Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dərgi
Jurnal (fr. journal — gündəlik, gün qeyd etmək, fr. jour — gün sözündən) — kütləvi informasiya vasitəsi olub, çoxsəhifəli dövri nəşr, yüksək poliqrafik səviyyəsi ilə fərqlənən, mətbuatda reklam vasitələindən biri. Jurnallar əsasən gündəlik baş verən və tez-tez dəyişən hadisələrin işaqılandırılması ilə məşğul olmurlar. Onlar həftə, ay kimi müəyyən bir dövrü əhatə edən zaman ərzində baş vermiş hadisələri dərindən təhlil edirlər. Jurnallar uzun müddətli istifadə üçün nəzərdə tutulur, bu səbəbdən də onlar daha qalın cildə malik olur və daha keyfiyyətli kağızda çap edilir.Jurnallar təyinatına görə fərqlənirlər: elmi jurnallar və populyar jurnallar. == Azərbaycanda jurnal növləri == === Elmi jurnal === Elmi-tədqiqat işlərinin nəticələrinin nəşr olunmasında və elmi ictimaiyyətə çatdırılmasında, eləcə də yeni metodikaların və pedaqoji texnologiyaların yayılmasında təhsil və elm sistemində fəaliyyət göstərən elmi və elmi-metodik nəşr. Azərbaycanda elmi jurnallar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə dərc olunur. === Populyar jurnal === Bu gün (2008) Azərbaycanda 500-dən çox qəzet və bir neçə jurnal nəşr olunur və bu mətbuat orqanlarında çoxsaylı jurnalist ordusu fəaliyyət göstərir.
Derbi
Derbi (ing. Derby [ˈdɑrbi]) — Böyük Britaniyada, İngiltərədə şəhər.
Derri
Derri (irlandiyaca: Doire ya da Doire Cholm Chille Scots : Derrie ya da Lunnonderrie) — Şimali İrlandiyanın Londonderri qraflığında şəhər. 2002-ci ildə Kraliçanın fərmanı ilə "Şəhər" statusunu qazanmışdır. Şəhər Foyle çayının qərbində qurulmuşdur. 2001-ci ildə əhalisi 90.663-ə çatmışdır. Şimali İrlandiyanın ikinci böyük şəhəridir. Derri adı İrlandiya dilində "meşəlik" mənasına gələn "doire" adından gəlməkdədir.
Vergi
Vergi — dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. == Məqsədlər və effektlər == Vergilərdən qazanılan vəsaitlər tarix boyunca dövlətlər üçün müxtəlif funksiyaları daşıyırdı. Onlara müharibə xərcləri, qanunun həyata keçirilməsi, ictimai nizam saxlamaq, mülkün müdafiəsi, iqtisadi infrastruktur (yollar, tenderlər, müqavilələri həyata keçirmə), ictimai işlər, sosial mühəndislik və dövlətin saxlanılması daxildir. Dövlətlər vergiləri həm də xalqın rifahına və ictimai xidmətlərə xərclənir. Bu xidmətlərin içərisində təhsil sistemi, səhiyyə, pensiyalar, işsizlik üzrə maddi yardım, ictimai nəqliyyat ola bilər. Enerji, su idarəetmə və tullantılar idarəetmə ictimai xidmətlərə ümumiliklə daxildir. Dövlətlər müxtəlif vergiləri və vergi səviyyələri işlədirlər. Bu vergi ağırlığı və ya vəsaitləri fərdilər və vergi qoyula bilən fəaliyyətlərdə iştirak edən əhalinin qrupları (müəssisələr, biznes kimi) arasında bölüşdürmək məqsədi daşıyır. Tarixə əsasən, zadəganlıq kasıblara qoyulan vergilər ilə təmin olunurdu, lakin müasir sosial müdafiə sistemləri yoxsullar, əlillər və ya pensiyaçılara hələ işləyənlərdən alınan vergilərlə kömək göstərmək niyyətindədir. Əlavə olaraq, vergilər xarici yardım və hərbi əməliyyatları maliyyəşdirir, makroiqtisadi göstəricilərə təsir göstərmək (bu xəzinə siyasəti adlanır) və ya istehlak və məşğuliyyət səviyyəsinin dəyişməsi üçün istifadə olunurlar.
Ergi
Ergi — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazisində yerləşən Mərzili kəndinə aid olan yaşayış məntəqəsi.
Bayram (dərgi)
Bayram (fars. بايرام‎) — 2007-ci ilin mart ayından İranın Zəncan şəhərində Azərbaycan və fars dillərində yayınlanan müstəqil ədəbi-kulturoloji dərgi. == Ümumi məlumat == “Bayram” dərgisinin ilk sayı 2007-ci ilin mart ayında İranın (Güney Azərbaycan) Zəncan şəhərində nəşr olunub. Dərgi ölkənin şimal-qərbində yayılan ədəbi-kulturoloji təmayüllü mətbuat orqanıdır. Türkcə və farsca yayınlanan dərgi, İran mətbuatı sahəsində milli mahiyyət daşımaqla Zəncanda öz fəaliyyətini davam etdirir. Jurnal iki dillidir,A4 formatında yayınlanır. Bütün yazılar həm Azərbaycan, yaxud İstanbul türkcəsi, həm də farsca dərc olunur. Dərginin nəşr dövriyyəsi aylıq, ümumi həcmi 40 səhifədir. İndiyədək dərginin 80-dən artıq sayı işıq üzü görüb. Ancaq aylıq nəşrlərlə yanaşı, dərginin müxtəlif mövzulara aid ondan artıq özəl sayı da yayınlanıb.
