Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fəzli
Fəzli Çələbi Füzulizadə (Əski əlifba ilə: فضلی چلبی فضولی زاده; c. 1543–1605) və ya daha çox bilinən adı ilə Fəzli (فضلی) – XVI əsrdə yaşamış və şeirlər yazmış şair. Onun yaradıcılığının əsasını Azərbaycan türkcəsində, farsca və ərəbcə yazdığı şeirlər təşkil edir. Məhəmməd Füzulinin oğlu olan Fəzli xronoqramlar yaratmaqda və şeirlərində tapmacalardan istifadə etməkdəki istedadına görə seçilməkdə idi. Yaradıcılığı zamanı həm əruz, həm də heca vəznində şeirlər yazmışdır. Fəzlinin əsl adı Fəzli Çələbi Füzulizadədir. O, Fəzli ləqəbi ilə şeirlər yazmışdır. Fəzli sözünün mənası "comərdlik və ya bolluq" anlamına gəlməkdədir. Mütəxəsislər bu anlam ilə onun atasının ləqəbinə işarə etdiyini bildirirlər. Belə ki, atasının ləqəbi olan Füzuli sözünün mənası da "qürurlu, çoxlu", həm də "uca, üstün, fəzilətli" kimi tərcümə olunur.
Əlli
Əlli — say sistemində ədədlərdən biridir. Qırx doqquzdan sonra, əlli birdən əvvəl gəlir. Əlli ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 5, 10, 25 və 50 ədədlərinə qalıqsız bölünür. Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. Nuh onların arasında min ildən əlli əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı.
Gəray Fəzli
Gəray Fəzli (14 noyabr 1925, Dağıstan – 26 dekabr 1995) – Azərbaycan şairi, nasir, publisisti, radio-telejurnalist. 1925-ci il noyabrın 14-də Qax rayonunun İlisu kəndində anadan olmuşdur və İlisu kəndində boya-başa çatmışdı. Dünyaya payızda göz açsa da, ad gününü baharda, mayın 9-da qeyd edərdi. Səbəbi isə o idi ki, II Dünya Savaşında dəfələrcə ağır yaralansa da sağ qala bilmişdi. Müharibənin sonuna yaxın sağ qolundan və boğazından ağır yaralanır, və bununla məktəb illərində məlahətli səsi ilə ürəkləri fəth edən gəncin təkcə bədəni yox, səsi də gülləbaran edilir. Müharibədən sonra Azərbaycan Pedaqoji İnstitutuna daxil olur. Soyadı Alimov olan kənd müəllimi, atası Fəzli kişinin adını özünə təxəllüs götürür. 1956-cı ildə Azərbaycan Dövlət Nəşriyyatı cəbhəçi-şairin "Mənim səsim" şeirlər kitabını çap etdi. Çox keçməyir ki, sözügedən kitabdakı "Mənim səsim" şeiri şairin ömür payının ən ağrılı məqamları haqqında ballada kimi dillərə düşür. Sonralar xalq şairi Nəriman Həsənzadə Gəray Fəzli haqqında "İtirilmiş səs" adlı poema da yazır...
Bahar fəsli
Yaz yaxud bahar - ilin 4 fəslindən biri. Şimali yarım kürədən mart və iyun Yazda ağaclar çiçək açır, hava istiliyi artmağa başlayır. Bu mövsümdə qar əriməsi və bol miqdarda yağışların yağması ilə su yataqları olan dərələr, göllər, Gölməçə və anbarlar su ilə dolar. Baharın xəbərçisi çiçəklərdir. Xüsusilə bu mövsümdə yerli hava depresiyanı alaraq meydana gələn hava dəyişikliklərində xalq arasında Qırx İkindi adı verilən leysan yağışları başlar. Bu yağışlarla şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də görülər. Bəzən bu yağışlar cütçülərə çox zərər verər. İnsanlar üzərində də sağlamlıq baxımından mənfi təsirləri ola bilər. Yorğunluq, halsızlıq yazın insanlar üzərindəki mənfi təsirlərindəndir. Bu vəziyyətə tibb dilində qısaca bahar yorğunluğu deyilir.
Payız fəsli
Payız vəya güz — ilin dörd fəslindən biri.
Qış fəsli
Qış – İlin dörd fəslindən biridir. Fəsil adətən hava tempraturunun aşağı olması ilə səciyyələnir. Yarımkürədən asılı olaraq, zaman-zaman ardıcıl yağıntılarla müşayiət olunan hava şəraiti ilə digər fəsillərdən fərqlənir. Qış fəslinin xüsusiyyətləri Qış üç uzun aydan ibarətdir: qarlı dekabr, şaxtalı, günəşli yanvar və çovğunlu, qəzəbli fevral. Qışda təbiət tüklü qarın ağ yorğanı altında etibarlı şəkildə gizlənərək şirin bir yuxuya qərq olur. Bəzi günlərdə şaxta olar, bəzən sükut yalnız meşədə bir budağın xırıltısı ilə pozular, digərlərində isə küləyin soyuq uğultusu ilə qar çovğunu hökm sürər. Hər fəslin hər gözəlliyi olsa da, qış fəsli bir ayrı gözəldir. Yəqin ki, onu gözəlləşdirən və fərqləndirən ən əsas özəlliyi də "sahib olduğu" qar yağışıdır. İlin yalnız bu fəslində qara rast gəlmək olur və kiçikdən böyüyə hər kəsin qarla olan əyləncə dövrü başlanır. Qışı sevdirən digər bir cəhət də, bu fəsildə ən çox sevilən bayramlardan biri olan Yeni ilin keçirilməsidir.
