WAY-MAN

n d.y. yol baxıcısı

WAY-BILL
WAY-MARK
OBASTAN VİKİ
MAN
MAN — alman avtomobil markası. == Tarixi == "MAN" avtomobil markası təməli 1908-ci ildə qoyulmuşdur. Onun yaranması 19-cu əsrlə 20-ci əsrin qovşağında Auqsburq və Nürnberq maşınqayırma müəssisələri birləşərək adlarını dəyişdikdən sonra baş vermişdir. Yeni ad, yəni MAN (Maschinen-fabrik Augsburg-Nurnberg) bu müəssisələrin ittifaqının rəmzi olmuşdur. Əslində konsernin tarixi bundan xeyli əvvəl 1758-ci ildə Rur vilayətində ilk ağır sənaye müəssisəsi olan St. Antony (Oberhauzen) metallurgiya zavodu istismara verildiyi vaxtdan başlanmışdır. 1915-ci ildən zavod yük avtomobilləri istehsalına başladı. Zavodun istehsal etdiyi ilk avtomaşınlar Avstriyanın Saurer firmasının lisenziyası ilə buraxılan, mühərriki benzinlə işləyən yük maşınları idi. Lakin tezliklə hər şey kökündən dəyişdi. Belə ki, məhz Auqsburq maşınqayırma zavodunda 1893–1897-ci illərdə Rudolf Dizel öz məşhur mühərrikini hazırladı.
By the Way
By the Way Red Hot Chili Peppersnın ilk studiya albomudur. 9 iyul 2002 tarixində yayımlanan albom, Warner Music s etiketi ilə satışa buraxılmışdır.
On My Way
On My Way (azərb. Mənim yolumda‎) — Sloveniyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Sloveniyanın RTV SLO telekanalının Avroviziya 2017 üçün təşkil etdiyi EMA 2017 müsabiqəsində qalib gələn Omar Naber "On My Way" mahnısı ilə Sloveniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmək hüququ qazanmışdır. Mahnı ifaçının özü tərəfindən bəstələnmişdir.
Silk Way Airlines
Silk Way Airlines baş ofisi və əsas əməliyyat bazası Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən Azərbaycan hava yükdaşımaları şirkətidir. Aviaşirkət müxtəlif yükdaşıma ehtiyacları üçün sərfəli həllər təqdim edir. Silk Way Airlines Bakıda yerləşən mərkəzindən bütün Asiya və Avropaya uzanan qitələrarası marşrutlar üzrə müntəzəm uçuşlar ilə bərabər, belə uçuşların yerinə yetirilməsi çətin olan ərazilərdə geniş təcrübəyə malikdir. Silk Way Airlines mürəkkəbliyindən asılı olmayaraq istənilən sorğunun həlli üçün dünyanın hər yerində hökumətlər və QHT-lərlə əməkdaşlıq edir. Aviadaşıyıcının personalı təhlükəsizlik və etibarlılıq öhdəliyinə əsaslanaraq şirkətin nüfuzunu gücləndirməyə davam edir. == Silk Way Group == Silk Way Airlines daha iki şirkətin – Silk Way West Airlines və Silk Way Technics şirkətlərinin daxil olduğu Silk Way Group şirkətlər qrupunun tərkib hissəsidir. == Tarixçə == 2001-ci ildə əsası qoyulmuş Silk Way Airlines dünya üzrə çarter istiqamətləri şəbəkəsi ilə xidmət göstərən hava yükdaşımaları şirkətidir. == Donanma == Aviadaşıyıcının donanmasında hazırda ICAO-nun 16-cı Əlavəsinin 4-cü fəslinə uyğun olaraq, PS-90A səs standartı mühərrikləri ilə təchiz edilmiş iki İL-76TD-90 tipli təyyarə də daxil olmaqla beş təyyarə xidmət göstərir.
