Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Döşəmə
Döşəmə — otağın bir hissəsi, mərtəbələr və ya aşağı mərtəbə ilə zirzəmi arasındakı xüsusi örtük. == Konstruksiyası == Döşmə iki məskən arasında dəmir-beton və ya taxta konstruksiyadan hazırlanır. Mərtəbələr arasında üst hissə döşəmə, alt hissə isə tavan rolunu oynayır. Arakəsmədən başqa döşəmə həmçinin mebellər üçün dayağa da çevrilir.
Bülbül döşəmə
Yapon qəsrlərinə və ibadətxanalarına kənar şəxslərin xəlvəti daxil olmamaları və işlərini çətinləşdirmək üçün tez-tez "bülbül döşəmə" quraşdırırdılar. Döşəmənin taxtalarını xüsusi formada bir-birinə alt-üst V-formalı dəmirlərlə bərkidilir, bunun nəticəsində də döşəmə daha çox təzyiq altında olanda quşların civilti səsini çıxarmağa başlayır. Ən maraqlısı da odur ki, ayaq barmaqlarınızın ucunda gəzmək istəsəniz, təzyiq daha da çoxalacaq, bununla da səs daha da şiddətli çıxacaq. Qulaq asmaq istəyirsinizsə videodan da baxa bilərsiniz.
Parça döşəmə plov
Qoyun əti–221 q, düyü–150 q, əridilmiş yağ–50 q, kişmiş–30 q, ərik qurusu –25 q, şabalıd–50 q, zəfəran–1 q, zirə–0,1 q, baş soğan–20 q, darçın–0,1 q, istiot– 0,1 q, duz Qoyun əti bütöv tikə şəklində qovurulur və sümükdən ayrılır. Yağda qızardılmış soğan, təmizlənmiş şabalıd, zirə və bulyon əlavə edilib hazır vəziyyətə gətirilir. Ayrıca bişirilmiş düyü boşqaba təpəcik şəklində tökülür, üstünə qoyun əti, şabalıd və qazmaq qoyulur. Yağ tökülüb darçın səpilir.
Gözünə gün düşür (hekayə)
Gözünə gün düşür — E.Hüseynbəyli tərəfindən 2010-cu ildə yazılmış hekayə. İlk dəfə fevralın 27-də «525-ci qəzet» də çap edilib. == Haqqında == Hekayə çıxan kimi onun barəsində ir neçə məqalə yazılıb. Professorlar Nizami Tağısoy və Nusret Hesretlininın məqalələri qəzetin mart-aprel saylarında nəşr olunub. Bir az sonra akademik Tofiq Hacıyev həmin hekayəyə geniş məqalə həsr edib. Hekayə rus dilinə çevrilib və 2010-cu ilin iyununda Moskvada nəşr olunan «Drujba narodov» jurnalında çap olunub və jurnalın saytında yerləşdirilib. Bir çox rusdilli saytlarda və Rusiyanın bəzi kitabxanalarında bu hekayənin süjeti və ideyası barədə də məlumat nəşr olunub. Həmin ilin iyunun 7-də «Azadlıq» radiosunun «Oxu zalı» da hekayəni sayta qoyub. «Literaturnı Azərbayjan» jurnalı hekayəni 2010-cu il avqust sayında yerləşdirib. == Kino == 2011-ci ilin fevralında hekayə əsasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən «Yol» qısametrajlı bədii film çəkilib və həmin ilin martında Almaniyanın «Oberhauzen» festivalına göndərilib və proqramdankənar nümayiş olunub.
Məni döşəmə yaşmağının altında dəfn edin
Məni döşəmə yaşmağının altında dəfn edin (rus. Похороните меня за плинтусом) — Pavel Sanayev tərəfindən 1994-cü ildə uşşaqlıq illərinin xatirələri əsasında yazılmış avtobioqrafik povestdir. Körpə ikən (iki yaşından on bir yaşına kimi) Pavel Sanayev babası, məşhur sovet aktyoru Vsevold Sanayev və onun həyat yoldaşı Lidiya ilə birlikdə yaşamışdır. Pavel Sanayev povesti atalığı olan aktyor Rolan Bıkova həsr etmişdir. İlk dəfə 1996-cı ildə Oktyabr (rus. Октябрь) jurnalında nəşr edilmişdir. 1996-cı ildə Oktyabr jurnalının mükafatına layiq görülmüş, Buker mükafatına namizəd göstərilmişdir. 2003-cü ildə “МК-периодика” nəşriyyatının “Oxu üçün müasir kitabxana” (rus. Современная библиотека для чтения) seriyası daxilində ayrıca kitab kimi nəşr edilmişdir. Film kimi ekranlaşdırılmasından sonra, 2010-cu illərdə povest məşhurluq qazanmış, bundan sonra “АСТ” nəşriyyatı povestin əvvəl heç yerdə yayımlanmamış əlavə üç fəslin də (Lent, Ciddilik, Arzuna çatdın əbləh) əlavə edildiyi genişləndirilmiş versiyasını nəşr etmişdir.
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (fərdi, döşəmə)
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (fərdi, döşəmə) — 15, 20 iyun tarixlərində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda ölkələrin 78 idmançısı qüvvəsini sınadı. Yarışlarda təsnifat mərhələsi 15 iyun tarixində baş tutdu. Final isə 20 iyun tarixində keçirildi. Yarışların qızıl medalını 14.266 xal toplayan İsveçrə idmançısı Ciulia Steingruber, gümüş medalı 14.200 xal toplayan Rusiya idmançısı Aliya Mustafina, bürünc medalı isə 13.800 xal toplayan Hollandiya idmançısı Lieke Vevers qazandı. Təsnifat mərhələsində - ölkənin 78 idmançısı mübarizə apardı. Yarışlar 15 iyun tarixində baş tutdu. Yarışlarda ilk 6 yeri tutan idmançı finala vəsiqə qazandı. Finala yalnızca bir ölkənin bir idmançısı vəsiqə qazandı. Q — Finala vəsiqə qazandı Finalda 6 ölkənin 6 idmançısı mübarizə apardı.
