Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qəmərli
Qəmərli rayonu — tarixən Azərbaycana hazırda isə Ermənistan Respublikasına məxsus Şimal-qərbi Azərbaycanda rayon. Qəmərli (Gərnibasar) — tarixən Azərbaycana hazırda isə Ermənistan Respublikasına məxsus Şimal-qərbi Azərbaycanda şəhər. Qəmərli (Başkeçid) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Qəmərli (Üçkilsə) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd.
Dəlilər (Qəmərli)
Dəlilər, Böyük Dəlilər — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Böyük Dəlilər kəndi Erməni mənbələrində Dəlilər kəndi kimi qeyd edilir. Rayon mərkəzindən 2 km şimal şərqdə, Gərni çayından axan arxın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Dəlilər formasında, Qafqazın 5 verstlik xəritəsində Böyük Dəlilər kimi qeyd edilmişdir. Toponim qədim türk tayfası tele etnoniminə cəmlik bildirən -lər şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Toponimdəki «böyük» sözü fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dalar (dəlilər etnoniminin ermənicə tələffüz formasıdır) qoyulmuşdur.
Gödəkli (Qəmərli)
Gödəkli - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Kəndin digər adı erməni mənbələrində Göydağlı, Kiçik Dəlilər formasında göstərilir. Rayon mərkəzindən 3 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qazaxlar türk tayfasına mənsub olan gödəkli etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Sadə quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 20. VIII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Mrqavet qoyulmuşdur.
Kürdkəndi (Qəmərli)
Kürdkəndi — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. == Tarixi == İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Adı dəyişdirilərək Noraşen qoulmuşdur.
Mehrablı (Qəmərli)
Mehrablı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Toponim türk mənşəli qaradolaq tayfasından olan mehrablı nəsil adından əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 20. VIII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vardaşen (Güllü kənd) qoyulmuşdur. == Əhalisi == Kənddə 1897-ci ildə 14 nəfər azərbaycanlı yaşamışdır.
Muğanlı (Qəmərli)
Muğanlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli rayonu (Artaşat rayonu) ərazisində kənd. Muğanlı - İrəvan quberinyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Erməni mənbələrində kəndin adı Muğamlı kimi göstərilir. İ.Şopenin əsərində kəndin adı Boqamli kimi verilmişdir. Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Toponim türk mənşəli muğanlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Sadə quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Muğan, 25.l.1978-ci il fərmanı ilə yenidən dəyişdirilib Ovtaşen qoyulmuşdur.
Qafarlı (Qəmərli)
Qafarlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. İrəvan quberniyası İrəvan qəzasındakı Oğurbəyli kənd icması tərkibində, Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, azərbaycanlılar yaşamış kənd. Gərni çayından axan arxın yanında yerləşirdi. 1918-ci ildə kəndin əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Toponim türk mənşəli qazaxların çobankərə tayfasından olan qafarlı etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Qazaxların Qafarlı tayfası məskunlaşması nəticəsində yaranmışdır. Tayfanın adı isə mənşəcə xəzərlərin erkən orta əsrlərdə Kabar tayfasının adının danışıqda fonetik dəyişikliyə uğramış formasıdır. Kəndd 1831-ci ildə 652 nəfər, 1873-cü ildə 515 nəfər, 1886-cı ildə 435 nəfər, 1897-ci ildə 105 nəfər, 1908-ci ildə 540 nəfər, 1914-cü ildə 594 nəfər, 1916-cı ildə 273 nəfər azərbaycanlı yaşamışdır.
Qaradağlı (Qəmərli)
Qaradağlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 10 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə tarixən azərbaycanlılar yaşamışdır, ermənilər kəndə 1828-1830 - cu illərdə İrandan köçürülmüşdür. Toponim böyük türk tayfası qızılbaşlardan olan qaradağlı tayfasının adı əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Tsaxkaşen, 20.X.1967-ci 11 fərmanı ilə yenə də dəyişdirilərək, Mrqavet qoyulmuşdur. (1935-ci ildən DZAXKAŞEN, 1967-ci ildən MRKAVAN) Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, rayon mərkəzindən 10 km şimal-qərbda, Yerevan-Artaşat yolu üstündə azərbaycanlılar yaşamış kənd. Kənddə 1831-ci ildə 128 nəfər, 1873-cü ildə 331 nəfər, 1886-cı ildə 286 nəfər, 1897-ci ildə 364 nəfər, 1919-cu ildə 360 nəfər azərbaycanlı yaşamışdır.
