Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İlqar Fəti-zadə
İlqar Fəti oğlu Fəti-zadə (30 sentyabr 1956, Kirovabad – 14 aprel 2022, Bakı) — Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini. == Həyatı == İlqar Fətizadə 1956-cı il sentyabr ayının 30-da anadan olmuşdur. 1978-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu malliyyə-statistika ixtisası üzrə bitirmişdir. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuşdur. 1980–1984-cü illərdə Azərbaycan SSR Maliyyə Nazirliyində baş iqtisadçı, şöbə rəisi vəzifələrində işləmişdir. 1988-ci ildə Maliyyə Nazirliyinin Dövlət Orqanlarının Maliyyələşdirilməsi İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. 1992-ci ilin aprel ayında Maliyyə nazirinin müavini, dekabr ayında isə Dövlət Sosial Müdafiə Fondu sədrinin birinci müavini vəzifəsinə təyin olunmuşdur. 1999-cu ildən Maliyyə nazirinin birinci müavinidir. 14 aprel 2022-ci ildə vəfat etmişdir. Ailəli idi.
Fətislam Əbilov
Fətislam “Petay” Əbiloviç Əbilov (2 (15) mart 1915, Udarne[d], Cankoi rayonu[d] – 15 avqust 2005, Jukovski, Moskva vilayəti) – İkinci Dünya müharibəsi zamanı 135-ci Atıcı Qvardiya Alayının komandanı kimi Sovet İttifaqı ordusunda xidmət etmiş və həyatının əksər hissəsində Anatoli kimi tanınan Krım tatarı olan hərbçi. O, 1990-cı ildə Sovet İttifaqı Qəhrəmanı adına alyiq görülmüşdür. O, hələ müharibə illərində bu ada iki dəfə namizəd göstərilsə də, Krım tatarı olmasına görə rədd edilmişdi. == Həyatının erkən dövrü == Əbilov 1915-ci ilin 15 martında Krım yarımadasında yerləşən Çadra Şeyx Əli kəndində anadan olmuşdur. 7 sinif məktəbdə oxuduqdan sonra metallurgiya sahəsində və dövlət fermasında traktor sürücüsü kimi çalışmışdır. 1937-ci ildə Qırmızı Ordu sıralarına daxil olmuşdur. 1939-cu ildə Tiflisdəki piyada məktəbini bitirmiş və 1942-ci ildə Kommunist Partiyasına daxil olmuşdur. == İkinci Dünya müharibəsi == Əbilov 1941-ci ildə alman hücumu başladıqdan bir müddət sonra cəbhəyə göndərilmişdir. O, bu zaman kapitan rütbəsində idi və atıcı taborun komandanının müavini vəzifəsində xidmət edirdi. 1942-ci ilin sentyabr ayında o, 1292-ci atıcı alayın komandanı təyin edildi və 1943-cü ilin 8 iyun tarixinə qədər bu vəzifədə qaldı.
Xanlar Fətiyev
Xanlar Fətiyev (15 yanvar 1972, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Gəncə Futbol Federasiyasının sədri. == Həyatı == 15 yanvar 1972-ci ildə Bakı şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin sənaye və mülki tikinti fakültəsinə daxil olub və fakültənin tam kursunu bitirib. İş fəaliyyətinə 1988-ci ildə "Azərtransqaz" nəzdində 2 saylı səyyar mexanikləşdirilmiş dəstədə fəhlə kimi başlayıb, 1990–1991-ci illərdə "Betonçu" kooperativində iqtisadiyyat və istehsalat üzrə mühəndis, 1992–1994-cü illərdə isə həmin kooperativdə sədr vəzifəsində işləyib. 1994–1997-ci illərdə "Elruz" kiçik müəssisəsində sədr, 1997–2003-cü illərdə "Avestas" firmasının baş direktoru, 2003–2004-cü illərdə "Aznur" MMC-nin baş direktoru vəzifələrində çalışıb. 2004-cü ildən bu günə kimi Gəncə avtomobil zavodunun direktoru vəzifəsində işləyir. 7 noyabr 2010-cu ildə Gəncə seçki dairəsindən Azərbaycan Respublikası Milli məclisinin deputatı seçilib. Parlamentin təhlükəsizlik və müdafiə komitəsinin üzvüdür. Ailəlidir, iki uşağı var.
Xəqani Fətiyev
Xəqani Hüseynəli oğlu Fətiyev (30 iyun 1989; Cəlilabad rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəqani Fətiyev 1989-cu il iyunun 30-da Cəlilabad rayonunun Adnalı kəndində anadan olub. Ailəli idi. Dörd övladı yadigar qaldı. == Hərbi xidməti == Xəqani Fətiyev 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Xəqani Fətiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Fətiyev sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Fətiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Fətiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəqani Fətiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
İlqar Fətizadə
İlqar Fəti oğlu Fəti-zadə (30 sentyabr 1956, Kirovabad – 14 aprel 2022, Bakı) — Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini. == Həyatı == İlqar Fətizadə 1956-cı il sentyabr ayının 30-da anadan olmuşdur. 1978-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu malliyyə-statistika ixtisası üzrə bitirmişdir. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuşdur. 1980–1984-cü illərdə Azərbaycan SSR Maliyyə Nazirliyində baş iqtisadçı, şöbə rəisi vəzifələrində işləmişdir. 1988-ci ildə Maliyyə Nazirliyinin Dövlət Orqanlarının Maliyyələşdirilməsi İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. 1992-ci ilin aprel ayında Maliyyə nazirinin müavini, dekabr ayında isə Dövlət Sosial Müdafiə Fondu sədrinin birinci müavini vəzifəsinə təyin olunmuşdur. 1999-cu ildən Maliyyə nazirinin birinci müavinidir. 14 aprel 2022-ci ildə vəfat etmişdir. Ailəli idi.
