Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Black Flag
Black Flag ([blæk flæg], azərb. qara bayraq‎) — 1976–1986 cı illər aralığında fəaliyyət göstərən Kaliforniyalı Hardakor pank qrup. İlk adı "Panic" olub. Kollektivin heyəti bütün fəaliyyət göstərdiyi illər boyu dəyişib, yeganə daimi üzvü gitarist Qreq Qrin olub.Yeni Hardkor pank mədəni-musiqili yön yaradaraq, çağdaş pank mədəniyyətinə böyük təsir göstəriblər. Meynstrim kommersiya musiqisinə, yəni böyük leybllar, prodüserlər tərəfindən dəstəklənən, tanınmış jurnallarda çap olunan ifaçılara əks olaraq Black Flag bundan imtina etdi və yeni DIY (do it yourself, "özün elə") pank submədəniyyətini, və, onların vinillərini buraxmaqda imtina alandan sonra, öz leyblları olan "SST Records" u yaratdılar. Musiqiçilər tam bağsız, heç bir musiqi şirkətindən asılı olmayaraq fəaliyyət göstərirdi. Qrup, gəıəcəldə metal və qranj janrlarında ifa edən bir çox kollektivlərə böyük təsir göstərib,bu siyahıya Nirvana, Melvins, Soundgarden, Slayer, Eyehategod və s. kimi qruplar daxildir. == İstinadlar == .
MAN
MAN — alman avtomobil markası. "MAN" avtomobil markası təməli 1908-ci ildə qoyulmuşdur. Onun yaranması 19-cu əsrlə 20-ci əsrin qovşağında Auqsburq və Nürnberq maşınqayırma müəssisələri birləşərək adlarını dəyişdikdən sonra baş vermişdir. Yeni ad, yəni MAN (Maschinen-fabrik Augsburg-Nurnberg) bu müəssisələrin ittifaqının rəmzi olmuşdur. Əslində konsernin tarixi bundan xeyli əvvəl 1758-ci ildə Rur vilayətində ilk ağır sənaye müəssisəsi olan St. Antony (Oberhauzen) metallurgiya zavodu istismara verildiyi vaxtdan başlanmışdır. 1915-ci ildən zavod yük avtomobilləri istehsalına başladı. Zavodun istehsal etdiyi ilk avtomaşınlar Avstriyanın Saurer firmasının lisenziyası ilə buraxılan, mühərriki benzinlə işləyən yük maşınları idi. Lakin tezliklə hər şey kökündən dəyişdi. Belə ki, məhz Auqsburq maşınqayırma zavodunda 1893–1897-ci illərdə Rudolf Dizel öz məşhur mühərrikini hazırladı.
El'man
El'man (18 noyabr 1993, Sumqayıt) — Rusiyada fəaliyyət göstərən azərbaycanlı ifaçı. Elman 18 noyabr 1993-cü ildə Sumqayıtda anadan olmuşdur. Zeynalov hələ uşaq ikən, ailəsi Rostov-Don şəhərinə köçdü. Müğənni Azərbaycan dilini xatırlayır (zəif bilirdi), amma ona mahnı yazmaq üçün yetərli deyildi. 20 nömrəli məktəbi bitirdikdən sonra Elman Rostov Dövlət Dəmiryol Mühəndisliyi Universitetinə daxil oldu. Uşaqlıqdan çox müstəqil olan Elman 17 yaşında valideynlərindən uzaqlaşdı. Zeynalov musiqi və mahnı oxumağa nisbətən gec - məktəbdən sonra başladı. Nəticədə bu sahədəki uğur Elmanı yaradıcılığa qədəm qoymağa ruhlandırdı. EL'MAN ləqəbi ilə Zeynalov rap və R'n'B mahnılarını yazmağa, partilərdə çıxış etməyə və Rostovda solo konsert verməyə başladı. Bir neçə il ərzində, təcrübəsiz sənətçi həmyerliləri arasında çoxlu fanat qazanır.
Man Adası
Men adası (ing. Isle of Man [aɪl ɒv mæn], men Ellan Vannin [ˈɛlʲən ˈvanɪn]) — Britaniyanın taxt-tac ərazisi. İngiltərə, İrlandiya, Şotlandiya və Uelsdən təxminən eyni məsafədə İrland dənizində yerləşir. Men adasında dünyanın ən qədim parlamentlərindən biri mövcuddur (Tinvald) — 979-cu ildən. 1973-cü ildə Birləşmiş Krallıq (Böyük Britaniya) Cəbəli-Tariq ilə birlikdə Aİ-yə üzv oldu. Men adası, Cersi adası və Gernsi Aİ-yə qoşulmadı. Men adasının simvolu — triskelion — bir nöqtədən qaçan üç ayaq. Triskelion, adanın şüarında əks olunan sabitliyi simvollaşdırır. Adanın bayrağı və gerbində də təsvir edilmişdir. Adanın adının dəqiq etimologiyası məlum deyil.