E-dərgi
E-dərgi – İnternetdə, yaxud başqa onlayn xidmətdə yerləşdirilmiş və çox zaman havayı olan nəşr məhsuludur. E-dərgi müstəqil nəşr, həmçinin çap dərgisinin onlayn-versiyası ola bilər. Məqalələr , bir qayda olaraq, müntəzəm: hər həftə və ya hər ay dərc edilirlər və bununla da bloqlara oxşayırlar. Lakin əsas səhifədə adətən məqalələrin tam mətni yox, ancaq mövzuların başlıqları verilir. Adətən müəyyən mövzu seçilir: iqtisadiyyat, biznes, tikinti, dizayn, dekor, floristika, ev və ailə, sağlımlıq, elm, kənd təsərrüfatı və s. E-dərgilər veb-saytlarda mövcud olmaqla yanaşı elektron ünvanlar və CD-disklər vasitəsi ilə göndərilə bilər. Bəzi nəşrlər müəyyən vaxt keçdikdə məqalələri CD-disklər yazıb ənənəvi poçt vasitəsi ilə göndərirlər. Hesab olunur ki, ilk belə jurnal Cult of the Dead Cow xakerlar təşkilatı tərəfindən buraxılmışdır. Onlar tərəfindən 1984-cü ildən buraxılan jurnal hal-hazırdada nəçr olunur. 1985-ci ildə tanınmış jurnal Phrack yarınmışdır.
Kərkük (dərgi)
Kərkük — İraq Türkman Ədəbiyyatçılar Birliyi tərəfindən ərəb və türk dillərində nəşr edilən dərgi. == Haqqında == İraq Türkman Ədəbiyyatçılar Birliyi tərəfindən nəşr edilən “Kərkük”ün 2003-cü ildə Kərkükdə ilk sayı ərəb və türk dillərində oxuculara təqdim edildi. İlk başda ədəbiyyat nümayəndəsi Mövlud Taha Qayaçının baş yazarlığı ilə yayımlanmış “Kərkük“ daha sonra demokratiyanın nəticəsi kimi Kahtan Hörmüzlünün baş yazarlığı ilə fəaliyyətinə davam etdi. Baş redaktor Aydın Kərkük və yazı işləri katibi Həsən Kevsər, Türkiyə üzrə təmsilçisi isə Şəmsəddin Kuzəçi seçilib. Daha çox ədəbi mövzuların yer aldığı “Kərkük” 15 gündə bir çap edilərək 2005-ci ilin aprelində 8 səhifə olmaqla, 15 sayı nəşr edilib. 2006-cı ildən isə qəzet dərgiyə çevrilib.
Qardaşlıq (dərgi)
"Qardaşlıq" (dərgi) — 1961-ci ildə Bağdad şəhərində çap edilmiş dərgi. == Məlumat == 1961-ci ildə Bağdad şəhərində çap edilmiş dərgidir. İlk sayı həmin 1961-ci ilin may ayında çap edilmişdir. Dərginin məsul rəhbəri və baş yazarı vəkil Məhəmməd Hac İzzət, katibi Həbib Hörmüzlüdür. Üç ildən sonra dərginin baş yazarı Abdulqadir Süleyman və yenidən Məhəmməd Hac İzzət olub. Dərginin fəaliyyətinin 16-cı ilində 19-cu sayında məsul baş yazar Cəlal Taha Abdulqadir, katibi Dr.Fazil Mehdi Bayat, əməkdaşlıq edən qələm sahibləri Hilmi Osman Məhəmməd, Xəlil Əhməd Əl Huseyni, Adnan Sadullah olub. 2003-cü ilə qədər fasilələrlə olsa da nəşr edilən dərgi Türkman Qardaşlıq Ocağının mətbu orqanı olaraq Səddam rejimindən sonra da fəaliyyətini davam etdirib. Dərginin son sayı 2007-ci ilin oktyabrında Bağdadda çap edilib.
Türkmaneli (dərgi)
"Türkmaneli" (dərgi) — türk dilində nəşr olunmuş siyasi qəzet. == Haqqında == "Türkmaneli" dərgisi İraq Türkman Cəbhəsinin İnformasiya Dairəsi tərəfindən üç ayda bir türk dilində işıq üzü görmüş siyasi və mədəni mövzuları əhatə edən dərgidir. Dərginin 2003-cü ildən sonra nəşri dayandırılıb. 2007-ci ildə isə yeni bir heyətlə təkrar fəaliyyətə başlayıb.
