Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fasil-Gebbi
Fasil-Gebbi və ya Kral tikilisi (amh. ፋሲል ግቢ — Fasil Ghebbi) — Efiopiyanın Qondar şəhərindəki qala dağıntılarıdır. 17-ci əsrdə İmperator Fasiledes (Fasil) tərəfindən qurulmuşdu və Efiopiya imperatorlarının evi idi. Unikal memarlığı Nubiya üslubları da daxil olmaqla müxtəlif təsirləri nümayiş etdirir. Ərazi 1979-cu ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Gebbi amhar dilində bir tikili və ya əlavə üçün istifadə olunur.Kompleksə Fasiledes qalası, I İyasu sarayı, III Devit salonu, ziyafət salonu, tövlələr, İmperatriçə Mentevab qalası, bir dəftərxana, kitabxana və üç kilsə daxildir. == Tarix == Fasil-Gebbinin mənşəyinə, Efiopiya imperatorlarının əmlaklarını gəzib kəndlilərin məhsullarından yayınmaq və çadırlarda məskunlaşmaq kimi köhnə ənənələrində rast gəlmək olar. Bu əlaqəni əks etdirərək məntəqə tez-tez katama ("düşərgə" və ya "möhkəmləndirilmiş qəsəbə") və ya I Baida Məryəmin Kral salnaməsindəki imperiya düşərgəsinə tətbiq olunan makkababya adı ilə anılır.İmperator Fasiledes bu köçərilik ənənəsini pozdu və Qondar şəhərini özünün paytaxtı olaraq qurdu. Şəhərin nisbi-daimi olması onu tarixən əhəmiyyətli edir. İmperator paytaxtda Fasil Qemb və ya Fasiledes qalasının inşa edilməsini əmr etdi.
Fasil-Qebbi
Fasil-Gebbi və ya Kral tikilisi (amh. ፋሲል ግቢ — Fasil Ghebbi) — Efiopiyanın Qondar şəhərindəki qala dağıntılarıdır. 17-ci əsrdə İmperator Fasiledes (Fasil) tərəfindən qurulmuşdu və Efiopiya imperatorlarının evi idi. Unikal memarlığı Nubiya üslubları da daxil olmaqla müxtəlif təsirləri nümayiş etdirir. Ərazi 1979-cu ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Gebbi amhar dilində bir tikili və ya əlavə üçün istifadə olunur.Kompleksə Fasiledes qalası, I İyasu sarayı, III Devit salonu, ziyafət salonu, tövlələr, İmperatriçə Mentevab qalası, bir dəftərxana, kitabxana və üç kilsə daxildir. == Tarix == Fasil-Gebbinin mənşəyinə, Efiopiya imperatorlarının əmlaklarını gəzib kəndlilərin məhsullarından yayınmaq və çadırlarda məskunlaşmaq kimi köhnə ənənələrində rast gəlmək olar. Bu əlaqəni əks etdirərək məntəqə tez-tez katama ("düşərgə" və ya "möhkəmləndirilmiş qəsəbə") və ya I Baida Məryəmin Kral salnaməsindəki imperiya düşərgəsinə tətbiq olunan makkababya adı ilə anılır.İmperator Fasiledes bu köçərilik ənənəsini pozdu və Qondar şəhərini özünün paytaxtı olaraq qurdu. Şəhərin nisbi-daimi olması onu tarixən əhəmiyyətli edir. İmperator paytaxtda Fasil Qemb və ya Fasiledes qalasının inşa edilməsini əmr etdi.
Diskretlik (fasiləlilik).
Diskretlik (fasiləlilik)- Yerdə həyat diskret formalarda təzahür edir. == Ümumi məlumat == Ümumiyyətlə orqanizm və ya bioloji sistem (növ, biogeosenoz) təklənmiş və ya fəzada məhdudlanmış halda mövcuddur. Belə ki, onlar öz aralarında sıx əlaqə və qarşılıqlı fəaliyyətdə olan, funksional bütövlük yaradan hissələrdən ibarətdir. Məsələn, istənilən növün fərdlərdən, fərdlərin orqanlardan, orqanların isə ayrı-ayrı toxuma və hüceyrələrdən təşkil olunması bizə məlumdur. Belə ki, orqanizmin quruluşunun diskretliyi onun struktur nizamlılığının əsasıdır. Bu isə, aşınmış struktur elementlərinin (molekul, ferment, hüceyrə və s.) onların yerinə yetirdikləri funksiyanı dayandırmadan yenisi ilə əvəzlənməsi yolu ilə daim özünübərpaya imkan yaradır.
Fasiləsiz nəqliyyat vasitələri
Fasiləsiz nəqliyyat vasitələri — dayanacaq yeri və zamanı göstərilməyəm nəqliyyat vasitələridir. Fasiləsiz sərnişin nəqliyyatı vasitələrinə misal olaraq eskalatorları və hərəkət edən səkiləri göstərmək olar.
