Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Euphorbia fleurotii
Acı südləyən (lat. Euphorbia esula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Esula angustifolia Haw. Esula ararica (Jord.) Fourr. Esula dalechampii Haw. Esula major Garsault [Invalid] Esula pseudocyparissias (Jord.) Fourr. Esula riparia (Jord.) Fourr. Esula salicetorum (Jord.) Fourr. Esula vulgaris Fourr. Euphorbia androsaemifolia Schousb.
Fleurieu yarımadası
Fleurieu yarımadası ing. Fleurieu Peninsula — Cənubi Avstraliyanın Adeleida şəhərondən cənubda yerləşən yarımada. Yarımada ərazisində ən iri yaşayış məntəqələri Viktor-Harbor, Qulua, Yankalilla, Rapid-Bey şəhərləridir. Vaytpinqa və Brauns-Biç şəhərlərinin sahilləri sörfinq həvəskarlarını özünə cəlb edir. Keyp-Cervis adası ilə Kenquru adası ararsında bərə fəliyyət göstərir. Yarımadaya bu adı Nikolay Boden 1802-ci ildə Fransanın dəniz naziri Fleurieunun şərəfinə adlandırmışdır.
Coelogyne fleuryi
Coelogyne lawrenceana (lat. Coelogyne lawrenceana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin coelogyne cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Coelogyne fleuryi Gagnep.
Sen-Flur (rayon)
Sen-Flur (fr. Saint-Flour) — Fransanın Overn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Kantal. Suprefektura — Sen-Flur. Rayon əhalisi 2006-cı ildə 39 225 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 16 nəf / km². Rayon sahəsi — 2511 km².
Elnur
Elnur — Azərbaycanlı kişi adı. Elnur Mehdiyev — aktyor. Elnur Nuriyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Elnur Məmmədli — Azərbaycanlı cüdoçu. Elnur Məmmədov Elnur Məmmədov (aktyor) — aktyor. Elnur Məmmədov (müğənni) — müğənni. Elnur Qədirli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi, itkin Elnur Əhmədov — azərbaycanlı musiqiçi, kamança ifaçısı, Elnur Aslanov — siyasi elmlər üzrə fəlsəfə doktoru. Elnur Bayram — Azərbaycanlı şair, jurnalist. Elnur Hidayətoğlu — televiziya müxbiri. Elnur Həsənov — Azərbaycan Respublikasının Elm üzrə "Prezident mükafatçısı".
Flüor
Flüor (F) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 9-cu elementdir. Atom radiusu qrupunun elementlərinə nisbətən kiçikdir, flüor atomu elektronu özünə daha güclü cəzb edir, yəni flüor kimyəvi cəhətdən daha aktivdir, oksidləşdiricilik qabiliyyəti daha yüksəkdir və elektromənfiliyi ən yüksək elementdir. == Tapılması,təbii birləşmələri == Flüor kimyəvi cəhətdən aktiv olduğuna görə yalnız birləşmələr şəklində rast gəlinir. Flüorun təbiətdə ən geniş yayılmış mineralı kalsium-Flüoriddir. Flüor müxtəlif dağ mədənlərinin tərkibində xüsusəndə apatitlərin tərkibində olur. == Atom xüsusiyyətləri == Kristal quruluşu-kub Atom radiusu- 50 pm Atom radiusu(hes.)- 42 pm Kovalent radiusu-72 pm == Alınması == Flüor yüksək aktivliyinə görə sərbəst halda ayrılması çətindir. Halogenlərdən yalnız flüor duzların ərintisinin elektrolizi ilə alınır. Onu, az miqdarda qurğuşun aparaturada biflüorid KF*HF ərintisinin elektrolizi ilə alırlar. == Fiziki xassələri == Flüor adi şəraitdə açıq sarı rəngli, xarakterik kəskin iyli qazdır. Flüor hətta adi şəraitdə belə su ilə şiddətli reaksiyaya girir və buna görə də onun suda məhlulunu almaq mümkün deyil.
