HASİL
HASİLAT
OBASTAN VİKİ
Hasil
Hasil — vurma əməlində alınan rəqəmə deyilir. Məsələn: 6 ifadəsi 2 və 3 (həmçinin, 1 və 6) rəqəmlərinin vurulmasından, x ⋅ ( 2 + x ) {\displaystyle x\cdot (2+x)} hasili x {\displaystyle x} və ( 2 + x ) {\displaystyle (2+x)} ifadələrinin vurulmasından alınmışdır. == Xarici keçidlər == Product on Wolfram Mathworld Product at PlanetMath.org.
Hasil Abdullayev
Hasil Fətəliyev
Fətəliyev Hasil Kamaləddin oğlu — Azərbaycan şərabçılığı tarixində ilk doktor və professor. == Həyatı == Fətəliyev Hasil Kamaləddin oğlu 1959-cu ildə Azərbaycan Respublikasının Zərdab rayonunda müəllim ailəsində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti — ADAU) "Meyvə-tərəvəzçilik və üzümçülük" fakültəsinin "üzümçülük və üzümün ilkin emalı" ixtisaslaşmasını fərqlənmə diplomu ilə (Lenin təqaüdü ilə) bitirmiş və SSRİ Kənd Təsərrüfatı Nazirliyinin göndərişinə əsasən həmin institutda assistent vəzifəsinə təyin edilmişdir. Moskva Yeyinti Sənayesinin Texnologiyası İnstitutunun "Şərabçılığın texnologiyası" kafedrasında birillik elmi stajkeçməyə göndərilmiş və sonra aspiranturada təhsil almışdır. 1987-ci ildə həmin İnstitutda dissertasiya işini müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1991-ci ildən dosentdir. 2005-ci ildə doktorluq dissertasiya işini müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsi, sonra isə professor elmi adı almışdır. Professor H. K. Fətəliyev 192 elmi əsərin, o cümlədən, 15 müəlliflik şəhadətnaməsi və patentin, 5 dərslik, 5 dərs vəsaiti, 1 monoqrafiya, 3 tövsiyə və bir neçə elmi populyar vəsaitin, 150-dən çox elmi məqalə və metodik göstərişlərin müəllifidir. 30 elmi əsəri xarici ölkələrin sahəyə dair ən aparıcı jurnallarında nəşr olunmuş, elmi tədqiqat işlərinin nəticələrinə dair Türkiyə, Rusiya, Belarus, Ukrayna, Moldova, Gürcüstan, Fransa, Almaniya və digər ölkələrdə keçirilən konfrans və simpoziumlarda məruzələr edilmişdir. Professor H. K. Fətəliyevin elmi rəhbərliyi və məsləhətçiliyi ilə 5 nəfər texnika üzrə fəlsəfə doktoru və 1 nəfər elmlər doktoru hazırlanmışdır.
Skalyar hasil
Skalyar hasil (bəzən daxili hasil adlanır) — nəticəsi skalar olan, yəni koordinat sisteminin seçimindən asılı olmayan bir rəqəm olan iki vektor üzərində əməliyyat. 1 0 . {\displaystyle 1^{0}.} İki a ¯ {\displaystyle {\bar {a}}} və b ¯ {\displaystyle {\bar {b}}} vektorunun skalyar hasili ∣ a ¯ ∣ ⋅ ∣ b ¯ ∣ cos ⁡ α {\displaystyle \mid {\bar {a}}\mid \cdot \mid {\bar {b}}\mid \cos \alpha } -ya deyilir. Burada ∣ a ¯ ∣ {\displaystyle \mid {\bar {a}}\mid } və ∣ a ¯ ∣ {\displaystyle \mid {\bar {a}}\mid } a ¯ {\displaystyle {\bar {a}}} və b ¯ {\displaystyle {\bar {b}}} vektorlarının uzunluqları, α {\displaystyle \alpha } -bu vektorlar arasındakı bucaqdır. Skalyar hasil " a ¯ ⋅ b ¯ {\displaystyle {\bar {a}}\cdot {\bar {b}}} " yaxud " ( a ¯ ⋅ b ¯ ) {\displaystyle ({\bar {a}}\cdot {\bar {b}})} " kimi işarə olunur.