Pac-Man
Pac-Man — Namco tərəfindən yaradılan kompüter oyunudur. 1980-ci ildə gün üzünə çıxmış və qısa zamanda populyarlaşmışdır. Pac-Man'da oyunçu labirint içərisində hərəkət edərək sarı diskləri bitirməyə çalışır. Qarabasma və canavarlardan qaçaraq, hədəfi bütün kiçik diskləri toplamaq olan oyunçu disklərin hamısını toplayınca digər mərhələyə keçir. Daha çox bal toplamaq üçün çıxan meyvələri toplamaq lazımdır. Böyük sarı diskləri aldığında qarabasma və canavarlar rənglərini göyə dəyişirlər və bir müddət yeyiləbilir vəziyyətə gəlirlər. Oyun Yaponiyada Puck-Man olaraq adlandırılırdı. Ancaq bəzi vandallar "P" hərfini "F" ilə dəyişdirincə, oyun Amerikada Pac-Man olaraq çıxdı. İlk dəfə Google Pacman ilə birlikdə 21 may 2010-cu ildə bir jest edərək bu oyunu loqosu yerinə qoymuşdur.
Spider-Man
Hörümçək-adam (ing. Spider-Man) — Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Personaj yazıçı-redaktor Sten Li və yazıçı-rəssam Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə komikslərin Gümüş dövründə "Amazing Fantasy" komiksinin 15-ci sayında (avqust 1962) peyda olmuşdur. Marvel Kainatında valideynləri Riçard və Meri Parker təyyarə qəzasında öldüyü üçün Nyu-York şəhərində Mey xala və Ben əmi tərəfindən böyüdülən və əsl adı Piter Parker (ing. Peter Parker) olan personaj kimi düşünülmüşdür. Li və Ditko onu yeniyetməlik dövrünün normal çətinlikləri və maddi problemləri ilə üzləşməli olan personaj kimi təsvir etmişdirlər və onun üçün bir çox köməkçi personajdan istifadə etmişdirlər: "Daily Bugle" qəzetinin baş redaktoru Cey Cona Ceymson, sinif yoldaşları Fleş Tompson və Harri Ozborn, romantik münasibətdə olduğu Qven Steysi və Meri Ceyn Uotson. Personajın mənşə hekayəsinə görə radiokativ hörümçək tərəfindən sancılan Piter Parker hörümçəklərə xas güc və bacarıqlar əldə edir: divarlara dırmaşmaq, biləklərinə taxdığı "toratan" adlı xüsusi alətlərlə hörümçək toru atmaq və "hörümçək hissi" sayəsində təhlükəyə cəld reaksiya vermək. Əldə etdiyi bu güclər ona Doktor Osminoq, Yaşıl qoblin və Venom kimi güclü düşmənlərə qarşı mübarizə aparmaq imkanı yaradır. Hekayəyə görə o, əvvəlcə güclərindən saymazyana istifadə edir, lakin əmisini öldürən oğrunun qaçmasına şərait yaratdığını öyrəndikdən sonra gücünün məsuliyyətini dərk edir. Hörümçək-adamın 1960-cı illərin əvvəllərində peyda olduğu dövrdə superqəhrəman komikslərində yeniyetmə personajlar protaqonistlərin köməkçisi rolunda çıxış edirdilər.
Van Man
Van Man (çin. 王莽, pinyin: Wáng Măng; şəxsi adı Çzyuyçzyun (çin. 巨君, pinyin: Jùjūn); -45.. — 23.10.6) — 9 - 23 cü illərdə Çin imperatoru. Lyu sülaləsinin banisi, Xin xanədanının qurucusu. Çin tarixində o, uzurpator kimi tanınır.
İp Man
İp Man (çin. 葉問, ing. Yip Man; 1 oktyabr 1893 – 2 dekabr 1972, Britaniya Honkonqu[d]) Çin döyüş sənəti ustası, uşu döyüş sənətini (Vin Çun stili) tədris etməyə başlamış ilk şəxs. Aktyor, döyüş ustası Brüs Linin müəllimi.