Oleum
Oleum (lat, oleum) – 100%-li sulfat turşusunda(H2SO4) kükürd anhidirinin (SO3) məhluludur. Oleum özlü, yağvari rəngsiz maye və ya asan əriyən kristallardır, hər hansı qarışığı olduqda isə müxtəlif rəng çalarlarından ibarət olur. Havada "tüstülənir", su ilə qarışdıqda külli miqdarda istilik ayrılır. Kükürd anhidridinin qatılığı çox geniş miqyasda dəyişə bilər: 1%-dən onlarla faizə kimi. Oleum çox miqdarda özünə suçəkmə xüsusiyyətinə və oksidləşdirici təsirə malikdir. Oleum, həmçinin, özündə aşağıdakı reaksiya üzrə alınan pirosulfat turşusu da saxlayır: H2SO4 + SO3 → H2S2O7 H2SO4 + 2SO3→H2S3O10 Sulfat turşusunun sulu məhlulunun qaynama temperaturu onun qatılığının artması ilə artır və H2SO4–ün 98,3 % qatılığında maksimuma çatır. Aşağıda verilən cədvəldən istifadə edərkən, həmçinin, ГОСТ 2184–77 (qüvvədə olan) və ГОСТ 2184–2013 verilən cədvəllərdən də istifadə etmək lazımdır. Sulfat turşusunun sulu məhlulunun və oleumun xassələri Tərkibində SO3-ün miqdarı artdıqca oleumun qaynama temperaturu aşağı düşür. Sulfat turşusunun sulu məhlulunun qatılığı artdıqca məhlul üzərində olan buxar təzyiqi aşağı düşür və 98,3 % qatılığında minimuma çatır. Oleumda SO3-ün qatılığının artması ilə onun üzərində olan ümumi təzyiq artır.
FLEK
FLEK (ing. Front for the Liberation of the Enclave of Cabinda) — Anqolanın anklav Kabinda əyalətinin müstəqilliyi uğrunda silahlı mübarizə aparan terror təşkilatı.
FLEX
FLEX (tam adı: ing. Future Leaders Exchange - azərb. Gələcək Liderlər Mübadilə Proqramı‎) — ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən və keçmiş sosialist ölkələrindən olan 15-17 yaşlı gənclər üçün nəzərdə tutulan mübadilə proqramı. Proqram tibbi sığorta və gediş-dönüş biletləri daxil olmaqla bir akademik il müddətində 11-ci sinif şagirdlərinə Amerikada yaşamaq və məktəbə getmək getmək şansı verir. ABŞ Dövlət Departamenti tərəfindən fondlaşdırılır == Dəyərləndirmə və seçim == FLEX imtahanları hər ilin payızında, əsasən oktyabrın ortalarında keçirlir. Üç turdan ibarətdir: birinci tur 16 sualdan ibarət, demək olar ki, asan testlərdən hazırlanmış imtahan şəklindədir. İkinci tur bakıda birinci turdan bir neçə gün sonra, rayonlarda isə elə həmin gün keçirilir. Şagirdlərdən üç başlıq altında esse yazmaq tələb olunur. Esse mövzuları heç bir akademik mahiyyət daşımır və aplikantın xarakterini ortaya çıxartma məqsədi güdür. İlk iki tur üçüncüyə nisbətən asan və rəqabətsiz keçir.