Yay fəsli
Yay — ilin dörd fəslindən biri. Yay, ən isti mövsümdür. Şimal yarımkürəsinin ən uzun günləri yayda reallaşır. Dünya istiliyi anbar etdiyi üçün ən isti günlər ümumiyyətlə təxminən iki ay sonra ortaya çıxar. İsti günlər Şimali Yarım Kürənin 21 İyun ilə 22 Sentyabr arasında, Cənub Yarım Kürənin isə 22 Dekabr ilə 21 Mart arasındadır. Yay mövsümündə insanlar təbiətin gözəlliklərindən faydalanma imkanıları tapır. İnsan sağlamlığına böyük faydası olan və sümüklərin inkişafı üçün lazım olan D vitamini, günəş şüalarından alınır. Yazın insanlar dərisinə və bəzi xəstəliklərin yaxşı gələn dəniz suyu və dəniz qumundan faydalanılırlar. Günəş duşları romatizmalar üçün çox faydalıdır. Günəşin qüvvətli şüaları bir çox xəstəlikləri yox edir və yaxşılaşdırir.
Yaz fəsli
Yaz yaxud bahar - ilin 4 fəslindən biri. Şimali yarım kürədən mart və iyun Yazda ağaclar çiçək açır, hava istiliyi artmağa başlayır. Bu mövsümdə qar əriməsi və bol miqdarda yağışların yağması ilə su yataqları olan dərələr, göllər, Gölməçə və anbarlar su ilə dolar. Baharın xəbərçisi çiçəklərdir. Xüsusilə bu mövsümdə yerli hava depresiyanı alaraq meydana gələn hava dəyişikliklərində xalq arasında Qırx İkindi adı verilən leysan yağışları başlar. Bu yağışlarla şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də görülər. Bəzən bu yağışlar cütçülərə çox zərər verər. İnsanlar üzərində də sağlamlıq baxımından mənfi təsirləri ola bilər. Yorğunluq, halsızlıq yazın insanlar üzərindəki mənfi təsirlərindəndir. Bu vəziyyətə tibb dilində qısaca bahar yorğunluğu deyilir.
Təlli Zeynəbiyyə
Təlli Zeynəbiyyə (ərəb. التل الزینبیة‎) — İraqın Kərbəla mühafəzəsinin Kərbəla şəhərində yerləşən məscid və ziyarətgah. Məscidin adı keçən vaxtlarda üzərində yerləşən təpənin adıyla əlaqəlidir. == Mənası == Ərəb dilində təll təpə və ya hündür yer mənasını verir və Zeynəbiyyə sözü Həzrət Əlinin qızı Həzrət Zeynəbin adıyla bağlıdır. == Mövqeyi == Təlli-Zeynəbiyyə İmam Hüseynin qətligahından 35 metr, məzarından isə 20 metr aralıqda yerləşir. Təqribən 5–6 metr hündürlükdədir. İndi bu məqam İmam Hüseyn hərəminin qərb nahiyəsində Zeynəbiyyə qapısının ağzındadır. == Tarix == Təlli-Zeynəbiyyə Kərbəlada İmam Hüseyn (ə) məzarı yaxınlığında yerləşən kiçik bir tarixi təpəyə deyilir ki, Aşura günü Həzrət Zeynəb (s.ə) qaçaraq bu təpənin üzərinə çıxmış və döyüş meydanına baxmışdır. 1978-ci ildə nisbətən hündür olan bu məqamdakı tikilinin yenidən inşa edilməsinə başlanılmış və indi buranın ərazisi 175 kvadrat metrə çatmışdır. Məqam əvvəllər yalnız məhdud sayda ziyarətçi qəbul edə bilirdisə, indi onun ərazisi daha da genişləndirilmişdir.
Əlli altı
Əlli altı — say sistemində ədədlərdən biridir. Əlli beşdən sonra, əlli yeddidən əvvəl gəlir. Əlli altı ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 7, 8, 16, 28 və 56 ədədlərinə qalıqsız bölünür.
Əlli beş
Əlli beş — say sistemində ədədlərdən biridir. Əlli dörddən sonra, əlli altıdan əvvəl gəlir. Əlli beş ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Əlli bir
Əlli bir — say sistemində ədədlərdən biridir. Əllidən sonra, əlli ikidən əvvəl gəlir. Əlli bir ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Əlli doqquz
Əlli doqquz — say sistemində ədədlərdən biridir. Əlli səkkizdən sonra, altmışdan əvvəl gəlir. Əlli doqquz ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Əlli dörd
Əlli dörd — say sistemində ədədlərdən biridir. Əlli üçdən sonra, əlli beşdən əvvəl gəlir. Əlli dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 3, 6, 9, 18, 27 və 54 ədədlərinə qalıqsız bölünür.
Əlli iki
Əlli iki — say sistemində ədədlərdən biridir. Əlli birdən sonra, əlli üçdən əvvəl gəlir. Əlli iki ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 13, 26 və 52 ədədlərinə qalıqsız bölünür.
Əlli səkkiz
Əlli səkkiz — say sistemində ədədlərdən biridir. Əlli yeddidən sonra, əlli doqquzdan əvvəl gəlir. Əlli səkkiz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 29 və 58 ədədlərinə qalıqsız bölünür.
Əlli yeddi
Əlli yeddi — say sistemində ədədlərdən biridir. Əlli altıdan sonra, əlli səkkizdən əvvəl gəlir. Əlli yeddi ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Əlli üç
Əlli üç — say sistemində ədədlərdən biridir. Əlli ikidən sonra, əlli dörddən əvvəl gəlir. Əlli üç ədədi — tək ədəddir və eyni zamanda sadə ədəddir.