Dözmək
Dözmək — Davam gətirmək, tab gətirmək, səbirlə keçirmək, qatlaşmaq. Ağrıya dözmək. Əziyyətə dözmək. Misal: Səbir etmək, təhəmmül etmək, səbirlə gözləmək. Dözürsən döz bu ayrılıq dağına; Mən dayannam, amma sən dayanmazsan! M. P. Vaqif. Razılaşmaq, barışmaq, keçirmək, yol vermək. Misal: Belə şeylərə dözmək olmaz. – Yox, sən buna dözməzsən, elin vuran qolusan; Sən namus aşiqisən, şərəflisən, ulusan. M. Rahim.
Dəmək
Dəmək — Azərbaycanın əsasən Şimal rayonlarında ev quşlarının saxlanması üçün tikiliyə verilən ad. Kiçik və alçaq ev mənasında; daxma. Heyvanların torpaq altında qazıdıqları yuva. 1. Heyvanların torpaq altında qazıdıqları yuva. Tülkü dəməyi. Siçan dəməyi. – Günorta vaxtı siçan öz dəməyində olur, ona binaən ol zaman mallar yeri tapdalamaqdan dəməklərin deşikləri tutulduğuna siçanın nəfəsi darıxıb boğulub tələf olur. \"Əkinçi\". 2.
Gönlücə
Gönlücə (lat. Eptesicus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinə aid heyvan cinsi.
Eşqə düşmək
Eşqə düşmə, vurulmaq, aşiq olmaq adətən başqa bir insana qarşı güclü bağlılıq və sevgi hisslərinin inkişafıdır. İngilis dilində bu termin (ing. falling in love) metaforik xarakter daşıyır, prosesin fiziki "yıxılma" aktı kimi ani, idarəolunmaz olduğunu və sevgilini “xəstəliyə düşmək” və ya “tələyə düşmək” kimi həssas vəziyyətdə buraxdığını vurğulayır. Bu, həm də prosesdə aşağı beyin mərkəzlərinin əhəmiyyətini əks etdirə bilər, bu, rasional beyni (Con Klizin sözləri ilə desək) “bu aşiq olmaq çox qəribədir...” nəticəsinə gətirə bilər. O, okkultizmlə həmsərhəddir”. == Faktorlar == === Psixoloji === “Aşiq olana güclü töhfə verən məlum faktorlara yaxınlıq, oxşarlıq, qarşılıqlılıq və fiziki cəlbedicilik daxildir”, eyni zamanda, proses köhnə uşaqlıq bağlılıq nümunələrinin yenidən aktivləşdirilməsini nəzərdə tutur. İki insan arasında dərin qurulmuş psixoloji paralellər də onların cütləşmə-bağlanmasının əsasını təşkil edə bilər ki, bu da sadəcə narsisistik identifikasiyası ilə həmsərhəd ola bilər. Yunqçular eşqə düşmək prosesini anima və ya animusun digər insana proyeksiyası kimi baxırlar və bunun daxil ola biləcəyi anlaşılmazlıq potensialı var. === Kimyəvi === Eşqə düşmə zamanı iki kimyəvi reaksiya baş verir ki, bu da oksitosin və vazopressinin artmasıdır; və Elisabeth Young-Bruehl göstərir ki, "biz aşiq olduğumuz zaman öz beynimizin emosional mərkəzlərindən keçən təbii amfetamin axınına düşürük". Sosiobiologiyaya gəlincə, vurğulanır ki, həyat yoldaşlarının seçimi yalnız başın öhdəsinə buraxıla bilməz və kompleks neyrokimyəvi dəstək tələb olunmalıdır.
Göyün
Göyünlər (lat. Tabanidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. == Ümumi məlumat == Göyünlər heyvanların qanı və bitkilərin şirəsi ilə qidalanan iri çibin (iri milçək). Bütün ikiqanadlı cücülər kimi Göyünlərində inkişafı 4 mərhələdən ibarətdir: yumurta, sürfə, pup, yetkin fərd. Bu zaman yetkin fərddən başqa bütün mərhələlərdə yaşayış ya su hövzələrində, ya da ki, yarı su-torpaq mühitində davam edir. Göyünlərin saprofaq, yaxud yırtıcı olan sürfələri su və ya torpaqda yaşayan orqanizmlər, yaxud onların qalıqları ilə qidalanırlar. Yetkin fərdlərin qidalanması müxtəlifdir. Fəsiləyə aid müxtəlif cinslərin nümayəndələri saprofaq, fitofaq yaxud yırtıcıdır. Göyünlərin dişiləri heyvanların — məməlilərin, quşların, suda-quruda yaşayanların qanını içir, eyni zamanda dişi və erkəkləri çiçəkli bitkilərin nektarı ilə qidalanır.
