Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Higher Ground (Rasmussen mahnısı)
Higher Ground (azərb. Yüksək torpaq‎) — Danimarkanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Rasmussen "Higher Ground" mahnısı ilə Danimarkanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Niklas Arn və Karl Euren tərəfindən bəstələnmişdir.
Round Maple
Raund Meypl (ing. Round Maple) — İngiltərənin Saffolk qraflığında kənd. Edvardston yaxınlığında yerləşir.
Round Univercity Ranking
RUR reytinqi (ing. RUR Ranking - ing. Round University Ranking) — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri. Mərkəzi Rusiyanın Moskva şəhərində yerləşir. Bu qlobal reytinq cədvəli ilk dəfə 2010-cu ildə dərc edilmişdir. Hər bir ali məktəb 20 ayrı parametr üzrə, o cümlədən təhsilin keyfiyyəti, beynəlmiləlçilik və maliyyə dayanıqlığı meyarları üzrə qiymətləndirilir. 2019-cu ildə RUR reytinqinin dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəlinə 74 ölkədən 820 ali təhsil müəssisəsinin adı düşüb. Reytinq cədvəlinə ABŞ universitetləri liderlik ediblər. Siyahıda ölkələr arasında ikinci yeri isə 74 ali məktəblə Rusiya tutmuşdur.
Lea
Lea (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
PDA
Peridural anesteziya, epidural anesteziya (yun. περί — ətrafına, dövrəsinə, əhatəsinə; yun. επί — səth, üst lat. dura mater — sərt qişa; yun. αἶσθησις) qısa olaraq PDA regional anesteziyanın bir növü. 1931 ildə Doqliotti peridural boşluğu əldə etməyin "müqavimətin itməsi" metodunu tətbiq etmişdir. 1933 ildə isə Qutierrez peridural boşluğu əldə etməyin "asılmış damcı" metodunu tətbiq etmişdir. 1945 ildən peridual boşluğun kateterizasiyası üçün Tuohy — iynəsi tətbiq edilməyə başlanılmışdır. 1949 ildə Çurbelo ilk dəfə olaraq fasiləsiz peridural anesteziya metodunu tətbiq etmişdir. Onurğa beyni xaricdən daxilə doğru üç qişa (lat.
PEN
PEN (ing. PEN İnternational) - ingilis yazıçısı Katerina Ami Davson Skot və Con Qolsuorsi tərəfindən 5 oktyabr 1921-ci ildə yaradılan və bütün dünya yazıçılarını birləşdirən təşkilat. Mərkəzi London şəhərindədir. Təşkilatın adı olan PEN ingiliscə "playwrights" (Drammaturqlar), "essayists" (Oçerk yazıçıları) və "novelists" (Roman yazıçıları) sözlərinin abreviaturasından əmələ gəlib. PEN həm də ingiliscə qələm deməkdir. PEN Birinci dünya müharibəsindən sonra İngiltərədə bir neçə dost yazıçının görüşdüyü kiçik təşkilat idi. Amma daha sonra böyüdü. Mərkəzi London şəhərində yerləşən təşkilatın əsas məqsədi siyasətdən uzaq olub ifadə və fikir azadlığının təmin olunması və yazıçıların haqqlarının qorunmasıdır. 1926-cı ildə PEN-ə cəmi 25 ölkə üzv idi. Hal-hazırda isə bu say 104-dür və 144 ofisi mövcuddur.
PUA
Pilotsuz uçuş aparatı (PUA) (ing. unmanned aerial vehicle - insansız hava apparatı), çox vaxt qısaca dron (ing. drone) kimi qeyd edilir — bortunda pilot olmayan uçuş aparatıdır. PUA-lara mürəkkəb sensor, avtopilot, nəzarət, müşahidə və nəzarət kompleks sistemləri quraşdırılır. PUA-lar vasitəsilə kəşfiyyat və ya müşahidə aparmaq, pilotlu təyyarələrlə müqayisədə daha asandır. Eyni zamanda bəzi PUA modelləri silahla təmin olunur. İngilis dilində işlənən Unmanned Aerial Vehicle hərfi tərcümədə İnsansız Hava Apparatı deməkdir. Lakin, Azərbaycan dilində daha çox işlənən Pilotsuz Uçuş Aparatı ifadəsi Rus dilindəki Беспилотный Летательный Аппарат termininin hərfi tərcüməsidir.
