Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Filmin büdcələşdirilməsi
Filmin büdcələşdirilməsi (ing. film budgeting) — istehsal meneceri və ya mühasibat departamentinin filmin istehsalı üçün büdcə hazırladığı prosesə aiddir. 134 səhifədən çox ola bilən bu sənəd filmin istehsalı və istehsalının maliyyələşdirilməsi üçün istifadə olunur. Xərcləri azaltmaq üçün büdcə planı dəfələrlə işləndikdə və optimallaşdırıldıqda prototipləşdirmə prinsiplərindən istifadə olunur. Büdcə adətən dörd bölməyə bölünür: xəttin üstündə (yazıçı, prodüser, köməkçiləri olan rejissor, əsas ulduzlar), xəttin altında (birbaşa istehsal xərcləri və layihəyə çox yaradıcı təsiri olmayan digər kadrlar), post-production (redaktə, vizual effektlər və s.) və başqaları (sığorta, film istehsalının başa çatdırılmasına zəmanət və s.). Büdcəyə filmin reklamı və marketinqi daxil deyil ki, bu da filmin provayderinin üzərinə düşür. Filmin maliyyələşdirilməsi özəl investordan, sponsordan, məhsuldan, kinostudiyadan, əyləncə şirkətindən və/və ya layihənin yaradıcısının şəxsi vəsaitindən gələ bilər. Büdcə tələbləri nəticələrə uyğun gəlməyən müəlliflər karyera nərdivanını yüksəltmir və izləyicilərini itirmirlər.
Hellouin (filmin seriyaları)
Hellovin (frenşiza) - ABŞ Sleyşer (qanlı) qorxulu filmlərindən biridir. Müxtəlif seriyaları mövcuddur. İlk dəfə birinci seriya 1978-ci ildə çəkilmişdir. Həmin film çox böyük uğur qazanmışdır. Film heyətləri filmin uğuruna baxaraq ikinci seriyasını 1981-ci ildə çəkdilər. Bu filmdə böyük uğur qazandı. Lakin 1982-ci ildə çəkilən film uğur qazansa da, əvvəlki filmlərinə nisbətən gəliri az olmuşdur. Filmin ssenariyası isə daha fərqli idi. 1988-ci ildə filmin dörduncü filmi çəkilir. Bu film ilk iki filmin davamı idi.
Hellovin (filmin seriyaları)
Hellovin (frenşiza) - ABŞ Sleyşer (qanlı) qorxulu filmlərindən biridir. Müxtəlif seriyaları mövcuddur. İlk dəfə birinci seriya 1978-ci ildə çəkilmişdir. Həmin film çox böyük uğur qazanmışdır. Film heyətləri filmin uğuruna baxaraq ikinci seriyasını 1981-ci ildə çəkdilər. Bu filmdə böyük uğur qazandı. Lakin 1982-ci ildə çəkilən film uğur qazansa da, əvvəlki filmlərinə nisbətən gəliri az olmuşdur. Filmin ssenariyası isə daha fərqli idi. 1988-ci ildə filmin dörduncü filmi çəkilir. Bu film ilk iki filmin davamı idi.
Uşaq oyunu (filmin seriyaları)
Uşaq oyunu (filmin seriyaları) — filmin seriyalarını ehtiva edir. Orijinal film qatil Çarlz Li Rey vudu sehrindən istifadə edərək oyuncağa daxil olur və insanları öldürməyə başlayır. Filmin əsasında bir çox kitablar, komikslər, oyuncaq və s. hazırlanmışdır.
Qarağac küçəsində dəhşət (filmin seriyaları)
Qarağac küçəsində qarabasma (ing. A Nightmare On Elm Street) – ABŞ-nin məşhur qorxulu seriallarından biridir. Filmin 1984–2003-cü illər ərzindəki rejissoru isə məşhur ABŞ rejissoru Ues Kreyvendir. Filmlərin baş qəhrəmanı isə isveç aktyoru Robert Enqlundun ifasında olan Freddi Krügerdir. Qarağac küçəsində qarabasma filmini çəkməmişdən əvvəl New Line Cinema kompaniyası dərin böhran içində idi. 1984-cü ildə filmin çəkilməsindən sonra bu kompaniya böyük uğurlar qazanır. Bu uğurun uzunmüddətli olması üçün filmin sonrakı seriyaları çəkilməyə başlanılır. Freddi Ceysona qarşı filmi "Qarağac küçəsində qarabasma" seriyalarının hekayələrini bitirir. 2010-cu ildə "Qarağac küçəsində qarabasma" filminin remeyki çəkilir. Artıq bu filmdə Robert Enqlund çəkilmir.