Səma qapılarını döyərək
Səma qapılarını döyərək (ing. Knockin' On Heaven's Door) — tragikomediya janrında çəkilmiş alman filmi. Rejissor və ssenarist Tomas Yanın filmi. Filmin ingilis dilindəki adı (Knockin’ on Heaven’s Door) Bob Dilanın eyniadlı mahnısının karer-versiyasıdır. Filmin teqlaynı: "Ein schnelles Auto, 1 Million Mark im Kofferraum und nur noch eine Woche zu leben". (Sürətli avtomobil, baqajdan 1 milyon marka və yalnız bir həftə yaşamaq). İki cavan oğlan qaydalar haqqında heç narahat olmayan Martin Brest (Til Şvayger) və qanunlara tabe olan Rudi Wurlitzer xəstəxanada eyni palatada qalırlar. Ölümcül xəstə olduqlarını və təxminən bir həftə yaşayacaqlarını öyrənirlər. Pasientlərin bir-birinə öz həyatından danışdığı zaman, onların çarpayısı üzərində yerləşən carmıxa çəkilmiş İsanın şəkli olan xaç tumba üzərinə düşür və sınır, onun içindən tekila şüşəsi aşkar edilir. Çox düşünmədən təzəcə dostlaşmış oğlanlar onu içirlər, həmçinin Martin üçün əhəmiyyətli bir detal aşkarlanır: sən demə Rudi heç bir zaman dəniz görməmişdir.
Dönmək (proqramlaşdırma dillərində)
Dönmək (en. return) - sistemin idarəolunmasının çağrılmış altproqramdan (proqramdan) çağıran altproqrama (proqrama) verilməsi. Bəzi proqramlaşdırma dillərində bunun üçün return, yaxud exit deyimləri var, başqalarında isə yalnız çağıran altproqramın, yaxud proqramın sonuna (axırıncı deyiminə) dönmək mümkündür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Görünmə böyüklüyü
Ulduz ölçüsü — mənbəyin işıq şüalarına perpendikulyar qoyulmuş səthin həmin mənbə tərəfindən nisbi işıqlanmasının əsası 2,512 olan mənfi işarəli loqarifmidir. Görünən ulduz ölçüsü və ya vizual ulduz ölçüsü-adi gözlə vizual fotometr adlanan qəbuledici vasitəsilə təyin olunan ulduz ölçüsüdür. Astrofizikada işıqlanmanın fiziki analoqu olaraq ulduz ölçüsü adanlanan kəmiyyətdən istifadə edilir. == Tarixi == Ulduz ölçüsü ilk astrofotometrik anlayışdır. Hələ Hipparx eramızdan əvvəl II yüzillikdə gözlə seçilən ulduzları işıqlanmalarına görə altı ulduz ölçüsünə ayırmışdı. O, qəbul etmişdi ki, ən parlaq (işıqlı) ulduzun ulduz ölçüsü 1, ən zəifinki isə 6-dır. Parlaqlığın ulduz ölçüsü vasitəsilə qiymətləndirilməsi fiziki, daha doğrusu fizioloji və psixoloji əsasları yalnız Hipparxdan iki min il sonra XIX yüzillikdə Veber və Fexner tərəfindən müəyyən edilmişdir. Veber-Fexner qanunu: hər hansı qıcıqlandırıcı təsirin hiss olunmasındakı dəyişiklik həmin qıcıqlandırıcı amilin nisbi dəyişməsi ilə düz mütənasibdir. Bu qanunu ulduz ölçüsü anlayışına tətbiq etsək, Kainat obyektinə qıcıqlandırıcı, qəbulediciyə (gözə, fotoemulsiyaya, fotolentə və s.) hissiyat mərkəzi kimi baxa bilərik . Qıcıqlandırıcının obyektiv meyarı onun qəbuledicidə yaratdığı işıqlanmadır, ulduz ölçüsü isə bu işıqlanmanın qəbulediciyə təsiri deməkdir.
Görünən işıq
İşıq — insanların görə biləcəyi elektromaqnit şüalanmadır. İşıq 1 saniyədə 300 000 km qət edir. Tam olaraq 299,792,458 m/s'dir. (Daha ətraflı:İşıq sürəti) Bu şüalanma təxminən 380–780 nanometr dalğa uzunluğuna və yaxud 789–385 THs arasında yerləşən tezliyə uyğun gəlir. Ancaq dəqiq sərhəddini təyin etmək çətinlik yaradır. Çünki, insan gözünün həssaslığı işığın sərhədində tədricən azalandır. Fizikada işıq həm də bütün elektromaqnit dalğaları əhatə edir. C. Maksvelin elektromaqnit nəzəriyyəsi (XIX əsrin 60-cı illərində irəli sürülmüşdür) elektrik və maqnit hadisələrinin əsas qanunlarının ümumiləşdirilməsi kimi zamanında mövcud olmuş eksperimentlərin nəticələrini izah etməklə yanaşı, yeni hadisələri də öncədən xəbər vermişdir. (Məsələn, elektromaqnit dalğalarının məkanda sonlu sürətlə yayılan, dəyişkən elektromaqnit sahəsinin varlığını öncədən söyləmişdir. Sonradan sübut olundu ki, vakumda sərbəst elektromaqnit sahəsinin yayılma sürəti işıq sürətinə bərabərdir).
