiya Universitetində dərs verməyə başladı. Birinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar olaraq o, nəzakətlə olmuş olsa belə universitetdən uzaqlaşdırıldı.
Vill Dürant
Vill Dürant(5 noyabr 1885 – 7 noyabr 1981)—Amerika yazıçısı, tarixçisi, filosofu. Vill Dürant (1885–1981) Massaçusetsdə anadan olmuşdur. Valideynləri onu din xadimi olmaq üçün hazırlayırdılar. Onun müəllimələri rahibələr idilər. Vill dini elə bir həvəslə öyrənirdi ki, heç kəs onun ruhani olacağına şübhə etmirdi. 1900-cü ildə o, müqəddəs Pyotr Akademiyasına daxil oldu. Amma Burada Dürant fəlsəfəyə üstünlük verdi. 1917-ci ildə fəlsəfə doktoru adını almaqdan ötrü ilk kitabını yazdı Bu kitab Fəlsəfə və Sosial Problem adlanırdı. O, elmi dərəcəni aldıqdan sonra Kolumbiya Universitetində dərs verməyə başladı. Birinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar olaraq o, nəzakətlə olmuş olsa belə universitetdən uzaqlaşdırıldı.
Əbdülxalıq Arrani
Əbdülxalıq əl-Arrani - fəqih, hüquqçu. Əbdülxalıq ibn Əbülməali ibn Məhəmməd əl-Arrani Arranın baş şəhəri Bərdədə anadan olmuşdu. Mosul və Əxlat (Xilat) şəhərlərində qanunşünaslıqdan dərs demişdi. Hökmdarlar yanında hörməti vardı. O, 20 iyun 1236-cı ildə Şamın Dəməşq şəhərində vəfat edib.
Ətəallah Ərrani
Ətəallah Ərrani — XV əsr Azərbaycan filosofu və şairi olmuşdur. Rus tədqiqatçısı tərəfindən XX əsrdə Şamaxıda onun "Qırmızı qızılgül ləçəkləri" əsəri tapılmışdır.
Klassik süryani dili
Süryani dili və ya Suriya dili (ܠܫܢܐ ܣܘܪܝܝܐ leššānā sūryāyā) – Mesopotamiya və Şərqi Ərəbistanda tarixən danışılan, Orta Arami dilinin bir dialekti. I əsrdən öncə əlifbası yox idi lakin 5 əsr boyu danışıq dili olmuşdur. IV-VIII əsrlər arasında Yaxın Şərqin əsas dili olmuşdur. Süryani əlifbası ilə yazılır. Süryani dili şərq xristianlığının qorunmasında əsas faktor olmuş, kilsə dili halına gəlmişdir. Süryani Pravoslav Kilsəsi, Assuriya Şərq Kilsəsi, Nestorian Şərq Kilsəsi, Kəldani Katolik Kilsəsi, Müqəddəs Foma xristianları və Assuriya Əllincilər Kilsəsinin kilsə dilidir. İlk dəfə Assuriya və Akkad imperiyaları bölgəsində yayılmış və Assuriya kilsəsi sayəsində indiki halına gəlib çıxmışdır. Məhz xristianlıq sayəsində Hindistanın Kerala bölgəsinə, Orta Asiyaya və Yaxın Şərqə yayılmışdır. Böyük Britaniyada, Adrian divarında Romalı assuriya əsilli əsgərlərin Süryani dilində yazdığı yazılar tapılmışdır. Süryani dilinin inkişafı mərhələləri: Qədim Arami dili - Assuriya, Aşşur, Hatra, Adiabena, Osroena kimi dövlətlərin dili olmuşdur.
Süryani Pravoslav Kilsəsi
Süryani Pravoslav Kilsəsi (klass. süry. ܥܕܬܐ ܣܘܪܝܝܬܐ ܬܪܝܨܬ ܫܘܒܚܐ), bəzən Suriya Kilsəsi — avtokefal antixalkidon kilsə. Assuriya köklərindən gəlir, kilsə dili Süryani dilinin qərb dialektidir. 37-ci ildə Həvari Pyotr tərəfindən təsis olunduğu qəbul edilir. Mərkəzi Dəməşqdədir.