İraq (dərgi)
İraq (dərgi) — Bağdadda işıq üzü görmüş dərgi. == Məlumat == İraq dərgisi 1963-cü il mayın 1-i işıq üzü görmüşdür. Qırx səhifəlik nəşr olsa da, ancaq bir sayı çap edilmişdir. Ramazandan sonra bu dərgi dövlətin ilk rəsmi bəyanatını çap etmiş, qurulmuş ilk nazirlər kabinetinin üzvlərinin foto və tərcümeyi hallarını nəşr etmişdi. Dərgi ancaq türkmən dilində Bağdadda işıq üzü görüb.
Ağaclara vergi
Ağaclara vergi 1944-cü ildə İosif Stalin hökuməti tərəfindən SSRİ-dəki meyvə ağaclarının sahiblərinə qoyulan vergi idi. Vergi fermada ağacların olmasını bahalaşdırdı və Sovet fermerləri tərəfindən ağacların kütləvi şəkildə kəsilməsinə səbəb oldu. Bu sonradan meyvə qıtlığına səbəb oldu. Bu fikri irəli sürən nazir Arseni Zverev və Stalin ortaya çıxacaq problemləri qabaqcadan bilmədi. Vergi Georgi Malenkov tərəfindən ləğv edildi, fermerlər üçün vergi 60 faizə qədər azaldıldı.
Dargi dairəsi
Dargi dairəsi (rus. Даргинский округ) — Rusiya imperiyası (Dərbənd quberniyası və Dağıstan vilayəti tərkibində) və RSFSR–in (Dağıstan MSSR–də) tərkibində, 1854–1928–ci illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Levaşi kəndi idi. == Mənbə == О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: XII. Дербентская губернiя, стр. 42 – 49. // Девятая ревизiя. Изслѣдованiе о числѣ жителей въ Россiи въ 1851 году Петра Кеппена. Санктпетербургь: Вь Типографiи Императорской Академiи наукь, 1857, 297 стр.
Dolayı vergi
Dolayı vergi — özündə satılan məhsulların dəyərinə əlavə edilən məbləğlərdən gizli şəkildə vergi tutulmasını əks etdirir. Bu vergi növünə isə əlavə dəyər vergisi, aksizlər, gömrük rüsumları, alış və satış vergiləri daxildir. == Haqqında == Formalaşma mexanizmindəki fərqlərə görə vergilər iki növə ayrılır: birbaşa və dolayı vergilər. Dolayı vergilərin üstün cəhəti onların gizli, yəni belə desək qapalı olmasındadır. Bir çox insanlar dolayı vergi ödədiyinin fərqində olmadan belə vergi ödəyir. Belə ki, çox vaxt məhsulun dəyərinə dolayı verginin əlavə edildiyi qeyd edilmir. Bu sosial-iqtisadi nöqteyi-nəzərdən çox vacibdir. Dolayı vergi növünün sayəsində aşağı dəyərli məhsulları iqtisadi rasional səviyyədə dəstəkləmək mümkündür. Bu adətən spirtli içki və tütün məhsulları ilə baş verir. Gömrük rüsumları formasında olan dolayı vergilər dövlətə yerli məhsul istehsalçılarına təsir etməyə, əcnəbi rəqiblərdən qorumağa və onların dünya baazrına çıxmasına kömək edir.
Hyrcanogobius bergi
Berq xulu (lat. Hyrcanogobius bergi) — Xulkimilər fəsiləsinə aid olan balıq növü. Xəzər dənizinin endemik növüdür. Pelaqik növdür. 3.6 sm uzunluğa malikdir. Növün latınca adı sovet coğrafiyaşünası və zooloqu Lev Berqin şərəfinə verilmişdir. == Təsərrüfat əhəmiyyəti == Vətəgə əhəmiyyəti yoxdur. == Ədəbiyyat == Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, 145.
Nergi (Urmiya)
Nergi (fars. نرگي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 974 nəfər yaşayır (160 ailə).
