CLUB-MAN

n (pl -men) klub üzvü

CLUB-LAW
CLUBFOOT
OBASTAN VİKİ
MAN
MAN — alman avtomobil markası. == Tarixi == "MAN" avtomobil markası təməli 1908-ci ildə qoyulmuşdur. Onun yaranması 19-cu əsrlə 20-ci əsrin qovşağında Auqsburq və Nürnberq maşınqayırma müəssisələri birləşərək adlarını dəyişdikdən sonra baş vermişdir. Yeni ad, yəni MAN (Maschinen-fabrik Augsburg-Nurnberg) bu müəssisələrin ittifaqının rəmzi olmuşdur. Əslində konsernin tarixi bundan xeyli əvvəl 1758-ci ildə Rur vilayətində ilk ağır sənaye müəssisəsi olan St. Antony (Oberhauzen) metallurgiya zavodu istismara verildiyi vaxtdan başlanmışdır. 1915-ci ildən zavod yük avtomobilləri istehsalına başladı. Zavodun istehsal etdiyi ilk avtomaşınlar Avstriyanın Saurer firmasının lisenziyası ilə buraxılan, mühərriki benzinlə işləyən yük maşınları idi. Lakin tezliklə hər şey kökündən dəyişdi. Belə ki, məhz Auqsburq maşınqayırma zavodunda 1893–1897-ci illərdə Rudolf Dizel öz məşhur mühərrikini hazırladı.
Creation Club
Creation Club (azərb. "Yaradılış Klubu"‎) — "Bethesda Game Studios" tərəfindən "Fallout 4" və "The Elder Scrolls V: Skyrim" videooyunları üçün dizayn edilmiş mikroödəniş sistemi. Sistem ilk dəfə olaraq, 28 avqust 2017-ci il tarixində "Fallout 4" üçün buraxılmışdır. "Creation Club" "Bethesda"nın dəstəyi ilə fanlar tərəfindən "Fallout 4" və "The Elder Scrolls V: Skyrim" üçün yaradılan modları ehtiva edir. İstehsalçılar modlara böyük diqqət ayırırdı, bunun səbəbi "Creation Club"dakı modların ödənişli olması idi. "Creation Club"dakı modlar digər modlardan fərqli olaraq çox keyfiyyətlidir. == Qəbul == "Creation Club" oyunçular tərəfindən mənfi rəy almışdır. "Bethesda" eyni sistemi "The Elder Scrolls V: Skyrim"ə gətirmək istəyəndə oyunçular bu fikrə qarşı çıxmış, nəticədə layihə dayanmışdı. Oyunçuların bu fikri "ödənişli modlar" adlandırmasına baxmayaraq "Bethesda" adminstrasiyası bu sözlərin səhv olduğunu deyir və modları "məcburi olmayan, ancaq keyfiyyətli oyun əşyaları" olaraq qələmə verir. Buna baxmayaraq, erkən tənqidçilər həmin modların eyni dərəcədə keyfiyyətli versiyaların pulsuz şəkildə mövcud olduğunu vurğulamışdır.
Fight Club
Döyüş klubu (ing. Fight Club) — Çak Palanikin romanının motivləri əsasında Devid Finçerin çəkdiyi triller. Film 1999-cu ildə ABŞ-də çəkilib. "IMDb versiyasına görə ən yaxşı 250 film" reytinqinə əsasən "Döyüş klubu" siyahıda dünyanın ən yaxşı filmləri sırasında 10-cu yeri tutur. Film həmçinin "Ölməzdən əvvəl baxılmalı 50 film" siyahısına daxildir. İlk əvvəl filmi çəkən şirkətə Finçerin əsəri xoş gəlmir və marketinq kampaniyası üçün ayrılmış büdcə, mümkün itkilər studiyaya güclü zərbə endirməsin deyə kəsilir. "Döyüş klubu" studiyanın ümidlərini doğrultmur və tənqidçilər tərəfindən polyar rəylər qazanır. Buna baxmayaraq film 1999-cu ilin ən mübahisəli və ən çox müzakirə edilən filminə çevrilir. Bir çoxları filmin ABŞ siyasi həyatında baş verən dəyişikliklər dövründə meydana çıxdığını və güclü novator stilinə malik olduğunu qeyd edirlər. İlk əvvəl gəlir gözləniləndən çox aşağı olmasına baxmayaraq, Döyüş klubu sonrakı illərdə buraxılan DVD relizlər hesabına ən uğurlu kommersiya filmlərindən birinə çevrilir.