Əgər a ¯ {\displaystyle {\bar {a}}} və b ¯ {\displaystyle {\bar {b}}} vektorları düzbucaqlı Dekart koordinat sistemində a ¯ ( x 1 ; y 1 ) , b ¯ ( x 2 ; y 2 ) {\displaystyle {\bar {a}}(x_{1};y_{1}),{\bar {b}}(x_{2};y_{2})} koordinatlarına malikdirsə, onda skalyar hasil belə ifadə olunur: a ¯ ⋅ b ¯ = x 1 ⋅ x 2 + y 1 ⋅ y 2 {\displaystyle {\bar {a}}\cdot {\bar {b}}=x_{1}\cdot x_{2}+y_{1}\cdot y_{2}} Analoji düstur üç və daha çox ölçüsü olan fəza üçün də doğrudur. Skalyar hasil aşağıdakı xassələri var: 1. a ¯ ⋅ b ¯ = b ¯ ⋅ a ¯ {\displaystyle 1.{\bar {a}}\cdot {\bar {b}}={\bar {b}}\cdot {\bar {a}}} 2. α ( a ¯ ⋅ b ¯ ) = ( α a ¯ ) ⋅ b ¯ {\displaystyle 2.\alpha ({\bar {a}}\cdot {\bar {b}})=(\alpha {\bar {a}})\cdot {\bar {b}}} 3. a ¯ ( b ¯ + c ¯ ) = a ¯ ⋅ b ¯ + a ¯ ⋅ c ¯ {\displaystyle 3.{\bar {a}}({\bar {b}}+{\bar {c}})={\bar {a}}\cdot {\bar {b}}+{\bar {a}}\cdot {\bar {c}}} ( a ¯ ⋅ b ¯ = 0 ) ⇔ a ¯ = 0 ¯ , b ¯ = 0 ¯ , {\displaystyle ({\bar {a}}\cdot {\bar {b}}=0)\Leftrightarrow {\bar {a}}={\bar {0}},{\bar {b}}={\bar {0}},} yaxud a ¯ ⊥ b ¯ {\displaystyle {\bar {a}}\perp {\bar {b}}} 2 0 . {\displaystyle 2^{0}.} Kompleks ədədin həndəsi tərifi vektor olduğu üçün bəzən iki kompleks ədədin skalyar hasilinə baxılır.
Təzəkənd-i Hasil-i Qubi (Qoşaçay)
Təzəkənd-i Hasil-i Qubi (fars. تازه كندحاصل قوبي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 132 nəfər yaşayır (36 ailə).
Azərbaycanda qızıl hasilatı
Azərbaycanda qızıl hasilatı — Azərbaycanda sənaye üsulu ilə qızıl metalının hasil edilməsi prosesi. == Tarixi == Böyük Britaniyanın "Anglo Asian Mining Plc" şirkəti 1997-ci ilin avqustunda Azərbaycan hökuməti ilə imzalanmış müqaviləyə əsasən, Azərbaycanın cənub-qərbindəki altı yataqda — Gədəbəy, Ordubad, Qoşa Bulaq, Qızıl Bulaq, Vejnəli və Söyüdlüdə işləmək hüququna malikdir. Azərbaycan hökuməti ilə Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkəti arasında 30 il müddətinə imzalanan hasilatın pay bölgüsü haqqında müqavilədə Azərbaycanın pay hissəsi 51 faiz, Böyük Britaniyanın "Anglo-Asian Mining plc" şirkətinin pay hissəsi isə 49 faizdir. Müqaviləyə əsasən, yataqlardan 400 ton qızıl, 2500 ton gümüş və 1,5 milyon ton mis hasil etmək planlaşdırılır. İlk qızıl və gümüş 2009-cu ilin mayında "Gədəbəy" yatağından hasil edilib. Şirkət yatağın bütün sahəsi üzrə məsafədən zondlama işləri apararaq orada bəzi potensial anomaliyalar aşkar edib və ərazinin gələcək tədqiqatını 2012-ci ilə planlaşdırıb. == Hasilat == Azərbaycan 2012-ci ildə daha bir yataqda qızıl hasilatına başlayacaq. Yataqlardan 400 ton qızıl, 2500 ton gümüş və 1,5 milyon ton mis hasil etmək planlaşdırılır. Azərbaycanda qızıl istehsalçısı "Anglo Asian Mining Plc" 2012-ci ilin ikinci yarısında Qoşa yatağında qızıl hasilatına başlamağı planlaşdırır. Bundan əvvəl şirkət bu yataqda qızıl ehtiyatlarının mövcud olması barədə hökumətə sənəd təqdim edib və sənəd Azərbaycan tərəfindən qəbul olunub.
