Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cəlil
Cəlil — Azərbaycanlı kişi adı. Bu adı olan tanınmış şəxslər Cəlil Məmmədquluzadə — yazıçı, dramaturq, jurnalist, ictimai xadim. Böyük satirik Cəlil bəy Bağdadbəyov — aktyor, Azərbaycanın əməkdar artisti Cəlil bəy Sultanov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin deputatı Cəlil Sadıxov —Azərbaycanın Ukraynada ilk səfiri. Cəlil Vəzirov — teatrşünas. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Cəlil Kiyekbayev Cəlil Xəlilov Cəlil Xəlilov (geoloq) Cəlil Xəlilov (polkovnik) Cəlil Xəlilov (tərcüməçi) Cəlilzadə Cəlilov Cəlilli — Tovuz rayonunun inzibati ərazi vahidində kənd.
Dəbil
Dvin və ya Dəbil (azərb. Dəbil‎, erm. Դուին, yun. Δούβιος) — Müasir Ermənistan ərazisində yerləşən qədim şəhər. Xarabalıqları qalmışdır. 335-ci ildə Arşakilər sülaləsindən III Xosrov tərəfindən salınmışdır. Adı farsca "təpə" mənasına gəlir. 506-cı ildə Dvin kilsə məclisi burada çağrılmışdır. 642-ci ildə Ərməniyyənin mərkəzinə çevrilmişdir, bundan sonra şəhər daha çox Dəbil adlanmağa başlanmışdı. 893-cü ildə zəlzələdə şəhər dağılmış, Saci afşini Məhəmmədin şəhəri ələ keçirməsi asanlaşmışdı.
Xəlil
Xəlil — kişi adı. Xəlil Rza Ulutürk — şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi. Xəlil bəy Xasməmmədov — Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli siyasi və dövlət xadimi. Xəlil Məmmədov — Azərbaycan-sovet hərbi və dövlət xadimi, Sovet İttifaqı Qəhrəmanı (1945). Xəlil Məliki — İranlı sosialist, intellektual və siyasi xadim.
Dəli
Dəlilik və ya çılğınlıq yarı qalıcı, ağır bir zehni pozğunluqdur. Ümumiyyətlə bir zehni xəstəlik tipindən törəyir. Dəlilik termini tibbi bir termin olmaqdan çox hüquqi və mədəni bir termindir. Dəlilik Modernizmlə birlikdə inkişaf edən bir anlayışdır. Əvvəllər ruhi çətinliklər Amerikada intellektual bir rəftar kimi qəbul edilib. Dickensin Lord Artur Günahı adlı kitabında buna bənzər təsvir də vardır. Postmodern mədəniyyət isə yaratdığı bütün dəyişənləri yazıdığı kimi dəliliyə də istisna edir. Bu cür xəstəliklər şəxsiyyət pozğunluğundan meydana gələ bilər.
Əlil
Əlillik (lat. invalidus — «gücsüz», in — «yox» + validus — «güclü») — xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş insanın vəziyyətinə deyilir. Fiziki, əqli, duyğu və ya psixi xəstəliyi nəticəsində əlil adamın cəmiyyətdə həyat imkanları məhdud olur. Azərbaycanda əlillərə münasibət sahəsində sosial siyasət — həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası, maddə 38. III - "Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir". Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. "Əlilliyin müəyyən olunması meyarlarına dair ƏSASNAMƏ" - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR. Əlilliyə görə pensiyalar, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir: a) əmək zədəsi və ya peşə xəstəliyi; b) ümumi xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə); c) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə, həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə. Əmək qabiliyyətinin itirilməsi dərəcəsindən asılı olaraq əlillik üç qrupa bölünür. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun baş verdiyi vaxt həkim-əmək ekspert komissiyaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən həkim-əmək ekspert komissiyası tərəfindən "Əlilliyin müəyyən edilməsinin əsas meyarları haqqında" təlimata uyğun müəyyən olunur.
Cəlil (islam)
Əl-Cəlil (ər. الجليل) — Allahın adlarından biri.
Cəlil Bağdadbəyov
Cəlil bəy Əmrah bəy oğlu Bağdadbəyov (1887, Şuşa – 21 aprel 1951, Bakı) — Azərbaycanın ilk sənətşünas və etnoqraflarından biri, teatr aktyoru, rejissoru və təşkilatçısı, tərcüməçi, Azərbaycan SSR əməkdar artisti (1943). Cəlil Bağdadbəyov 1887-ci ildə Şuşada anadan olmuşdur. O, ilk təhsilini buradakı mütərəqqi məktəbdə almış, daha sonra isə Sankt-Peterburq gimnaziyasında oxumuşdur. 1904-cü ildə Bakıya qayıdıqdan sonra müxtəlif neft mədənlərində dəftərxana işlərində çalışmışdır. O, sonralar Azərbaycan Dövlət Teatr Texnikumunda da təhsil almış, buranı bitirdikdən sonra Moskvada teatr təhsilini davam etdirmişdir. Cəlil Bağdadbəyov peşəkar teatr təhsili almış, Moskvada Yevgeni Vaxtanqovun tələbəsi olmuş, Konstantin Stanislavskidən teatr biliklərini mənimsəmişdir. Bununla yanaşı o, ərəb, fars, fransız, rus, habelə Orta Asiya xalqlarının dillərini öyrənmişdi. Teatr sənətini təşkil və inkişaf etdirmək məqsədilə Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə 1920-ci illərin ikinci yarısından 1930-cu ilin ortalarına qədər Mərkəzi Asiyaya ezam olunmuşdur. Bakıya qayıtdıqdan sonra o, Azərbaycan Dövlət Teatr Texnikumunda müəllim kimi fəaliyyətə başlamışdır. Cəlil Bağdadbəyov Böyük Vətən müharibəsi illərində mədəniyyət xadimləri ilə birgə İrandakı Qızıl Ordunun tərkibində olmuşdur.