Qurbani
Aşıq Qurbani (az-əbcəd. آشیق قربانی‎) və ya Dirili Qurbani (1477, Diri – 1550, Diri) — XV–XVI əsrlərdə yaşamış Azərbaycan aşığı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Qurbani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Aşıq Qurbani XV–XVI əsrlərdə yaşamış, Diri kəndində (indiki Azərbaycanın Cəbrayıl rayonu) anadan olmuşdur. Nə zaman anadan olduğu və ya vəfat etdiyi dəqiq deyildir. O, Şah İsmayıl Xətainin müasiri idi və fəaliyyətinə sarayda davam edirdi. Xalq dastanlarına görə Qurbani tanrının onun yuxusuna müdaxiləsi etməsindən sonra aşıq olmuşdur. O bu yuxuda böyük bir saray və bağda dayanan gözəl bir qız görür. O qızın adı Pərizat (Pəri) olur və Qurbaniyə baxır. Beləliklə, Qurbani həmin qıza aşiq olur, ancaq gördüklərinin sadəcə bir yuxudan ibarət olduğunu anlayır.
Teofil Düran
Teofil Aleksi Düran (fr. Théophile Alexis Durand; 4 sentyabr 1855 – 12 yanvar 1912) — İsveçrə əsilli Belçika botanik-təsnifatçısı. Durandeeldea Kuntze, 1891 [syn. Acidoton Sw., 1788, nom. cons.] Durandia Boeckeler, 1896 [syn. Scleria P.J.Bergius, 1765] Durand, T.; Pittier, H. (1882—1885). Catalogue de la flore vaudoise. 3 vols. Durand, T. (1887—1888). Index generum phanerogamarum.
Aşağı Dürrac (Marağa)
Aşağı Dürrac (fars. دراج سفلي‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 102 nəfər yaşayır (22 ailə).
Yuxarı Dürrac (Marağa)
Yuxarı Dürrac (fars. ‎‎‎دراج عليا‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 41 nəfər yaşayır (9 ailə).
Durban
Durban (afrik. Durban, Dyurban; ing. Durban; zulu eThekwini) — CAR-ın Yohannesburq və Keyptaundan sonra üçüncü ən böyük əhalisi olan şəhəri, turizm mərkəzi. Arxeoloji tapıntılar göstərir ki, yüz min il bundan əvvəl mövcud Durban ətrafı koysan xalqlarına məxsus olan kiçik ovçular və yığıcılar tərəfindən məskunlaşmışdı. Bizim eranın ikinci minilliyin əvvəlində onlar şimaldan köç edən bantu tayfaları tərəfindən tamamilə məhv edildi. 1497-ci ildə Portuqaliya bir ekspedisiya bu yerləri ziyarət edərək, Vasko da Qamanın başçılığı altında Avropadan Hindistana bir dəniz yoluaxtarırdı. O, bu ərazini portuqalca "Natal" yəni "Milad" adlandırmışdır. 1824-cü ildə ilk dəfə "ağ əhali", yəni leytenant Frensis Faruell başçılıq etdiyi 25 ingilis Natal Körfəzinin şimal sahilində düşərgə saldılar. Müharibənin başlanğıcında Zulu qəbilələri tərəfindən məhv edilmək təhlükəsi altında idi, lakin sonra Faruell peyklərindən biri olan Henri Finnə göndərdi, Zulu başçısı Çukça döyüşdə aldığı yarasını müalicə etməklə yoldaşlıq edə bildi. 23 iyun 1835-ci ildə daha 35 kolonist buraya gəlib rəsmi olaraq burada məskunlaşdı.
Durqan
Durğan — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 477 nəfərdir. Bəzi tədqiqatçılar bu oykonimi Düğon toponiminin təhrif forması hesab edir, düğ (Zərdüşt dininin təriqət davamçılarına verilən ad) və ən (cəmlik bildirən şəkilçi) komponentlərinə ayıraraq izah edirlər. Əslində, bu coğrafi ad həmin ərazi üçün yad olmayan dolan/dulan tayfa adı ilə bağlı etnotoponimdir.
Durğan
Durğan — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 477 nəfərdir. Bəzi tədqiqatçılar bu oykonimi Düğon toponiminin təhrif forması hesab edir, düğ (Zərdüşt dininin təriqət davamçılarına verilən ad) və ən (cəmlik bildirən şəkilçi) komponentlərinə ayıraraq izah edirlər. Əslində, bu coğrafi ad həmin ərazi üçün yad olmayan dolan/dulan tayfa adı ilə bağlı etnotoponimdir.