Qaraqoyunlu (Qəmərli)
Qaraqoyunlu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. Gərni çayının sağ tərəfində, Qəmərli qəsəbəsindən 8-10 km şimalda, İrəvan-Naxçıvan-Culfa avtomobil yolunun kənarında yerləşən Qaraqoyunlu kəndidir. “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə (1590) Gərni nahiyəsi nin Yolkəsən kəndi kimi qeydə alınıb. “İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) isə Gərni nahiyəsinin Qaraqoyunlu kəndi kimi verilib, kəndin ikinci adının Yükkəsənçay olduğu göstərilib. Kənddə Veyis Məhəmməd oğlunun adına olan timardan dövlətin müxtəlif vergilər şəklində ildə 3 min ağça gəlir götürdüyü də həmin mənbədə qeyd olunub. İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Kəndin digər adı Qaraqoyun kimi göstərilir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilir. Kənd 1930-cu ilin sonlarında ləğv olunmuşdur. Toponim qaraqoyunlu türk etnonimi əsasında əmələ gələn etnotoponimdir.
Qəmərli (Başkeçid)
Qəmərli — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qəmərli kənd inzibati-ərazi dairəsinin mərkəzidir. Toponimin qədim Kimmer (Qamər/Qəmər) tayfalarının adı ilə əlaqəli olduğu ehtimal edilir. Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 7 km qərbdə, Başkeçid yaylasında yerləşir. Qəmərli kəndi dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşir. Kənddə 1886-ci ildə 50 ailədə 304 nəfər, 1926-cı ildə 67 ailədə 406 nəfər azərbaycanlı yaşayırdı. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 713 nəfər (341 nəfəri kişilər, 372 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 852 nəfər əhali yaşayır. Ovçular: Mollalar: Novruzlar: Məşədialılar: Xıvlar: Sabellər: Becənlər: Oruclular Aşırlar Kalvalılar Hacılar (Nəsibağalar) Qarabağlılar Feyzi oğulları Kənddə ilk dünyəvi məktəb 1922-ci ildə yaradılıb. Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir.
Qəmərli (Gərnibasar)
Qəmərli, Artaşat — Ermənistan Respublikasının Ağrı vadisində, Gərnibasar mahalı ərazisində Qəmərli rayonunun mərkəzi, şəhər.
Qəmərli (Üçkilsə)
Qəmərli, Metsamor — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonu kənd. Rayon mərkəzindən 8 km cənubda, Böyük Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Gözlü Qəmərli olmuşdur. Toponim qəmər (antik mənbələrdə kimmer) türk tayfa adına mənsubluq bildirən -li şəkilçisinin artırılması ilə əmələ gəlib «qəmər (kimmer) tayfasının yaşadığı kənd» mənasını bildirir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı ilə adı dəyişdirilib Metsamor qoyulmuşdur. Kənddə 1831-ci ildə 127 nəfər, 1873 - cü ildə 295 nəfər, 1886-cı ildə 347 nəfər, 1897-ci ildə 408 nəfər, 1904 - cü ildə 411 nəfər, 1914 - cü ildə 436 nəfər, 1916-cı ildə 425 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Qəmərli rayonu
Qəmərli rayonu, Artaşat rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Ağrı vadisində, Gərnibasar mahalı ərazisində rayon. Mərkəzi Qəmərli şəhəridir. Qəmərli rayonu 1930-cu il sentaybrın 9-da yaradılıb. 1945-ci il sentyabrın 4-nə qədər Qəmərli rayonu, həmin tarixdən etibarən isə Artaşat rayonu adlanıb. Ərazisi 507 kv km-dir. Rayon mərkəzi respublika tabeli Qəmərli (dəyişdirilmiş adı Artaşat) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 29 km-dir. Rayonun sərhədlərindən Zəngi və Araz çayları axır. Qəmərli sözünün etimolji izahı /qam+ər+li/ bu sözün qədim türk mənşəyindən xəbər verir. Mütəxxəssislərin fikrincə qam sözü kiçik fonetik dəyişikliklərlə türk dillərində şəxs, tayfa və yer adlarında işlənir.
Sabunçu (Qəmərli)
Sabınçı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. ""İrəvan əyalətinin icmal dəftəri"ndə "Saatlı Sabunçu" formasında, Qafqazın 5 verstlik xəritəsində Sabunçu kimi qeyd edilmişdir. Kəndin başqa adı Şeyxzadə Əli Sabunçu olmuşdur. Toponim türk mənşəli sabunçu tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 25.01.1978-ci il fərmanı ilə dəyişdirilib Araksavan (Araz qəsəbəsi) qoyulmuşdur. İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd.