Qarağac küçəsində qarabasma (filmin seriyaları)
Qarağac küçəsində qarabasma (ing. A Nightmare On Elm Street) – ABŞ-nin məşhur qorxulu seriallarından biridir. Filmin 1984–2003-cü illər ərzindəki rejissoru isə məşhur ABŞ rejissoru Ues Kreyvendir. Filmlərin baş qəhrəmanı isə isveç aktyoru Robert Enqlundun ifasında olan Freddi Krügerdir. Qarağac küçəsində qarabasma filmini çəkməmişdən əvvəl New Line Cinema kompaniyası dərin böhran içində idi. 1984-cü ildə filmin çəkilməsindən sonra bu kompaniya böyük uğurlar qazanır. Bu uğurun uzunmüddətli olması üçün filmin sonrakı seriyaları çəkilməyə başlanılır. Freddi Ceysona qarşı filmi "Qarağac küçəsində qarabasma" seriyalarının hekayələrini bitirir. 2010-cu ildə "Qarağac küçəsində qarabasma" filminin remeyki çəkilir. Artıq bu filmdə Robert Enqlund çəkilmir.
Cümə, ayın 13-ü (filmin seriyaları)
Cümə, ayın 13-ü (filmin seriyaları) - "Cümə, ayın 13-ü" filminin seriyalarını ehtiva edir. Filmdə baş rolu qatil Ceyson Vurxiz ifa edir. Ceyson uşaq vaxtında göldə batmışdır. Bir müddət keçdikdən sonra cümə günündə dirilərək, insanları öldürməyə başlayır. Orijinal filmin əsasında bir çox romanlar, komikslər çəkilmişdir. Ceyson Vurxiz dünya kinematoqrafiyasında tanınmış simalardan biridir.
Döyüş filmi
Döyüş filmi — Film janrlarından biridir. Döyüş filmlərinin səciyyəvi xüsusiyyəti süjet xətti boyu kaskadyor hərəkətlərinin, savaşların, maşın partlayışlarının və s. olmasıdır. İndiki vaxtda filmlərdə, həqiqi səhnələr əldə etmək üçün kompüter texnologiyasından faydalanılır. Əsasən, filmlərdə təhlükəli səhnələrin çəkilişində, aktyor və ya aktrisa yerinə dublyordan istifadə edilir.
Fantastika filmi
Fantastika filmi — film janrlarından biridir. Belə filmlərdə nağılvari qüvvələrə, mifik obrazlara rast gəlmək olur. Fantastik filmlərdə texniki tərəqqinin şişirdilir. Bu əsasən gələcəkdən bəhs edən filmlərdə əks etdirilir.
Fəlakət filmi
Fəlakət filmi, mövzusu qarşıdan gələn və ya davam edən təbii fəlakət və ya kataklizm olan film janrıdır. Belə fəlakətlərə daşqınlar, zəlzələlər, sunamilər və ya toqquşmalar kimi təbii fəlakətlər; gəmi və ya təyyarə qəzaları və ya dünya miqyasında xəstəlik epidemiyaları kimi fəlakətlər daxildir. Döyüş filmlərinin alt janrı olan bu filmlərin süjet xətti çox vaxt müəyyən bir personaj və ya onların ailəsinin, ya da müxtəlif insanların fəlakətin baş verdiyi ana qədərki dövrünü, fəlakətin baş verdiyi anı və bəzən də fəlakətdən sonrakı nəticələr zamanı həyatda sağ qalma taktikalarını təsvir edən hadisələri göstərir.