Cəlil Cavadov
Cəlil Məmmədəli oğlu Cavadov (1 avqust 1918, Fatmayı, Bakı qəzası – 6 fevral 1980, Bakı) — Azərbaycan-sovet sərkərdəsi, kontr-admiral (1968), Azərbaycan və SSRİ-nin türk-müsəlman xalqlarının tarixində ilk admiral, Azərbaycan SSR Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyətinin (OADKYC) Respublika Komitəsinin sədri (1954–1971), Azərbaycan SSR Ali Sovetinin 5-ci çağırış (1959–1963) deputatı. Cəlil Cavadov Böyük Vətən müharibəsi zamanı Qara dəniz, Şimal dənizi, Baltik dənizində, eləcə də Dunay çayında keçirilən hərbi əməliyyatlar zamanı desant çıxarılması və bir sıra şəhərlərin təxliyə olunmasında iştirak etmişdir. O, döyüşlərdə və OADYKC-da xidmətlərinə görə 2 dəfə "Qırmızı Ulduz" ordeni və bir sıra medallarla təltif olunmuşdur. Cəlil Məmmədəli oğlu Cavadov 1918-ci il avqustun 1-də Abşeronun Fatmayı kəndində ziyalı ailəsində anadan olmuşdur. Bəzi məqalələrdə anadan olma ili 1916-cı il göstərilsə də, nikah haqqında şəhadətnamədə və xüsusən də partiya xasiyyətnamələrində (sovet dövründə vəzifəyə təqdimat yazılarkən xasiyyətnaməyə xüsusi diqqət yetirilirdi) 1918-ci il göstərilib. Atası Məmmədəli Cavadov (1882–1946), Fatmayı kəndinin sakini olub, tanınmış neft milyonçusu və xeyriyyəçi Musa Nağıyevin şirkətlərindən birində müdir işləyib, sovetlər dövründə neft sənayesində çalışıb. Anası, Həmidə Cavadova (1890–1929) Fatmayı kəndinin sakini, evdar qadın olub. Həmidə xanımın atası Fatmayı məscidinin axundu və məktəb nəzdindəki məktəbin müdiri Daşdəmir Rzayev idi. Cəlil Cavadov 1929-cu ildə Fatmayı kəndində məktəb bitirmiş, 1930–1935-ci illərdə Bakıda N.Nərimanov adına Sənaye Texnikumunun kimya fakültəsində oxumuşdur. Texnikumu bitirdikdən sonra "AzNeft" birliyinin Azqazkontorunda texnik-kimyaçı vəzifəsinə işə qəbul olunub.
Cəlil Cavanşir
Cəlil Cavanşir (tam adı: Hacıyev Cəlil Cavanşir oğlu; 2 yanvar 1984, Xaçmaz, Vartaşen rayonu) — azərbaycanlı yazıçı, tərcüməçi, ssenarist. Cəlil Cavanşir 1984-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində dünyaya gəlib. 2001-ci ildə M. F. Axundov adına Oğuz rayon, Xaçmaz kənd 1 saylı orta məktəbini bitirib. 2002–2003-cü illərdə hərbi xidmətdə olub. 2004-cü ildə Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin alman dili ixtisasına qəbul olunub və 2008-ci ildə ali təhsilini başa vurub. Tələbəlik illərindən jurnalistika fəaliyyətinə başlayıb, müxtəlif mətbu orqanlarda çalışıb. "Töhfə", "Türküstan", "Vətəndaş Həmrəyliyi" qəzetləri, "Alatoran", "Molla Nəsrəddin dünyası", "Yurddan səslər", "Pirsultan", "Doqquz iqlim", "Ənvər Paşa" dərgiləri ilə əməkdaşlıq edib. "Palma" ədəbi-bədii tərcümə jurnalının və "Region xəbər" qəzetinin təsisçisi olub. 2007–2011-ci illərdə folklorşünas alim, professor Sədnik Paşa Pirsultanlı ilə birlikdə folklor araşdırmaları ilə məşğul olub, eyni zamanda türk və alman dillərindən bədii tərcümələr edib. 2009-cu ildə doqquziklim.net elektron ədəbiyyat dərgisini təsis edib və 2010-cu ilə qədər həmin dərgiyə rəhbərlik edib.
Cəlil Cəfərov
Cəlil Hüseynov
Cəlil Hüseynov (rəssam) (d. 1957) — professor, Azərbaycan Respublikasının xalq rəssamı (2005). Cəlil Hüseynov (akademik) (1896–1979) — patomorfoloq, Azərbaycan SSR EA-nın həqiqi üzvü (1967), Azərbaycan SSR əməkdar elm xadimi (1957).
