Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
His (duda)
His(duda) — Qeyri-nəzarətolmayan şəraitdə karbohidrogenlərin natamam yanmasından və ya termiki parçalanmasından əmələ qələn amorf karbona his deyilir. Əsasən, şin və rezin-texniki sənayedə (hisin istehsalının dörddə üçü) tətbiq olunur. Poliqrafik və lakboya sənayesində, qara metallurgiyada, elektrotexniki sənayedə onu iri miqdarda qara boyanın hazırlanmasında istifadə edirlər. Fransada, II Karlın hakimiyyətində hisdən istifadə etməklə çəkmə boyası-vaksinin hazırlayırdılar. Rezinin və digər plastik kütlələrin doldurulmasında sənaye miqyasında alınan texniki karbona hərdən çox dəqiq olmayan “his” termiki kimi də adlandırırlar.“His” piqmenti olan qara boya (ən çox bədii) qazlı his adlanır. Alınma üsuluna görə his 3 qrupa bölünür: kanallı, sobalı və termiki. Kanallı (diffuzlu) hislər deşikli qaz lampalları ilə təchiz olunmuş yanacaq kameralarda təbii qazın və ya onun yağ ilə qarışığının (məsələn, antrasenlə) natamam yanmasından alınır. Kameranın daxilində sərinləşdirici səthlər yerləşdirilmişdir ki, diffuziya alovundan çıxan his onların üzərinə cökür. Sobalı hislər reaktorlarda (sobada) xüsusi qurğu ilə yaradılmış alovdan yağın, təbii qazın və ya onların qarışığının natamam yanmasından əmələ qəlir. His aerozol şəklində reaktorlardan yanma məhsulları ilə çıxarılır və xüsusi filtrlərə yığılır.
His dəstəsi
His dəstəsi, yaxud Qulaqcıq-mədəcik dəstəsi (lat. fasciculus atrioventricularis) — 1893-cü ildə İsveçrə həkim anatomu və kardioloqu Uilyam His tərəfindən aşkar edildiyinə görə onun şrəfinə adlandırıılmış, ürəryin aparıcı sisteminə aid bir hissənin adı. His dəstəsi qulaqcıq-mədəcik düyünündən başlayaraq sağ və sol lifli halqaların arası ilə və mədəcikarası arakəsmənin zarlı hissəsinin arxa kənarı ilə aşağı doğru gedir və iki ayaqcığa bölünür: sağ – (lat. crus dextrum) və sol – (lat. crus sinistrum). Ümumi kötüyün uzunluğu təxminən 1 sm-dir. Sağ ayaqcıq mədəcikarası arakəsmənin sağ tərəfilə gedərək Purkinye lifləri vasitəsilə məməyəbənzər əzələlərdə, ətli atmalarda və mədəcik divarının əzələ liflərində tamam olur. Sol ayaqcıq mədəcikarası arakəsmənin sol tərəfilə gedir və sağ ayaqcıq kimi məməyəbənzər əzələlərdə qurtarır. Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Waldeyer: Anatomie des Menschen, de Gruyter, Berlin 2003, ISBN 3-11-016561-9 S. 869f.
His
Duyğu – elementar psixi dərk etmə prosesi olub predmetlərin və hadisələrin ayrıca keyfiyyətlərini, həmçinin insanın öz orqanizminin vəziyyətinin beyində əksolunması və ya inikasıdır. Duyğu psixi əksolunmanın ən sadə formasıdır. Duyğuda psixikanın dərk etmə, emosional və tənzimləyici funksiyaları özünü büruzə verir. Duyğu bizi yalnız ətraf aləmlə əlaqələndirmir, dərk etmənin əsas mənbəyi sayılır, eyni zamanda psixi inkişafın əsas şərti hesab edilir. Hal-hazırda duyğunun müxtəlif növləri fərqləndirilir ki, onları da bele klasifikasiyası etmək olar: Xarici- predmetlərin, ətraf aləmin xüsusiyyətlərinin əks edilməsidir. Bu ya bu qıcıqların bizim analizatorlara bilavasitə təsiri ilə (kontakt və ya əlaqəli), ya da ki, məsafəli təsiri ilə yaranır (distant duyğu). Duyğuda predmetlərin obyektiv xüsusiyyətləri (qoxu, rəngi, temperatur və s.) və bizi qıcıqlandıran təsirlərin intensivliyi (məsələn, daha yuxarı və aşağı temperatur) əks olunur. Daxili – daxili orqanların vəziyyətini fiksə edən duyğu. Kinestetik- bədənimizin vəziyyətinin və hərəkətinin əks edilməsidir. Kontakt və ya əlaqəli duyğuya biz misal üçün dad bilməni göstərə bilərik.
His göbələyi
His göbələyi (Ustilago maydis) — qarğıdalıda (Zea mays) xəstəlik törədən və bitkinin böyümə prosesinə ciddi təsir göstərən bir patogendir. Bu göbələk qarğıdalının dənlərində, yarpaqlarında və gövdəsində böyüyən şişkin qara sporlar əmələ gətirir. His göbələyi dünya miqyasında qarğıdalı istehsalına zərər verən əsas xəstəliklərdən biridir. == Tarixi == His göbələyi ilə mübarizə tarixi uzun bir dövrü əhatə edir. İlk dəfə Meksikada müşahidə edilmiş və yerli fermerlər tərəfindən tanınmışdır. 19-cu əsrin sonlarında Avropada və Şimali Amerikada geniş yayılmışdır. Bu xəstəlik qarğıdalı məhsuldarlığını ciddi şəkildə azalda bilər və iqtisadi itkilərə səbəb ola bilər. == Təsviri == His göbələyi qarğıdalı bitkisinin müxtəlif hissələrində şişkin qara sporlar əmələ gətirir. Bu sporlar qarğıdalının normal böyüməsini məhdudlaşdırır və məhsulun keyfiyyətini və miqdarını azaldır. === Xəstəliyin simptomları === His göbələyinin əsas simptomları bunlardır: Qarğıdalı bitkisinin yarpaqlarında və gövdəsində şişkin qara sporlar Qarğıdalı dənlərinin üzərində qara ləkələr və deformasiya Bitkilərin zəifləmiş böyüməsi və məhsuldarlığın azalması == Yayılma və Nəzarət == His göbələyi sporları hava və su vasitəsilə yayılır və xəstə bitkilərdən sağlam bitkilərə keçir.