Komediya filmi
Komediya filmi — film janrlarından biridir. Bu janrın əsas məzmunu yumordur. Adətən, belə flimlər xoşbəxt sonluqla bitir. == Xüsusiyyəti == Komediyanın fərqləndirici cəhəti tamaşaçılarda gülüş doğuran xarakterin və situasiyaların təsvir edilməsidir. Komediya təsvir olunan materiala müəllifin münasibətinə görə satirik, lirik komediyalar, kinoparodiya və şərtlilik dərəcəsinə görə isə ekssentrik, kinovodevil və digər xeyli janr müxtəlifiyinə malikdir. Komediya yarandığı ilk illərdə başqa sənət növlərinin təcrübəsindən geniş istifadə etmişdir. 1895-ci ildə kinematoqrafın ixtiraçısı Lui Lümyerin çəkdiyi "İsladılmış suvarıcı" adlı ilk kinokomediya illüstrasiyalı jurnallardan birində dərc olunmuş, süjetli yumoristik rəsmlər olan komikslər əsasında yaradılmışdı.
Macəra filmi
Macəra filmi - Film janrıdır. Döyüş filmlərindən fərqi ondadır ki, qəhrəman düşdüyü çətin vəziyyətdən çıxmaq üçün qeyri-adi yollar axtarır. == Xüsusiyyəti == Bu janr üçün kəskin gərginlik, hadisələrin məzmununun macəraya, sərgüzəştlərə, yeni həyatın adi gərdişini pozan, qəhrəmanı hər hansı bir təhlükəyə sövq edən gözlənilməz hadisələrə əsaslanaraq səciyyəvidir. Macəra filmləri süjet quruluşunu, əsasən macəra ədəbiyyatı janrından əxz edir.
Melodram filmi
Melodram — ənənəvi dramaturgiya janrıdır. Kinematoqrafiyada xüsusilə geniş yayılmışdır. Kəskin intriqalar, xeyirlə şərin açıq şəkildə üz-üzə qarşılaşdırılması, ideal qəhrəman, iztirab çəkən qadın, məkrli cani, süjetin inkişafını müəyyənləşdirən təsadüfi və qəlbi sarsıdan hadisələr, tamaşaçıların hissləri ilə oynamaq, anlaşıqlı və nəsihətamiz əxlaq dərsləri melodramın xarekter əlamətləridir. Melodram (q.yun. δρᾶμα) mahnı və dram–hadisə. 1. Mövzusunda mübaliğəli dramatik gərginlik, zahiri effekt və həyəcanlı səhnələr olan dramatik janr, habelə bu janrda əsər. 2. Öz hiss və həyəcanlarını həddindən artıq faciəli və qeyri-təbii şəkildə ifadə etmə. 3.
Müharibə filmi
Müharibə filmi — Müharibədən bəhs edən film janrıdır. Dəniz, hava və topraq döyüşləri əks etdirilən filmlərdir.
Müəmma filmi
Müəmma filmi — Kino janrlarından biridir. Bu janr detektiv və cinayət filmləri ilə sıx əlaqəlidir. Müəmma filmlərində dolaşıq situasiyalar yaranır, şübhə və sürpriz sonluq əsas süjet xəttini təşkil edir.
Qorxu filmi
Qorxu filmləri və ya horror – insanı vahiməyə gətirən bədii filmin janrıdır. Ən məşhur qorxulu filmləri çəkən ölkələr sırasına ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Yaponiya və İtaliya kimi ölkələr daxildir. "Horror" terminini ilk dəfə fransızlar işlətmişlər. İlk qorxulu film fransız rejissoru Jorj Melyes tərəfindən 1896-cı ildə çəkilən İblisin qəsri filmidir. 1909-cu ildə çəkilən "Cingilti" filmi Rusiyanın ilk qorxulu filmidir. 1910–1940-cı illər arasında "Drakula" və "Frankenşteyn" haqqında ilk vahimə janrında filmlər çəkilir. 1949-cu ildə çəkilən "Yellənən" filmi Hindistanın ilk qorxulu filmidr 1950-1960-cı illər arasında çəkilmiş qorxulu filmlər əvvəlki çəkilən filmlərdən fərqlənir. Çünki bu filmlər psixoloji formada çəkilirdi. Xüsusilə, bu filmləri məşhur ingilis əsilli ABŞ rejissoru Alfred Hiçkok çəkirdi. İlk dəfə "Qorxu filmi" janrında yayımlanan serial ABŞ-də 1959-1964-cü il arası çəkilən "Alaqaranlıq zonası" serialı idi.