Fat Man
Gonbul adam ABŞ tərəfindən 9 avqust 1945-ci ildə Naqasakiyə atılan atom bombasına verilən addır.İkinci dünya müharibəsidə istifadə edilən atom bombasının ikincisidir və o günə qədər həyata keçirilmiş üçüncü atom partlayışıdır.Həyata keçirilmiş ilk atom partlayışı Triniti sınağı, ikinci partlayış isə Little Boyun partladılması olmuşdur.
Capture the flag (kibertəhlükəsizlik)
CTF (Capture The Flag və ya Bayrağı ələ keçir) kibertəhlükəsizliyində "bayraqların" (burada bayraq adətən bir kod və bir cümlə olur) məqsədyönlü şəkildə həssas proqramlarda və ya veb-saytlarda gizli şəkildə gizlədildiyi bir məşqdir. Bu, rəqabət və ya təhsil məqsədləri üçün ola bilər. Rəqiblər bayraqları ya digər rəqiblərdən (hücum/müdafiə, Attack-Defense, tipli CTF-lər) və ya təşkilatçılardan (təhlükə, Jeopardy, tipli çağırışlar) oğurlayırlar. Bir neçə variasiya mövcuddur. Müsabiqələrə bayraqları aparat cihazlarında gizlətmək daxil ola bilər, onlar həm onlayn, həm də şəxsən ola bilər və təkmil və ya giriş səviyyəsində ola bilər. Oyun eyni adlı ənənəvi açıq idman növünə əsaslanır. Capture the Flag (CTF) təhlükəsizlik bacarıqlarının sınağı kimi istifadə edilən kibertəhlükəsizlik yarışıdır. İlk dəfə 1993-cü ildə ABŞ-da hər il Nevada ştatının Las-Veqas şəhərində keçirilən ən böyük kibertəhlükəsizlik konfransı olan DEFCON -da hazırlanmışdır. Konfransda CTF də daxil olmaqla həftəsonu kibertəhlükəsizlik yarışları keçirilir. CTF-nin oynaya biləcəyi iki yol var: təhlükə və hücum-müdafiə.
It’s a Man’s Man’s Man’s World
"It’s a Man’s Man’s Man’s World" — Ceyms Braunun mahnısı. 1966-cı ildə sinql kimi buraxılıb. ABŞ-nin R&B Singles hit-paradında birinci yeri tutmuşdur. Mahnı Ceyms Braun və Betti Cin Nyusom tərəfindən yazılmışdır. 2004-cü ildə Rolling Stone jurnalı "It’s a Man’s Man’s Man’s World" mahnısının Ceyms Braunun ifasında olan versiyasını "bütün zamanların 500 ən məşhur mahnısı" siyahısında 123-cü yerə layiq görmüşdür. Mahnı 2011-ci ilin siyahısında 124-cü yerdə qərarlaşıb.
Le-Man (rayon)
Le-Man (fr. Le Mans) — Fransanın Luara torpağı regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Sarta. Suprefektura — Le-Man. Rayon əhalisi 1999-cı ildə 363 245 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 87 nəf / km². Rayon sahəsi — 3002 km².
Li Fuk Man
Li Fuk Man (11 oktyabr 1952) — Honq Konqu təmsil edən stolüstü tennisçi. Li Fuk Man Honq Konqu 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Li Sın Man
Li Sın Man (26 mart 1875 – 19 iyul 1965[…], Honolulu) — Koreya Respublikasının Müvəqqəti Hökumətinin ilk başçısı, eyni zamanda Koreya Respublikasının (Cənubi Koreya) ilk prezidenti. 1948-ci ilin avqustundan 1960-cı ilin aprelinə qədər üç dəfə prezidentlik müddəti Koreyanın Cənubi, Amerikan və Şimal, Sovet tərəfdarı, Koreya müharibəsi və Koreya yarımadasında sonrakı gərginliyin artması fonunda keçdi. Li Sın Man sərt antikommunist və avtoritar hökmdar olmuşdur, seçki nəticələrinin saxtalaşdırılması səbəb olduğu kütləvi etirazlardan sonra hakimiyyəti sona çatdı. 1949-cu ildə Koreya dövlətinin yaradılmasına görə "Xidmətə görə" ordeni və "Muonqva" Böyük Ordeninə layiq görülüb.
Man of Action
Man of Action Entertaintment - fəaliyyəti televiziya, komiks, animasiyalar və filmlərdən ibarət və müxtəlif media markalarında Amerikan spefikasiya yazıçı kollektividir. Studiya animasiyaları, ekşn şouları, superqəhrəman dramları, komiks kitabları, Ben 10, Qəhrəmanlar şəhəri, Generator Reks, və Qormiti Təbiət Sərbəstdir kimi layihələri ilə məşhurdur. Man of Action Entertaintment 2000-ci ildə quruldu. Şirkət şəxsidir və Komiks kitab yazıçıları, aktyor olan Coy Kasey, Coy Kelli, Dunkan Ruliu və Stivin T. Siql tərəfindən qurulmuşdur.