Murad Fətiyev
Murad Fətiyev (4 fevral 1999) — Azərbaycanı təmsil edən cüdoçu. == Karyerası == Karyerasının birinci uğurlarına Murad Fətiyev 2016 və 2017-ci illərdə İspaniya və Çexiyada baş tutan yeniyetmələr arasında beynəlxalq turnirlərdə bürünc medallara sahib olmaqla imza atdı. 2017-ci ilin sentyabrında isə Murad Fətiyev Sloveniyanın Maribor şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatının final görüşündə Azərbaycan nümayəndəsi Hidayət Heydərova məğlub olmaqla turniri gümüş medalla başa vurdu. 2018-ci ildə Murad Fətiyev əvvəl apreldə Rusiyanın S. Peterburq şəhərində, sonra isə Çexiyanın Praqa şəhərində baş tutan yeniyetmələr arasında beynəlxalq turnirlərdə müvafiq olaraq bürünc və gümüş medallara sahib oldu. Sentyabrda Bolqarıstanın Sofiya şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatını bürünc medalla başa vuran Murad Fətiyev 2019-cu ildən nüfuzlu beynəlxalq turnirlərdə mübarizə aparmağa başladı. 2019-cu ildə IJF Qran-Pri və Grand Slam seriyalı beynəlxalq turnirlərdə mübarizə aparsa da, ciddi uğura imza ata bilməyən Murad Fətiyev mövsüm ərzində Rusiyada Orenburg Cup turnirinin qalibi, Avstriyada Oceania Open turnirinin isə bürünc medalına sahib oldu. İyulda İtaliyanın Neapol şəhərində Universiada Oyunlarının bürünc medalına sahib olan Murad Fətiyev yeniyetmələr arasında Dünya Çempionatında bürünc medal uğrunda görüşdə məğlub olaraq turniri beşinci pillədə başa vurdu. Murad Fətiyev 2020-ci il ərzində beynəlxalq turnirlərdə uğura imza ata bilmədi və mövsüm ərzində onun ən yaxşı nəticəsi noyabrda Çexiyanın Praqa şəhərində baş tutan Avropa Çempionatını yeddinci pillədə başa vurmaq oldu. 2021-ci il isə Murad Fətiyev üçün uğurlu mövsüm oldu. Martda Tbilisidə, apreldə Antalya, mayda isə Kazanda baş tutan IJF Grand Slam beynəlxalq turnirlərinin üçündə də bürünc medala sahib olan Murad Fətiyev IJF olimpiya reytinq cədvəlində mövqeyini yaxşılaşdırdı və olimpiya lisenziyasına sahib oldu.
FƏTH
Əl-Fətih (Hərəkat əl-Tahrir əl-Vətəni əl-Fələstini, Fələstin Milli Qurtuluş Hərəkatı), Yasər Ərafatın öndərliyində 1959-da qurulan Fələstin mənşəli müqavimət təşkilatı və Fələstin Milli Rəhbərliyindəki iqtidar partiyası. 1968-ci ildəki Karaməh müqavimətiylə önə çıxan və Fələstin Qurtuluş Təşkilatı içində təsirli olan təşkilatdır. El-Fətihin içindən 1971-də Əbu Əli Əyadın öldürülməsi üzərinə qopan Qara Sentyabr adındakı qrup, 1972-ci ildə edilən Münhendə keçirilən Olimpiada Oyunlarında əsir götürdükləri 11 İsrailli idmançı Almaniyanın səhv əməliyyatı əsnasında ölmüşdür.
Amor fati
Amor fati — latınca tale sevgisi və ya birinin taleyinə duyduğu sevgi kimi tərcümə olunan ifadə. Bu ifadənin özündə ehtiva etdiyi yanaşma tərzinə əsasən həyatda insanın başına gələn hər bir şey, hətta iztirab və itki belə mühüm əhəmiyyət daşıyır. Amor fati Nitsşenin ədəbi təkrarlanma adı verilən konsepsiyası ilə bağlıdır. Onun fikrincə, hər şey sonsuz bir zaman müddətində sonsuz sayda yenidən təkrarlanır. Buradan da o, özünə ucsuz-bucaqsız zaman ərzində eyni həyatı olduğu kimi təkrar-təkrar yenidən yaşamaq arzusunu aşılayır (...bu əbədi təsdiqlənmədən və damğadan başqa heç nəyi belə atəşli dərəcədə arzulamamaq). == Nitsşe == Amor fati konsepsiyası Epiktetin adı, eləcə də Mark Avrelinin yazıları ilə (o, latınca yox, yunanca yazdığından yazılarında bu sözləri işlətməmişdi) əlaqələndirilsə də, ən geniş ifadəsini Nitsşedə tapdı. Tale sevgisi onun fəlsəfəsinin mərkəzində yer alırdı. O, "Ecce Homo" əsərinin "Niyə belə ağıllıyam?" adlı 10-cu hissəsində belə yazır: Bu ifadəyə Nitsşenin başqa əsərlərində də rast gəlinir. "Şən elm" əsərinin 276-cı hissəsində o, həyata olan ümumi münasibətini belə ifadə edir: Nitsşe "hə" deyən ifadəsini hər hansı siyasi və ya sosial vəziyyətlə bağlı işlətmir. O, burada xoşagəlməz reallığı qəbul edə bilən insana istinad edir.
Ansu Fati
Anssumane Fati Viyera — (isp. Anssumane Fati Vieira; 31 oktyabr 2002, Bisau) — La Liqa təmsilçilərindən olan Barselona klubunun hücumçu kimi çıxış edən peşəkar İspaniya futbolçusudur. == Erkən illər və şəxsi həyat == Bissauda anadan olan Fati, altı yaşında böyük qardaşı Braimanın Sevilla ilə müqavilə bağladıqdan sonra, ailəsi ilə birlikdə Herrera'ya köçdü.
Belqradın fəthi
Belqradın fəthi — Macarıstan krallığının nəzarəti altında olan Belqrad şəhəri və şəhər qalası 1521-ci ilin 29 avqust tarixində fəth edilmişdir. 1520-ci ildə hakimiyyətə gələn Sultan Süleyman Qanuni hakimiyyətinin 8-ci ayında Belqrad səfərinə çıxmaq barədə qərar qəbul etdi. Bu dövrdə Müqəddəs Roma imperiyasının imperatoru Carls Quint Avropada xristanlığın mövqeyini gücləndirmək üçün Macarıstan kralı II Luis ilə əlaqələrini gücləndirmişdi. Sultan Süleyman Qanuni özünə qarşı Avropada böyük bir ittifaq yaranmadan hücumu keçmək istəyirdi. Macarıstan krallığı həmin dövrdə indiki Macarıstanla yanaşı Erdel, Slovakiya, Belqrad, Burqenland və Ukraynanın bir qismini əhatə edirdi. Macarıstan krallığı özünün intibah dövründə sərhədlərini Venesiya şəhərinə qədər genişləndirmiş, hətta Almaniya imperiyasının tacına belə sahib olmuşdu.Sultan Süleyman Qanuni səfər hazırlıqlarını tamamladıqdan sonra adətə uyğun olaraq atası I Səlimin və babası II Bəyazidin məzarların ziyarət etdi. Sultan Süleyman Qanuni 1521-ci ilin 18 may tarixində Topqapı Sarayından rəsmi mərasimdən sonra yola düşdü. Osmanlı qoşununu 3 min barut və mərmi yüklü dəvə, Dunay çayı boyunca hərəkət edən 400 döyüş gəmisi müşahidə edirdi. Rumeli Bəylərbəyi Əhməd Paşa Böğürdələn Qalasını fəth etmək üçün mərkəzi qoşundan ayrıldı. 7 iyun tarixində Əhməd Paşa Böğürdələn Qalasını fəth etdi.