Sinema Filmi
Film, kino və ya kinofilm – hərəkətli təsvirlərdən istifadə etməklə hekayələri, fikirləri, hisləri, gözəlliyi və müxtəlif düşüncələri bizə çatdıran vizual sənət sahəsidir. Buradakı təsvirlər səslə, çox nadir hallarda isə, digər vasitələrlə müşayiət olunur. Kinematoqrafiya sahəsinin qısaldılmış adı olan "sinema" sözü, tez-tez film çəkilişi və ya film sənayesi sahələrinə istinadən işlədilir. Dünya kino tarixində ilk film 1896-cı ildə Lümyer qardaşları tərəfindən çəkilmişdir. Azərbaycanda isə ilk filmlər 1898-ci ildə fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmişdir. Hazırda filmlər kinoteatr və televiziyalarda ağ-qara, rəngli, səssiz, səsli və musiqili şəkildə nümayiş olunur. Filmdəki hərəkətli təsvirlər bəzi vizual effektlər və ya bu kimi tekniki proseslərin birləşməsi nəticəsində CGI, kompüter animasiyası vasitəsilə ənənəvi animasiya üsulundan istifadə edərək yaradılır. Hazırlanmış miniatür təsvirlər və ya kinokamera vasitəsilə çəkilmiş şəkillər ardıcıl olaraq birləşdirilir və nəticədə hərəkətli illüstrasiyalar yaratmaq mümkün olur. Rəqəmsal istehsalın tətbiqindən əvvəl, film saniyədə 24 kadr və ya təsvir sürətlə çəkilmiş canlı hərəkətin bir sıra statik və ya hərəkətsiz şəkillərindən ibarət fiziki bir hərəkət zolağı idi. Buradakı şəkillərin ardıcıl hərəkəti nəticəsində şəkil illüstrasiyası yaranır.
Sleşer filmi
Sleşer (ing. slash "arxadan zərbə; vurmaq") — qorxu filmlərinin alt janrı; bir neçə insanı bir-birinin ardınca təqib edən və qətlə yetirən (bəzən maska ​​taxan, bəzən fövqəltəbii güclərə malik olan) psixopat-qatil obrazının olması ilə xarakterizə olunur, əksər hallarda yeniyetmələr, adətən təsadüfi, səbəbsiz bir şəkildə, bir gündə bir çox insanın həyatını məhv edir. Kino-tənqidçilər italyan filmləri olan The Peeping Man (1960) və Psixo (1960) kimi psixoloji qorxu filmlərini sleşerin inkişafına ilkin təsirlər kimi göstərirlər. Bu janr 1978–1984-cü illərdə öz zirvəsinə çatdı — həmin illər belə filmlərin "qızıl dövrü" sayılır. Sleşer filmlərinin diqqətəlayiq nümunələrinə Texas qətliamı (1974), Təpələrin gözləri var (1977), Hellouin (1978), Cümə, ayın 13-ü (1980), Qarağac küçəsində qarabasma (1984), Uşaq oyunu (1988), Fəryad (1996), Mən bilirəm siz keçən yay nə etmisiniz (1997), Yanlış döngə (2003) və s. göstərmək olar.
Arı filmi
Arı filmi (ing. Bee Movie) — 2007-ci ildə istehsal olunmuş cizgi filmidir.
