Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
AiD
Orxan Araz oğlu Zeynallı və ya AiD (5 iyun 1989, Bakı) — azərbaycanlı reper, ssenarist, prodüser, musiqiçi, şair. Orxan Zeynallı 5 iyun 1989-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı Türk Liseyində aldıqdan sonra, 2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinə daxil olub. Ali təhsilini bitirdikdən sonra 2010-2011-ci illərdə hərbi xidmətini başa vurmuşdur. 2014-cü ildə, İngiltərənin Lids şəhərində yerləşən eyni adlı universitetinin magistr dərəcəsi üçün MBA fakültəsinə daxil olsa da, şəxsi səbəblərdən dolayı təhsilini davam etdirmir. 2015-ci ildə ailə həyatı qurub və 2016-cı ilin avqustundan etibarən ABŞda yaşayır. Orxan Zeynallı musiqi fəaliyyətinə AiD ləqəbi ilə 2007-ci ildə başlayıb. Dostları ilə yaratdıqları H.O.S.T qrupunun tərkibində 5 il ərzində 100-lərlə mahnının, 50-dən çox konsert və çıxışların həyata keçməsində fəal şəkildə iştirak edib. Qrup üzvləri 2012-ci ildən etibarən solo fəaliyyətə başlayıb. Orxanın ilk solo albomu "Biz İnsan Deyilik" adlanıb və 2010-cu ildə ilk dəfə olaraq görüşlər vasitəsi ilə satılıb.
Adaçayı cinsinə aid növlər
Dendroxilum cinsinə aid növlər
Phytoseiidae fəsiləsinə aid növlər
Ağcaqayın cinsinə aid növlər
Banksiya cinsinə aid növlər
Bulbofillium cinsinə aid növlər
Anturium cinsinə aid bitki növləri
Chlorophyceae sinfinə aid cinslərin siyahısı
Incertae sedis Chlorosarcina Chlorosarcinopsis Chlorosphaeropsis Desmochloris Neochlorosarcina Fəsilə: Oedogoniaceae Oedocladium Oedogonium Chlorophyceae sinfinə aid cinslərin siyahısı: ITIS saytındakı taksonomiya 3166 Chlorophyceae (ing.) Milli Biotexnoloji Məlumat Mərkəzinin (NCBI) saytında.
Malaleuca cinsinə aid növlərin siyahısı
Mürəkkəbçiçəklilər fəsiləsinə aid cinslərin siyahısı
Trebouxiophyceae sinfinə aid cinslərin siyahısı
Excentrosphaera Neglectella Ankistrodesmopsis Picochlorum Microthamniaceae fəsiləsi Microthamnion Phyllosiphonaceae fəsiləsi Mysteriochloris Phyllosiphon Phytophysa Polulichloris Elliptochloris Şablon:Wikispecies Guiry, M.D.; Guiry, G.M. "Trebouxiophyceae". AlgaeBase. World-wide electronic publication, National University of Ireland, Galway. 2024. Trebouxiophyceae sinfinə aid cinslərin siyahısı: ITIS saytındakı taksonomiya 75966 Trebouxiophyceae (ing.) Milli Biotexnoloji Məlumat Mərkəzinin (NCBI) saytında.
Özünə aid bir otaq (roman)
Özünə aid bir otaq — Bu məqalə Virciniya Vulfun ilk dəfə 1929-cu ilin sentyabrında nəşr olunmuş məqaləsidir. Məqalə Kembric Universitetində Vulfun qadınlar tərəfindən qurulan kollecləri haqqındadır. Girton və Newnham kollecində tədris etdiyi iki kursa əsaslanır. Məqaləni feminist prizmadan yazan Vulf ədəbi istehsalda qadınları qeyri-adekvat görən patriarxal düşüncəni də tənqid edib. Bu məşhur məqaləsində Vulf qadınların və xüsusən də qadın sənətçilərinin statusundan bəhz edir, qadının yazmaq üçün pulu və öz otağının olması lazım olduğunu iddia edir. Vulfun fikrincə, əsrlər boyu mövcud olan qərəz, maliyyə və təhsildəki çatışmazlıqlar qadınların yaradıcılığına mane olub.
"İranAir"ə aid mülki təyyarənin vurulması
"İranAir"ə aid mülki təyyarənin vurulması — 3 iyul 1988-ci ildə İran Havayollarına (İranAir) aid 655 uşuş nömrəli Airbus A300B2–203 tipli təyyarənin Tehran-Dubay marşrutu üzrə hərəkəti zamanı Fars körfəzində Amerika Birləşmiş Ştatlarına aid Vinsennes raket gəmisi (USS Vincennes (CG-49)) tərəfindən vurulması hadisəsi. Hadisə nəticəsində təyyarədəki 290 nəfər nəfər həlak olmuşdur. Onlardan 16-sı təyyarə ekipaj üzvləri, 274-ü isə sərnişin olmuşdur. Sərnişinlərdən 66-sı uşaq olmuşdur. Hadisə ilə bağlı ABŞ İrandan üzr istəməmişdir.
Bulbofillium cinsinə aid növlər/P-X
Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə aid abidələrin siyahısı
Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə aid abidələrin siyahısı — İrəvan xanlığı, indiki Ermənistan ərazisində islam dini VII əsrdən etibarən yayılmışdır. Bu ərazidə yüzlərlə məscid və digər dini ibadət yerləri mövcud olmuşdur. Bu bölgədə mövcud olan dini abidələr haqqında İrəvanda olmuş səyyahların əsərlərində kifayət qədər məlumat əldə etmək mümkündür. Ümumiyyətlə, 1912-ci ilə qədər Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərmişdir Abbas Mirzə məscidi — Tamamən dağıdılmışdır. Əxi Təvəkkül zaviyəsi Ərgəz məscidi Dəmirbulaq məscidi (1909–1990) — Tamamən dağıdılmışdır. Göy məscid (1776) — Ermənilər məscidi "Fars məscidi" kimi təqdim edirlər. Xudabəndə məscidi Hacı Cəfər bəy məscidi (XVIII əsr) — Tamamən dağıdılmışdır. Novruzəli bəy məscidi — Tamamən dağıdılmışdır. Rəcəb Paşa məscidi (1725–1828) — 1930-cu illərdə tamamən dağıdılmışdır. Sərdar məscidi (1510–1918) — Sovet Ermənistanı dövründə Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikimişdir.
AMD
AMD — kompüter prossesorları düzəldən kommersiya şirkəti.
Adi
Adi - daima rast gəlinən, sistemə salınmış, insanlarda təəccüb doğurmayan, təkrarlanan, ənənələri olan, nadir halda dəyişilən, rastlaşanda maraq doğurmayan, heç nə ilə seçilməyən hal, vəziyyət, insan, situasiya və s. Fəlsəfə Filologiya Qeyri-adi С.И.Ожегов. Словарь русского языка. Москва, изд. "Русский язык", стр.377.
Aed
Aed (q.yun. ἀοιδός) — simli çalğı alətinin müşayiəti ilə epik mahnılar ifa edən qədim yunan müğənniləri. Homerin poemalarında aedlərdən bəs edilir. Yunan eposunun inkişafında aedlərin mühüm rolu olmuşdur. Ban'kowski, Lev, redaktor...And a star speaks to a star, Perm: Perm book publisher, 1986, 1 Burkert, Walter, The making of Homer in the 6th century BC: rhapsodes versus Stesichorus // Papers on the Amasis painter and his world, Malibu: Getty Museum, 1987, 43–62 Dalby, Andrew, Rediscovering Homer, New York, London: Norton, 2006, ISBN 978-0-393-05788-1 Graziosi, Barbara, Inventing Homer: the early reception of epic, Cambridge: Cambridge University Press, 2002 Latacz, Joachim, Troy and Homer: towards a solution of an old mystery, Oxford: Oxford University Press, 2004, ISBN 978-0-19-926308-0 Lefkowitz, Mary R., The lives of the Greek poets, London: Duckworth, 1981, ISBN 978-0-7156-1590-4 Lord, Albert Bates, "Homer's originality: oral dictated texts", Transactions and Proceedings of the American Philological Association, 84, 1953: 124–134, doi:10.2307/283403, JSTOR 283403 Lord, Albert Bates, The singer of tales, Cambridge, Mass.: Harvard University Press, 1960 Parry, Milman; Parry, Adam (editor), The making of Homeric verse.