Ələkbər Qəmərli
Ələkbər Yusif oğlu Qəmərli (12 dekabr 1950, Naxçıvan) — Azərbaycan Respublikası İqtisad Məhkəməsi sədrinin birinci müavini; Birinci ixtisas dərəcəli hakim (1993). 12 dekabr 1950-ci ildə Naxçıvan şəhərində doğulmuşdur. 1967-ci ildə Naxçıvan şəhəri 1 saylı orta məktəbi bitirmişdir. 1969–1971-ci illərdə Sovet ordusu sıralarında həqiqi hərbi xidmət etmişdir. 1972–1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil almışdır. 1984-cü ildə SSRİ Ədliyyə Nazirliyinin ədliyyə işçilərinin Ümumittifaq Təkmilləşdirmə İnstitutunda ixtisasını artırmış, 1989-cu ildə SSRİ Nazirlər Soveti yanında Xalq Təsərrüfatı Akademiyasının dövlət idarəçiliyi ali rəhbər işçilərinin ixtisasartırma instututunu bitirmişdir. 1976-cı ildən 1981-ci ilədək Azərbaycan SSR Ədliyyə Nazirliyində baş məsləhətçi, 1981-ci ildən 1987-ci ilədək isə Azərbaycan SSR Dövlət Arbitrajında dövlət arbitrı vəzifələrində işləmişdir. 30 dekabr 1987-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan SSR Baş Dövlət Arbitrının müavini, 1992-ci ilin iyun ayından Azərbaycan Respublikası Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsi sədrinin birinci müavini, 1995-ci ildən isə Azərbaycan Respublikası İqtisad Məhkəməsi sədrinin birinci müavini seçilmişdir. 6 dekabr 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə qanunla hakimlər üçün müəyyən olunmuş birinci ixtisas dərəcəsi verilmişdir. 2000-ci ilin iyul ayında səlahiyyət müddəti bitdiyi üçün vəzifədən azad olunmuşdur.
Gəncəli
Gəncəli — Azərbaycanda çox işlədilən təxəllüs və kişi adı. Gəncəli Sabahi — XX əsr Azərbaycan yazıçısı. Gəncəli Gənciyev — professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru (1994-1995) Kəndlər Gəncəli (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Gəncəli (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Muğan Gəncəli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Gərəkli
Gərəkli — Azərbaycan Respublikasının Balakən rayonunun Gərəkli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Balakən rayonunun faktiki mövcud olan Gərəkli kəndi dürüstləşdirmə qaydasında Poştbinə kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, Poştbinə kənd Sovetinin mərkəzi Gərəkli kəndinə keçirilmiş, Poştbinə kənd Soveti Gərəkli kənd Soveti adlandırılmışdır. == Toponimikası == 1992-ci ilədək kəndin adı Pəştbinə olmuşdur. Yaşayış məntəqəsini XIX əsrdə Dağıstandan gəlmiş Gərəkhacı adlı şəxs saldığına görə belə adlandırılmışdır. Hazırda kənddəki məhəllələrdən biri gərəkhacılar adlanır. Etnotoponimdir. Pəştbinə oykonimi isə vaxtilə burada olan poçt məntəqəsinin adındandır.
Həmyəli
Həmyəli — Şamaxı rayonunda, Pirsaat çayının sahilindəki Çabanı yaylasında yerləşən kənd. == Tarixi == Həmyəli kəndi Şamaxı rayonunun dağlıq hissəsində, Pirsaat çayının üst hissəsindəki Çabanı yaylasında yerləşir. Kəndin əvvəlki adı "Ərəb Həmyə" olmuşdur. Qədim dövrlərdə, yaşayış məntəqəsi bura köçürülmüş ərəb tayfalarının məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == Əhalisi 1102 nəfərdir (2009).
Həmzəli
Həmzəli (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Həmzəli (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd.
Kəmərli
Kəmərli — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. İncə dərəsinə aid üç kənddən biridir. Azərbaycanda qədim yaşayış məskənlərindən biri. 1982-ci ildə kənd ərazisinin bir hissəsi yəni Korbulağ ərazisinin 1,5 hissəsi SSRİ Mərkəzi komitəsinin qərarı ilə Ermənistana verilmişdir. Kəmərlilər o dövr üçün çox ciddi sayılacaq müqavimət göstərmişdir. == Etimologiya == Kəndin adı Kimer (Kəmərli) tayfasının adından yaranmışdır. Mənbələrin verdiyi məlumata görə kimmerlər Şimali Qara dəniz hövzəsindən köç edərək Azərbaycanda və Şərqi Anadoluda məskunlaşmşdılar. Herodotun yazdığına görə, e.ə. VIII əsrdə Şərqdən Qara dənizin Şimal çöllərinə-kimmerlərin ölkəsinə skiflər gəlmişdilər. Kimmerlər onlarla toqquşmaqdan çəkkinmiş, yığışıb Cənubi Qafqaza, oradan da Kiçik Asiyaya köç etmişdilər.
Ləmbəli
Ləmbəli (Loru) — Tiflis quberniyasının Borçalı qəzasında, Ermənistan SSR-inin Barana rayonunda, hazırda Ermənistan Respublikasının Loru mərzində kənd. Ləmbəli (Qaraçöp) — Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Məzrəli
Məzrəli (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Məzrəli (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd.