Winx club
Winx Club — İginiyo Straffi tərəfindən yaradılan animasiyalı İtalyan cizgi filmidir. Yaradıcı şirkəti isə Reynbou S.p.A-dır. İlk seriyasını 28 yanvar 2004-də ekrana buraxıb. Rəsmi kanalları Rey2 və ReyQalp olmuş, 5-ci fəsil isə Nikeledeon uşaq kanalında izlənilmişdir. Dünya üzərində 131 ölkədə izlənmiş və 14 dilə tərcümə olunmuşdur. == Vinks klubun əsas pəriləri == Blum –Qırmızı saçlı pəridir. Cizgi filmin baş rolunda çıxış edən pəri olaraq güclərinin mənbəyi əjdaha atəşi və onun qoruyucusudur. Əvvəl Yer planetindən gəldiyi təxmin olunsa da, keçmişdə yoxa çıxmış Domino krallığın son varisi olmağı üzə çıxır. Onun ev heyvanı Kiko adlı dovşandır.Pəri heyvanı elısdır. Piksisi Loketdir.
Soft Club
Soft Club (rus. СофтКлаб) — Rusiyada, MDB ölkələrində və Şərqi Avropada videooyunların istehsalı, lokallaşdırılması, yayımlanması və distrübusiyası ilə məşğul olan ən böyük Rusiya şirkəti. "PC", "PlayStation 2", "PlayStation 3", "PlayStation 4", "Xbox 360, "Xbox One, "PS Vita, "PlayStation Portable və "Wii"də oyunların rəsmi rus versiyalarını dərc edir. 2014-cü ilin sonunda SoftClub MDB bazarının təxminən 80%-nə sahib idi. "1C" şirkəti ilə əməkdaşlıq edir.
Baku Marshals Club
Baku Marshals Club Bakı Şəhər Halqası Əməliyyat Komitəsi tərəfindən təsis edilib. Baku Marshals Club marşallıq fəaliyyətinin bütün istiqamətlərinə dair tədbirləri təşkil edir, müsahibələr və təlimlər keçirir , eyni zamanda beynəlxalq Marşal Klubları ilə də sıx əməkdaşlıq qurur. Klubun əsas hədəfləri arasında Azərbaycanda Marşalaşma ənənələrini genişləndirmək və inkişaf etdirmək, dünyanın digər Marşal klubları və icmalarla təcrübə mübadiləsi və ünsiyyət qurmaqdır . Bakı Marşal Klubu , klub üzvləri arasında komanda ruhunu gücləndirmək və inkişaf etdirmək üçün müxtəlif motivasion, məlumatlandırma və komanda yaratma tədbirlərinin təşkili üçün məsuliyyət daşıyır. Dünyada keçirilən bütün Formula 1 yarışlarının təşkilatçılığında və keçirilməsində Marşallar böyük əhəmiyyət daşıyır. Formula 1 aləmində Marşallara həmçinin Yarış Rəsmiləri də deyilir. Onların işi Formula 1 pilotlarının təhlükəsizliyinin təminatında və bütün Marşal komandasının inzibati təşkilatçılığında həyati əhəmiyyət daşıyır. == Ulduz elçisi == Mayın 6-da Marriott Abşeron hotelində təşkil olunmuş tədbirdə BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai marşalların ulduz elçisini ictimaiyyətə təqdim edib. Ulduz elçinin təqdim olunmasından sonra BŞH-nin əməliyyatlar şöbəsinin müdiri və eyni zamanda BMK-nın rəhbəri vəzifəsini icra edən Çingiz Mehdiyev bildirib ki, Azərbaycanda marşallıq fəaliyyətinə daha geniş maraq oyatmaq və Formula-1 Avropa Qran Prisində iştirak edəcək marşallara dəstək göstərmək məqsədilə Murad Dadaşov Bakı Marşallar Klubunun rəsmi ulduz elçisi seçilib. == Xarici keçidlər == ==== KİV-də məqalələr ==== Formula-1 üzrə Azərbaycan Qran-prisinin marşal proqramına qeydiyyat başlayıb (Azertag.az) Bakı Marşal Klubu Bəhreyn təcrübəsini öyrənir (Az.trend.az) Marşal Proqramına qeydiyyat başladı (Sputnik.az) Marşal (Bakucitycircuit.az) Bakı Marşallar Klubunun ulduz elçisi ictimaiyyətə təqdim olunub (Azertag.az) Bakı Marşal Klubunun təntənəli açılış mərasimi olub (Asanradio.az) Arxivləşdirilib 2016-06-28 at the Wayback Machine == Mənbə == Bakı Marşal Klubu Bəhreyn təcrübəsini öyrənir.