Fasiləsiz təhsil
Fasiləsiz təhsil — təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri olub, mövcud təhsil standart­ları, təd­ris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əl­də edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dia­lek­tik qarşılıqlı əlaqənin təmin olunması və onun insanın bütün hə­yatı bo­yu ardıcıl davam etməsidir.[mənbə göstərin]
Fasiləsiz çəkiliş (kinematoqrafiya)
Fasiləsiz çəkiliş (ing. Continuous shot) və ya Təkkadrlı film (ing. One-shot, one shot) — yalnız bir kadrdan ibarət və ya o hissi vermək üçün hazırlanmış bədii film. == Nümunələr == === Gerçək təkkardlı === †Beş dəqiqəlik bir kadr və filmin başlıq titrləri filmin 57 dəqiqəlik kadrından əvvəl gəlir.
Peçenyenin Fasiləsiz, Mexanikləşdirilmiş İstehsalı (1989)
Peçenyenin fasiləsiz, mexanikləşdirilmiş istehsalı (film, 1989)
Çöküntütoplanmada fasilələr
Çöküntütoplanma == Dövrili­yi == Çöküntütoplanmanın dövrili­yi kəsilişlərdə eyniadlı və ya yaxın petroqrafik süxur tiplərinin dəfələrlə təkrarıdır. Dövriliyin tipləri və səbəbləri müxtəlifdir. Bunlardan biri sedimentasiyanın mövsümi dəyişkənliyidir, yəni ilin müxtəlif fəsillərində müxtəlif petroqrafik çöküntü tiplərinin çökməsidir. Belə döv­riliyin klassik nümunəsi buzlaqönü göllərin lentvari gilləridir; yay vaxtı buzlağın intensiv əriməsi fonunda daha qaba, payız-qış fəsillərində isə daha incə çöküntülər toplanır. Mövsümi təbəqəlilik humid zonaların şirinsulu göllərində çox tez-tez yaranır və kəsilişdə nazik (mm hissələri və ya bir neçə mm) gah gil və sapropel, yaxud gil və alevrit təbəqələri növbələşir. Mövsümi mikrotəbəqəlilik bəzən dəniz çöküntülərində də müşahidə edilir (müasir Qara dənizin dərinsu və qismən Xəzər dənizinin çöküntüləri). Lakin mövsümi təbəqəlilik, xüsusilə arid tipli, həm dəniz və həm də göl hövzələri (halogenez mərhələsi) üçün səciyyəvidir. Sulfat mərhələsində gilli-karbonatlı təbəqələr karbonatlı-gip­slilərlə növbələşir, belə ki, birincilərin qalınlığı mm hissələri qədər, ikincilərininki isə 1-2 mm olur (Krımda Sak və b. göllər). Halit pilləsində az qalınlıqlı karbonatlı-sulfat təbəqəcikləri (3-5 sm) halit təbəqəcikləri ilə növbələşir (Xəzəryanı çökəkliyin gölləri).
Fasiləli axsama
Fasiləli axsama (ing. intermittent cladication) – aşağı ətrafların işemiya kompleksinə aiddir. Arteriyalarda okklyuzion-stenotik dəyişikliklərlə əlaqədar aşağı ətraflarda, xüsusi ilə baldır əzələlərində yeridikdə yaranan tutmaşəkilli ağrı, qıcolma, yorğunluq hissi və əlamətlərin sakitlikdə itməsidir.
Famil
Famil — ad. Famil Ağaşov — Vətən müharibəsi şəhidi.
Fazil
Fazil — Kişi adı. Fazil İrəvani — Fazil Mustafa — Fazil Mehdiyev — Fazil MəmmədovFazil Məmmədov (neftçi alim) Fazil Məmmədov (nazir)Fazil İbrahimov — Fazil Cabbarov —DigərFazıl (əvvəlki adı: Fazil) — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.
Fosil
Fosil və ya qalıq — havayla təması birdən kəsildiyi üçün qoruna bilmiş canlı qalıqlarına verilən ümumi addır. Qabıq, sümük, diş, toxum, yarpaq ya da bir heyvan və ya bitki qalığı milyonlarla il əvvəlindəki canlı həyat haqqında məlumat verər. Qalıqları və qalıqlaşmağı araşdıran elm sahəsinə paleontologiya deyilir. Latınca fodare, qazmaq sözcüyündən törəmişdir. == Bitki qalıqları == Ümumiyyətlə sərt toxumlar və taxta qisimlər qalıqlaşmış olaraq tapılar. Çiçək və yarpaqların özləri qorunmazlar ancaq karbon təsiri onların quruluşundakı çox incə detalları dahi qorumaqdadır. == Heyvan qalıqları == Dişlər, sümüklər və qabıqlar, dəri, et/ət, kürk, tükdən daha çox rast gəlinən qalıqlardır. Ümumiyyətlə sümüklər tapılar ancaq Alyaska, Sibir kimi yerlərdə nadir olaraq bütün mamut qalığına rast gəlinmişdir. Bu bölgələrdəki donmuş heyvanlar qalıq olaraq tamamilə milyonlarla il qorunmuşdur. == Qabıqlı dəniz canlıları == Milyonlarla il əvvəl dənizlərlə qablı olan bölgələrdən su geri çəkildiyində qabıqlı dəniz canlıları palçıq, qum və palçığa basdırılmışlar.