His dəstəsinin sağ ayaqcığınıın blokadası
His dəstəsinin sağ ayaqcığınıın blokadası (ing. right bundle branch block) tibbdə ürəyin keçiricilik sistemində baş verən pozğunluq olub, Elektrokardioqrafiya müşahidəsində öz əksini tapmış olur. Bu patoloji hal heç bir şikayətə səbəb olmasa da, amma hər hansı bir sağ mədəciyin disfunksiyasına səbəb ola bilir. Bu patoloji hala səbəb ürək əzələsinin qan təchizatıının pozulması — işemiya, iltihabı — miokardit, bəzən də zəhərlənmə, sağ mədəciyin həddən ziyadə yüklənməsi halları ola bilər. Bu hal elə bir xüsusi müalicə tələb etmir, amma onu üzə çıxara bilən səbəblərə qarşı müalicə labüddür.
His dəstəsinin sol ayaqcığınıın blokadası
His dəstəsinin sol ayaqcığınıın blokadası (ing. left bundle branch block) tibbdə ürəyin keçiricilik sistemində baş verən pozğunluq olub, Elektrokardioqrafiya müşahidəsində öz əksini tapmış olur. Bu patoloji hal çox vaxt heç bir şikayətə səbəb olmasa da, amma hər hansı bir sol mədəciyin disfunksiyasına səbəb ola bilir. Bu patoloji hala səbəb ürək əzələsinin qan təchizatıının pozulması — işemiya, iltihabı — miokardit, bəzən də zəhərlənmə, sol mədəciyin həddən ziyadə yüklənməsi halları ola bilər. Bu hal bəzən elə bir xüsusi müalicə tələb etmir, amma onu üzə çıxara bilən səbəblərə qarşı müalicə labüddür.
Dactylis hispanica
Dactylis hispanica var. maritima
Dactylis hispanica var. sibthorpii
Dictamnus hispanicus
Ağ alışan (lat. Dictamnus albus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin alışan cinsinə aid bitki növü. Dictamnus albus var. bucharicus N.A.Winter Dictamnus albus subsp. caucasicus (Fisch. & C.A.Mey.) N.A.Winter Dictamnus albus subsp. dasycarpus (Turcz.) N.A.Winter Dictamnus albus var. dasycarpus (Turcz.) T.N.Liou & Y.H.Chang Dictamnus albus subsp. dasycarpus (Turcz.) Kitag. Dictamnus albus subsp.
Dəri və əzələ hissiyatı
Dəri və əzələ hissiyyatı — insan orqanizmində qıcıqlar. Dəridə və eləcə də, selikli qişalarda - ağız boşluğunun, dilin, udlağın, üzərini örtən selikli qişalarda çoxlu miqdarda dəri reseptorları yerləşir. Bu reseptorlar vasitəsilə çox müxtəlif qıcıqlar: istilik, soyuq, ağırlıq, mexaniki təzyiq və s. qəbul edilir. Bu reseptorlar sayəsində əşyalara əl vurmaqla onların səthinin xarakteri, onun ümumi forması, hətta hansı materialdan ibarət olduğu müəyyən edilir. Həmin reseptorlarda əmələ gələn oyanmalar mərkəzəqaçan neyronların uzun çıxıntıları ilə beyin yarımkürələri qabığının mərkəzi şırımının arxasında yerləşən dəri hisiyyatı nahiyəsinə ötürülür və burada qıcıqlar analiz olunur. Kor adamlarda dəri hissiyyatı daha yaxşı inkişaf edərək xarici aləmin müxtəlif əşyalarını hiss etdikdə onlara çox kömək edir. Müxtəlif əmək proseslərinin həyata keçirilməsində insana daha çox kömək edən əl barmaqlarının uclarında daha yaxşı inkişaf etmiş dəri hissiyyatıdır. Dəri reseptorları insanı xarici zədələrdən qorumaqda da ona kömək edir. Əzələ hissiyatı reseptorları əzələlərin özündə və ya onların səthində yerləşir.
Dəri və əzələ hissiyyatı
Dəri və əzələ hissiyyatı — insan orqanizmində qıcıqlar. Dəridə və eləcə də, selikli qişalarda - ağız boşluğunun, dilin, udlağın, üzərini örtən selikli qişalarda çoxlu miqdarda dəri reseptorları yerləşir. Bu reseptorlar vasitəsilə çox müxtəlif qıcıqlar: istilik, soyuq, ağırlıq, mexaniki təzyiq və s. qəbul edilir. Bu reseptorlar sayəsində əşyalara əl vurmaqla onların səthinin xarakteri, onun ümumi forması, hətta hansı materialdan ibarət olduğu müəyyən edilir. Həmin reseptorlarda əmələ gələn oyanmalar mərkəzəqaçan neyronların uzun çıxıntıları ilə beyin yarımkürələri qabığının mərkəzi şırımının arxasında yerləşən dəri hisiyyatı nahiyəsinə ötürülür və burada qıcıqlar analiz olunur. Kor adamlarda dəri hissiyyatı daha yaxşı inkişaf edərək xarici aləmin müxtəlif əşyalarını hiss etdikdə onlara çox kömək edir. Müxtəlif əmək proseslərinin həyata keçirilməsində insana daha çox kömək edən əl barmaqlarının uclarında daha yaxşı inkişaf etmiş dəri hissiyyatıdır. Dəri reseptorları insanı xarici zədələrdən qorumaqda da ona kömək edir. Əzələ hissiyatı reseptorları əzələlərin özündə və ya onların səthində yerləşir.