Arif Qəmərli
Arif Paşa oğlu Qəmərli (5 yanvar 1929, Gəncə, Gəncə qəzası) — Baytarlıq elmləri doktoru, professor. K.İ.Skryabin adına Qırğızıstan Milli Aqrar Universitetinin heyvanların infeksion və invazion xəstəlikləri kafedrasının professoru. == Həyatı == Qəmərli Arif Paşa oğlu 1929-cu il yanvarın 5-də Azərbaycan SSR-nin Kirovabad (indiki Gəncə) şəhərində anadan olub. 1951-ci ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirib və Moskva Dövlət Baytarlıq Dermatologiyası İnstitutu (Ümumittifaq Elmi-Tədqiqat Baytarlıq Sanitariyası İnstitutu) nəzdində aspiranturaya göndərilib. 1955-ci ildə A.Qəmərli baytarlıq elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib (Ümumrusiya Elmi-Tədqiqat Eksperimental Baytarlıq İnstitutu, Moskva). 1956-cı ildə A.Qəmərli SSRİ Kənd Təsərrüfatı Nazirliyinin göndərişi ilə Qırğızıstana, Elmi-Tədqiqat Heyvandarlıq və Baytarlıq İnstitutuna daimi işləməyə gəlib və kənd təsərrüfatı heyvanlarının parazitlərinin öyrənilməsi laboratoriyasının rəhbəri təyin edilib. 1970-ci ildə A.Qəmərli doktorluq dissertasiyası müdafiə edib. 1987-ci ildə ona professor elmi adı verilib. == Təltif və mükafatları == Qırğız Respublikasının Kənd Təsərrüfatı Əlaçısıdır. Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin (ÜİKTS) bürünc medalı (Moskva, 1957), “Rəşadətli əməyə görə” medalı (1970), “Sosializm yarışının qalibi” nişanı (1974) və başqa təltifləri var.
Darğalı (Qəmərli)
Darğalı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. 1940-cı illərin əvvəllərində rayondakı Aşağı Darğalı və Yuxarı Darğalı kəndləri birləşdirilərək Darğalı kəndi yaradılmışdır. == Tarixi == === Aşağı Darğalı === Rayon mərkəzindən 3–4 km şərqdə, Gərni çayından axan arxın yanında, Araz çayının yaxınlığında, Yuva kəndinin yaxınlığında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim monqol dilində "şəhər, qəza, mahal, vilayət hakimi" mə'nasında işlənən darğa sözünə mənsubluq bildirən -lı şəkilçisinin artırılmasından əmələ gəlib "şəhər, qəza, mahal, vilayət hakiminə mənsub kənd" mə’nasını bildirir. "Aşağı" fərqləndirici əlamət bildirir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin l. XII.1949-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Anastasavan (26lardan olan Anastas Mikoyanın şərəfinə), 30. XII.1957-ci il fərmanı ilə yenidən dəyişdirilərək Aygezard qoyulmuşdur.
Doqquz (Qəmərli)
Doqquz — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km şimalda, Gərni çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Doqquz, Qafqazın 5 verstlik xəritəsində isə Dokkuz formasında qeyd edilmişdir. Toponim oğuzların dülqədirli tayfasından olan doqquz etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kanaçut qoyulmuşdur. == Əhalisi == Kənddə tarixən yalnız azərbaycanlı yaşamışdır. 1828-1829 - cu illərdə buraya İranın Xoy və Salmas vilayətlərindən ermənilər köçürülmüşdür. 1828-ci ilə qədər Doqquz kəndində cəmi 8 yerli erməni (rus.
Torpaqqala (Qəmərli)
Torpaqqala — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Erməni mənbələrində kəndin adı Topraxqala kimi qeyd edilir. İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. rayon mərkəzindən 8 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. Kənddə 1831-ci ildə 40 nəfər, 1873-cü ildə 246 nəfər, 1886-cı ildə 268 nəfər, 1897-ci ildə 303 nəfər, 1908-ci ildə 415 nəfər, 1914-cu ildə 456 nəfər, 1916-cı ildə 372 nəfər, 1918-ci ilin yanvarında 415 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin martında azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir. 1922-ci ildə 98 nəfər, 1926-cı ildə 163 nəfər, 1931-ci ildə 197 nəfər azərbaycanlı yaşamışdır. SSRİ hökumətinin xüsusi qərarı ilə 1948-1949-cu ildə azərbaycanlılar köçürülmüşdür.