Məbrurə Gönenç
Əminə Məbrurə Gönenç (1900, Konstantinopol – 6 dekabr 1981) — türk məktəb müəllimi və siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci, 6-cı və 7-ci parlamentində Afyon seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib. Məbrurə Gönenç İstanbulda, Osmanlı sultanı II Əbdülhəmidin şəxsi məsrəflər idarəsində məmur işləyən İbrahim və onun həyat yoldaşı Didarın ailəsində, rəsmi məlumatlara görə 1900, ailənin qeyri-rəsmi məlumatına görə isə 1898-ci ildə anadan olub. İbtidai təhsilini Üsküdar qız peşə liseyində almış, daha sonra Beşiktaşdakı "Osmanlı birliyi məktəbi"ndə oxumuşdur. Gönenç 1914-cü ildə Arnavutköy amerikan qızlar liseyinə daxil olmuş və oran 1919-cu ildə bitirmişdir. Gönenç 1927-ci ildə Adana sakini olan həkim Əhməd Rəmzi ilə evlənib və həyat yoldaşı ilə Adanaya gedərək orada məskunlaşıb. Bu evlilikdən onun iki uşağı dünyaya gəlib. Əminə Məbrurə ilk olaraq Bəylərbəyi Qızlar Məktəbində fransız dili müəllimi kimi fəaliyyətə başlayıb, daha sonra Gedikpaşadakı Amerikan Məktəbində dərs deyib. Gönenç 1930-cu ildə Adana bələdiyyə məclisinə seçilmiş və beləliklə, məclisin ilk qadın üzvlərdən biri olmuşdur. O, ərinin işi ilə bağlı 1933-cü ilin iyun ayında Mersinə köçmüş və 1934-cü ildə Mersin bələdiyyə məclisinin də üzvü olub.
Gökhan Gönül
Gökhan Gönül (4 yanvar 1985[…] və ya 7 yanvar 1985) — sağ cinah müdafiəçisi kimi çıxış etmiş Türkiyənin keçmiş milli futbolçusu. == Həyatı == 7 yanvar 1985-ci ildə Barfada dünyaya gəlib. 6 yaşında olanda ailəsi Bursaya köçür. Məhəllədə top oynayarkən dostları onu Bursa Yolspora apardı və qısa boyu olmasına baxmayaraq qapıçı oldu. Bir gün məşqçi onu sınamaq üçün hücumçu mövqeyində oynatdı. Məşqçi Gökhanın uğurlu performansını gördükdən sonra ona " Artıq qapıçı deyilsən " dedi. İlk illərdə bütün mövqelərdə oynayırdı. Gökhan Gönül ancaq boş vaxtlarında futbol oynayırdı, ancaq məşqçisi Mehmed Kirazoğlu onun uğurlu performansını hiss edib çox çalışdırmağa başladı. Artıq normal məşqlərdən əlavə olaraq axşamlar da məşq edirdi. Hələ 13 yaşında olmasına baxmayaraq 14–16 yaş komandasında oynayırdı.
Özünə qəsd
İntihar və ya özünəqəsd — qəsdən özünün ölümünə səbəb olan hərəkət. Risk faktorlarına depressiya, bipolyar pozuntu, şizofreniya, şəxsiyyət pozğunluğu kimi ruhi nasazlıqlar da aiddir. İntihar maliyyə çətinliklərindən, münasibətlər ilə bağlı çətinliklərdən və ya zorbalıqdan yarana bilər. Əvvəlki intihar cəhdlərinin tarixi intiharın tamamilə dəqiq göstəricisidir. İntiharların təxminən 20%-ində əvvəlki cəhd etmiş, onların 1%-i bir il ərzində və 5%-dən çoxu isə 10 il ərzində intihar ediblər. Özünə zərər verən hərəkətlər adətən intihar cəhdi deyil və özünə zərər verənlərin əksəriyyətində intihar riski yüksək deyildir. Bəzi özünə zərər verənlər intihar yolu ilə həyatlarını sona qoya bilər və ya özünə zərər və intihar riski üst-üstə düşə bilər. Qumarbazlıq intihar düşüncəsinin və cəhdlərinin artması ilə əlaqələndirilir. Patoloji qumarbazların 12–24%-i intihar cəhdləri edirlər. Qumarbazların arvadlarının intihar nisbəti ümumi əhalidən üç dəfə yüksəkdir.
Göyün buğası
Səma buğası, həmçinin Səma öküzü, Göy buğası, Göyün buğası, Cənnət buğası və ya Cənnətin buğası — qədim Mesopotamiya mifologiyasında qəhrəman Gilqameşin döyüşdüyü mifik heyvan. Səma buğası hekayəsinin iki fərqli versiyası var. Onlardan ilki erkən şumercə yazılmış şeirdə, digəri isə standart Akkad dilində yazılmış Şumer şeiri olan "Gilqameş dastanı"nda yer alır. Şumer poeziyasında öküz tanrıça İnanna tərəfindən anlaşılmaz səbəblərdən Gilqameşə hücum etsin deyə göndərilir. "Gilqameş dastanı"nın VI lövhəsində akkadca verilən hesablarda tanrıça İştar (İnannanın şərqi sami dillərində ekvivalenti) Gilgameşə seksual xarakterli bir təklif irəli sürür, lakin Gilqameş bu təklifi rədd edir. Bundan qəzəblənən İştar atası Anunun yanına gedir və ondan Səma buğasını istəyir. Beləliklə, İştar Gilqameş və onun dostu Enkiduya hücum etmək üçün buğanı Uruk şəhərinə göndərir, amma ikisi həmin buğanı öldürür. Buğaya qalib gəldikdən sonra Enkidu onun sağ budunu İştara ataraq İştarı ələ salır. Buğanın kəsilməsi tanrıların Enkidunu ölümə məhkum etməsinə səbəb olur. Bu hadisə Gilqameşin ölüm qorxusunun yaranmasına səbəb olur və dastanın qalan hissəsini istiqamətləndirir.