Cəlil Kiyekbayev
Cəlil Kiyekbayev (rus. Джали́ль Гиния́тович Киекба́ев; 25 oktyabr 1911 – 19 mart 1968, Ufa, RSFSR, Başqırd MSSR, SSRİ) — başqırd əsilli SSRİ alimi, türkoloq, Başqırd Muxtar Sovet Sosialist Respublikasında elm və ali təhsil təşkilatçısı, professor, yazıçı. SSRİ Yazıçılar İttifaqının üzvü olan Kiyekbayev başqırd dilçiliyinin, Ural-Altay dilində təhsil verən və Başqırd məktəbinin yaradıcısıdır. Cəlil Kiyekbayev 25 oktyabr 1911-ci ildə Başqırdıstanın Qafuri rayonunun Karan-Elga kəndində kəndli ailəsində doğulmuşdur. İlk təhsilini Makarovo kəndindəki məktəbdə başa vurdu. Daha sonra Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun Alman filologiyası fakültəəsini bitirdi. Müəllim kimi fəaliyyət göstərib, müxtəlif orta məktəblərdə və ali məktəblərdə xarici dillərdən dərs demişdir. 1943-1944 illəri arasında Başqırd Nəşriyyat Evində baş redaktor vəzifəsində işləmişdir. 1948-ci ildə "Başqırd ədəbiyyatı dili" mövzusunda namizədlik dissertasiyasını müdafiə etdi və Başqırdıstan Dövlət Pedaqoji İnstitutunda işə başladı. Bu dövrdə SSRİ Elmlər Akademiyasının həmkarı, türkoloq Nikolay Dmitrievin Kiyekbayevin elmi görüşlərinin formalaşmasında rolu olmuşdur.
Cəlil Məhəmmədquluzadə
Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə (10 (22) fevral 1869, Naxçıvan – 4 yanvar 1932, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, jurnalist, ictimai xadim, tənqidi realist ədəbi cərəyanın, ilk mənzum alleqorik dram əsərinin banisi, yenitipli ictimai satiranın yaradıcısı, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri. Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı kimi tanınır. Cəlil Məmmədquluzadə həmçinin Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Cəlil Məmmədquluzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Cəlil Məmmədquluzadə 10 (22) fevral 1869-cu ildə Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olmuşdur. Bəzi mənbələrdə ədibin doğum tarixi 1866-cı il olaraq göstərilmişdir. Lakin son illərdə aparılmış tədqiqatlar Cəlil Məmmədquluzadənin 1869-cu ildə anadan olduğunu müəyyən etmişdir. Ədibin babası daşyonan, bənna Məşədi Hüseynqulu İran Azərbaycanın Xoy şəhərindən olub, sonralar Naxçıvana köçmüşdür. Atası Məmmədqulu Məşədi Hüseynqulu oğlu (1840–1905) ibtidai səviyyədə savadı olan dindar biri olmuşdur. O, ömrünü yoxsulluqla keçirmiş, elmə, maarifə rəğbət bəsləmişdir.
Cəlil Məmmədov
Cəlil Qəhrəman oğlu Məmmədov (20 sentyabr 1999, Qonaqkənd, Quba rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Cəlil Qəhrəman oğlu Məmmədov 20 sentyabr 1999-cu ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olub. Orta məktəbi başa vurduqdan sonra Quba Dövlət Sosial İqtisad Kollecinə daxil olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ müharibəsində iştirak edib. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. 8 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə yanlarına düşən minamyot mərmisi komandirini ağır yaralayıb. Cəlil komandirini ərazidən çıxararkən daha bir mərminin onun yanında partlaması nəticəsində şəhid olub. 12 noyabr 2020-ci ildə Qonaqkənd qəsəbəsində dəfn edilib. Cəlil Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Cəlil Məmmədquluzadə
Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə (10 (22) fevral 1869, Naxçıvan – 4 yanvar 1932, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, jurnalist, ictimai xadim, tənqidi realist ədəbi cərəyanın, ilk mənzum alleqorik dram əsərinin banisi, yenitipli ictimai satiranın yaradıcısı, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri. Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı kimi tanınır. Cəlil Məmmədquluzadə həmçinin Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Cəlil Məmmədquluzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Cəlil Məmmədquluzadə 10 (22) fevral 1869-cu ildə Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olmuşdur. Bəzi mənbələrdə ədibin doğum tarixi 1866-cı il olaraq göstərilmişdir. Lakin son illərdə aparılmış tədqiqatlar Cəlil Məmmədquluzadənin 1869-cu ildə anadan olduğunu müəyyən etmişdir. Ədibin babası daşyonan, bənna Məşədi Hüseynqulu İran Azərbaycanın Xoy şəhərindən olub, sonralar Naxçıvana köçmüşdür. Atası Məmmədqulu Məşədi Hüseynqulu oğlu (1840–1905) ibtidai səviyyədə savadı olan dindar biri olmuşdur. O, ömrünü yoxsulluqla keçirmiş, elmə, maarifə rəğbət bəsləmişdir.
Cəlil Məmmədzadə
Cəlil Hacı Məmməd oğlu Məmmədzadə (Məhəmmədzadə, Sadıqov; 2 (14) dekabr 1888, Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 8 iyun 1934, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ) — Azərbaycan dövlət xadimi, Azərbaycanın Ukraynada komissarı (1918–1919), Azərbaycan SSR xalq ictimai təminat komissarının katibi (1920–1921), Azərbaycan SSR xalq maarif komissarının müavini (1923–1928), "Maarif və mədəniyyət" jurnalının redaktoru (1924–1926), "Azərnəşr"in direktoru, Azərbaycan Dövlət Universiteti (keçmiş Ali Kişi Pedaqoji İnstitutu) pedaqoji fakültəsinın dekanı (1926–1928), AK(b)P Gəncə dairə komitəsinin təşkilat şöbə müdiri (1929–1932), Azərbaycan Mərkəzi Nəzarət Komissiyası və Fəhlə-Kəndli Müfəttişliyi sovet qurulucuğu şöbəsinin rəhbəri (1932–1934). Cəlil Məmməd oğlu Sadıqov (Məmmədzadə) 14 dekabr (köhnə təqvimlə 2 dekabr) 1888-ci ildə Şuşada tacir ailəsində anadan olub. Əslində onun ilk soyadı Sadıqov olub, sovet dövründə keçmişini gizlətməyə çalışaraq soyadını Məmmədzadə edib. 7 yaşında məhəllə məktəbinə gedən C.Məmmədzadə iki il müddətində burada oxuyub-yazmağı və hesabı öyrənib, sonra təhsilini Şuşa real məktəbində davam etdirib. Sonralar tərcümeyi-halında yazırdı: 1 oktyabr 1906-cı ildə Kiyevdə Vyaçeslav Pyotrun özəl gimnazıyasına daxil olaraq 30 iyun 1909-cu ildə orada 8 siniflik tam orta təhsilini başa vurub. Məktəbi qurtardıqdan sonra Kiyevdəki Müqəddəs Vladimir Universitetinin tibb fakültəsində 1909-cu ildən 1 may 1910-cu ilədək oxuyub. 1910-cu ilin yayında Kiyev Politexnik İnstitutunun kimya fakültəsinə dəyişib, 1914-cü ilədək bu fakültədə müntəzəm oxuyub, ancaq həmin il təhsilhaqqını ödəmədiyinə görə ali məktəbdən uzaqlaşdırılıb. 1917-ci ildə ali təhsilini başa vurub. Kiyevdə yaşayarkən o ictimai-siyasi fəallığı ilə seçilib. "Kiyev şəhəri müsəlman tələbələr təşkilatı"nın fəal üzvlərindən biri olub.