Böyük Kəti
Böyük Keyti — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km məsafədə yerləşir. 1937-ci ilə qədər Leninakan rayonunun tabeliyində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Keyti, Kaytı olmuşdur. Toponim türk dilində «meşəsiz dağ yamacının gün düşən tərəfi» mənasında işlənən kət və fərqləndirici əlamət bildirən «böyük» sözlərindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Keti qoyulmuşdur.
Fəri Cansel
Feri Cansel (7 iyul 1944, Lefkoşa – 2 sentyabr 1983, İzmir) – Türkiyə aktrisasıdır. Erotik filmlərdə populyarlıq baxımından Zerrin Egeliler, Arzu Okay, Zerrin Doğan, Figen Han kimi aktrisalar sırasındadır. Feri Cansel aktrisa olan Zümrüt Canselin anasıdır. == Həyatı == Feri Cansel 7 iyul 1944-cü ildə Türkiyənin Lefkoşa (Nikosiya) şəhərində doğulmuşdur. Bir müddət sonra ailəsi ilə birgə Böyük Britaniyaya köçmüşdür. Türkiyəyə gələndən sonra asan iş tapmaq üçün saxta evlilik edir. 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində bir sıra filmlərə rol aldıqdan sonra bir çox erotik məzmunlu filmlərdə iştirak edərək populyarlıq qazanır. Əsasən, bu janrlı filmlərdə 1974-1978-ci illər arası iştirak edir. Feri Cansel 1983-cü ildə nişanlısı Melik Ük tərəfindən öldürülmüşdür.
Fəth Surəsi
48-ci surə
Fəthi Burnaş
Fəthilisalam Burnaşev (tam adı: Fəthilisalam Zakir oğlu Burnaşev, Фәтхелислам Закир улы Бурнашев, Фатхелислам Закирович Бурнашев; təxəllüsü: Fəthi Burnaş, Фәтхи Бурнаш, Фатхи Бурнаш; 13 yanvar 1898, Kır Bikşege[d], Çuvaşıstan MSSR[d] – 1 avqust 1942 və ya 1946, Kuybışev) — tatar əsilli SSRİ dramaturqu, şairi, nasiri, publisisti, tərcüməçisi, teatr aktyoru və ictimai xadimi. == Həyatı == Fəthilisalam Zakir oğlu Burnaşev 13 yanvar 1898-ci ildə SSRİ-nin respublikalarından olan RSFSR-nın daxilindəki Çuvaşıstan Muxtar Sovet Sosialist Respublikasının Batır rayonunun Kır Bikşege kəndində anadan olmuşdur. O, Kazan şəhərinə köçmüş və mədrəsədə təhsil almışdır. 1919-cu ildə RKP (b) üzvü olmuşdur. Oktyabr inqilabından sonra yazıçı və ictimai xadim olaraq fəaliyyət göstərməyə başlamışdır. O bir neçə tatardilli qəzet və jurnallarının tərtbatçısı və redaktoru olmuşdur. Bunlardan biri də «Çayan» («Чаян», «Skorpion») jurnalıdır. Fəthi Burnaş Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir. O, 1927–1928-ci illərdə Kazan şəhərindəki Əliəsgər Kamal adına Tatar Dövlət Akademik Teatrının rəhbəri idi. Fəthi Burnaş 24 avqust 1940-cı ildə repressiyaya məruz qalmışdır.
Fəthi Gədikli
Fəthi Gədikli (türk: Fethi Gedikli; (doğumu: 5 yanvar 1960) – Türkiyə hüquqçusu, hüquq elmləri doktoru, professor, diplomat. == Həyatı == Fəthi Gədikli 5 yanvar 1960-cu ildə Türkiyənin Akçaabat bölgəsinin Kuruçam kəndində doğulmuşdur. İbtidai və orta məktəbi doğulduğu kənddə tamamladıqdan sonra, 1979-1980-ci illərdə Hacettepe Universitetində ingiliscə hazırlıq, 1984-cü ildə İstanbul Universitetində hüquq fakültəsini bitirmişdir. === Ailəsi === Evlidir, üç övlad atasıdır. == Fəaliyyəti == 1988-1989-cu illərdə İngiltərənin Birmingham və London Universitetlərində bir il, 1992-ci ildə Misirin Qahirə Universitetində 10 aya yaxın bir müddətdə araşdırma aparmışdır. 1985-ci ildə Mərmərə Universiteti Hüquq fakültəsində elmi fəaliyyətə başlamışdır. 1989-cu ildə elm mütəxəssisi olmuş, 1996-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1998-ci ilə dosent elmi adına yiyələnmişdir. Fəthi Gədikli, 2004-cü ilin iyunundan 2007-ci ilin avqustuna qədər Azərbaycanda Mədəniyyət ve Tanıtma Müşaviri olaraq çalışmışdır. 2008-ci ildə Mərmərə Universitetində professor elmi dərəcəsi alan Fəthi Gədikli, Bakı, Astana, Almatı, Pavlodar və Leidendə mühazirələr oxumuşdur.
Fəthi Okyar
Əli Fəthi Okyar (29 aprel 1880, Pirlepe – 7 may 1943, Ankara və ya İstanbul) — Türk hərbiçisi və siyasətçisi. Cümhuriyyəti quran qabaqcıl heyət içində iştirak etmiş, Baş nazirlik və TBMM Başçılığı idarə etmişdir. Atatürkün təlimatı ilə qurulan müxalifət partiyası Sərbəst Cümhuriyyət Firqəsini idarə etmişdir. Həyatı boyunca Mustafa Kamal Atatürkün ən yaxın yoldaşlarından biri olmuşdur. == Həyatı == === Gənclik illəri === 1880-ci ildə Makedoniyada olan Pirlepedə doğulmuşdur. 1898-ci ildə Hərbiyə Məktəbinə daxil olur və 1900-cü ildə Piyada Leytenant rütbəsi ilə məzun olur. 1904-cü ildə Qərargah Kapitanı olaraq Selanikdə olan 3-cü Ordu əmrinə verildi. Burada İttihad və Tərəqqi Cəmiyyətinə qatılaraq, 1908 İnqilabını hazırlayan heyət içində iştirak etdi. 1908-ci ildə mayorluğa yüksəldilərək Selanik Jandarma Subay Məktəbi Komandirliyinə gətirildi. 12 yanvar 1909-cu ildə Paris Hərbi Attaşesi oldu.