Görünən ulduz ölçüsü
Ulduz ölçüsü — mənbəyin işıq şüalarına perpendikulyar qoyulmuş səthin həmin mənbə tərəfindən nisbi işıqlanmasının əsası 2,512 olan mənfi işarəli loqarifmidir. Görünən ulduz ölçüsü və ya vizual ulduz ölçüsü-adi gözlə vizual fotometr adlanan qəbuledici vasitəsilə təyin olunan ulduz ölçüsüdür. Astrofizikada işıqlanmanın fiziki analoqu olaraq ulduz ölçüsü adanlanan kəmiyyətdən istifadə edilir. == Tarixi == Ulduz ölçüsü ilk astrofotometrik anlayışdır. Hələ Hipparx eramızdan əvvəl II yüzillikdə gözlə seçilən ulduzları işıqlanmalarına görə altı ulduz ölçüsünə ayırmışdı. O, qəbul etmişdi ki, ən parlaq (işıqlı) ulduzun ulduz ölçüsü 1, ən zəifinki isə 6-dır. Parlaqlığın ulduz ölçüsü vasitəsilə qiymətləndirilməsi fiziki, daha doğrusu fizioloji və psixoloji əsasları yalnız Hipparxdan iki min il sonra XIX yüzillikdə Veber və Fexner tərəfindən müəyyən edilmişdir. Veber-Fexner qanunu: hər hansı qıcıqlandırıcı təsirin hiss olunmasındakı dəyişiklik həmin qıcıqlandırıcı amilin nisbi dəyişməsi ilə düz mütənasibdir. Bu qanunu ulduz ölçüsü anlayışına tətbiq etsək, Kainat obyektinə qıcıqlandırıcı, qəbulediciyə (gözə, fotoemulsiyaya, fotolentə və s.) hissiyat mərkəzi kimi baxa bilərik . Qıcıqlandırıcının obyektiv meyarı onun qəbuledicidə yaratdığı işıqlanmadır, ulduz ölçüsü isə bu işıqlanmanın qəbulediciyə təsiri deməkdir.
Mömünə Xatun türbəsi
Möminə Xatun türbəsi — Azərbaycan Respublikası, NMR, Naxçıvan şəhərində yerləşən və həm də "Atabəy Günbədi" kimi tanınan tarix-memarlıq abidəsidir. Türbə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. 1998-ci ildə Möminə Xatun türbəsi digər Naxçıvan türbələri ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilmişdir. 1186-cı ildə memar Əcəmi Naxçıvani tərəfindən inşa edilmiş türbənin ilkin hündürlüyü 34 metr olsa da, onun çadırvari günbəzi dövrümüzə tamamışdır; buna görə də dövrümüzdə türbə 25 metr hündürlüyə malikdir (dövrümüzə çatmamış çadırvari günbəzsiz). Mömünə Xatun türbəsi Atabəylər Memarlıq Kompleksindən dövrümüzə çatmış yeganə abidədir. Möminə Xatun türbəsinin ümumi quruluşu – sərdabə və onbucaqlı şəklində həll olunmuş qüllədən ibarətdir. Türbənin sərdabəsi də planda onbucaqlıdır. Sərdabə və bayır üzlərdən fərli olaraq, Əcəmi qüllənin interyerində mürəkkəblikdən uzaq olmuş, sayalığa və bütövlüyə üstünlük vermişdir. Türbənin hündür olmayan kürsülüyü onüzlü biçimdə olub, cilalanmış iri diorit lövhələri ilə üzlənmişdir. Türbənin qülləvari prizmatik tutumunun təmiz həndəsi gözəlliyini pozmamaq üçün memar giriş dana qapısı olan şərq üzünü xüsusi tutum və bəzəklərlə o biri üzlərdən kəskin ayırmamışdır.
Pəncərədə görünən kölgə
"Pəncərədə görünən kölgə" - Elxan Elatlı tərəfindən yazılmış detektiv roman. «Pəncərədə görünən kölgə» sevilən yazıçı Elxan Elatlının detektiv janrında yazdığı dörd hekayə və iki povestdən sonra ilk romanıdır. Bu maraqlı və təsirli əsərdən başlayaraq, müəllif dünya detektivində heç kəsə bənzəməyən özü­nəməxsus üslubunu yaratmışdır. Romanda Azər­baycanın bir kənd rayonunda baş vermiş müəmmalı cinayətlərin sirrinin açılmasından söhbət getsə də, burada anaya və övlada mə­həbbətin, halallığın, mənəvi təmizliyin təbliği də xüsusi yer tutur. Bu baxımdan roman ye­niyetmə və gənclərin tərbiyəsində müsbət rol oynamağa qadirdir. "Alinino".
Radara Görünmə Sahəsi
Radara görünmə sahəsi (RCS) bir obyektin radarla nə qədər aşkar oluna biləcəyinin ölçüsüdür. Daha böyük bir RCS, bir obyektin daha asan aşkar edildiyini göstərir. Bir obyekt mənbəyə məhdud bir miqdarda radar enerjisi təqdim edir. Buna təsir edən amillər bunlardır: Hədəfin hazırlandığı material; Hədəfin hədəfi işıqlandıran radar siqnalının dalğa uzunluğuna nisbətən ölçüsü; Hədəfin mütləq ölçüsü; İnsident bucağı (hədəfin formasından və radar mənbəyinə istiqamətlənməsindən asılı olaraq radar şüasının hədəfin müəyyən bir hissəsini vurduğu bucaq); Əks olunan bucaq (əks olunan şüanın hədəfə dəydiyi hissədən ayrıldığı bucaq; insident bucağından asılıdır); Hədəfin istiqamətinə görə ötürülən və alınan radiasiyanın polirizasiyası. Hədəflərin aşkarlanmasında vacib olsa da, ötürücü gücü və məsafə RCS hesablamasına təsir edən amillər deyil, çünki RCS hədəfin əks-ediciliyinin bir xüsusiyyətidir. Radara görünmə sahəsi təyyarələrin geniş aralıqlarda aşkarlanması üçün istifadə olunur. Məsələn, bir stels təyyarədə (aşağı səviyyədə radarlar tərəfindən aşkarlanmağa imkan verən bir formada hazırlanmış təyyarə) aşağı səviyyədə radara görünmə sahəsi verəcək dizayn xüsusiyyətləri (radar əmici boya, düz səthlər, radarları xüsusilə mənbədən fərqli bir yerə əks etdirməsi üçün xüsusi maili səthlər) olacaqdır. Sərnişin təyyarəsinin radara görünmə sahəsi isə çılpaq metallar, mənbəyə ötürülən siqnal əksi, zəmanətli yuvarlaq səthlər, mühərriklər, antenalar və s. struktur xüsusiyyətlərinə görə daha böyük olacaqdır. Radara görünmə sahəsi, xüsusilə təyyarələr və ballistik raketlərlə əlaqəli tətbiqlərdə, radar stels təyyarə texnologiyasının ayrılmaz bir hissəsidir.