Yuva (Qəmərli)
Yuva — İrəvan xanlığının Qarnibasar mahalında kənd adı. İrəvan quberniayasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. XX əsrin əvvəllərinə aid mənbədə İrəvan qəzasında çəkilir. 1728-ci ildən mə’lumdur. Rayon mərkəzindən 3 km məsafədə, Gərni və Vedi çaylarından axan arxın yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.1950-ci ildə kənd Şaumyan adlandırılmışdır. Səlcuq Oğuzlarının Yivə (Ivə) tayfasının adını əks etdirir. Azərbaycanda Evoğlu (Ağdam rayonu) (yə’ni "Yivə oğlu") kənd adı ilə mənşəcə eynidir. 1588-ci ilə aid mənbədə şimali Azərbaycanda Zəyəm nahiyəsində Yuvalı-Fəxralı (Temur Hasan da adlanırdı) elinin yaşadığı qeyd olunmuşdur Toponim ivə//yıva oğuz tayfasının adı əsasında əmələ gəlmışdir. Etnotoponimdir.
Zakir Qəmərli
Zakir Qəmərli (Qəmərli Zakir Paşa oğlu; d. 12 oktyabr 1942. Kirovabad, Azərbaycan SSR, SSRİ) — Tibb elmləri doktoru, professor (1995). B. N. Yeltsin adına Qırğızıstan‑Rusiya Slavyan Universitetinin onkologiya, şüa diaqnostikası və terapiya kafedrasının müdiri. Qəmərli Zakir Paşa oğlu 1942-ci il oktyabrın 12-də Azərbaycan SSR-nin Kirovabad (indiki Gəncə) şəhərində anadan olub. 1960-cı ildə həmin şəhərdə orta məktəbin rus bölməsini bitirib. 1961-ci ildə Qırğızıstan Dövlət Tibb İnstitutuna daxil olub, 1967-ci ildə ali məktəbi bitirib. Həmin ildən başlayaraq, Z. Qəmərlinin bütün fəaliyyəti Qırğızıstan onkologiya xidməti ilə ayrılmaz surətdə bağlıdır. O, 30 il Qırğızıstan Elmi-Tədqiqat Onkologiya və Radiologiya İnstitutunda işləyib. Adi həkimlikdən başlayıb, sonra şöbə müdiri olub, əyani aspiranturada oxuyub (1971–1974), institutun elmi katibi (1974–1978), direktorun elmi işlər üzrə müavini (1978–1985) olub.
Zöhrablı (Qəmərli)
Zöhrablı (Mrqanuş) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Kəndin digər adı Zorbalı olmuşdur. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. Toponim qaşqay türk tayfasından olan zöhrablı nəsil adı əsasında əmələ gəlmişdir. Patronomik toponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20. VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Mrqanuş qoyulmuşdur. Burada tarixən azərbaycanlılar yaşamışdır.
Çörük Qəmərli
Bolnisi (azərb. Qəmərli‎) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında şəhər, Bolnisi bələdiyyəsinin inzibati mərkəzi. Bolnisi şəhəri azərbaycanlılar tərəfindən tarixən Çörük Qəmərli kimi adlandırılmışdır. Bununla yanaşı rayonun bəzi yerlərində əski türk dilində "Bol və ulus" (çoxmillətli) sözlərinin birləşməsindən yarandığı ehtimal edilən "Bolus" sözü ilə əlaqəli bir çox toponimlərin olması da diqqəti çəkir. Bolnisi qəsəbə olaraq 1818-ci ilin payızı - 1819-cu ilin yayında Vürtemberq Krallığından Çar Rusiyası tərəfindən Qafqaza köçürülmüş almanlar üçün təşkil edilmiş, qəsəbə Rus imperatoru I Pavelin (1796-1801) qızı və Vürttemberq kraliçası Yekaterina Pavlovnanın şərəfinə Yekaterinenfeld (almanca Katharinenfeld) adlandırılmışdır. Burada məskunlaşdırılmış 116 alman ailəsinə 3913.1155 desyatin torpaq sahəsi verilmişdi. Gürcüstanda Sovetlər Birliyi qurulduqdan sonra 1921-ci ildə o, Almaniyada doğulmuş yəhudi əsilli kommunist inqilabçı Roza Lüksemburqun şərəfinə Lüksemburq adını daşımışdır. 15-30 oktyabr 1941-ci ildə burada məskunlaşmış alman əsilli əhali məcburi şəkildə Qazaxıstana deportasiya olundu. Almanların sürgün edilməsindən sonra 3 aprel 1943-cü ildə Lüksemburq qəsəbəsinin adı Bolnisi qəsəbəsi olaraq dəyişdirildi. Bolnisi şəhəri Gürcüstanın cənub-şərqində Maşavera çayının üzərində dəniz səviyyəsindən 520-600 metr yüksəklikdə, Rustavi şəhərindən 65 km qərbdə, paytaxt Tiflisdən isə 63 km cənub-qərbdə yerləşir.