Simpsonlar filmi
Simpsonlar filmi (ing. The Simpsons Movie) — Simpsonlar cizgi-serialına əsaslanaraq çəkilmiş 2007-ci il ABŞ istehsalı animasiya filmi. Animasiya, serialın rejissorlarından biri olan Devid Silverman tərəfindən ekranlaşdırlıb, səs rollarını Den Kastellaneta, Culiya Kavner, Nensi Kartrayt, Yardli Smit, Henk Azariya, Harri Şirer, Tress Maknill, Pamela Heyden, Albert Bruks, Rassi Teylor və s. ifa edib. Ailənin başçısı Homer ciddi problemə yol açır. İşlədiyi stansiyanın yaxınlarındakı gölə zərərli maddələr tökür. Buna görə işdən qovulur. Etdiyi hadisəyə görə Sprinqfild sakinləri təhlükə altındadır. Homer etdiyi xətanı düzəltməyə çalışdıqca işlər qarışır. Den Kastellaneta - Homer Simpson, Eyb Simpson, Bağban Ulli, Kloun Krasti, Cənab Tini, Saydşou Mel, Mer Kvimbi, EPA polisi, itçi, Barni Qambl, Hans Molman, Börnsun hüquqşunası, Varlı Texaslı Culiya Kavner - Marc Simpson, Petti Buviye və Selma Buviye Nensi Kartrayt - Bart Simpson, Meggi Simpson, Nelson Mantz, Ralf Uiqqum, Todd Flanders Yardli Smit - Liza Simpson Henk Azariya - Mo Sizlak, Apu Nahasapeemapetilon, Komiks satıcısı, Kletus Spakler, Karl, Eşşək arısı-adam, Həkim Nik, Şef Uiqqum, Professor Frink, Kapitan Makkallister, Polis Lyu Harri Şirer - Cənab Börns, Smiters, Ned Flanders, Reyner Volkesl, Rahib Lovcoy, Lenni, Həkim Hbbert, Kent Brokman, Skratçi, Seymur Skinner, Otto Mann, Prezident Şvartsenegger Pamela Heyden - Milhaus Van Huten, Rod Flanders, Cimbo Cons Tress Maknill - Kolin, Plopper, Kuki Kvan, Lindsi Niql, Aqnes Skinner, Xanım Mantz, Elli Marsiya Volles - Edna Krabappel Rassi Teylor - Martin Prins Meqqi Rosvell - Helen Lovcoy, Miss Huver Albert Bruks - Rass Karqill Karl Viderqrott - EPA işçisi Fil Rozental - Televizordakı ata Co Manteqna - Kök Toni Green Day (Billi Co Armstronq, Maykl Dirnt və Tre Kul) - Özləri Tom Henks - Özü web.archive.org/web/20130323034746/http://www.simpsonsmovie.com/main.html — Simpsonlar filminin rəsmi saytı Simpsonlar filmi — Internet Movie Database saytında.
Xoca filmi
Xoca — 2012-ci ildə çəkilmiş film. “Xoca” filmi faktlar əsasında lentə alınıb. Filmin rejissoru və ssenari müəllifi Vahid Mustafayevdir. Baş prodüser Mir Şahin, prodüser Eyyub Danişvər, bəstəkar Yaşar Baxış, səs rejissoru Məsud Behnam, operator Afşin Əlizadə, montaj edən isə Elşad Rəhimovdur. Filmdə hadisələr Bakıda və Xocalıda paralel şəkildə baş verir. 2013-cü ildə musavat.com və minval.az saytları "Xoca" filmində 2010-cu ildə lentə alınmış "Brest qalası" filmindəki bir neçə epizodun eynilə təkrarlandığı iddia edib və bu barədə araşdırma videomaterial yayımlayıb. Filmin baş prodüseri Mirşahin Ağayev isə bu iddiaları təkzib edib. Təkzibdən sonra musavat.com və minval.az saytları yeni bir açıqlama yayaraq iddialarını yenidən təkrar ediblər. ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mais Məmmədov mövzu ilə bağlı açıqlamasında həm “Brest qalası”, həm də “Xoca” filmini dəfələrlə izlədiyini, “Xoca” filminin çəkilişlərində iştirak etdiyini söyləyərək, ortada heç bir plagiatlığın olmadığını bildirib. Daha sonra filmin rejissoru Vahid Mustafayev də plagiat iddiası ilə bağlı açıqlama verərək iddiaları təkzib edib.
Serb filmi
Serb filmi (serb. Српски филм) — 2010-cu il Serbiya istehsalı olan bir qorxu filmidir. Srjan Spasoyeviçin rejissorluq etdiyi bu film həm də onun film sahəsində debütü olmuşdur. O, həmçinin Aleksandar Radivoyeviç ilə birlikdə ssenari müəllifliyini də etmişdir. Film artıq fəaliyyətini dayandırmış olan bir porno ulduzun maliyyə çətinlikləri səbəbi ilə bir art haus filmə çəkilməyə razı olmasına, sonra isə bu filmin əslində pedofilik və nekrofilik səhnələrdən ibarət bir film olduğunu anlaması ilə başına gələn hadisələr haqqındadır. Baş rollarda isə Srjan Todoroviç və Sergey Trifunoviç oynayır. Art haus tipli bu kinonun premyerasından sonra, öz ssenarisinə və uşaqların cinsi istismarı, təcavüz və pedofiliya məzmunlu qrafik təsvirlərə görə kinematoqrafiya sahəsində olduqca böyük bir marağa səbəb olmuşdur. Serbiya hökuməti, filmi cinsi əxlaqa və cinsi azlıqların hüquqlarına qarşı cinayət olduğuna görə bir müddət tədqiq etdi. Film İspaniya, Almaniya, Avstraliya, Yeni Zelandiya, Malayziya, Sinqapur, Norveç və Cənubi Koreyada qadağan edilmiş və Braziliyada nümayişdən müvəqqəti olaraq götürülmüşdür. Təqaüdə çıxmış porno ulduz Miloş həyat yoldaşı Mariya və altı yaşlı oğlu Petar ilə yaşayır.
