ZƏLALƏT₁

is. [ ər. ]
1. klas. Alçalma, alçaqlıq, həqarət, rəzalət, xarlıq. Bu nə zəlalətdir?
2. Zillət, əzab və əziyyət, çətinlik, möhnət.
Amma o millət ki, ümidini qılınca bağlayıb, həmişə zəlalətdə bulunubdur. N.Nərimanov.
[Dərvişin] üzündə və gözlərində əziyyət nişanələri oynaşıb çox zəlalətlərə düçar olduğuna işarə verirdi… A.Divanbəyoğlu.

□ Zəlalət çəkmək – əziyyətlə, zillət içində yaşamaq, çətin dolanmaq, acı, ağır həyat keçirmək.
Zəlalətə düşmək – zəlil olmaq, zillətə düşmək, bəd-bəxt olmaq.
[Hacı Novruz:] Belə zəlalətə düşməkdənsə biryolluq ölüb qurtarmaq məsləhətdir. Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZƏLALƏT zəlalət bax əzab
  • ZƏLALƏT zillət — çətinlik — möhnət
  • ZƏLALƏT alçaqlıq — həqarət — rəzalət — xarlıq
ZƏQQUMLANMAQ
ZƏLALƏT₂

Digər lüğətlərdə