El'man
El'man (18 noyabr 1993, Sumqayıt) — Rusiyada fəaliyyət göstərən azərbaycanlı ifaçı. == Həyatı == Elman 18 noyabr 1993-cü ildə Sumqayıtda anadan olmuşdur. Zeynalov hələ uşaq ikən, ailəsi Rostov-Don şəhərinə köçdü. Müğənni Azərbaycan dilini xatırlayır (zəif bilirdi), amma ona mahnı yazmaq üçün yetərli deyildi. 20 nömrəli məktəbi bitirdikdən sonra Elman Rostov Dövlət Dəmiryol Mühəndisliyi Universitetinə daxil oldu. Uşaqlıqdan çox müstəqil olan Elman 17 yaşında valideynlərindən uzaqlaşdı. Zeynalov musiqi və mahnı oxumağa nisbətən gec - məktəbdən sonra başladı. Nəticədə bu sahədəki uğur Elmanı yaradıcılığa qədəm qoymağa ruhlandırdı. EL'MAN ləqəbi ilə Zeynalov rap və R'n'B mahnılarını yazmağa, partilərdə çıxış etməyə və Rostovda solo konsert verməyə başladı. Bir neçə il ərzində, təcrübəsiz sənətçi həmyerliləri arasında çoxlu fanat qazanır.
Man Adası
Men adası (ing. Isle of Man [aɪl ɒv mæn], men Ellan Vannin [ˈɛlʲən ˈvanɪn]) — Britaniyanın taxt-tac ərazisi. İngiltərə, İrlandiya, Şotlandiya və Uelsdən təxminən eyni məsafədə İrland dənizində yerləşir. Men adasında dünyanın ən qədim parlamentlərindən biri mövcuddur (Tinvald) — 979-cu ildən. 1973-cü ildə Birləşmiş Krallıq (Böyük Britaniya) Cəbəli-Tariq ilə birlikdə Aİ-yə üzv oldu. Men adası, Cersi adası və Gernsi Aİ-yə qoşulmadı. Men adasının simvolu — triskelion — bir nöqtədən qaçan üç ayaq. Triskelion, adanın şüarında əks olunan sabitliyi simvollaşdırır. Adanın bayrağı və gerbində də təsvir edilmişdir. == Adın etimologiyası == Adanın adının dəqiq etimologiyası məlum deyil.
Pac-Man
Pac-Man — Namco tərəfindən yaradılan kompüter oyunudur. 1980-ci ildə gün üzünə çıxmış və qısa zamanda populyarlaşmışdır. Pac-Man'da oyunçu labirint içərisində hərəkət edərək sarı diskləri bitirməyə çalışır. Qarabasma və canavarlardan qaçaraq, hədəfi bütün kiçik diskləri toplamaq olan oyunçu disklərin hamısını toplayınca digər mərhələyə keçir. Daha çox bal toplamaq üçün çıxan meyvələri toplamaq lazımdır. Böyük sarı diskləri aldığında qarabasma və canavarlar rənglərini göyə dəyişirlər və bir müddət yeyiləbilir vəziyyətə gəlirlər. Oyun Yaponiyada Puck-Man olaraq adlandırılırdı. Ancaq bəzi vandallar "P" hərfini "F" ilə dəyişdirincə, oyun Amerikada Pac-Man olaraq çıxdı. İlk dəfə Google Pacman ilə birlikdə 21 may 2010-cu ildə bir jest edərək bu oyunu loqosu yerinə qoymuşdur.