El'man
El'man (18 noyabr 1993, Sumqayıt) — Rusiyada fəaliyyət göstərən azərbaycanlı ifaçı. == Həyatı == Elman 18 noyabr 1993-cü ildə Sumqayıtda anadan olmuşdur. Zeynalov hələ uşaq ikən, ailəsi Rostov-Don şəhərinə köçdü. Müğənni Azərbaycan dilini xatırlayır (zəif bilirdi), amma ona mahnı yazmaq üçün yetərli deyildi. 20 nömrəli məktəbi bitirdikdən sonra Elman Rostov Dövlət Dəmiryol Mühəndisliyi Universitetinə daxil oldu. Uşaqlıqdan çox müstəqil olan Elman 17 yaşında valideynlərindən uzaqlaşdı. Zeynalov musiqi və mahnı oxumağa nisbətən gec - məktəbdən sonra başladı. Nəticədə bu sahədəki uğur Elmanı yaradıcılığa qədəm qoymağa ruhlandırdı. EL'MAN ləqəbi ilə Zeynalov rap və R'n'B mahnılarını yazmağa, partilərdə çıxış etməyə və Rostovda solo konsert verməyə başladı. Bir neçə il ərzində, təcrübəsiz sənətçi həmyerliləri arasında çoxlu fanat qazanır.
Man Adası
Men adası (ing. Isle of Man [aɪl ɒv mæn], men Ellan Vannin [ˈɛlʲən ˈvanɪn]) — Britaniyanın taxt-tac ərazisi. İngiltərə, İrlandiya, Şotlandiya və Uelsdən təxminən eyni məsafədə İrland dənizində yerləşir. Men adasında dünyanın ən qədim parlamentlərindən biri mövcuddur (Tinvald) — 979-cu ildən. 1973-cü ildə Birləşmiş Krallıq (Böyük Britaniya) Cəbəli-Tariq ilə birlikdə Aİ-yə üzv oldu. Men adası, Cersi adası və Gernsi Aİ-yə qoşulmadı. Men adasının simvolu — triskelion — bir nöqtədən qaçan üç ayaq. Triskelion, adanın şüarında əks olunan sabitliyi simvollaşdırır. Adanın bayrağı və gerbində də təsvir edilmişdir. == Adın etimologiyası == Adanın adının dəqiq etimologiyası məlum deyil.
Pac-Man
Pac-Man — Namco tərəfindən yaradılan kompüter oyunudur. 1980-ci ildə gün üzünə çıxmış və qısa zamanda populyarlaşmışdır. Pac-Man'da oyunçu labirint içərisində hərəkət edərək sarı diskləri bitirməyə çalışır. Qarabasma və canavarlardan qaçaraq, hədəfi bütün kiçik diskləri toplamaq olan oyunçu disklərin hamısını toplayınca digər mərhələyə keçir. Daha çox bal toplamaq üçün çıxan meyvələri toplamaq lazımdır. Böyük sarı diskləri aldığında qarabasma və canavarlar rənglərini göyə dəyişirlər və bir müddət yeyiləbilir vəziyyətə gəlirlər. Oyun Yaponiyada Puck-Man olaraq adlandırılırdı. Ancaq bəzi vandallar "P" hərfini "F" ilə dəyişdirincə, oyun Amerikada Pac-Man olaraq çıxdı. İlk dəfə Google Pacman ilə birlikdə 21 may 2010-cu ildə bir jest edərək bu oyunu loqosu yerinə qoymuşdur.