Urfanı
Urfanı – Şərurun şah yallısıdır. Əzəmət, vüqar, mərdlik və sair hərəkətləri ilə zəngin olan mürəkkəb quruluşa malik və ifaçıdan yüksək rəqs etmək qabiliyyəti tələb edən, əsasən kişilərdən ibarət bu yallı ən qədim yallılar sırasına daxildir. Naxçıvan şəhərində, Şərur, Şahbuz, Ordubad və Kəngərli rayonlarında Urfanı yallısını qadınlar kişilərlə qarışıq halda ifa edirlər. Cavanlar çox vaxt öz oyunlarını, bacarıq və məharətlərini nümayiş etdirmək üçün məclis və toy şənliklərində bu rəqsi sifariş edirlər. Çox asta və iti ifa olunan "Urfanı" iki variantlıdır. Qeyd etmək lazımdır ki, bu yallı çox çətindir və onu asta-asta, ayrı-ayrı elementlərdən başlayaraq öyrənmək lazımdır.
Duran Duran
Duran Duran — 1978-ci ildə İngiltərənin Birminhem şəhərində qurulmuş İngilis New Wave musiqi qrupudur. Albomları dünya miqyasında 85 milyondan artıq satılmışdır. Qrupun qurucuları sintizatorda Nik Rodes, bas gitarada Con Teylor, barabanda Rocer Teylor, gitarada Endi Teylor və vokalda Saymon Le Bon'dur. Qrup heçvaxt dağılmamıştır. 1989–2001-ci illər arasında Uoren Kukkurulo grupa qoşulmuş, 1989–1991-ci illər arasında Sterlinq Kempbell barabançı olaraq qrupa daxil olmuştur.
Rüstəm Cürcani. “Zəxireyi-Nizamşahi”
Zəxireyi-Nizamşahi — XII əsr alimi Rüstəm Cürcaninin "Zəxireyi-Nizamşahi" əsəri tibbə, farmakologiyaya aiddir. XIII əsrdə köçürüldüyü ehtimal olunur. Əlyazma 487 vərəqdən ibarətdir. Gözəl, narın nəstəliq xətti ilə, qara mürəkkəblə köçürülüb. Əlyazmanın 1-ci səhifəsi qızıl suyu və naxışlarla bəzədilmişdir. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan bu əlyazma da, haqqında məlumat verilmiş digər 2 əlyazma ilə birgə 2005-ci ildə YUNESKO-nun"Dünyanın Yaddaşı" Proqramının reyestrinə daxil edilmişdir. Rüstəm Cürcaninin "Zəxireyi-Nizamşahi" əsərinin əlyazması ona görə unikaldır ki, AMEA-nın Əlyazmalar İnstitutundan başqa dünyanın heç bir yerində əsərin nüsxəsi yoxdur. Əlyazmanın bütün mətni qızıl suyu ilə cəkilmiş çərçivə ilə çərçivələnib.
Süryani Birlik Partiyası (Suriya)
Süryani Birlik Partiyası (süry. ܓܒܐ ܕܚܘܝܕܐ ܣܘܪܝܝܐ, ərəb. حزب الإتحاد السرياني في سوريا‎) — Suriyadakı aysorların maraqlarını təmsil edən və davronoye ideologiyasına sadiq olan Suriya sekulyar siyasi partiyası. 1 oktyabr 2005-ci ildə qurulan partiya Suriyada vətəndaş müharibəsi başlayandan bəri özünü Rojavada dünyəvi, demokratik, sosialist və federalist kürd qüvvələrinin tərəfində yerləşdirmiş, həm Bəşər Əsədin Suriya hökumətinə, həm də Suriya müxalifətinə şübhə ilə yanaşır. == Avropada fəaliyyətlər == 15 avqust 2012-ci ildə Suriya hökumətinə etiraz olaraq Suriyanın Stokholmdakı səfirliyinə Süryani Birlik Partiyasının üzvləri basqın etmişdilər. Daha sonra onun onlarla üzvü İsveç polisi tərəfindən saxlanılmışdır.