Aida
Aida və ya Aidə — Qadın adı. Aida Abdullayeva — musiqiçi, Azərbaycan Respublikasının əməkdar artisti. Aida İmanquliyeva — şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi. Aida Şahmurova — Baş elmi tədqiqatçı, professor. Aida Qasımova — professor, filologiya elmləri doktoru Aida Bağırova — Şərqşünas alim, Yaxın Şərq üzrə ekspert Aida Predele — latviyalı dövlət və siyasi xadim Aida Hüseynova Aida Hüseynova (aktrisa) Aida Hüseynova (musiqişünas) Aidə Şahbazova — Azərbaycan dilçi alimi, professor. Digər Aida (opera) — İtalyan bəstəkar Cüzeppe Verdinin bəstələdiyi opera əsəri. AIDA (marketinq) — hər hansı bir malı almaq qərarını verəndə alıcı reaksiyasının baş verən ardıcıl etaplarıdır.
Aidə
Aida və ya Aidə — Qadın adı. Aida Abdullayeva — musiqiçi, Azərbaycan Respublikasının əməkdar artisti. Aida İmanquliyeva — şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi. Aida Şahmurova — Baş elmi tədqiqatçı, professor. Aida Qasımova — professor, filologiya elmləri doktoru Aida Bağırova — Şərqşünas alim, Yaxın Şərq üzrə ekspert Aida Predele — latviyalı dövlət və siyasi xadim Aida Hüseynova Aida Hüseynova (aktrisa) Aida Hüseynova (musiqişünas) Aidə Şahbazova — Azərbaycan dilçi alimi, professor. Digər Aida (opera) — İtalyan bəstəkar Cüzeppe Verdinin bəstələdiyi opera əsəri. AIDA (marketinq) — hər hansı bir malı almaq qərarını verəndə alıcı reaksiyasının baş verən ardıcıl etaplarıdır.
Aix
Meşə ördəyi (lat. Aix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Amid
Amid (Soyuqbulaq) — İranın Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. Amid döyüşü — 359-cu ildə Sasani və Roma arasında baş vermiş döyüş. Amid Əliyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Amid Həsənli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Amid Heydərov — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Amid İsmayılov — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsi şəhidi. Amid Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi. Amid Salayev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
And
And - türk və moğol xalq mədəniyyətində və inancında əhd, söz vermə. Ant olaraq da deyilir. Monqolcada Anda və ya Andgay deyilir. Anddan dönmək böyük bir günah və cinayət olaraq qəbul edilir. Sözün müqəddəs gücündən qaynaqlanan bir anlayışdır. Söz ilə bildirdiyi davranış, nəticə və ya obyekt arasında bir fərqlilik olmadığı, sözün (və adların) bir mənada bunların ruhu olduğu, söz ilə bunlar arasında cisimi bir bağ olduğu düşüncəsinin bir nəticəsidir. Böyük bir and içilirken bir qaba qan axıdılması səbəbi debudur. Başkırtlar'da yeri qazaraq and içmə faktı da məzarı çağrıştırması ilə əlaqəlidir. Bu gün belə "And içmək" təbiri istifadə edilər və and edilərkən içilən Süd ilə əlaqəlidir. Söz Vermek deyimi də sözün bir obyekt kimi başqalarına devrdildiği düşüncəsinin bir qalıqları.
AİP
Azərbaycan İslam Partiyası və ya qısa adı ilə AİP — Azərbaycanda 1991-ci ildən etibarən faktiki olaraq və 1992–1995-ci illərdə hüquqi olaraq fəaliyyət göstərən islamçı siyasi partiya. Partiyanın 1995-ci ildən bəri qadağan olunmuşdur. == Tarixi == Azərbaycan İslam Partiyası 1991-ci ildə Nardaran qəsəbəsində təsis edilmiş və 20 sentyabr 1992-ci ildə dövlət qeydiyyatına alınmışdır. 1995-ci ildə partiya sədri Hacı Əlikram və müavini İrana casusluqda ittiham olunaraq həbs edilmiş və partiyanın dövlət qeydiyyatı da Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən ləğv edilmişdir. 1999-cu ildə Azərbaycan İslam Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası və Vəhdət Partiyası Azərbaycançı Qüvvələr Birliyi adlı siyasi ittifaq təsis etmişdir. Azərbaycançı Qüvvələr Birliyinə daxil olan partiyalar 2000-ci il parlament seçkilərinin ardından 19 siyasi partiya ilə birgə seçki nəticələrinin tanınmaması ilə bağlı sənəd imzalamışdır. Sonralar bu ittifaqa Birlik Partiyası və Azərbaycan Xalq Dirçəliş Partiyası da qatılmışdır. Azərbaycan İslam Partiyası 2005-ci il parlament seçkilərində Azərbaycançı Qüvvələr Birliyinin əsasında Xudadat Xudiyevin rəhbərlik etdiyi Birlik Partiyası, Vəhdət Partiyası və Azər Qasımzadənin sədrlik etdiyi Azərbaycan Xalq Dirçəliş Partiyası ilə bərabər "Azərbaycançı Qüvvələr" Siyasi Partiyalar Blokunu təsis edərək vahid blok adı altında iştirak etmişdir. Blok Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 24 iyul 2005-ci il tarixli iclasında qeydiyyata alınmışdır. Azərbaycançı Qüvvələr Birliyinin üzvü olan Azərbaycan Sosial Demokrat Partiyası isə seçkilərə "Yeni Siyasət" Seçki Bloku daxilində qatılmış, seçkilərdən sonra isə AQB-dən ayrılmışdır.
AİH
Azərbaycan İnvestisiya Holdinqi — Azərbaycanda həyata keçirilən davamlı struktur islahatları iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədilə yaradılmış holdinq. 2020-ci il avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında Fərmanına əsasən təşkil olunmuşdur. "Azərbaycan İnvestisiya Holdinqi" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il avqustun 7-də imzaladığı fərmanla təşkil olunmuşdur. Fərmanla “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs kimi yaradılıb. “Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi”ndə bildirilir ki, Azərbaycan İnvestisiya Holdinqi - onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin (dövlət müəssisələri) vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. “Azərbaycan İnvestisiya Holdinqi”nin nizamnamə fondu 10 milyon manatdır. Prezident İlham Əliyev 2021-ci il fevralın 12-də verdiyi sərəncamla “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsini təsdiqləyib. 2021-ci il aprelin 27-də Prezident İlham Əliyev “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında 5 noyabr 2020-ci il tarixli fərmanına dəyişiklik edib. Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti“, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti və “Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti (“Baktelecom”), holdinqin idarəetməsindən çıxarılıb.