Sergi Samper
Tarixi derbi
"Tarixi derbi" — Neftçi və Kəpəz arasında keçirilən Azərbaycan futbol derbisidir. Bu iki komanda arasındakı matç hər zaman Azərbaycan futbol ictimaiyyətinin diqqət mərkəzində olur və daim prinsipiallığı ilə seçilir. Azərbaycan futbol tarixinin ən köklü və ən rəqabətli derbisi olaraq bilinən bu derbi Bakı və Gəncə kimi Azərbaycanın ən böyük iki şəhərindən çıxan və ölkənin ən müvəffəqiyyətli və təsirli iki futbol klubu arasında oynanılmaqdadır.Həmçinin bu iki komandanın qarşılaşmaları ölkənin ilk paytaxtı ilə hazırkı paytaxtı olan Bakı və Gəncə şəhərləri arasındakı tarixi rəqabət xüsusiyyətini də özlüyündə əks etdirməktədir.Neftçi'nin tərəfdarları ümumiliktə paytaxt Bakı və Abşeron yarımadasından olan insanlardan ibarətdirsə, "Kəpəz"in tərəfdar kütləsi daha böyük bir xəritəyə sahibdir.Klub Gəncə şəhərini təmsil etsə də , Azərbaycanın bütün Qərb bölgəsi, Aran bölgəsi və bir çox rayon və əyalət şəhərlərindəki insanlarda Neftçi - Kəpəz qarşılaşmalarında Kəpəz'ə tərəfdarlıq edir. Hələ Sovet dövründəykən də "Kəpəz"in tərəfdar kütləsi böyük əksəriyyətlə xalqın işçi təbəqəsindən ibarət idi.Buna görə də Qərblilər hər zaman Azərbaycanda və Qafqazda ən çox tərəfdara sahib futbol klubu olmuşdur. Rəqabətin kökü SSSR zamanlarına dayanır.Beləki Kəpəz azarkeşləri hər zaman bildirirlər ki,"Kəpəz"in SSSR dönəmində "Neftçi" qədər uğurlu olmamasının ən böyük səbəbi məhz Neftçinin paytaxt təmsilçisi olduğu üçün,ölkənin əsas komandası hesab edilərək, Azərbaycanın ən istedadlı futbolçularını ənəlxüsus Gəncə futbolunun yetirmələrini hər zaman Kəpəz'dən "qopararaq" Neftçi'yə aparılmaları olubdurki buda Kəpəzin uğurlarına əngəl olub". Azərbaycan futbol ictimaiyyəti tərəfindən "Tarixi Derbi" olaraq adlandırılan bu rəqabət 20-ci əsrin 90-cı illərində MDB ölkələri arasında ən rəqabətli derbilər sırasında belə adı çəkilmişdir. İlk qarşılaşma 1962-cı il 26 iyunda SSSR kubokunun 1/8 mərhələsinə təsadüf edir.Klubların o zaman ki adları ilə "Dinamo Kirovabad"-"Neftyanik Baku" qarşılaşması 1-0 hesabı ilə qərblilərin qələbəsi ilə nəticələnib.Ümumilikdə isə o zamandan indiyədək bu komandalar 45 dəfə üz-üzə gəliblərki bu görüşlərdə paytaxt təmsilçisinin üstünlüyü nəzərə çarpır.Belə ki,bakılıların aktivində 20,gəncəlilərin aktivində isə 18 qələbə vardır. == Tarixi == Azərbaycan futbol tarixinin ən köklü və ən rəqabətli derbisi olaraq bilinən bu derbi Bakı və Gəncə kimi Azərbaycanın ən böyük iki şəhərindən çıxan və ölkənin ən müvəffəqiyyətli və təsirli iki futbol klubu arasında oynanılmaqdadır. Həmçinin bu iki komandanın qarşılaşmaları ölkənin ilk paytaxtı ilə hazırkı paytaxtı olan Bakı və Gəncə şəhərləri arasındakı tarixi rəqabət xüsusiyyətini də özlüyündə əks etdirməktədir. Neftçi'nin tərəfdarları ümumiliktə paytaxt Bakı və Abşeron yarımadasından olan insanlardan ibarətdirsə, "Kəpəz"in tərəfdar kütləsi daha böyük bir xəritəyə sahibdir.Klub Gəncə şəhərini təmsil etsə də , Azərbaycanın bütün Qərb bölgəsi, Aran bölgəsi və bir çox rayon və əyalət şəhərlərindəki insanlarda Neftçi - Kəpəz qarşılaşmalarında Kəpəz'ə tərəfdarlıq edir.
Typhlodromus bergi
Typhlodromus bergi (lat. Typhlodromus bergi) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus bergi Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Vergi auditi
Vergi auditi – təsərrüfat subyektinin mühasibat və vergi hesabatlarına baxılması üçün qanunvericiliklə müəyyən edilmiş normalara etibarlılıq dərəcəsi və uyğunluğu barədə rəy bildirmək üçün audit təşkilatı tərəfindən xüsusi audit tapşırığının icrası təsərrüfat subyekti tərəfindən müxtəlif səviyyəli büdcələrə və büdcədənkənar fondlara vergi və digər ödənişlərin formalaşdırılması, uçotu və ödənilməsi. == Haqqında == Məlum olduğu kimi nəzarət idarəetmənin mühüm funksiyası olmaqla, cəmiyyətin iqtisadi həyatında mühüm yer tutur. İqtisadiyyatda geniş islahatlann aparılması (dövlət əmlakının irimiqyaslı özəlləşdirilməsi, çoxsaylı təsərrüfat subyektlərinin əmələ gəlməsi) və bazar münasibətlərinin əksər hissəsinə dövlət tənzimlənməsinin ləğv edilməsi, dövlət tərəfindən iqtisadiyyatın vəziyyətinə nəzarət sistemində əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsini şərtləndirdi. İndiki yeni şəraitdə sahibkarlar əmlak və vəsaitlərin qorunub saxlanmasında və onlardan daha səmərəli istifadə edilməsində maraqlıdır. Lakin dövlətin xüsusilə vergi və digər məcburi ödəmələrin ödənilməsi sahəsində üst-üstə düşmür. Məhz bu səbəbdən dövlət vergi orqanlannm timsalında təsərrüfat subyektlərinin maliyyə-təsərrüfat fəaliyyəti üzərində nəzarəti gücləndirir. Bazar münasibətlərinə keçid ölkənin maliyyə sisteminin keyfiyyət islahatına səbəb olmuşdur. Müasir şəraitdə maliyyənin təşkilinə ümumi rəhbərlik və müvafiq olaraq maliyyə nəzarəti tənzimləyən dövlət hakimiyyəti orqanlan arasmda bölüşdürülmüşdür. == Vergi auditinin məqsəd və vəzifələri == İndiki bazar iqtisadiyyatına keçid şəraitində təsərrüfat-kommersiya fəaliyyəti göstərən müəssisələrin (sahibkarların) əksəriyyəti vergi qanunvericiliyini yaxşı mənimsəmədikləri üçün səhvlərə yol verir və nəticədə maliyyə sanksiyaları ödəmək məcburiyyətində qalırlar. Bu isə həm təsərrüfat subyektləri, həm də vergi orqanlan tərəfindən vergi qanunvericiliyinə riayət olunması, vergilərin düzgün hesablanması, tam və vaxtında büdcəyə köçürülməsi üzərində nəzarətin gücləndirilməsini tələb edir.