Fəsil
Fəsil, mövsüm ya da sezon — ilin şərti olaraq bölündüyü 4 dövr. Mövsümlərin bölünməsi müxtəlif cür aparılır: Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür. Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun). == Təqvim üzrə mövsümlər == Fəsilləri dövrü belədir : qış payız yaz yay .İlin fəsilləri belə dövr edir: Qış Payız Yaz Yay .Orta en dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür.
Hasil
Hasil — vurma əməlində alınan rəqəmə deyilir. Məsələn: 6 ifadəsi 2 və 3 (həmçinin, 1 və 6) rəqəmlərinin vurulmasından, x ⋅ ( 2 + x ) {\displaystyle x\cdot (2+x)} hasili x {\displaystyle x} və ( 2 + x ) {\displaystyle (2+x)} ifadələrinin vurulmasından alınmışdır. == Xarici keçidlər == Product on Wolfram Mathworld Product at PlanetMath.org.
Basil Qeysəriyyəli
Qeysəriyyəlí Basíl (yun. Βασίλειος Καισαρείας, təqr. 330—379), Ulu Basil (Μέγας Βασίλειος) kimi də tanınır), — Kilsə yazarı və ilahiyyatçısı, üç Kappadokiyalı kilsə atalarından biri, Kilsənin müqəddəs atası. Arianlara qarşı mübarizə aparırdı. Çoxlu moizələrin və məktubların müəllifi idi. Onlardan bəziləri zamanımıza çatmamışdır. == Əsərləri == Onun əsərləri arasında homiletik (moizə) üslubda yazılanlar, xüsusi yer tutur. Bu üslubda Basil Müqəddəs kitabın Yaradılış Arxivləşdirilib 2014-06-27 at the Wayback Machine kitabının əvvəlində bəhs edilən Tanrının altı günə dünyanın yaradılmasına , «Zəbur» kitablarına, müxtəlif əxlaqi mövzular haqqında homiliyalar yazmışdır. Abidliyə həsr olunmuş əsərləri arasında "Regulae morales" (Əxlaqi qaydalar), "Asceticon mag­num sive Quaestiones" (Qısa qaydalar) kimi əsərləri vardır. Bundan başqa onun arianlığın əleyhinə yazdığı "Contra Eunomium" (Eunomiuma qarşı) əsəri və "De Spiritu Sancto" (Müqəddəs ruh haqqında) risaləsi vardır.
Fadil Vokri
Fadil Vokri (d. 23 iyun 1960 – ö. 9 iyun 2018, Priştina, Kosovo) — Kosovo Futbol Federasiyasının keçmiş prezidenti. == Vəfatı == 2018-ci ilin iyun ayının 9-da 58 yaşında ikən ürək tutmasından dünyasını dəyişmişdir. Həmin gün səhər idmanı zamanı səhhətində problem yaranan Vokri Priştina şəhərindəki xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmamışdı.
Famil Ağaşov
Famil Vüqar oğlu Ağaşov (19 sentyabr 1998, Cəlilabad – 8 noyabr 2020, Xocavənd rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Famil Ağaşov 19 sentyabr 1998-ci ildə Cəlilabad şəhərində anadan olmuşdu. 2017- ci ildə Cəlilabad şəhər 3 saylı tam orta məktəbi bitirmişdi. == Hərbi xidməti == O, 2017-ci il iyulun 28-də hərbi xidmətə göndərilmiş 2019-cu ilin yanvar ayında evə buraxılmışdı. Ağaşov Famil müddətdən artıq xidmət etmək üçün 10 noyabr 2019-cu ildə yenidən xidmət etməyə getmişdi. Ağaşov Famil Vüqar oğlu Xocavənd rayonunun Üçtəpə deyilən ərazisində aparılan döyüşlər zamanı 8 noyabr 2020-ci ildə həlak olmuşdur. == Təltifləri == Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Famil Ağaşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Famil Ağaşov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Famil Ağaşov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Famil Camalzadə
Famil Hicran oğlu Camalzadə (6 iyun 1996; Xurşud, Salyan, Azərbaycan — 5 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Famil Camalzadə 12 yanvar 1996-ci ildə Salyan rayon Xurşud kəndində anadan olub. 2002 -ci ildə M.Salmanov adına olan orta məktəbi oxuyub. 2010-ci ildə 9-cu sinifi başa vurub. O təhsilini tam başa vurmaq üçün Salyan rayon peşə liseyinə qəbul olub. 2016-cı ilin yanvarın 15-də həqiqi hərbi xidmətə çağrılıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Famil Camalzadə Füzulinin azad edilməsində savaşıb. Famil Camalzadə 2020-ci ildə oktyabrın 3-də Füzuli rayon istiqamətində gedən döyüş əməliyyatlarında döyüş taşırığını yerinə yetirərəkən düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Uzun müddət nəşi tapılmayıb. 7 Dekabr 2020-ci ildə Salyanda dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Famil Camalzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Famil Camalzadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Famil Camalzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Famil Hüseynov
Famil Ramiz oğlu Hüseynov (19 fevral 1968) — Qarabağ müharibəsi iştirakçısı. O, Qarabağ müharibəsində həlak olmuşdur. == Həyatı == Famil Hüseynov 19 fevral 1968-ci ildə Bakı şəhərində neftçi ailəsində anadan olub. O, 129 saylı orta məktəbdə təhsilini tamamladıqdan sonra 11 saylı Texniki Peşə məktəbinə daxil olur. Məzun olduqdan sonra hərbi xidmətə yollanır. Hərbi xidmətinin altıncı ayında qəza hadisəsi baş verir. Məhz bu hadisənin nəticəsində Famil əlil olur və hərbi xidmətdən Vətənə qayıdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətində kəşfiyyat-qazma idarəsində çilingər işləməyə başlayır. == Hərbi xidməti == === Qarabağ müharibəsində iştirakı === 1992-ci ildə qardaşı Fuad ilə bərabər könüllü olaraq cəbhəyə yollanmışdır. İçərisində olduğu avtomobilin minaya düşməsi nəticəsində şəhid olmuşdur.