FLIR
FLIR və ya FLIR, (İng.Forward Looking InfraRed) yəni Qabağa baxan infraqırmızı şüalar elektromaqnit spektrində infraqırmızı diapazona müvafiq gələn radiasiyaya həssas sensorlardan ibarət olan və xüsusilə hərbi məqsədlər üçün istifadə edilən müasir elektro-optik müşahidə cihazıdır. FLIR-in əsas prinsipi olaraq, obyektlərdən yayılan istilik enerjisi həssas sensorlar tərəfindən ölçülür, kompüter tərəfindən süni şəkildə rənglənir və eyni vaxtda təsvirə çevrilir, beləliklə operator gecə və hətta pis hava şəraitində belə ətraf mühiti və - xüsusilə hərbi istifadələr zamanı- istilik yaradan təhlükələri olduqca aydın formada görə bilir. Gecəgörmə kameraları ilə FLIR (termal) kameralar arasındakı ən böyük fərq, gecəgörmə kameralarının görünən radiasiya zolağında işləməsi və operatora az miqdarda olan işığı yüksəldərək göstərməsi, FLIR əsaslı termal sistemlərin isə daha az dalğa uzunluğuna malik olan infraqırmızı (istilik) diapazonda və klassik mənada işıq mənbələrindən müstəqil formada işləyə bilməsidir. Gecə görmə kameralarının effektiv işləyə bilməsi üçün ətraf mühitdə bir az da olsa işığın olması lazımdır. FLIR sistemləri isə, görünən işığın olub-olmamasından asılı olmayaraq, aralarında temperatur fərqi olan bütün növ cisimləri bir-birlərindən asanlıqla ayırma xüsusiyyətinə malikdirlər. == Hərbi istifadəsi == FLIR sistemləri xüsusilə hərbi təyyarələrdə, helikopterlərdə və pilotsuz uçuş aparatlarında (PUA) naviqasiya, hədəf aşkarlama və ya özünümüdafiə üçün müntəzəm olaraq istifadə olunurlar. Dünyada olduğu kimi Türkiyədə də hərbi elektronika şirkəti olan Aselsan tərəfindən termal durbindən silah nişangahlarına, inteqrasiya edilmiş zona müşahidə sistemlərindən helikopter və təyyarə podlarına qədər müxtəlif FLIR tətbiqləri hazırlanmış və Türk Silahlı Qüvvələrinin istifadəsinə verilmişdir. . == Mülki istifadəsi == Sənayedə istilik kameraları, mühərriklər, kompressorlar, enerji ötürülməsi və istilik izolyasiya materialları kimi məhsullarda baş verə biləcək istilik sızması və enerji sızması nöqtələrinin aşkarlanması, endotermik və ekzotermik kimyəvi reaksiyalarda enerji çevrilməsi, müxtəlif materialların temperatura həssaslığı və genişlənmə dərəcələri kimi fiziki və ya metallurgiya məlumatlarının hesablanaraq lazımi mühəndislik hesablamalarının aparılması kimi bir çox məqsədlər üçün istifadə olunur.
Fleş
Fleş və ya Fləş
LERU
Avropa Tədqiqat Universitetləri Liqası (ing. League of European Research Universities, qısa LERU) — Avropa aparıcı elmi tədqiqat universitetlərinin birliyi. Təhsildə və elmi fəaliyyətdə yüksək nəticələr əldə etmək üçün bilik və təcrübə mübadiləsi, fundamental tədqiqatlar aparmaq və beynəlxalq aləmdə Avropa universitetlərinin rəqabət qabiliyyətini artırmaq naminə yaradılıb.. Mənzil-qərargahı Belçikanın Lyöven şəhərində yerləşir. 2009-cu ildən LERU-nun baş katibi professor Kurt Deketelerdir == Tarixi == LERU 2002-ci ildə Avropanın 12 universitetinin təşəbbüsü ilə yaradılıb. 2010-cu ildə birlik üzvlərinin sayı 21-ə çatıb. == LERU statistikası == 550 min tələbə, həmçinin 50 min doktorant; Magistrlərə 55 min, doktorlara 12 min təqaüdün ayrılması; Ümumi tədqiqat büdcəsi — 5 milyard avro; Qrantların ümumi həcmi 300 milyon avro; Tədqiqatları və ya təhsili LERU universitetləri ilə bağlı olan 230 Nobel mükafatı və Fildsov mükafatı laureatı; 55 min nəfər professor-müəllim heyəti.