Marvel: Spider-Man
One-Punch Man
One-Punch Man (ワンパンマン, Wanpanman, azərb. Vanpançmen‎ və ya azərb. Tək yumruq-adam‎) — 2009-cu ilin əvvəllərindən manqaka One tərəfindən yaradılıb yayımlanan veb-komiks. Veb-komiks böyük uğur əldə etmiş, 2012-ci ilin iyununda 7,9 milyon onlayn baxışı keçmişdir. "One-Punch Man" sözünün yaponca versiyası olan "Wanpanman" uşaq kitabı olan "Anpanman"-dan qaynaqlanır. Yusuke Muratanın rəssamlığı ilə istehsal olunan rəqəmsal manqa remeyki 2012-ci ildə Shueisha nəşriyyatının Young Jump Web Comics saytında yayımlanmağa başlamışdır. Viz Media remeyki Şimali Amerika üçün lisenziyalaşdırmış və Weekly Shonen Jump rəqəmsal jurnalı vasitəsilə yayımlamağa başlamışdır. Madhouse tərəfindən istehsal olunmuş anime serialı Yaponiyada 2015-ci ilin oktyabrından dekabrına qədər yayımlanmışdır. İkinci mövsümü anons edilmişdir. 25 sentyabr 2017-ci ildə animenin istehsalçı şirkəti və rejissoru dəyişdirilmişdir.
One Punch Man
One-Punch Man (ワンパンマン, Wanpanman, azərb. Vanpançmen‎ və ya azərb. Tək yumruq-adam‎) — 2009-cu ilin əvvəllərindən manqaka One tərəfindən yaradılıb yayımlanan veb-komiks. Veb-komiks böyük uğur əldə etmiş, 2012-ci ilin iyununda 7,9 milyon onlayn baxışı keçmişdir. "One-Punch Man" sözünün yaponca versiyası olan "Wanpanman" uşaq kitabı olan "Anpanman"-dan qaynaqlanır. Yusuke Muratanın rəssamlığı ilə istehsal olunan rəqəmsal manqa remeyki 2012-ci ildə Shueisha nəşriyyatının Young Jump Web Comics saytında yayımlanmağa başlamışdır. Viz Media remeyki Şimali Amerika üçün lisenziyalaşdırmış və Weekly Shonen Jump rəqəmsal jurnalı vasitəsilə yayımlamağa başlamışdır. Madhouse tərəfindən istehsal olunmuş anime serialı Yaponiyada 2015-ci ilin oktyabrından dekabrına qədər yayımlanmışdır. İkinci mövsümü anons edilmişdir. 25 sentyabr 2017-ci ildə animenin istehsalçı şirkəti və rejissoru dəyişdirilmişdir.
Pac-Man World
Pac-Man World — "Namco" oyun şirkəti tərəfindən 1999-cu ildə yaradılan macəra oyunudur. "Pac-Man World" videooyun seriyasının birinci seriyasıdır. Pak-Man 20 illiyini qeyd etmək üçün (oyun məhz Pac-Manın 20 illiyində yaradılmışdır) evə ailəsinin yanına gələn zaman Xanım Pak-Man, Beybi Pak, Jr. Pak, Professor Pak, Chomp Chomp the dog, və Pukanın Tok-Man tərəfindən qaçırıldığını eşidir. Pac-Man ailəsini xilas etmək üçün onların ardınca gedir. Ailəsinin hər bir üzvü müxtəlif dünyada yerləşdirilmişdir. Macəraların sonunda Pak-Man ailəsinin bütün üzvlərini xilas edir və Tok-Man üzərində qələbə çalır.
Yan Son-Man
Yan Son-Man (17 avqust 1985) — Şimali Koreyanı təmsil edən stolüstü tennisçi. Yan Son-Man Şimali Koreyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Yan Son-Man Şimali Koreyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 9-cu pillənin sahibi olub.