Asunsyon Domenek
Asunsyon Domenek Domingez (isp. Asunción Domenech Domínguez; 8 iyun 1967, Valensiya) — İspaniya voleybolçusu, toppaylayıcı. O, 1992 Yay Olimpiya Oyunlarında iştirak etmişdir. == Həyatı == Asunsyon Domenek 8 iyun 1967-ci ildə İspaniyanın Valensiya şəhərində anadan olmuşdur. 1990–1992-ci illərdə "Xativa"da, 1993–1994-cü illərdə "Mursiya"da, 1998–2000-ci illərdə "Albasete"də çıxış etmişdir. 1991-ci ildə "Xativa" ilə İspaniya Superkubokunu, 1994-cü ildə "Mursiya" ilə ölkə çempionluğunu qazanmışdır. O, 1992-ci ildə Barselona Yay Olimpiya Oyunlarında İspaniyanın qadın voleybol komandasının üzvü olmuş, komandası 8-ci yeri tutmuşdur. Domenek toppaylayıcı kimi çıxış etmiş, 4 matç keçirmişdir.
Gölün marfometrik əlamətləri
Gölün su balansı
Gözün hərəki siniri
Gözün hərəki siniri (lat. nervus oculomotorius) — bir başlanğıc nüvəyə malikdir. Onun nüvəsi — lat. nucleus nervi oculomotorii böyük beyin ayaqcıqları qapağında, yuxarı təpəciklər səviyyəsində yerləşmişdir. Bu nüvənin altında kirpik əzələsini və göz bəbəyini daraldıcı əzələni innervasiya edən lat. nucleus accessorius (vegetativus) nervi oculomotorii (Vestfal-Edinger və ya Yakuboviç nüvəsi) və tən orta tək parasimpatik nüvə vardır. Gözün hərəki siniri böyük beyin ayaqcığının içəri tərəfində ayaqcıqlararası çuxurda — lat. sulcus medialis cruris cerebri deyilən şırımdan beyin əsasına çıxır. Buradan önə və bayır tərəfə dönərək, dal maili çıxıntının və mağaralı cibin bayır kənarı ilə göz yuvasının yuxarı yarığına çatır və bunun içəri bucağından (vətər halqasından) göz yuvasına daxil olub iki şaxəyə — lat. rami superior et inferior bölünür.
Qara gölün cəngavərləri
Bakı. 1905-ci il. Neftçilərin fəhlə qəsəbəsi. Dözülməz əmək şəraiti nəticəsində fəhlələr tətil edirlər. Macəra filminin qəhrəmanları hələ kiçik yaşlarından həyatın acısını dadan, çətinliklərlə üzləşən, ağır zəhmətə qatılaşmalı olan uşaqlardır. Onlar da böyüklərlə birlikdə istismarçılara qarşı mübarizədə iştirak edirlər. Film avtobioqrafik xarakter daşıyır. Film yazıçı Süleyman Vəliyevin "Şor Cüllütü" povestinin motivləri əsasında çəkilmişdir. Film 1-c kateqoriyaya layiq görülmüşdür. 1)1985-ci ildə Minskdə XVIII Ümumittifaq kinofestivalı Filmə Ümumittifaq Komsomolu Mərkəzi Komitəsinin Diplom və Prizi verilmişdir.
Qanun
Qanun — hüquq normalarının sistemli toplusu olub, cəmiyyətdə yaranan ictimai münasibətləri tənzimləyir və insanları hüquq pozuntusundan qoruyur həmçinin, qoyulan qadağalara əməl etməyən şəxslərin cəzalandırılmasını müəyyən edir. Qanunlar qanunvericilik orqanları tərəfindən qəbul olunur. Vaciblik dərəcəsinə və tənzimlənən ictimai münasibətlərin xarakterinə görə qanunlar konstitusiya qanunlarına, məcəllələrə və adi qanunlara bölünür. Konstitusiya qanunları ali hüquqi qüvvəyə malikdir. Onların içərisində ilk növbədə əsas insan və vətəndaş hüquq və azadlıqlarını təsbit edən, ictimai quruluşun əsaslarını, dövlətin formasını tənzimləyən, dövlət orqanlarının təşkili və fəaliyyətinin prinsiplərini müəyyən edən konstitusiya adlananları qeyd etmək lazımdır. Bəzən onu əsas qanun adlandırırlar. Konstitusiya qanunları konstitusiyanın ayrılmaz tərkib hissəsi sayılır və hüquqi qüvvəsinə görə adi qanunlardan üstündür. Məcəllə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən vahid sistemləşdirilmiş qanunvericilik aktıdır. Məcəllələşdirmə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən qanunların sistemləşdirilməsi formasıdır. Məcəllələrin hüquqi qüvvəsi adi qanunlardan üstündür.
