Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fikir
Təfəkkür — cisim və hadisələr arasındakı qanunauyğun əlaqə va münasibətlərin ümumiləşmiş və vasitəli inikasından ibarət olan mürəkkəb idrak prosesidir. Təfəkkür başqa idrak proseslərindən fərqli olaraq cisim və hadisələrin daxili əlaqələrini, mahiyyətini əks etdirir. Bunsuz xarici aləmi dərk etmək, onun qanunauyğunluqlarından istifadə etmək mümkün olmazdı. Hiss və duyğular vasitəsilə toplanan məlumatın beyində cəmlənməsi və istehsalı ′′′təfəkkür′′′ adlanır. Təfəkkür cism və hadisələrin mahiyyətinin onlar arasında asılılıqların insan şüurunda ümumiləşmiş və vasitəli inkasından ibarət idrak prosesidir. Şüur onun özəyi, duyğu və qavrayış isə mənbəyidir. == Təfəkkür anlayışı == Təfəkkür ali psixi fəaliyyətin insana məxsus bir forması olub, cisim və hadisələrdən, onlar arasındakı əlaqə və qanunauyğunluqlardan əqli nəticə çıxarmaq qabiliyyətinə deyilir. Təfəkkür prosesinin əsasını əqli (insana məxsus olan həyat təcrübəsi, bilik ehtiyatları) qabiliyyət təşkil edir. Başqa sözlə, təfəkkürə intellektin aktiv fəaliyyət forması da demək olar. Duyğu, qavrama, təsəwür proseslərindən fərqli olaraq təfəkkür zamanı insan faktları müqayisə və təhlil edir, onların arasındakı əlaqələri, qanunauyğunluqları və digər münasibətləri nəzərdən keçirir, bunların əsasında mühakimə yürüdür.
Xəyal
Yuxu və ya röya — yuxunun ümumi və xarakteristika özəlliklərindən biri olub, yuxunun "Sürətli göz hərəkəti" (REM) adlı mərhələləriylə yaxından əlaqəli olan, vizual qəbul edilən duyğulardır. Yatmış insan yuxunun nə olduğunu bilmir və ondakı baş verən hadisələri canlı obyekt kimi qəbul edir. Yuxuların bioloji məzmunu, işləyişi və məqsədləri tamamilə aydın olmuş deyildir. Yuxulara "duyğusuz qəbul"unun bir növü və ya obyekti qəbul olaraq da baxmaq olar. Müxtəlif inanclara və təxminlərə də səbəb olan yuxular, hər vaxt üçün maraqlı və şərhə açıq bir mövzu meydana gətirmişlər. Fərqli psixologiya, parapsixoloqların və təcrübi spiritualistlər yuxuları fərqli formalarda şərh etmişlər. Yuxuların işləyişinin açıqlanması elmi birliyin ümumi qəbuluna görə fərziyyələr səviyyəsindən kənara çox gedə bilməyibdir. Yuxular hələ də sirrini qorumaqda olan bir araşdırma sahəsini təşkil edir. Yuxuların elmi araşdırılması oneiroloji adını alır. Şübhəsiz, heç kəs insanların nə vaxtdan yuxular görməsini dəqiqləşdirə bilməz.
"Fikir" qəzeti
Naxçıvan Dövlət Universiteti — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Naxçıvan Dövlət Universitetinin tarixi 1967-ci ildən başlayır. Belə ki, həmin ildə yaradılmış Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı 5 il sonra isə müstəqil ali məktəbə çevrilərək, Naxçıvan Dövlət Pedaqoji İnstitutu olmuşdur. Ona görə də Naxçıvan Dövlət Universiteti onların varisidir. === Filial dövrü === 1960-cı illərdə Sovetlər birliyində ali təhsil ocağı olmayan yeganə Muxtar Respublika Naxçıvan idi. Ə. Əhmədov göstərişə əsasən Naxçıvana gələrək burada APİ-nun Naxçıvan şəhərində açılması nəzərdə tutulan filialı üçün bina (həmin bina 1967-ci ildən 1972-ci ilə kimi keçmiş 1 nömrəli məktəbin yerində, indiki Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar institutunun yerləşdiyi yerdə fəaliyyət göstərmişdi) müəyyən etdi və kadr məsələsi də müzakirə olundu. APİ-nin rektoru Şövqi Ağayev 27 avqust 1967-cil il tarixdə yenicə təşkil olunmuş APİ-nin Naxçıvan filialına Əli Əliyevi direktor vəzifəsinə təyin olunması haqda əmr vermişdi. Əli Əliyev 1967-ci ilin sentyabr ayından 1970-ci ilin may ayına qədər Naxçıvan filialın direktoru kimi çalışmışdı.1967-ci il sentyabrn 1-də APİ-nin Naxçıvan filialına tələbələrin qəbulu təşkil olunmuş və fəaliyyətə başlamışdı. 1967-ci ilin sentyabr ayında APİ-nin Naxçıvan filialında 3 pedaqoji ixtisas Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat ixtisasları təşkil olunmuş və yalnız 3 ştatda müəllim- tarix elmləri namizədi, dosent Əli Əliyev, filologiya elmləri namizədi dosent Yavuz Axundov, Mahmud Mahmudov çalışırdı. APİ-nin Naxçıvan filialında 1967-ci il üçün Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat ixtisasları üzrə 105 tələbə qəbulu həyata keçirilmişdi.