AİA
Azərbaycan İdman Akademiyası (AİA) — Azərbaycanda ali təhsil müəssisəsi. Azərbaycan İdman Akademiyasının 90 illik tarixi var. Əsası 1930-cu ildə qoyulmuşdur. İlk illər institutda 11 kafedra yaradılmışdır. Tədris Azərbaycan, rus, gürcü və erməni dillərində aparılmış, əvvəlcə 3 illik, sonra isə 4 illik təhsil sistemi qəbul edilmişdir. 1936-cı ildən bu ali məktəb Zaqafqaziyada Dövlət Bədən Tərbiyəsi İnstitutu kimi fəaliyyətini davam etdirmişdir. Bu dövrdə institutda ictimai elmlər, anatomiya, biologiya, kimya, gigiyena, fizika, fiziologiya, riyaziyyat, bədən tərbiyəsinin texnikası və metodikası kafedraları açılmışdır. 1941-ci ildə başlayan İkinci Dünya müharibəsi dövründə institutun yüzlərlə müəllim və tələbəsi ölkəni müdafiə etmək üçün müharibəyə qoşuldu, arxa cəbhədə müalicə bədən tərbiyəsi vasitəsilə yaralı əsgərləri yenidən həyata qaytarmaq üçün çalışdılar. 1969-cu ildə institut üçün yeni binanın tikintisinə başlamış və 1972-ci ildə onun açılışı olmuşdur. 1998-ci ildə institutun bazasında Milli Olimpiya Akademiyası yaradılmışdır və o, Azərbaycanda Olimpiya ideyalarını, sağlam həyat tərzini, ədalətli oyun və davranış qaydalarını gənclər arasında, ümumiyyətlə, əhali arasında təbliğ etməyi öz üzərinə götürmüşdür.
Estonian Air
Estoniya Hava Yolları və ya Estonian Air — Estoniyanın milli hava yolu şirkətidir. Şirkətin mərkəzi ölkənin paytaxtı Tallindir. Estonian Air Skandinaviya Hava yolları Sisteminin bir parçasıdır. Bu avia şirkət Stokholm, Oslo və Kopenhagendən Estoniyaya uçuşlar da təşkil edir. Estonian Air ölkənin müstəqilliyini əldə etməsinin dərhal ardından 1 dekabr 1991-ci ildə quruldu. İlk uçuşunu Frankfurta 1991-ci ildə reallaşdırdı. 1992-ci ildə IATAnın üzvü oldu. İndiki vaxtda 22 uçuş nöqtəsində xidmət verməkdə olan şirkətin cəmi 6 təyyarəsi var.
Hərbi And
IPad Air
iPad Air — "Apple"in 2013-cü il oktyabr ayında tanıtdığı yeni nəsil planşet. Bu İPad-lərin ölçülərinə görə indiyə kimi tanıdılmış ən incə iPaddir. Belə ki, Tabletin qalınlığı 7.5 mm ağırlığı 453 qr-dır. Texniki cəhətdən bu IPad 64 bit arxitekturalı olan iPad A7 Prosessoruna, 5 Meqapiksel və 1080p HD video çəkmə bacarığına sahib İSight kameraya və Facetime ön kamerasına malikdir. Ümumiyyətlə əvvəlki İPad-lərlə müqayisədə 28% daha yüngül, 20% nazik və 24% daha səssizdir.
Din Rid
Din Rid (ing. Dean Cyril Reed; 22 sentyabr 1938, Denver, Kolorado – 13 iyun 1986) — SSRİ, Latın Amerikası və Şərqi Avropada çox məşhur olan Amerikalı müğənni, kino aktyoru, kino rejissoru və ictimai xadim. Din Rid Kolorado ştatının Denver şəhərində anadan olub. Atası liseydə riyaziyyat və tarix müəllimi, anası evdar xanım olub. Onun Dale və Vernon adlı iki böyük qardaşı olub. 1940-cı illərdə ailəsi Kaliforniya və Yuta ştatlarında müxtəlif şəhərlərdə yaşayıb və sonradan Koloradoya qayıdıblar. 1956-cı ildə orta məktəbini bitirib, trek komandasında ulduz idmançı olub. Atası Kiril, oğlunun hərbi akademiyada təhsil almasını istəyən, anti-marksist olub. Kolorado Universitetinin meterologiya fakültəsidə təhsil aldığı müddətdə barlarda musiqilər ifa edib.
Endre Adi
Endre Adi (mac. Ady András Endre; 22 noyabr 1877[…] – 27 yanvar 1919[…], Budapeşt) — Macar şairi və jurnalisti. Bir çoxları tərəfindən 20-ci əsr Macarıstan poeziyanın dahilərindən hesab olunan Endre Adi sosial tərəqqiyə və inkişafa olan inamına, eləcə də, müasir Avropa təcrübəsinin fundamental dəyərlərini öz poeziyasında geniş şəkildə tətbiq etməsinə görə tanınır: sevgi, müvəqqətilik, iman, fərdi və vətənpərvərlik. Endre Adi 1877-ci ildə Silaq medyesinin Keyaş rayonunda (o dövrdə Avstriya-Macarıstanın bir hissəsi idi; indi macar dilində Keyaş və rumın dilində Adi Endre adlanan və Rumıniyanın Satu-Mare medyesində yerləşən kənddir) anadan olmuşdur. Yoxsul kalvinist ailəsinə mənsub idi. Ailənin ikinci övladı idi. İlona adlı böyük bacısı gənc yaşlarında vəfat etmişdi. Yazıçı və şair olan Marişka Adi onun bacısı qızı idi. 1892-1896-cı illərdə Zaleuda Kalvinist kollecində oxudu. 1896-cı ilin 22 martında Szilágy qəzetində ilk poeması olan Zaleu əsərini nəşr etdirdi.
Hidrogen azid
Əsas təhlükələr Yüksək zəhərli, partlayıcı, reaktiv Hidrogen azid və ya azoimid kimi tanınan, HN3 kimyəvi formulu olan birləşmədir.[3] Otaq temperaturunda rəngsiz, uçucu və partlayıcı mayedir. Azot və hidrogenin birləşməsidir və buna görə də pniktogen hidridi adlanır. İlk dəfə 1890-cı ildə Teodor Kurtius tərəfindən alınmışdır.[4] Turşunun az tətbiqi var, lakin onun konjugat əsası, azid ionu xüsusi proseslərdə faydalıdır. Hidrogen azid digər mineral turşular kimi suda həll olur. Durulaşdırılmamış hidrogen azid təhlükəli partlayıcıdır[5], standart əmələ gəlmə entalpiyası ΔsHo (l, 298K) = +264 kCmol-1. [6] Durulaşdıqda, qaz və sulu məhlullar (<10%) təhlükəsiz hazırlana bilər, lakin dərhal istifadə edilməlidir; aşağı qaynama nöqtəsinə görə hidrogen azid buxarlanma və kondensasiya zamanı qatılaşır ki, partlamayan durulaşdırılmış məhlullar konteynerin və ya reaktorun yuxarı hissəsində partlaya bilən damcılar əmələ gətirə bilər.[7] [8] Mündəricat Turşu adətən natrium azid kimi bir azid duzunun turşulaşdırılması nəticəsində əmələ gəlir. Natrium azidin suda məhlulları azid duzu ilə tarazlıqda olan az miqdarda hidrogen aziddən ibarət olur, lakin daha güclü bir turşunun tətbiqi məhluldakı əsas qrupları hidrogen azid turşusuna çevirə bilər. Saf turşu sonradan son dərəcə partlayıcı və rəngsiz maye kimi fraksiyalı distillə ilə əldə edilə bilər.[2] NaN3 + HCl → HN3 + NaCl Həmçinin onun sulu məhlulu həll olmayan barium sulfatın əlavə olunması ilə əldə olunmuş barium azid məhlulunu duru sulfat turşusu ilə reaksiyası ilə də hazırlana bilər.[9] Hidrogen azid əvvəlcə hidrazinin nitrit turşusu ilə reaksiyasından alınmışdır: N2H4 + HNO2 → HN3 + 2 H2O Hidrazinium kationu [N2H5]+ ilə bu reaksiya aşağıdakı kimi yazılır: [N2H5]+ + HNO2 → HN3 + H2O + [H3O]+ Hidrogen peroksid, nitrosilxlorid, trixloramin və ya nitrit turşusu kimi digər oksidləşdirici maddələr də hidrazindən hidrogen azid almaq üçün istifadə edilə bilər.[10] Utilizasiyadan əvvəl məhv edilməsi Hidogen azid turşusu nitrit turşusu ilə reaksiyaya daxil olur: HN3 + HNO2 → N2O + N2 + H2O Bu reaksiya qeyri-adidir, ona görə ki, o, dörd müxtəlif oksidləşmə vəziyyətində azotlu birləşmələri əhatə edir.[11] Öz xüsusiyyətlərinə görə hidrogen azid turşusu halogen turşulara bənzəyir, çünki o, zəif həll olan (suda) qurğuşun, gümüş və civə (I) duzlarını əmələ gətirir. Metal duzların hamısı susuz formada kristallaşır və qızdırıldıqda parçalanır və təmiz metalın qalığı qalır.[2] O, zəif turşudur (pKa = 4,75.[6]) Onun ağır metal duzları partlayıcıdır və alkil yodidlərlə asanlıqla qarşılıqlı təsirdə olur. Daha ağır qələvi metalların (litium istisna olmaqla) və ya qələvi torpaq metallarının azidləri partlayıcı deyil, lakin qızdırıldıqda daha idarə olunan şəkildə parçalanır və spektroskopik cəhətdən təmiz N2 qazı alınır.[12] Hidrogen azid turşusunun məhlulları hidrogenin ayrılması və azidlər (əvvəllər azoimidlər və ya hidrazoatlar) adlanan duzların əmələ gəlməsi ilə bir çox metalı (məsələn, sink, dəmir) həll edir.