Famil Həsənzadə
Famil Şiraslan oğlu Həsənzadə (22 mart 1994; Kəbirli, Beyləqan rayonu, Azərbaycan — 8 noyabr 2020; Sığnaq, Xocalı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Famil Həsənzadə 1994-cü il martın 22-də Beyləqan rayonunun Kəbirli kəndində anadan olmuşdur. Beyləqan rayon Kəbirli kənd orta məktəbinin məzunudur. == Hərbi xidməti == Famil Həsənzadə 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2014-cü ilin mart ayından eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət etməyə başlamışdır. Minaatan komandirləri kursunu bitirmişdir. "N" saylı hərbi hissənin minaatan taborunda minaatan komandiri vəzifəsində xidmət etmişdir. Famil Həsənzadə 2020-ci ilin sentyabrın 25-də gizirlik kursunu bitirərək "gizir" rütbəsi almışdır. Azərbaycan Ordusunun giziri olan Famil Həsənzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Zəngilanın, Cəbrayılın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Famil Həsənzadə noyabrın 8-də Şuşanın azad edilməsi gedişatında Xocalı rayonunun Sığnaq kəndində həlak olmuşdur.
Famil Həşimov
Həşimov Famil İsfəndiyar oğlu (31 dekabr 1935, Əyin, Qubadlı rayonu, Azərbaycan SSR, SSRİ – 31 dekabr 1991, Azərbaycan) — "Avanqard" qəzetinin redaktoru, Qubadlı rayon Partiya Komitəsinin katibi, Qubadlı rayon Aqrokombinatının Baş direktoru. == Həyatı == Famil Həşimov 31 dekabr 1935-ci ildə Qubadlı rayonunun Əyin kəndində anadan olmuşdur. 1942-ci ildə Əyin kənd natamam orta məktəbinə qədəm qoymuş, sonra təhsilini Qubadlı qəsəbə orta məktəbində davam etdirmiş və 1954-cü ildə orta məktəbi bitirmişdir.1955-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) İqtisadiyyat fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində yaxın qohumu Azərbaycanın xalq yazıçısı Süleyman Rəhimovun evində qalmışdır. Yazıçının evində qalması, onunla yaxından təmasda olması Famil Həşimovun sonrakı həyat və yaradıcılığına öz əhəmiyyətli təsirini göstərmişdir.1960-cı ildə Famil Həşimov ali təhsilini başa vuraraq Qubadlı rayonuna qayıdır. Həmin ildə Qubadlı Rayon Xalq Deputataları Sovetinin orqanı olan "Avanqard" qəzetində məsul katib kimi işə başlayır. 1962–1963-cü illərdə Cəbrayıl rayon Kolxoz-sovzox idarəsində təşkilatçı müfəttiş, 1963–1964-cü illərdə Zəngilan istehsalat idarəsində təşkilatçı müfəttiş, 1964-cü ildən 1966-cı ilə kimi Qubadlı Rayon Kənd Təsərrüfatı idarəsində iqtisadçı vəzifəsində işləmişdir. Harada işləmsəindən asılı olmayaraq vaxtaşırı yerli mətbuatda və respublikada dərc olunan qəzet və jurnallarda müxtəlif mövzülarda məqalələr dərc etdirmişdir.Jurnalistlik istedadı və qabiliyyəti F.Həşimovu yenidən ilk iş yeri olan "Avanqard" qəzetinə gətirdi. 1966-cı ildən 1979-cu ilə kimi – 13 il fasiləsiz olaraq "Avanqard" qəzetində redaktor vəzifəsində işlədi. O, bu müddət ərzində qəzetin yüksək ideya-siyasi səviyyədə çıxmasına nail olmaqla bərabər, gənc jurnalist kadrlarının yetişməsində də böyük səy göstərmişdir.