Spider-Man
Hörümçək-adam (ing. Spider-Man) — Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Personaj yazıçı-redaktor Sten Li və yazıçı-rəssam Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə komikslərin Gümüş dövründə "Amazing Fantasy" komiksinin 15-ci sayında (avqust 1962) peyda olmuşdur. Marvel Kainatında valideynləri Riçard və Meri Parker təyyarə qəzasında öldüyü üçün Nyu-York şəhərində Mey xala və Ben əmi tərəfindən böyüdülən və əsl adı Piter Parker (ing. Peter Parker) olan personaj kimi düşünülmüşdür. Li və Ditko onu yeniyetməlik dövrünün normal çətinlikləri və maddi problemləri ilə üzləşməli olan personaj kimi təsvir etmişdirlər və onun üçün bir çox köməkçi personajdan istifadə etmişdirlər: "Daily Bugle" qəzetinin baş redaktoru Cey Cona Ceymson, sinif yoldaşları Fleş Tompson və Harri Ozborn, romantik münasibətdə olduğu Qven Steysi və Meri Ceyn Uotson. Personajın mənşə hekayəsinə görə radiokativ hörümçək tərəfindən sancılan Piter Parker hörümçəklərə xas güc və bacarıqlar əldə edir: divarlara dırmaşmaq, biləklərinə taxdığı "toratan" adlı xüsusi alətlərlə hörümçək toru atmaq və "hörümçək hissi" sayəsində təhlükəyə cəld reaksiya vermək. Əldə etdiyi bu güclər ona Doktor Osminoq, Yaşıl qoblin və Venom kimi güclü düşmənlərə qarşı mübarizə aparmaq imkanı yaradır. Hekayəyə görə o, əvvəlcə güclərindən saymazyana istifadə edir, lakin əmisini öldürən oğrunun qaçmasına şərait yaratdığını öyrəndikdən sonra gücünün məsuliyyətini dərk edir. Hörümçək-adamın 1960-cı illərin əvvəllərində peyda olduğu dövrdə superqəhrəman komikslərində yeniyetmə personajlar protaqonistlərin köməkçisi rolunda çıxış edirdilər.
Van Man
Van Man (çin. 王莽, pinyin: Wáng Măng; şəxsi adı Çzyuyçzyun (çin. 巨君, pinyin: Jùjūn); -45.. — 23.10.6) — 9 - 23 cü illərdə Çin imperatoru. Lyu sülaləsinin banisi, Xin xanədanının qurucusu. Çin tarixində o, uzurpator kimi tanınır.
İp Man
İp Man (çin. 葉問, ing. Yip Man; 1 oktyabr 1893 – 2 dekabr 1972, Honkonq) Çin döyüş sənəti ustası, uşu döyüş sənətini (Vin Çun stili) tədris etməyə başlamış ilk şəxs. Aktyor, döyüş ustası Brüs Linin müəllimi.
Fat Man
Gonbul adam ABŞ tərəfindən 9 avqust 1945-ci ildə Naqasakiyə atılan atom bombasına verilən addır.İkinci dünya müharibəsidə istifadə edilən atom bombasının ikincisidir və o günə qədər həyata keçirilmiş üçüncü atom partlayışıdır.Həyata keçirilmiş ilk atom partlayışı Triniti sınağı, ikinci partlayış isə Little Boyun partladılması olmuşdur.
Aéro-Club de France
Fransa aeroklubu – aerokosmik sahəsinin müxtəlif aspektləri ilə məşğul olan dünya miqyasında bir qurum. O, 1898-ci ildə təsis edilib və dünyanın ən qədim qurumudur. Akademiklər, məhsul istehsalçıları, xidmət təminatçıları və digər qlobal mülki və hərbi aerokosmik mütəxəssislər AeCF-də təmsil olunurlar. Təşkilatın baş qərargahı Parisdə yerləşir.
Mes que un club
Mes que un club (azərb. Bir klubdan daha artıq‎) – İspaniyanın "Barselona" futbol klubunun rəsmi şüarı. Şüar "Barselona" klubunun ev oyunlarını keçirdiyi Kamp Nou stadionun tribunalarında öz əksini tapmışdır. Şüar klubun sadəcə bir futbol klubu olmadığını, Kataloniya mədəniyyətini və mübarizəsini təmsil etdiklərini bildirmək üçün işlədilir. == Tarixi == İkinci İspaniya Respublikası dövründə klub prezidenti Xosep Sunol klubu ölkənin idman və mədəniyyət həyatı ilə birləşdirmək üçün "İdman və vətəndaşlıq" şüarından istifadə etmişdir. Lakin bu şüar klubun daimi şüarı olmamışdır. İndiki şüarın tarixi 1933-cü ilə kimi uzanır. 1933-cü ilin aprelində aid klub məktubunda yazılır: "Belə görünür ki, Barselona bir futbol klubundan daha artıqdır". 17 yanvar 1968-ci ildə "Barselona" klubunun yenicə prezidenti seçilən Narsis de Karreras öz qəbul olunma nitqində "Barselona bir futbol klubundan artıqdır" cümləsini işlətmişdir. Lakin bu ifadə 1973-cü ilə kimi şüar kimi əhəmiyyət qazanmamışdır.