Kari Rid
Kari Rid (4 sentyabr 1970) — Kanadanı təmsil edən sinxron üzgüçü. Kari Rid Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Kari Rid Olimpiadanın gümüş medalına sahib olub.
Heparin
Heparin (lat. heparinum, yun. ἧπαρ qaraciyər) sinonimläri: lat. Liquaemin, Pularin, Thromboliquin, Vetren və s. insan və heyvan orqanizmin təbii və fizioloji olaraq qanın laxtalanmasının qarşısını alan faktorudu. Fibrinolizin ilə birlikdə heparin orqanizmin qanın laxtalanmasının qarşısını alan fizioloji sistemə daxildir. Heparin birbaşa təsirə malik, bilavasitə qanın laxtalanma faktorlarına (XII, XI, X, IX, VII, II) təsir edən antikoaqulyantdır. O, trombinin sintezinin qarşısını alır, trombositlərin aqreqasiyasının azaldır. Heparinin qanın laxtalanmasının qarşısını alması həm lat. in vivo – orqanizmdə və həm də lat.
Kering
Kering — (Əvvəlki adların adları Pinault və Pinault-Printemps-Redemps-Redoute (PPR) Fransız lüks qrupu, o cümlədən Gucci, Yves Saint Laurent, Bottega, Balenconta və Alexander McQueen də daxil olmaqla bir neçə marka sahibi var. Kering gözlükləri (30) var. Richemont əmlakının% -i) qrup və digər şirkətlərə aid markalar üçün eynək istehsal edir. Qrup 1988-ci ildə Paris Birjasında 1962-ci ildə François Pinault-da qurulmuşdur.
Lucas Learning
Lucas Learning — Corc Lukas tərəfindən 1996-cı ildə şagirdlər üçün qəliz, cəlbedici və əyləncəli təhsil proqram təminatı təqdim etmək məqsədilə "LucasArts"ın tərkibində təsis edilmiş şirkət. Onların bir çox mükafat qazanan buraxılışları ABŞ kurrikulumuna əsaslanırdı. Şirkətin qərargahı Kaliforniyanın San-Rafael şəhərində yerləşirdi və "MECC"in inkişaf üzrə keçmiş baş vitse-prezidenti və kreativ direktoru Suzan Şillinq rəhbərlik edirdi. Şillinq Corc Lukasın məhsullarla şəxsən məşğul olduğunu və şirkət mantrasının zorakılıqdan uzaq durmaq olduğunu iddia etmişdir. Studiya 1998-ci ildən oyunlar istehsal etmişdir. "Lucas Learning" 2001-ci ilin ortalarında bazarı tərk etmək qərarına gəlmişdir. "The Boston Herald"da 1999-cu ildə yazılmışdır ki, şirkət "Lukasın kinematoqrafiya və proqram təminatı tərəfləri arasında unikal əməkdaşlıq səyi ilə proqram təminatının hazırlanmasında yeni standart yaradır".
Machine learning
Maşın öyrənməsi — verilənlər bazasından və ya sensorlardan giriş olaraq empirik verilənləri alıb, əldə edilən verilənlərin arxasında duran mexanizmin xüsusiyyətlərinə bənzər nümunələrə və ya proqnozlara gətirib çıxaran alqoritmləri dizayn edən və yaradan, süni intellektin bir sahəsidir. Tom Mitçellin tərifi: 'Əgər səmərəlilik T-dəki tapşırıqlarda P ölçüldüyü kimi E təcrübəsi ilə yaxşılaşırsa, onda kompüter proqramı E təcrübəsindən T tapşırıqlar sinifinə və P səmərəlik ölçüsünə görə öyrəndiyi deyilir.' Deduktiv öyrənmə ümumiyyətlə ekspert sistemləri adlandırılır, buna görə də maşın öyrənmə və istifadə öyrənmə terminləri sinonim sayıla bilər. Klassik statistik yanaşmalara alternativ olaraq bir çox induktiv öyrənmə metodu hazırlanmışdır. Bir çox metod, məlumatların çıxarılması (məlumatların alınması), məlumatların çıxarılması ilə sıx bağlıdır. Bir çox obyekt (vəziyyət) və mümkün cavablar (cavablar, reaksiyalar) var. Cavablar və obyektlər arasında müəyyən əlaqə var, amma bilinmir. Yalnız son dərəcə əvvəlcədən bilinən bir dəstə məlumdur - təlim obyekti adlanan "obyekt, cavab" cütləri. Bu məlumatlara əsasən gizli asılılığı bərpa etmək, yəni mümkün olan hər bir giriş obyekti üçün kifayət qədər dəqiq təsnifat cavabı verə bilən bir alqoritm qurmaq tələb olunur. Bu asılılıq mütləq analitik şəkildə ifadə edilmir və burada neyron şəbəkələr empirik şəkildə yaradılan həll prinsipini tətbiq edirlər. Bu vəziyyətdə əhəmiyyətli bir xüsusiyyət, təlim sisteminin ümumiləşdirmə, yəni mövcud təlim nümunəsindən kənara çıxan məlumatlara adekvat cavab vermək bacarığıdır.
