MANAV

meyvə-tərəvəz satan, göyərti satan, səbzəvatçı; manav dükkanı – meyvə-tərəvəz dükanı
göyərtisatan, səbzəvatçı
MANA
MANDA
OBASTAN VİKİ
Manavqat
Manavqat — Türkiyənin Antalya iilində, Antalya şəhərindən 75 kilometr (47 mil) məsafədə yerləşən ilçə və şəhər. Şəhərin yaxınlığında Manavqat çayının üzərində yerləşən eyniadlı şəlalə var. İlçənin əhalisi 2020-ci il siyahıyaalmasında 242 490 nəfər olmuşdur. == Coğrafiya == Şimalda Tavr dağları ilə Aralıq dənizi sahilindəki qumlu çimərliklər arasında yerləşən ilçənin çox hissəsi düzənlik ilə əhatə olunmuşdur. Ərazi məhsuldar təsərrüfat sahəsidir və odur ki, Manavqatda əkinçilik yaxşı inkişaf etmişdir. Əhali taxıl, susam və bir çox meyvə-tərəvəzin yetişdirilməsi və heyvandarlıqla məşğuldur. Son illərdə ilçə ərazisində zeytun da əkilməyə başlamışdır. İlçədə inkişaf etmiş tək sənaye yeyinti sənayesidir. Buna görə də yerli iqtisadiyyat sadəcə kənd təsərrüfatı və turizmə bağlıdır. Dağlar meşələrlə və tipik Aralıq dənizi kolluqları ilə örtülmüşdür.
Manavqat çayı
Manaqvat (türk. Manavgat Nehri) və ya Melas (yun. Melas) — Türkiyənin Antaliya ilində çay. Mənbəyini Tavr dağlarından götürür və Aralıq dənizinə tökülür. == Ümumi məlumat == Çayın mənbəyi Qərbi Tavr dağlarının şərq yamaclarında yerləşir. Dəniz səviyyəsindən 1350 metr yüksəklikdə bir neçə yer altı su mənbəyi birləşərək Manavqat çayını formalaşdırır. Bu mənbələrdən ən bol sulu olanları Dumanl 1 və Dumalı 2 -dir. Bundan sonra Manaqvat çayı dar kanyon dərələrlə cənuba doğru axır. Çayın yatağı parçalanmış bərk süxurlardan ibarətdir. Kanyon ərazilərində çay yeraltı sularla qidalanır.
Manavqat şəlaləsi
Manavqat — Türkiyənin Antalya ilində şəlalə. Manavqat şəlaləsi Manavqat çayı üzərində, Side şəhəri yaxınlığında, Manavqat şəhərinin 3 km-də yerləşir. Hündürlüyü 4 metr, eni isə 40 metrdir. Çayın bol sulu dövründə şəlalə bəzən su altında qalır. Şəlalədən 12 km şimalda Oymapınar su anbarı yerləşir. Çay öz başlanğıcını Antaliyadan 76 km şərqdən, Tavr dağlarından götürür. == Ümumi məlumat == Şəlalə bölgənin görməli yerlərindən biri hesab olunur. Şəlalə öz adını Manavqat çayından götürmüş. Keçən əsrin 80-cı illərdən ziyarətə açıq elan olunmuş. Manavqat sözü «Manauva» sözündən meydana gəlmiş və mənası "ilahənin məbədi" deməkdir.