Dürri Mehmed Əfəndi
Dürri Mehmed Əfəndi (Konstantinopol – 1736, Üsküdar) — Osmanlı alimi, şair və şeyxülislamı. Məşhur Osmanlı üləma ailəsi olan Dürrizadələr ailəsinin ilk fərdi olan Mehmed Əfəndi İstanbulda dünyaya gəlmişdir. Atası İlyas Əfəndi sadə məhəllə mollası olmuşdur. Mədrəsə təhsilini bitirdikdən sonra müdərris olaraq bəzi mədrəsələrdə fəaliyyətə başladı. Daha sonra IV Mehmed dövrünün məşhur başqazılarından Əbdülqadir Əfəndinin qızı ilə evlənərək nüfuzunu yüksəltdi. 1704-cü ildə Süleymaniyə müdərrisi ikən qazılığa yüksəldi və 1707-ci ildə Misir, 1716-cı ildə Məkkə, 1720-ci ildə isə İstanbul qazısı oldu. Ancaq son vəzifə yerində məsuliyyətsizliyi səbəbilə 1721-ci ildə vəzifədən alındı. Uzun müddət vəzifəyə gətirilməyən Mehmed Əfəndi 1726-cı ildə Anadolu başqazısı təyin olundu. Ancaq dövrün qazılarının Mehmed Əfəndini guya təyin məsələlərində rüşvətə yol verməsi haqqında sədrəzəm İbrahim Paşaya şikayət etməsi nəticəsində vəzifədən alındı və paytaxtdan sürgün edildi. Bir müddət sonra baş verən Patrona Xəlil ayaqlanmasının ardından 1730-cu ilin oktyabrında Rumeli başqazısı oldu.
Daur durnası
Dirili Qurbani
Aşıq Qurbani (az-əbcəd. آشیق قربانی‎) və ya Dirili Qurbani (1477, Diri – 1550, Diri) — XV–XVI əsrlərdə yaşamış Azərbaycan aşığı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Qurbani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Aşıq Qurbani XV–XVI əsrlərdə yaşamış, Diri kəndində (indiki Azərbaycanın Cəbrayıl rayonu) anadan olmuşdur. Nə zaman anadan olduğu və ya vəfat etdiyi dəqiq deyildir. O, Şah İsmayıl Xətainin müasiri idi və fəaliyyətinə sarayda davam edirdi. Xalq dastanlarına görə Qurbani tanrının onun yuxusuna müdaxiləsi etməsindən sonra aşıq olmuşdur. O bu yuxuda böyük bir saray və bağda dayanan gözəl bir qız görür. O qızın adı Pərizat (Pəri) olur və Qurbaniyə baxır. Beləliklə, Qurbani həmin qıza aşiq olur, ancaq gördüklərinin sadəcə bir yuxudan ibarət olduğunu anlayır.
Eupatorium durandi
Ageratina anisochroma (lat. Ageratina anisochroma) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü. Eupatorium anisochromum Klatt ex T.Durand & Pitt. Eupatorium anisochromum Klatt Eupatorium durandi Klatt Eupatorium durandi Klatt ex T.Durand & Pitt.
Euphorbia duranii
Euphorbia duranii (lat. Euphorbia duranii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Fosforun dövranı
Fosforun dövranı — bioloji və biokimyəvi proseslərdə böyük rol oynadığı üçün mühüm kimyəvi elementlərdən biri sayılır. Litosferdə fosforun əksər hissəri kristal süxurlar olub apatitlərin tərkibində olur (95%).
Horasio Quarani
Eraklio Katalin Rodrigez Sereyyo, — Daha çox Horasio Quarani (May 15, 1925 – Yanvar 13, 2017) adı ilə tanınan Argentina folklorunun görkəmli musiqiçi nümayəndələrindən biridir. O, həm də yazıçı idi. Quarani 13 yanvar 2017-ci ildə 91 yaşında vəfat etmişdir. Vikianbarda Horasio Quarani ilə əlaqəli mediafayllar var.