Deep learning
Dərin öyrənmə — təmsil öyrənmə yolu ilə süni neyron şəbəkələrə əsaslanan maşın öyrənmə metodlarının alt dəsti. "Dərin" sözü şəbəkədə çoxlu təbəqələrin istifadəsinə aiddir. İstifadə olunan üsullar nəzarətli, yarı nəzarətli və ya nəzarətsiz ola bilər. Dərin neyron şəbəkələr, dərin etimad şəbəkələri, təkrarlanan neyron şəbəkələr, konvolyusiya neyron şəbəkələr və transformatorlar kimi dərin öyrənmə arxitekturaları kompüter görüşü, nitqin tanınması, təbii dilin emalı, maşın tərcüməsi, bioinformatika, dərman hazırlanması, tibbi şəkil təhlili, klimatologiya, material analizi və stolüstü oyun proqramları kimi sahələrə tətbiq edilmişdir. Burada onlar insan ekspert performansı ilə müqayisə edilə bilən və bəzi hallarda onları üstələyən nəticələr əldə etmişlər. Süni neyron şəbəkələri (SNŞ) bioloji sistemlərdə informasiyanın emalı və paylanmış kommunikasiya qovşaqlarından ilhamlanaraq yaradılmışdır. SNŞ-lərin bioloji beyinlərdən müxtəlif fərqləri mövcuddur. Xüsusilə, süni neyron şəbəkələri statik və simvolik olur, əksər canlı orqanizmlərin bioloji beyni dinamik (plastik) və analoqdur. SNŞ ümumiyyətlə beyin funksiyası üçün aşağı keyfiyyətli modellər kimi qəbul edilir. Dərin öyrənmə, xam daxiletmə məlumatlarından daha yüksək səviyyəli xüsusiyyətləri mərhələli olaraq çıxarmaq üçün çoxlu qatlardan istifadə edən maşın öyrənmə alqoritmləri sinfidir.:199–200 Məsələn, şəklin emalı zamanı aşağı təbəqələr kənarları, yüksək təbəqələr isə rəqəmlər, hərflər və ya üzlər kimi insana aid olan anlayışları müəyyən edə bilər.
AIDS
QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu; ing. Acquired Immune Deficiency Syndrome) insanda HİV-infeksiyasının səbəb olduğu immunsisteminin zəifləməsi nəticəsində ortaya çıxan simptomların kombinasiyasını ifadə edir. Xəstələrdə həyatı təhdid edən opportunistik infeksiyalara və bədxassəli şişlərə səbəb olur. QİÇS 1 dekabr 1981-ci ildə müəyyən simptomlar toplusunun QİÇS olaraq müəyyənləşdirilməsindən sonra ABŞ Xəstəliklərin İdarə olunması və Müalicəsi Mərkəzləri (CDC) tərəfindən özlüyündə bir xəstəlik olaraq qəbul edildi. QİÇS-ə gətirib çıxara bilən HİV cinsi yolla keçən xəstəliklərə aiddir. BMT-nin HIV/AIDS üzrə Birgə Proqramına görə 2019-cu ildə dünya miqyasında 37,9 milyon HİV-pozitiv insan yaşayırdı. 2019-cu ildə 1,7 milyon yeni yoluxma halı qeydə alındı və 0,77 milyon insan HİV/QİÇS səbəbindən öldü. Epidemiya başlayandan bəri 35 milyon insan HİV-dən dünyasını dəyişib. HİV-ə yoluxanların nisbəti dünya miqyasında orta hesabla 15–49 yaşlı şəxslərin 0,8%-i civarındadır, bir sıra Afrika ölkələrində isə bu nisbət 25%-ə çatır. Qoruyucu peyvənd mövcud deyil.
IAD
Integrated access device (azərb. İnteqrasiya edilmiş giriş cihazı‎) və ya qısaca IAD — geniş ərazi şəbəkələrinə və İnternetə çıxışı təmin edən müştəri tərəfindən təchiz edilmiş avadanlıq. O xüsusilə daşıyıcı və ya provayder PoP-u ilə paylaşılan keçid vasitəsilə səs və məlumat da daxil olmaqla bir çox məlumat kanallarını birləşdirir. Giriş bağlantısı T1 xətti, DSL bağlantısı, kabel (CATV) şəbəkəsi, genişzolaqlı simsiz əlaqə və ya metro-Ethernet bağlantısı ola bilər. PoP-də müştərinin ümumiləşdirilmiş məlumatı adətən müştərilərlə əsas şəbəkə arasında oturan mürəkkəb və bahalı qurğular olan ADM və ya MSPP-yə (multiservis təminat platforması) yönəldilir. Onlar müştərilərdən gələn trafik axınlarını idarə edir və həmin axınları ictimai telefon şəbəkəsinə və ya müvafiq genişmiqyaslı şəbəkələrə (ATM, Frame Relay və ya İnternet) yönləndirirlər. IAD bəzən müştərinin qoşulmaq istədiyi provayder tərəfindən quraşdırılır. Bu provayderə giriş bağlantısının xüsusiyyətlərini idarə etməyə və istifadə zamanı onun əməliyyatını idarə etməyə imkan verir. Rəqabətli provayderlər indi simsiz optik (yəni Terabeam) və metro-Ethernet şəbəkələri də daxil olmaqla müxtəlif giriş texnologiyaları üzərindən xidmətlər təklif edirlər. Köhnə telekommunikasiya protokolları və nəqliyyat üsulları (T1 xətləri və vaxt bölgüsü multipleksasiyası) əsas daşıma üçün uyğun olan giriş metodları ilə əvəz olunur.
Hor adı
Horus adı və ya Şahin kimi adı qədim Misir fironlarına verilən beş titul adından biridir. Dördüncü sülalə dövrünə qədər, fironların tək Hor adı mövcud olmuşdur. Qədim inaclara görə hökumdar həyatının sonuna qədər göylər allahı şahinin (Hor) yerdəki təmsilçisidir.
Horus adı
Horus adı və ya Şahin kimi adı qədim Misir fironlarına verilən beş titul adından biridir. Dördüncü sülalə dövrünə qədər, fironların tək Hor adı mövcud olmuşdur. Qədim inaclara görə hökumdar həyatının sonuna qədər göylər allahı şahinin (Hor) yerdəki təmsilçisidir.
Ketrinq
Ketrinq otel, xəstəxana, pub, təyyarə, kruiz gəmisi, park, film saytı və ya studiya, çəkiliş məkanı və ya tədbir yeri kimi uzaq bir yerdə və ya məkanda yemək xidməti göstərmək işidir. Səyyar yemək şirkəti olan səyyar ketrinq, bu məqsədlə xüsusi olaraq hazırlanmış olan nəqliyyat vasitəsi, avtomobil və ya yük maşınından istifadə edərək yemək xidməti təqdim edir. Səyyar ketrinqlər açıq hava şəraitində keçirilən tədbirlərdə (konsertlər kimi), iş yerlərində və şəhərin mərkəzindəki biznes mərkəzlərində geniş yayılmışdır. Toy təşkilatçısı toy üçün yeməklər təmin edir. Toy hazırlığı müstəqil olaraq kirayələnə bilər və ya məkan tərəfindən hazırlanmış olan paketin bir hissəsi ola bilər. Kommersiya gəmiləri müntəzəm olaraq ketrinqlə məşğul olanları, xüsusən də bərələr, kruiz gəmiləri və böyük yük gəmilərini daşıyırlar. Əslində, "ketrinq" termini quru biznesi kimi yaradılmazdan çox əvvəl ticarət gəmiçiliyi dünyasında istifadə edilmişdir. Amerika Birləşmiş Ştatlarında xidmət göstərilən sahələrin əsas xidmətinin ən erkən nümunəsi 1778-ci ildə Filadelfiyada Sezar Krenşell tərəfindən İngilis generalı Uilyam Hounun gedişini qeyd etmək üçün təşkil edilmiş olan tədbir olmuşdur. 1820-ci illərdə mərkəzi Filadelfiyada olan ketrinq biznesi formalaşmağa başlamışdır. İlkin ketrinq sənayesi qeyri-mütənasib olaraq afroamerikalılar tərəfindən yaradılmışdır.