Şaumyan (Qəmərli)
Yuva — İrəvan xanlığının Qarnibasar mahalında kənd adı. İrəvan quberniayasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. XX əsrin əvvəllərinə aid mənbədə İrəvan qəzasında çəkilir. 1728-ci ildən mə’lumdur. Rayon mərkəzindən 3 km məsafədə, Gərni və Vedi çaylarından axan arxın yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.1950-ci ildə kənd Şaumyan adlandırılmışdır. Səlcuq Oğuzlarının Yivə (Ivə) tayfasının adını əks etdirir. Azərbaycanda Evoğlu (Ağdam rayonu) (yə’ni "Yivə oğlu") kənd adı ilə mənşəcə eynidir. 1588-ci ilə aid mənbədə şimali Azərbaycanda Zəyəm nahiyəsində Yuvalı-Fəxralı (Temur Hasan da adlanırdı) elinin yaşadığı qeyd olunmuşdur Toponim ivə//yıva oğuz tayfasının adı əsasında əmələ gəlmışdir. Etnotoponimdir.
Əhməd Qəmərli
Əhməd Qəmərlinski və ya Əhməd Qəmərli (doğum adı: Əhməd Haşım oğlu Məlikov; 9 may 1880, Bakı – 9 mart 1952, Bakı) — aktyor, Bakı kinostudiyasının artisti, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940). Əhməd Haşım oğlu Qəmərlinski (Məlikov) 1880-ci ildə Bakıda anadan olmuşdur. İçərişəhərdə boya-başa çatan Əhməd Məlikov Sultanməcid Qənizadənin məktəbində təhsil almışdır. Səhnəyə ilk dəfə 1906-cı ildə Balaxanıda həvəskar aktyorların hazırladığı "Adı var, özü yox" (N.B.Vəzirov) tamaşasında çıxmış, həmçinin xalq mərasim, oyun və əyləncələrində fəal iştirak etmişdir. Sonralar "Nicat" cəmiyyətinin nəzdindəki teatr truppasının aktyoru kimi milli teatrın inkişafında xüssi xidmətləri olmuşdur. 1908-ci ildən etibarən Azərbaycanın bir sıra kənd və rayonlarını gəzib, ən ucqar guşələrdə aktyor dostları ilə birlikdə çıxışlar etmişdir. O,Azərbaycan Xalq Cumhuriyyəti dövründə təşkil olunmuş (1919-cu il, 17 noyabr)Dövlət türk opera dram teatrında işləmişdir. 1924-cü ildən Bakı Azad Tənqid Təbliğ Teatrının aktyoru və rejissoru olmuşdur. Əhməd Qəmərlinskinin ifa etdiyi əsas rollar: Mirzə Fətəli Axundovun komediyalarında Bayram ("Xırs quldurbasan"), Mirzə Həbib ("Lənkəran xanının vəziri"), Əbdürrəhim bəy Haqverdiyevin faciə və dramlarında Əcinnə, Təlxək, İblis və Əmrah ("Pəri Cadu"), Hacı Səməd ağa və Mirzə Qoşunəli ("Bəxtsiz cavan"), Süleyman ("Ac həriflər"), həmçinin Namiq paşa və Şükrü paşa, İzzət paşa ("Ədirnə fəthi" və "Trablis müharibəsi", Cəfər Cabbarlı), Gürcü bəy və Mirzə Mehdi xan ("Nadir şah Əfşar", Nəriman Nərimanov), Dursunəli ("Dursunəli və ballıbadı", Sultan Məcid Qənizadə), Rüstəm bəy ("Məşədi İbad", Üzeyir bəy Hacıbəyli), Yəzdcürd ("Şəd ibn Vəqqas", Muxtar Axundzadə), Romas ("Xalid ibn Valid", Yusif Talıbzadə), İbn Ziyad, Sədr Əzəm ("Yezid ibn Müaviyə" və "Sultan Əbdüləzizin xəli", Mehdi bəy Hacınski), Hacı Fərəc ("Dövləti-bisəmər", İsmayıl bəy Rüstəmbəyov), Brabansio və Kassio ("Otello", Uilyam Şekspir), Amul bəy ("Şeyx Şamil", Rudolf Botşald), Zöhhak ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Molla Hüseyn ("Qəzavat", Sergey Lanskoy), Şeyxülislam və Sidqi bəy ("Vətən", Namiq Kamal), Şpigelberq ("Qaçaqlar", Fridrix Şiller), Əli ("Əl Mənsur", Henrix Heyne), Kərim və Məmməd ("Zorən təbib", Jan Batist Molyer), Lazer Frankel ("Yəhudilər", Yevgeni Çirkov). 1938-1939-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb.