Echinops hispidus
Echinops hispidus (lat. Echinops hispidus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü. Echinops chamaecephalus Hochst. ex A.Rich. Echinops gondarensis Chiov.
Echinops hissaricus
Echinops hissaricus (lat. Echinops hissaricus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Erigeron hispanicus
Erigeron hispanicus (lat. Erigeron hispanicus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Erigeron hissaricus
Erigeron hissaricus (lat. Erigeron hissaricus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Erinus hispanicus
Erinus alpinus (lat. Erinus alpinus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin erinus cinsinə aid bitki növü. Dortiguea alpestris Bubani Erinus alpinus var. glaberrimus Font Quer & Maire Erinus alpinus var. macranthus Font Quer Erinus glabratus Nyman Erinus hispanicus Pers.
Fragaria hispida
Yaşıl çiyələk (lat. Fragaria viridis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. Avropadan Sibir və Türkiyəyə qədər yayılmışdır.
Froscula hispida
Dendrobium longicornu (lat. Dendrobium longicornu) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. Callista longicornis (Lindl.) Kuntze Dendrobium bulleyi Rolfe Dendrobium flexuosum Griff. Dendrobium hirsutum Griff. Froscula hispida Raf.
Fundamental hissəcik
Elementar hissəciklər və ya fundamental hissəciklər — hissəciklər fizikasında bölünməz hesab edilən hissəciklər. Məsələn, foton, kvark. Bu hissəciklər materiyanın və qarşılıqlı təsirlərin kərpicləri hesab olunur. Yaxın zamanlara qədər proton və atom elementar hissəcik hesab edilirdi. Elementar və fundamental sözləri bu termin üçün qarşılıqlı əvəzləyici kimi işlənir. Elementar hissəciklər materiya daşıyıcısı və qarşılıqlı təsir daşıyıcısı kimi iki qrupa bölünürlər: materiya daşıyıcıları fermionlar qarşılıqlı təsir daşıyıcıları bosonlar. Fermionlar və bosonlar bir birindən davranışları ilə fərqlənirlər. Fermionlar kəsirlə ifadə olunan spinə, Bosonlar tam ədədli spinə malikdirlər. Volfqanq Paulinin 1925-ci ildə təklif etdiyi istisna prinsipinə görə iki fermion eyni kvant vəziyyətində ola bilməz. Bosonlar üçün belə məhdudiyyət yoxdur.
Fundamental hissəciklər
Elementar hissəciklər və ya fundamental hissəciklər — hissəciklər fizikasında bölünməz hesab edilən hissəciklər. Məsələn, foton, kvark. Bu hissəciklər materiyanın və qarşılıqlı təsirlərin kərpicləri hesab olunur. Yaxın zamanlara qədər proton və atom elementar hissəcik hesab edilirdi. Elementar və fundamental sözləri bu termin üçün qarşılıqlı əvəzləyici kimi işlənir. Elementar hissəciklər materiya daşıyıcısı və qarşılıqlı təsir daşıyıcısı kimi iki qrupa bölünürlər: materiya daşıyıcıları fermionlar qarşılıqlı təsir daşıyıcıları bosonlar. Fermionlar və bosonlar bir birindən davranışları ilə fərqlənirlər. Fermionlar kəsirlə ifadə olunan spinə, Bosonlar tam ədədli spinə malikdirlər. Volfqanq Paulinin 1925-ci ildə təklif etdiyi istisna prinsipinə görə iki fermion eyni kvant vəziyyətində ola bilməz. Bosonlar üçün belə məhdudiyyət yoxdur.
Gyrodoma hispida
Gyrodoma (lat. Gyrodoma) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Gyrodoma hispida (Vatke) Wild Sinonim Matricaria hispida Vatke Brachyscome hispida (Vatke) Klatt Bellis mossambicensis Klatt Brachyscome mossambicensis Oliv.