Cəlil Nağıyev
Cəlil Nağıyev (azərb. Cəlil Qərib oğlu Nağıyev‎; d.25 iyul 1945, Azərbaycan, Gəncə) — Ədəbiyyatşünas, tərcüməçi 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmlər doktoru (1990), professor (1992). 1945-ci il iyulun 25-də Azərbaycanda Gəncə şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1964-69-cu illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində bitirdikdən sonra 1970-73-cü illər M.V.Lomonosov adına Moskva Dövlət Universitetində aspirantura təhsili alır. 1974-cü ildə "Serb romantik poeziyası və Şərq" mövzusunda namizədlik dissertasiyası müdafiə edir. 1974-78-ci illərdə təyinatla göndərildiyi Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin xarici ədəbiyyat tarixi kafedrasında müəllim, 1978-1984-cü ildə baş müəllim, 1984-1990-cı illərdə isə dosent, kafedra müduirinin əvəzi vəzifəsini icra etmişdir. 1993-cü ildən Bakı Asiya Universitetinin rektoru olan C.Nağıyev "Azərbaycan-Yuqoslav ədəbi əlaqələri və təmasları (folklor və klassik ədəbiyyat)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 70-ci illərdən dövri mətbuatda elmi, publisist əsərlər və bədii tərcümələrlə çıxış edən professor bır sıra elmi simpoziumlarda çıxış etmişdir. 1991-93-cü illərdə Bakı Dövlət Universiteti filologiya fakültəsi nəzdində ixtisaslaşdırılmış şuranın elmi katibi olmuş C.Nağıyev eyni zamanda 1993-cü ildən Azərbaycan Respublikası Prezident Aparatı Yanında Ali Attestasiya Komissiyasının fioloji elmlər üzrə Ekspertlər Şurasının üzvüdür. Klassik Azərbaycan ədəbiyyatı, Dünya ədəbiyyatının aktual problemləri, Avropa romantizmi və Şərq, Qərb ədəbiyyatında Şərq kompensasiyası, Bosniya müsəlman poeziyası professorun araşdırmalarının əsasını təşkil edir.
Cəlil Qasımov
Cəlil Sadıxov
Cəlil Sadıxov (?-?) — Azərbaycanın Ukraynada ilk səfiri. Cəlil Sadıxov Azərbaycanın Ukraynada ilk diplomatik nümayəndəsi olmuş, 10 oktyabr 1918-ci il tarixində Kiyevdə yaradılmış Azərbaycanın Ukraynada komissarlığına rəhbərlik etmişdir. Komissarlıq Kiyev şəhəri Provorovska küçəsi 15 ünvanında fəaliyyət göstərmişdir. Cəlil Sadıxovun köməkçisi Yusif Salehov, katib Mir Cəlal Mirtağıyev və diplomatik kuryer Məmməd Tağı Sultanov 1910-cu illərdə Müqəddəs Vladimir adına İmperator Universitetinin (hazırda Taras Şevçenko adına Kiyev Milli Universiteti) tibb fakültəsində təhsil almışlar. Diplomatik nümayəndəliyin ikinci katibi Cahangir Həmzəyev 1910–1914-cü illərdə Müqəddəs Vladimir Universitetinin hüquq fakültəsində təhsil almış və sonra Kiyevdə qalmışdır.
Cəlil Səfərov
Cəlil Səfərov (28 yanvar 1962, Lecbəddin, Marneuli rayonu – 15 may 1992, Turşsu, Şuşa rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Cəlil Səfərov 28 yanvar 1962-ci ildə Gürcüstan Respublikası Marneuli rayonunun Lejbəddin kəndində anadan olmuşdur. Ailəlikcə Sumqayıt şəhərinə köçmüşlər. O, 1969–1977-ci illərdə buradakı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə C. Naxçıvanski adına Ali Hərbi Liseyə qəbul edilmişdir. 1980-ci ildə təhsilini başa vuraraq Vladiqafqaz Hərbi Raket-Zenit Komandirlər Məktəbinə daxil olur. Təhsilini Saratov vilayətinin Engels şəhərində tamamlamışdır. Cəlil Səfərov 1984-cü ildən Qazaxıstanın Priozorsk və Balxaş şəhərlərində işləmiş, 8 il sonra Azərbaycana qayıtmış və Respublika Müdafiə Nazirliyinin Operativ İdarəsində baş zabit vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin təyinatı ilə Qarabağa ezam olunan təcrübəli zabit xidməti başa çatdıqdan sonra döyüş bölgəsində qalaraq hərbi hissədə xidmət edir. Şuşa cəbhəsində dəqiq atəşlərlə erməni yaraqlılarının və canlı qüvvələrinin məhv edilməsinə başçılıq edirdi.