Fəthi Xoşginabi
Xoşginabi Fəthi Həmzə oğlu (22 mart 1922, Xoşginab — 1989, Moskva) — yazıçı. == Həyatı == Fəthi Xoşginabi 22 mart 1922-ci ildə Cənubi Azərbaycanın Xoşginab kəndində anadan olub. İlk təhsilini elə doğulduğu kənddəki mədrəsədə alan Xoşginabi məktəbdə cəmi bir il təhsil ala bilmişdir. O, ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, işləmək üçün İranın bəzi şəhər və kəndlərinə gedərək orada fəhləlik etmişdir. == Fəaliyyəti == Fəthi Xoşginabi XX əsrin 40-cı illərində siyasi hərəkata qoşulmuşdur. Yazıçı 1946-cı il dekabrın 12-də siyasi mühacir kimi Sovet Azərbaycanına gəlmişdir. O, 1946–1956-cı illərdə dövlətin rəsmi mətbuat orqanı olan "Azərbaycan" qəzeti redaksiyasında ədəbi işçi, məsul redaktor kimi işləmişdir.Eyni zamanda Xoşginabi 1967–1969-cu illərdə Tacikistan Maarif Nazirliyində məmur, SSRİ EA Şərqşünaslıq İnstitutunda böyük elmi işçi vəzifələrində çalışmışdır. 1956–1958-ci illərdə Moskvada ali ədəbiyyat kursunu bitirmişdir. 1961–1964-cü illərdə Bolqarıstanın Sofiya şəhərində ideoloji işdə çalışmışdır.Fəthi Xoşginabi 1964–1967-ci illərdə İctimai Elmlər Akademiyasının aspiranturasını bitirmişdir. Yazıçı 1979-cu il İran inqilabından sonra Təbrizə köçərək, orada Azərbaycann şairlər və yazıçılar cəmiyyətini yaratmış və 1979–1980-ci illərdə onun sədri kimi fəaliyyət göstərmişdir.
Fəthi Şəqaqi
Fəthi İbrahim Əbdülləziz Şəqaqi (4 yanvar 1951, Qəzzə, Qəzzə zolağı – 26 oktyabr 1995, Slima[d]) — Fələstinli şəhid. == Həyatı == Fəthi İbrahim Əbdülləziz Şəqaqi 1951-ci ildə Fələstində dünyaya gəlmişdir. Ailəsi Zərnuqəlı idi. Zərnuqə Fələstindəki Yafaya bağlı olan kəndlərdən biridir. Şəqaqi dünyaya gəldikdən sonra ailəsi ilə birlikdə Qəzzə zolağındakı Rəfəhə köçdülər. Şəqaqi qaçqın düşərgəsində böyüdü. Hələ 15 yaşında ikən anasını itirdi. O, Bəyr Zeyt universitetinə daxil oldu və orada riyaziyyat təhsili aldı. Oranın bitirdikdən sonra Qüdsdəki məktəblərdə 4 il müəllimlik etdi. Daha sonra tibb üzrə təhsil almaq üçün Qahirəyə getdi.
Hakim fiti
Hakim fiti — idmanda, xüsusi ilə də futbolda hakimlərin istifadə etdiyi vasitə Hakim fiti XIX əsrdə İngiltərənin Birminqem şəhərindən olan usta Cozef Hadson tərəfindən icad olunub. O, çörəkpulu qazanmaq üçün cib saatlarının təmirindən tutmuş köhnə ayaqqabılara yamaq vurmağadək bir çox işlərlə məşğul olurmuş. Boş vaxtlarında isə usta öz beyninin məhsulu olan fiti hazırlamağa girişirmiş. 1860–1870-ci illərdə isə Cozef Hadson tərəfindən yüzdən çox fit düzəldilmişdi. Əfsanəyə görə fit ilk dəfə "Nottinqem Forest" və "Şeffild" komandaları arasında keçirilən oyunda istifadə olunub. Bayraqlardan yorulan hakim fitdən istifadə etmək qərarına gəlib. Qeyd edək ki, hakimlər üçün fit ilk dəfə "Cozef Ko" şirkəşti tərəfindən istehsal olunub. Ən güclü fit modeli isə 1989-cu ildə bu şirkət tərəfindən istehsal olunan "Tornado T2000" fitidir.
Kiçik Kəti
Kiçik Kəti - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən «kiçik» sözünün türk dilində «dağın gün düşməyən tərəfi» mənasında işlənən kət (kat) sözünə birləşməsi əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 26.X.1946-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lernantsk, 21.X.1967-cı il fərmanı ilə yenidən dəyişdirilib Pokraşen (Kiçik kənd) qoyulmuşdur.
Konstantinopolun fəthi
Konstantinopolun süqutu (türk. İstanbul'un fethi) qərbi mənbələrdə Konstantinopolun çökməsi adlandırılır (yun. Άλωση της Κωνσταντινούπολης) — 6 aprel-29 may 1453-cü ildə baş verən mühasirənin nəticəsində Osmanlı hökmdarı II Mehmedin komandanlığındakı birliklərin Bizans İmperiyasının paytaxtı olan Konstantinopolu ələ keçirməsi.Konstantinopol əvvəllər də dəfələrlə mühasirəyə alınmışdı. VII-VIII əsrlərdə Əməvilər və Abbasilər tərəfindən şəhər mühasirəyə alındı, lakin bu mühasirələr uğursuz oldu. Osmanlılar da şəhəri daha əvvəllər mühasirəyə almışdı. Osmanlılar Mateos Kantakuzinosu Bizans İmperiyasının taxtına keçirmələrinə qarşılıq olaraq Çimpə qalasını almışdılar və Rumelidə ilk dəfə torpaq ələ keçirmişdilər. Rumeliyə keçdikdən sonra sərhədlərini genişləndirən Osmanlı ilk dəfə 1395-ci ildə I Bəyazidin komandanlığı altında Konstantinopolu mühasirəyə aldı. Bəzi mənbələrdə 1391-ci ildə baş verən fərqli bir mühasirədən də bəhs edilir. I Bəyazidin mühasirəsində mancanaqlardan istifadə edilmişdi. Mühasirə vaxtında Macarıstan krallığı indiki Bolqarıstan ərazisinə hücum etdi və mühasirə başa çatdı.