It’s a Man’s Man’s Man’s World
"It’s a Man’s Man’s Man’s World" — Ceyms Braunun mahnısı. 1966-cı ildə sinql kimi buraxılıb. ABŞ-nin R&B Singles hit-paradında birinci yeri tutmuşdur. Mahnı Ceyms Braun və Betti Cin Nyusom tərəfindən yazılmışdır. 2004-cü ildə Rolling Stone jurnalı "It’s a Man’s Man’s Man’s World" mahnısının Ceyms Braunun ifasında olan versiyasını "bütün zamanların 500 ən məşhur mahnısı" siyahısında 123-cü yerə layiq görmüşdür. Mahnı 2011-ci ilin siyahısında 124-cü yerdə qərarlaşıb.
"Missing man" düzülüşü
Həlak olmuş heyət üzvü, keçmiş hərbçi və ya tanınmış siyasi xadim şərəfinə olun uçuşdur. == Təsviri == Müxtəli variantları mövcuddur. Uçuş zamanı 1 təyyarənin heyətdən ayrılıb gözdən itənə qədər hündürlüyə qalxması ən çox istifadə olunandır. Düzülüş helikopterlər vasitəsiylə də həyata keçirilə bilər. == Nümunə == 2017-ci ilin oktyabrında İspaniya Hərbi Hava Qüvvələri bir həftə ərzində ayrı-ayrı qəzalarda həlak olan iki pilotun xatirəsinə bu düzülüşdə uçuş həyata keçirdi.
Le-Man (rayon)
Le-Man (fr. Le Mans) — Fransanın Luara torpağı regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Sarta. Suprefektura — Le-Man. Rayon əhalisi 1999-cı ildə 363 245 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 87 nəf / km². Rayon sahəsi — 3002 km².
Li Fuk Man
Li Fuk Man (11 oktyabr 1952) — Honq Konqu təmsil edən stolüstü tennisçi. == Karyerası == Li Fuk Man Honq Konqu 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Li Sın Man
Li Sın Man (26 mart 1875 – 19 iyul 1965[…], Honolulu) — Koreya Respublikasının Müvəqqəti Hökumətinin ilk başçısı, eyni zamanda Koreya Respublikasının (Cənubi Koreya) ilk prezidenti. 1948-ci ilin avqustundan 1960-cı ilin aprelinə qədər üç dəfə prezidentlik müddəti Koreyanın Cənubi, Amerikan və Şimal, Sovet tərəfdarı, Koreya müharibəsi və Koreya yarımadasında sonrakı gərginliyin artması fonunda keçdi. Li Sın Man sərt antikommunist və avtoritar hökmdar olmuşdur, seçki nəticələrinin saxtalaşdırılması səbəb olduğu kütləvi etirazlardan sonra hakimiyyəti sona çatdı. 1949-cu ildə Koreya dövlətinin yaradılmasına görə "Xidmətə görə" ordeni və "Muonqva" Böyük Ordeninə layiq görülüb.
Man of Action
Man of Action Entertaintment - fəaliyyəti televiziya, komiks, animasiyalar və filmlərdən ibarət və müxtəlif media markalarında Amerikan spefikasiya yazıçı kollektividir. Studiya animasiyaları, ekşn şouları, superqəhrəman dramları, komiks kitabları, Ben 10, Qəhrəmanlar şəhəri, Generator Reks, və Qormiti Təbiət Sərbəstdir kimi layihələri ilə məşhurdur. Man of Action Entertaintment 2000-ci ildə quruldu. Şirkət şəxsidir və Komiks kitab yazıçıları, aktyor olan Coy Kasey, Coy Kelli, Dunkan Ruliu və Stivin T. Siql tərəfindən qurulmuşdur.
Marvel: Spider-Man
Spider-Man (2018)
Spider-Man (PS4)
Spider-Man PS4