Titanic filmi
Titanik — Vayt Star Layn (ing. White Star Line) şirkətinə məxsus buxar gəmisi. Titanik (film, 1915) — film. Titanik (film, 1943) — film. Titanik (film, 1954) — film. Titanik (miniserial, 1996) — miniserial. Titanik (film, 1997) — rejissor Ceyms Kemeronun filmi.
Triller filmi
Triller — insanda gərgin həyəcanlanma, narahatlıq hissi yaradan filmə deyilir. Əksər filmlərin süjetində rast gəlinən triller elementi bu janrda rejissor tərəfindən xüsusilə istifadə olunur. Triller tamaşaçıların qaçılmaz gördüklərini gecikdirməklə yaranır və qaçmağın təhlükə və ya qeyri-mümkün göründüyü vəziyyətlərdə qurulur. Tamaşaçılardan vacib məlumatları ört-basdır etmək, döyüş və təqib səhnələri ümumi üsullardır. Trillerdə həyat adətən təhlükə altında olur, məsələn, qəhrəman təhlükəli vəziyyətə düşdüyünü dərk etməməsi kimi. Trillerlərin personajları bir-biri ilə və ya bəzən mücərrəd ola bilən xarici qüvvə ilə toqquşur. Qəhrəman tez-tez qaçış, missiya və ya sirr kimi bir problemlə qarşılaşır.
Vestern filmi
Vestern kino janrı — adından bəlli olduğu kimi, Qərbin, birinci növbədə Amerikanın həyatını əks etdirən janrdır. İlk vesternlər səssiz kino dövrünə aiddir. Əsasən Vəhşi Qərbin həyatını vəsf edir. Vestern ABŞ kinemotoqrafiyasında meydana gəlmişdir. Macəra kinosunun bir növüdür. Kovboy filmi də adlandırılır. Vestern filmlərinin mövzusu əsasən XIX əsrin ikinci yarısında Amerikanın qərbinin mənimsənilməsi ilə əlaqədar hadisələr təşkil edir. Vesternlərin qəhrəmanları çox vaxt çobanlar, xırda fermerlər olur. Baş qəhrəmanlar çox vaxt yerli şerif, yaxud gəlmə, sərgüzəşt axtaran kovboy, şəhəri mütəmadi olaraq talayan quldurlarla ölüm-dirim mübarizəsinə qoşulur. Bu mübarizə əsnasında qəhrəman yerli bir gözələ vurulur və onu yaramazların əlindən xilas edir.
Xorvatiya filmi
Xorvatiya filmi — Xorvatiya keçmiş Yuqoslaviyanın tərkib hissəsi olanda — 1946-cı ildə fəaliyyətinə başlayan, Xorvatiyanın Zaqreb şəhərində yerləşən dövlət kinoprokat şirkəti. Şirkət 1980–1990-cı illər ərzində regionda təkcə animasiya filmlərini istehsal edib. Həmin filmlərin rejissoru da Milan Blajekoviçdir. The Elm-Chanted Forest (Möcüzəli meşə) 1986-cı ildə, Lapitch the Little Shoemaker (Kiçik çəkməçi Lapiç) 1997-ci ildə istehsal edilib. "Xorvatiya film" həm də iki televiziya filmində iştirak edibː 2000–2005-ci illərdə satirik Lapiç serialında. ABŞ-də The Elm-Chanted Forest filminin titrlərində Xorvatiya film bir söz kimi yazılıb.
İdman filmi
İdman filmi — Film janrlarından biridir. Əsas süjet xətti idmanın bir növü ilə əlaqəli olan filmlərdir.