Görünüş və hiss
Görünüş və hiss (en. look and feel) – proqramların orijinallıq dərəcəsinin qiymətləndirilməsi prinsiplərindən biri. Qrafik istifadəçi interfeysinə (GUI) aid işlədilir və rəng, forma, maket, şrift (“görünüş”) kimi elementlər də daxil olmaqla onun dizaynına, eləcə də düymələr, sahələr, menyular (“hiss”) kimi dinamik elementlərin hərəkətinə baxışı əks etdirir. Görünüş və hiss başqa məhsullara da aiddir. Məsələn, sənədlərdə o, qrafik düzənə (LAYOUT) (sənədin ölçülərinə, rənginə, şriftinə və s.) və yazı üslubuna aiddir. Əməliyyat sisteminin istifadəçi interfeysində görünüş və hiss iki başlıca məqsədə xidmət edir. Birincisi, o, brendinqi təmin edir, yəni bir şirkətin məhsullarını müəyyən etməyə kömək edir. İkincisi, istifadənin asanlığını təmin edir, çünki bir məhsulun iş prinsipi (görünüşü, oxunuşu və s.) ilə tanış olan istifadəçilər öz təcrübələrini eyni görünüş və hissə malik başqa məhsullarda da istifadə edə bilərlər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Harri Potter və Ölüm Hədiyyələri. II hissə (film, 2011)
Harri Potter və Ölüm Hədiyyələri: 2-ci Hissə (ing. Harry Potter and the Deathly Hallows: Part II) — ingilis yazıçı Coan Roulinqin eyniadlı romanı əsasında çəkilmiş Harri Potter filmlər seriyasında səkkizinci filmi və eyni zamanda həmin kitabın ekranlaşdırılmasının ikinci hissəsidir. Seriyanın üç əvvəlki filmlərin çəkilişlərinə qatılan rejissor Devid Yets və prodüser Devid Heyman bu kinolentin yaradılmasında da iştirak ediblər. Harri Potter filmlər silsiləsində yeddinci və səkkizinci filmlərin kassa yığımı 1,3 milyard dolları ötəndən sonra, həmin film kinematoqrafiya tarixində ən çox gəlir gətirən filmlərin siyahısında səkkizinci yer tutub, və 2011-ci ilin ən gəlirli filmi hesab olunmuşdur. Dobbini dəfn edəndən sonra, Harri Potter Qriphuk adında olan qoblindən Qrinqots bankında yerləşən və Bellatrisa Lestreyncə məxsus olan seyfi qarət edilməsində ona və dostlarına kömək göstərilməsini xahiş edir. Qriphuk razılaşır, amma əvəzinə vaxtilə Qodrik Qriffindora məxsus olan qılıncını tələb edir. Ollivander Malfoyların malikanəndən götürülmüş iki ədəd sehrli çubuğların Bellatrisa və Drakoya məxsus olduğunu, həmçinin Drakonun çubuğunun ona yox, Harriyə sadiq olmasını Potterə açıqlayır. Bellatrisanın seyfində olarkən, Harri, Ron və Hermiona nəvaxtsa Helqa Puffenduya məxsus olan kubokunun əslində hortkuluq olduğunu aşkar edirlər. Harri kuboku götürən zaman Qriphuk qılıncı öz əlinə keçirir, trionu mühafizə dəstəsi ilə üz-üzə qoyub, onları tərk edir. Dostlar zirzəmidə olan keşikçi əjdahanı azad edir, onun kürəyinə minib, qaçırlar.
Harri Potter və Ölüm Hədiyyələri. I hissə (film, 2010)
Harri Potter və Ölümün Hədiyyələri: 1-ci Hissə (ing. Harry Potter and the Deathly Hallows: Part I) — Harri Potter və ölüm hədiyyələri (seriyada 7-ci) əsasında çəkilən birinci film. 2010-cu ildə çəkilən, David Yatesin rejissorluq etdiyi film fantastika janrındadır. Həmçinin, J. K. Rovlinqing 2007-ci ildə nəşr olunmuş eyni adlı romana əsasən çəkilmiş iki hissəli filmin ilk hissəsidir.
Hisamabad (Xudabəndə)
Hisamabad (fars. حسام اباد‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,817 nəfər yaşayır (350 ailə).
Hisao Kami
Hisao Kami (d. 28 iyun 1941) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 15 oyun keçirib.
Killing Me Softly With His Song
Killing Me Softly With His Song — bəstəkarı Çarlz Foks, söz müəllifi isə Norman Gimbel olan mahnısı. 1971-ci ildə ilk çıxan yazdırmasında mahnını ifa edən Lori Liberman iddia edir ki, orijinal şeiri Don Maklinin Empty Chairs mahnısının təsirində özü yazıb. Onun sözlərinə görə, sonra o, bu məlumatı Gimbela verib. O isə, duyğularını alıb, onlardan mahnı sözlərini yazmış. Bundan sonra isə Gimbel bu sözləri onların üçün musiqi yazan Foksa verib. Norman Gimbelın sözlərinə görə, o, bəstəkar Lalo Şifrin ilə tanış olduqdan sonra, onnan birlikdə Şifrinin müxtəlif filmləri üçün mahnıları yazmağa başlayıb. Gimbel ilə Şifrin birlikdə Brodvey üçün bir müzikl yazmağa istəyirdilər. Gimbeldə ideya yaratmaq üçün, Şifrin ona Xulio Kortasarın Xana-xana oyunu (isp. Rayuela) romanı oxumağa verib. Kitab heç vaxt müzikla çevirilməmişdi, lakin ikinci fəsilində rəvayətçi özünü bir barda oturub, Amerikan dostu olan pianoçunun kill us softly with some blues mahnısını qulaq asaraq təsvir edir.
(Marie's The Name) His Latest Flame
(Marie's the Name) His Latest Flame 1961-ci ildə Elvis Presli tərəfindən audio lentə yazılmış musiqidir. Musiqinin sözləri Dok Pomus və Mort Şumana məxsusdur və ilk ifaçısı Del Şennon olmuşdur. Lakin musiqinin ən uğurlu və məşhur versiyasını məhz Elvis Presli 1961-ci ilin avqust ayında ifa etmişdir. Həmçinin mahnı nüfuzlu Billboard Hot 100 hit-paradında nömrə 4 olaraq və UK Singles Chart hit-paradında ardıcıl 4 həftə nömrə 1 olaraq qiymətləndirilmişdir. 1961-ci ilin 25 iyun tarixində Neşvill şəhərində yerləşən RCA studiyasında lentə alınmışdır.
This is Love
This is Love (azərb. Bu sevgidir‎) — Yunanıstanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Demy Yunanıstanı Avroviziya 2017-də "This is Love" mahnısı ilə təmsil etmiş və finalda 19-cu yeri tutmuşdur.. Demy-nin Avroviziya səhnəsində ifa etdiyi mahnı ("This is Love") Yunanıstanın tanınmış bəstəkarlarından olan Dimitris Kantopulos tərəfindən bəstələnmişdir. Bəstəkar (Kantopulos) eyni zamanda Azərbaycanın 2013-cü ildə müsabiqədə təmsil olunduğu və ölkəyə 2-ci yer qazandırdığı "Hold Me" mahnısını bəstələmişdir.