Famil Mehdi
Mehdiyev Famil Ağalar oğlu (Famil Mehdi; 25 dekabr 1934, Sarıhacılı, Ağdam rayonu – 29 sentyabr 2003, Bakı) — Azərbaycan şairi, tənqidçi, publisist, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1974), professor (1977). == Həyatı == Famil Mehdi 1934-cü il dekabrın 25-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Əhmədvar kənd yeddiillik məktəbini bitirib Ağdam pedaqoji məktəbində təhsil almışdır. Sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsilini davam etdirmişdir (1953–1958). Əmək fəaliyyətinə "Bakı" axşam qəzetində ədəbi işçi kimi başlamışdır (1958). ADU-nun filologiya fakültəsində aspirant (1961–1964), müəllim, baş müəllim olmuş, jurnalistika fakültəsində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində işləmişdir (1973-cü ildən). "Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Bədii yaradıcılığa 1951-ci ildə "Lenin yolu" adlı Ağdam rayon qəzetində çıxan ilk şeri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının və bəzi xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir.
Famil Mustafayev
Famil Front oğlu Mustafayev (d. 18 sentyabr 1966) — Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri == Təhsili == 1983-cü ildə orta məktəbi əla qiymətlərlə bitirmişdir. 1984–1989-cu illərdə Rusiya Federasiyasında Rostov Dövlət Universitetinin İqtisadiyyat fakültəsində siyasi iqtisad ixtisası üzrə təhsil almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə təhsil almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir. == Əmək fəaliyyəti == 1989–1992-ci illərdə Azərbaycan Texniki Universitetində “Siyasi iqtisad” kafedrasında müəllim, 1992–1994-cü illərdə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində şöbə rəisi, Sahibkarlığa Kömək Milli Fondunun direktor müavini, 1994–1996-cı illərdə “Azərbaycan İnvestisiya Şirkəti” SC-nin vitse-prezidenti, prezidenti, 1996–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsində şöbə rəisi, Milli Depozit Mərkəzinin icraçı direktoru, prezidenti, 1999–2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Milli Depozit Mərkəzinin prezidenti, 2001–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadi nəzəriyyə-2” kafedrasının baş müəllimi, 2004–2015-ci illərdə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini, 2004–2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində 0,5 ştat professoru, 2015–2016-cı illərdə Azərbaycan Respublikasının təhsil nazirinin müşaviri, 2016–2018-ci illərdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru, 2018–2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin vəzifələrini icra edən sədr müavini işləmişdir. 2019-cu ilin 21 iyun tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədridir. == İctimai fəaliyyəti == 2011–2013-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “İqtisadiyyat” elmləri üzrə ekspert şurasının üzvü, 2013-cü ilin fevral–oktyabr aylarında Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “İqtisadiyyat və Hüquq” elmləri üzrə ekspert şurasının sədri, 2013–2018-ci illərdə “İqtisadiyyat” elmləri üzrə ekspert şurasının sədri, 2017–2018-ci illərdə Təhsil Nazirliyi yanında Təhsil və Məşğulluq üzrə Daimi Şuranın sədri, 2018-ci ilin iyul-sentyabr aylarında Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının üzvü olmuşdur. == Elmi fəaliyyəti == 1998-ci ildə “Keçid dövründə çoxukladlı iqtisadiyyatın formalaşmasında özəlləşdirmənin rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək İqtisad elmləri namizədi elmi dərəcəsini almışdır. 2010-cu ildə “Transformasiya şəraitində makroiqtisadi proseslərin dövlət tənzimlənməsi problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək İqtisad üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adını, 2014-cü ildə isə professor elmi adını almışdır.
Famil İsgəndərov
Famil İsgəndər oğlu İsgəndərov (15 may 1975, Bakı – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsinin fəal iştirakçısı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh. == Həyatı == 15 may 1975-ci ildə Bakı şəhərində doğulmuşdur. 1991-ci ildə 157 saylı orta məktəbi bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 6 ay gəmi təmiri zavodunda işləyib. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır. Oxuduğu 157 saylı orta məktəb hal-hazırda onun adını daşıyır. == Ailəsi == Subay idi. == Hərbi xidməti == Famil İsgəndərov 1993-cü ildə Milli Ordu sıralarına çağırılıb. O, 6 ay Qusar rayonundakı hərbi hissədə təlim keçdikdən sonra cəbhə bölgəsinə göndərilib. == Döyüşlərdə iştirakı == Famil Ağdərə və Tərtər döyüşlərində iştirak etmiş, Murovdağın geri qaytarılması zamanı ayağından yaralanır.