Spider-Man (2018)
Spider-Man (PS4)
Spider-Man PS4
İp Man 2
"İp Man 2" (çin. 葉問2, ing. Ip Man 2 ) — Donni Yenin iştirakı ilə çəkilən və uşu döyüş sənətini (Vin-Çun stili) tədris etməyə başlamış ilk şəxs olan İp Manın həyatından bəhs edən yarıbioqrafik döyüş filmi. Yaralı İp Man dostunun köməyilə Foşandan müvəffəqiyyətlə qaçır. İp Man burada çətin günlərini yaşayır. O ailəsini dolandıra bilmir. Hətta evinin kirayə pulunu verə bilmir. Buna görə də o Vin-Çun döyüş stilini tədris etməklə pul qazanıb ailəsini dolandırmaq istəyir. İp Manın dostu ona geniş bir zal tapır. Bundan sonra İp Man şagird yığmaq üçün elanlar yazıb divara yapışdırır.
İp Man 3
"İp Man 3 " (çin. 葉問3, ing. Ip Man 3 ) — Donni Yenin iştirakı ilə çəkilən və uşu döyüş sənətini (Vin-Çun stili) tədris etməyə başlamış ilk şəxs olan İp Manın həyatından bəhs edən yarıbioqrafik döyüş filmi.
Flap
Flaplar — təyyarələrdə ümumiyyətlə stabilizatorun arxa tərəfində yerləşir; Qanad gövdəsini artıraraq ilk növbədə daşıyıcı qüvvəni (L) və qismən də sürükləmə qüvvəsini (D) artıran komanda səthidir. Flaplar xüsusən enmə və qalxma kimi aşağı sürətlərdə, daha yüksək daşıyıcı qüvvə tələb edilən uçuşun fazalarında istifadə olunur (açıq vəziyyətə gətirilirlər). Bir çox təyyarə növündə flapların birdən çox tənzimləmə səviyyəsi (bucağı) vardır. Flaplar daşınmanı artıraraq istənilən konfiqurasiyada təyyarənin perdovites sürətini azaldır (perdovites olmasını çətinləşdirir). Təyyarənin qalxması zamanı istifadə edildikdə, təyyarənin daha əvvəl yerdən qalxmasına imkan verir. Flaplar sürüklənməni artırır. Bu təsir eniş zamanı enmə sürətini artırır. Təyyarədə qalxmadan sonra isə dırmaşma dərəcəsini azaldır və daha “dayaz” bir dırmaşmaya səbəb olur. Flaplar açıq vəziyyətdə olarkən, təyyarənin burnu (pitch) flapsız vəziyyətdən daha aşağıdadır. Bu pilota daha yaxşı üfüqi görmə qabiliyyəti verir.
Dayv-flaq
Dayv-flaq və ya dalğıc bayrağı — ətrafdakıları gəminin suya dalğıc saldığına xəbərdar etmək üçündür. .
Jan Jan
Can Can (erm. Ջան Ջան) — 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edən İnqa və Anuş Arşakyanın oxuduğu mahnıdır. 12 may 2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin I yarımfinalında 99 xalla 5-ci yer tutmuşdur və finala çıxmışdır. Finalda isə doqquzuncu nömrə altında yarışdı və 92 xal toplayaraq 10-cu oldu. Müsabiqədə səslənən erməni mahnısına bir müddət sonra Azərbaycan ictimaiyyəti etiraz etdi.
Kan kan
Kan kan (fr. cancan) — yüksək enerjili, fiziki cəhətdən tələbkar rəqs. 1840-cı illərdə məşhur musiqi-zal rəqsi olmuş, bu günə qədər fransız kabaresində populyarlığını davam etdirir. Əvvəlcə cütlər tərəfindən rəqs edilirdi, indi ənənəvi olaraq qadın rəqqasların xor xətti ilə əlaqələndirilir. Rəqsin əsas xüsusiyyətləri yüksək ayaq hərəkətləri, şpaqat ilə birlikdə ətəklərin güclü manipulyasiyasıdır.
Flay çayı
Flay (ing. Fly River) - Yeni Qvineya adasında bir çay.Çayın çox hissəsi Papua-Yeni Qvineyanın Qərb əyalətindən keçir (Flay bu ölkədə Sepikdən sonra ikinci ən uzun çaydır); çayın yalnız kiçik bir hissəsi İndoneziya ilə dövlət sərhədindədir. Flay əsasən Qərb vilayətindən keçir, baxmayaraq ki, kiçik bir hissəsi Papua-Yeni Qvineya ilə İndoneziya Papua əyaləti arasındakı sərhədi təşkil edir. Bu hissə 141 ° E uzunluq xəttinin qərbindən bir qədər uzanır. Papua-Yeni Qvineya ərazisindəki bu cüzi qazancı kompensasiya etmək üçün,Flay çayının cənub sərhədi 141 ° E uzunluq xəttindən bir qədər şərqdədir. Bu müqavilənin bir hissəsi olaraq, İndoneziya Flay çayından naviqasiya üçün istifadə etmək hüququna malikdir. Flayın əsas qolları Striklend və Ok-Tedidir. Ağzına yaxın, Flay çayının axını gelgit burunu ilə qarşılaşır, daxil olan yüksək gelgit burunu gelgitin dəyişməsinə qədər suyu yuxarıya doğru itələyir. Bu gelgit burunun diapazonu hələ sənədsizdir.. Flay çayının deltası giriş hissəsindən 100 km daha genişdir, lakin Kivai adasının yuxarı hissəsində cəmi 11 km genişdir.