Qonur
Qəhvəyi və ya qonur – rənglərdən biri. Ağır, isti, qəmgin rəngdir. O, qocalığı simvolizə edir. İstifadə edildiyi məkanların həcmini kiçildir. Saturnun rəngidir. Qəhvəyi rəng qaynaqlarda qonur və dor rənglər eyni mənada izah olunmuşdur. Yəni qonur da, dor da şabalıdı, açıq şabalıdı, yanıq şabalıdı, qəhvəyi, açıq-qəhvəyi, xurmayı deməkdir. Qəhvəyi (qonur, dor) – ümumi rənglər aləmində uğur simvolu sayılır. Amma bu da var ki, bəzən yazılışda və deyilişdə "dor" səhv olaraq "dür" şəklinə salınır. Misal üçün, Koroğlunun Qıratı ilə yanaşı, Doratı da vardır.
Qouen
Qouen — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Arxipelaqın şimalında, Karl Aleksandr adası ilə Qoqenloe adası arasında yerləşən Trininqen boğazında yerləşir. Uzunluğu 1,5 km, eni 150–200 metrdir. Seçilən hündürlüyü yoxdur. Ada Rusiya İmperiyasının artilleriya kapitanı Otto Xoven.
Qovun
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Qoyun
Qoyun (lat. Ovis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi. Qoyunların erkəkləri qoç, balacaları isə, quzu adlanır. Azərbaycanda heyvandarlıqda geniş istifadə edilir. Qədim tarixi mənbələrə görə Azərbaycanda qoyunçuluq hər zaman geniş yayılmışdır. Məhsuldarlıq rəmzi olan qoç (qoyun) Qədim Şərqdə daha çox pərəstiş olunan heyvanlardan biri olmuşdur. Müqəddəs hesab olunan qoyunlar bir sıra allahların məbədlərində saxlanılırdı. Məsələn, Misirdə qoyunu Xnum allahının, Herakleopolda Herişafa allahının təcəssümü hesab edirdilər. Qoyuna daha çox pərəstiş olunan Mendesdə isə müqəddəs qoyun Banebjed ("Jed hakiminin canı") adlandırılırdı. Erkən tunc dövrünün məhsuldarlıq rəmzinə çevrilən qoç (qoyun) sonrakı dövrlərdə bu ev heyvanına olan inanc və münasibət yeni forma və məzmun əldə etmişdir.
Ronne
Ronne (fr. Ronnet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Marsiyya-an-Kombray kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03216. 2008-ci ildə əhalinin sayı 190 nəfər təşkil edirdi. 2007-ci ildə 128 yaş arasında (15–64 yaş arasında) 98 nəfər iqtisadi cəhətdən, 30 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76,6%, 1999-cu ildə 75,2%). 98 fəal işçidən 88 nəfər (47 kişi və 41 qadın), 10 nəfər işsizdir (2 kişi və 8 qadın). 30 hərəkətsiz 10 nəfər arasında şagird və ya tələbə, 8 nəfər — təqaüdçü, 12 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Sonne
Sonne (fr. Sonnay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russiyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38496. Kommunanın 1999-cu il üçün əhalisi 959 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 70 km şimal-qərbdə yerləşir.
Ekman qanunu
Eqonun aşılması
Eqonun aşılması (fra. : La Transcendance de l'ego) 1934-cü ildə filosof Jan-Pol Sartr tərəfindən yazılmış və 1936-cı ildə nəşr edilmiş fəlsəfi və fenomenologi essedir. Bu keçid Sartrın 1939-cu ildəki hərbi xidmətindən sonra daha aydın görünür, burada biz dünyada olmaya daha çox rəğbətlə baxırıq, bu mövzu onun 1943-cü ildəki işində daha ətraflı şəkildə işlənir. Bu esse Sartrın fenomenologiya və ontologiyanın tədqiqi və hibridləşməsinə başlayır. Essenin əsası Husserlin "nəzərdə tutulan obyektlərin" (göründüyü kimi) təsvirinin öz-özlüyündə təsvir edildiyini dərhal qiymətləndirmək, həm də mənliyi şüurun maddi deyil, "dünyada" kimi müşahidə etməkdir. Sartr üçün eqonu şüur üçün bir obyekt kimi təsvir etmək daha məqsədəuyğun idi.
Gödək qoyunu
Gödək qoyunu — Azərbaycanda, Quba-Xaçmaz iqtisadi rayonunda miqdarca birinci yeri tutan qoyun cinsi. Cins xalq seleksiyası yolu ilə yaradılmışdır və qədim cins hesab olunur. Cinssin nümayəndələri xırda olması, qısa ayaqları, möhkəm gövdəsi ilə çeçilir. Konstitusiyası quru və möhkəmdir. Ağır şəraitə davamlı, çevik və uzaq yol getməyə qadir, yerli şəraitə uyğunlaşmış qoyunlardır. Qoyunların 80 % ağ, başı və ayaqları qonur və qara rəngli olur. Ətlik-yunluq istiqamətli cinsdir. Dişilərdə diri çəki 30-40 kq, qoçlarda isə 45-50 kq-dır. Ət çıxarı orta hesabla 45,0-48,0 % təşkil edir. İlllik süd verimliyi 45 litr, südünün yağlığı isə 6,4- 7,2 % olur.