Famil Şərifov
Şərifov Famil Həsən oğlu — Azərbaycanın əməkdar müəllimi, üzümçü-alim. == Həyatı == 20 noyabr 1937-ci il ildə anadan olub. 1960-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakultəsini bitirdikdən sonra Ukraynanın Xerson vilayətində aqronom işləmişdir. 1963-cü ildə üzümçülük üzrə aspiranturaya daxil olmuş və 1968-ci ildə ″Fillokseraya davamlı çalaqaltı hibridlərin öyrənilməsi″ mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında assistent, dosent, kafedra müdiri, professor vəzifələrində çalışmışdır. Pedaqoji fəaliyyətlə yanaşı o, üzümçülük sahəsində genişmiqyaslı tədqiqat işləri aparmışdır.1972-1982-ci illərdə Dövlət xətti ilə respublikanın müxtəlif rayonlarında yeni üzümlüklərin salınmasında və ümumilikdə üzümçülüyün inkişaf etdirilməsində yaxından iştirak etmişdir. Görkəmli alim F.Şərifov daim novatorluq nöqteyi-nəzərindən çıxış etmişdir. 1979-cu ildən onun üzümçülük üzrə başladığı intensiv və super-intensiv becərmə texnologiyaları sonralar genişmiqyaslı yeni və orjinal bütöv bir becərmə sistemini təşkil etmişdir. 1984-cü ildə onun super-intensiv becərmə texnologiyası əsasında becərdiyi üzümlüyün 1 hektarından 1000 sentner məhsul alınmışdır. Onun orijinal super-intensiv becərmə texnologiyası 1988-ci ildə Dövlət tərəfindən təsdiq edilmişdir (24 sentyabr, 1988-ci il).Beləliklə, Azərbaycanda və dünyada ilk dəfə hər hektar üzümlükdən 800-1000 sentner məhsul alınmasının elmi konsepsiyası hazırlanmışdır.
Famil Əhmədzadə
Famil Ağaəhməd oğlu Əhmədzadə (23 sentyabr 1975, Şaumyan rayonu – 14 oktyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, baş leytenant, tarix müəllimi. == Həyatı == Famil Əhmədzadə 23 sentyabr 1975-ci ildə Bakı şəhəri Xətai rayonunda dünyaya göz açmışdır. İbtidai təhsilə 1982-ci ildə Milli Qəhrəman Eldar Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyində başlamışdır. Famil məktəbdə ən savadlı şagirdlərdən biri olmuşdur. Elə bunun məntiqi nəticəsi kimi, o, orta məktəbi 1992-ci ildə əlaçı məzun kimi bitirmişdir. Orta məktəbi bitirən Famil, elə həmin il Azərbaycanın ilk test üsulu ilə keçirilən imtahanında iştirak etmiş, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) Politologiya ixtisasına qəbul olunmuşdur. O, akademiyanın sayılıb-seçilən tələbələrindən olub. 1997-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirmiş, hərbi kafedradan məzun olduğu üçün leytenant rütbəsi ilə məzun olmuşdur. Famil Əhmədzadə 1997-ci ildən etibarən məzunu olduğu İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyində tarix müəllimi kimi fəaliyyətini davam etdirmişdir. 1999-cu ilin əvvəlində hərbi xidmətə yola düşmüşdür.
Famil Əlizadə
Famil Habil oğlu Əlizadə (3 may 1999; Ərkivan, Masallı rayonu - 21 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) - Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Famil Əlizadə 1999-cu il mayın 3-də Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. 2005-2016-cı illərdə Ərkivan qəsəbəsinin tam orta məktəbində, 2016-2017-ci illərdə Bakı şəhərində 2 saylı peşə məktəbində təhsil alıb. == Hərbi xidməti == Famil Əlizadə 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2017–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Ordusunun əsgəri olan Famil Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Oktyabrın 21-də şiddətli Füzulinin azad edilməsində şəhid olub. Masallı rayonunun Ərkivan qəsəbəsində dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Famil Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Famil Əlizadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Famil Məmmədli
Famil Elman oğlu Məmmədli (15 oktyabr 1974; Abasxanlı, Ağsu rayonu, Azərbaycan SSR — 3 mart 2010; Tovuz rayonu, Azərbaycan) — Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı, şəhid. == Həyatı və hərbi xidməti == Famil Məmmədli 15 oktyabr 1974-cü ildə Ağsu rayonunun Abasxanlı kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Orta təhsilini 10-cu sinfə qədər Abasxanlı kənd orta məktəbində almış, sonra Ağsu şəhər internat məktəbində bitirmişdir. 1992-ci ildə orta məktəbi bitirərək Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə qəbul olmuşdur. Həmin il müsabiqə yolu ilə seçilərək İstanbul şəhərinə Hava Harp Okuluna təhsil almağa göndərilmişdir. 1996-cı ildə məktəbi bitirən Famil Azərbaycan Hərbi Hava Qüvvələrində xidmətə başlamışdır. Kürdəmirdə yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. 2008-ci ildə qüsursuz xidmətinə görə polkovnik-leytenant rütbəsinə yüksəlmişdir. Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Famil Məmmədli 3 mart 2010-cu ildə uçuşda olarkən təyyarəsində nasazlıq baş verir və təyyarənin Tovuz rayonunun Əyyublu kəndinin üzərinə düşmə təhlükəsi yaranır. Bu zaman Famil Məmmədli təyyarəni kənddən bir az kənara çıxarmağı bacarır.