Fəzli İsfahani Xuzani
Fəzli İsfahani Xuzani (fars. فضلی اصفهانی خوزانی‎; 1592 – XVII əsr) — İran zadəganı, tarixçisi. O, Səfəvi xanədanının 1501-ci ildə I İsmayıl tərəfindən (1501–1524-cü illərdə hakimiyyətdə olmuşdur) qurulmasından I Abbasın (1588–1629-cu illərdə hakimiyyətdə olmuşdur) ölümünə qədərki dövrünü əhatə edən "Əfzal əl-Təvarix" salnaməsi ilə tanınır. O, həm də Səfəvi xidmətində məmur olmuş, 1616–1625-ci illərdə Bərdə və Kaxeti valisi olmuş Qaraçaqay xanın vəziri olmuşdur. Fəzlinin oğlu, "Tiraz əl-əxbar"ın müəllifi olan Nəcməddin Əhməd Xuzani Hindustanda moğol zadəganı Baqir Xanın qızı ilə evlənmişdir.
Mübahisələrin alternativ həlli
Mübahisələrin alternativ həlli — razılığa gələ bilməyən tərəflər arasında mübahisənin məhkəmədənkənar həlli prosesi və texnikası; üçüncü tərəfin köməyi ilə mübahisənin həll üsullarının məcmusu. Əksər məşhur mübahisə tərəfləri və onların vəkillərinin mübahisənin alternativ həllinə qarşı mübarizə aparmaqlarına baxmayaraq, yeni həll üsulları son zamanlar həm ictimaiyyət, həm də hüquqşünaslar tərəfindən qəbul edilmişdir. Əslində bəzi məhkəmələr tərəflərdən məhkəməyə gəlməzdən öncə mübahisələrin alternativ həlli üsullarına, xüsusən də mediasiyaya müraciət etmələrini tələb edirlər. Mübahisələrin alternativ həlli üsullarının bu qədər məşhurlaşmasının səbəbi ənənəvi məhkəmələrin iş yükünün artması, məhkəmələrlə müqayisədə xərclərin az olması, konfidensiallığın daha çox qorunması və tərəflərin qərar qəbul edəcək şəxsin və ya şəxslərin seçiminə nəzarət etmək imkanlarının olması ilə əlaqədardır. Bəzi yurisdiksiyalarda, xüsusilə də İngiltərə və Uelsdə yuxarı instansiya məhkəmələri mübahisənin həlli üçün mediasiyadan istifadəni tamamilə dəstəkləyirlər. Mübahisələrin alternativ həlli adətən ən az dörd tipə bölünür: müzakirələr, mediasiya, əməkdaşlıq hüququ və arbitraj. Bəzən uzlaşdırma da beşinci kateqoriya hesab edilsə də, onu mediasiyanın bir forması da hesab etmək olar. Mübahisələrin alternativ həlli şəriət məhkəmələri, ümumi hüquq sistemi kimi mövcud hüquq sistemləri ilə yanaşı istifadə oluna bilər. Mübahisələrin alternativ həlli iki tipdə ola bilər. Birinci halda mübahisələrin alternativ həlli üsulları mövcud qanunvericilikdəki mexanizmlərdən irəli gəlir.
Bozun əlli çaları
Bozun Əlli Çaları (ing. Fifty Shades of Grey) — Britaniyalı yazıçı E. L. Ceymsin (əsl adı Erika Leonarddır) trilogiyasından birinci kitabdır. Son illərin ən oxunan erotik romanı. Hazırda dünyanın bir çox ölkələrində satış rekordları qıran bu əsəri bir çox tənqidçilər "analar üçün porno" adlandırıblar. == Qısa məzmunu == Erotik məzmunlu "Bozun Əlli Çaları" 22 yaşlı universitet məzunu Anasteyşa Stilin hekayətidir. Təsadüfən 27 yaşlı biznes-maqnat Kristian Qreydən müsahibə almağa yollanan qız az sonra mürəkkəb intim münasibətlərə cəlb olunur. Bəyəndiyi yaraşıqlı kişini sadomazoxist meyillərdən uzaqlaşdırmağa çalışan Anasteyşa Stil tədricən onun seksual köləsinə çevrilir, lakin daha sonra normal eşq istəyi onu bu əsarətdən qurtulmağa sövq edir.
Şelli
Şelli — Azərbaycan Respublikasının Ağdam rayonunun Qasımlı kənd inzibati ərazi dairəsində kənd. Kənd 1993-ci il iyulun 4-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Şelli kəndinə daxil olmuş, kənd işğaldan azad olunmuş və kənddə Azərbaycan bayrağı ucaldılmışdır. Barat Quliyev - filologiya elmləri namizədi, dosent Orxan Zakiroğlu (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, 2001.
Elli
Elli — ad. Elli Miçiyeva — Azərbaycanlı müğənni. Elli Qoldinq — ingilis müğənni. Elli Heyz — Amerikalı porno ulduzu. Elli Bruk Elli (Kəleybər) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd.