Emil von Behring
Emil Adolf fon Berinq (15 mart 1854[…], Lavitse[d], Qərbi Prussiya[d] – 31 mart 1917[…], Marburq) – Alman kimyaçısı, 1901-ci il Tibb və fiziologiya üzrə Nobel Mükafatı laureatı 1854-cü ildə Almaniyanın Hansdorf şəhərində dünyaya gəlib. Valideynləri oğullarını ya ilahiyyatçı, ya da müəllim olmasını arzulayırdılar. Berinq də onların istəyini yerinə yetirərək Köniqsberq Universitetinin ilahiyyat fakültəsinə daxil olmuşdu. Lakin müəllimlərdən biri ona Berlindəki Hərbi Tibb kollecində təhsil almağı məsləhət gördükdən sonra oraya getmişdir. Bu məktəb hərbi cərrahlar hazırlamaq üçün yaradılmışdı. Müdavimlər təhsil haqqından azad idilər. Lakin məzun olduqdan sonra on il orduda xidmət göstərirdilər. Berinq 1880-ci ildə həkim diplomu almış və süvari alayında cərrah köməkçisi vəzifəsinə göndərilmişdi. O, hərbi xidmətdə olduğu dövrdə Bonn Farmakologiya institutunda da təhsilini davam etdirmiş, 1888-ci ildə isə Berlindəki Gigiyena institutuna işə düzəlmişdir. Hərbçi-həkim ordudan tərxis olunduqdan sonra da bu institutda işləmişdir.
Medical Subject Headings
Tibbi subyekt rubrikası (qısaca: TSR (ing. Medical Subject Headings, qısaldılmış MeSH) — genişhəcmli, nəzarət olunan tibbi lüğət, indeksləşdirilmiş elmi məcmuə, jurnal və kitabların, eyni zamanda informasiyaların əldə edilməsini asandlaşdıran Amerika Birləşmiş Ştatlarının "Milli Tibbi Kitabxanası" (NLM) tərəfindən Medline və PubMed məqalələri bazası əsasında yaradılmış və daim yeniləşən bir xidmət rubrikasıdır. MeSH və ya Tibbi subyekt rubrikası internet vasitəsilə izlənilə bilinir. İlk olaraq ingilis dilində yaradılan bu rubrika artıq bir neçə dillərə tərcümə olunmuşdur.
Berinq
== Şəxslər ==
Emil Adolf von Behring
Emil Adolf fon Berinq (15 mart 1854[…], Lavitse[d], Qərbi Prussiya[d] – 31 mart 1917[…], Marburq) – Alman kimyaçısı, 1901-ci il Tibb və fiziologiya üzrə Nobel Mükafatı laureatı 1854-cü ildə Almaniyanın Hansdorf şəhərində dünyaya gəlib. Valideynləri oğullarını ya ilahiyyatçı, ya da müəllim olmasını arzulayırdılar. Berinq də onların istəyini yerinə yetirərək Köniqsberq Universitetinin ilahiyyat fakültəsinə daxil olmuşdu. Lakin müəllimlərdən biri ona Berlindəki Hərbi Tibb kollecində təhsil almağı məsləhət gördükdən sonra oraya getmişdir. Bu məktəb hərbi cərrahlar hazırlamaq üçün yaradılmışdı. Müdavimlər təhsil haqqından azad idilər. Lakin məzun olduqdan sonra on il orduda xidmət göstərirdilər. Berinq 1880-ci ildə həkim diplomu almış və süvari alayında cərrah köməkçisi vəzifəsinə göndərilmişdi. O, hərbi xidmətdə olduğu dövrdə Bonn Farmakologiya institutunda da təhsilini davam etdirmiş, 1888-ci ildə isə Berlindəki Gigiyena institutuna işə düzəlmişdir. Hərbçi-həkim ordudan tərxis olunduqdan sonra da bu institutda işləmişdir.
Hwarang:Döyüşü gənclər əsəri
Hwarang: The Poet Warrior Youth – 2016–2017-ci illərdə Cənubi Koreyada yayımlanan bir televiziya serialı. Seriya 19 dekabr 2016–21 fevral 2017 tarixləri arasında hər bazar ertəsi və çərşənbə axşamı saat 22: 00-da KBS2-də yayımlanmışdır. Kraliça Ci So, kiçik oğlu (Sam maek jong) Sammakconu paytaxt (Seorabeol)Sorabol-un xaricində və düşmənlərdən və qatillərdən qoruyaraq, Kral Bophonq(Beopheunq) öldükdən sonra Silla Krallığını regent olaraq idarə etdi. Sammakcon böyüdükcə zadəganlar, vətəndaşlar, məmurlar və hamısı Sammakconun özünün hakimiyyətdən imtina etməsini səbizsizliklə gözləyirlər. Bununla birlikdə, Krallığın hakimiyyətini ələ keçirməyə çalışan güclü zadəganlar taxta göz qoymağa davam edirlər və Ci So taxtdan enməsinin nəticələrindən qorxur. Zadəganların gücünü qırmaq üçün, Ci So mövcud güc qruplarınından daha yaxşı yeni bir qrupu Hvaran-ı yaratmağı və onları Sammakconu və taxtı qorumaq üçün özlərinə bağlamağı planlaşdırır. Amma bu qrupda gələcək kralları Sammakcon və özünün də bilmədiyi bir sirrə sahib olan Kim (Seon-u) So-Nu-nun olduğunu bilmirlər. Silla Krallığı dövründə "Hvaran" ("Gözəl Cəngavərlər") adı altında seçilmiş bir gənc kişi döyüşçü qrupunu təsvir edir. "Hvaran" əla görünüşü ilə yanaşı at sürmək və qılınc istifadə yaxşı fiziki qabiliyyətləri ilə də tanınır.
Devid Hardinq
Devid Hardinq (avqust 1961, Oksford) — İnvestisiyaların idarə olunması üzrə Vinton Qrup-un yaradıcısı və rəhbəridir. 1961-ci ilin avqustunda İngiltərədə, London şəhərində anadan olmuşdur. Kembric Universitetində təbiət elmləri üzrə təhsil almışdır.
Florens Hardinq
Florens Klinq Hardinq (ing. Florence Harding; 15 avqust 1860[…], Marion[d], Ohayo – 21 noyabr 1924[…], Marion[d], Ohayo) — ABŞ-nin Prezidenti Uorren Hardinqin həyat yoldaşıdır.
Hemminq kodu
Hemminq kodu – ötürülən verilənlərin ayrı-ayrı bitlərində xətaların aşkarlanması və düzəldilməsi üçün istifadə olunan kod. Hemminq kodu hər bir dörd verilən bitdən sonra üç nəzarət bitinin artırılmasını nəzərdə tutur. Hər bir nəzarət biti, dörd verilən bitindən üçünün müəyyən kombinasiyasına uyğun hesablanan kəmiyyətdir. Qəbuledici qurğu nəzarət bitlərinin qiymətlərini yenidən hesablamaqla qəbul etdiyi dörd verilən bitindən hər birinin düzgünlüyünü müəyyənləşdirə, bəzi hallarda isə yanlış bitləri düzəldə bilər. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s. Hemminq kodun hesablanması Hemminq kod nədir?
Mehrinq Frans
Frans Mehrinq (alm. Franz Mehring‎; 27 fevral 1846, Şlave — 29 yanvar 1919, Berlin) — alman fəhlə hərəkatı xadimi, marksist filosof və tarixçi, ədəbiyyat tənqidçisi. Frans Mehrinq 27 fevral 1846-cı ildə Polşada ölkənin Slava şəhərində anadan olmuşdur. 1882-cı ildən fəlsəfə doktoru. Əvvələr burjuya radikalizmi mövqeyindən çıxış etmişdir. 1890-cı ildən proletar sosializmi mövqeyinə keçmiş (1891 ildə Almaniya S-D partiyasına daxil olmuşdur), alim və publisist kimi marksist dünyagörüşünün təbliğində mühüm rol oynamağa başlamışdır. Birinci dünya muharibəsi zamanı proletar beynəlmiçiliyinə sadiq qalmışdır. Mehrinq Böyük oktyabr sosialist inqilabı ideyalarının Qərbdə ilk müdafiəçisi və təbliğatçılarından idi. Mehring "Spartak ittifaqı"nın və Almaniya Kommunist Partiyasının yaradılmasında fəal rol oynamışdır. Mehrinqin elmi irsi zəngindir.