Famil Məmmədov
Famil Hüseyn oğlu Məmmədov (t.e.d., professor) — texnika elmləri doktoru, professor, Azərbaycan Texniki Universiteti, Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Ümumi məlumat == Texnika elmləri doktoru, professor Famil Hüseyn oğlu Məmmədov 01 aprel 1943-cü ildə İmişli rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Politexnik İnstitutunu (indki Azərbaycan Texniki Universitetini) “Avtomatik Elektrik Rabitəsi” ixtisası üzrə bitirmişdir.1965-1967-ci illlərdə gənc mütəxəssiz kimi təyinatla Qazaxıstan Respublikasının Karaqanda şəhərində “Karaqandaenerji” idarəsinin rabitə xidməti şöbəsində mühəndis vəzifəsində işləmişdir. 1971-1974-ci illərdə professor М.А.Bonç-Bruyeviç adına Leninqrad Elektrotexnika Rabitə İnstitututun (indiki, М.А.Bonç-Bruyeviç adına S.Peterburq Dövlət Telekommunikasiya Universi-tetin) məqsədli aspiranturasında təhsilini davam etdirmişdir.1975-ci ildə orada 05.12.15 – “Rabitə kanalları üzrə informasiya verilişi sistemləri və vasitələri” ixtisası üzrə dissertasiya müdafə edərək, texnika elmləri namizədi alimlik dərəcəsini almışdır. 1996-cı ildə “A.S. Popov adına Ukrayna Dövlət Rabitə Akademi-yasında” 05.12.14 -“Telekommunikasiya nəzəriyyəsi”, 05.12.02 - "Telekommunikasiya sistemləri və onların idarə edilməsi” ixtisasları üzrə dissertasiya müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi almışdır.1997-ci ildə onun dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Kommissiyası tərəfindən nostrifikasiya və təkrar attestasiyadan keçirilmiş və ona texnika elmləri doktoru alimlik dərəcəsi verilmişdir. 2003-ci ildən professor, 2004-cü ildən Beynəlxalq Mühəndislik Akademiyası-nın muxbir üzvü, 2013-cü ildən Beynəlxalq Rabitə Akademiyasının akademikidir. Ailəlidir, üç övladı var. == Həyatı və Elmi fəaliyyəti == 1967-1971-ci illərdə Azərbaycan Texniki Universiteti-nin "Elektrik rabitəsi" kafedrasının assistenti, 1975-1978-ci illərdə həmin kafedranın dosenti və "Radiotexnika və elektrik rabitəsi" fakultəsinin tədris işləri üzrə dekan müavini vəzifələrində işləmişdir. 1978-ci ildə ona Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komisiyası tərəfindən dosent elmi adı verilib. 1979-1995-ci illərdə Azərbaycan Texniki Universitetin Elektrotexnika fakültəsinin dekanı vəzifəsində çalışıb və bu dövrlərdə tədris nizam-intizamının möhkəmləndirilməsi, tədrisin keyfiyyətinin yaxşılaşdırılması, təhsil standarlarının, tədris planlarının, proqramlarının təkmilləşdirilməsi və onların beynəlxalq standartlar səviyyəsinə çatdırılmasında əməli fəaliyyət göstərmişdir.
Famil Pirvələdov
Famil Teyfur oğlu Pirvələdov (30 may 1995; Qusar rayonu, Azərbaycan — 18 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Famil Pirvələdov 1995-ci il mayın 30-da Qusar rayonunun Yuxarı Zeyxur kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Famil Pirvələdov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Famil Pirvələdov oktyabrın 18-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Famil Pirvələdov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Famil Pirvələdov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Famil Sadıqov
Famil Kamil oğlu Sadıqov (1968, Naxçıvan) — iqtisad elmlər namizədi, Qazprom-un vitse-prezidenti. == Həyat və fəaliyyəti == F.Sadıqov 1968-ci ildə Naxçıvanda anadan olub. S.Orconikidze adına Dövlət İdarəçilik Akademiyasının və Ümumrusiya Vergi Akademiyasını bitirmişdir. İqtisad elmlər namizədidir. 1995–1999-cu illərdə RF Maliyyə Nazirliyində və Federal Dövlət Xidmətində müxtəlif vəzifələrdə işləmiş, 1999–2004-cü illərdə RF vergilər və rüsumlar nazirinin müavini olmuşdur. RF vergilər və rüsumlar nazirinin müavini vəzifəsində işlədiyi dövrdə ona II dərəcəli RF dövlət xidməti həqiqi dövlət müşaviri rütbəsi verilmişdir. 2005–2009-cu illərdə Federal Xəzinədarlığın rəhbərinin müavini olmuşdur. 2009-cu ildən Rusiya "Qazprombank"nın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. 2020-ci il aprel ayından Gazpromun maliyyə direktoru, vitse-prezidenti təyin edilmişdir. 2020-ci ildən həmçinin əlavə vəzifə olaraq Famil Sadiqov Belarusda yerləşən, Səhmləri Rusiya Federasiyasına aid olan "Belqazprombank" idarə heyətinin sədridir.