Bozun əlli çaları (film)
Bozun əlli çaları (ing. Fifty Shades of Grey) — 2015-ci ildə Kelli Marselin Britaniya yazıçısı E.L.Ceymsin 2011-ci ildə nəşr edilmiş eyni adlı romanı əsasında yazdığı ssenariyə uyğun olaraq rejissor Sem Teylor-Conson tərəfindən erotik-romantik dram janrında çəkilmiş Britaniya-Amerika filmidir. Filmdə Ceymi Dornan gənc biznesmen Kristian Qrey, Dakota Conson isə onunla sadomazoxist münasibət quran gənc kollec tələbəsi Anasteyşa Stil obrazlarını canlandırırlar. İlk dəfə 11 fevral 2015-ci ildə 65-ci Berlin Beynəlxalq Film Festivalında təqdim edilən filmin kinoteatr çıxışı “Universal Pictures” təqdimatında 13 fevral 2015-ci ildə baş tutmuşdur. Tənqidçilərin qarışıq rəylərinə baxmayaraq böyük kassa uğuru əldə edən film, gəlir göstəricilərinə görə bir neçə rekord qırmış və ümumilikdə $569 milyon gəlir gətirmişdir. Hazırda film, 2015-ci ilin dördüncü ən çox gəlirli filmidir. Filmin davamı olacaq “Zülmətin Əlli Çaları” və “Azadlığın Əlli Çaları” filmlərinin müvafiq olaraq 10 fevral 2017-ci il və 9 fevral 2018-ci ildə təqdim ediləcəyi gözlənilir. == Məzmun == 21 yaşlı Anasteyşa “Ana” Stil Vaşinqton Ştat Universitetinin Vankuver, Vaşinqton yaxınlığında yerləşən kampusunda ədəbiyyat üzrə təhsil alır. Otaq yoldaşı Keyt Kavana xəstələndiyi üçün 27 yaşlı biznesmen Kristian Qreylə müsahibəyə Ana getməli olur. Bu müsahibədə Kristian Ana ilə maraqlanır və bir müddət sonra onun dərsdən sonra çalışdığı tikinti materialları dükanına gəlir.
Venera, Kupid, Folli və Zaman
Venera, Kupid, Folli və Zaman (həmçinin Venera və Kupidin rəmzi, Veneranın Triumfu) (ing. Venus, Cupid, Folly and Time, it. Allegoria del trionfo di Venere) — 1540 - 1545-ci illərdə florensiyalı Anyolo Branzinonun çəkdiyi alleqorik rəsm əsəri. Əsər hazırda Londonda, Milli Qalereyada sərgilənir. 1546-cı il ərəfəsində Bronzinoya Venera, Kupid, Folli və Zaman mövzusunda bir əsər yaratmaq tapşırığı verilir. O, bu işdə qərarlılıq göstərə bilmirdi. Çünki mövzu çox çətin, erotik, qaranlıq keyfiyyətlərə malik obrazların yer aldığı və ən əsası onun ustadı Pontoromonun və elə rəssamın öz yaradıcılığnın da aid olduğu Manyerist məktəblə bağlı idi. Əsərin Toskaniyanın böyük hersoqu I Kozimo və ya Fransisko Salviati tərəfindən Fransa kralı I Fransiskə hədiyyə vermək üçün sifariş edildiyi güman edilir. Corcio Vazari əsərin I Fransiskə hədiyyə edildiyini yazır, lakin kim tərəfindən hədiyyə edildiyini göstərmir. O zaman erotik səhnələrlə zəngin əsərlərə həm məşhur Mediçilər sülaləsi nümayəndələrinin, həm də Fransa aristokratiyasının böyük marağı var idi.
Bozun əlli çaları (film, 2015)
Bozun əlli çaları (ing. Fifty Shades of Grey) — 2015-ci ildə Kelli Marselin Britaniya yazıçısı E.L.Ceymsin 2011-ci ildə nəşr edilmiş eyni adlı romanı əsasında yazdığı ssenariyə uyğun olaraq rejissor Sem Teylor-Conson tərəfindən erotik-romantik dram janrında çəkilmiş Britaniya-Amerika filmidir. Filmdə Ceymi Dornan gənc biznesmen Kristian Qrey, Dakota Conson isə onunla sadomazoxist münasibət quran gənc kollec tələbəsi Anasteyşa Stil obrazlarını canlandırırlar. İlk dəfə 11 fevral 2015-ci ildə 65-ci Berlin Beynəlxalq Film Festivalında təqdim edilən filmin kinoteatr çıxışı “Universal Pictures” təqdimatında 13 fevral 2015-ci ildə baş tutmuşdur. Tənqidçilərin qarışıq rəylərinə baxmayaraq böyük kassa uğuru əldə edən film, gəlir göstəricilərinə görə bir neçə rekord qırmış və ümumilikdə $569 milyon gəlir gətirmişdir. Hazırda film, 2015-ci ilin dördüncü ən çox gəlirli filmidir. Filmin davamı olacaq “Zülmətin Əlli Çaları” və “Azadlığın Əlli Çaları” filmlərinin müvafiq olaraq 10 fevral 2017-ci il və 9 fevral 2018-ci ildə təqdim ediləcəyi gözlənilir. == Məzmun == 21 yaşlı Anasteyşa “Ana” Stil Vaşinqton Ştat Universitetinin Vankuver, Vaşinqton yaxınlığında yerləşən kampusunda ədəbiyyat üzrə təhsil alır. Otaq yoldaşı Keyt Kavana xəstələndiyi üçün 27 yaşlı biznesmen Kristian Qreylə müsahibəyə Ana getməli olur. Bu müsahibədə Kristian Ana ilə maraqlanır və bir müddət sonra onun dərsdən sonra çalışdığı tikinti materialları dükanına gəlir.