Vergi tətili
Vergi tətili — müəyyən bir şəxsdən vergi və ya əvvəlcədən müəyyən edilmiş məsələlərdən müəyyən müddətə vergi ödəməməklə müəyyən istehsal və ya istehlak fəaliyyətlərinin subsidiyasıdır. Vergi tətili, müvəqqəti olsa da, investisiyaların vergi yükünü azaltmaqla yeni investisiyalar üçün stimullaşdırıcı təsir göstərir. ABŞ-də tez-tez tətbiq olunan bu sistem, Türkiyədə də tətbiq olunmaqdadır.
Vergi uçotu
Vergi uçotu — vergi bazasının və həmin verginin məbləğinin hesablanması ilə bağlı təsərrüfat əməliyyatlarının tam, fasiləsiz və sənədlə rəsmiyyətə salınmış uçotunu aparmaqla konkret vergi üzrə vergi bazasının formalaşması haqda informasiyaların pul ifadəsilə toplanmasının, qeydiyyata alınmasının və ümumiləşdirilməsinin nizama salınmış sistemidir. == Əsas amillər == Sözügedən verginin ayrı-ayrı növlərinin uçotu və onların hesablanması Azərbaycan Respublikasının 11 iyul 2000-ci il 905-İQ №-li Qanunu ilə təsdiq edilmiş Vergi Məcəlləsi ilə tənzimlənir. Vergi uçotu mühasibat uçotunun tərkib hissəsi olmaqla vergiyə cəlb olunma və vergi hesabatı tərtib etmək məqsədi ilə mühasibat qaydasında rəsmiyyətə salınması üçün nəzərdə tutulmuşdur.Bununla birlikdə vergi uçotu vergi bazasının düzgün müəyyən edilməsi məqsədilə müstəqil, yaxud mühasibat uçotu məlumatlarında zəruri düzəliş hesablamaları aparmaq hüququna malikdir. Düzəliş hesablamaları qeyri-sistemli qaydada, yəni hesablama yolu ilə alınan düzəlişləri mühasibat uçotunda əks etdirməklə yerinə yetirilir. Bu vergi hesablaması, cədvəl, yaxud vergi kartları kimi təqdim edilən informasiyaların sistemləşdirilməsi və toplanması üçün nəzərdə tutulan vergi registrlərinin işlənməsinə və təsdiq edilməsinə şərait yaradır. == Vergi uçotunun əsas funksiyaları == ödəyicilərin vergi öhdəliklərini düzgün müəyyən etmək üçün zəruri ilk informasiyaları toplamaq və onları təyin edilmiş qaydada qeydə almaq; ilk vergi informasiyalarını mühasibat və vergi registrlərində və mühasibat uçotunun hesablarında vaxtlı-vaxtında əks etdirmək; vergiödəyicisinin vergi öhdəliklərinin səviyyəsini düzgün müəyyən etmək; düzgün və dəqiq vergi hesabatını formalaşdırmaq; vergi informasiyasının və vergi hesabatının formalaşdırılması üzərində nəzarət aparmaq.Beləliklə, vergi uçotu mühasibat uçotunun tərkib hissəsi kimi qalmaqla vergi öhdəliklərinin düzgün, obyektiv hesablanması və təşkilatın vergi hesabatının tərtib edilməsi üçün zəruri maliyyə informasiyalarının toplanması, qeydə alınması və işlənməsi kimi işlərin yerinə yetirilməsini özündə əks etdirir. == Hesablanması == Təsərrüfat subyektləri tərəfindən vergilər hesablanarkən zəruri vergi sənədləri tərtib edilir. Vergi sənədləri – vergilərin hesablanmasını, vergi məbləğini və vergi öhdəliyinin həcmini əks etdirən sənədlərdir. Vergi sənədlərinə aşağıdakılar daxildir: uçot-hesabat sənədləri; müşayiətedici sənədlər; vergi uçotu registrləri; bildiriş.Uçot-hesabat sənədləri — vergi öhdəliyinin məbləğini əks etdirən sənədlərdir. Hər bir vergi növü üçün ayrıca bəyannamə forması müəyyən edilmişdir.