Maskatın fəthi
Maskatın fəthi — Admiral Piri Rəisin komandanlığı altında Osmanlı ordusunun və donnanmasının hərbi əməliyyatı. Ədənin alınması ilə yanaşı, Osmanlı-Portuqaliya müharibəsi (1538-1557) müharibəsi zamanı əsas hadisələrdən biri. Piri rəisin komandanlığı altında olan bu qələbə Portuqaliyanın Hind okeanın şimal-qərb sahilində möhkəmlənməsinin qarşısını aldı. == Tarixi == XV əsrin sonlarındakı böyük coğrafi kəşflər, Portuqaliya zadəganlarının və ticarət elitassının güclü fəaliyyəti nəticəsi Portuqaliya dəniz imperiyasının yaradılmasına səbəb oldu. İnfant Gəmiçi Henri tez-tez Portuqaliya imperiyasının qurucusu olaraq adlandırılır. Onun himayəsi altında Portuqaliyalı dənizçilər, Afrika ətrafında dəniz yolu ilə Hindistana çatmaq istəyən yeni torpaqlar kəşf etməyə başladılar. 1497–1499-cu illərdə, Afrika sahilini dolanan Vasko da Qama komandanlığında dörd gəmidən ibarət bir donnanma Hindistan sahillərinə çatdı. Portuqallar onun sahilində bir neçə ticarət məntəqəsi qurdular. Hind okeanında portuqallar Misir Məmlüklərinin maraqları ilə toqquşdular. Bu da Portuqaliya-Misir müharibəsinə gətirib çıxardı.
Məkkənin fəthi
Məkkənin fəthi (ərəbcə: فتح مكة‎) — 11 yanvar 630-cu ildə müsəlmanların, Qüreyşlilərin əlindən Məkkəni ələ keçirməsi hadisəsidir. == Fəthdən əvvəl == Bir müddət əvvəl müsəlmanlar və Məkkə paqanları ("müşriklər") arasında Hudeybiye Anlaşması imzalanmışdı. Məkkə Qureyşin müttəfiqi olan Bani Bəkir qəbiləsi, bu müqavilənin əksinə olaraq, müsəlmanların himayəsində olan Bani Huzaa qəbiləsinə hücum etdi. Məhəmməd, Məkkəyə öldürülənlərin qan qiymətinin ödənilməsi və ya Bəni Bəkir qəbiləsi ilə ittifaqa son qoyulması lazım olduğunu, əks təqdirdə Hudeybiya müqaviləsinin pozulduğunu və döyüşməyə məcbur olacağını xəbər verdi. Məkkə əhalisi təklifləri rədd edərək müharibəyə hazırlaşacaqlarını elan etdilər.Məkkə müşrikləri sonradan fikirlərini dəyişdirərək Əbu Süfyanı müsəlmanları bir barışığa inandırmaq üçün Mədinəyə göndərdilər. Ancaq danışıqlardan heç bir nəticə alınmadı. == Fəth == Məhəmməd hicrətin 8-ci ilində, 13-cü Ramazan ayında 10 min nəfərlik bir ordu ilə Mədinədən ayrıldı. Məhəmməd ordusunu 4 qola böldü və ordusuna belə bir əmr verdi: "Sizə qarşı çıxmayınca, sizə hücum edilməyəcək, heç kimlə döyüşməyəcəksiniz, kimsəni öldürməyəcəksiniz." Məhəmməd hərəkət etməyi əmr etdi və Fəth surəsini oxuyaraq Məkkəyə daxil oldu. 3 qol heç bir müqavimətlə qarşılaşmadığı halda Xalid bin Vəlidin rəhbərliyindəki 4 qol İkrima bin Əbu Cəhilin rəhbərliyindəki kiçik bir hücumu dəf etdi. Əfv elan olunduğunu və Əbu Süfyana bildirdiyinə görə heç kimə toxunulmayacağını bildirdi.
Məti Osmanoğlu
Məti Osmanoğlu — Azərbaycan yazıçısı, publisisti və ədəbiyyatşünası, "Yol" qəzetinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü. === Həyatı === Məti Osman oğlu Bayramlı 1958-ci il yanvarın 5-də (rəsmi sənədlərinə əsasən iyulun 1-də) Qazax rayonunun Sadıqlı kəndində (hazırda Ağstafa rayonunun inzibati ərazisinə daxildir) kolxozçu ailəsində anadan olub. === Təhsili === 1965-1975-ci illərdə Sadıqlı kənd orta məktəbində, 1975-1980-ci illərdə Bakı Dövlət Universitetinin (o vaxt Azərbaycan Dövlət Universiteti) filologiya fakültəsində təhsil alıb. Universiteti bitirəndən sonra təyinatla Balakən rayonunda müəllimlik edib. 1983-cü ildə Azərbaycan ədəbiyyatı tarixi ixtisası üzrə Bakı Dövlət Universitetinin qiyabi aspiranturasına daxil olub, Azərbaycan Yazıçılar Birliyinin orqanı “Ulduz” jurnalının redaksiyasında işləməyə başlayıb. == Fəaliyyət == 1987-ci ildə təsis edilmiş “Gənclik”-“Molodost” jurnalının ilk əməkdaşlarından olub. İki dildə nəşr edilən jurnal az vaxt ərzində böyük oxucu marağı cəlb edərək ölkənin ən populyar nəşrlərindən birinə çevrilib. 1989-cu ildə böyük dilçi alim və ictimai xadim Aydın Məmmədov onu yeni təşkil olunan Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə dəvət edib. Burada baş elmi işçi, şöbə müdiri və mərkəzin təsis etdiyi “Yol” ədəbiyyat qəzetinin baş redaktoru vəzifələrində çalışıb. Mərkəzin qurucusu Aydın Məmmədovun faciəli ölümündən sonra oradakı vəzifəsindən istefa verərək qısa müddət Azərbaycan Milli Məclisinin “Demokratik Azərbaycan” fraksiyasının “Müxalifət” qəzetində çalışıb (yanvar-iyun 1992) və buradan Azərbaycan Dövlət Teleradio Verilişləri şirkətinə “Uşaq, gənclər və maarifçilik” studiyasının baş direktoru vəzifəsinə dəvət olunub.