PeR
PeR — 2007-ci ildə qurulmuş Latış musiqi qrupu. PeR Latviyanı 2013 Avroviziya Mahnı Müsabiqəsində "Here We Go" mahnısı ilə təmsil edib.
Peç
Peç bu mənaları ifadə edə bilər: Peç (Macarıstan) — Macarıstanda şəhər. Peç (Kosovo) — Kosovoda şəhər.
Peşa
Peşa (it. Pescia) — İtaliyanın Toskana regionunun Pistoia əyalətində 19559 nəfər əhalisi olan şəhər (kommuna). Eyni adlı çayın sahilində, Lucca ilə Florensiya arasında yerləşir. Məşhur gül bazarı sayəsində onu güllər şəhəri adlandırırlar.
REA
Rusiya Elmlər Akademiyası (abbr. REA, rus. Российская академия наук, abbr. РАН) — Rusiyada təbiət və ictimai elmlərdə fundamental tədqiqatlar aparan aparıcı elmi təşkilat, dövlət elmlər akademiyası. Akademiyanın əsas vəzifəsi təbiətin, cəmiyyətin, insanın inkişafı barədə, həmçinin Rusiyanın texnoloji, iqtisadi, sosial və mənəvi inkişafına dəstək olacaq biliklərin əldə edilməsini təmin edən fundamental tədqiqatların təşkil etməkdir. Rusiya Elmlər Akademiyası Rusiya Federasiyasının Konstitusiyasının 44-cü maddəsinə görə dövlət elmlər akademiyası formasında olan vacib konstitusiya-ictimai qeyri-kommersiya təşkilatıdır. Akademiyanın 1000 elmi institutu, 50 min elmi işçisi, 819 həqiqi üzvü, 1081 müxbir üzvü, 713 akademiyasının professoru vardır. Gennady Krasnikov — Rusiya Elmlər Akademiyasının Prezidenti (2022). Alqebra i analiz Пекарский А. История Императорской академии наук в Петербурге. СПб., 1873.
Zea
Qarğıdalı (lat. Zea) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Qarğıdalı mədəni şəkildə becərilən birillik bitkidir. Gövdəsinin hündürlüyü 3 m-ə qədər yoğunluğu 3 sm, budaqlanmayan, lakin aşağı hıssəsi oduncaqlaşan bitkidir. Saçaqlı kök sisteminə malik,yarpaqları növbəli, uzun, xətti, yuxarı hissəsi qatlanmış, aşağı hissəsi isə çılpaqdır. Erkək çiçəkləri süpürgəşəkilli, dişi çiçəkləri çoxlu sayda (30 sm) qıça olmaqla, yarpaqların arasında yerləşir. Yumşaq gövdəli, erkəkcik və dişcik çiçək qrupları, zirvəsində isə 2 ayaqlı ağızcığı yerləşmişdir. Çiçəkləri qəhvəyi-qırmızı və açıq-sarı rəngilidir. Özünəməxsus zəif iyli olub, dadı hiss olunacaq dərəcədə olub, seliklidir. Yazda və ya erkən payızda “saçaqlar”ını südlü-mumlu qıçalarını, avqust-sentyabr aylarında silos kimi gövdə və yarpaqları toplanılır.