CİS
CİS və ya Coğrafi İnformasiya Sistemləri(GIS – Georaphical Information Systems) – dünya üzərindəki kompleks ictimai, iqtisadi, ekoloji və s. problemlərinin həllinə. Bunlar: a) Təchizat (hardware): CİS-in işləməsini mümkün edən kompüter və buna bağlı yan məhsulların bütünü təchizat olaraq adlandırılar. Bütün sistem içərisində ən əhəmiyyətli vasitə olaraq görünən kompüter yanında yan təchizatlara da ehtiyac vardır. Məsələn, yazıçı (printer), çəkici (plotter), skaner (scanner), ədədiləşdirici (digitizer), məlumat qeyd modulları (verilən collector) kimi cihazlar məlumat texnologiyası vasitələri olaraq CMS üçün əhəmiyyətli sayıla biləcək təchizatlardır. b) Proqram (software): Digər bir deyişlə kompüterdə qaça bilən proqram, coğrafik məlumatları depolamaq, analiz etmək və göstərmək kimi ehtiyac və funksiyaları istifadəçiyə təmin etmək üzrə, yüksək səviyyəli proqramlaşdırma dilləriylə reallaşdırılan alqoritmlərdir. Proqramların çox çoxunun ticari məqsədli firmalar tərəfindən inkişaf etdirilib çıxarılması yanında universitet və bənzəri araşdırma təşkilatların tərəfindən də təhsil və araşdırmaya istiqamətli inkişaf etdirilmiş proqramlar da mövcuddur. Dünyadakı CBS bazarının əhəmiyyətli bir qisimi proqram inkişaf etdirən firmaların əlindədir. Bu baxımdan indiki vaxtda CBS bu cür proqramlarla haradasa qaynaşmış vəziyyətdədir. Ən məşhur CİS proqramları olaraq ArcInfo, Intergraph, MapInfo, Netcad (Türkcə, Azərbaycan dili), Idrisi, Grass vs.
Hil
Hil — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1800-cü ildə yaradılmışdır. Hil oyk., sadə. Qusar r-nunun eyniadlı i.ə.v-də kənd. Qusar maili düzənliyindədir. Bəzi tədqiqatçılara görə, oykonim özündə qədim Qafqaz Albaniyasında yaşamış gel tayfasının adını əks etdirir. XIX əsrdə Hiloba, Tulab, Köçərqaş, Tumalar, Tamuskən, Survanbəy, Xıdırbəy qazmaları, Gileykək, Əttək və s. obaların əraziləri bu kəndə məxsus olmuşdur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 5023 nəfər əhali yaşayır. Kərim Kərimov (riyaziyyatçı) — Qusar rayonunun Hil kəndində tam orta məktəbi professor Kərim Kərimov adını daşıyır.
Hims
Hüms (ərəb. حمص‎) — Suriyada şəhər. Hüms mühafəzəsinin mərkəzidir. Hüms bizim eradan əvvəl 2300-cü ilə aid salnamələrdə çəkilir. Şəhər Emesa adlanırdı. Bir müddət Roma imperiyasından asılı olmuşdu.
Hiq
Hiq (Heris) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. Hiq (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Hir
Hir— İranın Ərdəbil ostanının Ərdəbil şəhristanının Hir bəxşində şəhər və həmin bəxşin inzibati mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,588 nəfər və 663 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Hirs
Hirs — bu və ya digər obyektin hərəkətləri nəticəsində insanda yaranan bəzi fenomen, qəzəb və ya qəzəbdən narazılıqda ifadə olunan mənfi duyğu və reaksiya, gərgin emosional cavab. Hirs qəbul edilən provokasiyaya, təhqirə və ya hədəyə güclü, narahat və qeyri-adekvat cavabı əhatə edir. Hirsli insan tez-tez ürək döyüntüsünün artması, qan təzyiqinin yüksəlməsi və adrenalin və norepinefrin səviyyələrinin artması kimi fiziki təsirlərlə üzləşir. Hirsin bir çox fiziki və zehni təsirləri ola bilər. Hirsin zahiri ifadəsi üz ifadələrində, bədən ifadələrində, fizioloji reaksiyalarda, bəzən isə ictimai aqressiv hərəkətlərdə müşahidə oluna bilər. Üz ifadələri qaşların içəriyə əyilməsindən tam qaşqabağa qədər dəyişə bilər. Müasir psixoloqlar hirsi, demək olar ki, bütün insanların zaman-zaman yaşadığı normal, təbii və yetkin bir duyğu və yaşamaq üçün funksional əhəmiyyəti olan bir şey kimi qiymətləndirirlər. Bununla belə, idarə olunmayan qəzəb şəxsi və ya sosial rifaha və başqalarına mənfi təsir göstərə bilər. Müasir cəmiyyətdə qəzəb tez-tez avtomobil idarə edərkən yaranır (“yol qəzəbi”).
Hiss
Duyğu – elementar psixi dərk etmə prosesi olub predmetlərin və hadisələrin ayrıca keyfiyyətlərini, həmçinin insanın öz orqanizminin vəziyyətinin beyində əksolunması və ya inikasıdır. Duyğu psixi əksolunmanın ən sadə formasıdır. Duyğuda psixikanın dərk etmə, emosional və tənzimləyici funksiyaları özünü büruzə verir. Duyğu bizi yalnız ətraf aləmlə əlaqələndirmir, dərk etmənin əsas mənbəyi sayılır, eyni zamanda psixi inkişafın əsas şərti hesab edilir. Hal-hazırda duyğunun müxtəlif növləri fərqləndirilir ki, onları da bele klasifikasiyası etmək olar: Xarici- predmetlərin, ətraf aləmin xüsusiyyətlərinin əks edilməsidir. Bu ya bu qıcıqların bizim analizatorlara bilavasitə təsiri ilə (kontakt və ya əlaqəli), ya da ki, məsafəli təsiri ilə yaranır (distant duyğu). Duyğuda predmetlərin obyektiv xüsusiyyətləri (qoxu, rəngi, temperatur və s.) və bizi qıcıqlandıran təsirlərin intensivliyi (məsələn, daha yuxarı və aşağı temperatur) əks olunur. Daxili – daxili orqanların vəziyyətini fiksə edən duyğu. Kinestetik- bədənimizin vəziyyətinin və hərəkətinin əks edilməsidir. Kontakt və ya əlaqəli duyğuya biz misal üçün dad bilməni göstərə bilərik.