Yeni Fikir
Yeni Fikir (ing. New Idea) — İnkubasiya və Akselerasiya mərkəzi və eyniadlı startap müsabiqəsi. Yeni Fikir startap müsabiqəsi 2013-cü ildən etibarən keçirilir. İndiyə kimi 6 dəfə həyata keçirilən müsabiqəyə 977 startap layihəsi cəlb olunub ki, onlardan seçilən ən perspektivli 40 startap layihəsinin inkişafı inkubasiya xidmətləri, cümlədən toxum investisiya imkanları ilə dəstəklənib. Bununla belə, proses zamanı minlərlə biznes təşəbbüskarına startap biznesində innovasiyalar və sahibkarlıq fəaliyyəti istiqamətində təlim və mentorluq xidmətləri verilib. 2013-cü ildən etibarən müsabiqə çərçivəsində cəlb olunmuş startapların, eləcə də innovasiya ekosisteminin inkişafınatəqribən 260,000$ investisiya qoyulub. Belə ki, keçirilən hər bir müsabiqə müddətində yeni startapların formalaşması, həmçinin mövcud startapların inkişaf etdirilməsi istiqamətində təlim və mentorluq xidmətləri verilmiş, seçilmiş ən perspektivli startapların inkişafı isə inkubasiya xidmətləri, o cümlədən toxum investisiya imkanları ilə dəstəklənmişdir. Yeni Fikir perspektivli startapların inkişafı üçün müstəqil fəaliyyət göstərən 2 İnkubasiya və Akselerasiya mərkəzini özündə birləşdirir. Yeni Fikir MMC hazırda müxtəlif universitet və elmi tədqiqat müəssəsiləri, eləcə də Azad İqtisadi Zonalar Agentliyi, KOBİA və müxtəlif özəl şirkətlərlə əməkdaşlıq edir.
Xəyal Abdullayev
Xəyal Adası
Xəyal Adası — "Azərsun Holdinq" Şirkətlər Qrupunun layihəsi. Bu, yüksək standartlara cavab verən yaşayış, ticarət, əyləncə və idman sahələrini əhatə edən layihədir. Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yolun üzərində yerləşir. Ərazisi 320 hektardır. 12 yanvar 2015-ci il tarixə olan məlumata görə, yaşayış sahəsində müasir tələblərə cavab verən yüksək keyfiyyətli 2100 mənzil, fərqli ölçülərdə və konseptlərdə 300 villa inşa olunur.
Xəyal Aslanov
Xəyal Ağaməmmədov
Xəyal Balakişiyev
Xəyal Cəbrayılov
Xəyal Cəfərli
Xəyal Həsənov
Xəyal velosipedi
Xəyal velosipedi və ya White Cycle — Velosipedçinin adətən avtomobilin sürücüsü tərəfindən öldürüldüyü və ya ağır yaralandığı yerə qoyulan yol kənarındakı velosiped abidəsidir. Xatirə olmaqdan başqa, adətən yoldan keçən sürücülərə yolu bölüşmək üçün xatırlatma kimi nəzərdə tutulur. Xəyal velosipedləri adətən ağ rəngə boyanmış, bəzən plakat yapışdırılmış və qəza yerinə yaxın uyğun bir obyektə kilidlənmiş köhnə velosipedlərdir. Velosipedlərin ağ rəngə boyanması ideyası 1960-cı illərdə Amsterdamda ikitəkərli nəqliyyatı azad etmək üçün anarxist bir layihə olaraq ortaya çıxdı — ağ velosipedlər pulsuz idi, özünüzə kömək edin və sonra başqasına buraxın. Oxşar layihələr 2004-cü ildə Nyu-York şəhərində, 2005-ci ildə, Albuquerque, və 2006-cı ildə Torontoda başladı. 2005-ci ilin avqustunda Sietldə təxminən 40 xəyal velosipedi yerləşdirildi. qəzaların, qaçırılmaların və pis yol şəraitinin yerləri barədə məlumatlandırmaq. Dupont Circle, Vaşinqtonda 2008-ci ildə zibil maşını tərəfindən öldürülən atlının xatirəsinə həsr olunmuş xəyal velosipedi tam bir il qaldı. Şəhər işçiləri tərəfindən çıxarıldıqda, sürücünün dostları onu hər işıq dirəyindən bir 22 xəyal velosipedi ilə əvəz etdilər. London Ghostcycle 2005 və 2006-cı illərdə aktiv idi.