Titanik filmi
Titanik — Vayt Star Layn (ing. White Star Line) şirkətinə məxsus buxar gəmisi. Titanik (film, 1915) — film. Titanik (film, 1943) — film. Titanik (film, 1954) — film. Titanik (miniserial, 1996) — miniserial. Titanik (film, 1997) — rejissor Ceyms Kemeronun filmi.
Soyğun filmi
Soyğun filmi və ya Soyğunçuluq filmi — cinayət filminin alt janrıdır. Bu janra aid ilk nümunələrdən biri 1950-ci ildə çəkilmiş “Almaz oğruları” filmidir. 1990-cı illərdən etibarən soyğun filmlərində əsas diqqət cinayətin özündən çox personajların münasibətlərinə yetirilir. == İstinadlar == == Əlavə ədəbiyyat siyahısı == Lee, Daryl. The Heist Film: Stealing with Style. Columbia University Press. 2014. ISBN 978-0-231-85058-2. Sloniowski, Jeannette; Leach, Jim, redaktorlar The Best Laid Plans: Interrogating the Heist Film. Contemporary Approaches to Film and Media Series.
Flikin macəraları (cizgi filmi, 1998)
Bir böcəyin həyatı (ing. A Bug's Life) — 1998-ci ildə "Pixar" animasiya studiyası tərəfindən istehsal olunmuş animasiya filmi. Film ilk dəfə 14 noyabr 1998-ci il tarixində ABŞ-də göstərilmişdir. Film Con Lasseterin rejissorluğu ilə çəkilib.
Dilman
Dilman — Azərbaycan Respublikasının Ağsu rayonunun Kalva kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Niyaldağ silsiləsinin ətəyindədir. Kənd Türkmənçay sulh müqaviləsindən (1828-ci ildən) sonra Cənubi Azərbaycan-nm Dilman mahalından köçüb gəlmiş 200 ailənin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Ağsunun İsmayıllı ilə qonşuluqda yerləşən və Böyük Qafqazın cənub yamaclarına səpələnən 16 yüksək dağ kəndlərindən biridir. Buralardan etibarən yaşıllıq çoxalır və yüksəklik artır. Bu kəndləri əhatə edən meşələr piknik cənnəti hesab edilir. Meşənin dərinliklərində bir neçə şəlalə mövcuddur. Onlardan ən yaxını olan Dilman şəlaləsinə 1.5 – 2 saatda getmək olur. Maşın yolu yoxdur. Atla 30 – 45 dəqiqəyə gedilir.
Fillit
Fillit — sıx qara ipək parıltılı şist süxurları; kvars, bəzən xlorit qarışıqlı silisit və biotit, albitdən təşkil olunmuşdur. Gil şistlərinin metamorfizmi nəticəsində əmələ gəlir, lakin onlardan fərqli olaraq, tərkibində gil mineralları olmur. Metamorfizləşmə dərəcəsinə görə gil şistlərilə mika şistləri arasında keçid təşkil edir. == Fillitləşmə == Fillitləşmə gil şistlərinin regional metamorfizm şəraitində dəyişilmə prosesidir; süxurun sıxlaşması, maddənin yenidən kristallaşması, kristal dənələrinin böyüməsi və gil minerallarının serisit, biotit və xloritə çevrilmə prosesləri. Fillitləşmə nəticəsində fillitlər əmələ gəlir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Silvin
Silvin — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Rəng – rəngsiz, ağ, süd və qar kimi ağ, boz, sarımtıl, qırmızımtıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, yağlı, tutqun; Şəffaflıq – şəffafdan işıqkeçirənədək; Sıxlıq – 1,9-2,0; Sərtlik – 2; Kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl; Sınıqlar – pilləli, hamar; Başqa xassələr – suda yaxşı həll olma; hiqroskopiklik; kəskin acı-şor dad, yüksək istilikkeçirmə; şəffaf kristalların qısa dalğalı şüaları keçirmə qabiliyyəti; Morfologiya – kristallar: kütləşmiş bucaqlı heksaedik, nisbətən az hallarda oktaedrik; İkiləşmə: {111} üzrə tez-tez rast gəlir; Mineral aqreqatları: dənəvər bütöv kütlələr, nazik təbəqəciklər, nadir hallarda druzalar. Duz hövzələrinin quruması nəticəsində xemogen yolla halitdən sonra çökür və yayılmasına görə ondan xeyli geridə qalır. Törəmə silvin karnallitin pozulması ilə əlaqədar olaraq kristallaşır. Duz yataqlarında, silvinitlərdə – halogen çökmə halit- silvin süxurlarında rast gəlir. Sublimasiya məhsulu kimi vulkan kraterlərinin divarlarında və lava axınlarının səthində nazik təbəqəciklər əmələ gətirir. Birlikdə rast gəldiyi minerallar: halit, anhidrit, karnallit, kianit, kizerit və s. Mineralın tapıldığı yerlər: Solikamski yatağı, Kamçatka yarımadasə (Rusiya); Kaluşski və Stebnikski yataqları (Ukrayna); Pripyat hövzəsi (Belarus); Maqdeburq və Stasfurt (Almaniya); İtaliya; Sirles gölü (ABŞ); Ölü dəniz; Mayo mədənləri (Hindistan) və çoxsaylı digər məntəqələr. Azərbaycanda Masazır və Böyükşor özüçökən duz yataqlarında (Abşeron yarımadası) və bir sıra başqa məntəqələrdə kəskin üstünlük təşkil edən halitlə sıx assosiasiyada qeyd olunur.