Riçard Hemminq
Riçard Hemminq (ing. Richard Wesley Hamming; 11 fevral 1915[…], Çikaqo, İllinoys – 7 yanvar 1998[…], Monterey, Kaliforniya) — ABŞ riyaziyyatçısı; onun informasiya nəzəriyyəsi sahəsində işləri kompüter elmləri və telekommunikasiyanın inkişafına böyük təsir göstərib. Əsas töhfəsi Hemminq kodu hesab edilir. Riçard Hemminq 11 fevral 1915-ci ildə İllinoys ştatının Çikaqo şəhərində anadan olmuşdur. O, 1937-ci ildə Çikaqo Universitetini bitirərək bakalavr dərəcəsinə yiyələnib. Sonra Riçard Nebraska Ştat Universitetində təhsilini davam etdirib, 1939-cu ildə magistr dərəcəsinə layiq görülüb. O, 1942-ci ildə Urbana-Şampeyn İllinoys Universitetində riyaziyyat sahəsində fəlsəfə doktoru olub. 1945-ci ildə Hemminq məşhur atom bombasının yaradılması üzrə Manhetten tədqiqat layihəsində iştirak edib. 1946-cı ildən "Bell laboratoriyası"nda kompüterlərin qurulması ilə məşğul olmağa başlayır. O, K. Şennon və bir sıra digər görkəmli alimlərin çalışdığı bu məşhur mərkəzdə 30 il işləyib.
Uorren Hardinq
Uorren Qamaliel Hardinq (ing. Warren Gamaliel Harding; 2 noyabr 1865[…] – 2 avqust 1923[…]) — Amerika Birləşmiş Ştatlarının 29-cu prezidenti (1921–1923). 1920-ci ilin noyabr ayında keçirilmiş prezident seçkilərində respublikaçıların nümayandəsi Hardinq prezident seçildi. O, Oqayo ştatından idi. Uorren Hardinq hökuməti ilk növbədə iqtisadiyyatın dövlət tənzimlənməsinə ayrılan büdcə xərclərinin azaldılması təklifi ilə konqresdə çıxış etdi. O, "normal zaman" və "normal qaydalar" şüarını irəli sürərək fərdiyyətçilik prinsipini əsas götürdü. Hökumət şəxsi biznesin inkişafına xüsusi fikir verdi. Əməklə kapital arasında əməkdaşlıq yaradılması məqsədilə həmkarlar ittifaqları assosiasiyaları yaradıldı. 1921-ci ildə 1920-ci illə müqayisədə federal hökumətin xərcləri iki dəfə aşağı düşərək 3,3 milyard dollar təşkil etdi. 1920-ci ilin yayında ölkədə iqtisadi böhran başlandı, istehsal aşağı endi.
Vorren Hardinq
Uorren Qamaliel Hardinq (ing. Warren Gamaliel Harding; 2 noyabr 1865[…] – 2 avqust 1923[…]) — Amerika Birləşmiş Ştatlarının 29-cu prezidenti (1921–1923). 1920-ci ilin noyabr ayında keçirilmiş prezident seçkilərində respublikaçıların nümayandəsi Hardinq prezident seçildi. O, Oqayo ştatından idi. Uorren Hardinq hökuməti ilk növbədə iqtisadiyyatın dövlət tənzimlənməsinə ayrılan büdcə xərclərinin azaldılması təklifi ilə konqresdə çıxış etdi. O, "normal zaman" və "normal qaydalar" şüarını irəli sürərək fərdiyyətçilik prinsipini əsas götürdü. Hökumət şəxsi biznesin inkişafına xüsusi fikir verdi. Əməklə kapital arasında əməkdaşlıq yaradılması məqsədilə həmkarlar ittifaqları assosiasiyaları yaradıldı. 1921-ci ildə 1920-ci illə müqayisədə federal hökumətin xərcləri iki dəfə aşağı düşərək 3,3 milyard dollar təşkil etdi. 1920-ci ilin yayında ölkədə iqtisadi böhran başlandı, istehsal aşağı endi.
Yohan Heyzinq
Yohan Heyzinq, Niderlandlı filosof və tarix professorudur. Fiziologiya professoru Dirk Heyzinqin ailəsində Qroningendə dünyaya gəlib. Anası Yakoba Tonkens Yohanın doğumundan iki il sonra öldü. Yohan Heyzinq Hind-german dillərini öyrənməyə başladı və təhsilini 1895-ci ildə tamamladı. Daha sonra müqayisəli dilçilik oxudu. Sanskrit dilinə hakim oldu. Dissertasiya işini təlxəyin Hind Teatrındakı yeri mövzusunda 1897-ci ildə etdi. 1902-ci ildə Orta əsrlərə və Renesansa yönəldi. Heyzinq Qərbi Avropa, Orta əsrlər və İntibah tarixi ilə əlaqədar tədqiqatlar vasitəsilə dünya şöhrəti qazandı . Ən məşhur əsərləri Orta əsrlərin payızı ( 1919 ) və Erasmus ( 1924 ).
Fuciko Hemminq
İnqrid Fuciko Georqi-Hemminq (5 dekabr 1931, Berlin, Almaniya Reyxi[d] – 21 aprel 2024) – isveçəsilli Almaniya–Yaponiya pianoçusu. 5 dekabr 1931-ci ildə Almaniyanın Berlin şəhərində doğulmuşdur. Pianoçu olan yapon anası Toako Otsuki Berlin İncəsənət Universitetində təhsil almışdır. Atası Frits Gösta Georqi-Hemminq rusəsilli isveçli memar idi. 1933-cü ildə ailəsi ilə birlikdə Yaponiyaya köçmüşdür. Beş yaşından etibarən anasından, daha sonra isə Leoind Kreytserdən piano dərsləri almağa başlamışdır. Məktəbdə oxuyarkən bir sıra müsabiqələrin qalibi olmuşdur. 16 yaşında olanda qulaq infeksiyasına görə sol qulağının eşitmə qabiliyyətini müvəqqəti olaraq itirmişdir. Tokio İncəsənət Universitetindən məzun olduqdan sonra 1960-cı ildə Avropaya qayıtmış, Vyana və Berlində təhsil almışdır. Qripdən müalicə alarkən növbəti dəfə sol qulağının eşitmə qabiliyyətini müvəqqəti olaraq itirmiş, karyerasını Stokholmda davam etdirməyə məcbur olmuşdur.
Berinq (dəqiqləşdirmə)
== Şəxslər ==
Berinq adası
Berinq adası — Komandor adalarının tərkibinə daxil olan ən iri ada. Kamçatka yarımadasından Kamçatka boğazı ilə ayrılır. Boğaz Sakit okeanı ilə Berinq dənizini birləşdirilir. İnzibati cəhətdən Rusiyanın Kamçatka diyarının Aleut rayonu ərazisinə daxildir. Adada Vitus Berinqin qəbri yerləşir. == Xüsusiyyətləri == Berinq adası bir necə on kilometrlərlə aralıda yerləşən Mednı adasından Admiral Kuzneçov boğazı ilə ayrılır. Adanın uzunluğu 90 km, eni 24 km təşkil edir. Komandor adalarına daxil olan digər adalar kimi Berinq adasıda sualtı silsilələrlə Alyaska yarımadasına qədər uzanır. == Əhalisi == Adada yegahə yaşayım məntəqəsi Nikolskoye kəndidir. 2005-ci il məlumatına görə adada 752 nəfər yaşayır.