Six Flags
Six Flags (ing. Altı Bayraq) - dünyada ən böyük regional istirahət parkı şirkəti, Birləşmiş Ştatlarda ikinci aparıcı lunapark operatorudur. (Birinci yerdə Walt Disney). Oklahomada şirkətin baş ofisi yerləşir. Eyni zamanda Nyu Yorkda ikinci korporativ ofisidə fəaliyyət göstərir. ABŞ-da, Kanadada, Meksikada və Avropada 39 ailə yönümlü istirahət parkları mövcuddur. Amerikanın 35 ştatınına xidmət edə bilir. Parkda karusellər, heyvanxanalar, yüksək səviyyəli restoranlar, tamaşalar, kiçik alış-veriş mərkəzləri və piknik əraziləri fəaliyyət göstərir. Six Flags şirkətinin öz parklarında Worner Bros. qəhrəmanlarını istifadə etmək hüququ da var.
Can Can
Can Can (erm. Ջան Ջան) — 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edən İnqa və Anuş Arşakyanın oxuduğu mahnıdır. 12 may 2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin I yarımfinalında 99 xalla 5-ci yer tutmuşdur və finala çıxmışdır. Finalda isə doqquzuncu nömrə altında yarışdı və 92 xal toplayaraq 10-cu oldu. Müsabiqədə səslənən erməni mahnısına bir müddət sonra Azərbaycan ictimaiyyəti etiraz etdi.
Şu-Flay-Kompleks
Şu-Flay-Kompleks (ing. Shoo Fly Complex) — aşağı yaşıl şist fasiyasına metamorflaşan süxurların subduksiya kompleksi. ABŞ-nin Kaliforniya ştatında, Syerra-Nevadanın şimalında yerləşir.
Ban Çan
Ban Kristofer Çan və ya səhnə adı ilə Bang Chan (3 oktyabr 1997, Seul) — 2018-ci ildə JYP Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı oğlan qrupu "Stray Kids"-in lideri, vokalı, repçisi və prodüseridir. 3Racha mahnı yazan triosunun üzvüdür.Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasının (KOMCA) məlumatına görə, o 124 mahnının müəllifidir. == İlk İllər == === Həyatı === Ban Çan 3 oktyabr 1997-ci ildə Cənubi Koreyada Seul şəhərində anadan olub.Hannah adında bacısı və Lucas adında qardaşı var. Kiçik yaşlarında bir müddət Avstraliyanın Sidney şəhərində yaşamışdır. Çan Avstraliyada ikən "Newtown" Liseyində oxudu. Cənubi Koreyaya köçdükdə "Chungdam" Liseyində oxudu. Kiçik yaşlarında modern rəqs və balet rəqsi üzrə təhsil almışdır. == Karyera == === Stray Kids === 11 aprel 2011-ci ildə JYP Entertainment-ə qatıldı. 800 namizəd arasından tək o seçilmişdir. 7 il stajçı olub.
Alaq
Alaq – becərilən bitkilər arasında özbaşına bitən bitki. Azərbaycanda pambıq tarlalarında 92, qarğıdalı və yonca sahələrində müvafiq olaraq 120 və 125, payızlıq taxıl zəmilərində 152, tərəvəz əkinlərində 25, üzüm bağlarında 148 növ alaq bitir. Alaq əkinçiliyə böyük zərər verir: becərilən bitkilərə lazım olan qida maddələrinin, suyun, işığın bir hissəsini alır; ziyanvericilərin, xəstəliklərin inkişafı üçün şərait yaradır; becərməni, məhsul yığımını çətinləşdirir; Alaqlı yerlərdə kənd təsərrüfatı bitkilərin məhsuldarlığı və məhsulun keyfiyyəti aşağı düşür. Alağa qarşı mübarizədə aqrotexniki tədbirlərlə yanaşı kimyəvi mübarizə əsas yer tutur.