Poa
Qırtıc (lat. Poa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
PWA
Proqressiv veb tətbiq (ing. progressive web application; PWA) — HTML, CSS, JavaScript və WebAssembly daxil olmaqla ümumi veb texnologiyalarından istifadə edilərək qurulan veb vasitəsilə təqdim olunan proqram təminatı növü. O, masaüstü və mobil cihazlar da daxil olmaqla, standartlara uyğun brauzeri olan istənilən platformada işləmək üçün nəzərdə tutulub. Proqressiv veb tətbiq veb tətbiqi kimi bilinən veb-səhifə və ya veb-sayt növü olduğundan, ayrıca paketləşdirmə və ya paylama tələb etmir. Tərtibatçılar sadəcə olaraq veb-tətbiqini onlayn yayımlaya, onun ilkin quraşdırma tələblərinə cavab verdiyinə və istifadəçilərin tətbiqi öz əsas ekranlarına əlavə edə biləcəklərinə əmin olurlar. Proqramın App Store və ya Google Play kimi rəqəmsal paylama sistemlərində yayımlanması istəyə bağlıdır. 2021-ci ildən etibarən PWA xüsusiyyətləri Google Chrome, Apple Safari, Androiddə Firefox və Microsoft Edge tərəfindən müxtəlif dərəcələrdə dəstəklənir, lakin masaüstündə Firefox tərəfindən dəstəklənmir. 2007-ci ildə iPhone-un təqdimatında Stiv Cobs elan etdi ki, veb proqramlar (AJAX arxitekturasından istifadə edərək HTML5-də hazırlanmış) iPhone proqramları üçün standart format olacaq. Heç bir proqram inkişaf dəsti (SDK) tələb olunmayacaq və proqramlar Safari brauzer mühərriki vasitəsilə cihaza tam inteqrasiya olunacaq. Bu model daha sonra xakerləri çaşdırmaq və əsəbi proqramçıları sakitləşdirmək vasitəsi kimi App Store-a köçürüldü.
DEA
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi — Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında” 2021-ci il 7 oktyabr tarixli 1456 nömrəli fərmanı əsasında yaradılmışdır. Azərbaycan Republikası Prezidentinin 2022-ci il 10 fevral tarixli fərmanı ilə təsdiq edilmiş Nizamnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi dövlət və səfərbərlik ehtiyatlarının yaradılması və idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən, habelə Dövlət Taxıl Fondunun sərəncamçısı olan publik hüquqi şəxsdir.
Siti Qraund
City Ground İngiltərədə, Vest Bridgford, Nottinghamsşire'da, Trent çayı sahilinə qurulmuş bir stadiondur. 1898-ci ildən bəri Nottingem Forest klubuna ev sahibliyi etməkdədir və 30.602 nəfərlik bir tutumu vardır. Stadion Avro 96 matçlarının oynandığı stadionlardan biri olmuşdur. Eyni zamanda bu stadion Forestin qonşu və əzəli rəqiblərindən Notts County'nin stadionu olan Meadov Lane'ə yalnız 300 metr uzaqlıqdadır (İngiltərədə peşəkar stadionların bir-birinə ən yaxın olanları bu stadionlardır).
Dea Siriya
Atarqatis, Atarateh (klass. süry. Atar'atheh/Tar'atheh), Derketo (yun. Δερκετὼ), Dea Siriya (lat. Dea Syria) və ya Deyasura (lat. Deasura) — antik dövrdə, Şimali Suriyada yaşayanların əsas ilahəsi. O, bərəkət və sevgi ilahəsi olmaqla yanaşı, həm də şəhərinin və xalqının baalatı (sahibə) idi, onları müdafiə edirdi. Onun əsas şəhəri Heliopol idi. Onun əri Baal-Hadaddır. Göyərçin və balıqlar Atarqatis üçün müqəddəsdir.
Fea muntjakı
Fea muntjakı (lat. Muntiacus feae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin muntjak cinsinə aid heyvan növü.
Jozefina Pla
Jozefina Pla (isp. Josefina Pla, 9 noyabr 1903, Lobos adası[d], Kanar adaları – 11 yanvar 1999, Asunson) — Paraqvay şairəsi, həmçinin dramaturq, roman və hekayələr müəllifi, ədəbi tənqidçi. Bədii keramika sahəsində də uğurları vardır. İctimai xadim və qadın hüquqları müdafiəçisi kimi də tanınır. Bir çox şeir kitablarının müəllifidir. Onlardan bəziləri: El precio de los sueños, 1934 Una Novia para Josevai, 1950 La raíz y la aurora, 1960 Rostros en el agua, 1965 Invención de la muerte, 1965 Satélites oscuros, 1966 El polvo enamorado, 1968 Desnudo día, 1968 Luz negra, 1975 Antología Poética, 1927–1977 Follaje del tiempo, 1982 Tiempo y tiniebla, 1982 Cambiar sueños por sombras, 1984 La nave del olvido, 1985 La llama y la arena, 1985 Los treinta mil ausentes, 1985 De la imposible ausente, 1996 Dünyada hər şeyə biganə bir göl səthində, Ağac çürüyü göy qurşağı, buludlar ada oldu. Hər şeyin göldən başlanğıcı var.
Krunk PUA
Krunk (tərcümədə Leylək) - Ermənistanda istehsal olunan pilotsuz uçuş aparatı. Ermənistanda ilk dəfə PUA layihəsinin həyata keçirilməsinə 2006-cı ildə başlanıb, daha sonra isə layihə A.Hamperyants adına Hərbi Aviasiya Universitetində davam etdirilib. 2009-cu ildə Ermənistan Silahlı Qüvvələri ilk “Krunk” tipli PUA-ları silahlanmaya qəbul edib. Ermənistan Silahlı Qüvvələri nisbətən böyük “Azniv”, “Krunk-25-1” və “Krunk-25-2” PUA-larına da sahibdir. “Krunk” ailəsi 3 modeldə istehsal edilir. “Krunk” PUA-ları İsrail Ordusunun silahlanmasında 80-ci illərdən etibarən mövcud olan, A, B və C seriyalarında istehsal edilən RQ-2 “Pioneer” PUA-larına bənzəyir. Bəzi mənbələrin məlumatına görə Krunk PUA-ları Serbiya ilə müştərək istehsal olunur. Krunk PUA 2011-ci ildən istehsal edilir. “Krunk” PUA-ları İsrail Ordusunun silahlanmasında 80-ci illərdən etibarən mövcud olan, A, B və C seriyalarında 1986-cı ildən bəri istehsal edilən RQ-2 “Pioneer” PUA-larına bənzəyir. Onların Rusiyanın əlinə keçməsi tarixi təxminən 1990-cı ildə baş verib.
Lea Seydu
Lea Seydu (fr. Léa Seydoux; 1 iyul 1985) — Fransa kino aktrisası və modeli.
Lea Sirk
Lea Sirk (1 sentyabr 1989, Koper[d]) — Sloveniya müğənnisi və bəstəkarı. O, "Hvala, ne!" mahnısı ilə Sloveniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Lea Sirk 1 sentyabr 1989-cu ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Sloveniyada, Koper şəhərində anadan olmuşdur. O, Cenevrə Musiqi Konservatoriyasında fleyta üzrə təhsil almışdır. Lea eyni zamanda bir çox beynəlxalq festivallarda iştirak etmişdir, lakin o, Sloveniyada Bitka talentov məharət yarışmasındakı iştirakından sonra şöhrət qazanmışdır. Həmin yarışmada ifaçı ikinci yerə layiq görülmüşdür. 2011-ci ildə Lea Sirk Leaparfume qrupunun üzvü olaraq Sloveniyanın 2011 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak etmiş, lakin heç bir uğur qazana bilməmişdir. 2014-cü ildə Lea Sloveniyanın Avroviziya təmsilçisi Tinkara Kovaçı səhnədə dəstək vokalçı olaraq müşayiət etmişdir. Həmin ildə ifaçının Roža adlı debüt albomu işıq üzü görmüşdür. Lea 2017-ci ildə solo ifaçı olaraq "Freedom" mahnısı ilə Sloveniyanın RTV SLO telekanalının 2017 Avroviziya Mahnı Müsabiqəsi üçün seçim turunda iştirak etmiş, lakin seçim turunun ilk mərhələsinə məğlub olmuşdur.
Ledi Peç
Ledi Peç (əsl adı: Ledi Araseli Peç Martin; ing. Leydy Pech; 1965) — meksikalı arıçı və mayalı ekoloqu. 2020-ci ildə Yukatan yarımadasında transgen soya paxlasının əkilməsi əleyhinə işinə görə Qoldman Ətraf Mühit Mükafatına layiq görülmüşdür. Ledi Peç əsasən arıçılıqla məşğuldur. O, bir neçə icmada ənənəvi Maya mədəniyyətinin bir hissəsi kimi əsrlər boyu becərilən Melipona beecheii adlı amansız arı növünü saxlayır. Melipona beecheii pətəklərini içi boş oduncuqlarının içərisində qurur. Əksər arıçılar Apis mellifera növlərindən istifadə etməyə üstünlük versə də, Peç və onun icması yerli olaraq Xunaan Kab (Bal Xanımı) kimi tanınan bölgədə bu növün melipona çeşidindən istifadə ənənəsini saxlamaq üçün M. beecheii-dən istifadə edir. Ledi Peç ənənəvi üsulla bal yetişdirdiyi iki hektar torpaq sahəsinə malikdir. Peç təşkilatı arıların yetişdirilməsi və onların ballarının toplanması ilə bağlı kollektiv iş vasitəsilə icma hissini inkişaf etdirməyə çalışır. O, ailələrin birlikdə işlədiyi və sağ qalmaq üçün bir-birini dəstəklədiyi yaxınlıqdakı İç-Ek icmasını təqlid etməyi hədəfləyir.
Mauna Kea
Mauna Kea — (hav. ˈmɔunə ˈkea — белая гора; ing. Mauna Kea) Havay adalarında vulkan. Dəniz səviyyəsindən 13.803 fut (4,207 m) dayanan zirvəsi, ABŞ-nin Havay əyalətinin ən yüksək nöqtəsi. Mauna Keanın yaşı təxminən bir milyon ildir ki, onun fəaliyyətinin ən fəal dövrü yüz minlərlə il əvvəl idi. Vulkanın son püskürməsi qonşu vulkanlara nisbətən daha qüvvətli olmuşdur. Son püskürməsi təxminən 4500 il əvvəl baş vermişdir. İndi isə vulkan qeyri-aktivdir. Havay dilində Mauna-Kea "Ağ dağ" deməkdir. Onu qəbiləsinin yüksək rütbəli rəhbərləri ziyarət edə bilərlər.
Nea Eklezya
'Nea Eklezya (yun. Νέα Ἐκκλησία Azərbaycanca: 'Yeni Kilsə) — Bizans İmperatoru Makedoniyalı I Basileios tərəfindən 876 ilə 880-ci illər arasında Konstantinopolda inşa etdirilmiş bir kilsədir. Bizansın paytaxtında VI əsrdə inşa edilən Aya Sofyadan sonra inşa edilmiş ilk monumental kilsəyə. Bizans arxitekturasının orta çağının başlanğıcını işarə edən bu kilsə Palaiologos Xanədanı dövrünə qədər istifadə edilmişdir. Osmanlılar tərəfindən barıt anbarı olaraq istifadə edilən bu quruluş, 1490-ci ildə ildırım düşməsindən sonra təxrib olmuşdur. İmperator I. Basileios, Bizans tarixinin ən müvəffəqiyyətli ailəsi olan Makedon Xanədanının qurucusudur. Basileios, özünü imperatorluğun yenidən qurucusu, yeni Yustinian adlandırmış və böyük qabaqcılı kimi Konstantinopolisdə böyük bir inşa hücumu başlatmışdır. Yeni Kilsə adının ilk sözü Nea, Basileiosun Aya Sofyasını və yeni bir dövrün başlanğıcını işarə edər. Daphne Sarayında olan Əziz Stefen Kilsəsi, Faroslu Bakirə qızın Kilsəsi ilə birlikdə Nea Eklezya, İmperatorluq sarayında olan müqəddəs əmanətlərin ana evsahiplerinden biriydi. Bunlar arasında peyğəmbər İlyasa aid köçün, üç mələyi qonaq etdiyi İbrahimin masası, Şamuelin Davudu müqəddəs yağ ilə yağlarken istifadə borusu və Böyük Konstantinin əmanətləri vardı.
PDA (dəqiqləşdirmə)
PDA — Peridural anesteziya. PDA (cib kompüteri) — cib kompüteri.
Korund
Korund (Al2O3) — mineral. Çox da tez-tez rast gəlinməyən. Cüzi qarışıqları — Cr, Fe, Mn, Ti. Kristalları çəlləyəbənzər, sütunvari, prizmatik, piramidal, lövhəvari və b. İkiləşmə çox vaxt {101} üzrə polisintetik, nadir hallarda {0001} üzrə. Ayrılması yoxdur, bölünməsi {0001} və {101} üzrə. Aqreqat dənəvərdir. Rəngsiz, lakin mikroqarışıqlarla müxtəlif rəngə boyanır: Ti — göy-sapfir (göy yaqut); Fe2+ və Fe3+ — qara; Fe3+- qəhvəyi və çəhrayı; Cr — qırmızı — rubin (yaqut); həmçinin sarı — şərq topazı, yaşıl — şərq zümrüdü, tünd qırmızı — şərq ametisti və b. Parıltısı almazı, şüşəli. Sərtliyi 9.
Pər
Pər — fırlanan bir milin üzərində yerləşdirilmiş, müvafiq bir aerodinamika ya da hidrodinamik quruluş verilmiş qəddarələrdən formalaşmış; itələmə gücü təmin edən alətdir. Pərlər təyyarə və gəmilərdə istifadə edilir. Pərli təyyarələrdə pər, mühərrikdən ötürülən fırlanmanı itələmə gücünə çevirən sistemdir. İki və ya daha artıq qəddarədən meydana gəlir. Pər qəddarələri itələmə qüvvəsinə görə təxmini olaraq irəliyə və çevrilməsinə görə də çevrilmə (rotasiya) istiqamətində hərəkət etdiyi üçün kənardakı bir müşahidəçiyə görə heliks olaraq da tanınan burğu hərəkətini də edir. Pərin yarıçapı səbəbiylə qəddarə ucunun fırlanma müddətində qət etdiyi məsafə göbəyə görə daha çox olacağından, qəddarə ucunun bucaq sürəti, abağa yaxın bölmələrdəki bucaq sürəti ilə eyni olmasına baxmayaraq vahid zamanda qət etdiyi məsafə (sürəti) daha çoxdur.
Pound-for-pound
Pound for pound — boks, güləş, və ya qarışıq döyüş sənətləri kimi təkbətək döyüş növlərində istifadə edilən, çəkisindən asılı olmayaraq hansı döyüşçünün daha yaxşı olduğunu göstərən sıralamadır. Bu döyüşçülər birbaşa bir-biri ilə yarışmadığı üçün "pound for pound" (xalbəxal) qiymətləndirilirlər və reytinqlər daimi dəyişir. == Boks == Boksda bu termin tarixən Benni Leonard və Şuqar Rey Robinson kimi döyüşçülərlə əlaqələndirilir. Belə ki, onlar öz dövrlərinin ən bacarıqlı döyüşçüləri hesab olunurdular və bu termin onları daha populyar olan (və daha yaxşı gəlir qazanan) ağır çəki çempionlarından fərqləndirmək üçün istifadə olunurdu. 1990-cı ildən etibarən "The Ring" jurnalı döyüşçülərin "pound for pound" reytinqini yeniləyir. == Qarışıq döyüş növləri == 2013-cü ildən "Ultimate Fighting Championship", 2020-ci ildən "ONE Championship" və 2021-ci ildən "Bellator MMA" daxil olmaqla, bəzi qarışıq döyüş sənətlərinin himayəsində pound for pound reytinqləri var. "ESPN.com", "Sherdog", "Fight Matrix", "MMA Fighting" və "Tapology" daxil olmaqla bir çox media şirkətinin də qeyri-rəsmi "MMA pound for pound" reytinqləri mövcuddur. == Kikboksinq və muay tay == "ONE Championship" 2020-ci ildən etibarən kikboksinq və muay tay üzrə "pound for pound" reytinqlərini dərc edir. Həmçinin "Combat Press" və "Beyond Kickboxing" də kikboksinq üçün pound for pound reytinqləri dərc edir.
Pound for pound
Pound for pound — boks, güləş, və ya qarışıq döyüş sənətləri kimi təkbətək döyüş növlərində istifadə edilən, çəkisindən asılı olmayaraq hansı döyüşçünün daha yaxşı olduğunu göstərən sıralamadır. Bu döyüşçülər birbaşa bir-biri ilə yarışmadığı üçün "pound for pound" (xalbəxal) qiymətləndirilirlər və reytinqlər daimi dəyişir. == Boks == Boksda bu termin tarixən Benni Leonard və Şuqar Rey Robinson kimi döyüşçülərlə əlaqələndirilir. Belə ki, onlar öz dövrlərinin ən bacarıqlı döyüşçüləri hesab olunurdular və bu termin onları daha populyar olan (və daha yaxşı gəlir qazanan) ağır çəki çempionlarından fərqləndirmək üçün istifadə olunurdu. 1990-cı ildən etibarən "The Ring" jurnalı döyüşçülərin "pound for pound" reytinqini yeniləyir. == Qarışıq döyüş növləri == 2013-cü ildən "Ultimate Fighting Championship", 2020-ci ildən "ONE Championship" və 2021-ci ildən "Bellator MMA" daxil olmaqla, bəzi qarışıq döyüş sənətlərinin himayəsində pound for pound reytinqləri var. "ESPN.com", "Sherdog", "Fight Matrix", "MMA Fighting" və "Tapology" daxil olmaqla bir çox media şirkətinin də qeyri-rəsmi "MMA pound for pound" reytinqləri mövcuddur. == Kikboksinq və muay tay == "ONE Championship" 2020-ci ildən etibarən kikboksinq və muay tay üzrə "pound for pound" reytinqlərini dərc edir. Həmçinin "Combat Press" və "Beyond Kickboxing" də kikboksinq üçün pound for pound reytinqləri dərc edir.
Jizel Froynd
Jizel Froynd — alman əsilli Fransa fotoqrafı. Alman əsilli fransız fotoqraf Jizel Froynd 1908-ci ildə Berlin ətrafında yerləşən Şöneberq ərazisində, yəhudi ailəsində doğulub. 20 yaşı olanda yaxşı oxuduğuna görə atası Yulius Froynd ona "Leyka" markalı fotoaparat bağışladı. Frankfurtda universitetdə oxuduğu vaxtlarda Jizel sosialist hərəkatına qoşulur. Foto sənəti isə sosial işin bir parçası idi - fotoaparatdan küçədəki nümayişləri fotolentə almaq üçün istifadə edirdi. 1933-cü il - artıq Hitler hakimiyyətə gəldi. Jizel ölkəni tərk edib, Parisə köçdü. Burada kitab mağazasının sahibəsi Adrienna Monye ilə tanış oldu və onun köməyi ilə foto sənəti haqda dissertasiyasını kitab kimi nəşr etdirdi. Jizelin məşhur yazıçı Ceyms Coysla tanışlığı da həmin il başladı. 1935-ci ildə Jizel Froynd Parisdə mədəniyyətin mühafizəsi məqsədilə keçirilən konqresdə iştirak edir.
Karl Froynd
Karl Froynd (ing. Karl Freund) — Almaniya və ABŞ rejissorudur. 1906-cı ildən etibarən Berlin şəhərində ilk rejissorluq peşəsində çalışmış, 1929-cu ildə isə ABŞ-yə köçərək kinooperator kimi çalışmışdır. Karl Froynd ömrünün axırına kimi burada yaşamışdır.