Hasilqubi-i Əfşar (Qoşaçay)
Hasilqubi-i Əfşar (fars. حاصل قوبي افشار‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,281 nəfər yaşayır (305 ailə).
Hasilqubi-i Əmirabad (Qoşaçay)
Hasilqubi-i Əmirabad (fars. حاصل قوبي اميراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 694 nəfər yaşayır (164 ailə).
Kauçi hasili
Kauçi hasili — riyaziyyatda a n {\displaystyle a_{n}} və b n {\displaystyle b_{n}} şəklində iki ardıcıllığın c n = ∑ k = 0 n a k b n − k {\displaystyle c_{n}=\sum _{k=0}^{n}a_{k}b_{n-k}} formasında ifadə edilən hasilidir. Düstur Auqustin Kauçi tərəfindən kəşf edilmişdir.
Neft-Kimya Maddələri Layların Neft Hasilatını Yüksəldir (1985)
Neft-kimya maddələri layların neft hasilatını yüksəldir (film, 1985)
Neft hasilatına görə ölkələrin siyahısı
OPEK-in neft hasilatı üçün ölkələrin siyahısı — Neft İxrac Edən Ölkələr Birliyi (OPEK) 2017 İllik Statistik bülletenində dərc edilmiş hesablamalara əsaslanır. Ölkədə neft hasilatı günlük min barellə verilir. Neft hasilatı üçün ölkələrin siyahısı Britaniyanın BP şirkətinin Dünya Enerji 2017 illik statistik icmalında dərc edilmiş hesablamalara əsaslanır. Ölkədə neft hasilatı milyonlarla tonda və adambaşına düşən neft istehsalı ilə verilmişdir.
Qazma və neft hasilatı (film, 1917)
Xalidə Hasilova
Xalidə Məmməd qızı Hasilova (19 aprel 1920, Zaqatala – 5 dekabr 1996, Bakı) — Azərbaycanın yazıçısı, Azərbaycan Əməkdar Mədəniyyət İşçisi. Xalidə Hasilova 1920-ci ildə Zaqatalada anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Leninqrad Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Müxtəlif illərdə "Azərbaycan qadını" jurnalında ədəbi işçi (1952-1953), "Göyərçin" jurnalının baş redaktoru (1966-1972), uzun illər isə "Azərbaycan qadını" jurnalının baş redaktoru kimi çalışmışdır. Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 18.05.1972 Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 24.02.1979 Qırmızı Əmək Bayrağı ordeni — 18.04.1980 Azərbaycan qadınlarının həyatından bəhs edən "Hamı doğmadır mənə", "İnsan ömrü bir nəğmədir" pyeslərini yazmışdır. Maraqlı nəsr əsərlərinin müəllifi kimi tanınan yazıçının "İlk məktub" (1951), "Lalənin kitabı" (1955), "İki yoldaş" (1956), "Onun taleyi" (1969), "Nəğməli könül" (1976), "Məhəbbət olmayanda" (1983), "Çətin yollar boyunca" (1986), "Xoruzlu dəsmal" (1994) və s. kitabları çap olunmuşdur. Uzun illər "Göyərçin" və "Azərbaycan qadını" jurnallarının redaktoru olmuş X.Hasilova "Kiçik hekayələr" (1950), "Lalənin kitabı" (1955), "Ulduzlu papaq" (1960), "Atlas yarpaqlar" (1965) və s. uşaq kitablarının müəllifidir. Eyni zamanda, o, kiçik yaşlı uşaqlar üçün tərcümələri ilə də ədəbiyyatımızı zənginləşdirmişdir.