Berinq boğazı
Berinq boğazı (bering) — Çukot dənizi ilə Berinq dənizini bir-birinə bağlayır. Berinq boğazı, Asiyanın ən şərq nöqtəsi (169 ° 44 'W) ilə Amerikanın ən qərb nöqtəsi (168 ° 05' W) arasında bir boğazdır. Rusiya ilə ABŞ (Alyaska) arasında coğrafi bir sərhəd mövqeyində olması ilə birlikdə Amerika və Asiya qitələrinin bir-birinə ən yaxın olduğu yerdir. Boğaz təxminən 83 km genişliyində, 30–50 m dərinliyində olub şimalındakı Çukot dənizi (Şimal Buzlu okean) ilə cənubundakı Berinq dənizini (Sakit Okean) bir-birinə bağlayır. 1648-ci ildə Semyon Dejnev tərəfindən keçildiyi qəbul edilməsinə baxmayaraq, adını boğazı 1728-ci ildə keçən Rus əsilli Danimarkalı səyyah Vitus Berinqdən almışdır. Buzlaq dövründə boğazın bir quru körpü rolu oynadığı məlumdur. Bəzi elm adamları, bu çağlarda suların böyük hissəsinin buza çevrilərək dəniz səviyyəsini saldığına və daha çox quru parçasını göz önünə çıxardığına inanır; bəziləri də boğazın tamamilə donduğunu, beləliklə insanlarla heyvanların üzərindən keçməsinin mümkün olduğuna inanır. == Mənbə == PBS Video of St.
Frans Merinq
Frans Mehrinq (alm. Franz Mehring‎; 27 fevral 1846, Şlave — 29 yanvar 1919, Berlin) — alman fəhlə hərəkatı xadimi, marksist filosof və tarixçi, ədəbiyyat tənqidçisi. Frans Mehrinq 27 fevral 1846-cı ildə Polşada ölkənin Slava şəhərində anadan olmuşdur. 1882-cı ildən fəlsəfə doktoru. Əvvələr burjuya radikalizmi mövqeyindən çıxış etmişdir. 1890-cı ildən proletar sosializmi mövqeyinə keçmiş (1891 ildə Almaniya S-D partiyasına daxil olmuşdur), alim və publisist kimi marksist dünyagörüşünün təbliğində mühüm rol oynamağa başlamışdır. Birinci dünya muharibəsi zamanı proletar beynəlmiçiliyinə sadiq qalmışdır. Mehrinq Böyük oktyabr sosialist inqilabı ideyalarının Qərbdə ilk müdafiəçisi və təbliğatçılarından idi. Mehring "Spartak ittifaqı"nın və Almaniya Kommunist Partiyasının yaradılmasında fəal rol oynamışdır. Mehrinqin elmi irsi zəngindir.
Georq Gerinq
Georq Gerinq (alm. Georg Gehring‎; 14 noyabr 1903, Frankental[d], Bavariya – 31 oktyabr 1943, Şetsin, Prussiya[d] və ya Lüdviqshafen) — almaniyalı Yunan-Roma güləşçisi, Avropa çempionu, Olimpiya Oyunları mükafatçısı. 1903-cü ildə Frankental şəhərində anadan olmuşdur. 1926-cı ildə Avropa çempionatında qızıl medal qazandı. 1928-ci ildə Amsterdam Olimpiya Oyunlarının bürünc medalını qazandı. 1929-cu ildə yenidən Avropa çempionu oldu. 1930 və 1931-ci illərdə Avropa Çempionatlarında bürünc mükafatları qazandı. 1932-ci ildə Los-Anceles Olimpiya Oyunlarında iştirak etdi, amma orada yalnız 4-cü yeri tuta bildi. 1936-cı ildə Berlin Olimpiya Oyunlarında sərbəst güləş növündə çıxış etdi, amma orada yalnız 7-ci oldu.
Uerinq burnu
Uerinq burnu — Vrangel adasında yerləşən burun. İri qaya parçası olaraq kilometrlərlə Çukot dənizinin içərilərinə doğru uzanır.. Maksimal hündürlüyü 221 metr təşkil edir. 1881-ci ildə «Rocers» gəmisinin ekipajı tərəfindən leytenant Uerinqin şərəfinə adlandırılmışdır. Qayalıq üzərində quş bazarı geniş sahə tutur. Burada 200 min quş vardır. Burada Phalacrocorax pelagicus, Böyük qütb qağayısı, Sakit okean kütdimdiyi və Çəhrayı qağayı kimi quşlar yaşayır.. Burada Morjların yerləşim yeri vardlr.
Vitus Berinq
Vitus Berinq — Danimarkalı səyyah. Vitus Berinq, Rusiya Dəniz Donamasında xidmət etmişdir. Xidmət müddətində İvan İvanoviç adı ilə tanınırdı. Berinq, Alyaska ərazisinə ekspedisiya təşkil etmiş ilk səyyahlardan hesab olunur. Gəmilərlə səfər çıxan berinq, Alyaska yaxınlığında yerləşən adada vəfat etmişdir. Sonradan vəfat etdiyi ada Berinq adası adlandırılmışdır. ABŞ və Rusiyanı bir-birindən ayıran Berinq boğazı da səyyahın adına adlandırılmışdır. Berq L. S. Otkrıtie Kamçatki i gkspediüii Berinqa. 1725–1742. M.; L., 1946; İstoriçeskie pamətniki vtoroy Kamçatskoy gkspediüii.
Xelen Berinq
Xelen Berinq (d. 27 iyul 1964) — Niderlandı təmsil edən su poloçusu. Xelen Berinq, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Hwarang: The Poet Warrior Youth
Hwarang: The Poet Warrior Youth – 2016–2017-ci illərdə Cənubi Koreyada yayımlanan bir televiziya serialı. Seriya 19 dekabr 2016–21 fevral 2017 tarixləri arasında hər bazar ertəsi və çərşənbə axşamı saat 22: 00-da KBS2-də yayımlanmışdır. Kraliça Ci So, kiçik oğlu (Sam maek jong) Sammakconu paytaxt (Seorabeol)Sorabol-un xaricində və düşmənlərdən və qatillərdən qoruyaraq, Kral Bophonq(Beopheunq) öldükdən sonra Silla Krallığını regent olaraq idarə etdi. Sammakcon böyüdükcə zadəganlar, vətəndaşlar, məmurlar və hamısı Sammakconun özünün hakimiyyətdən imtina etməsini səbizsizliklə gözləyirlər. Bununla birlikdə, Krallığın hakimiyyətini ələ keçirməyə çalışan güclü zadəganlar taxta göz qoymağa davam edirlər və Ci So taxtdan enməsinin nəticələrindən qorxur. Zadəganların gücünü qırmaq üçün, Ci So mövcud güc qruplarınından daha yaxşı yeni bir qrupu Hvaran-ı yaratmağı və onları Sammakconu və taxtı qorumaq üçün özlərinə bağlamağı planlaşdırır. Amma bu qrupda gələcək kralları Sammakcon və özünün də bilmədiyi bir sirrə sahib olan Kim (Seon-u) So-Nu-nun olduğunu bilmirlər. Silla Krallığı dövründə "Hvaran" ("Gözəl Cəngavərlər") adı altında seçilmiş bir gənc kişi döyüşçü qrupunu təsvir edir. "Hvaran" əla görünüşü ilə yanaşı at sürmək və qılınc istifadə yaxşı fiziki qabiliyyətləri ilə də tanınır.