Spider-Man
Hörümçək-adam (ing. Spider-Man) — Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Personaj yazıçı-redaktor Sten Li və yazıçı-rəssam Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə komikslərin Gümüş dövründə "Amazing Fantasy" komiksinin 15-ci sayında (avqust 1962) peyda olmuşdur. Marvel Kainatında valideynləri Riçard və Meri Parker təyyarə qəzasında öldüyü üçün Nyu-York şəhərində Mey xala və Ben əmi tərəfindən böyüdülən və əsl adı Piter Parker (ing. Peter Parker) olan personaj kimi düşünülmüşdür. Li və Ditko onu yeniyetməlik dövrünün normal çətinlikləri və maddi problemləri ilə üzləşməli olan personaj kimi təsvir etmişdirlər və onun üçün bir çox köməkçi personajdan istifadə etmişdirlər: "Daily Bugle" qəzetinin baş redaktoru Cey Cona Ceymson, sinif yoldaşları Fleş Tompson və Harri Ozborn, romantik münasibətdə olduğu Qven Steysi və Meri Ceyn Uotson. Personajın mənşə hekayəsinə görə radiokativ hörümçək tərəfindən sancılan Piter Parker hörümçəklərə xas güc və bacarıqlar əldə edir: divarlara dırmaşmaq, biləklərinə taxdığı "toratan" adlı xüsusi alətlərlə hörümçək toru atmaq və "hörümçək hissi" sayəsində təhlükəyə cəld reaksiya vermək. Əldə etdiyi bu güclər ona Doktor Osminoq, Yaşıl qoblin və Venom kimi güclü düşmənlərə qarşı mübarizə aparmaq imkanı yaradır. Hekayəyə görə o, əvvəlcə güclərindən saymazyana istifadə edir, lakin əmisini öldürən oğrunun qaçmasına şərait yaratdığını öyrəndikdən sonra gücünün məsuliyyətini dərk edir. Hörümçək-adamın 1960-cı illərin əvvəllərində peyda olduğu dövrdə superqəhrəman komikslərində yeniyetmə personajlar protaqonistlərin köməkçisi rolunda çıxış edirdilər.
Van Man
Van Man (çin. 王莽, pinyin: Wáng Măng; şəxsi adı Çzyuyçzyun (çin. 巨君, pinyin: Jùjūn); -45.. — 23.10.6) — 9 - 23 cü illərdə Çin imperatoru. Lyu sülaləsinin banisi, Xin xanədanının qurucusu. Çin tarixində o, uzurpator kimi tanınır.
İp Man
İp Man (çin. 葉問, ing. Yip Man; 1 oktyabr 1893 – 2 dekabr 1972, Honkonq) Çin döyüş sənəti ustası, uşu döyüş sənətini (Vin Çun stili) tədris etməyə başlamış ilk şəxs. Aktyor, döyüş ustası Brüs Linin müəllimi.
Fat Man
Gonbul adam ABŞ tərəfindən 9 avqust 1945-ci ildə Naqasakiyə atılan atom bombasına verilən addır.İkinci dünya müharibəsidə istifadə edilən atom bombasının ikincisidir və o günə qədər həyata keçirilmiş üçüncü atom partlayışıdır.Həyata keçirilmiş ilk atom partlayışı Triniti sınağı, ikinci partlayış isə Little Boyun partladılması olmuşdur.
Silk Way West Airlines
Silk Way West Airlines — baş ofisi və əsas əməliyyat bazası Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən Azərbaycan hava yükdaşımaları şirkəti. == Silk Way Group == Silk Way West Airlines daha iki şirkətin – Silk Way Airlines və Silk Way Technics şirkətlərinin daxil olduğu Silk Way Group şirkətlər qrupunun tərkib hissəsidir. == Tarixçə == 2012-ci ildə Bakıda, İpək Yolunun mərkəzində əsası qoyulan Silk Way West Airlines Xəzər dənizi regionunun ən böyük hava yükdaşımaları şirkətidir. == Donanma == Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli aviaşirkət 12 Boeing 747-8F və 747-400F təyyarələrindən ibarət donanması vasitəsilə dünyanın müxtəlif ölkələrinə ayda 350-dək uçuş həyata keçirir. Aviaşirkətin illik yük dövriyyəsi 420 000 tondan artıqdır. Artmaqda olan marşrut şəbəkəsi Avropa, MDB ölkələri, Orta Şərq, Mərkəzi və Şərqi Asiya, habelə Şimali və Cənubi Amerikada 40-dan artıq istiqaməti əhatə edir. 28 aprel 2021-ci il tarixdə Silk Way West Airlines şirkəti Boeing ilə ən müasir 777F təyyarələrinin alınması barədə strateji müqavilə imzalamaqla donanmasının genişləndirilməsi istiqamətində mühüm addım atıb. == Mükafatlar == 2015-ci ildən Beynəlxalq Hava Nəqliyyat Birliyinin (IATA) üzvü olan Silk Way West Airlines hava yükdaşımaları üçün nəzərdə tutulmuş bütün beynəlxalq təhlükəsizlik tələblərinə cavab verir. Cənubi Koreyanın İnçxon hava limanı Silk Way West Airlines şirkətini nüfuzlu “2020-ci ilin yükdaşıma aviaşirkəti” mükafatına layiq görüb. Aviadaşıyıcı əczaçılıq məhsullarının standartlara uyğun şəkildə daşınmasını nəzərdə tutan GDP (Good Distribution Practice) sertifikatı sahibidir.