Four
Four — İngiltərə-İrlandiya oğlan qrupu One Direction-ın dördüncü studiya albomu. 17 noyabr 2014-cü ildə Columbia Records və Syco Music tərəfindən buraxılıb.
Frer
Frer və ya frater (lat., frater, qardaş), Roma Katolik Kilsəsinin dilənçi ordenlərindən birinin üzvüdür. Roma Katolik kilsəsindən kənarda, məsələn, Anqlikan kilsəsi daxilində də fraterlər var. İlk dəfə XII və ya XIII əsrdə istifadə edilmis bu termin, köhnə monastır ordenlərinin sabitlik andı ilə rəsmiləşdirilmiş vahid bir monastıra sədaqətindən daha yüksək bir başçının yurisdiksiyası altında geniş şəkildə icra edilən mendikantların səyahətçi apostol xarakterini fərqləndirir. Bir fraterin müqəddəs dini vəzifəsi ola bilər və ya o, təyin olunmamış bir dini orden qardaşı da ola bilər. Ən əhəmiyyətli fraterlər ordenləri Dominikan, Fransiskan, Avqustin və Karmelit ordenləridir .
Elnur Rəhimov
Elnur Sadıqov
Elnur Soltanov
Elnur Zabit oğlu Soltanov (1974, Mingəçevir) — Azərbaycan energetika nazirinin müavini. == Həyatı == Elnur Zabit oğlu Soltanov Mingəçevir şəhərində dünyaya gəlmişdir. Əslən Zərdabın Məlikli kəndindəndir. Atası Zabit Soltanov 70-ci illərin tanınmış qarmon ifaçılarından olmuşdur. O məşhur "Gecələr" mahnısının müəllifi olsa da, bu günədək müəlliflik hüququnu bərpa edə bilməmişdir. Həyatı keşməkeşli olmuş, 10 yaşlı böyük qardaşını 1981-ci ildə, atasını 1995-ci ildə, özündən kiçik 31 yaşlı qardaşını isə 2012-ci ildə itirmişdir. == Təhsili == Elnur Soltanov 2003-cü ildə Orta Şərq Texniki Universitetində Beynəlxalq Əlaqələr üzrə magistr dərəcəsi və 2003-cü ildə Texas Texnologiya Universitetində (2009) Siyasət elmləri namizədi adını almışdır. == Fəaliyyəti == O, 2000–2003-cü illər ərzində Türkiyənin Ankara şəhərində Avrasiya Strateji Araşdırmalar Mərkəzi (ASAM) nəzdində araşdırmaçı vəzifəsində çalışmışdır. ADA Universitetində Xəzər enerji və ətraf mühit mərkəzinin direktoru olmuş Elnur Soltanov universitetdə çalışmağa başlamazdan öncə,Truman Dövlət Universitetində çalışmışdır. Eyni zamanda, O, ADA universitetinin "Diplomatik və beynəlxalq əlaqələr" fakültəsinin dekanı vəzifəsində çalışmışdır.↵Elnur Soltanov 28 dekabr 2018-ci ildə Azərbaycanda energetika nazirinin yeni müavini təyin olunmuşdur.
Elnur Sultanov
Elnur Sultanov (tam adı: Elnur İxtiyar oğlu Sultanov; 26 aprel 1978, Bakı) — Azərbaycan diplomatı. == Diplomatik fəaliyyəti == Elnur Sultanov 10 fevral 2012-ci ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmiş və Azərbaycan Respublikası Prezidentinin elə həmin gün imzaladığı digər Sərəncam ilə Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 may 2014-cü il tarixli Sərəncamı ilə iqamətgahı Brazilia şəhərində olmaqla, eyni zamanda daha 3 ölkədə Azərbaycan Respublikasının – Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında və Surinam Respublikasında, 23 fevral 2015-ci il tarixli Sərəncamı ilə də Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. 26 iyul 2021-ci ildə Azərbaycan Respublikasının Latviya Respublikasındakı səfiri təyin edilmişdir.