Ergi düzü
Ergi düzü — Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi yaxınlığında qeydə alınan oroqrafik obyektlərdən biri. == Toponimikası == Ergi düzü toponiminin mənası haqqında müxtəlif fikir və mülahizələr var. Əslində Erki (Ərki) olmalıdır. Ərk sözü İran və Türk dillərində "iç qala", "möhkəm hasar" anlamındadır. Düz coğrafi termini mənfi relyef forması bildirir. Düz termini "düzənlik" mənasındadır. Bu düzənliyin səthi müvəqqəti axarlı dərələrin prolyuvi çöküntüləri ilə örtülmüş və qobu yarğan şəbəkəsi ilə zəif parçalanmışdır. Ergi düzənliyindən qış otlaqları kimi istifadə edilir.
Albaniyanın vergi sistemi
Albaniyada vergilər həm dövlət həm də bələdiyyə səviyyəsində tutulur. Ölkədə olan əsas vergi növləri gəlir vergisi, sosial müdafiə üçun yığım vergisi, qazanc vergisi və əlavə dəyər vergisidir ki, bunların hamısı dövlət səviyyəsində alınır. Ölkədə övlət səviyyəsində vergi yığımı ilə "Dövlət vergi xidməti" (alb. Drejtoria e Përgjithshme e Tatimeve) məşğuldur. 2014-cü ildən etibarən, Albaniyada gəlir vergisi üç faiz dərəcəsi ilə tutulur. Albaniyada əvvəllər 2008-ci ildə illik gəlirin 10% -i nisbətində vergitutma sistemi qurulmuşdu.Əlavə dəyər vergisi iki fərqli dərəcə ilə alınır: 20 faizlik standart dərəcədə və dərman məhsulları üçun olan 10%.dərəcəsində. Sosial təminat və tibbi sığorta ödənişləri iş və aylıq gəlirə görə ödənilir və 22.000–95.130 Alban leki arasında dəyişir. Sosial təminat üçun işçilər gəlirlərinin 9,5 faizini, işəgötürənlər isə gəlirlərinin 15 faizini ödəyir. Tibbi sığorta həm işçi, həm də işəgötürən üçün 1.7 dərəcəsi ilə tutulur. Öz-özünə işləyən insanlar sosial təminata 23 faiz, tibbi sığortaya isə gəlirlərinin 7 faizi qədərində vergi ödyəirlər.Albaniyada qazanc vergisi 15 faiz nisbətində tutulur.
Azərbaycanın vergi jurnalı
"Azərbaycanın vergi jurnalı" (əvvəlki adı: "Azərbaycanın vergi xəbərləri") — Azərbaycanda nəşr olunan jurnal. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin resenziyalı elmi nəşri. == Təsis və qeydiyyat == İlk adı "Azərbaycanın vergi xəbərləri" jurnalı olmuşdur. Jurnal həmin adla 1 iyul 2003-cü ildə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsis edilmiş və 510 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının dövlət reyestrinə alınmışdır. Jurnal beynəlxalq ISSN (azərb. Beynəlxalq Standart Seriya Nömrəsi‎) mərkəzində 2305-462X nömrəsi ilə qeydiyyata alınmış və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisadiyyat elmləri üzrə elmi nəşrlər siyahısına daxil edilmişdir. 2012-ci ildən bu jurnal yeni adla iki ayda bir dəfə 212 səhifə həcmində 3 min nüsxə tirajla nəşr edilir. == Məzmun == Jurnal müstəqil, resenziyalı elmi nəşrdir. Jurnalda əsasən vergiqoymanın müasir problemlərini və vergi işinin ümumkonseptual məsələlərini optimal nəzəri və praktiki uzlaşmada elmi-metodoloji cəhətdən ifadə edən məqalələrin dərcinə üstünlük verilir. Həmçinin iqtisadiyyatın digər sahələrilə bağlı yazılmış orjinal məqalələrin dərcinə də yer verilir.
Dərgil
May itburnusu (lat. Rosa majalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Azərbaycanın dağ-meşə zonalarında və kolluq yerlərində geniş yayılmışdır. Dərman məqsədilə meyvələrindən istifadə olunur. Meyvələri adətən sentyabr-oktyabr aylarında toplanır və quruducularda 70-80 temperaturda qurudulur. Meyvələrin rəngi çəhrayıdan parlaq-qırmızı rəngə keçəndə onları toplamaq məsləhətdir. May itburnusu meyvəsinin tərkibində C vitamini, karotin, B1, B2, K və P vitaminləri, karotinoidlər, flavonoidlər, 18 %-ə qədər şəkər, 4 % aşı maddəsi, 3,7 % limon və alma turşuları, pektin maddələri, dəmir, manqan, fosfor, kalsium duzları və s. vardır. Ona görə də bu meyvələrdən çox zəngin polivitaminli xammal kimi təbabətdə geniş istifadə olunur. May itburnusunun meyvələrindən dəmləmə, konsentrat, şərbət və mürəbbə şəklində bir sıra xəstəliklərin müalicəsində, məsələn skorbutin, C və P Hipo – və avitaminozların, raxitin, qızılyelin, qanazlığının, vərəmin, sidik və öd yolları xəstəliklərində geniş istifadə edirlər.