Dənizdə neft və qaz hasilatı
Dənizdə neft və qaz hasilatı — okean şelfində dəniz dibindən neft və təbii qazın çıxarılması. == Tarixi == 1803-cü ildə Bakı sakini Hacı Qasım bəy Mansurbəyov Bibiheybət körfəzində Xəzər dənizinin dərinliyindən neft çıxarmaq üçün sahildən 18 və 30 metr aralıda taxta çərçivələrlə örtülmüş iki quyu inşa etdirmişdir. Onlar 1825-ci ilə qədər, qasırğa nəticəsində məhv olana qədər istifadə edilmişdi. 1891-ci ildə Kaliforniyada Sakit okean sahilində, sahildən 250 metr məsafədə maili quyu qazıldı. Həmin vaxtdan Kaliforniya şelfi Sakit okeanın dibində karbohidrogenlərin axtarışı, kəşfiyyatı və hasilatı üçün əsas obyektə çevrildi. 1896-cı ildə dağ-mədən mühəndisi L.K.Zqlenitski Rusiyanın Bakı quberniyasının və Dağıstan vilayətinin Dövlət Əmlak İdarəsinə əfv ərizəsi təqdim edərək, ona neftin kəşfiyyatı və hasilatı üçün dəniz dibinin bir hissəsinin verilməsini xahiş etdi. O, dayaqlar üzərində qurulmuş yerlərdə qazıntı aparmaq niyyətində idi. Lakin Mədən İdarəsi qərara aldı ki, neft hasilatına yalnız Bibiheybət körfəzinin bir hissəsi torpaqla dolduqdan sonra icazə verilə bilər. Belə doldurulma 1911-ci ildə başlanmış, iş 8,5 il davam etmiş və dənizin dibinin 211 hektar sahəsi doldurulmuşdur. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra körfəzin doldurulması işləri yenidən başladı.
Verilənlərin hasilatı
Verilənlərin hasilatı, data mədənçiliyi və ya verilənlərin mədənçiliyi — maşın öyrənməsi, statistika və verilənlər bazası sistemlərinin kəsişməsindəki metodları əhatə edən böyük məlumat dəstlərində nümunələrin çıxarılması və aşkarlanması prosesi. Verilənlərin hasilatı, məlumat toplusundan məlumatı (ağıllı üsullarla) çıxarmaq və məlumatları daha sonra istifadə üçün başa düşülən struktura çevirmək məqsədi daşıyan kompüter elmləri və statistikanın fənlərarası alt sahəsidir. Verilənlərin hasilatı "verilənlər bazasında bilik kəşfi" (KDD) prosesinin təhlil mərhələsidir. Xam təhlil mərhələsindən başqa, o, həmçinin verilənlər bazası və məlumatların idarə edilməsi aspektlərini, verilənlərin əvvəlcədən işlənməsini, model və nəticə çıxarma mülahizələrini, maraqlılıq ölçülərini, mürəkkəblik mülahizələrini, aşkar edilmiş strukturların sonrakı emalını, vizuallaşdırmanı və onlayn yeniləməni əhatə edir. "Data mining" səhv addır, çünki məqsəd məlumatların özünün çıxarılması (hasilatı) deyil, böyük həcmdə məlumatlardan nümunələrin və biliklərin çıxarılmasıdır. O, həm də məşhur sözdür və genişmiqyaslı məlumatların və ya informasiya emalının istənilən formasına, eləcə də süni intellekt və biznes intellekti daxil olmaqla, qərar qəbuledici dəstək sisteminin hər hansı tətbiqinə tez-tez tətbiq olunur. Adətən daha ümumi terminlər, verilənlərin təhlili və analitikası və ya faktiki metodlara istinad etmək ya da süni intellekt və maşın öyrənməsi daha uyğundur. Faktiki verilənlərin hasilatı tapşırığı, məlumat qeydləri qrupları, qeyri-adi qeydlər və asılılıqlar kimi əvvəllər naməlum, maraqlı nümunələri çıxartmaq üçün böyük miqdarda məlumatın yarı avtomatik və ya avtomatik təhlilidir. Bu, adətən fəza indeksləri kimi verilənlər bazası üsullarından istifadəni nəzərdə tutur. Bu nümunələr daha sonra daxil edilən məlumatların bir növ xülasəsi kimi görünə bilər və sonrakı təhlillərdə və ya maşın öyrənməsində və proqnozlaşdırıcı analitikada istifadə edilə bilər.

Digər lüğətlərdə