Famil Süleymanov
Süleymanov Famil (Qaracallı) — yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın tanınmış kimya mütəxəssisi == Həyatı == Famil Süleymanov 1941-ci ildə Qubadlı rayonunun Qaracallı kəndində anadan olub.O, orta təhsilini başa vurduqdan sonra, Sumqayıta gələrək Kimya Texnologiyaları Texnikumuna daxil olur. 1962-ci ildə oranı bitirərək kimya zavodunda 6-cı dərəcəli apparatçı kimi işə başlayır. 1963-cü ildə Neft Kimya İnstitutuna qəbul olur və 1969-cu ildə oranı bitirir. 1974-ci ilin sentyabr ayından sulfanol istehsalının rəisi təyin edilir, 1980-cı ildə üzvi-sintez istehsalat birliyinin rəisi, 1986-cı ildən isə zavod direktorunun müavini vəzifəsinə təyin olunur, 1992-ci ildən yaradılan "Azərkimya" Dövlət Şirkətinin prezidentinin müavini vəzifəsinə təyin edilmişdir. == Fəaliyyəti == 20 yanvar faciəsindən sonra Famil Süleymanov yaradıcılıqla məşğul olmağa başlayır və 1996-cı ildə ilk əsəri "Qana boyanmış Quran" çap edilir. Bundan sora məhsuldar işləyən yazar türk, azərbaycanlılarşn 20-ci əsirdə başlarına gəlmiş müsübət və qəhrəmanlıqları yazaraq, özünün 37 cildlik seşilmiş əsərlərində çap etdirmişdir.Famil Süleymanov 37 tarixi romanın müəllifidir. Haqqında Türkiyənin TRT-3 kanalı film çəkir. “Qana boyanmış Quran”, “Qu quşunun nəğməsi” və s. əsərləri ona böyük şöhrət gətirib.
Fazıl
Fazıl (əvvəlki adı: Fazil) — Azərbaycan Respublikasının Şəki rayonunun İbrahimkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Aşağı Küngüt kənd inzibati-ərazi vahidi tərkibindəki Fazil kəndi Fazıl kəndi adlandırılmışdır. == Toponimikası == Oykonim 1917-ci ildə Fazilli, 1933-cu ildə isə Fazılkənd variantında qeydə alınmışdır. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsinin əsasını Fazil adlı şəxs qoyduğuna görə kənd onun adını daşıyır. == Tarixi == === Tarixi abidələri === Şəkinin Fazıl kəndində "Əbədi sükut dünyası" labirinti yerləşir və ətrafındakı həyətyanı sahələrindən vaxtaşırı olaraq müəyyən tapıntılar üzə çıxır. Arxeloqların sözlərinə görə, məişət avadanlıqları o dövrdə insanlarda sağa meyilliyin yüksək olmasını göstərir. Belə ki,aşkarlanan qablarda olan qulp hissələr yalnız sağ əllə götürmək üçündür. Təpəbaşı abidəsinin yerləşdiyi ərazinin əhalinin inanc yeri olduğunu labirintdə tapılan ana və ata bütləri sübut edir. == Coğrafiyası və iqlimi == Kənd Əyriçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir. == Əhalisi == Kəndin əhalisi 403 nəfər təşkil edir ki, onun da 194 nəfəri kişi, 209 nəfəri isə qadındır.
Xaşıl
== Xəşil Haqqında == xəşil — is. Suda bişirilib yağ və doşabla yeyilən xəmir xörəyi. Qarğa özünü quş bilir, xəşil özünü aş. (Ata. sözü). == Tərkibi: == (2 nəfərlik) 1 stəkan un3 stəkan qaynadılmış soyuq su1/3 çay qaşığı duz === Üstü üçün: === Bəkməz (doşab)əridilmiş kərə yağıŞəkər tozu === Hazırlanması: === Suyu bir qazana töküb üstünə duz töküb qarışdırırıq. ələnmiş unu əlavə edib yaxşı çalırıq. Elə çalmaq lazımdır ki düyür qalmasın. Sonra qazın üstündə vam odda dayanmadan qarışdıra-qarışdıra bişiririk. Yemək getdikcə qatılaşacaq.
Yaşıl
Yaşıl – rənglərdən biri. Sakitləşdirici, təravətli, incə, canlı, dolğun rəngdir. O sülhü, sakitliyi, sevgini bildirir. Venera planetinin rəngidir. Yaşılı Meksika, Avstraliya, İrlandiya və Misirdə daha çox sevirlər. Çində bu rəng gözəl həyatı və cavanlığı tərənnüm edir.Yaşıl bölüşməyin, əməkdaşlığın, cömərtliyin rəngidir. Ümidverici təsirə malikdir. Diqqəti açıq saxlayır, özünü ifadə etməyə kömək edir. Məkanları daha geniş göstərməyə yardım edir. Açıq tonlarından istifadə etmək daha çox məsləhət görülür.
Açıq yaşıl
Açıq yaşıl — 75% sarı və 25% yaşıl rəngləri qarışdırılaraq əldə edilir. == Ümumi məlumat == Hex dəyəri "#BFFF00", RGB dəyəri "192, 255, 0", CMYK dəyəri isə "20, 0, 100, 0"dır.
Basıl Tegin
Basıl Tegin — bir neçə ay hakimiyyətdə qalmış Qərbi Göytürk xaqanı.