Hit
Hit — populyar mahnı, sinql, musiqi albomu. İdman olmayan oyunlar Hit kompüter oyunlarında zərbənin loru dildə adı. Adlar Hit — ingilis ad və soyadı Edvard Hit (1916–2005) — Böyük Britaniyanın Baş Naziri (1970–1974) Lecer Hit (1979–2008) — Avstraliyalı aktyor Kompüter və internet Hit (internet) — brauzerin veb-serverə müraciəti. Hit — axtarış proqramı və ya axtarış sisteminin axtarılan tapşırığa cavabı. Мoda Hit (mövsüm) — mövsüm modasının aparıcı tendensiyası. İdman Hit (beysbol) — zərbə adı.
HİV
İnsanın İmmunçatışmazlığı Virusu (İİV, ing. Human Immunodeficiency Virus, HIV) insanda infeksiyasının ən son mərhələsində Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS, ing AIDS, rusca СПИД) xəstəliyinə yol açabilən retrovirusdur. İnfeksiya öz səthində CD4 reseptorlu immun hüceyrələrini məhv edir. Nəticədə insanın immun sistemi tükənir və QİÇS inkişaf edir. Orqanizm tezliklə müxtəlif infeksiyalara və bədxassəli şişlərə tab gətirə bilmir və sağlam insana xas olmayan opportünist xəstəliklər baş qaldırır. Hal-hazırda antiretrovirus terapiyasının (ART-terapiya) əlçatan olduğuna görə, İİV-pozitiv insanların həyat keyfiyyəti və yaşama müddəti İİV-neqativ (infeksiyaya yoluxmamış) şəxslərdən fərqlənmir. Terapiya qəbul edərək, insan müəyyən edilməyən virus yükünə nail olur. Müəyyən edilməyən virus yükü olduqda, insan hətta qorunmasız cinsi əlaqə zamanı başqaları üçün yoluxucu deyil. Antiretrovirus terapiyası qəbul edilmədiyi zaman, insan immuniteti zamanla zəifləyir. Simptomsuz keçən bu mərhələ latent adlanır və ortalama 6 aydan — 7 ilədək davam edir.
Mis
Mis (Cu) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 29-cu element. Misin ən əhəmiyyətli istifadə sahəsi, elektrik-elektronik sənayesidir. Elektrik keçiriciliyi çox yüksəkdir. Metal pul və silah istehsalında istifadə edilən metal tərkibinin böyük əksəriyyəti misdən ibarətdir. Digər ərintiləri də, zərgərlikdə və bürünc heykəltaraşlığında istifadə edilir. Bürünc də mis tərkiblidir. Kənd təsərrüfatında su yosunu öldürücü (alqasit) olaraq istifadə edilir. Şəkərlərlə edilən analitik kimya testlərində istifadə edilən Fehlinq məhlulu kimi müxtəlif kombinasiyalar də mis tərkiblidir. Bitkilərdə misin miqdarı 0,001-dən 0,05%-ə (kütlə ilə) qədər dəyişir və bitkinin növündən və misin miqdarından asılı olur. Bəzi tərəvəzlərdə və meyvələrdə mis 30–230 mq-a qədər olur.
Nis
Nitsa (fr. Nice) — Fransada şəhər. Fransız Rivyerasının ən çox səyahət edilən şəhəri – Nis şəhəri soyuq şimal küləklərindən qoruyan Dəniz sahili Alp dağları ilə əhatə olunan Mələklər buxtasının sahilində yerləşir. Nitsa Avropa qitəsinin cənubunda və Fransanın cənub-şərq hissəsində yerləşir. Nitsa – Alp, Provans, Korsika və İtalyanın görüşdükləri yerdir. Şəhər Mavi sahilin ən mənzərəli mərkəzi hissəsində yerləşir. Arxa planda Alp dağlarının zirvələri görünür. Bu zirvələrdən bəzilərinin hündürlüyü dəniz səviyyəsindən 3000 metrə çatır. Nitsa əlverişli iqlimə malikdir. Nitsanın iqlimi mülayim və sabitdir (havanın temperaturu +10 dərəcədən aşağı, yayda isə +25 dərəcədən yuxarı olmur).
Ris
Eris və ya Ris — Təbrizə aid olan konfet. Süd, şəkər, vanil, püstə və kakao ilə hazırlanır.
Sis
Sis bu mənalarda gələ bilər: Sis (Şamaxı) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Sis (Şəbistər) — Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. Sis — Zəngibasar rayonunda kənd. Sis — Adana ilinin bir ilçəsidir.
HUS
HUS (ing. haemolytic uraemic syndrome) – mikroangiopatik trombositopeniyalara aid olub, ibarətdir: hemolitik anemiya, kəskin böyrək pozğunluğu, trombositopeniya. Uşaqlarda daha çox görünür, Escherichia Coli ilə bağlıdır, qanlı ishalla özünü göstərir. Septisemiya, hamiləlik eklampsiyası, dərman reaksiyası nətəcəsində yarana bilər, protrombin indeksi, aktivləşmiş hissəvi tromboplastin vaxtı və fibrinigen normaldır, D-dimer artmır, dializ letallığı azaldır.