Qəmgin Fəzi
Qəmgin Fəzi (1912, Daşkənd, Yeni Bəyazid qəzası – 2000, Yeni Daşkənd, Bərdə rayonu) — azərbaycanlı şair, II Dünya müharibəsi iştirakçısı. == Həyatı == Kərimov Fəzi Məşədi Qasım oğlu 1912-ci ildə Göyçə mahalınının Daşkənd kəndində anadan olub. Atası Məşədi Qasım (1863–1921) Göyçə mahalında çox hörmətli, adlı-sanlı şəxsiyyətlərdən və həmçinin 1918-ci ildə erməni daşnaklarının hücumlarına qarşı xalqı səfərbər edən igidlərdən olmuşdur.Məşədi Qasım Göyçə mahalındakı döyüşlərdən sonra ailəsi ilə birlikdə Qarabağa gəlmiş, Laçınlı Sultan Bəyin silahdaşı olmuş və erməni millətçilərinə qarşı qəhrəmanlıqla vuruşmuşdur. Bir neçə il Sultan Bəy tərəfindən onun adına verilmiş Ağdamın Qasımlı kəndində yaşadıqdan sonra 1921-ci ildə orada vəfat etmiş və orada da dəfn olunmuşdur. Fəzi uşaq ikən ata və anasını itirdikdən sonra əmisi Kərbəlayi Əmrah qardaşı uşaqlarını doğma ata-baba yurdu olan Göyçəyə aparmışdır. Hələ uşaqkən Fəzi dini çox dərin mənimsəmiş və şeirlərində də bunları çox aydın şəkildə ifadə etmişdir. Qəmgin Fəzi Aşıq Ələsgər ocağı ilə dostluq etmiş, qohumluğu da olmuşdur. 1941/45-ci illərdə Böyük Vətən müharibəsində topçu komandiri olmuş, orden və medallarla təltif olunmuşdur. 1953-cü ildə bir çox göyçəlilər kimi o da Bərdədə məskunlaşmalı olub. Üç oğlunun vaxtsız vəfatı, oğlu Yasifin Qarabağda (22.08.1992) şəhid olması ilə əlaqədar "Qəmgin" təxəllüsü ilə şeirlər yazıb.
Rodos fəthi
Rodosun tutulması — Rodos adasının 1522-ci ildə Osmanlı donanması tərəfindən tutularaq Osmanlı imperiyasının ərazisinə qatılmasını ifadə edən tarixi hadisə. Rodosun fəth olunmasından sonra bu adada fəaliyyət göstərən Malta cəngavərləri adlı orden Maltada yerləşən Malta cəngavərlərinin yanına qaçmışdılar. Malta cəngavərlərinin oxçuları Osmanlı ordusuna ciddi zərbə endirmişdilər. Osmanlı qoşunlarının kütləvi şəkildə döyüşçülərinin itirməsinin əsas səbəbi də oxçular olmuşdur. Rodosun fəth olunması Osmanlı imperiyasının Aralıq dənizinə nəzarət etməsini asanlaşdırmışdır. Sultan Süleyman Qanuniyə qədər II Mehmed adada yerləşən qalanı mühasirəyə alsa da əlverişsiz vəziyyət səbəbindən geri çəkilmişdir. I Səlim öz vəziri Piri Mehmet Paşanın təkidlərinə baxmayaraq ada üzərinə qoşun göndərməkdən imtina etmişdir.
Rodosun fəthi
Rodosun tutulması — Rodos adasının 1522-ci ildə Osmanlı donanması tərəfindən tutularaq Osmanlı imperiyasının ərazisinə qatılmasını ifadə edən tarixi hadisə. Rodosun fəth olunmasından sonra bu adada fəaliyyət göstərən Malta cəngavərləri adlı orden Maltada yerləşən Malta cəngavərlərinin yanına qaçmışdılar. Malta cəngavərlərinin oxçuları Osmanlı ordusuna ciddi zərbə endirmişdilər. Osmanlı qoşunlarının kütləvi şəkildə döyüşçülərinin itirməsinin əsas səbəbi də oxçular olmuşdur. Rodosun fəth olunması Osmanlı imperiyasının Aralıq dənizinə nəzarət etməsini asanlaşdırmışdır. Sultan Süleyman Qanuniyə qədər II Mehmed adada yerləşən qalanı mühasirəyə alsa da əlverişsiz vəziyyət səbəbindən geri çəkilmişdir. I Səlim öz vəziri Piri Mehmet Paşanın təkidlərinə baxmayaraq ada üzərinə qoşun göndərməkdən imtina etmişdir.
Tunisin fəthi
1574-cü ildə Osmanlı imperiyası tərəfindən Tunisin fəthi — Şimali Afrikada müsəlman Osmanlı imperiyası ilə Habsburq İspaniyası arasındakı qarşıdurmada əsas məqam. Tunisin fəthi Osmanlı imperiyasının şərqi və mərkəzi Məğribdə hakim dövlət olmasına gətirib çıxardı. == Tarixi == Osmanlı donanması 1534-cü ildə Xeyrəddin Barbarossanın komandanlığı ilə İtaliya limanlarına basqınlar həyata keçirdi. Həmin ildə Barbaros Tunisi ələ keçirdi. Ancaq səlibçilərin donanmasının təzyiqi qarşısında Tunisdən çıxmaq məcburiyyətində qaldı. 1536-cı ildə daha güclü bir donanmayla İtaliya limanlarına basqın etdi. 1536-cı ildə Egey dənizindəki Venesiya koloniyalarını Osmanlı topraqlarına qatdı. Bundan qəzəblənən Müqəddəs Roma İmparatoru V Karl türklərə qarşı səlib yürüşü elan etdi. 14 İyul 1535-ci ildə La Gulette qalasını ələ keçirərək türkləri ordan qovdu. 21 iyulda ispanlar Tunis şəhərinə girərək orada 60 min sakinin öldüyü qırğın törətdilər.
Çörəyin Fəthi
Çörəyin Fəthi (fr. La Conquête du Pain; rus. Хлѣбъ и воля) və ya Çörək kitabı — rus anarxo-kommunisti Peter Kropotkinin 1892-ci ildə yazdığı kitab. Əsl olaraq fransız dilində yazılmış, ilk dəfə anarxist Le Révolté jurnalında bir sıra məqalələr şəklində üz göstərmişdir. İlk olaraq Parisdə, adını da təklif edən Elis Reclusun ön sözü ilə nəşr edilmişdir. Kitab 1892–1894-cü illərdə Kropotkinin həmtəsisçisi olduğu Londonda yerləşən Freedom adlı bir dərgi vasitəsilə yayımlanmışdır. Əsərdə Kropotkin, feodalizm və kapitalizm, iqtisadi sistemlərinin qüsurlarını yoxsulluq və qıtlığda necə inkişaf etdiklərini və yaranmış vəziyyəti necə saxladıqlarını izah edir. O, qarşılıqlı yardım və könüllü əməkdaşlığa əsaslanan mərkəzləşdirilməmiş bir iqtisadi sistem təklif edir və bu cür təşkilatlanma meyllərinin həm təkamüldə, həm də insan cəmiyyətində mövcud olduğunu faktlarla ortaya qoyur. Çörəyin Fəthi siyasi anarxist ədəbiyyat da bir klassikə çevrilmişdir. Kitab həm İspaniya Vətən Müharibəsi, həm də İşğal hərəkatı dövründə çox təsirli bir vasitə idi.