Cəlil Vəzirov
Cəlil Həbib oğlu Vəzirov (8 noyabr 1944, Naxçıvan – 19 avqust 2008) — teatrşünas. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (1987), "Qızıl dərviş" (2004), R. Rza adına Beynəlxalq ədəbi mükafatları laureatı (2004). Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir (1968). "Şərq qapısı" qəzetində işləmişdir; baş müxbir, ədəbiyyat və incəsənət şöbəsinin müdiri olmuşdur (1968–2003). Cəlil Vəzirov Naxçıvan teatrı tarixinin, onun öncül nümayəndələrinin yaradıcılığının tədqiqatçısıdır. 21 kitab və broşürün, onlarca elmi-tənqidi məqalənin müəllifidir. Azərbaycan Teatr Xadimləri İttifaqının (1976), Jurnalistlər (1978) və Yazıçılar (2000) birliklərinin üzvü, Teatr Xadimləri İttifaqı Naxçıvan Təşkilatının sədri olmuşdu (1980-ci ildən). 2004-cü ildən Azərbaycan MЕА Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İn-tunun Musiqi və Teatr şöbəsində elmi işçi işləyirdi. İbrahim Həmzəyev, B., 1982; Güldürən-ağladan, Naxçıvan, 1998; Cavid dünyası. Naxçıvan, 2005.
Cəlil Xeyrullayev
Cəlil Mürvət oğlu Xeyrullayev (16 may 1989, İkinci Nügədi, Quba rayonu – 15 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Cəlil Xeyrullayev 1989-cu il mayın 16-da Quba rayonunun II Nügədi kəndində anadan olub. 1996-2007-ci illərdə II Nügədi 3№-li kənd tam orta məktəbində təhsil alıb. Məktəbdə oxuduğu illərdə "Cəsurlar" komandasının üzvü olan Cəlil Xeyrullayev "Şahin" hərbi-idman oyunlarının rayon birinciliyindəki müvəffəqiyyətli çıxışlarına görə məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub.Nişanlı idi. Cəlil Xeyrullayev 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən isə Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2012-2018-ci illərdə Quba rayonunda yerləşən "N" saylı hərbi hissədə "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin, 2018-ci ildən isə Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə "Pələng" Xüsusi Təyinatlı Dəstəsində xidmət edirdi. Hərbi xidməti zamanı o, 2012-ci ildə "Meşə qardaşları" adlandırılan terrorçu qrupun zərərsizləşdirilməsi əməliyyatlarına, həmçinin 2015-ci ildə Qubada və 2018-ci ildə Gəncədə baş tutan iğtişaşların qarşısının alınması tədbirlərinə qatılıb. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Cəlil Xeyrullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəlil Xeyrullayev oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
Cəlil Xudiyev
Cəlil Xudiyev (tam adı: Cəlil Muxtar oğlu Xudiyev; 1895, Şuşa – 1988, Stepanakert) — Azərbaycan hərbçisi, Xankəndidə ermənilər tərəfindən diri-diri yandırılmış azərbaycanlı (1988). Cəlil Muxtar oğlu Xudiyev 1895-ci ildə Şuşa şəhərində zadəgan ailəsində anadan olmuşdur. Cəlil Xudiyev Rus-Tatar Məktəbini, sonralar isə Sankt-Peterburqda Hərbi Məktəbi bitirmiş, uzun müddət çox mühüm dövlət vəzifələrində çalışmışdır. Cəlil Xudiyev 1905–1918-ci illərdə baş vermiş erməni-müsəlman müharibəsinin ən fəal iştirakçısı olmuşdur. Cəlil Xudiyev 1918–1920-ci illərdə general Mehmandarovun rəhbərlik etdiyi Azərbaycan ordusunda çox mühüm vəzifədə çalışmış, ermənilərin qiyamının yatırılmasında və onların Əsgəran qalasından, Laçından, Dağlıq Qarabağdan çıxarılmasında iştirak edən hərbi hissənin rəhbərlərindən biri olmuşdur. 1967-ci ildə Xankəndində ermənilər əhalinin gözü qarşısında Ərşad adlı bir şəxsi və onunla birgə 2 nəfəri də yandıraraq qətlə yetirdikdən sonra Cəlil Xudiyevlə DTK-nın sədri vəzifəsində çalışan Heydər Əliyevin görüşü olmuşdur. Heydər Əliyev bu zaman general kimi ilk dəfə Xankəndinə gəlmişdir. O, Cəlal Xudiyevin evində onunla və digər şəxsiyyətlərlə görüşmüşdür. Cəlil Xudiyev həm yerli sakin kimi, həm də uzun müddət mühüm dövlət vəzifələrində çalışmış bir şəxsiyyət kimi razılaşmış və Azərbaycan dövləti tərəfindən addımlar atılmışdır. Ərşad adlı bir şəxs və onunla birgə 2 nəfər də yandırılaraq qətlə yetirildikdən sonra Xankəndi Vilayət Komitəsində SSRİ Baş Prokurorluğunun və Azərbaycanın yüksək vəzifəli şəxslərinin iştirakı ilə böyük iclas keçirilmişdir.