Hil-hil oyunu
Hil-hil oyunu — Azərbaycanda əsasən uşaq və gənclər arasında geniş yayılmış ən qədim oyunlardan biridir. Hazırda unudulub aradan çıxmaqda olan maraqlı oyunlardan biri də hil-hildir. Hil-hil oyunu bəlkə də müqəddəs ocağı yad təsirlərindən, özgələrdən qorumaq üçün icra edilən bir mərasimin qalığı olub, sonradan oyuna çevrilmişdir. Bu barədə dəqiq fikir demək çətindir. Hər halda, oyunu xüsusiyyətləri onun uzaq keşmilərə aid olduğunu göstərir. Bu oyunda üç və daha çox adam iştirak edə bilər. Oyunda kiminsə qələbəsi şərt deyil. Ancaq bu heç də o demək deyildir ki, oyunda hamı bərabər vəziyyətdə olsun. Əksinə, burada oyunçulardan daha çox çeviklik göstərməzsə, o daha çox "işləməli" olacaqdır. Oyun, adətən, yazqabağı və yaz aylarında keçirilir.
De Vis
Çarlz Volter De Vis (ing. Charles Walter De Vis; 9 may 1829, Birminhem, Vorvikşir qraflığı – 30 aprel 1915, Brisben) — Avstraliya botaniki. Çarlz Volter De Vis bitkilər üzrə ixtisaslaşmışdır. Denisonia devisi Bo Beolens, Michael Watkins, Michael Grayson. The eponym dictionary of mammals. — JHU Press, 2009. — С. 108. — 592 с. — ISBN 0801895332.
Girdə hil
Hiss (müğənni)
Hiss (əsl adı: Röya Məmmədova; 13 iyul 1995 və ya 11 avqust 1995, Bakı) — azərbaycanlı müğənni. 13 iyul 1995-ci ildə Bakıda doğulub. Üç yaşından etibarən qardaş-bacısı ilə uşaq evində (SOS Uşaq Kəndi) böyüyüb. 2013–2017-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasıda neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıb. Hiss musiqi ilə maraqlanmağa 14 yaşında başlayıb. O, 15 yaşında Sən bir nəğməsən adlı musiqi yarışmasında iştirak edib. Professional sənətdə ilk mahnısı 2018-ci ildə ifa etdiyi "Mirvarilər" olub. Röya Məmmədova müğənni Röya Ayxanı nəzərdə tutaraq “ikinci Röya ola bilməz” deyə onu inandıran dostunun məsləhəti ilə səhnə adını Hiss olaraq seçib. Onun sayca beşinci treki olan "İstəmirəm" aylar ərzində Shazam Türkiyə çartında top 50-də yer alıb. Mahnıya çəkilmiş klip YouTube-da 20 milyondan çox izlənilib.
Hiss orqanları
Duyğu orqanları — insanın maddi dünya ilə kontaktı, ancaq bu beş duyğu orqanı vasitəsilə baş verir: Gözlər - Görmə Qulaqlar - eşitmə Dil- dad tanıma Burun - iy bilmə Dəri - toxunma Bunun xaricində istənilən duyğu maddi dünya xaricində baş verən proseslərdir. Yəni psixi proseslərin nəticəsidir.
Hit (İraq)
Xit (ərəb. هيت‎ — Heet) — İraqın Anbar mühafazasında şəhər. Əhalisi 65,000-dir.
This Is Us
Bu bizik (ing. This Is Us) - 20 sentyabr 2016-cı ildə NBC-də premyerası olan bir Amerika televiziya serialıdır.
This Is War
This Is War — Thirty Seconds to Mars musiqi qrupunun studiya albomu. 4 dekabr 2009-cu ildə yayımlanan albom Virgin Records etiketi ilə satışa buraxılmışdır.
This Is Why
This Is Why — ABŞ rok qrupu Paramore-un altıncı studiya albomu. 10 fevral 2023-cü ildə Atlantic Records tərəfindən buraxılıb.
Tıs-tıs
Tıs-tıs (lat. Acantholimon) — qərənfilçiçəklilər sırasının plumbaqokimilər fəsiləsinə aid bitki cinsi.
Is This a Zombie?
Is This a Zombie?, Yaponiyada tanınan adı ilə Kore wa Zombie Desu ka? (これはゾンビですか?, Kore wa Zonbi Desu ka?, azərb. Bu bir zombidir?‎) və ya qısaca Korezom (これゾン, Korezon) — Kobuyçi və Muririnin rəssamlığı ilə Şiniçi Kimura tərəfindən yazılan ranobe seriyası. Fujimi Shobo nəşriyyatı 2009-cu ilin yanvarından 2015-ci ilin iyununa kimi Fujimi Fantasia Bunko imprinti altında ranobenin 19 cildini nəşr etmişdir. Ranobe əsasında 2 manqa adaptasiyası və bir yonkoma adaptasiyası istehsal olunmuşdur. Studio Deen tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və Yaponiyada 11 yanvar 2011-ci ildən 31 mart 2011-ci ilə kimi yayımlanmışdır. "Is This a Zombie? of the Dead" (これはゾンビですか? オブザデッド, Kore wa Zonbi Desu ka? Obu za Deddo) adlı ikinci mövsüm isə 5 aprel 2012-ci ildən 7 iyun 2012-ci ilə kimi nümayiş etdirilmişdir.