Dərəli
Dərəli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zəngilan rayonunun Canbar kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Dərəli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Gəgəli
Gəgəli — Azərbaycan Respublikasının Ağsu rayonunun Gəgəli kənd inzibati ərazi dairəsində kənd. Ləngəbiz silsiləsinin ətəyindədir. == Tarixi == Gəgəli kəndinin əsasını Axtaçı oymaqından olan padarlar qoymuşdur. Dördüncü Axtaçı obası olan Axtaçı-Gəgəli obası yaylaqlarının adı ilə sonradan Gəgəli adlanmışdır. 1821, 1831-ci il siyahıalınmalarında Axtaçı, 1847, 1863, 1874, 1886-cı il siyahıyalınmalarında isə kəndin adı Axtaçı-Gəgəli kimi qeydə alınmışdır. Kənd əhalisinin müxtəlif yerlərdən köçməsi haqqında rəvayətlər siyahıyalınmalarda öz əksini tapmamışdır. Artıq XIX əsrin 40-50-ci illərindən başlayaraq Gəgəli adlı Axtaçı obası Ağsu və Bico kəndləri arasındakı yazlaq sahəsini daimi binə yeri seçmişdir. Həmin binə yeri antik dövr Nərgizava yaşayış yerinin qalıqlarını tamam əhatə edir və Yasamal torpağı adlanır. 1862-63-cü illərin rəsmi dövlət sənədində belə arayış var: «Bakı Quberniyasının Yerölçmə Mütəxəssisi cənablarına. Xançoban dairəsi Gəgəli obasının sakinləri Şamaxı Qəza Rəisi cənablarına Yasamal adlanan məxsusi torpaqda və icma qışlaqlarında oturaq həyata başlamağa icazə haqqında ərizə ilə müraciət etmişlər.
Gəyəli
Aşağı Gəyəli
Məməli
Məməlilər (lat. Mammalia) — heyvanlar aləminin xordalılar tipinə aid olan heyvan sinfi. Məməlilər onurğalılar tipinin ən ali sinfidir. Məməlilərin sinfinə aid iki — İlk məməlilər (Prototheria) və Vəhşi heyvanlar (Theria) yarımsinifləri var. Synapsida, məməlilər və onların nəsli kəsilmiş qohumlarını ehtiva edən qrup, Pensilvaniya yarımdövründə (~323 milyondan ~300 milyon il əvvəl) onların sürünənlər nəslindən ayrıldıqları zaman yaranmışdır. Keçid qrupu məməlilər Erkən Yura dövründə əvvəlki məməli formalarından təkamül keçirmişlər. Kladoqramma məməliləri keçid qrupu kimi qəbul edir. Dünyada 4500-ə qədər məməli növü vardır. Məməlilərin 1229 cins, 153 fəsilə, 29 dəstəsi məlumdur. Məməlilərin balaları əsasən, müəyyən bir inkişaf dövrünü tamamlayana qədər analarının qarnında saxlanılır.
Çərəli
Çərəli (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd. Çərəli (Təbriz) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Gəncəli (Salyan)
Gəncəli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Çuxanlı inzibati ərazi vahidində kənd. Cənub-Şərqi Şirvan düzündədir. Oykonim Gəncə (Şəhər adı) və mənsubluq bildirən –li komponentlərindən düzəlib, "Gəncədən olanlar" mənasındadır. Yaşayış məntəqələrini Gəncə Şəhərindən köçüb gəlmiş ailələr saldığına görə belə adlandırılmışdır. Rəvayətə görə bu kənd keçmiş zamanlarda çox böyük olmuş, daha sonra Kür çayının gəlməsi ilə kənd iki yerə bölünmüşdür. Bir hissəsi Kürün sağ sahilində, digər hissəsi isə sol sahilində qalmışdır. Belə olduğuna görədə bir hissə Sabirabad rayonuna, digər hissə isə Salyan rayonuna daxildir. Bəhs etdiyimiz Gəncəli kəndinin yaxınlığında Piratman adlanan kiçik bir ərazi var. Bu ərazi əvvəllər daha kiçik olmuş, sonradan isə nisbətən böyümüşdür.
Gəncəli (Xaçmaz)
Gəncəli — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Gəncəli Gənciyev
Gənciyev Gəncəli Əziz oğlu (19 fevral 1942, Astara – 27 iyul 2022) – professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru (1994–1995-ci illər)[mənbə göstərin] == Həyatı == Gənciyev Gəncəli Əziz oğlu 19 mart 1942-ci ildə Astara şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. 1994-cü ilədək Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda şöbə müdiri işləmişdir. Çoxlu sayda doktorant və dissertantların elmi rəhbəri olmuş, 10-dan çox monoqrafiya, dərslik, dərs vəsaiti və proqramın müəllifidir. 1994–1995-ci illərdə Azərbaycan Kooperasiya Universitetinə rəhbərlik etmişdir. Gəncəli Əziz oğlu Gənciyev 1942-ci il matın 19-da anadan olub. 1965-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsini bitirib. 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasının əyani şöbəsinə daxil olub. 1971-ci ildə akademik Əhməd Əkbər oğlu Mahmudovun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-ci ildə EA-nın İqtisadiyyat İnstitutunda baş elmi işçi vəzifəsinə seçilib.