Cəlil Xəlilov
Cəlil Xəlilov (geoloq)
Cəlil türbəsi
Cəlil türbəsi — Abidə XVIII əsrə aid Füzuli rayonunun Qarğabazar kəndində tapılmışdır. Abidənin bütövlükdə "epoxa" adlı kərpiclə inşa olunmuşdur. Abidənin memarının adı XIX yüzilliyin ortalarında Qarabağda yaşayıb-yaratmış və adı yalnız Cəlil türbəsi üzərində qalmış İbrahim Xəlildir. Cəlil türbəsində də öz dövrünün nüfuzlu şəxslərindən biri dəfn edilmişdir. Türbənin divarlarına düzülmüş kərpic düzümündə və bu düzümlərlə salınmış naxışlarda Sofi Həsən türbəsinə oxşarlıq vardır. Alimlərin mülahizələrinə görə, hər iki abidədə bir memarın dəst-xətti sezilir. "Vəhşiliyə məruz qalan abidələrimiz". vetensesi.qmkdk.gov.az. İstifadə tarixi: 23 sentyabr 2021. "Azad edilən ərazilərdəki sərvətlər - Füzuli rayonunda məhv edilən tariximiz".
Deli
Deli — Türkiyəni 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnı. Bu mahnı ilə Türkiyə Avroviziyada 43 ölkə arasında 7-ci oldu. Mahnını rok qrupu olan Mor ve Ötesi ifa edirdi. Mahnının sözləri də bu qrupa məxsus idi.
Dell
Dell (ing. Dell, Inc.) — ABŞ-nin transmilli informasiya texnologiyaları şirkəti. 1984-cü ildə Maykl Dell tərəfindən yaradılmış şirkətin mərkəzi ofisi ABŞ-nin Texas ştatında yerləşir. Dell şirkəti 2013-cü ildə Fortune 500 jurnalının böyük şirkətlər siyahısında 51-ci, 2012-ci ildə HP və Lenovodan sonra dünyada 3-cü böyük kompüter istehsalçısı olmuşdur.
Dəlilər
Dəlilər (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Dəlilər (Saatlı) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Dəlilər (Qəmərli) — Qərbi Azərbaycannın Qəmərli rayonunun inzibati ərazi vahidində kənd. Dəlilər (Osmanlı imperiyası) — Osmanlı imperiyası qoşunları yüngül nizami süvari birləşmələr.
Bəlağət
Bəlağət (ərəbcədən tərcümədə səlis, gözəl danışıq, natiqlik məharəti) — zəngin, gözəl, obrazlı, canlı, səlis danışıq qabiliyyəti, natiqlik istedadı və ya natiqlik sənətindən bəhs edən elm. Orta əsrlər ərəb filoloqlarının (əl-Cahiz, İbn əl-Mütəzz, əs-Səkkaki və başqaları) yaratdığı bəlağət elmi, əslində, nitqin gözəlliyi və səlisliyi haqqında üslubiyyat nəzəriyyəsi olub, üç bölməni əhatə edir: elm əl-məani, elm əl-bəyan, elm əl-bədi. Birinci bölmə nitqin qrammatika və məntiq qanunları baxımından düzgün qurulmasından bəhs edir. "Bəyan" elmi fikrin gözəl və aydın ifadə edilməsini və bu məqsədlə təşbeh, istiarə və kinayə kimi bədii təsvir vasitələrindən istifadə üsullarını öyrədir. "Bədi" istilahı altında isə bədii nitqin istər məzmun, istərsə də forma baxımından gözəlliyi üçün məcazi mənada işlənən söz və ifadələrin, həmçinin səs tərkibi etibarilə yaxın olan sözlərin bacarıqla seçilib, yerli-yerində işlədilməsi nəzərdə tutulurdu. Bəlağət elmi bütün bölmələri ilə birlikdə ilk dəfə əs-Səkkakinin "Miftəh ül-ülum" adlı ensiklopedik əsərində əsaslı şərh edilmiş və sistem halına salınmışdır. Azərbaycan alimləri Xətib Təbrizi, Şərəfəddin Həsən Rami Təbrizi, Vahid Təbrizi və başqaları bəlağət elmindən bəhs etmişlər. == Həmçinin bax == Ritorika Ritorik fiqurlar == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Dələlər
Dələlər (lat. Mustelidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi. Xırda və orta böyüklükdə olur. Xəzi sıx, tüklü və ya hamar olub, rəngi müxtəlifdir. Quyruğu uzun və tüklüdür. Suda yaşayan dələkimilərin barmaqları arasında dəri büküşlər (pərdə) var. Xüsusi anal vəziləri kəskin qoxulu sekret ifraz edir. Dələkimilərdən dələlər, gəlincik, safsar, əsasən, məməlilər və quşlarla qidalanan yırtıcılardır. Avstraliya və Antarktikadan başqa bütün materiklərdə yaşayır. 28 yaxud 30 cinsi birləşdirən 5 yarımfəsiləsi var.
Fəlakət
Fəlakət — Fövqəladə hallar — qəza, təbii fəlakət və digər hallar nəticəsində müəyyən ərazidə yaranmış şəraitdir. Bunun nəticəsində insan təlafatı, onun sağlamlığına və ətraf mühitə zərər, böyük maddi ziyan vurulur və insanların normal həyat şəraiti pozula bilir.
Məlahət
Məlahət — qadın adı. Məlahət İbrahimqızı — Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Məlahət Əhmədova — Azərbaycan aktrisası. Məlahət Qəhrəmanova — araşdırmaçı-mütəxəssis, alim Məlahət Qurbanova Məlahət Nəsibova — Azərbaycan jurnalisti və hüquq müdafiəçisi. Məlahət Bağırova — tibb elmləri namizədi.