İstanbulun fəthi
Konstantinopolun süqutu (türk. İstanbul'un fethi) qərbi mənbələrdə Konstantinopolun çökməsi adlandırılır (yun. Άλωση της Κωνσταντινούπολης) — 6 aprel-29 may 1453-cü ildə baş verən mühasirənin nəticəsində Osmanlı hökmdarı II Mehmedin komandanlığındakı birliklərin Bizans İmperiyasının paytaxtı olan Konstantinopolu ələ keçirməsi.Konstantinopol əvvəllər də dəfələrlə mühasirəyə alınmışdı. VII-VIII əsrlərdə Əməvilər və Abbasilər tərəfindən şəhər mühasirəyə alındı, lakin bu mühasirələr uğursuz oldu. Osmanlılar da şəhəri daha əvvəllər mühasirəyə almışdı. Osmanlılar Mateos Kantakuzinosu Bizans İmperiyasının taxtına keçirmələrinə qarşılıq olaraq Çimpə qalasını almışdılar və Rumelidə ilk dəfə torpaq ələ keçirmişdilər. Rumeliyə keçdikdən sonra sərhədlərini genişləndirən Osmanlı ilk dəfə 1395-ci ildə I Bəyazidin komandanlığı altında Konstantinopolu mühasirəyə aldı. Bəzi mənbələrdə 1391-ci ildə baş verən fərqli bir mühasirədən də bəhs edilir. I Bəyazidin mühasirəsində mancanaqlardan istifadə edilmişdi. Mühasirə vaxtında Macarıstan krallığı indiki Bolqarıstan ərazisinə hücum etdi və mühasirə başa çatdı.
FETÖ
Gülənçilik (türk. Gülen hareketi) və ya "Gülən camaatı" (türk. Gülen cemaati) və ya "Xidmət hərəkatı" (türk. Hizmet hareketi) — fəaliyyətini Türkiyə və digər ölkələrdə həyata keçirən dini-ideoloji cərəyan. == Tarixi == Gülənçilik Fətullah Gülənin başçılığı ilə 1960-cı ilin sonlarında Türkiyə Respublikasının İzmir şəhərində ortaya çıxmış, sonradan fəaliyyətlərini bütün Türkiyə ərazisində və bir sıra digər ölkələrdə həyata keçirməyə başlamışlar. Gülənçilər klassik nurçuluq içərisində meydana çıxsa da, daha sonra onlardan ayrılmış bir qoldur. Bəzən neo-nurçu cərəyanı kimi də tanınırlar. Türkiyədə baş vermiş 15 iyul hadisələrindən sonra 65-ci Türkiyə hakimiyyəti tərəfindən terror təşkilatı (Fəthullahçı terror örgütü - FETÖ) olaraq elan edilmişdir. == Mahiyyəti == Fətullah Gülən klassik nurçuların içində yetişməsinə baxmayaraq, özünü nurçu adlandırmır və bu addan da narahatlığını gizlətmir. Eyni zamanda, onun camaatı özünü "Xidmət hərəkatı" kimi təqdim edir, Səid Nursinin əsərlərindən daha çox "xoca əfəndi" adlandırdıqları Fətullah Gülənin kitablarını oxuyurlar.
Feta
Feta (yun. Φέτα — dilim, hissə) — Yunan pendiri, keçi südünün əlavə olunduğu qoyun südündən hazırlanmış ənənəvi ağ yunan pendiri. Duzlu pendir növüdür. Brınza pendiri kimi Feta pendiridə Azərbaycanda "Ağ Pendir" kimi tanınır. == Tarixi == Yunanıstanda qoyun və ya keçi südündən pendir hazırlanmasına aid sənədlər, eramızdan əvvəl 8-ci əsrə aiddir. Bizans dövründə prósphatos (Yunanca: πρόσφατος "son" və ya "təzə") adı altında qeydə alınmış və kiritlilər və fessallilər tərəfindən hazırlanmışdır. XV əsrin sonlarında Kandiyaya gələn İtalyan qonaq Pyetro Kasola burda feta pendirinin ticarətini və duzlu suda saxlaması haqqında məlumat verib. == Hazırlanması == Pendirin yaşlanma müddəti ən azı 3 aydır. Yağ tərkibi% 30 ilə% 60 arasındadır. Oxşar pendirlər Cənub-Şərqi Avropada — Yunanıstan, Bolqarıstan, Serbiya, Bosniya, Xorvatiya, Rumıniya, Aralıq dənizi ölkələrində, Orta Şərqdə — Türkiyə, İsrail və Misirdə (əsasən inək südündən hazırlanır) hazırlanır.
Fetq
Yırtıq (ing. Hernia) ― toxumanın və ya bir orqanın normal yerləşdiyi boşluğun divarından anormal formada bayıra çıxması halı.
Teti
Teti (e. ə. XXIV əsr – təq. e.ə. 2300) — Köhnə Padşahlıqnın VI sülalənin ilk hökmdarı.Təxminən e.ə 2347-2337 illər aralığında hökmdarlıq etmişdir. == Adları və ünvanları == Şəxsi ad: Teti Horus adı: Hr Sehetep Tavi Nebti adı: Sehetep Nebti Qızıl Horus: Hr nebu sema Yunan dilində adı: Othoes == Sülalə == Teti, kralın anası Seşeşetin oğludur.
Fetiş
Fetişizm (fr. fétichisme) — maddi əşyalara itaətə əsaslanan dünyagörüşüdür. Eduard Taylora görə, fetişizm animizmin bir formasıdır, fetiş isə ruhların yerləşdiyi məkandır. Birinci qənaəti dəqiqləşdirmək lazım gəlir. Çünki fetişizm əslində animizmin əşyalarla təsdiqlənməsi tələb olunan formasıdır. Müqəddəsləşdirilən bütün maddi əşyalar fetiş kimi qəbul olunurdu. Demək olar ki, dinlərin hamısında xüsusi predmetlər var ki, ona itaət və ibadət edirlər. Xristianlıqda xaç, "Bibliya" və ikona, İslamda Kəbədəki qara daş və "Quran" dindarlar tərəfindən qeyri-adilik dərəcəsinə qaldırılıb fetişləşdirilmişdir.Fetişizm Azərbaycan mifik görüşlərində özünə xüsusi yer tutur. Türk təfəküründə fetişləşən varlıqlardan ilkini odun əldə edilməsi ilə yaranmışdır. Mağaralarda qalanan ocaqlar müqəddəsləşdirilərək nəslin davamlılığını bildirmişdir.