Way Down We Go
"Way Down We Go" (azərb. "Biz aşağı enirik"‎) — İslandiyanın Kaleo rok qrupunun "A/B" adlanan ikinci studiya albomlarından olan ikinci sinql. Mahnının müəllifi və prodüseri qrupun iştirakçılarıdır. Mahnı "Xəyali gözəllik" filmində, "Loqan" filminin treylerində, "Narıncı— mövsümün hiti" teleserialının dördüncü mövsümünün treylerində, həmçinin "Fors-majorlar", "Super qız", "Lüsifer", "Qrey anatomiyası", "Gənc qurd", "Kor zona", "Vampirin gündəlikləri" teleseriallarında istifadə olunub. "Way Down We Go" Billboard Alternative Songs və Rock Airplay hit-paradlarında birinci yeri tutmuşdur.
It’s a Man’s Man’s Man’s World
"It’s a Man’s Man’s Man’s World" — Ceyms Braunun mahnısı. 1966-cı ildə sinql kimi buraxılıb. ABŞ-nin R&B Singles hit-paradında birinci yeri tutmuşdur. Mahnı Ceyms Braun və Betti Cin Nyusom tərəfindən yazılmışdır. 2004-cü ildə Rolling Stone jurnalı "It’s a Man’s Man’s Man’s World" mahnısının Ceyms Braunun ifasında olan versiyasını "bütün zamanların 500 ən məşhur mahnısı" siyahısında 123-cü yerə layiq görmüşdür. Mahnı 2011-ci ilin siyahısında 124-cü yerdə qərarlaşıb.
"Missing man" düzülüşü
Həlak olmuş heyət üzvü, keçmiş hərbçi və ya tanınmış siyasi xadim şərəfinə olun uçuşdur. == Təsviri == Müxtəli variantları mövcuddur. Uçuş zamanı 1 təyyarənin heyətdən ayrılıb gözdən itənə qədər hündürlüyə qalxması ən çox istifadə olunandır. Düzülüş helikopterlər vasitəsiylə də həyata keçirilə bilər. == Nümunə == 2017-ci ilin oktyabrında İspaniya Hərbi Hava Qüvvələri bir həftə ərzində ayrı-ayrı qəzalarda həlak olan iki pilotun xatirəsinə bu düzülüşdə uçuş həyata keçirdi.
Le-Man (rayon)
Le-Man (fr. Le Mans) — Fransanın Luara torpağı regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Sarta. Suprefektura — Le-Man. Rayon əhalisi 1999-cı ildə 363 245 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 87 nəf / km². Rayon sahəsi — 3002 km².
Li Fuk Man
Li Fuk Man (11 oktyabr 1952) — Honq Konqu təmsil edən stolüstü tennisçi. == Karyerası == Li Fuk Man Honq Konqu 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Li Sın Man
Li Sın Man (26 mart 1875 – 19 iyul 1965[…], Honolulu) — Koreya Respublikasının Müvəqqəti Hökumətinin ilk başçısı, eyni zamanda Koreya Respublikasının (Cənubi Koreya) ilk prezidenti. 1948-ci ilin avqustundan 1960-cı ilin aprelinə qədər üç dəfə prezidentlik müddəti Koreyanın Cənubi, Amerikan və Şimal, Sovet tərəfdarı, Koreya müharibəsi və Koreya yarımadasında sonrakı gərginliyin artması fonunda keçdi. Li Sın Man sərt antikommunist və avtoritar hökmdar olmuşdur, seçki nəticələrinin saxtalaşdırılması səbəb olduğu kütləvi etirazlardan sonra hakimiyyəti sona çatdı. 1949-cu ildə Koreya dövlətinin yaradılmasına görə "Xidmətə görə" ordeni və "Muonqva" Böyük Ordeninə layiq görülüb.