Dəllək
Yaxa Dəllək — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Çöl Dəllək — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Dəllək Murad – XVIII əsr aşıqlarından biri.
Dəllər
Azərbaycan Dəllər (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda qəsəbə. Gürcüstan Dəllər (Bolnisi) — Gürcüstanın Bolnisi rayonunda kənd. Dəllər (Başkeçid) — Gürcüstanın Başkeçid rayonunda kənd. Ermənistan Dəllər (Axta) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Dəllər — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda çay. İran Dəllər (Xalxal) — Ərdəbil ostanının Xalxal şəhristanının Xalxal mərkəzi bəxşinə bağlı kənd.
Kəlalə
Kəlalə- İranın Gülüstan ostanının şəhərlərindəndir. Həm də Kəlalə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 27,661 nəfər və 6,446 ailədən ibarət idi.
Ədalət
Ədalət — mücərrəd mənalı sözlərdəndir. İnsanlar arasında mübahisəli məsələlərdə düzgün, qərəzsiz qərar verənlər ədalətli adlanırlar. Əxlaqi-hüquqi, həmçinin sosial-siyasi şüur kateqoriyası. Ədalət "Ədl" sözündən olub, ərəb dilində bərabərlik və insaflı mənalarını daşıyır. Gündəlik həyatımızda ədalət və zülmkarlığa aid çoxlu nümunələrlə rastlaşırıq. Məsələn, imtahanda qiyməti 3 olan şagirdə yersiz yerə 5 vermək, həmçinin cinayətkarı azad edib günahsızı zindana salmaq və s… buna misal ola bilər. Ədalət anlayışı cəmiyyətdə ayrı-ayrı fərdlərin (sosial qrupların) praktiki rolu ilə onların sosial mövqeyi, hüquq və təəhhüdləri, əməl və əcri, əmək və mükafatlandırılması, cinayət və cəzası, insanın xidmətləri və bunların cəmiyyət tərəfindən qəbul edilməsi arasında uyğunluq tələbini ifadə edir. Bu nisbətin pozulması ədalətsizlik kimi qiymətləndirilir. Ədalət şəxsiyyət, cəmiyyət və dövlətin, həmçinin hüquqi münasibətlərdə iştirak edənlərin maraqları arasındakı tarazlığı müəyyənləşdirir, bərabərlik və azadlıq ideyalarını əks etdirir. İctimai şüur tarixində Ədalətin ilk anlamı ibtidai-icma quruluşu normalarına, ümumi qəbul olunmuş qaydalara danışıqsız riayət edilməsinin qəbulu ilə bağlı idi.
Ətalət
Ətalət – cismə başqa cisimlərin təsiri olmadıqda sürətin saxlanması hadisəsinə deyilir. Ətalət hadisəsi nəticəsində çox qısa müddətdə cismin sürətini artırmaq və sürətlə hərəkət edən cismi ani olaraq dayandırmaq qeyri-mümkündür. Cismin Nyutonun birinci və ikinci qanunlarını ödəyən xassəsidir. Kütlə cismin ətalət ölçüsüdur.
Əyalət
Vilayət (ərəb. ولاية‎ — vilayət) , valilik — valinin təyin olunduğu əyalət. Və ya əyalət (ər. يالة) — bir sıra dövlətlərdə inzibati-ərazi vahidi. Sözün mənşəyi latın dilindən «provincia» gəlir. Qədim Romada, bu, Apennin yarımadasının xaricində yerləşən və Roma qubernatorları tərəfindən idarə olunan Romaya tabe olan ərazilərin adı idi, yəni xarici ərazilər "Provincia" sözü, ehtimal ki, latınca pro- ("adından") və vincere ("nəzarəti ələ keçirmək") sözlərindən qaynaqlanır. Beləliklə, vilayət, Roma hakimləri adından Roma hakimliyi tərəfindən idarə olunan bir ərazi idi. Roma İmperiyası da vilayətlərə bölünmüşdür. Latın «provincia» yaxın sözlər Argentina, Kanada, Belçika, İspaniya, İndoneziya və bəzi digər əyalətlərdə və ölkələrdə ərazi bölgüsünü göstərir. Bir çox əyalətdə və ölkədə əyalət nisbətən böyükdür, əyalət qanunverici orqanlarındakı təmsilçilərini ərazi bölgüsü ilə seçir (bir çox ingilisdilli əyalətlərdə və ölkələrdə bir rayon kimi).
Dəlilər (Ağsu)
Dəlilər — Azərbaycan Respublikasının Ağsu rayonunun Muradlı kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir.
Dəlilər (Osmanlı)
Dəlilər (türk. deli, osman. دلی, Delü, cəsarətli, dəli, qorxmaz, cəsur …", cəm halında dəlilər, türk. deliler) — XV əsrin sonlarında XVI əsrin əvvəllərində Osmanlı İmperiyası qoşunlarının tərkibində yaradılmış xüsusi yüngül nizami süvari birləşmələrin ümumi adı. Qarşı tərəflə döyüşlərdə qorxmaz şücaət və cəsarətləri ilə yanaşı qeyri-adi geyimləri ilə də tanınırdılar. Daha sonra nəzarətdən çıxdılar və əhalini soyub talan edən dəstələrə çevrildilər. Bu səbəbdən də XIX əsrdə ləğv edildilər. Ənənəvi olaraq hesab edilir ki, Polşa "Qanadlı qussarlar"ının görünüşü dəlilərdən götürülüb. XVI əsr Osmanlı tarixçisi, alimi və şeyxülislamı Kamalpaşazadə Əhməd Şəmsəddin Əfəndi dəlilər haqda belə yazırdı: İlk dəlilər XV əsrin sonu və ya XVI əsrin əvvəllərində Bosniya və Səməndər bəylərbəyləri, sancaqbəyləri və ucbəylərinin şəxsi mühafizəsində və ətrafında meydana çıxmışdılar. Dəlilər qismən türklərdən, ancaq əsasən bosniyalılar, xorvatlar və serblər kimi Balkan xalqları sırasından seçilirdi.