This Is Me Trying
"This Is Me Trying" (kiçik hərflərlə stilləşdirilmiş) — amerikalı müğənni-bəstəkar Taylor Sviftin mahnısı. Mahnı onun 24 iyul 2020-ci ildə Republic Records tərəfindən yayımlanmış səkkizinci studiya albomu olan "Folklore"-un doqquzuncu trekidir. "This Is Me Trying" Svift və Cek Antonoff tərəfindən yazılmış, istehsal prosesində isə onlar arasında Co Elvin də yer almışdır. Mahnı orqan, yavaş templi təbil və nəfəs alətlərində ifa olunan orkestr pop və drim-pop janrındadır. "This Is Me Trying" "üç fərqli personajın baxış bucağından" yazılmışdır. Svift özü mahnının sözlərində 2016-2017-ci illərdə yaşadığı hisslərə yer vermişdir. Mahnıdakı hekayəni danışan şəxs "dağıdıcı təsirin rədd edilməsi" perspektivini təsvir edir. Svift başqasının onun haqqındakı nöqteyi-nəzərini qəbul edərək trekin hekayə danışanı kimi gizlənməyə çalışmışdır. O, 2020-ci ildə hazırladığı Folklore: The Long Pond Studio Sessions adlı sənədli filmində mahnının alkoqolizmə də toxunduğunu söyləmişdir. Tənqidçilər mahnının istehsalını və sözlərini, bəziləri isə Sviftin vokal performansını tərifləmişdirlər.
This Is My Life
This Is My Life — İslandiya təmsilçisinın 2008 Avroviziya Mahnı Müsabiqəsindəki ifa etdiyi mahnı.
This Is the Night
This Is the Night (azərb. Bu gecə həmin gecə‎) – Maltanı 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Kurt Kalleyanın müsabiqədə ifa etdiyi mahnı.
Diş
Diş — canlılarda ərzağın ilkin mexaniki emalı üçün orqanizmin bir hissəsi, heyvanlarda həmçinin müdafiə və hücum silahı, insanda danışıq instrumentlərindən biri və gülüş atributu kimi də istifadə edilir. Bəzi heyvanlar, xüsusən də ətyeyənlər və hər şeydən yeyənlər, dişləri ov tutmaqda və ya yaralamaqda, yeməkləri xırdalamaqda, müdafiə məqsədləri üçün, tez-tez özləri də daxil olmaqla, digər heyvanları qorxutmaq və ya yırtıcı və ya balalarını daşımaq üçün istifadə edirlər. Dişlərin kökləri diş ətləri ilə örtülüdür. Dişlər sümükdən deyil, ən xarici embrion hüceyrə təbəqəsi olan ektodermadan əmələ gələn müxtəlif sıxlıq və sərtlikdəki çoxsaylı toxumalardan ibarətdir. Dişlərin ümumi quruluşu onurğalılar arasında oxşardır, baxmayaraq ki, onların forma və mövqeyində əhəmiyyətli dəyişikliklər var. Məməlilərin dişləri dərin köklərə malikdir və bu, bəzi balıqlarda və timsahlarda da olur. Teleost balıqların əksəriyyətində isə dişlər sümüyün xarici səthinə, kərtənkələlərdə isə bir tərəfdən çənənin daxili səthinə yapışdırılır. Köpəkbalığı kimi qığırdaqlı balıqlarda dişlər sərt bağlarla çənəni meydana gətirən qığırdaq halqalarına bağlanır. Monofiyodontlar yalnız bir diş dəsti inkişaf etdirən heyvanlardır, difiodontlar isə erkən süd dişləri və daha sonra "yetkin" və ya daimi dişlər dəsti yetişdirirlər. Polifiodontlar bir çox diş dəstinə malikdir.
HIM
HIM - Finlandiya rok qrupu, 1991-ci ildə vokalist Ville Valo, gitarist Mikko Lindström ve basist Mikko Paananen tərəfindən qurulan Rock qrupudur. Qrupun orjinal adı “His Infernal Majesty-(Onun Cəhənnəm E’lahəzrəti)” idi, Ancaq qrupa gələn bəzi iradlara görə adlarını qısaldaraq "HIM" adlandırdılar.1991-ci ildə əsası qoyulmuş qrupun ilk üzvləri : Ville Valo (vokal), Linde Lindstorm (gitara), Mige Amour (bassist), Yuhana Rastala (baraban) idi. 1996-cı ilde Antto Melasnemi (klaviş) qrupa qoşuldu. Lakin 1998-ci ildə Antto qrupu tərk etti və onu Yussi Salminen əvəz etti. Qrup heyətində 1999-cı ildə yenidən dəyişiklik oldu, bu dəfə Yuhananı Qas Lipstik əvəz etti və qrup bu heyətlə öz fəaliyyətinə bu gün də davam etməkdədir. Qrupun bu günədək 7 studio albom buraxmışdır.HIM qrupu gothic metal/rock üslubunda fəaliyyət göstərir,musiqi və mahnı sözləri kədər,hüzn və ölümdən bəhs edilir.Bundan əlavə qrup üslub üçün tənqidlərə məruz qalmışdır. Qrupun Heartagram adlı simvolu ürək və pentaqram simvollarının birləşməsindən meydana gəlir. HIM vokalist və qurucusu Ville Valoya görə heratagram eşq və ölümü ifadə edir.Bəzi adamlar Heartagramın satanizm simvolu kimi hesab edirlər.Amma Ville Valo bunu çox sərt şəkildə təkzib edir. Qrup əslində kariyerasına Kiss, Type O Negative, Danzig, Black Sabbath və Depeche Mode kimi qrupları mahnılarını coverlayaraq başladı.HIM, 20 Noyabr 1997-ci ildə ilk studiya albomları olan Greatest Lovesongs Vol. 666ın Finlandiyada çıxartdılar.
Kiş
Kiş - bu mənalarda gələ bilər: Kiş (Şumer) — Mesopotamiyada Babildən 18 km şimal-şərqdə qədim şəhər. Kiş (İran) — İranın Hörmüzgan ostanında şəhər, ostanın inzibati mərkəzi Kiş (Şəki) — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd Kiş (Xocavənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd.