Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Minəxanım Təkləli
Minəxanım Allahşükür qızı Nuriyeva (Təkləli) — filologiya elmləri doktoru, professor, Respublika radiosunda "Türkün özü, xalqın gözü" rubrikasının aparıcısı. 1989-cu ildən Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasında müəllim olaraq fəaliyyətə başlamış, 1995-ci ildə Pedaqoji Universitetdə dosent olaraq fəaliyyətini davam etdirdi. Bu tarixlərdən başlayaraq Minəxanım Təkləli ümumtürk mədəni mirasının araşdırılıb tədqiq edilməsi, ortaq tariximizin təhrif edilmiş şərəfli səhifələrini yenidən bərpa etmək; Türk dillərinin tarixi, bu günü ilə bağlı problemləri və uğurları, nəhayət qədim türklərin dünya sivilizasiyasındakı mövqeyini aşkarlamaq istiqamətində araşdırmalara girişir. Rus yazıçılarının əsərləri üzrə türk elementləri ilə bağlı tədqiqatların nəticəsi olaraq 2004-cü ildə uğurla “Rus dilində türk sözləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etdi. Türk dilçiliyində türk və rus dilləri arasındakı əlaqələr ilk dəfə bir sistem halında monoqrafik araşdırmaya cəlb olunmuşdu. Belə ki, Türk xalqları mədəniyyətinin dünya sivilizasiyasında yerinin təsbiti istiqamətində bu mədəni izlərinin araşdırılması: bu mənada Türk xalqları mədəni irsinin tədqiqi, Rus ədəbi –bədii və şifahi dilindəki Türk mənşəli sözlərin üzə çıxarılması və s. məsələlərin həlli Türkoloji aləmdə yeni hadisə idi. Çünki bu vaxta kimi bu problem bir çox hallarda birtərəfli öyrənilmiş, yəni Şərqi Slav dillərindəki türk dili elementlərinə etnoqrafik və mədəni-tarixi fakt kimi baxmaq yerinə, təkcə linqvistik fakt kimi götürülərək sadəcə alınmalar səviyyəsində baxılmış, çox vaxt da problem semasioloji aspektdən uzaq tutulmuş, türk sözlərinin bu dildə semantik evolyusiyasının gedişatını izləmək, canlandırmaq, nəticələrini öz geniş miqyasında təqdim etmək diqqətdən kənarda qalmışdı. Dissertasiyanın nəticələri göstərdi ki, bu problem yalnız kompleks şəkildə: etnik, dil və mədəni əlaqələr fonunda tam öyrənilə bilər. Müəllif bu üzdən mövzuya filoloq, etimoloq və tarixçi mövqeyindən yanaşmışdır.
Gülxanım Abbasova
Gülxanım Qeybulla qızı Abbasova — [Azərbaycan alimi, AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Elmi-texniki ədəbiyyatın toplanması, təhlili və proqnozlaşdırma" Laboratoriyasının müdiri, Kimya elmləri üzrə fəlsəfə doktoru, dosent. == Ümumi məlumat == Gülxanım Qeybulla qızı Abbasova 20 oktyabr 1946-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakıdakı 20 saylı məktəbdə almışdır. Məktəbi bitirdikdən sonra (1964) keçmiş S.M. Kirov adına Azərbaycan Dövlət Universitenin kimya fakültəsinə daxil olmuş, universiteti Fərqlənmə Diplomu ilə bitirmişdir (1969). Elə həmin ildə o, universitetin təqdimatı ilə Neft-Kimya Prosesləri İnstitutunda kinetika və kataliz ixtisası üzrə aspiranturaya daxil olmuşdur. Elmi fəaliyyətə Neft-Kimya Prosesləri İnstitutunda başlamışdır. G.Abbasova AMEA-nın müxbir üzvü kimya elmləri doktoru, professor Bilal Ataş oğlu Dadaşov və kimya elmləri doktoru, professor Vəli Sultan oğlu Hacı-Qasımovun rəhbərliyi altında “İzobutanın izobutilenə dehidrogenləşməsi reaksiyasının qanunauyğunluğunun öğrənilməsi və katalizatorun hazırlanması” mövzusunda dissertasiya müdafiə edərək, kimya elmləri namizədi adına layiq görülmüşdür. G.Abbasova öncə aspirant, kiçik elmi işçi, böyük elmi işçi, baş elmi işçi kimi, 1990-cı ildən hazırkı dövrə qədər “Elmi-texniki informasiya” laboratoriyasının müdiri vəzifəsində çalışır. Ailəlidir 2 övladı var. == Əsas elmi fəaliyyəti == Əsas fəaliyyətləri institutun tədqiqatlarının və işləmələrinin istiqamətləri üzrə elmi-texniki və patent məlumatlarının tematik, analitik və proqnoz xarakterli məcmuələrin tərtibi və buraxılması olan G.Abbasova yalnız elm sahəsində deyıl, ictimai işlərdə fəal iştirak etmişdir.