Dəlilər (Qəmərli)
Dəlilər, Böyük Dəlilər — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Böyük Dəlilər kəndi Erməni mənbələrində Dəlilər kəndi kimi qeyd edilir. Rayon mərkəzindən 2 km şimal şərqdə, Gərni çayından axan arxın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Dəlilər formasında, Qafqazın 5 verstlik xəritəsində Böyük Dəlilər kimi qeyd edilmişdir. Toponim qədim türk tayfası tele etnoniminə cəmlik bildirən -lər şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Toponimdəki «böyük» sözü fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dalar (dəlilər etnoniminin ermənicə tələffüz formasıdır) qoyulmuşdur.
Dəlilər (Saatlı)
Dəllər — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 952-IIQ saylı Qərarı ilə Saatlı rayonunun Dəllər kəndi Nərimanov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Dəllər kənd inzibati ərazi vahidi yaradılmışdır. Kəndin keçmiş adı Talış Əlimirzəbəyli olmuşdur. Əhalisinin sayı 1935 nəfərdir.
Dəlilər bələdiyyəsi
Dəlilər bələdiyyəsi (Ağsu) — Ağsu rayonunda bələdiyyə. Dəlilər bələdiyyəsi (Saatlı) — Saatlı rayonunda bələdiyyə.
Dəlilər (Osmanlı imperiyası)
Dəlilər (türk. deli, osman. دلی, Delü, cəsarətli, dəli, qorxmaz, cəsur …", cəm halında dəlilər, türk. deliler) — XV əsrin sonlarında XVI əsrin əvvəllərində Osmanlı İmperiyası qoşunlarının tərkibində yaradılmış xüsusi yüngül nizami süvari birləşmələrin ümumi adı. Qarşı tərəflə döyüşlərdə qorxmaz şücaət və cəsarətləri ilə yanaşı qeyri-adi geyimləri ilə də tanınırdılar. Daha sonra nəzarətdən çıxdılar və əhalini soyub talan edən dəstələrə çevrildilər. Bu səbəbdən də XIX əsrdə ləğv edildilər. Ənənəvi olaraq hesab edilir ki, Polşa "Qanadlı qussarlar"ının görünüşü dəlilərdən götürülüb. XVI əsr Osmanlı tarixçisi, alimi və şeyxülislamı Kamalpaşazadə Əhməd Şəmsəddin Əfəndi dəlilər haqda belə yazırdı: İlk dəlilər XV əsrin sonu və ya XVI əsrin əvvəllərində Bosniya və Səməndər bəylərbəyləri, sancaqbəyləri və ucbəylərinin şəxsi mühafizəsində və ətrafında meydana çıxmışdılar. Dəlilər qismən türklərdən, ancaq əsasən bosniyalılar, xorvatlar və serblər kimi Balkan xalqları sırasından seçilirdi.
Dəlilər (teleserial, 2007)
Dəlilər bələdiyyəsi (Ağsu)
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dəniz Dəmir
Dəniz Dəmir (30 may 1985, Gölə, Ərdəhan ili) — mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Dəniz Dəmir 30 may 1985-ci ildə Ardahan ilinin Gölə ilçəsində anadan olub. Mühəndis olaraq çalışıb, tunel və qazma işləri aparan müəssisələrin rəhbəri olub. Mühəndis və Memarlar Palataları İttifaqının (TMMOB) üzvü olub. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. CHP gənclər qanadında İdarə Heyətinin üzvü və sədr müavini vəzifələrində təmsil olunub. 2018-ci ildə CHP sədrinin baş müşaviri vəzifəsinə təyin edilib, 2020-ci ildə isə CHP Məclis üzvü seçilib. 2023-cü ildə Ankaradan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 28-ci çağırışda TBMM Milli təhsil, mədəniyyət, gənclər və idman Komissiyasının üzvü olub. Subaydır.
Delaver
Delaver (ing. Delaware) - Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Dover şəhəridir.
Şəlalə
Şəlalə — Çay yatağı boyu bərk süxurları yuyub keçə bilmədiyi hissələrində əmələ gəlmir. Su bir neçə çıxıntıdan töküldükdə şəlalələr kaskadı əmələ gəlir. Yer kürəsində ən hündür şəlalələr Anhel (1054 m, Venesuela, Çurun çayı), Tugela (933 m, CAR, Tugela çayı) və Yosemitidir (727.5 m, ABŞ, Mersed çayı). Viktoriya şəlaləsinin (120m) eni 1800 m, Niaqara şəlaləsinin (51 m) eni 1100 m-dir.Stenli və Lvinqston şəlaləsi-konqo çayı, İquasa şəlaləsi - parana çayı Azərbaycanda bir neçə kiçik şəlalə (Mucuq, Afurca və s.) vardır. Şəlalənin əsas iki tipi vardır: Niaqara tipli şəlalə — bu tip şəlalənin eni hündürlüyündən xeyli artıq olur. Məsələn, Şimali Amerikada Niaqara şəlaləsi. Josemiti tipli şəlalə — bu tipdə olan şəlalədə su xeyli ensiz zolaqla çox hündürdən tökülür. Məsələn, Kaliforniyada Josemiti, Cənubi Amerikada Anhel və s.
Əlamət
Əlamət dəqiq elmlərdə hansısa halın faktlarının təsviri.