Dərzi
Dərzi və ya dərzilik tekstil məhsullarını emal edərək geyim, paltar və ya ev tekstili məhsullarına çevirən insanlara verilən addır. Xüsusi tikiş məharəti tələb edən bu sahə fərdə identik olaraq xüsusi günlərdə nəzərdə tutulmuş sifarişli geyimlər tikən, həmçinin müəyyən standartlara uyğun olmayan, ölçülərə uyğun gəlməyən şəxslərə paltar tikən insana dərzi deyilir. Bu peşə Osmanlıda da çox edilmişdir. Dərzi və ya dərzilik, toxuculuq məhsullarını geyim və ya ev toxuculuq məhsullarına çevirənlərə deyilir. Şəxslərin istəklərinə görə geyim, şalvar, yubka, bluza, köynək, gödəkçə, gəlinlik paltarı, axşam paltarı və palto istehsal edən və/və ya təmir edən şəxsdir.
Sərgi
Sərgi — mühüm eksponatları özündə cəmləşdirən kolleksiyaların ictimai nümayişi üçün nəzərdə tutulan layihə. Əşyalar, adətən, sərgi sırasında müxtəlif yerlərdən toplanır. Bu tipli layihələr, əsasən, muzeylərin ekspozisiya zallarında və qalereyalarında həyata keçirilir. Sərgilər müxtəlif məzmun daşıya bilər. İncəsənət məzmunlu sərgilər kimi elmi ixtiraların nümayiş olunduğu sərgilər də mövcuddur. Bəzi sərgilər nümayiş olunan eksponatların satışını da həyata keçirir. Əldə olunan vəsait müəyyən qurumların və yaxud muzeyin büdcəsinə daxil olur.
Şərqi
Şərqi — çox vaxt dörd misradan ibarət olub mahnı kimi bəstələnən və oxunan mənzum janr. Şərqidə bəndin ikinci misrası əsər boyu bəndin dördüncü misrasında təkrar edilib təkrir əmələ gətirir. Lakin bu üsula uyğun gəlməyən şərqilər də vardır.
Dəri
Dəri — insanın və heyvanların bədənini bir sıra kənar təsirlərdən qoruyan, habelə hissiyyat, tənəffüs və istiliyin tənzimi proseslərində iştirak edən xarici örtükdür. Dəri özündən altda yerləşən toxumaları müxtəlif mexaniki zədələrdən qoruyur, bədənə xəstəlik törədən mikrobları və yad maddələri keçməyə qoymur. Həmçinin, dəri toxumalardan artıq su itkisinə mane olur və bədənin temperatur tənzimində mühüm rol oynayır. Eyni zamanda, dəri onda yerləşən xüsusi törəmələr – reseptorlar vasitəsi ilə xarici mühitin qıcıqlarını (mexaniki, istilik və s.) qəbul etdiyindən duyğu üzvlərindən biridir. Dəridə olan müxtəlif reseptorlar orqanizmlə xarici mühitin qarışılıqlı təsirində böyük rol oynayır. Dəri ifrazat orqanı kimi də dissimilyasiyasının son məhsullarının çox az bir hissəsinin orqanizmdən xaric olunmasında iştirak edir. Dəridə ifrazat məsulları tər və piy vəziləri vasitəsilə xaric olunur. Dəridən tər daima xaric olur və bununla bədənin temperaturu və qanın osmotik təzyiqi tənzim olunur. İnsan bir gündə 500-900 sm³ tər xaric edir. Yay aylarında isə tərin miqdarı 2-3 dəfə artır.
Birlik səsi (dərgi)
Birlik səsi (dərgi) — ədəbi və mədəni dərgi. == Məlumat == 1971-ci ildə Türkmən Ədəbiyyatçılar Birliyi tərəfindən Bağdadda çap edilmiş aylıq dərgi olmuşdur. Nəşrin təsisçisi, baş yazarı Adil Fuad, katibi Abdullətif Bəndəroğludur. Ərəb və türkmən dillərində çıxan “Birlik səsi”nin bəzi sayları 48, bəziləri isə 56 səhifədir. Dərginin əksər sayları “Əl Tazəmin”, bəzi sayları isə “Əl Dar Əl Ərəbiyyə” mətbəəsində çap edilib. Dərgi 2003-cü il aprelin 9-dan sonra Səddam rejimi və Bəəs Partiyasının hakimiyyəti dövründə bağlandı.