Əlli ilk öpüş (film, 2004)
50 ilk öpüş (ing. 50 First Dates) — 2004-cü ildə çəkilmiş romantik komediya janrında ABŞ filmidir. Baş rollarda Adam Sandler və Drü Berrimorun yer aldığı filmin rejissoru Piter Siqaldır. Barrymore ilə Sandler öncəki işi Evlilik öpüşü filmindən sonra ikinci dəfə bir araya gəlmişdir. Filmin böyük bir qismi Kaneohe, Kaaawa, Wahiawa, Kualoa, Makapu'u, Waimanalo, O'ahu və Kaneohe Bay kimi yerlərdə çəkildi. Tank səhnəsi Vallejo, Californianın Six Flags Discovery Kingdom; golf səhnəsi isə Los-Ancelesdə çəkildi. Adam Sandler …. Henri Rot Drü Berrimor … Lusi Vaytmore Rob Schneider …. Ula Sean Astin …. Doq Vaytmore Lusia Strus ….
Edmund Delli
Edmund Delli — Amerika hərbçisi, polkovnik, mühəndis. Birinci dünya müharibəsi (1914-1918) dövründə Şərur və Naxçıvan mahallarında yaradılmış müttəfiq idarəçiliyi zonasına Antanta dövlətlərinin Ermənistandakı ali komissarı, amerikalı polkovnik V.Haskel tərəfindən təyin edilmiş qubernator. 1919-cu il oktyabrın 23-də vəzifəsinin icrasına başlayacağı bildirilsə də, yalnız Naxçıvanın deyil, bütün İrəvan quberniyasının türk-müsəlman əhalisi Haskelin bu təyinatına qarşı çıxdı. 1919-cu il oktyabrın ortalarında Haskel Parisə çağırılmış, onun müavini polkovnik Ceyms Rey isə neytral zona məsələsini müzakirə etmək üçün Bakıya getmişdi. Oktyabrın 24-də o, Naxçıvana gələrək, Haskelin bəyanatını elan etmiş və bu bəyanata uyğun olaraq, Şərur və Naxçıvanda Amerika qubernatorluğu yaradılması, polkovnik Edmund L.Dellinin qubernator təyin edilməsi haqqında sərəncam imzalamışdı. Lakin bundan narazı qalan Naxçıvan Milli Şurasının və bütün Naxçıvan əhalisinin təkidi ilə Ceyms Rey qərarını dəyiş məli olmuş, polkovnik Edmund L.Delli Naxçıvanda general-qubernator kimi deyil, ali komissarın nümayəndəsi kimi qalmışdı. Ermənistanda olan ABŞ zabitlərinin noyabrda Edmund L.Delliyə köməyə gəlməsi Naxçıvan və Şərur əhalisinin narazılığını daha da artırmış və Delli ona köməyə gəlmiş zabitləri yenidən İrəvana qaytarmağa məcbur olmuşdu. Amerikalılar 1920-ci ilin yanvarında Şəruru və Naxçıvanı tərk etmişdilər. Naxçıvanda Amerika general-qubernatorluğu Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993.
Edriyen Şelli
Edriyen Şelli (ing. Adrienne Shelly; 24 iyun 1966[…], Kuins, Nyu-York ştatı – 1 noyabr 2006[…], Manhetten, Nyu-York ştatı) — Amerikalı aktrisa, rejissor və ssenarist. Onun 2007-ci ildə rejissoru və ssenari müəllifi olduğu "Ofisiant" filmi sonralar Brodvey tamaşasına çevrildi. O, 2006-cı ildə yaşadığı mənzildə Diego Pillco adlı şəxs tərəfindən qətlə yetirilib. 1989 - "İnanılmaz həqiqət" (Audri); 1992 - "İnan mənə" (Mariya Koflin); 1990 - "Amerikada tənha" (Çamaşırxanadakı bir qadın); 1992 - "Güclü qadınlar ağlamazlar, mübarizə apararlar " (Stefani); 1992 - "Məni tut, məni həyacanlandır, məni öp" (Dannie); 1993 - "Hexed" (Qloriya O'Konnor); 1994 - "Opera N.1" ( Feyri #2); 1994 - "Yadlarla yatmaq" (Cenni); 1994 - "Teresanın Tatusu" (Teresa/Qloriya); 1994 - "Yol qatilləri" (Red); 1994 - "Mənimlə yat" (Pamela); 1995 - "Kalamazoo"; 1996 - "Gözlənilməz Manhetten" (Donna); 1997 - "Professionallar"; 1997 - "Ağır" (Ceni); 1998 - "Alliqatorlarla güləş" (Meri); 1999 - "Səni oralara aparacam" (Lusi); 2000 - "Bob və Zeldanın kölgələri" (Zelda); 2001 - "İnqilab N.9" (Kim Kelli); 2001 - "Ölü it" (Mme Marquet); 2004 - "Pələng, onun çöküşü və yüksəlişi" (Terri); 2005 - "Faktotum" (Cerri); 2007 - "Ofisiant" (Daun). 1994 - "Cinayət, küçədəki həyat" (Ines Kuin); 1997 - "Erkən nəşr" (Emma Şau); 1998 - "Oz" (Sarah); 2000 - "Hüquq və qaydalar" (Radia Alston); 2001 - "Atlantik gizli sövdələşmə" (Meriyami).
Edvard Kelli
Edvard Kelli (ing. Sir Edward Kelley) - ingilis okkultist və mistik.
Helli Berri
Heli Mariya Berri (14 avqust 1966) — ABŞ aktrisası və keçmiş model.
Kazus belli
Kazus belli (lat. casus belli) — Roma hüququ dövründə irəli sürülmüş hüquqi termin. Müharibə elan etmək üçün formal səbəb. Müasir tarix elmində geniş istifadə olunaraq, müharibəyə daxil olmaq şərtini bildirən casus foederislə müqayisə edilir. Məsələn, 1914-cü il 28 iyun tarixində Mlada Bosna gizli təşkilatının üzvü olan 19 yaşlı serb tələbə Qavrilo Prinsip tərəfindən Avstriya-Macarıstan ershersoqu Frans Ferdinandın Sarayevoda öldürülməsi Serbiyaya ultimatum göndərilməsi üçün kazus belli rolunu oynamışdır. Avstriya-Macarıstan ultimatuma cavabdan məmnun qalmayaraq, Serbiyaya müharibə elan etmişdir.