Karbon dövranı
Karbon dövranı-biokimyəvi tsikldə aktiv iştirak edən karbonun əsas ehtiyatı Dünya okeanında yerləşir, burada o, müxtəlif formalarda olur. Son nəticədə karbonun əksər hissəsi okeanın dibində toplanır, sonra daha cavan çöküntülərlə örtülür və beləliklə, ekosferdən kənara çıxır. Bu zaman litosfer maddələrinin böyük tsiklində qalır. Karbonun qlobal tsiklində əsas antropogen axın enerji istehsalı prosesində yanacaqların yandırılması nəticəsində əmələ gəlir. Digər karbon axını isə quru ekosisteminin antropogen dəyişilməsi zamanı biotanın üzvi maddələrinin və torpağın müxtəlif destruksiya növləri sayılır. Belə antropogen axın nisbətən az olsa da, onun miqdarı durmadan artır və parnik effektinin güclənməsinə səbəb olur. Quruda fotosintez prosesi zamanı karbon qazının funksiyası, bununla da üzvi maddələrin əmələ gəlməsi və əlavə olaraq oksigenin ayrılması baş verir. Ömrünü başa vurmuş bitkilər və heyvanlar mikroorqanizmlər tərəfindən parçalanır, bunun nəticəsində ölü üzvi maddələrin karbonu oksidləşərək karbon qazına çevrilir və yenidən atmosferə düşür. Karbonun dövranı su mühitində də belə başa çatır. Bitkilərdə fiksasiya olunmuş (toplanmış) karbon heyvanat aləmi tərəfindən çoxlu miqdarda istifadə olunur, o da öz növbəsində tənəffüz zamanı onu karbon qazı şəklində ayırır.
Komedi Dükkanı
Komedi Dükkanı — Tolga Çevik'in, Fırat Doğu Parlak'ın iştirakıyla yaradılmış bədahətən əyləncəli komedik tamaşa. İlk dəfə TV8 kanalında yayımlanan proqram sonradan TRT1 kanalına keçmiş . Uzun müddət sonraysa Star TV-də yayımlanmışdır. Proqramın əsas karakterləri Arkadaşım (Tolqa Çevik), Rejissor - Yönetmen (Fırat Parlak) və Minik - Müzisyen (Özer Atik)-dir. Sonralarsa, proqram bağlanmış və hal hazırda Kanal D kanalında "Arkadaşım Hoşgeldin" adıyla yayımlanır.
Kukaş kurqanı
Kukaş kurqanı və ya Cek kurqanı — Cek kəndinə aid Kukaş ərazisində kurqan. Kukaş kurqanı 2011-ci ilin avqust ayında Cek kəndinə aid Kukaş ərazisində aşkarlanmışdır. Eyni zamanda Cek kəndinin Zanqar ərazisində də qədim yaşayış məntəqəsi aşkarlanmışdır. Ərazidə işləyən arxeoloq İdris Əliyevin bildirdiyinə görə, tapıntıların tunc dövrünə - e.ə. III-II minilliklərə aid olması ehtimal edilir. Arxeoloq tapıntıların böyük əhəmiyyətə malik olduğunu deyib. Onun sözlərinə görə, yaşayış məntəqəsi və kurqanın tədqiqindən sonra bu ərazi ilə bağlı bəzi mübahisəli məsələlərə aydınlıq gətirilə bilər. Kurqanın yerləşdiyi ərazidə 15-ə qədər mağara mövcuddur. Mağaraların qədim insanların yaşayış məskəni olması ehtimal edilir. Tezliklə mağaralarda arxeoloji qazıntılar aparılacaq.