İda Freund
İda Froynd (d. 15 aprel 1863, Vyana, Avstriya İmperiyası – ö. 15 May, 1915, Kembric, Böyük Britaniya) – Avstriyalı kimyaçı. Böyük Britaniyada universitetdə kimya dərsi keçən ilk qadındır. İki əhəmiyyətli kimya dərs kitabı yazan İda Froynd aktiv bir sufrajet idi. İda Froynd 1863-cü ilin aprel ayının 5-də Avstriyanın Vyana şəhərində anadan olmuşdur. Kiçik yaşlarında olan anası vəfat etmişdir. Buna görə nənəsi tərəfindən böyüdülmüşdür. Dövlət məktəbində təhsil aldıqdan sonra müəllimlik sertifikatı aldı. Nənə və babası vəfat edəndən sonra 1881-də Böyük Britaniyada skripkaçı olan əmisinin yanına getdi.
İda Froynd
İda Froynd (d. 15 aprel 1863, Vyana, Avstriya İmperiyası – ö. 15 May, 1915, Kembric, Böyük Britaniya) – Avstriyalı kimyaçı. Böyük Britaniyada universitetdə kimya dərsi keçən ilk qadındır. İki əhəmiyyətli kimya dərs kitabı yazan İda Froynd aktiv bir sufrajet idi. İda Froynd 1863-cü ilin aprel ayının 5-də Avstriyanın Vyana şəhərində anadan olmuşdur. Kiçik yaşlarında olan anası vəfat etmişdir. Buna görə nənəsi tərəfindən böyüdülmüşdür. Dövlət məktəbində təhsil aldıqdan sonra müəllimlik sertifikatı aldı. Nənə və babası vəfat edəndən sonra 1881-də Böyük Britaniyada skripkaçı olan əmisinin yanına getdi.
Evsen Group
Hyve Group
Hyve Group, keçmiş adı ilə ITE Group — beynəlxalq sərgi və konfransların təşkilatçısı olan şirkətlər qrupu. Qrup hər il 14 ölkədə 130-dan çox ticarət sərgisi və konfransı təşkil edir və dünyanın 17 ofisində 1200-dən çox işçi çalışır. Şirkətin əsas devizi, müştəriləri üçün yüksək təcrübə və investisyanın qaytarılmasını təmin edən, məzmuna əsaslanan, mütləq iştirak gərəkdirən tədbirlərdən ibarət dünyanın aparıcı portfoliosu ilə təmin etməkdir. London fond birjasında siyahıya alınmışdır.
Qrodno
Qrodno (belar. Гродна, pol. Grodno, lit. Gardinas) — Belarusun iri şəhərlərindən biri.
Qroznı
Qroznı (çeç. Соьлжа-ГӀала, qum. Süyünç-Qala, qaraç.-balk. Süyünç-Qala) — Şimali Qafqazda şəhərdir, Rusiyanın cənubunda, Çeçenistan Respublikasının paytaxtı, Qroznu rayonunun mərkəzidir. Şimali Qafqazın ən böyük şəhərlərindən biridir, ərazisinə görə ikinci, əhalisinin sayına görə üçüncü böyük şəhərdir. Şəhər Sevinc çayının (qum. Süyünç, qaraç.-balk. Süyünç, çeç. Sölƶa) qırağında yarandığına görə yerli türklər ona Sevinc-Qala (qum. Süyünç-Qala, qaraç.-balk.
Qrind
Qrind (lat. Globicephala) — Delfinlər sinfinə daxil olan heyvan cinsi. Cinsə iki növ daxildir: Adi qrind (Globicephala melas) və Qısaüzgəc qrind (Globicephala macrorhynchus). «Qrind» sözü Farer dilindən götürülmüşdür. Qrindlərin uzunluqları 3,6 - 8,5 metr arasında dəyişir. Çəkiləri 800 kq olsa da bəzən 3 tonu keçə bilir. Ağ ləkələr istisna demək olar ki, qara rəngdə olur. Hər iki növ bir birindən əsasən üzgəclərinə görə fərqlənirlər. Qısaüzgəc qrindlərdə hər çənədə 14-18 diş, Adi qrindlərdə isə hər çənədə 16-26 arası diş olur. Osa və Qısaüzgəc qrindlər nadir məməlilərdəndir ki (insanda daxil), dişiləri Menopauza dövrü keçirir və bu uzun on illiklər boyu təkrarlanır.
Qrunt