Kelli Heuçan
Kelli Heuçan (d. 30 yanvar 1980) — Avstraliyanı təmsil edən su poloçusu. Kelli Heuçan, Avstraliya yığmasının heyətində 2004-cü ildə baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatılıb. Kelli Heuçan, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Kelli Hu
Kelli Hu — ABŞ aktrisası. Məşhur akrisa Kelly Hu 1968-ci il fevralın 13-də dünyaya göz açıb. Hələ kiçik yaşlarından filmlərə böyük maraq göstərib. Və burda olan qəhrəmanların yerində daim özünü təsəvvür edib. Havayda dünyaya gələn aktrisa müğənni və rəqqasə kimi də şöhrətlənib. Yaponiyada modellik edən əmisi oğlu ilə birlikdə aktrisa məşqlərə gedir. Beləliklə, o, bir çox müsaqibələrə iştirak edir və qalib olur. Bundan sonra film sahəsində tale onun üzünə gülməyə başladı. 1995-ci ildə, Hu "Yol kənarında" filmində gizli polisi oynadı. Bundan sonra çoxlu dəvətlər almağa başladı.
Kelli Klarkson
Kelli Klarkson (d. 24 aprel 1982) ABŞ müğənnisi. 2002-ci ildə American Idol ilə şöhrət qazanmağa başlayıb. İlk albomu "Thankful"u 2003-cü ildə, ikinci albomu "Breakaway" 2004-cü ilin sonlarında, sonuncu albomu "My December" isə 2007-ci ildə çıxıb.
Kelli Preston
Kelly Preston (13 oktyabr 1962, Honolulu – 12 iyul 2020[…]) — amerikalı aktrisa, model və müğənni.
Kelli Rohrbak
Kelli Rohrbak (ing. Kelly Rohrbach; 21 yanvar 1990, Nyu-York, Nyu-York ştatı) — amerikalı aktrisa və model. Rohrbach Nyu-Yorkda anadan olub və Konnektikut ştatının Qrinviç şəhərində böyüyüb. Onun anası Anne (née Wholly) və atası Klay Rohrbak maliyyəçidir. Rohrbak Qrinviç Akademiyasında təhsil alıb. Qrinviçdə qolf oynadı və Corctaun Universitetinə atletika təqaüdü qazandı. O, 2012-ci ildə Corctaun Universitetinin teatr ixtisasını bitirdi və akrisalıq üçün London Musiqi və Dramatik İncəsənət Akademiyasına daxil oldu. Rohrbak Two and a Half Men, The New Normal, Rizzoli & Isles, Broad City, və Rush teleseriallarında kiçik rollar alıb. Hollivudda iki il fəalliyyət göstərdikdən sonra Rohrbak mankenliyə başlayıb. Həmçinin 2017-ci ildə ən çox tanınmağına səbəb olan film Malibu Xilasediciləri filmində C. J. Parker rolunu canlandırdı.
Kelli Rulon
Kelli Rulon (d. 16 avqust 1984) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Kelli Rulon, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu. Daha sonra Kelli Rulon, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.
Kelli Sildaru
Kelli Sildaru (est. Kelly Sildaru; 17 fevral 2002, Tallin) — Hafpayp, slopestyle, big eyr və superpayp disiplinləri üzrə ixtisaslaşan estoniyalı fristaylçı, hafpayp üzrə 2019-cu il dünya çempionu, slopestyle üzrə 4 qat X-Games qalibi. Slopestayl üzrə 2020 Gənclər Qış Olimpiya çempionu. Slopestayl üzrə 2022-ci il Olimpiadasının bürünc mükafatçısı. 2017-ci ilin yanvarında o, ikinci qızıl medalını slopestyle üzrə Qış Dünya Ekstremal Oyunlarında qazanır. 2018 Qış Olimpiya Oyunlarında o, Estoniyanı təmsil etməli idi, lakin dizindən aldığı zədə səbəbindən yarışı buraxmaq məcburiyyətində qalır. 2019-cu ildə sərbəst xizək sürmə və snoubord üzrə Dünya Çempionatında Kelli Sildaru ilk qızıl medalını halfpyapda qazanmışdır. Ölkəsində o, 2019-cu ildə Estoniyanın ən yaxşı idmançısı kimi tanınıb. 18 yanvar 2020-ci ildə Lozannada keçirilən Yeniyetmələrin Qış Olimpiya Oyunlarında 93,75 xalla slopestyle üzrə qızıl medal qazanır. Elə həmin il Qış Ümumdünya Ekstremal Oyunlarında superpayp və slopestyle idman növləri üzrə o, iki qızıl medal qazanmışdır.