ETİ
ETİ — 1962-ci ildə Firuz Qanadlı tərəfindən Əskişəhərdə yaradılıb. Biskvit, peçenye, keks, tort, şokolad, vafli, uşaq yeməyi və hazır ərzaq məhsulları istehsal edərək, hal-hazırda Dünya şirkətləri ilə yarışa girib. Şirkət loqosunda olaraq Het Günəş Simvolundan istifadə edir. Həmçinin şirkət, Əskişəhərsporun da baş sponsoru mövqeyindədir. == Məhsulları == Türkiyədə 1962-ci ildən bu yana ərzaq məhsulları istehsalında ilk sıralarda gələn ETİ adı ilə bütünləşmiş krekerlər və səhər yeməyi, şokoladlar və şokoladlı məmulatlar, biskvitlər və vaflilər, körpə məhsulları ilə kekslər və tortları ilə məşhurdur. Türkiyənin ilk lifli biskviti Burçak, ilk hazır qızarmış çörəyi Etimek, ilk sənaye istehsalı tortu, ilk qablaşdırılmış piroqu Turdu, ilk qlütensiz biskviti Pronot və ilk yaş tortu Browni kimi məhsullarla ilklərə imza atıb. 1970-ci illərdə nəşr olunan ETİ reklamındakı Oqtay Tem tərəfindən bəstələnən "Bir Sirrim Var" mahnısı ilə ETİ məhsulları məşhurluğunu daha da artırmışdır.
Elis Feyi
Alice Faye (5 may 1915[…], Nyu-York, Nyu-York ştatı – 9 may 1998[…], Ranço-Miraj[d], Kaliforniya) Amerikalı məşhur müğənni və aktrisadır. İlk filmləri 20th Century Fox şirkəti tərəfindən hazırlanmış, daha sonra digər film istehsalçısı olan şirkətlərinin filmlərində görünmüşdür. 1943-cü ildə ifa etdiyi "You'll Never Know" ("Heç vaxt bilməyəcəksiniz") mahnısı ona Akademiya mükafatı gətirdi. Dövrün uşaq aktyoru Şirli Templ ilə baş rolda oynadığı 1936-cı il istehsalı olan "Poor Little Rich Girl" ("Yoxsul Kiçik Zəngin Qız") filmi ilə məşhurluq qazanmış Alice Faye 5 may 1915-ci ildə New York şəhərində anadan olub və 9 may 1998-ci ildə Kaliforniyada 83 yaşında mədə xərçəngindən vəfat etmişdir.
Feri Cansel
Feri Cansel (7 iyul 1944, Lefkoşa – 2 sentyabr 1983, İzmir) – Türkiyə aktrisasıdır. Erotik filmlərdə populyarlıq baxımından Zerrin Egeliler, Arzu Okay, Zerrin Doğan, Figen Han kimi aktrisalar sırasındadır. Feri Cansel aktrisa olan Zümrüt Canselin anasıdır. == Həyatı == Feri Cansel 7 iyul 1944-cü ildə Türkiyənin Lefkoşa (Nikosiya) şəhərində doğulmuşdur. Bir müddət sonra ailəsi ilə birgə Böyük Britaniyaya köçmüşdür. Türkiyəyə gələndən sonra asan iş tapmaq üçün saxta evlilik edir. 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində bir sıra filmlərə rol aldıqdan sonra bir çox erotik məzmunlu filmlərdə iştirak edərək populyarlıq qazanır. Əsasən, bu janrlı filmlərdə 1974-1978-ci illər arası iştirak edir. Feri Cansel 1983-cü ildə nişanlısı Melik Ük tərəfindən öldürülmüşdür.
Fethi Okyar
Əli Fəthi Okyar (29 aprel 1880, Pirlepe – 7 may 1943, Ankara və ya İstanbul) — Türk hərbiçisi və siyasətçisi. Cümhuriyyəti quran qabaqcıl heyət içində iştirak etmiş, Baş nazirlik və TBMM Başçılığı idarə etmişdir. Atatürkün təlimatı ilə qurulan müxalifət partiyası Sərbəst Cümhuriyyət Firqəsini idarə etmişdir. Həyatı boyunca Mustafa Kamal Atatürkün ən yaxın yoldaşlarından biri olmuşdur. == Həyatı == === Gənclik illəri === 1880-ci ildə Makedoniyada olan Pirlepedə doğulmuşdur. 1898-ci ildə Hərbiyə Məktəbinə daxil olur və 1900-cü ildə Piyada Leytenant rütbəsi ilə məzun olur. 1904-cü ildə Qərargah Kapitanı olaraq Selanikdə olan 3-cü Ordu əmrinə verildi. Burada İttihad və Tərəqqi Cəmiyyətinə qatılaraq, 1908 İnqilabını hazırlayan heyət içində iştirak etdi. 1908-ci ildə mayorluğa yüksəldilərək Selanik Jandarma Subay Məktəbi Komandirliyinə gətirildi. 12 yanvar 1909-cu ildə Paris Hərbi Attaşesi oldu.
Filipp Peti
Filipp Peti (fr. Philippe Petit; 13 avqust 1949) — fransız kəndirbazı. 7 avqust 1974-cü ildə Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin ən yüksək nöqtəsində Şimal və Cənub bürclərində 400 metr hündürlükdə kəndir üzərində gəzmişdir. 2015-ci ildə onun həyatından bəhs edən Gəzinti filmi çəkilmişdir. Filmdə Filipp Petinin obrazını kinoaktyor Cozef Qordon-Levitt canlandırmışdır. == Filmoqrafiya == Gəzinti (film, 2015) == Xarici keçidlər == Columbia Artists Management Inc. — Philippe Petit MSA — The Man Who Walked Between The Towers. Co-produced by Michael Sporn Animation and Weston Woods Studios Philippe Petit Signature visible in the 1980s photos of Philippe Petit crossing the Twin Towers along with others Philippe Petit: The journey across the high wire, TED2012, Filmed Mar 2012, Posted may 2012.
Fransua Peti
Fransua Peti (fr. François Petit) – Fransız əsilli Amerika aktyoru və döyüş sənətləri ustasıdır.. Fransua keçmiş fransız hərbi qüvvələrin zabiti olub. Cüdoda 3-cü, Qosindo Ciu-Citsuda 8-ci, Karate-doda 7-ci dərəcə qazanmışdır. Həmçinin, Kay Den-Sixan tutuluna sahibdir. Bu titul Yaponiyada ən böyük döyüş sənətləri ustasına verilir. Əvvəllər Nincitsu il məşğul olmuşdur.