Elnur Səmədov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Elnur Talıbov
Elnur Tağıyev
Elnur Vəliyev
Elnur Xəlilov
Elnur Zeynalov
Elnur Zeynalov (28 iyul 1994, Naxçıvan – 26 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Baş Leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur Zeynalov 28 iyul 1994-cü ildə Naxçıvan şəhərində anadan olub. İlk təhsilini Naxçıvan şəhər M. C. Cəfərov adına 14N-li tam orta məktəbdə aldıqdan sonra, 2008-ci ildə Naxçıvan şəhər Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. 2011-ci ildə Hərbi Liseyi bitirdikdən sonra həmin ili Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olur. 2015-ci il Azərbaycan Ali Hərbi Məktəbini Xüsusi Təyinatlı ixtisası üzrə bitirir. 2015-ci ildə Ağstafa rayon N saylı Hərbi hissədə Kəşfiyyat qrup komandiri vəzifəsində işləməyə başlayır. 2018-ci ildə Baş Leytenant rütbəsini alır. Həmin ili Xüsusi Təyinatlı kurslarına yazılır və kursu müvəffəqiyyətlə bitirir. Bu illər ərzində bir çox kurslarda iştirak edir (Snayper kursu, Xüsusi Təyinatlı Dalğıc Kəşfiyyatçı kursu, Antiterror kursu, Xüsusi Təyinatlı kursu, Paraşüt kursu). 2020-ci ilin iyun ayında təyinatı üzrə Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı N saylı hərbi hissəsinə yollanır.
Elnur İbrahimov
Elnur İmamverdiyev
Elnur İsgəndərov
Elnur İsmayılov
Elnur İsmayılov — azərbaycanlı teatr və kino aktyoru, Dövlət Pantomima Teatrının yüksək dərəcəli aktyoru. == Həyatı == 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyoruluğu" fakültəsini bitirmişdir. 1997-2000 -ci illərədək "7 GÜN" qəzetində inzibatçı dizayner, 2002-ci ildən hal-hazıradək Dövlət Pantomima Teatrında yüksək dərəcəli aktyor işləyir. Evlidir, 2 övladı var. Əməkdar jurnalist Dağbəyi İsmayılovun oğludur.
Qvardiya ölür, lakin təslim olmur!
"Qvardiya ölür, lakin təslim olmur!" (fr. La Garde meurt mais ne se rend pas!) — Birinci Fransa İmperiyası imperator qvardiyasının I piyada polkunun komandiri Pyer Kambrona aid edilən məşhur ifadə. Hesab olunur ki, o bu ifadəni 1815-ci il 18 iyun tarixində baş vermiş Vaterloo döyüşündə ingilislərin təslim olmaq təklifinə cavab olaraq söyləmişdir. 1815-ci il 20 mart tarixində Napoleon Bonapart ona sadiq qalan tərəfdaşı Kambrona diviziya generalı rütbəsini vermək istəyəndə, o bu vəzifədən ciddi şəkildə imtina etmişdir. Onda 13 aprel tarixində imperator onu İmperator qvardiyasının I piyada polkunun komandiri vəzifəsinə yenidən qaytarır. Məhz bu polkla o tarixə düşmüşdür. Lakin bəzi mənbələr onu səhvən diviziya komandiri adlandırırlar. 1815-ci il 18 iyun gününün sonunda Blüxerin başçılığı altındakı Prussiya ordusunun döyüş meydanına gəlib çatması ilə fransızlar üçün döyüşün taleyi artıq həll olundu. Kambron hər tərəfdən düşmən qüvvələri ilə əhatə olunduqdan sonra o, düşmənin təslim olmaq təklifindən qəti imtina etmiş və öz polkunun II batalyonu üçün kare düzülüşünü əmr edir. İngilis toplarının və batalyon silahlarının atışları ilə fransız qoşunu demək olar tamamilə məhv edilir.
Fləş
Fleş və ya Fləş