Kükürdün dövranı
Kükürd - Sənayedə, kənd təsərrüfatında,tibdə işlənən sarı rəngli tezalışan kimyəvi maddə. Kükürd qədim zamanlardan məlum olan və təbiətdə daha çox tapılan qeyri-metal növüdür və ən çox yayılan on altıncı elementdir. Bu element təbiətdə həm təbii halda, həm də kükürd birləşmələri şəklində tapılır.Ən geniş təbii kükürd mədənləri Meksika, Polşa, İtaliya (Siciliya), ABŞ (Luiziana, Texas), Yaponiyada və keçmiş Sovet İttifaqı ölkələrinin bəzilərində (Türkmənistan, Özbəkistan) yerləşir. Kükürdün dövranı- Kükürd zülalların vacib komponenti olduğu üçün bioloji proseslərdə mühüm rol oynayır. Kükürdün qlobal dövranı müxtəlifliyi ilə fərqlənərək biotik və abiotik proseslərin qaz, maye, bərk fazalarda olan müxtəlif komponentlərin iştirakı ilə gedir. Əsas biogen elementlərin (C, O, N, P, S) qlobal biokimyəvi dövranlarından (tsikllərindən) kükürdün tsikli insan fəaliyyətilə daha güclü pozulmuşdur. Bu, yanacaq qazıntılarının, xüsusidə daş kömürün yandırılması ilə bağlı kükürd oksidinin (SO2) atmosferə antropogen təsirinin nəticəsidir. Torpaqda və çöküntülərdə kükürdün ehtiyatı geniş, atmosferdə isə azdır. Kükürd mübadilə fondunda əsas rolu xüsusi mikroorqanizmlər oynayır, onların hər bir növü oksidləşmə və reduksiyanın nəticəsində suyun dərinliyində yerləşən çöküntülərdən səthə hidrogen-sulfid qarışır. Kükürdün dövranının nizamlanmasında qlobal masştabda geokimyəvi və meteoroloji proseslər (eroziya, çöküntü əmələgəlmə, yuyulma, yağış, adsorbsiya, desorbsiya və s.), bioloji proseslər (biokütlənin məhsulu və onun parçalanması), hava, su və torpağın qarşılıqlı əlaqələri iştirak edir.
Lupinus duranii
Lupinus duranii (lat. Lupinus duranii) — paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü.
Nikole Turuani
Nikole Turuani (1997 və ya 5 iyul 1997) — İsveçrəli bədii gimnastdır. İsveçrəni 2015 Avropa Oyunlarında təmsil etmişdir. Nikole Turuani 1997-ci ildə anadan olmuşdur. Nikole Turuani 2015-ci ildə İsveçrəni 2015 Avropa Oyunlarında təmsil etdi. 2013, 2014, 2015-ci illərdə Dünya Çempionatında iştirak etmişdir.
Qafqaz durnası
Qafqaz durnası və ya Anadolu durnası (lat. Grus grus archibaldi)— ayrıca quş növü olmayıb boz durnanın yarımnövlərindən biridir. Qafqaz durnalarının digər boz durnalardan başlıca xüsusiyyəti baş hissəsində digər durnalarda olan iri qırmızı xalın olmamasıdır. Çoxalma populyasiyasının çoxu Anadolunun yüksək dağlıq göllərində olan bu yarımnöv buna görə Anadolu durnası da adlanır. Qafqaz durnalarının dəqiq sayı da məlum deyil. 2000-ci illərdə saylarının 200 ətrafı çoxalan cütlük olduğu qeyd olunur.
Qan dövranı
Qan dövranı və ya sirkulyasiya sistemi — orqanizmdə qanın hərəkətidir. Ürəyin yığılması ilə qan ürəkdən damarlara qovulmağa başlayır. Qan dövranında oksigenlə zəngin arterial qan sol mədəcikdən aorta və arteriyalar vasitəsilə bədən üzvlərinə daşınaraq, kapillyarlar vasitəsilə toxumalara daxil olur, buradan da toxumalarda toplanan karbon qazı ilə zənginləşmiş venoz qan toplayıcı venalarla aşağı və yuxarı boş venalara keçərək ürəyin sağ qulaqcığına daxil olmuş olur. Qan dövranı "kiçik qan dövranı" və "böyük qan dövranı" olmaqla iki yerə ayrılır. Ürəyin sağ kameralarına gələn tünd qırmızı rəngli qan oksigensizdir. Həmin qan bu dəfə sağ mədəcikdən ağciyərlərə qovularaq, alveolalardakı kapilyar tordan keçərək oksigenlə zənginləşdikdən sonra yığıcı ağciyər venaları vasitəsilə ürəyin sol şöbəsinə dönür, beləcə, qan yenidən alqırmızı rəngini almış olur. Ürəyin sağ şöbəsindən başlayaraq ağciyərlərdən keçməklə sol şöbədə bitən qan dövranı "kiçik qan dövranı" adlanır. Al-qırmızı, yəni oksigenlə zənginləşmiş arterial qan, ürəyin sol şöbəsinə gəldikdən sonra, böyük bir təzyiqlə aortaya və periferik arteriyalara qovulur. Getdikcə nazikləşən bu qan damarları, sonda kapilyar damarlara keçir. Beləliklə, oksigen hüceyrələrə nəql edilmiş olunur.