Ulaq
Ulaq, uzunqulaq və ya eşşək (lat. Equus asinus asinus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid afrika eşşəyi növünün əhliləşdirilmiş yarımnövü. Təsərrüfatda mühüm əhəmiyyət kəsb etmişdir. Dünyada 40 milyondan çox uzunqulaq yaşayır və onların əksəriyyəti inkişaf etməmiş ölkələrdədir. Onlar tez-tez ağır yüklərin daşınması və ya arabaların çəkilməsi kimi işlərdə istifadə olunur və gücü və dözümlülüyü ilə tanınır. Uzunqulaqların ömrü təxminən 30 ilə yaxındır. Uzunqulaqlar ən çox istismara və pis rəftara məruz qalan heyvanlar sırasındadır. Uzunqularların hündürlükləri 1–1.4 metrə çatır. Onların iri başları və uzun yumşaq qulaqları olur. Vəhşi afrika eşşəkləri qırmızı dəniz sahillərində Somalidə, Eritreyadq və Şimali Efiopiyada yaşayırlar.
Kan Hi-Çan
Kanq Hi-Çan (10 may 1970) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. Kanq Hi-Çan Cənubi Koreyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub. Daha sonra Kan Hi-Çan Cənubi Koreyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 5-ci pillənin sahibi olub.
FAQ
TVS tez-tez verilən sualların siyahısı (FAQ) və müəyyən bir mövzuya dair cavablar (suallar və cavablar [Q & A] və ya tez-tez verilən suallar) kimi tanınır. Format tez-tez ümumi sualları təkrar edir, məsələn, ümumi məlumat boşluqlarına aid yeni istifadəçilər tərəfindən göndərilən mesajlar və sorğular vasitəsilə yazılır, veb saytlar, elektron poçt siyahıları və onlayn forumlarda istifadə olunur. TVS məqsədi, tez-tez verilən suallar və ya problemlər barədə məlumat verməkdir. Baxmayaraq ki, bəzən, təqdim olunan sual tez-tez verilən suallardan olmur, lakin format məlumatların təşkili üçün faydalı bir vasitədir və buna görə suallardan ibarət olan mətn tez-tez soruşulan suallar adlandırılır. Adın yeni olmasına baxmayaraq, TVS formatı özü olduqca köhnədir. Misal üçün, Metyu Hopkins (ing. Matthew Hopkins) 1647-ci ildə "Cadugərlərin kəşfi" adlı əsərini sual-cavab siyahısı olaraq yazmışdı və bunu "Müəyyən Sualların cavablandırılması" kimi təqdim etmişdi. XIII əsrin ikinci yarısında Akvinalı Foma tərəfindən yazılmış "Summa Theologica" xristianlıq haqqında bir sıra sualların cavablarını əks etdirir. Platonun dialoqları hətta daha qədimdir. "TVS" 1980-ci illərin əvvəllərində NASA-nın erkən poçt siyahıları texniki məhdudiyyətlərindən irəli gələn İnternet mətninin ənənəsidir.
Arşın mal alan
Arşın mal alan (operetta) — Üzeyir Hacıbəyovun 1913-cü ildə yazdığı son operetta. Arşın mal alan (film, 1917) — Boris Svetlovun filmi. Arşın mal alan (film, 1937) — Setraq Vartyanın musiqili filmi. Arşın mal alan (film, 1945) — Rza Təhmasib və Nikolay Leşşenkonun filmi. Arşın mal alan (film, 1960) — Səməd Sabahinin filmi. Arşın mal alan (film, 1965) — Tofiq Tağızadənin filmi.
Arşın mal alan (operetta)
Arşın mal alan — Üzeyir Hacıbəylinin 1913-cü ildə yazdığı son operetta. Əsəri Üzeyir bəy Sankt-Peterburqda konservatoriyada oxuyarkən qələmə almışdı. Operettanın süjeti Qarabağın Şuşa şəhərinin həyatından alınmışdır. 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Arşın mal alan operattasının 100 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib. "Arşın mal alan" Üzeyir Hacıbəylinin son və ən məşhur operettalarından biri sayılır. Bu operetta ölməz bəstəkarın Moskva və Peterburqda təhsil aldığı dönəmdə yazılıb. Operetta haqda fikir Ü.Hacıbəylinin Peterburqda yaşadığı vaxtda ağlına gəlir. Operettanın librettosunu özü yazır və yalnız şeirlərini böyük şair Məhəmməd Füzulinin yaradıcılığından götürür (Ü.Hacıbəyli ilk operası olan "Leyli və Məcnunu" Fizulinin poeması əsasında yazıb). Əsər 1913-cü ilin yay aylarında yaradılır. Musiqişünas Elmira Abasova qeyd edir ki, "Arşın mal alan" musiqili komediyasını Üzeyir Hacıbəyli konservatoriyaya qəbul olandan öncə, Peterburqda yaşayarkən yazıb.