Melvin Belli
Melvin Muron Belli (29 iyul 1907, Sonora[d], Kaliforniya – 9 iyul 1996, San-Fransisko, Kaliforniya) — məşhur amerikalı hüquqşünas, "Sazişlər kralı", tənqidçilər tərəfindən isə "Mübariz Melvin" kimi tanınır Ali təhsilini Berkli, Kaliforniya Universitetində almışdır. Onun çoxlu kitablarından biri "Müasir sınaqlar" (5 cild) sübutların təqdim etmə sahəsində klassik dərslik kimi qəbul olunur. Qrafik sübutların və şahid-ekspertlərin məhkəmədə təqdim edilməsi ümumi hüquq təcrübəsinə daxil olub. Çox vaxt onu "özündən razı" adlandırırdılar, çünki özünü çox tərifləyirdi. Melvin deyirdi: "Ola bilsin ki, məndən yaxşı hüquqşünas var, amma o vaxta kimi onunla məhkəmədə çəkişməmişik". Melvinin çoxlu ulduz-müştəriləri olmuşdur, o cümlədən Za Za Qabor, Errol Flinn, Məhəmməd Əli, Sirhan Sirhan, Çak Berri, Rolinq Stounz, Cim Baker, Tami Fey Baker, Marta Mitçel, Lana Terner, Toni Kertis, Mey Vest. Öz vəkil karyerası dövründə məhkəmə çəkişmələrində 600,000,000 dollar qazanmışdır.
Meri Şelli
Meri Şelli (30 avqust 1797[…], Somers[d], Midlseks[d], Böyük Britaniya krallığı – 1 fevral 1851[…], Vestminster borosu, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı və ya Bornmut, Dorset[d]) — məşhur ingilis yazıçısı. Meri Şelli 1797-ci ildə Londonda anadan olmuşdur. Atası Uilyam Qodvin radikal anarxist, anası Meri Uolstonkraft isə qadın haqları müdafiəçisi olmuşdur. Anası, o anadan olanda öldüyü üçün atası tərəfindən böyüdülmüşdür. Uşaqlığının əsas hissəsini kitab oxumaqla və kiçik hekayələr yazmaqla keçirmişdir. Daha sonraki illərdə fantastik qorxu janrında mühüm əsərlər qələmə almış yazıçı, daha çox Frankenşteyn romanı ilə tanınmışdır. Frankenşteyn fikri Merinin 1816-cı ilin yay ayında gördüyü yuxunun nəticəsində meydana gəlmişdir. Romanın məşhurlaşmasında İngiltərədə sənaye inqilabının, Con Lokk və Tomas Hobbs kimi mütəfəkkirlərin təsiri az olmamışdır. Meri, Frankenşteyn ilə yanaşı, həm də, Lodore (1835), Falkner (1837) və The Last Man (1826) kimi romanların da müəllifidir. Yazıçı, 1 fevral 1851-ci ildə, 53 yaşında vəfat etmişdir.
Mişel Kelli
Mişel Kelli (d. 7 noyabr 1974) — Kanadanı təmsil edən skeletonçu. Mişel Kelli, Kanadanı 2002 və 2010-cu illərdə baş tutan Olimpiya Oyunlarında təmsil edib. Mişel Kelli, 2002-ci ildə Kanada yığmasının heyətində Birləşmiş Ştatların Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarına qatıldı. Mişel Kelli, 1-ci gedişdə 53.76 saniyə, 2-ci gedişdə isə 53.56 saniyə nəticə göstərdi və yarışları 13 idmançı sırasında 10-cu yerdə başa vurdu. Mişel Kelli, 2010-cı ildə Kanadanın Vankuver şəhərində baş tutan XXI Qış Olimpiya Oyunlarınada qatıldı. Mişel Kelli, 1-ci gedişdə 54.73 saniyə, 2-ci gedişdə 55.49 saniyə, 3-cü gedişdə 55.56 saniyə, 4-cü gedişdə isə 55.01 saniyə nəticə göstərdi və yarışları 20 idmançı sırasında 13-cü yerdə başa vurdu.
Nataliya Kelli
Nataliya Kelli — 18 dekabr 1994-cü ildə Hartford, Konnektikut ştatında, Amerika Birləşmiş Ştatlarında anadan olan Avstriya müğənnisidir. Nataliyanın atası Amerikalı, anası isə Braziliyalıdır. Nataliya Kelli 2013 Avroviziya Mahnı Müsabiqəsində İsveçin Malmö şəhərində Avstriyanı "Shine" mahnısı ilə təmsil edib.
Nelli Ataullayeva
Nelli Xayrullayevna Ataullayeva (20 mart 1931, Daşkənd – 26 iyul 1974, Daşkənd) — Özbəkistan aktrisası, sənədli film rejissoru, Özbəkistan SSR-in əməkdar artisti, SSRİ Kinematoqrafçılar İttifaqının üzvü. Özbək aktrisasıdır. 43 yaşında ağciyər xərçəngindən vəfat edib. Görüş (film, 1955) История жизни Нелли Атауллаевой из фильма "Göruş" Narkotikin gətirdiyi son: "Görüş" filminin "Lala"sı necə öldü?
Nelli Blay
Nelli Blay (ing. Elizabeth Jane Cochran d.5 may 1864-cü il, ABŞ, Pensilvaniya; ö. 27 yanvar 1922-ci il, Nyu-York) — amerikalı jurnalist, yazıçı, sahibkar. Əsl adı Elizabet Ceyn Kokran olmasına baxmayaraq, jurnalistika həyatında Nelli Blay (ing. Nellie Bly) ləqəbindən istifadə etmişdi. Araşdırmaçı jurnalistika tarixinin əfsanəvi jurnalistlərindən olub. Onun jurnalistikada əsas metodu fərqli şəxsiyyətlərə bürünüb xəbər hazırlamaq olub. Buna ən yaxşı misal 1887-ci ildə Qadın Psixiatriya Xəstəxanası ilə bağlı xəbər hazırlamaq üçün heyəti aldadıb xəstəymiş kimi xəstəxanada qalması olmuşdu. O, bu metodlarla Amerikanın diqqətini çəkməyi bacarmışdı. Nelli Blay 1864-cü ildə Pensilvaniyanın cənub-qərbində atası Maykl Kokranın qurduğu Kokran Mills qəsəbəsində dünyaya gəlib.