Mişov dağı (dərgi)
Mişov dağı — Tehranda Azərbaycan və fars dillərində nəşr olunan dərgi. == Ümumi məlumat == "Mişov dağı" dərgisi 1998-ci ildən Tehranda nəşr olunur. Mişov Mədəniyyət Mərkəzi tərəfindən yayınlanan dərginin baş redaktoru tanınmış şair və həkim Aqşin Ağkəmərlidir. Dərgi latın və əski (ərəb) əlifba ilə Azərbaycan türkcəsində və farsca nəşr olunur.Dərginin ildə dörd sayının nəşri nəzərdə tutulsa da, fasilələr səbəbindən bu ardıcıllıq gözlənilməmişdir. Dərginin ümumi həcmi 250 səhifədir. == Rubrikaları == Nəşrə başladığı gündən dərginin səhifələrində Azərbaycan və İran mədəniyyəti, incəsənəti, yazıçı və şairləri haqqında müxtəlif səpkili yazılar dərc edilmişdir. Dərginin müxtəlif saylarında Məhəmməd Füzuli, Xurşidbanu Natəvan, Səməd Vurğun, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə və b. şeirləri, həmçinin Türkiyənin şair, yazıçılarının həyat və yaradıcılığı haqqında məqalələr verilmiş, müasir dünya ədəbiyyatın aparıcı nümayəndələrindən söhbət açılmışdır. Burada 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağın işğalı ilə bağlı məqalələr də yer almışdır.Dərginin müxtəlif sənətkarların yaradıcılığına həsr olunmuş özəl sayları da dərc olunur. Eyni zamanda, Azərbaycan klassikləri ilə yanaşı, dünya ədəbiyyatından tərcümələrə də yer verilir.
Əl-Arin (dərgi)
"Əl Arin" (ərəb. مجلة العرين‎) — ərəb dilində nəşr edilən dərgi. == Haqqında == Hərbi, mədəni, şəkilli ərəb dilində nəşr edilən “Əl Arin”in adının mənası “Aslan” deməkdir. 1960-cı ilin iyulunda çap edilmiş yeddinci sayında qeyd edildiyinə görə, İraq Baş Qərargah İdarəsinin 1959-cu il 12 noyabr tarixli rəsmi icazəsi ilə Kərkükdə 2-ci firqə komandanlığı tərəfindən nəşr olunub. Əsgərlik həyatı ilə bağlı mövzuları əhatə edən və zabitlər tərəfindən hazırlanan dərginin yazı işləri katibi leytenant Namiq Bayraqdar idi. İlk sayı 1959-cu il dekabrın 1-i nəşr edilmiş bu dərginin 1961-ci ildə 1958-ci il 14 iyul inqilabının xatirəsinə həsr edilmiş sayı dərc edilib. Daha sonra dərginin başqa saylarının çap edilməsi ehtimal olunmur. Dərginin bütün sayları şəkilli olaraq Kərkükdə Bələdiyyə mətbəəsində çap olunub. Üz qabıqları parlaq kağızlı olub, rəngli nəşr edilirdi.
Əl Rabi (dərgi)
"Əl Rabi" (dərgi) — aylıq dərgi. == Haqqında == Sosial və mədəni aylıq dərgi olan “Əl Rabi” dərgisinin rəhbəri Danyal Davud Bünyamin, baş yazarı Timur Sahibqıran idi. 1960-cı il sentyabrın 14-ü təsisçilik hüququ alınmış dərginin 1961-ci il avqustun 6-sı nəşrinin dayandırılması və bu səbəbdən də imtiyazının ləğv edilməsi məlumdur.
Əl Zəman (dərgi)
Əl Zəman (dərgi) — Bağdadda ərəb dilində fəaliyyət göstərən dərgi == Haqqında == Müstəqil, gündəlik siyasi qəzetdir. Mətbu orqanın sahibi və təsisçisi Əl Bəzzazdır. 1997-ci il aprelin 10-u yaradılıb. “Zaman” müəssisəsi adı altında “Gündəlik Zaman”, “Gündəlik Zaman İdman”, “Yeni zaman” aylıq dərgi, “A-dan Z-yə” mədəniyyət dərgisi çapdan çıxır. Londonda fəaliyyət göstərən “Zaman”-ın nəşrləri bütün Avropa və Şimali Afrikaya yayılır.
Bergia
Berqiya (lat. Bergia) — elatinaceae fəsiləsinə aid bitki cinsi.
Bergü
Bergü - Türk xalq inancında qeyri-adi qabiliyyətlər əldə etmək, Tanrı vergisi xüsusiyyətlər qazanmaq, bəzən müqəddəs yuxu görmək, ruhun hərəkətli hissəsinin bədəndən ayrılaraq mücərrəd diyarlara səfər etməsidir. Vəhy və ya ilham mənasını verir. Əsin (ilham) almaq deməkdir. Bergi və ya Vergi də deyilir. == Tərif və məzmun == Bir ozanın, üç badə içdiyi yuxunu görməsi. Bu yuxuda ozanın dilindən və burnundan köpük gəlir, qan boşalar. Özünə üç badə (qədəh) verilər. İlk badəni bir qurtumda içib "Yaradan eşqinə!" deyər. İkincini iki qurtumda içərkən "Yalvaç xətrinə!" deyə səslənər. Üçüncünü "Yar xətrinə!" deyərək üç qurtumda içər.