Tiamin
B1 vitamini – Tiamin (vitamin B1) — suda həll edilən vitamin, C12H17N4OS formululu birləşmə. Suda yaxşı həll edilən,spirtdə həll edilməyən,rəngsiz kristal maddə.İsidildikdə dağılır. Birinci dəfə U.Sudzuki tərəfindən 1910-cu ildə beri-beri xəstəliyini düyü tullantıları ilə müalicəsini öyrənən zamanı sintez edilibdir.Digər məlumata görə vitamin birinci dəfə K.Funk tərəfindən 1912-ci ildə yaradılıb. Tiamin, suda yaxşı həll edilərək,orqanizmdə yığılıb qalmır və zəhərləyici xüsusiyyətləri yoxdur. Təmiz şəkildə birinci dəfə Barend Yansen tərəfindən 1926 - cı ildə alınıb. B1 vitamini iştahı artırır, qəbul edilən qidanın həzminə kömək edir, xəstəliklərə qarşı orqanizmin immunitetini gücləndirir. Bundan başqa o, sinir toxumalarının normal çalışmasına da yardımçı olur. B1 vitamininin əsas "düşmənləri" siqaret, spirtli içkilər və şəkərdir. Tiaminin davamlı şəkildə defisiti bir sıra ağır xəstəliklərə,ilk növbədə əsəb sisteminin pozulmasına gətirib çıxarır. Tiamin çatışmazlığının fəsadları beri-beri xəstəliyi kimi tanınır.
Dilmun
Dilmun və ya Telmun (şum. , sonra 𒉌𒌇(𒆠), ni.tukki = DILMUNki; ərəb. دلمون‎) — Şərqi Ərəbistanda e.ə. III minillikdən bəhs edilən qədim samidilli sivilizasiya idi. Kontekstual dəlillərə əsaslanaraq, bu, İran körfəzində, Mesopotamiya ilə Hind vadisi sivilizasiyası arasında ticarət yolu üzərində, dənizə və artezian bulaqlarına yaxın yerdə yerləşirdi. Dilmun Bəhreyni, Küveyti və şərqi Səudiyyə Ərəbistanını əhatə edirdi. Dilmun bağ cənnəti haqqında şumer əfsanəsi Ədən bağı hekayəsi üçün ilham mənbəyi ola bilər.
Qılman
Qılman (ərəb. غِلْمَان‎; təkdə qulam, ərəb. غُلاَم‎) — bütün islam dünyasının ordularında qul əsgərləri və/yaxud muzdlular. IX əsrin əvvəllərindən XIX əsrin əvvəllərinə qədər islam dövlətləri ardıcıl olaraq qulları əsgər kimi yerləşdirmişdilər. Bu, İslam dünyasından kənarda çox nadir rastlanan bir hadisə idi. Quranda qılman 52:24-cü ayədə cənnətdə xidmət edən oğlanlara aid edilmişdir. Qılman (غِلْمَان) və onun tək variantı qulam (غلام) ərəb mənşəlidir. Bu söz "oğlanlar" və ya "qulluqçular" deməkdir. Ərəbcə ḡ-l-m (غ ل م‎). kökündən gəlir.