Man of Action
Man of Action Entertaintment - fəaliyyəti televiziya, komiks, animasiyalar və filmlərdən ibarət və müxtəlif media markalarında Amerikan spefikasiya yazıçı kollektividir. Studiya animasiyaları, ekşn şouları, superqəhrəman dramları, komiks kitabları, Ben 10, Qəhrəmanlar şəhəri, Generator Reks, və Qormiti Təbiət Sərbəstdir kimi layihələri ilə məşhurdur. Man of Action Entertaintment 2000-ci ildə quruldu. Şirkət şəxsidir və Komiks kitab yazıçıları, aktyor olan Coy Kasey, Coy Kelli, Dunkan Ruliu və Stivin T. Siql tərəfindən qurulmuşdur.
Marvel: Spider-Man
One-Punch Man
One-Punch Man (ワンパンマン, Wanpanman, azərb. Vanpançmen‎ və ya azərb. Tək yumruq-adam‎) — 2009-cu ilin əvvəllərindən manqaka One tərəfindən yaradılıb yayımlanan veb-komiks. Veb-komiks böyük uğur əldə etmiş, 2012-ci ilin iyununda 7,9 milyon onlayn baxışı keçmişdir. "One-Punch Man" sözünün yaponca versiyası olan "Wanpanman" uşaq kitabı olan "Anpanman"-dan qaynaqlanır. Yusuke Muratanın rəssamlığı ilə istehsal olunan rəqəmsal manqa remeyki 2012-ci ildə Shueisha nəşriyyatının Young Jump Web Comics saytında yayımlanmağa başlamışdır. Viz Media remeyki Şimali Amerika üçün lisenziyalaşdırmış və Weekly Shonen Jump rəqəmsal jurnalı vasitəsilə yayımlamağa başlamışdır. Madhouse tərəfindən istehsal olunmuş anime serialı Yaponiyada 2015-ci ilin oktyabrından dekabrına qədər yayımlanmışdır. İkinci mövsümü anons edilmişdir. 25 sentyabr 2017-ci ildə animenin istehsalçı şirkəti və rejissoru dəyişdirilmişdir.
One Punch Man
One-Punch Man (ワンパンマン, Wanpanman, azərb. Vanpançmen‎ və ya azərb. Tək yumruq-adam‎) — 2009-cu ilin əvvəllərindən manqaka One tərəfindən yaradılıb yayımlanan veb-komiks. Veb-komiks böyük uğur əldə etmiş, 2012-ci ilin iyununda 7,9 milyon onlayn baxışı keçmişdir. "One-Punch Man" sözünün yaponca versiyası olan "Wanpanman" uşaq kitabı olan "Anpanman"-dan qaynaqlanır. Yusuke Muratanın rəssamlığı ilə istehsal olunan rəqəmsal manqa remeyki 2012-ci ildə Shueisha nəşriyyatının Young Jump Web Comics saytında yayımlanmağa başlamışdır. Viz Media remeyki Şimali Amerika üçün lisenziyalaşdırmış və Weekly Shonen Jump rəqəmsal jurnalı vasitəsilə yayımlamağa başlamışdır. Madhouse tərəfindən istehsal olunmuş anime serialı Yaponiyada 2015-ci ilin oktyabrından dekabrına qədər yayımlanmışdır. İkinci mövsümü anons edilmişdir. 25 sentyabr 2017-ci ildə animenin istehsalçı şirkəti və rejissoru dəyişdirilmişdir.
Spider-Man (2018)
Spider-Man (PS4)
Spider-Man PS4