Gəncəli Qanbayev
Gəncəli Sabahi
Gəncəli Yunis oğlu Sabahi (1906-1990) — XX əsr Azərbaycan yazıçısı. == Həyatı == Gəncəli Sabahi 1906-cı ildə Cənubi Azərbaycanın Mərənd bölgəsinin Miyab kəndində anadan olmuşdu. 7 yaşında ikən anası ilə Şimali Azərbaycana atasının yanəna gəlmişdi.İbtidai məktəbi Şəmkirdə, orta məktəbi isə Gəncədə bitirmişdi. 1932-ci ildə BDU-nun filologiya fakültəsini tamamıamışdı. Gəncəli Sabahi 1946-cı ildə Cənubi Azərbaycana dönərək yeni təsis edilmiş universitetdə dəs demişdi. Milli hökumət devrildikdən sonra "mühacir" adı ilə Bəndərabada, ordan da Loristana sürgün edilmişdi. İki il sürgündə yaşamışdı. Sürgündən azad edildikdən sonra Təbrizə ailəsinin yanına qayıtmışdı. Hökuməti-nizami tərəfindən Tehrana köçürülmüşdü. Bu şəhərdə ədəbi fəaliyyətinə davam etmişdi.
Gəncəli məhəlləsi
Gəncəli məhəlləsi — Şəkinin qədim məhəllələrindən biri. == Haqqında == Şiələr kompakt halında Şəki şəhərində Gəncəli məhəlləsində məskunlaşmışlar. Gəncəli məhəlləsinin əhalisi Səfəvilər dövründə Şəkini idarə etmək və dayaq yaratmaq üçün Gəncədən Şəkiyə köçürülənlərin nəsilləridir. Şəkinin sünnü əhalisi şiələri "qızılbaş", bəzən də "qəcər" adlandırırlar. Məlumdur ki, şiə yönlü səfəvi təriqəti həm də "qızılbaş" adlanmışdır. Şiələrin "qızılbaş" adlandırılması Azərbaycanın başqa sünnü bölgələrində də (Qax, Zaqatala, Balakən rayonlarında və s.) özünü göstərir. Başqa məlumata görə buranın əhalisi İrandan və ya Xoydan Gələnlərlər məskunlaşmışlar. Gəncəli məhəlləsində Mirzə Fətəli Axundov, Rəşid bəy Əfəndiyev, Salman Mümtaz, xalq artisti Əlövsət Sadıqov, dilçi Əbdüləzəl Dəmirçizadə, akademiklər Cəmil və Cəbrayıl Hüseynovlar, professor Yaşar Qarayev kimi böyük bir ziyalı bu məhəllədən yetişmişdir.
Gərəkli bələdiyyəsi
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Həmzəli (Qubadlı)
Həmzəli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Həmzəli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 9 noyabr 2020- ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Həmzəli kəndi Həkəri çayının sahilindədir. Dəlilər Həmzəlisi adı ilə də tanınır. Yaşayış məntəqəsini vaxtilə indiki Qarakişilər kəndinə birləşmiş Həmzəli (Korlar Həmzəlisi) kəndindən çıxmış ailələr saldığı üçün belə adlanmışdır. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 40 evdə 174 şiə kürd yaşayırdı.
Həmzəli nekropolu
Həmzəli nеkrоpоlu — Həmzəli kəndinin şimаl-şərqində yеrləşir. == Haqqında == Tədqiqatlar zamanı təpənin ətəyində kаnаl qаzılаrkən bir nеçə küp qəbir dаğıdılmışdır. Dаğıdılmış küplərin qаlıqlаrı təpənin ətəyinə səpələnmişdir. Küp qəbirlərin yеrləşdiyi təpə nаlşəkilli fоrmаdа оlub şimаlа dоğru еnsizləşir. Tədqiqаt zаmаnı iri küp pаrçаlаrı ilə bərаbər qəbir аvаdаnlığınа аid bir nеçə gil qаbın pаrçаsı dа əldə еdilmişdir. Kеrаmikа məmulаtınа əsаsən nеkrоpоlu I-III əsrlərə аid еtmək оlаr. == Əhəmiyyəti == Nekropolda aparılan tədqiqatlar burada I-III ərslərə aid nekropol mədəniyyətinin öyrənilməsi baxımından əhəmiyyətlidir.
Qemperi
Qemperi (gürc. ქემფერი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. Xaşuridan 11,5 km uzaqda yerləşir. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 470 nəfər idi. 2014-cü ildə 350 nəfər yaşayırdı.
Qəfərli
Qəfərli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Sabirabad rayonunun Qaralar kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qəfərli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Qərəkli
Qərəkli (Urmiya) —