Xəyal İdrisov
Xəyal Şəkərov
Xəyal İman oğlu Şəkərov (1 oktyabr 1998, Əsrik Cırdaxan, Tovuz rayonu – 13 oktyabr 2020, Hadrut, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Xəyal Şəkərov 1998-ci il sentyabrın 1-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Xəyal Şəkərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Şəkərov oktyabrın 13-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Şəkərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Şəkərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Şəkərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Şəkərov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəyal Əhmədov
Xəyal Əhədzadə
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Xəyal Əliyev
Xəyal Əlizadə
Xəyal Əsgərzadə
İlqar Xəyal
İlqar Xəyal (15 sentyabr 1966, Bakı) — Azərbaycanlı müğənni, televiziya aparıcısı və Karvan qrupunun keçmiş solistidir. 1966-cı il sentyabr ayının 15-də Bakıda anadan olmuşdur. İlqar Xəyal orta təhsilini 190 nömrəli orta məktəbdə, ali təhsilini isə Azərbaycan Texniki Universitetində almışdır. Tar üzrə musiqi təhsili vardır. Gənclik illərindən müasir musiqiyə və geyimlərə meyl göstərmişdir. "Bakı payızı" müsabiqəsinin birincisi olandan sonra 1988-ci ildə Sevinc Kərimova İlqarı "Karvan" qrupuna dəvət elədi və o zaman "Qərib Durnalar" mahnısı təqdim olundu. "Karvan" qrupu daxilində isə ilk mahnısı "Sarı Güllər" oldu. Bu mahnıya çəkilən klip Azərbaycanda çəkilən ilk rəsmi klip idi. 1990-cı illərin əvvəlində məşhur Karvan qrupunun tərkibində məşhurlaşmışdır. Ailəlidir, üç oğlu var.
Xəyal qırıqlığı
Xəyal qırıqlığı — Hisslərin gözləniləndən daha çox olması, lakin qarşılığının olmaması, uğrunda çalışılan şeyə nail ola bilməmə halıdır. Bu bəzən ümidsizliyə də yol aça bilir. Bu səbəblə bu iki ifadə dəyişəcəkli olaraq istifadə oluna bilir.
Xəyal Nəcəfov
Xəyal Nazim oğlu Nəcəfov (19 dekabr 1997, Sumqayıt) — Azərbaycanlı futbolçu. "Turan Tovuz" klubunda yarımmüdafiəçi mövqeyində çıxış edir. Xəyal Nəcəfov karyerasına "Sumqayıt" klubunun yetirməsidir və peşəkar karyerasına da bu klubda başlayıb. 2021-ci ilin yayında Xəyal Nəcəfov "Neftçi" PFK ilə müqavilə bağlayıb. Xəyal 2022-ci ilin yayında "Turan Tovuz" klubu ilə müqavilə bağlayıb. Xəyal Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət və əsas milli komandasının heyətində çıxış edib.
Xəyal Həziyev
Xəyal Mustafayev
Xəyal Əvəz oğlu Mustafayev — Azərbaycan futbolçusu. Xəyal Mustafayev futbol oynamağa 1990-cı ildə Türkmənistanın Büzmennqress şəhərində başlayıb. 1992-ci ildə ailəliklə Gəncəyə köçüblər. Burada məşqçisi əvvəlcə atası, sonra isə Fuad İsmayılov olub. Azərbaycan çempionatlarının güclülər dəstəsində 2006-2007-ci il mövsümünədək 93 dəfə meydana çıxıb və 5 qol vurub. 15-ci Azərbaycan çempionatından "İnter"in (Bakı) müdafiəçisidir.
Fakir
Fakir - (Fakir Hausgeräte GmbH) Almaniyanın kiçik ev əşyaları istehsal edən şirkətidir. H.Vilhelm Kişerer (H.Wilhelm Kicherer) hələ 1933-cü ildə Almaniyanın Ştuttqart şəhərində ilk zavodunu açmış, tozsoran və qızdırıcıların istehsalına başlamışdır. Fakir – Alman dilindən ailə kimi tərcümə edilən Familie və şirkətin qurucusunun soyadı Kicherer kimi 2 sözün birləşməsidir.
Xəyal Məmmədov
Xəyal Namazov
Xəyal Xudaverdi oğlu Namazov (23 may 1986; Füzuli, Azərbaycan SSR — 3 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Xəyal Namazov 23 may 1986-cı ildə Füzuli şəhərində anadan olmuşdur. Əslən Xocavənd rayonunun Muğanlı kəndindən idi. Əvvəlcə, İsmayıllı rayon Aşıqbayramlı kənd tam orta məktəbində təhsil almışdır. Xocavənd rayon Tuğ kənd tam orta məktəbində təhsilini davam etdirmiş, 11-ci sinfi Xocavənd rayon 4 saylı tam orta məktəbdə tamamlamışdır. 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin neft-qaz fakültəsinə qəbul olmuşdur. 2006-cı ildə təhsilini donduraraq hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət fərdi əməklə məşğul olmuşdur. Ailəli idi. 2 övladı yadigar qaldı.
Minkir və İnkir
Minkir və İnkir (ərəb. منكر و نكير‎) - İslam inancına görə insanlar öldükdən sonra məzarda onları sual-cavab edəcək mələklər.