Nelli Ciobanu
Nelly Çobanu (28 oktyabr 1974) — moldovalı müğənni. Nelly Çobanu 28 oktyabr 1974-cü ildə Moldovanın Kantemisrki şəhərində anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Moldovanı “Hora din Moldova” (Azərbaycan dilində:"Moldovan rəqsi") mahnısı ilə təmsil etmişdir. II yarımfinalda 106 xal toplayaraq 5–ci olmuş və finala keçmişdir. Finalda isə 68 xal toplayaraq 14-cü olmuşdur.
Nelli Dadaşova
Dadaşova Nelli Hacı qızı (17 avqust 1947, Bakı) — Azərbaycan kino montajçısı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2019). Dadaşova Nailə Hacı qızı 1947-ci ilin avqustun 17-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub. 1954-cü ildə Bakı şəhər 26 saylı orta məktəbə daxil olub və 1965-ci ildə bitirib. 1967—72-ci illərdə M.F.Axundov adına Pedoqoji İnstitutunun filologiya fakultəsində təhsil alıb. Nailə Dadaşova 1964-cü ilin noyabrın 20-dən C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının səs yazma sexində səs yazma texniki kimi işləməyə başalayıb. 1973-cü ildə isə kinostudiyanın montaj sexinə keçib. Dövrünün ən məşhur Azərbaycan filmləri üzərində işləyən Nailə Dadaşova tez bir zamanda adi montajçıdan ali dərəcəli kinemantajor rütbəsinə yüksəlib. Onlarla sənədli, bədii və cizgi filmini montaj edib. 2004-cü ildə isə təqaüdə çıxıb. 40 il iş təcrübəsi olan Nailə Dadaşova hələ də fəaliyyətini davam etdirir.
Cəlil
Cəlil — Azərbaycanlı kişi adı. Bu adı olan tanınmış şəxslər Cəlil Məmmədquluzadə — yazıçı, dramaturq, jurnalist, ictimai xadim. Böyük satirik Cəlil bəy Bağdadbəyov — aktyor, Azərbaycanın əməkdar artisti Cəlil bəy Sultanov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin deputatı Cəlil Sadıxov —Azərbaycanın Ukraynada ilk səfiri. Cəlil Vəzirov — teatrşünas. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Cəlil Kiyekbayev Cəlil Xəlilov Cəlil Xəlilov (geoloq) Cəlil Xəlilov (polkovnik) Cəlil Xəlilov (tərcüməçi) Cəlilzadə Cəlilov Cəlilli — Tovuz rayonunun inzibati ərazi vahidində kənd.
Cəyli
Cəyli — Azərbaycan Respublikasının Kürdəmir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Cəyli oykonimdir. Şirvan düzündədir. Boz Ulus tayfalarından cəklərin adı ilə əlaqələndirilir və etnotoponim hesab edilir. Azərbaycan dilinin bəzi dialektlərinde isə cey sözü "tayfa, nəsil" mənasında işlənir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1567 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Cəyli kənd məscidi dini icması fəaliyyət göstərir.
Dalli
Dələli
Dələli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Dələli (oyk.), (düz.) - Cəlilabad rayonunun Qarakazımlı inzibati ərazi vahidində kənd. Burovar/Buravar dağ silsiləsinin ətəyindədir. Oykonim ehtimalən türk mənşəli tele tayfasının fonetik dəyişikliyə uğramış adından və mənsubiyyət bildirən "-li" şəkilçisindən ibarətdir. Etnotoponimdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 640 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Forli
Forli — (Romangna ləhcəsi: furl, Latınca: Forum Livin) İtaliyanın Emilia-Romagna regionunun və Forli-Cesena vilayətinin mərkəzidir.
Fədai
Fədai (ərəb. الفدائي‎, əsli "fidai"dir, ərəbcədən din naminə, ideya naminə özünü qurban verən deməkdir) — əsasən Yaxın və Orta Şərqin müsəlman ölkələrinə işlədilən termindir. Fədai dedikdə sosial, sosial-dini xarakter, milli azadlıq və millətçilik xarakteri daşıyan şüarlar altında aparılan silahlı mübarizənin iştirakçısı başa düşülür. İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.111.
Fərxi
Fərxi — İranın İsfahan ostanının Xur və Biyabanək şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,600 nəfərdən ibarət idi.
Bəqli (Beqli)
Bəqli (Beqli) — Arsakda məntəqə adı. == Toponim == Kutaisi quberniyasının Şorapan qəzasında (indiki Zestafoni rayonunda) Beqlevi kənd adı . Cənub-şərqi Avropada yaşamış qıpçaqların Burcabo tayfa üç qoldan ibarət idi. Aklan, Osoluk və Beqlik. Bu kənd Beqlik qolunun adını əks etdirir. Gürcüstanda Beqlevi, Beqleti və Beqli. Ermənistanda Biqli kənd adlarında da əksini tapmışdır. Albaniyada erkən orta əsrlərdə Tatev monastırının (Zəngəzurda) adında da eb sözü iştirak edir. Qafqazın toponimiyasında Beqle, Beqli formalarındadır. XIX əsrdə İrəvan quberniyasının Novobayazid qəzasında Beqludağ, Şimali Qafqazda Dağıstan əyalətinin Dargin dairəsində Beqala-Moxi (Beqlidağ deməkdir), Batumi dairəsində Beqleti, Borcalı qəzasında Böyük Beqler və Kicik Beqler, Azərbaycanda Şamaxı rayonunda Bəklə.