Alaq əməköməci
Alaq əməköməci — (lat. Malva neglecta) Çoxillik bitkidir. Gövdəsi kök boğazından çox saylı, budaqlı, qalxan və ya sərilən, 10–40 (50) sm uzunluqda bəzən iki ucludur. Yarpaqları uzun saplaqlı, ürəkvari-dairəvi, bəzən oyuqlu əsaslı, 30 mm enində, 25 mm uzunluqda, zəif 5–7 dilimli-dişli mişarlı, üstdən az, altdan sıx ulduzvari və ikiuclu tüklüdür. Çiçəkləri qeyri-bərabər düz çiçək saplağında, 2–6 sayda, bəzən tək, gövdənin əsasında yarpaqların qoltuğunda yerləşir. Ləçəkləri çəhrayı və ya qurumuş vəziyyətdə açıq göy, təpə hissədə dərin oyuqludur. Meyvə 12–16 dağılmış meyvəciklərdən ibarətdir, meyvəciklər sıx, kürək hissədə aydın olmayan qırışlıdır. Böyük Qafqazın bütün rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Alaq kimi tarla, bağ, bostanlarda, yollarda, hasarların dibində, çay vadisinin daşları üstündə bitir.
Mişel Əflaq
Mişel Əfləq (ərəb. ميشيل عفلق‎; 1910[…], 19 yanvar 1912 və ya 1909, Dəməşq – 23 iyun 1989[…], V arondisman (Paris)) — Ərəb əsilli Suriya siyasətçisi. Bəəs sosialist ərəb partiyasının qurucusu. Səddam Hüseynin əməkdaşı olub. Suriyanın Dəməşq şəhərində orta səviyyəli bir ailədə anadan olan Əfləq Sorbonnada oxudu və burada gələcək siyasi yoldaşı Səlahəddin əl-Bitarla görüşdü. 1932-ci ildə Suriyaya qayıtdı və kommunist siyasətində siyasi karyerasına başladı. Əfləq kommunist fəalı oldu, ancaq Suriya-Livan Kommunist Partiyası Fransanın müstəmləkə siyasətini dəstəklədiyi zaman kommunist hərəkatı ilə əlaqələrini kəsdi. Sonralar 1940-cı ildə Əfləq və əl-Bitar Ərəb İhya Hərəkatını qurdular (daha sonra Zəki əl-Ərsuzi qrupundan adını eyni adla alaraq özünü Ərəb Bəəs Hərəkatı adlandırdı). Hərəkat uğurla nəticələndi və 1947-ci ildə Ərəb Bəəs Partiyası yaratmaq üçün Ərəb Arası'nın ərəb Bəəs Təşkilatı ilə birləşdi. Əfləq partiyanın icra komitəsinə üzv seçilmiş və "'Amid" (partiyanın lideri deməkdir) seçilmişdir.
Alaq əməköməci, balba
Alaq əməköməci — (lat. Malva neglecta) Çoxillik bitkidir. Gövdəsi kök boğazından çox saylı, budaqlı, qalxan və ya sərilən, 10–40 (50) sm uzunluqda bəzən iki ucludur. Yarpaqları uzun saplaqlı, ürəkvari-dairəvi, bəzən oyuqlu əsaslı, 30 mm enində, 25 mm uzunluqda, zəif 5–7 dilimli-dişli mişarlı, üstdən az, altdan sıx ulduzvari və ikiuclu tüklüdür. Çiçəkləri qeyri-bərabər düz çiçək saplağında, 2–6 sayda, bəzən tək, gövdənin əsasında yarpaqların qoltuğunda yerləşir. Ləçəkləri çəhrayı və ya qurumuş vəziyyətdə açıq göy, təpə hissədə dərin oyuqludur. Meyvə 12–16 dağılmış meyvəciklərdən ibarətdir, meyvəciklər sıx, kürək hissədə aydın olmayan qırışlıdır. Böyük Qafqazın bütün rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Alaq kimi tarla, bağ, bostanlarda, yollarda, hasarların dibində, çay vadisinin daşları üstündə bitir.
Alığ Han
Çan-Çan
Çan-Çan(keçua Chan Chan, isp. Chan Chan) — Çimu mədəniyyətinin mərkəzi və Çimorun paytaxtı. Perunun La Libertad vilayətində, Sakit Okeanın sahilində Çan Çan şəhəri var. Bir zamanlar Çimu sivilizasiyasının paytaxtı olmuş bu şəhərdə 60 min nəfər yaşayırdı.