Habbl qanunu
Habbl qanunu — qalaktikaların bir-birindən uzaqlaşma sürətini ifadə edir. ABŞ astronomu Edvin Habbl tərəfindən kəşf edilmiş bu qanun alimin şərəfinə adlandırılmışdır və astronomiyanın fundamental qanunlarından biridir. == Qanun == İstənilən iki qalaktikanın bir-birinə nəzərən uzaqlaşmasının nisbi sürəti, aralarındakı məsafə ilə düz mütənasibdir. υ = H ⋅ D {\displaystyle \upsilon =H\cdot D} Burada D {\displaystyle D} - qalaktikalar arasındakı məsafə, υ {\displaystyle \upsilon } - qalaktikanın birinin digərinə nəzərən hərəkət sürəti, H {\displaystyle H} - Habbl sabiti olub, sürət artmasının məsafə artmasına nisbətini ifadə edir. == İsbatı == Kainatın quruluşunu təsəvvür etmək üçün aşağıdakı müşahidə faktlarından istifadə edilmişdir: mikrodalğalı diapazonda Kainatın relikt şüalanma fonunun kəşfi; qalaktikaların bir-birinə nəzərən böyük sürətlə uzaqlaşmaları; Kainatda əsas kimyəvi elementlər olan hidrogen və helium elementlərinin nisbəti. Kainat quruluşunun müasir modelinə verilən əsas tələb ondan ibarətdir ki, həmin model bu müşahidə faktları ilə ziddiyyət təşkil etməsin. 1923-cü ildə Habbl Andromeda dumanlığının spiralşəkilli qollarında bir neçə parlaq dəyişən ulduz müəyyən etmişdir. Bu ulduzların parlaqlıq əyriləri (parlaqlığın zamandan asılılıq funksiyası) bizim Qalaktikada Sefeidlər adlanan dəyişən ulduzların parlaqlıq əyrilərinə bənzəyir. Habbl, ulduzların spektr xətlərinin spektrin qırmızı ucuna tərəf sürüşməsinə və Andromeda dumanlığındakı ən parlaq ulduzların görünən parlaqlığına əsasən, həmin qalaktikalara qədər məsafələri qiymətləndirmişdir. Nəticədə müəyyən edilmişdir ki, spektrdə xətlərin qırmızı tərəfə sürüşməsi qalaktikaya qədər olan məsafə ilə mütənasib olaraq artır.
Herik qoyunu
Herik qoyunu – Azərbaycanda qoyun cinsi. Herik qoyunu bir sıra xarakterik nişanələrinə görə ləzgi qoyunu ilə yaxınlıq təşkil edir. Bu qoyun əsas etibarilə Şəki, Qax və ona qonşu olan rayonların ərazisində məlumdur. Bu qoyuna herik qoyunu ilə yanaşı, "bürc qoyunu" da deyilir.
Hess qanunu
Hess qanunu — 1836-cı ildə Hess tərəfindən təcrübi nəticələrə əsasən termokimyanın əsas qanunu kəşf edilmişdir. Hess qanunu həmçinin reaksiya istilikləri cəminin sabitliyi qanunu da adlanır və aşağıdakı kimi istifadə olunur: — reaksiyanın istilik effekti prosesin yolundan (aralıq mərhələlərdən) asılı olmayıb, yalnız sistemin başlanğıc maddələr və reaksiya məhsullarının təbiətindən və halından asılıdır. Hess qanunu izoxor-izotermik və izobar-izotermik şəraitdə gedən reaksiyalar üçün doğrudur. Bu qanun termodinamikanın birinci qanunundan əvvəl kəşf edilməsinə baxmayaraq onun riyazi nəticəsi olub, termokimyanın nəzəri əsasını təşkil edir. CH 4 ( q ) ⟶ C ( q ) + 4 H ( q ) {\displaystyle {\ce {CH4 (q) -> C (q) + 4H (q)}}} ; △H= 1664 kC/mol Bu qanundan müxtəlif termokimyəvi hesablamalardan istifadə olunur. Hess qanunu proseslərin istilik effektlərini təcrübi nəticələr olmadıqda və hətda onların ölçülməsi mümkün olmayan şəraitlərdə hesablamağa imkan verir. bu nəyinki kimyəvi proseslər, həm də həllolma, buxarlanma, sublimasiya, kristallaşma və s. proseslərədə aiddir. Bu qanunun tətbiqi istilik effektinə qoyulan tələblərin dəqiq ödənilməsini tələb edir. Termokimyəvi hesablamalar termokimyəvi tənliklərin köməyi ilə aparılır.
Huk qanunu
Huk qanunu — cismin deformasiyası zamanı yaranan elastiklik qüvvəsi, bu deformasiyanın ölçüsü ilə düz mütənasibdir. Huk qanunu 1660-cl ildə ingilis alimi Robert Huk tərəfindən kəşf olunmuşdur. F= -kx Huk qanunu ancaq kiçik deformasiyalarda doğrudur mütənasiblik həddini aşdıqda, gərginliklə deformasiya arasındakı asılılıq qeyri xətti olur. == Nazik çubuqlar üçün Huk qanunu == Nazik çubuğun dartılmasında Hüq qanunu aşağıdakı kimi yazılır: F = k Δ l . {\displaystyle F=k\Delta l.} Burada F {\displaystyle F} — qüvvə , Δ l {\displaystyle \Delta l} — mütləq uzanma я, а k {\displaystyle k} — elastiki modul . Elastikiyyət əmsalı materialın xassəsindən və ölçülərindən asılıdır. Aşkar şəkildə çubuğun ölçülərini istifadə edərək elastikiyyət əmsalını aşağıdakı kimi yazmaq olar. (kəsiyinin en sahəsi S {\displaystyle S} və uzunluq L {\displaystyle L} ) k = E S L . {\displaystyle k={\frac {ES}{L}}.} E {\displaystyle E} birinci növ elastiklik modulu və ya Yunq modulu və materialın mexaniki xarakterikdir. ε = Δ l L {\displaystyle \varepsilon ={\frac {\Delta l}{L}}} en kəsiyindəki normal gərginlik σ = F S , {\displaystyle \sigma ={\frac {F}{S}},} σ = E ε .